Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1072/2026 08.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı iş üzrə (Açar sözlər: yeni açılmış hal üzrə icraatın təzələnməsi) Sədrlik edən və məruzəçi-hakim Cabbarova Gülnar İnqilab qızı, hakimlər Quliyev İsmayıl Rza oğlu və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil, Ərizəçinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı “ güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququ yarandığı ## ###### 2012-ci il tarixdən hazıradək yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair *-*(**)-****/**** nömrəli inzibati iş üzrə cavabdeh tərəfindən verilmiş “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında” ərizəsinə dair Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək “47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququ yarandığı ## ###### 2012-ci il tarixdən hazıradək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin ## ### 2018-ci il tarixli *-*(**)-****/**** saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququ yarandığı ##.##.2012-ci il tarixdən hazıradək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur. Daha sonra qərar ## #### 2018-ci il tarixdə icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir. 4. Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış **/**** saylı, ## #### 2018-ci il tarixli məktubunda göstərilən qərarın icra edildiyi bildirmişdir. ## #### 2024-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizə ilə məhkəməyə müraciət edərək yeni açılmış hallarla bağlı həmin inzibati iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(**)-****/**** nömrəli qərardadı ilə ərizə mümkün sayılmamışdır. Ərizəçi qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilərək iş üzrə icraatın təzələnməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *- *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış, kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Sumqayıt İnzibati Məhkəməsinə ## ###### 2026-cı ildə ərizə ilə müraciət edərək yeni açılmış hallarla bağlı iş üzrə məhkəmə icraatının təzələnməsini və cavabdeh2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmişdir. Ərizənin dəlilləri Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Sumqayıt İnzibati-İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ##.##.1982- ##.##.1993, ##.##.1993-##.##.2005-ci illəri ümumi sığorta stajına, ##.##.1983-##.##.1993- cü illəri isə güzəştli sığorta stajına daxil edərək ona 47 yaşının tamam olduğu ##.##.2012-ci il tarixindən əmək pensiyasının təyin edilməsi, yaranacaq fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin (bundan sonra - Şöbə) üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2018-ci il tarixli *- *(**)-****/**** nömrəli qərarına əsasən iddia təmin edilmiş, ##.##.1982-##.##.1993, ##.##.1993- ##.##.2005-ci illər onun ümumi sığorta stajına, ##.##.1983-##.##.1993-cü illər isə güzəştli sığorta stajına daxil edərək ona 47 yaşının tamam olduğu ##.##.2012-ci il tarixindən əmək pensiyasının təyin edilməsi, yaranacaq fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması qərara alınmış və həmin qərar qanuni qüvvəsini almışdır. Aşağıda qeyd olunanlara əsasən, İddiaçı işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraat yeni açılmış hallarla bağlı icraat üzrə təzələnməlidir.Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra IPM) 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minprosessual Məqələrinin qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Göründüyü kimi, qanunverici İnzibati məhkəmə icraatı başa çatsa da, aşağıdakı dispozisiya şərtləri birlikdə mövcud olduğu halda həmin icraatın təzələnməsini mümkün hesab etmişdir: sonradan yeni sübutların və ya halların aşkar olunması; həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması. Hazırkı iş üzrə də qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraat təzələnməsi üçün əsas olan yeni sübutlar və hallar aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində (bundan sonra - Baş İdare) istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarına əsasən digər şəxslərlə yanaşı, İddiaçı pensiya işinə tikilmiş və sonuncunun adına olan IT-İ seriya N№******* saxta əmək kitabçası əsasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2018ci il tarixli qərarı ilə təyin olunmuş pensiya İşi üzrə Əliyev Vüsal Arif oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən (cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə) hissəvi xitam verilmişdir. Həmin qərardan o da görünür ki, istintaq zamanı Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən Əliyev Vüsal Arif oğlu ifadəsində həmin şəxsiere aid saxta senədləri şəxsən tərtib edərək məhkəmələrə təqdim etdiyini göstərmişdir. Eləcə də, iş üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Əliyev Vüsal Arif oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 ve 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Baş İdarənin xitam qərarından da göründüyü kimi hazırda məhkum olunmuş Əliyev Vüsal Arif oğlu tərəfindən İddiaçı aid saxta sənəd hazırlanmış və məhkəməyə təqdim edilmiş; həmin saxta sənəd əsasında məhkəmə tərəfindən Hesenova Sara Süleyman qızına pensiya təyin edilməsi öhdəliyi Şöbənin üzərinə qoyulmuş: Əliyev Vüsal Arif oğlunun sənəd saxtalaşdırma və bilə-bilə həmin saxta sənəddən istifadə etmə cinayət əməllərini törətməsi müəyyən edilmiş; saxta sənəd rəhbər tutulmaqla qəbul edilmiş məhkəmə qərarı əsasında iddiaçıya pensiya təyinatı aparılmış; cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən (bəraətverici olmayan əsasla) İddiaçı pensiya işi üzrə Əliyev Vüsal Arif oğlunun barəsində cinayət təqibinə hissəvi xitam verilmişdir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, Baş İdarənin cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə qəbul edilmiş ## ###### 2025- ci il tarixli xitam qərarı və orada sadalanan hallar hazırkı iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi üçün yeni sübutlardır. Oxşar mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2015-ci il tarixli Qərarında da öz əksini tapmışdır. Belə ki, həminqərarda göstərilmişdir ki, "təqsirləndirilən şəxsin ölməsi, amnistiya və ya cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi hallarda cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin mümkün olmaması səbəbindən qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bile-bilə yalan rey verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalaşdırılması yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasına əsas ola bilər." Bundan əlavə, Baş İdarənin ## ###### 2025- ci il tarixli xitam qərarına əsasən müəyyən edilmiş sənədin (əmək kitabçasının) saxtalaşdırma faktı hazırki ərizə ilə mübahisələndirilən Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin ##.##.2018-ci il tarixli *-*(**)-****/**** nömrəli qərarının qəbul edilməsinə əsas olmuş və həmin qərarın qəbul edilməsinə birbaşa, açıq-aşkar təsir göstərmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, İddiaçı iddia ərizəsində tələb etdiyi ##.##.2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunurdu: şəxsiyyət vəsiqəsinin surəti; əmək kitabçası; işəgötürən tərəfindən verilən güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı və həmin işin xarakteri barədə arayış; İşəgötürən tərəfindən verilən əməkhaqqı arayışı. Nəticə etibarilə, İddiaçı pensiya təyin edilməsi ilə bağlı aparılan İnzibati məhkəmə icraatı zamanı işin araşdırılması və ədalətli həll olunması üçün adıçəkilən sənədlər həlledici əhəmiyyət kəsb edib. Eyni zamanda, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2018-ci il tarixli *-*(**)-****/**** nömrəli qərarından da görünür ki, məhkəmənin İddianın təmin edilməsi ilə bağlı yekun nəticəyə gəlməsinə təsir edən əsas sənədlər qismində iş materiallarına əlavə edilmiş İddiaçı aid İT-İ seriyalı №******* əmək kitabçası çıxış etmişdir. Lakin yuxarıda da vurğulandığı kimi, Baş İdarənin ## ###### 2025-ci il tarixli xitam qərarında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən iddia təmin edilərkən əsas götürülmüş sözügedən sənədlərin saxtalaşdırılması faktı öz təsdiqini tapmışdır. Göstərilən xüsusatlar isə ##.##.2025-ci il tarixli xitam qərarının və həmin qərarla müəyyən edilmiş halların əvvəlki iş üzrə nə qədər həlledici əhəmiyyətə malik olduğunu bir daha təsdiq edir. Çünki, qeyd edilən sənədin saxta olması faktı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə həmin iş üzrə qərar qəbul edilərkən məlum olsaydı, həmin qərarın nəticə hissəsi əhəmiyyətli dərəcədə fərqlənər və iddianın təmin olunmaması ilə nəticələnərdi. Eyni mövqe, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması ilə bağlı qəbul etdiyi ##.##.2016-cı il tarixli Qərarında da qeyd olunmuşdur. Belə ki, həmin qərarda vurğulanmışdır ki, "İşə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onunla ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı aşkar edilsəydi, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı". Məlumat üçün bildirirk ki, saxta sənədlər əsasında qəbul edilmiş məhkəmə qərarının icrası nəticəsində iddiaçıya 5366,23 manat əsassız vəsait ödənilmişdir. Həmçinin, İddiaçı işi üzrə yeni açılmış hallara dair ərizənin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət də ötürülməmişdir.Belə ki, IPM-in 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Qeyd edirik ki, İddiaçı pensiya təyin edilməsi ilə əlaqədar işə mahiyyət üzrə məhkəmədə baxılarkən onun tərəfindən təqdim edilmiş sənədlərin saxtalaşdırılması faktı məhkəməyə və hazırkı iş üzrə ərizə verən şəxsə məlum olmamışdır. Qeyd olunan fakt Baş İdarənin ##.##.2025-ci il tarixİl xitam qərarı ilə müəyyən edilmişdir. Sözügedən qərar isə ərizəçiyə Baş İdarənin ##.##.2025- ci il tarixli *-*-***/*- ******/**** nömrəli məktubu ilə təqdim olunmuşdur. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sənəd dövriyyəsi" altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən, həmin məktub Nazirliyə ##.##.2025-ci il tarixində 3-17/1- 24036/2025 nömrəsi ilə daxil olmuşdur. Beləliklə, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sənəd dövriyyəsi" altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən, yeni açılmış hallara bağlı icraatın təzələnməsinə əsas olan yeni sübutlar və hallar həmin sübutların və halların əks olunduğu Baş İdarənin ##.##.2025-ci il tarixli qərarının Nazirliyə daxil olduğu ##.##.2025-ci il tarixində ərizəçiyə məlum olmuşdur. Bu səbəbdən, hazırkı iş üzrə ərizəçi tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün nəzərdə tutulmuş 3 aylıq müddət buraxılmamışdır. Həmçinin, hazırkı iş üzrə ərizəçi olan Şöbənin əsl ərizəçi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi zərurəti də yaranmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ## ### 2018-ci il tarixli qərarının ləğv olunması, işin icraatının təzəlməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunması qərara alınmışdır (hakim Rahim Həsənov). İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə əsassızdır və formal mülahizələrə əsaslanaraq qərardad qəbul etmişdir. Bu işlə bağlı daha öncədə yeni açılmış hallarla bağlı cavabdeh tərəfindən məhkəməyə müraciət olunmuş və ərizələri mümkün sayılmamıışdır. Həmin qərar Ali Məhkəməyə qədər qüvvədə saxlanılmışdır. Qərardad qəbul olunarkən məhkəmə tərəfindən İnzibati Prossesual Məcəllənin 103.1-ci maddəsinn (Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətind verilə bilər.) tələbləri nəzərə alınmamışdır və qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. İşin hallarından göründüyü inzibati orqana işin halları artıq 2023-cüi ildə aşkar olunub və onu təkzib edə biləcək hər hansı bir sənəd həmin vaxt təqdim edə bilərdi. Lakin, təqdim edilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Ərizəçinin nümayəndəsi apellyasiya şikayətinə qarşı etirazında apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Təbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 101. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ərizənin mümkünlüyü ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən inzibati prosessual qanunvericilikdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi əsasları dəqiq və konkret şəkildə müəyyən edilmiş və həmin əsasların iş üzrə icraatın təzələnməsi üçün əsas ola bilməsinin mümkünlüyü qeyd edilmişdir. Qeyd edilən normanın dispozitiv şərtlərinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmçinin, qeyd edilməlidir ki, qanunvericiliyin tələbinə əsasən başa çatmış məhkəmə icraatının yeni açılmış hal üzrə təzələnməsi ilə bağlı ərizə həmin halların məlum olduğu gündən 3 ay ərzində verilə bilər. Kollegiya qeyd edir ki, hazırki iş üzrə cavabdehin yeni açılmış hal kimi istinad etdiyi hal “saxta əmək kitabçası əsasında pensiya təyin edilməsi” olmaqla, həmin hal məhz ## ###### 2025-ci il tarixli qərar əsasında müəyyən edilməklə, həmin tarixdə cavabdeh üçün aşkar olmuş, cavabdeh icraatın təzələnməsi ilə bağlı ərizə il məhkəməyə ## ###### 2026-cı il tarixdə müraciət etmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, ərizənin mümkünlüyü baxımından qanunla tələb olunan müddətlə bağlı şərt ödənildiyindən, iddiaçının bu hissədə istinad etdiyi arqumenti əsassız olmuşdur. Kollegiya ərizənin əsaslılığı ilə bağlı qeyd edir ki,hazırki iş üzrə iddia tələbi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və fərq məbləğinin ödənilməsi ilə bağlı olmuş, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı əsasında iddia tələbi təmin edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, hazırki iş üzrə iddianın əsaslılığı, yəni iddiaçının pensiya hüququnun yaranması, bunun üçün tələb olunan ümumi iş stajı və güzəştli iş stajına malik olması halı iddiaçının adına tərtib edilmiş ИТ-İ №******* nömrəli əmək kitabçasında əks olunmuş əmək fəaliyyətinə dair qeydlər əsasında müəyyən edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş cinayət işinin icraatına hissəvi xitam verilməsi barədə ## ###### 2025-ci il tarixli qərar qəbul edilmiş, həmin qərar hazırda qüvvədədir. Həmin qərraın məzmununda qeyd edilmişdir ki, “.....********* nömrəli cinayət işi üzrə.......İddiaçı İT- İ seriyalı,1471641 №li saxta əmək kitabçası əsasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2018-ci il tarixi qərarı ilə.......təyin olunmuş, o cümlədən yenidən hesablanmış pensiya işləri üzrə isə ......barəsində Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələri ilə cinayət təqibinə CPM-in 39.1.3-cü maddəsinə əsasən hissəvi xitam verilsin.....” Göründüyü kimi hazırki inzibati iş üzrə pensiya təyin edilməsi ilə bağlı yekun məhkəmə aktı qəbul edildiyi zaman iddianın əsaslılığının müəyyən edilməsinin əsası kimi çıxış edən müvafiq əmək kitabçasının saxta olması mövcud olmamış, həmin hal məhz ## ###### 2025-i il tarixli qərarla müəyyən edilməklə, həmin tarixdə aşkar olunmuş, nəticə etibarilə iş üzrə məhkəmə icraatı başa çatdıqdan sonra ortaya çıxmış, habelə həmin hal mahiyyət etibarilə məhkəmənin gəldiyi nəticəyə birbaşa təsir edən əhəmiyyətli hal kimi çıxış etmişdir. Nəticə etibarilə hazırki iş üzrə cavabdehin istinad etdiyi hal qanunvericiliyin tələbinə əsasən yeni açılmış hal kimi çıxış etməklə, iş üzrə icraatın təzələnməsinə əsas verir. Bu baxımından kollegiya hesab edir ki, hazırki iş üzrə yeni açılmış hallar üzrə icraatın təzələnməsi üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edildiyindən, cavabdehin ərizəsi əsaslı olmuşdur. Bundan əlavə, kollegiya iddiaçının şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən verilmiş “yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə” əvvəlki ərizəsi qanuni qüvvəyə minmiş məhkəmə qərardadı ilə mümkün sayılmamışdır. Bu hal isə cavabdeh inzibati orqanı yeni yaranmış yeni əsasa görə yenidən“yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə” ərizə ilə məhkəməyə müraciət etmək imkanından məhrum etmir. Başqa sözlə desək, ərizənin mümkün sayılmaması halı ondan sonra baş vermiş, sonradan yaranmış yeni əsasla “yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə” ərizə vermək hüququnun mövcudluğunu istisna etmir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş əvvəlki ərizəsi üzrə yekun məhkəmə aktı ##.##.2025-ci il tarixdə qüvvəyə minmiş, cavabdeh inzibati orqanın hazırki ərizə ilə müraciət etməsinə əsas olan hal ##.##.2025-ci il tarixdə aşkar olunmaqla, həmin məhkəmə qərardadından sonra yaranmış yeni əsas kimi ortaya çıxmışdır. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin yeni yaranmış əsasla eyni məzmunlu ərizə ilə yenidən məhkəməyə müraciət etmək hüququ olduğundan, indiki halda həmin hüququnun mövcudluğu müəyyən edildiyindən, iddiaçının şikayətinin dəlili həmin hissədə də əsassız olmuşdur. Bundan əlavə, kollegiya qeyd edir ki, iddiaçı şikayətinin dəlili kimi “cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın ona təqdim edilməməsi, Vüsal adlı şəxsi tanımaması” kimi hallara istinad etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, sözügedən cinayət işinə hissəvi xitam verilməsi arədə ## ###### 2025-ci il tarixli qərar hazırda qüvvədə olmaqla, iddiaçı tərəfindən məhkəmə icraatı zamanı qərar barədə məlumatlı olsa da, indiyədək həmin qərardan şikayət verilməmişdir. Həmçinin, iddiaçının həmin qərarın ona təqdim edilməməsi halı özlüyündə hazırki iş üzrə ərizənin əsaslılığını təkzib edən hal kimi çıxış etməmişdir. Həmçinin, kollegiya qeyd edir ki, İPM-in 58.8-ci maddəsinin tələbinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Bu baxımından kollegiya qeyd edir ki, indiki halda iddiaçı barəsində əmək kitabçasının saxta olması halı cinayət işinə hissəvi xitam verilməsi barədə qərarla müəyyən edildiyindən, həmin qərar əsasında müəyyən edilmiş hallar iddiaçıya aid hissədə hazırki inzibati iş üzrə məhkəmə üçün məcburi xarakter daşıdığından, iddiaçının “həmin şəxsi tanımaması” ilə bağlı hissədə istinad etdiyi arqumenti də əsassız olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında ərizənin əsaslılığı müəyyən edildiyindən, habelə şikayətin dəlilləri təkzib edildiyindən, apellyasiya şikayəti təmin edilməməli,birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı tarixli nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1072/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-1072/2026
08.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver