Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1067/2026 15.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müəyyən edilməsi) Sədrlik edən və məruzəçi hakim Cabbarova Gülnar İnqilab qızı, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh1 qarşı “əlilliyin müəyyən olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2016-cı il tarixli ** nömrəli qərarından görünür ki, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992ci ilin oktyabr ayında aldığı və ##.##.2015-ci ildə müayinə zamanı təyin edilmiş travmanın nəticələri:diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın sol arxa ənsə nahiyəsində,sağ bel nahiyyəsində,döş qəfəsinin arxa səthində,sol daban nahiyyəsində, sol əl pəncəsinin 2-ci barmağının proksimal falanqasanın arxa səthində köhnə çapıq toxumalar,sol əlin IV daraq sümüyünün proyeksiyasında yumşaq toxumlarda bir ədəd metal qəlpə,sol daban sümüyünün aşağı ün kınarının oynaqdaxili,köhnə qopmuş,bitişməmiş sınığı,sağ dirsək oynağında kapsulanın kirəcləşməsi,iri ölçülü kirəcləşmiş hematomalar,dirsək oynağının osteoartrozu İ mərhələ”, hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İddiaçı barəsində Sumqayıt Tibb Mərkəzi tərəfindən ##.##.2024-cü il tarixdə Forma 88 formalı tibbi göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh inzibati orqan tərəfindən ##.##.2024-cü il tarixli imtina məktubun məzmunundan görünür ki, göndərişin natamam doldurulması səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx”PHŞ tərəfindən verilmiş ##.##.2026-cı il tarixli **** nömrəli ekspert rəyinin məzmunundan görünür ki, iş materiallarında olan tibbi sənədlərdə digər paralitik sindromlara (monoparez, hemiparez, hemiplegiya,paraplegiya və tetraplegiya) rast gəlindiyindən “G81-G83-serebral iflic” xəstəliyinin onda olmasını inkar etmək mümkün deyildir, Sumqayıt Tibbi Mərkəzi PBH-də ##.##.2025-ci il traixdə aşağı ətraf vena və arteriya damarlarının doppler müayinəsi aparılmış və müayinə zamanı bilateral dərin venoz sistemdə refuks izlənilməmiş,lakin periferik arteriyalarda aterosklerotik dəyişikliklər izlənilmişdir, K25-mədə xorası xəstəliyinin hazırda vətəndaşda olub-olmaması barədə fikir söyləmık mümükn olmadı, belə ki, həmin xəstəliyə 2025-ci ildə Sumqayıt Tibb Mərkəzində stasionarda müalicələri zamanı izlənilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının 2021-ci ildən əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ##.##.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəb əlaqəsi ilə orqanizmin funskiyasının 65-80 faiz pozulmasına görə iki il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ## #### 1969-cu il tarixdə Qubadlı rayonunda anadan olmuşdur. Məcburi köçkündür, hazırda ünvan 1 (BTZ bağları) ünvanında yaşayır. Bildirir ki, ƏƏSMN yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya xidməti tərəfindən ## #### 2016-cı il tarixdə iddiaçıya ikinci dərəcəli əlillik təyin edilmişdir. Belə ki, əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, TSEK-in diaqnozu qəlpə yaralanmalarından sonra başın sol arxa ənsə nahiyəsində, döş qəfəsinin arxa səthində, dol daban rıahiyyəsində, sol əlin II barmağında köhnə çapıqlar, ÜİX, gərginlik stenokardiyası II f.s. qan dövranı çatmamazlığı, əlilliyin müəyyən olunması meyarı kini isə qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya pİramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri olaraq qeyd edilmişdir. Qeyd edir ki, növbəti müayinə tarixi ## #### 2021-ci il olaraq müəyyən edilmişdir, lakin keçən müddət ərzində bir neçə dəfə həkim komissiyasından keçsə də, imtina verilmişdir. İmtina üçün heç bir əsas yoxdur. 2016-cı il tarixdə qoyulan xəstəlik eləcə də əlillik üçün əsaslar hazırda da mövcuddur. Buna baxmayaraq, əlilliyi dəfələrlə müraciət etməyinə baxmayaraq bərpa edilmir. Sonuncu müraciətinə isə elektron qaydada cavab verilmiş və imtina edilmişdir. İmtinaya əsas olaraq qeyd edilmişdir ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur, həkimin rəyi: Forma 88-də göstərilən F 06.6 XBT kodun səbəbi Hərbi Qərarda öz əksini tapmamışdır, 1992-2023-cü illər ərzində bu xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd edilməmişdir. Cavabdehin imtinasında qeyd etdiyi hallar həqiqəti əks etdirmir. Belə ki, müəyyən edilmiş qaydada həkim müayinələrindən keçmiş, iş üzrə əhəmiyyət kəsb edən bütün xəstəlik kağızları aidiyyəti üzrə təqdim edilmişdir. Həmçinin, bildirir ki, əlillik yuxarıda da qeyd etdiyi kimi daha əvvəl də təyin edilmiş, ən azından 1992-2016-cı illər ərzində xəstəlik üzrə stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr barədə məlumatlar cavabdeh orqana təqdim edilmişdir. Hesab edir ki, mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt Tibb Mərkəzinin ##.##.2024-cü il tarixli göndərişi əsasında baxılmış və diaqnozun mətni “Keçirilmiş (1992) sol arxa ənsə nahiyyəsinin, döş qəfəsi orta səthinin, yuxarı və aşağı ətrafların çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət. Ensefalopatiya. Pozision başgicəllənmə, vestibulopatiya. Kranialgiya. Sol əlin arxa. sol dabanın iç, soltərəfli döş qəfəsinin arxa, bel nahiyyəsinin səthlərinin çapıq toxumaları. Sağ bazu sümüyünün kondiluslarının bitişməyən sınığı, sağ dirsək oynağının II dərəcəli artrozu. Sol əlin V barmağının proksimal falanqasının bitişməmiş sınığı. Sol daban sümüyünün aşağıön kənarının bitişməmiş sınığı. Sağtərəfli N. Medianus posttravmatik neyropatiyası, sağ yuxarı ətrafın monoparezi, hərəki və hissi funksiyaların pozulması. Xroniki ağrı sindromu. Sol aşağı ətrafın monoparezi, yerişin pozulması. Aşağı ətrafların N.Peronaus, N.Tibialis, N.Suralis posttravmatik neyropatiyası. Diskogen L4-L5, L5-S1 disk yırtığı nəticəsində radikulopatiya, xroniki ağrı sindromu. Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi koqnitiv pozuntu.” müəyyən edilmişdir. Hazırda “Göndərişin natamam doldurulması - Səbəb: F 88-də göstərilən F 06.6 XBT kodun səbəbi Hərbi Qərarda öz əksini tapmamışdır. 1992-2023-ci illər ərzində bu xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunmayıb.” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarına əsasən, nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər, çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli, 2- 1(102)- ***/**** nömrəli qərarının 16-cı bəndinə əsasən, Həmçinin göndərişin natamam doldurulması ilə əlaqədar geri qaytarılmasında nə Tibbi-Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır. Bu halda iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin adıçəkilən şəxsin tibb müəssisəni məhkəməyə verərək, tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qərardadı ilə iddia müddətinin bərpa edilməsi barədə ərizə təmin edilmiş, iddia verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə iki il müddətinə əlilliyin müəyyən olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Mahmudlu- Abbaszadə Mehriban). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ## #### 1969-cu il tarixdə Qubadlı rayonunda anadan olmuşdur. Məcburi köçkündür, hazırda ünvan 1 (BTZ bağları) ünvanında yaşayır. Bildirir ki, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidməti tərəfindən ## #### 2016-cı il tarixdə iddiaçıya ikinci dərəcəli əlillik təyin edilmişdir. Belə ki, əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, TSEK-in diaqnozu qəlpə yaralanmalarından sonra başın sol arxa ənsə nahiyəsində, döş qəfəsinin arxa səthində, dol daban rıahiyyəsində, sol əlin II barmağında köhnə çapıqlar, ÜİX, gərginlik stenokardiyası II f.s. qan dövranı çatmamazlığı, əlilliyin müəyyən olunması meyarı kini isə qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya pİramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri olaraq qeyd edilmişdir. Qeyd edir ki, növbəti müayinə tarixi ## #### 2021-ci il olaraq müəyyən edilmişdir, lakin keçən müddət ərzində bir neçə dəfə həkim komissiyasından keçsə də, imtina verilmişdir. 27.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə 17.2025-ci il tarixli məhkəmə qərardadı əsasında iddiaçı X3 “Sağlamlıq vəziyyətinin təyininə dair” tərtib edilmiş T ***/**** saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir: 1. Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərdə digər paralitik sindromlara (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) rast gəlindiyindən, “G81-G83-serebral iflic” xəstəliyinin onda olmasını inkar etmək mümkün deyildir. 2,4,8. Qərardadda ekspertiza qarşısında müvafiq bənd və yarımbəndlərdə qoyulmuş bütün suallar və hallar əlilliyin təyini və qiymətləndirmə meyarlarına aid oldiqlarından onların həlli məhkəmə-tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. 3,5. Qərardadın müvafiq bəndlərində olan “Aşağı ətraf venalarının varikoz genəlməsi” xəstəliyinin olub-olıuaması ilə əlaqədar “Sumqayıt Tibb Mərkəzi” phş-də ##.##.2025-ci il tarixdə aşağı ətraf vena və arteriya damarlarının doppler müayinəsi aparılmış və müayinə zamanı bilateral dərin venoz sistemdə refluks izlənilməmiş, lakin periferik arteriyalarda aterosklerotik dəyişikliklər izlənilmişdir. 7. Qərardadın 7-ci bəndində sualda qeyd olunan “K25-mədə xorası” xəstəliyinin hazırda vətəndaş İddiaçı olub-olmaması barədə fikir söyləmək mümkün olmadı. Belə ki, həmin xəstəliyə 2025-ci ildə “Sumqayıt Tibb Mərkəzi”ndə stasionarda müalicələri zamanı aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: Ağırlaşma - fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.0. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə (2022-ci il ####un #-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 6-cı bənd - Sinir sistemi xəstəlikləri - 6.1.2. ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası; 6.1.4. psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. 29.Odur ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Ona görə də, iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq bizim etirazımızı belə təhrif edərək, guya etirazımız şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisəDövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin“Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar iddiaçının forma ** nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etmir” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayəinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, ##.##.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəb əlaqəsi ilə orqanizmin funskiyasının 40 faiz pozulmasına görə bir il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 6.5. Serebral iflic və digər paralitik sindromlar 6.5.1. Serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya)- XBT kodu G81-G83 Qiymətləndirmə üzrə əlamətləri: 6.5.1.1ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə);cüzi statodinamik pozuntular? 6.5.1.2.mülayim hemiparez (əzələ gücünün 3 bala qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası, yuxarı və (və ya) aşağı ətraflarda aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsəkdə 30-45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, bud-çanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıq-baldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi ilə (baş barmağın distal falanqasının 4-cü barmağa qədər çatmaması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması);mülayim statodinamik pozuntular, 6.5.1.3.cüzi tetraparez (əzələ gücünün 4 bala qədər enməsi, 1,5-2,0 sm-lik əzələ hipotrofiyası, aşağı və yuxarı ətraf oynaqlarının aktiv hərəkətlərinin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə);mülayim statodinamik pozuntular,6.5.1.4.təzahür edən hemiparez (əzələ gücünün 2 bala qədər azalması, yuxarı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının 10-20 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulması, böyük əşyaların uzun müddət saxlanılmasının qeyri-mümkünlüyü (barmaqların distal falanqalarının 3-4 sm məsafədə ələ çatmaması, barmaqların yumruğa bükülməsinin təzahür edən məhdudlaşması), yuxarı ətrafın əsas funksiyasının pozulması və ya bütün aşağı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının təzahür edən məhdudlaşması (bud-çanaq oynağının 20 dərəcəyə, diz oynağının 10 dərəcəyə, aşıq-baldır oynağının 6-7 dərəcəyə qədər) ilə);əhəmiyyətli təzahür edən statodinamik pozuntular, 6.5.1.5 mülayim tetraparez (əzələ gücünün 3 bala qədər azalması, yuxarı və (və ya) aşağı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının çiyin oynağında 35- 40 dərəcəyə, dirsək oynağında 30-45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, bud-çanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıq-baldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi (baş barmağın distal falanqasının 4-cü barmağın əsası səviyyəsində olması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması) ilə);əhəmiyyətli təzahür edən statodinamik pozuntular, 6.5.1.6.əhəmiyyətli təzahür edən tetraparez, əhəmiyyətli təzahür edən triparez, hemiplegiya, triplegiya, tetraplegiya (əzələ gücünün 1 bala qədər azalması, müstəqil yerdəyişmənin, əllərdən istifadə etmək qabiliyyətinin qeyrimümkünlüyü, yatağa məhkum olma);əhəmiyyətli təzahür edən statodinamik pozuntular Bənd 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular- XBT kodu F06 Bənd 6.6.3. digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri –XBT kodu M51 “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi səbəb əlaqəsi ilə orqanizmin funksiyasının pozulmasının faiz dərəcəsinə uyğun əlilliyin müəyyən edilməsinə nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçı barəsində “göndərişin natamam doldurulması” barədə qərar qəbul edərək, əlilliyin müəyyən edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi (orqanizmin funksiyasının 65-80 faiz dərəcə pozulması ilə iki il müddətinə əlilliyin müəyyən edilməsi) təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki,hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsas aşkar edilməmişdir. Həmçinin, kollegiya iddianın mümkünlüyü baxımından onu qeyd edir ki, iddiaçı barəsində cavabdeh tərəfindən əlilliyin müəyyən edilməsindən imtinaya dair qərarı ##.##.2024-cü il tarixdə qəbul edilmiş, iddiaçı iddia tələbi ilə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Cavabdeh tərəfindən isə həmin qərarın rəsmi qaydada və ya başqa formada iddiaçıya çatdırılması halına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə qanunla müəyyən edilmiş prosessual müddət bərpa edilmiş, cavabdeh tərəfindən həmin hal mübahisələndirilməmişdir. Nətic etibarilə kollegiya hesab edir ki, qanunla müəyyən edilmiş iddia müddəti bərpa edildiyindən, məhkəmənin bu hissədə gəldiyi nəticə qanuni olduğundan, hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün əsas mövcud olmamışdır. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçının barəsində müvafiq tibb müəssisəsi tərəfindən tibbi göndəriş tərtib edilmiş (##.##.2024-cü il tarixli), həmin tibbi göndərişdə iddiaçı barəsində əsas diaqnoz xəstəliyi “Yuxarı ətrafın sinirinin travmasının nəticələri,keçirilmiş (1992) sol arxa beyin nahiyəsində, sağ tərəflibeyində döş qəfəsi orta səthndə yuxarı aşağı ətraflarda çox saylı qəlpə yaralanmasından sonrakı vəziyyət (XBT kodu T92.4)”, ağırlaşmaları “Yuxarı ətrafların monoplegiyası,sağ tərəfli N.Medianus postravmatik neyropatiyası,sağ yuxarı ətrafın monoparezi, hərəki və hissi funksiyaların pozulması xroniki ağrı sindromu (XBT kodu G83.2)”, yanaşı xəstəlikləri “Bel və igər şöbələrin fəqərəaraası disklərin radikulopatiya ilə diskogen I4-L5 L5-S1 disk yırtığı nəticəsində radikulopatiya xroniki ağrı sindromu ilə (XBT kodu M51.1)”, “Üzvi mənşəli emosional labil pozuntu,üzvi koqnutiv pountu (XBT kodu F06.6)”, “Yüngül koqnitiv pozuntu,üzvi koqnutiv pozuntu (XBT kodu F06.7)”, “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər silah növləri ilə törədilmiş zədələnmələr....(XBT kodu Y36.4)”, “Gərginlik tipli baş ağrısı, gərginliklə bağlı xroniki baş ağrısı, epizodik baş ağrısı, ƏGO baş ağrısı, pozision başgicəllənmə vestibulopatiya,kranialigiya (XBT kodu G44.2)”, “aşağı ətrafların monoplegiyası, sol aşağı ətrafın monoparezi, yerişin pozulması (XBT kodu G83.1)”, “Dəqiqləşdirilməmiş ensefalopatiya (XBT kodu G93.4)”, “aşağı ətrafın sinirinin travmasının nəticələri, aşağı ətrafların N.Peronaus N.Tibialis N.Suralis neyropatiyası (XBT kodu T93.4)” Cavabdeh tərəfindən həmin tibbi göndərişın natamam doldurulması əsasına istinad edərək, bu barədə ##.##.2024-cü il tarixli qərar qəbul edilmişdir. Həmçinin, Mərhəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş müvafiq şəhadətnamənin məzmunundan görünür ki, iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı travma “Qəlpə yaralanmalarından sonra başın sol arxa ənsə nahiyəsində,sağ bel nahiyyəsində,döş qəfəsinin arxa səthində,sol daban nahiyyəsində, sol əl pəncəsinin 2-ci barmağının proksimal falanqasanın arxa səthində köhnə çapıq toxumalar,sol əlin IV daraq sümüyünün proyeksiyasında yumşaq toxumlarda bir ədəd metal qəlpə,sol daban sümüyünün aşağı ün kınarının oynaqdaxili,köhnə qopmuş,bitişməmiş sınığı,sağ dirsək oynağında kapsulanın kirəcləşməsi,iri ölçülü kirəcləşmiş hematomalar,dirsək oynağının osteoartrozu İ mərhələ” kimi, travmanın səbəb əlaqəsi kimi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyinin məzmunundan görünür ki,iddiaçı barəsində tibbi sənədlərdə paralitik sindromlara (monoparez,hemiparez,hemiplegiya,paraplegiya və tetraplegiya) rast gəlindiyindən, G81-G83-serebral iflic xəstəliyinin onda olmasını inkar etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, iddiaçı qeyd edilən diaqnoz xəstəliklərlə bağlı stasionar və ambulator müalicələr almışdır (ambulator kartadan çıxarış və digər tibbi sənədlər), həmin tibbi sənədlərin məzmununda “aşağı ətrafların monoparezi, ətraflarda monoparez, əzələ gücünün müxtəlif ətraflar üzrə 2 bal, 3 bal, 4 bal” olduğu qeyd edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı ekspert rəyinin məzmunu ilə bağlı rəyi tərtib etmiş ekspert dinlənilmiş, o, izahatında qeyd etmişdir ki, “......iddiaçı ilə bağlı ekspert rəyində tibbi sənədlərdə paralitik sindromlara (monoparez,hemiparez,hemiplegiya,paraplegiya və tetraplegiya) rast gəlindiyindən, G81-G83-serebral iflic xəstəliyinin onda olmasını inkar etmək mümkün olmamışdır. Onların hər biri var ki, onları inkar etmək mümkün deyildir. İddiaçıda olan xəstəlik parezlə bağlı xəstəlikdir, o biri xəstəliklər deyil, ona görə də onu yazmışıq. Əzələ gücünün müəyyən edilməsi nevropatoloqun slahiyyətinə aid olduğundan, o müəyyən edir,tibbi sənədlərə əsasən hazırda vətəndaşda monoparez olduğunu dəqiq söyləmək mümkündür, nevropatoloq rəyində yuxarı aşağı ətraflarda əzələ gücünün 3 bal olduğunu, digər hissələrdə 2 bal olduğunu, bir yarı ətraflarda monoparez olduğunu dəqiq qeyd etmişdir, digər hissədə isə orta sinirin poztravmatik neyropatiyası oluğu qeyd edilmişdir. Onların ağırlaşması kimi ola bilər.Hemiparez, tetraparez, hemiplegiyanı dəqiq demək mümkün deyil, onu yalnız həkim nevropatoloq yenidən baxıb müəyyən edə bilər konktret olaraq olubolmadığını, monoparez travmanın nəticəsində ola bilər, əgər siniri zədələnibsə,ola bilər, adi səth yaralar olubsa, onda olmaya bilər, tibbi olaraq səbəb ola bilər.......” Kollegiya onu qeyd edir ki, iddiaçı barəsində tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərdən XBT kodu Y36.4, G44.2, G93.4,T93.4 və T92.4 müvafiq Meyarlarda əlilliyin müəyyən edilməsinə əsas olan xəstəliklər qismində nəzərdə tutulmamışdır. Bu baxımından kollegiya hesab edir ki, həmin xəstəliklər üzrə iddianın əsaslılığının müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə, kolegiya qeyd edir ki, iddiaçı barəsində tibbi göndərişdə əks olunmuş XBT kodu M51.1 olan xəstəlik müvafiq Meyarlarda əlilliyin müəyyən edilməsinə əsas olan xəstəliklər kimi nəzərdə tutulsa da, məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyi və digər tibbi sənədlər əsasında həmin diaqnoz xəstəliklərin Meyarların 6.6.3.1-6.6.3.6-cı bəndlərində əks olunmuş qiymətləndirmə üzrə əlamətlərinin iddiaçıda mövcudluğu öz təsdiqini tapmamışdır. Bu baxımından kollegiya hesab edir ki, həmin xəstəliklər üzrə iddianın əsaslılığının müəyyən edilməsi mümkün olmamışdır. Kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyi və digər tibbi sənədlər əsasında iddiaçıda XBT kodu G83.1 ola diaqnoz xəstəliyin və onun qiymətləndirmə üzrə əlamətləri (müvafiq Meyarların 6.5.1.1-ci bəndində əks olunmuş “ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə);cüzi statodinamik pozuntular”, fazi göstəricisi 40, müddəti bir il) mövcudluğu öz təsdiqini tapır. Cavabdeh tərəfindən həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmişdir. İndiki halda cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan diaqnoz xəstəliyin və qiymətləndirmə üzrə əlamətlərinin öz təsdiqini tapmadığını qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə qədim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən həmin xəstəliklərin (ağırlaşmalarının) əlilliyin təyin edilməsi üçün əsas olmadığı halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur. Bundan əlavə, kollegiya onu qeyd edir ki, iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə əks olunmuş XBT kodu F06 diaqnoz xəstəliyi ilə bağlı birinci instansiyada icraat zamanıaraşdırma aparılmamış, hazırki mərhələdə bu istiqamədə araşdırma aparılmasının zərurliyi iddiaçının diqqətinə çatdırılsa da, iddiaçı həmin diaqnoz xəstəliklə bağlı müvafiq ekspertizanın keçirilməsinə razı olmadığını, XBT kodu G83.1 diaqnoz xəstəliklə bağlı əlilliyinin müəyyən edilməsini istədiyini bildirərək, ona dair iddia tələbinin dəqiqləşdiirlməsi barədə yazılı ərizə təqdim etmişdir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının hüquqi marağı məhz XBT kodu G83 diaqnoz xəstəliklə bağlı əlilliyin müəyyən edilməsi olduğundan, əlavə araşdırma aparılması zərurəti mövcud olmamışdır. Bu halın hazırki iş üzrə nəzərə alınması məqsədəmüvafiqdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddiaçıda orqanizmin funskiyasının pozulmasının 40 faiz dərəcəsi 1 il müddtinə əlilliyin müəyyən edilməsi üçün əsas olduğunu aşkar edildiyindən, iddia tələbinin dəqiqləşdiirlməsi barədə ərizə əsaslı olmaqla, təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı həmin ərizə ilə bağlı hissədə dəyişdirilməli, cavabdehin şikayəti həmin hissədə təmin edilməməlidir. Bundan əlavə, kollegiya əlilliyin səbəb əlaqəsi ilə bağlı hissədə onu qeyd edir ki, indiki halda iddiaçı barəsində qeyd edilən diaqnoz xəstəliklərin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı” aldığı travma ilə əlaqədar yaranması halı da iş materiallarına olan sənədlər (Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş müvafiq şəhadətnamə, travma haqqında arayış, ekspert rəyi və s.) əsasında öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə də işin hallarına düzgün hüquqi qiymət vermiş, cavabdehin şikayətinin dəlilləri həmin hissədə əsassız olmuşdur. Eyni zamanda kollegiya əlilliyin təyinat tarixi ilə bağlı hissədə onu qeyd edir ki, indiki halda iddiaçı barəsində müvafiq tibbi göndəriş ##.##.2024-cü il tarixdə tərtib edilmiş, cavabdeh inzibati orqan iddiaçı barəsində məhz həmin tibbi göndəriş əsasında aparılmış yoxlamanın nəticəsinə dair ##.##.2024-cü il tarixdə göndərişin natamam doldurulmasına dair qərar qəbul etmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən əlilliyin hansı tarixdən müəyyən edilməsi üçün məhz müvafiq tibbi göndəriş əsasında iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinin nəticəsini ehtiva edən əlilliyin təyin edilməsindən imtina barədə cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli qərarın tarixi əsas götürülməli olduğundan, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə də işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Həmçinin, kollegiya cavabdehin istinad etdiyi digər arqumenti ilə bağlı onu qeyd edir ki, indiki halda iddiaçı barəsində əlilliyin müəyyən edilməsinə əsas olan xəstəlik XBT kodu G83.1 olan diaqnoz xəstəlik və onun ağırlaşmaları olduğundan, habelə təkrar əlilliyin müəyyən edilməsi olduğundan, müvafiq Qaydaların * nömrəli əlavəsində həmin kod üzrə 10 gün stasionar müalicə müddəti, 3 dəfə ambulator müalicə müddəti ehtiva edilmişdir. İş materiallarında olan tibbi sənədlər, tibbi müəssisələri tərəfindən verilmiş məlumatlar əsasında iddiaçının həmin müddətlərdə müalicədə olması halı öz təsdiqini tapır. Bu baxımından kollegiya hesba edir ki, cavabdehin həmin hissədə istinad etdiyi arqumenti əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə düzgün olduğundan, habelə işin yuxarıda müəyyən edilmiş halları əsasında iddianın əsaslılığı müəyyən edildiyindən, cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilsin. İddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar“ səbəb əlaqəsi ilə orqanizm funksiyalarının 40 faiz pozulmasına görə bir il müddətinə əlilliyin müəyyən olunması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.