Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1068/2026 16.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçının nümayəndəsi nümayəndə2, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxx X2rşı “qərarın ləğv edilməsi və hərbi xidmətə sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə Iddiaçı “İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyi tərəfindən qəbul edilmiş *-**-*/*-M*****/**** saylı qərarın ləğv edilməsi və “Funksiya pozulması olmayan, onurğanın zirvəsi L1 olan sağa doğru (8 dərəcə), zirvəsi L3 olan sola doğru (9 dərəcə), birinci mərhələ skoliozu” diaqnozla hərbi xidmətə sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi qərarının qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ## ###### 1996- cı il təvəllüdlüdür, ##.##.2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Siyəzən rayon Idarəsinin HHK-sı tərəfindən xəstəliklər cədvəlinin 1c qrafasının “66ç” və “80ç”-ci maddələrinə əsasən ##.##.2008-ci il tarixli ** saylı qərarı ilə sülh dövründə h/x yararsız, m/d məhdud yararlı hesab edilmişdir”. ##.##.2018-ci ildə Siyəzən HHK-sı tərəfindən xəstəliklər cədvəlinin Ic qrafasının 66c, 80ç maddəsinə əsasən ##.##.2008-ci il tarixli, 59 №-Ii qərarla və ##.##.2021-ci il tarixli qərarla hərbi həkim komissiyası tərəfindən hərbi xidmətə yararsız hesab olunmuşdur. Təkrar müayinə 3 ildən sonra, yəni ##.##.2024-cü il tarixə təyin olunmuşdur. Təkrar müayinə zamanı hərbi xidmətə yararlı hesab edilmişdir. Iddiaçı cavabdehin qərarı ilə razılaşmır. Belə ki, əvvəlki müayinələr zamanı “Funksiya pozulması olmayan, onurğanın zirvəsi L1 olan sağa doğru (8 dərəcə), zirvəsi L3 olan sola doğru (9 dərəcə), birinci mərhələ skoliozu” diaqnozu ilə xəstə olmağı təsdiq edilmişdir. Hal-hazırda həmin xəstəlik daha da ağırlaşmışdır. Xəstəlik səbəbindən onurğa sütununda əyrilər yaranmışdır ki, bu da iddiaçının hərəkətinə ciddi şəkildə maneçilik yaradır. Ailəlidir, 1 övladı var. Atası 2-ci dərəcəli gözdən əlildir. Hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş 3-17-4/1 -M-*****/**** saylı qərarın ləğv edilməsi və “Funksiya pozulması olmayan, onurğanın zirvəsi L1 olan sağa doğru (8 dərəcə), zirvəsi L3 olan sola doğru (9 dərəcə), birinci mərhələ skoliozu” diaqnozla hərbi xidmətə sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi qərarının qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxx müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi nəticəsində iddiaçı Hərbi Həkim Komissiyasının rəyi ilə XBT kodu M41 olan l dərəcəli skolioz diaqnozu qoyulmuş və hərbi xidmətə yararlı hesab edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Qərardad onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsi tərəfindən verilmiş ##.##.2026cı il tarixli məktuba əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsində hərbi qeydiyyatda olan 1996-cı il təvəllüdlü İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsi tərəfindən ##.##.2026-cı il tarixdə N saylı hərbi hissəyə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Hal-hazırda müddətli həqiqi hərbi xidmətdədir. Nəzərə alınmalıdır ki, iddiaçı artıq müddətli həqiqi hərbi xidmətə göndərilmiş və hazırda hərbi xidmətdə olduğundan, mövcud tələb daxilində iddia tələbinə baxılması mümkün deyildir. Onun hərbi xidmətdən tərxis olunmasına dair tələb hərbi qulluq keçdiyi müvafiq dövlət orqanına qarşı irəli sürülməli, habelə bu məsələ ilə bağlı əvvəlcədən həmin orqana inzibati qaydada müraciət edilməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitəsindən istifadə etməklə nail ola bilər. Qərardadan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyi tərəfindən qəbul edilmiş 3-1 7-4/1 -M- *****/**** saylı qərarın ləğv edilməsi və “Funksiya pozulması olmayan, onurğanın zirvəsi 14 olan sağa doğru (8 dərəcə), zirvəsi L3 olan sola doğru (9 dərəcə), birinci mərhələ skoliozu” diaqnozla hərbi xidmətə sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi qərarının qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda məhkəməyə müvəqqəti təminat tədbiri təyin edilməsi üçün müraciət etmişdir. Lakin məhkəmə ərizəni təmin etməmiş, xəstə olduğu halda cavabdeh tərəfindən hərbi xidmətə göndərilmiş və hal-hazırda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmətdədir (yanvar 2026-cı ildən etibarən). Bundan sonra məhkəmə ##.##.2025-ci il tarixli qərardadı ilə sağlamlıq vəziyyətini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin etmiş və ekspert qarşısında əsas diaqnoz XB4 10 kodu M41 “Skolioz” diaqnozunun aşkar edilməsi sual kimi qoyulmuşdur. Sağlamlıq vəziyyətinin təyininə dair ***/**** saylı ekspert rəyi ilə "Onurğanın döşbel tipli sol tərəfi ikinci dərəcəli skaliozu-M4L” diaqnozu müəyyən edilmişdir. Məhkəmə iddianın təminat tədbirini seçsəydi, o, xəstə olduğu halda hərbi xidmətə göndərilməli deyildir. Lakin obyektiv araşdırma aparmamış, onun qanuni tələbi pozulmuşdur. Artıq onun xəstəliyi ekspert rəyi ilə təsdiq edilmişdir. Belə olan halda iddianın mümkünsüz sayılması ədalətsizdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “xxxx” qarşı publik hüquqi şəxsi etirazını birinci instansiya məhkəməsinin qərarının əsaslandırmas hissəsinə istinad edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyşdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ## #### 2026-cı il tarixli, *** nömrəli Fərmanına əsasən, cavabdeh2 publik hüquqi şəxsinin fəaliyyətinə yenidən təşkil edilmə (birləşmə) nəticəsində xitam verilmişdir. Həmin Fərmana əsasən, “xxxx” publik hüquqi şəxsi yaradılmış və əvvəlki publik hüquqi şəxsin bütün hüquq və öhdəlikləri, o cümlədən məhkəmə işləri üzrə hüquq və vəzifələri hüquq varisliyi qaydasında yeni yaradılmış publik hüquqi şəxsə keçmişdir. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh cavabdeh2 publik hüquqi şəxsi hüquqi varisi olan “xxxx” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Hazırki iş üzrə iddiaçının iddia tələbi “qərarın ləğv edilməsi və hərbi xidmətə sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi” təşkil edir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Belə ki, məhkəmə iddiaçının məhkəmə araşdırması gedişində hərbi ixdmətə aparıldığını əsas götürərək hesab etmişdir ki, mövcud tələb daxilində iddia tələbinə baxılması mümkün deyildir. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçının hərbi xidmətdən təxris olunmasına dair tələb hərbi qulluq keçdiyi müvafiq dövlət orqanına qarşı irəli sürülməli və bununla bağlı ilkin olaraq həmin orqana müraciət edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının 3-cü bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. IPMin 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Iş materillarının araşdırması zamanı müəyyən olunur ki, 1996-cı il təvəllüdlü İddiaçı ##.##.2026-cı il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün N saylı hərbi hissəyə göndərilmiş və hazırda hərbi xidmətdədir. Lakin birinci instansiya məhkəməsi bu halı iddianın mümkünlüyünü bütövlükdə istisna edən hal kimi qiymətləndirməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasib iddia növləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, habelə işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Işin hallarından görünür ki, iddiaçının irəli sürdüyü tələbin mahiyyəti onun müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərarın ləğv edilməsinə və sülh dövründə həri xidmətə yararsız hesab edilməsinə yönəlmişdir. Məhkəmə iddiaçının artıq hərbi xidmətdə olmasını nəzərə alaraq iddiaçıya (nümayəndəsinə) tələbin dəqiqləşdirilməsi və müvafiq iddia növünün seçilməsi üçün prosessual yardım göstərməli idi. IPM-in 36.1-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən isə artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasının tələb edilməsinə yol verilir. Bu baxımdan, birinci instansiya məhkəməsinin “iddiaçı artıq müddətli həqiqi hərbi xidmətə göndərildiyindən mövcud tələb daxilində iddiaya baxılması mümkün deyildir” nəticəsi özözlüyündə iddianın mümkün sayılmamasına əsas vermir. Əksinə, mübahisələndirilən hərəkətin artıq icra edilmiş olması iddia tələbinin hüquqi müdafiənin digər formasında, o cümlədən IPMin 36.2-ci maddəsində nəzərdə tutulmuş müəyyən etmə və ya tanınma haqqında iddia formasında irəli sürülməsi məsələsini zəruri edir. Bu səbəbdən birinci instansiya məhkəməsi iddiaçının tələbinin hüquqi mahiyyətini və faktiki məqsədini nəzərə alaraq, ona müvafiq prosessual yardım göstərməklə iddianın növünün dəqiqləşdirilməsi imkanını yaratmalı, bundan sonra iddianın mümkünlüyü məsələsini həll etməli idi. Məhkəmənin bu prosessual vəzifəni yerinə yetirmədən, yalnız iddiaçının artıq hərbi xidmətə göndərilməsinə istinad etməklə iddianı mümkün saymaması nəticəsində iş üzrə hüquqi müdafiə vasitəsinin düzgün seçilməsi və iddiaçının məhkəməyə çıxış hüququ baxımından əhəmiyyətli olan məsələlər araşdırılmamışdır. Beləliklə, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsassız olmuş, iddianın hüquqi mahiyyəti və növünün düzgün müəyyən edilməsi üçün hüquqi yardım göstərilmədən onun mümkünlüyünə dair yekun nəticəyə gəlinmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş iddia tələbinin hüquqi mahiyyətinin, o cümlədən onun IPM-in 36-cı maddəsində nəzərdə tutulmuş müəyyən etmə və ya tanınma haqqında iddia kimi dəqiqləşdirilməsi, iddiaçıya IPM-in 13-cü maddəsinə uyğun hüquqi yardım göstərilməsi və bundan sonra iddianın mümkünlüyü məsələsinin həll edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əhəmiyyət kəsb edən hallar tam və obyektiv araşdırılmamış və nəticədə iddianın mümkün sayılmaması barədə gəlinmiş nəticə əsaslı olmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin və inzibati iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1068/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-1068/2026
16.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver