Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1064/2026 04.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şamaxı Ərazi İdarəsinə qarşı (Üçüncü şəxs üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışın və texniki sənədin sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim Cabbarova Gülnar İnqilab qızı, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışın və texniki sənədin sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları JN 775A KOD 41011018 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının ## ### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə İddiaçı 0,12 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şamaxı Ərazi İdarəsinin ## ####### 2023-cü il tarixli, ************ nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, ərizənin icrasını təmin etmək məqsədilə Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Şamaxı rayonu Nağaraxana kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair təqdim edilən baza arxiv məlumatlarında mövcud deyildir. Qeyd olunan səbəbdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şamaxı Ərazi İdarəsinin ## ###### 2024-cü il tarixli, ************ nömrəli məktubu ilə torpaq sahəsinin ortofoto görüntüsü və müayinə aktı təqdim edilmişdir. Həmin müayinə aktından görünür ki, torpaq sahəsinin ölçüsü hüquq müəyyənedici sənəd üzrə və faktiki 0,12 ha təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “xxxx” MMC-nin ## ##### 2024cü il tarixli, 3- **-*-**/*-***/**** nömrəli məktubundan görünür ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı JN-775A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin tərtib edilməsinə, eləcə də Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən İddiaçı məxsus 0,12 ha həyətyanı torpaq sahəsinə dair məlumat aşkar edilməmişdir. X1 Filialının ## #### 2024-cü il tarixli, *-**-DA-**F/*-***-**-** nömrəli məktubu ilə Şamaxı rayon Aqrar İslahat Komissiyasının ## ### 1998-ci il tarixli, ** saylı qərarı qoşma şəklində göndərilmişdir. Qeyd edilmişdir ki, İddiaçı “Torpağın mülkiyyətə verilməsinə dair” adlı siyahı və digər sənədlər aşkar olunmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair onun mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahəsi müvafiq qərar ilə ayrıldığı vaxtdan onun sahiblik və istifadəsində olmuşdur və hal-hazırda da onun sahibliyindədir. Bu müddət ərzində müəyyən pul vəsaiti müqabilində həmin torpaq sahəsini mişar daşı ilə hasarlatdırmışdır. Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət edərək, müvafiq sənədlərin mövcud olmasına baxmayaraq, cavabdeh tərəfindən əsassız olaraq imtina verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının müraciəti ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, JN-775A, KOD ******** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə barədə məlumatlar elektron baza xəritəsində və arxiv sənədlərində öz əksini tapmamışdır. Bu səbəbdən JN775, KOD ******** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0,12 ha torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş JN 775A KOD 41011018 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” arxiv məlumatlarında öz əksini tapmamış, onun əsasında olan müvafiq icra hakimiyyətinin qərarı isə iddiaçıya torpaq sahəsinin ayrılması ilə əlaqədar deyildir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. İddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... 139-1.1.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;..... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;....8.0.5. 2006-cı il ####un #dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan torpaq sahəsinə dair təqdim edilən Şəhadətnamənin baza arxiv məlumatlarında mövcud olmaması, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə barədə məlumatlar elektron baza xəritəsində və arxiv sənədlərində öz əksini tapmaması halına istinad edərək, müarciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki inzibati iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçı sözügedən torpaq sahəsinin onun adına Şamaxı rayonu AİK-nın ## ### 1998-ci il tarixli ** saylı qərarı və həmin qərar əsasında tərtib edilmiş JN-*** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ayrıldığını qeyd edərək, həmin hüquqmüəyyənedici sənədlərə istinad edərək, torpaq sahəsi üzərində mülkiyyət hüququnun yarandığını, 1998-ci ildən onun sahibliyində və istifadəsində olmasını bildirərək, tələbin əsası kimi həmin hallara istinad etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, kadastr baza arxiv məlumatların həmin Şəhadətnamə və onun verilməsinə əsas olmuş sənədlər, habelə aqrar islahatı zamanı iddiaçının adına 0,12 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə məlumat aşkar olunmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Şamaxı rayonu AİK-nin ## ### 1998-ci il tarilxi 08 may qərarının tam mətni arxiv idarəsində aşkar edilmiş, həmin qərar ilə Üçüncü şəxs müvəqqəti istifadəsinə 2 ha torpaq sahəsinin verilməsi qərara alınmış, məzmununda iddiaçıya torpaq sahəsinin ayrılmasına dair heç bir məlumat mövcud olmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi naturada mövcud olmaqla, yol və qoşu torpaq sahəsi ilə sərhəddir, yerləşmə mövqeyi sənədə uyğundur, daxilində tikili mövcud olmamışdır. Kollegiya qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasında daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsasları, habelə həmin hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar dəqiq və imperativ norma şəklində müəyyən edilmişdir. Kollegiya hesab edir ki, hazırki iş üzrə iddianın əsaslılığı baxımından araşdırılmalı olan hal məhz torpaq sahəsinin iddiaçının adına ayrılmasını müəyyən edən hüquqmüəyyənedici sənədin mötəbər olub-olmaması ilə bağlı haldır. Bununla bağlı, kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı müvafiq AİK-in qərarı əsasında iddiaçıya sözügedən torpaq sahəsinin ayrılması halı müəyyən edilməmişdir, əksinə həmin qərar əsasında başqa şəxsin adına torpaq sahəsinin müvəqqəti şəxsin istifadəsinə verilməsi halı müəyyən edilmişdir, bu hallar isə müvafiq Şəhadətnamənin mötəbərliyini şübhə altına alan hal kimi çıxış etmişdir. Belə olan halda, kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları (iddiaçının adına tərtib edilmiş Şəhadətnamənin axiv nüsxəsinin aşkar edilməməsi, iddiaçının özü tərəfindən təqdim edilmiş nüsxəsinin məzmununda qeydə alınma uçot nömrəsinin əks olunmaması, onun verilməsinə əsas olmuş sənəd kimi müvafiq AİK-in qərarının mahiyyət etibarilə başqa şəxsin istifadəsinə torpaq sahəsinin ayrılmasına dair olması, qərarın məzmununda iddiaçıya həmin torpaq sahəsinin ayrılmasına dair heç bir məlumatın əks olunmaması iddiaçının tələbin əsası kimi istinad etdiyi müvafiq torpaqayırma sənədinin mötəbərliyini şübhə altına alınmasına əsas olan və iddianın əsaslılığını təkzib edən hal kimi çıxış etmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, aqrar islahat zamanı sözügedən torpaq sahəsinin iddiaçıya ayrılması halı müəyyən edilmədiyindən, nəticə etibarilə iddiaçının adına sözügedən torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədin mötəbərliyi müəyyən edilmədiyindən və həmin hala dair mötəbər hüquqmüəyyənedici sənəd mövcud olmadığından, iddiaçının istinad etdiyi sənəd əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməmişdir. Bu baxımından da kollegiya hesab edir ki, iddiaçı həmin sənədə istinad etməklə, hazırki iddia tələbini irəli sürməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya iddiaçının şikayətinin dəlili kimi istinad etdiyi hallarla bağlı qeyd edir ki, sözügedən torpaq sahəsinin iddiaçının qanuni sahibliyində olması halı müəyyən edilmədiyindən, iddiaçı qanuni əsas olmadan həmin torpaq sahəsinə sahiblik etdiyindən, bu hal isə mülkiyyət hüququnun yaranması üçün əsas qismində çıxış etmədiyindən, iddiaçı uzun müddət həmin torpaq sahəsinə sahiblik etməsi, torpaq sahəsinin naturada mövcud olması kimi hallara istinad etməkdə haqlı olmamışdır. Həmçinin, kollegiya iddiaçının istinad etdiyi digər arqumenti ilə bağlı qeyd edir ki, indiki halda iddiaçının adına tərtib edilmiş hüquqmüəyyənedici sənəd kimi müvafiq AİK-in qərarının tam mətni arxiv məlumatlarında mövcud olmuş, onun məzmunu sözügedən torpaq sahəsinin onun adına ayrılması ilə bağlı olmamış, iddiaçının adına isə başqa hüquqmüəyyənedici sənədin mövcudluğu müəyyən edilməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçı “müvafiq AİK-in qərarının qüvvədə olması, məlumatların elektron baza məlumatlarında aşkar edilməməsi halının iddiaçının məsuliyyəti ilə bağlı olmaması, onun öhdəliyi olmaması və s.” kimi hallara istinad etməkdə haqlı olmamışdır. Nəticə etibarilə kollegiya hesab edir ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması halı müəyyən edilmədiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları iddianının və şikayətin dəlillərinin əsaslılığını müəyyən etməyə imkan vermədiyindən, iddia tələbi və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, cavabdehin imtina və etirazının dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1064/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1064/2026
04.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver