Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1063/2026 17.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Iddiaçı İddiaçı cavabdeh Üçüncü şəxs Cavabdeh qarşı “mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Üçüncü şəxs Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ona Üçüncü şəxs DƏDK və Reyestri * saylı Xaçmaz Ərazi idarəsi tərəfindən evinə və torpaq sahəsinə dair mülkiyyət sənədinin verilməsi haqqında qətnamə çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Üçüncü şəxs Cavabdeh ilə əvəz olunmasını, Xaçmaz Rayon Icra Hakimiyyəti Başçısının ##.##.2005-ci il tarixli, 168 a saylı Sərəncamı ilə X1 ayrılmış 0.008 ha (səksən kvadrat metr) torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa olunmuş iki mərtəbəli fərdi yaşayış evinin mərhum X1 mülkiyyət hüququ ilə məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cavabdehn üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instasiya məhkəməsi tərəfindən cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi tanınmışdır. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum atası X1 notarial qaydada təsdiq olunmuş vərəsəsidir. 2005-ci il tarixində mərhum atası X1 Rayon Icra Hakimiyyətinə müraciət edərək, 2 mərtəbəli mənzil tikintisinə dair torpaq sahəsinin ayrılmasına və tikintisinə icazə verilməsinə dair müraciət etmişdir. ##.##.2005-ci il tarixli, *** saylı Xaçmaz Rayon Icra Hakimiyyətinin torpaq sahəsinin ayrılmasına və 2 mərtəbəli mənzil tikintisinə dair müvafiq çıxarış sənədi verilmişdir. Həmin sənədə əsasən, Xaçmaz şəhər Bələdiyyəsindən ##.##.2013-cü il tarixində, 1:10.000-lik ayrılmış torpaq sahəsinin sxematik planı verilmişdir. Iddiaçı tikintiyə başlamağına dair Xaçmaz Rayon Icra Hakimiyyətinə məlumatlandırma ərizəsini təqdim etmişdir. Bundan əlavə, ##.##.2013-cü il tarixində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən aldığı torpaq sahəsinin plan və ölçüsünə dair kadastr sənədi də vardır. Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsində yerləşən və adı çəkilən həmin torpaq sahəsinə 99 illik icarə müqaviləsi də vardır. Nəhayət, iddiaçı evinin tikintisini təqribən 2020-ci ildə sona çatdırmışdır. Iddiaçı ilkin olaraq mülkiyyət sənədinin alınmasına dair ##.##.2024-cü il tarixində DƏDRX-nin * saylı Xaçmaz Ərazi idarəsinə rəsmi müraciət etmişdir. Bütün tələb olunan zəruri sənədlərini qəbul şöbəsinə təqdim etmişdir. ##.##.2025-ci il tarixində DƏDRX-nin * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən ona rəsmi yazılı şəkildə müraciətin baxılmasına dair imtina verilmişdir. Imtina cavabında bildirilir ki, iddiaçının ev inşa etdiyi torpaq həyətyanı ev tikintisi üçün nəzərdə tutulmamışdır. Uzun illər evi tikərkən heç bir dövlət orqanlarından tikintinin qanunsuz aparılmasına və ev tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair ona qarşı heç bir müdaxilə və təzyiq olmamışdır. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması bağlı müraciət edilən fərdi yaşayış evinin yerləşdiyi 80 kv.m torpaq sahəsi Xaçmaz RIHB-nın ##.##.2005-ci il tarixli ***a saylı sərəncamından çıxarış ilə ayrılmışdır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Bildirilir ki, dövlət mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsi ilə müəyyən edilmişdir. Həmin torpaqların sırasında həyətyanı (ev tikintisi) məqsədilə ayrılması nəzərdə tutulan torpaqlar öz əksini tapmamışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, torpaq sahələrinin ayrılması ilə nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il ######ın #-dən etibarən həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Xaçmaz Rayon Icra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli, ***a saylı sərəncamından çıxarışdan görünür ki, ünvan 1 3, mənzil 8-də yaşayan X2 yaşadığı mənzilin yanında dövlət mülkiyyətinə aid torpaq sahəsində yerləşən, əvvəllər maşın qarajı kimi istifadə edilən yerdə mənzil tikintisi üçün 80 kv.m torpaq sahəsi ayrılmışdır. ##.##.2006-cı il tarixli, *** saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, 80 kv.m torpaq sahəsi X2 99 il müddətinə icarəyə verilmişdir. A № ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Xaçmaz Rayon Icra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli, ***a saylı sərəncamı ilə 99 il müddətinə icarəyə verilmiş, fərdi yaşayış evi tikmək üçün X1 verilmiş 80 kv.m torpaq sahəsinə dair tərtib edilmişdir. ünvan 1 ünvanında X2 məxsus fərdi yaşayış evinin memarlıq planlaşdırma bölməsi “xxxx” MMC ilə razılaşdırılmışdır. AZ-II № ****** saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X2 ##.##.2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Xaçmaz rayon * saylı Notariat ofisi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, **** saylı məktubdan görünür ki, İddiaçı ##.##.2021-ci il tarixdə vəfat etmiş X1 qanun üzrə vərəsələri sırasına daxildir. Üçüncü şəxs Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** saylı məktubdan görünür ki, məktubda da qeyd olunanlarla əlaqədar Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən məktubda göstərilən Xaçmaz rayon Icra Hakimiyyətinin ## #### 2025-ci il tarixli, ***a nömrəli sərəncamı ilə X2 ayrılmış 80 kv.m torpaq sahəsinə baxış keçirilmiş, müayinə aktı tərtib edilmiş və kameral şəraitdə araşdırma işləri aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Xaçmaz rayon icra Hakimiyyətinin ## #### 2025-ci il tarixli, ***a nömrəli sərəncamı ilə X2 ayrılmış 80 kv.m torpaq sahəsinin kateqoriyası torpaqların elektron kadastr informasiya (TEKUIS) sistemində yaşayış məntəqələrinin torpaqlara aiddir. Mülkiyyət növü bələdiyyədir. Kommunikasiya xətləri keçmir. Müayinə zamanı mübahisə qeydə alınmayıb. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi tikilmişdir. Iddiaçının faktiki istifadəsində 82 kv.m torpaq sahəsi təşkil edir, plan və ölçü sənədində göstərilmiş döngə nöqtələrinin koordinatları faktiki naturada olan koordinatlarından qismən fərqlidir (sxem əlavə olunur). Qonşu torpaq sahələri ilə üst-üstə düşmür, iddiaçının qonşuluğunda olan (sağında, solunda) torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıb və çıxarış verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim X5) Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, Xaçmaz Rayon Icra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli, ***a saylı sərəncamından çıxarışdan görünür ki, ünvan 1 3, mənzil 8-də yaşayan X2 yaşadığı mənzilin yanında, dövlət mülkiyyətinə aid torpaq sahəsində yerləşən, əvvəllər iddiaçı tərəfindən maşın qarajı kimi istifadə edilən yerdə mənzil tikintisi üçün 80 kv.m torpaq sahəsi ayrılmışdır. ##.##.2006-cı il tarixli, *** saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, 80 kv.m torpaq sahəsi X2 99 il müddətinə icarəyə verilmişdir. A № ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Xaçmaz Rayon Icra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli, ***a saylı sərəncamı ilə 99 il müddətinə icarəyə verilmiş, fərdi yaşayış evi tikmək üçün X2 verilmiş 80 kv.m torpaq sahəsinə dair tərtib edilmişdir. Işdə olan, sərəncamdan müəyyən olunur ki, vətəndaş X2 məxsus yeni yaşayış evinin təsdiq olunmuş eskiz layihəsi Xaçmaz RIH Başçısının ## ### 2010-cu il tarixli, *** saylı Sərəncamına əsasən verilmişdir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, hazırki iş üzrə iddiaçı və mərhum atası mübahisələndirilən ünvanda daimi pasport qeydiyyatında olmaqla, faktiki olaraq yaşayırlar. Beləliklə işdə olan sübutlardan müəyyən olunur ki, iddiaçının mərhum atası mübahisələndirilən torpaq sahəsinə qanunvericiliklə müəyyən olunmuş qaydada fasiləsiz və etirazsız olaraq uzun illərdir ki, faktiki olaraq sahiblik hüququnu həyata keçirməklə, istifadə etmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi göstərilənlərə düzgün hüquqi qiymət verməmişdir. b) Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “Inzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin Xaçmaz Rayon Icra Hakimiyyəti Başçısının ##.##.2005-ci il tarixli, 168 a saylı Sərəncamı ilə X1 ayrılmış 0.008 ha (səksən kvadrat metr) torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa olunmuş iki mərtəbəli fərdi yaşayış evinin mərhum X1 mülkiyyət hüququ ilə məxsus olmasına dair arayışın verilməsindən imtinası təşkil edir. Iddiaçının hüquqi marağı torpaq sahəsi və üzərindəki evin mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə arayışın verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi hüquqi nəticə ilə razılaşmaqla yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd edir. Xaçmaz Rayon Icra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli, ***a saylı sərəncamından çıxarışdan görünür ki, ünvan 1 3, mənzil 8-də yaşayan X2 yaşadığı mənzilin yanında dövlət mülkiyyətinə aid torpaq sahəsində yerləşən, əvvəllər maşın qarajı kimi istifadə edilən yerdə mənzil tikintisi üçün 80 kv.m torpaq sahəsi ayrılmışdır. ##.##.2006-cı il tarixli, *** saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, 80 kv.m torpaq sahəsi X2 99 il müddətinə icarəyə verilmişdir. Iddiaçı hazırda Xaçmaz Rayon Icra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli, ***a saylı sərəncamına istinad etməklə müvafiq arayışı əldə etmək niyyətindədir. Məhkəmə kollegiyası hesab edir ki, Xaçmaz Rayon Icra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli, ***a saylı sərəncamının mövcudluğu özlüyündə iddiaçının mərhum atasının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas kimi qəbul edilə bilməz. Belə ki, yuxarıda da istinad olunduğu kimi iş materiallarından müəyyən olunur ki, həmin sərəncamla ünvan 1 3, mənzil 8-də yaşayan X2 yaşadığı mənzilin yanında dövlət mülkiyyətinə aid torpaq sahəsində yerləşən və əvvəllər maşın qarajı kimi istifadə edilmiş yerdə mənzil tikintisi üçün 80 kv.m torpaq sahəsinin ayrılması nəzərdə tutulmuş, sonradan isə ##.##.2006-cı il tarixli, *** saylı müqavilə ilə həmin torpaq sahəsi 99 il müddətinə icarəyə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin ## #### 2012-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”-də yerli icra hakimiyyəti başçısının səlahiyyətləri qeyd olunmuşdur. Belə ki, Əsasnamənin 4.16.3-cü yarımbəndinə əsasən, yerli icra hakimiyyəti müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırır, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirir. Əsasnamənin 4.16.4-cü yarımbəndində isə yerli icra hakimiyyətinin dövlət mülkiyyətində olan torpaq sahələri ilə bağlı konkret səlahiyyəti müəyyən edilmişdir. Belə ki, sözügedən yarımbənddə yerli icra hakimiyyətlərinə dövlət mülkiyyətində olan torpaq sahələrini yalnız qanunvericiliyə uyğun olaraq istifadəyə və icarəyə vermək səlahiyyəti verilmiş, dövlət torpaqlarının fiziki şəxslərin xüsusi mülkiyyətinə verilməsi səlahiyyəti nəzərdə tutulmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının yuxarıda istinad edilən 2.7ci bəndindən göründüyü kimi yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən yalnız 2001-ci il ######ın #-dək qəbul edilmiş qərarlar torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatı üçün əsasdır. Göründüyü kimi iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququqnun yaranmasının və səlahiyyətli dövlət qurumunda qeydiyyata alınmasının hüquqi əsasları mövcud deyil. Kollegiya əlavə olaraq qeyd edir ki, mübahisəli torpaq sahəsinin hazırda bələdiyyə mülkiyyətində olması həmin torpaq sahəsinin hüquqi rejiminin müəyyən edilməsində mühüm əhəmiyyət daşıyır. Iş materiallarına əlavə olunmuş Üçüncü şəxs Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** saylı məktubdan görünür ki, Xaçmaz rayon Icra Hakimiyyətinin ## #### 2025-ci il tarixli, ***a nömrəli sərəncamı ilə X2 ayrılmış 80 kv.m torpaq sahəsinə baxış keçirilmiş, müayinə aktı tərtib edilmiş və kameral şəraitdə araşdırma işləri aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Xaçmaz rayon icra Hakimiyyətinin ## #### 2025-ci il tarixli, ***a nömrəli sərəncamı ilə X2 ayrılmış 80 kv.m torpaq sahəsinin kateqoriyası torpaqların elektron kadastr informasiya (TEKUIS) sistemində yaşayış məntəqələrinin torpaqlara aiddir. Mülkiyyət növü bələdiyyədir. Kommunikasiya xətləri keçmir. Müayinə zamanı mübahisə qeydə alınmayıb. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi tikilmişdir. Iddiaçının faktiki istifadəsində 82 kv.m torpaq sahəsi təşkil edir, plan və ölçü sənədində göstərilmiş döngə nöqtələrinin koordinatları faktiki naturada olan koordinatlarından qismən fərqlidir (sxem əlavə olunur). Qonşu torpaq sahələri ilə üst-üstə düşmür, iddiaçının qonşuluğunda olan (sağında, solunda) torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıb və çıxarış verilməmişdir. Torpaq Məcəlləsinin 56.6-cı maddəsinin tələbinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinin tələbinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 6.2-ci maddənin tələbinə əsasən isə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi qanunvericilik normalarına görə bələdiyyə mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərə verilməsi bələdiyyənin səlahiyyətlərinə aid edilmiş, belə torpaqların mülkiyyətə və ya digər hüquqlarla verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosedurların həyata keçirilməsi tələb olunmuşdur. Kollegiya qeyd edir ki, torpaq sahəsi bələdiyyə mülkiyyətində yox, dövlət müıliyyətində olsa idi belə, yuxarıda qeyd olunduğu kimi Xaçmaz Rayon Icra Hakimiyyəti Başçısının ##.##.2005-ci il tarixli, 168 a saylı Sərəncamının hüquqi əsası mövcud olmamışdır. Kollegiya mübahisəli torpaq sahəsinin hüquqi rejimi, ##.##.2005-ci il tarixli sərəncamın məzmunu, ##.##.2006-cı il tarixli *** saylı icarə müqaviləsinin hüquqi nəticələri və torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması birlikdə qiymətləndirildikdə, həmin sərəncamın X2 mübahisəli torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun yaranmasına səbəb olan hüquqmüəyyənedici sənəd kimi qəbul edilməsi üçün qanuni əsasların olmadığı nəticəsinə gəlir. Kollegiya eyni zamanda hesab edir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmadığına görə, onun üzrində tikilmiş evində torpaq sahəsi ilə birlikdə mülkiyyət hüququnun qeydiyyatı aparıla bilməz. “Inzibati Icraat haqqında” Qanunun 65.1 və 65.1.2-ci maddəsinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin Qanunun 64.4-cü maddəsində isə göstərilir ki, etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 və 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün istinad etdiyi sərəncam həmin sənədi qəbul etməyə səlahiyyəti olmayan orqan tərəfindən qəbul edildiyindən mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi qəbul oluna bilməz. Iş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“Inzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1063/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1063/2026
17.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver