Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1080/2026 05.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı, Üçüncü şəxs Ağamirzəyev Allahverdi Nizaməddin oğlunun nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” Publik Hüquqi Şəxsinə qarşı “şəhadətnamənin və çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə Iddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh1n ** saylı Şamaxı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, şəhadətnamənin və çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Qobustan rayonu Nərimankənd kəndi ərazisində iddiaçının mərhum atası X8 məxsus fərdi yaşayış evi mövcud olmuşdur. Ailə vəziyyəti ilə əlaqədar ev əşyalarını bir otağa yığıb evi bağlayaraq yaşayış üçün Bakı şəhərinə köçmüşlər. Ev əşyaları bu vaxta kimi həmin evin otağında qalmışdır. Qeyd olunan evin mərhum atasına məxsus olmasını Milli Arxiv Idarəsinin Şamaxı filialının ## ####### 2023-cü il tarixli arayışı təsdiq edir. Bundan əlavə, həmin evin atasına məxsus olmasını bir sıra qonşuları da təsdiq edə bilər. Bunlara baxmayaraq inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs6 saxta yollarla həmin evi öz adına keçirmiş, cavabdeh cavabdeh1 ** saylı Şamaxı Ərazi Idarəsi tərəfindən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs6 adına reyestrdən çıxarış verilmişdir. Qeyd olunan çıxarışın ləğv edilməsi üçün cavabdeh orqana ərizə ilə müraciət etsə də, ərizənin icrasından imtina olunmuşdur Imtina məktubunda qeyd olunmuşdur ki, Qobustan rayonu, Nərimankənd kəndində yerləşən fərdi yaşayış evinə dair inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs6 və onun ailə üzvlərinin adlarına olan reyestrdən çıxarışın ləğv edilməsi barədə müraciətə ** saylı Şamaxı Ərazi idarəsində baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, cavabdeh1 ** saylı Şamaxı Ərazi Idarəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən müvafiq qaydada daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını aparan orqandır. Ərazi Idarəsinin hər hansı bir sənədin etibarsız hesab edərək ləğv edilməsi səlahiyyəti yoxdur. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, ərizədə qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etməyi məqsədəmüvafiq hesab olunur. Ona görə də iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Qobustan rayonu, Nərimankənd kəndində yerləşən fərdi yaşayış evinə dair inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs6 və onun ailə üzvlərinin adlarına olan reyestrdən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh1 ** saylı Şamaxı Ərazi idarəsinin üzərinə qoyulması barədə qəbul olunmasını xahiş etmişdir. Iddia ərizəsi üzrə inzibati iş hakim Könül xanım Həbibovanın icraatına verilərək, 2-1(118)-4129/2025 nömrəsi ilə qeydə alınmışdır. Həmin iş üzrə göndərilmiş ## ###### 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, mülki qanunvericiliyə görə vərəsələrin mirası qəbul etməsini təsdiq edən sənəd vərəsəlik şəhadətnaməsidir. Hazırkı vəziyyətdə vərəsəlik şəhadətnaməsinin olmadığı üçün iddiaçının tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bildirilmişdir ki, iddiaçı daşınmaz əmlak ilə bağlı notariat orqanına müraciət etməklə vərəsəlik şəhadətnaməsi əldə etməli, vərəsəlik qaydasında reyestrdə hüququn qeydə alınması barədə cavabdeh orqana müraciət etməlidir. Hazırkı vəziyyətdə isə iddiaçının bu prosedur qaydaya riayət etməsi təsdiq olunmur. Bundan əlavə, hazırkı tələb “çıxarışın ləğvi" ilə bağlıdır. Çıxarışın hansı sənəd əsasında verilməsi, yəni əsas sənəd ərizəyə əlavə edilməmiş, nə də ki tələbdə bu barədə heç bir istinad olunmamışdır, Qeyd olunan çatışmazlıqların aradan qaldırılmalı olması bildirilmişdir. Məhkəmə tərəfindən göndərilmiş həmin məktubdakı məsələlərin həll edilməsi məqsədilə tərəfindən bir sıra orqanlara sorğular ünvanlanmışdır. Lakin sorğuların cavablandırılması gecikdiyindən və məhkəmə iclasının vaxtı barəsində məlumatı olmadığından təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməmişdir. Buna görə də Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, 2-1(118)- ****/**** saylı qərardadı ilə həmin inzibati iş üzrə iddia geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilmişdir. Hazırda müvafiq sorğulara cavablar əldə etmiş və ona görə də yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, ilkin olaraq Bakı şəhəri * saylı Notariat ofisinə vərəsəlik məsələsi ilə bağlı müraciət etmişdir. Mərhum atasından miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı müraciətinə cavab olaraq ## ##### 2025-ci il tarixli arayışda bildirilmişdir ki, ## ###### 1920-ci il təvəllüdlü, ## ### 1989-cu ildə vəfat etmiş, ünvan 1 ünvanında qeydiyyatda olmuş X8 vərəsəlik işi ilə əlaqədar olaraq müraciət etmiş vərəsələrinin dairəsi müəyyən edilmişdir. Vərəsələri: qızı - İddiaçı, qızı - X9, qızı - X3, qızı - X6 və oğlu - X1r. Daha sonra həmin notarius tərəfindən cavabdeh orqanın Qobustan rayon şöbəsinə müraciət edilərək, miras əmlaka miras qoyan X8 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş arayış və ya çıxarışın verilməsi xahiş olunmuşdur. Lakin cavabdeh orqan tərəfindən torpaq sahəsinə baxış keçirilməsi mümkün olmamış, buna şərait yaradılmamışdır. Bakı şəhəri * saylı Notariat ofisinin ## ##### 2025-ci il tarixli arayışından da göründüyü kimi, iddiaçı mərhum atasının vərəsəsi kimi müraciət etmişdir, eyni zamanda mərhum atasından miras qalmış əmlaka olan payından da imtina etməmişdir. Bu isə o deməkdir ki, mərhum atasından miras qalmış əmlakı qəbul etmişdir. Bundan əlavə, Milli Arxiv idarəsi Dövlət Arxivinin Şamaxı filialının ## ####### 2023-cü il tarixli məktubu ilə təqdim edilmiş Şamaxı rayon Nərimankənd ZDS Icraiyyə Komitəsinin təsərrüfatbaşına kitablarından arxiv çıxarışından görünür ki, həmin IK-nin 1974-1976cı illərin təsərrüfatbaşına kitablarında mərhum atası X8 təsərrüfatında ailə üzvü kimi iddiaçı da göstərilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iddianı qaldırmaqda subyektiv hüququ mövcuddur. Digər məsələ ilə əlaqədar olaraq isə vəkili vasitəsilə cavabdeh orqana müraciət edərək, Qobustan rayonunun Nərimankənd kəndində inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs6 və onun ailə üzvlərinə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış, həmin çıxarışın verilməsinə əsas olmuş sənədlər (yerli aqrar islahat komissiyasının qərarı və onun əsasında verilmiş dövlət aktı) barədə ətraflı məlumat verilməsini, həmin sənədlərin təsdiq edilmiş surətlərinin mənə təqdim edilməsini xahiş etmişdir. Cavabdeh orqan müraciətə cavab olaraq ## #### 2025-ci il tarixli, 3-21-3- **/*****/**** saylı məktubda bildirmişdir ki, Qobustan rayonunun Nərimankənd kəndində yerləşən fərdi yaşayış evinə (Qobustan rayonu Aqrar Islahat Komissiyasının ## ###### 1996-cı il tarixli, ** saylı qəran ilə ayrılmış JN-***A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə; AR ƏN Qobustan rayon notariat ofisinin ##.##.2024-cü il tarixli, ** nömrəli məktubu və TIB-in tərtib etdiyi 1989-cu il tarixli fərdi yaşayış fonduna aid fərdi yaşayış evinin texniki pasportu əsasında) ##.##.2024-cü il tarixində X7 və ailə üzvlərinə hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayış verilmişdir. Qobustan rayon notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 2V-** reyestr nömrəli ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X7 vərəsəsi inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs6dur. Sözügedən fərdi yaşayış evi (2/7 hissə torpaq sahəsi) 307013048269-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ona görə də xahiş edir ki, Qobustan rayonunun Nərimankənd kəndində yerləşən mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə dair Qobustan rayonu Aqrar Islahat Komissiyasının ## ###### 1996-cı il tarixli, ** saylı qərarı əsasında verilmiş JN-***A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs6 və ailə üzvlərinin adına olan daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh cavabdeh1 ** saylı Şamaxı Ərazi idarəsinin üzərinə qoyulsun. Eyni zamanda cavabdeh orqan müraciətə cavab olaraq verdiyi ## #### 2025-ci il tarixli məktubunda mübahisələndirilmiş əmlaka dair hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətlərinin göndərilməsinin mümkün olmadığını bildirmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 12.2- ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Ona görə də məhkəmədən xahiş edir ki, Qobustan rayonunun Nərimankənd kəndində yerləşən mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə dair Qobustan rayonu Aqrar Islahat Komissiyasının ## ###### 1996-cı il tarixli, ** saylı qərarı əsasında verilmiş JN-***A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs6 və ailə üzvlərinin adına olan daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın, eləcə də həmin hüquqmüəyyənedici sənədlərin verilməsi üçün əsas olmuş digər sənədlərin təsdiq edilmiş surətləri cavabdeh cavabdeh1 14 sayh Şamaxı Ərazi Idarəsindən tələb edilsin. Xüsusilə vurğulamaq istədiyi məqam isə ondan ibarətdir ki, Qobustan rayonu, NərImankənd kəndində yerləşən mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə əvvəllər mütəmadi olaraq gəlib-getsələr də, atalarından miras qalmış torpaq sahəsinin və evin əvvəlcə Lumu Ağamirzəyevanın, daha sonra isə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs6 adına qeydə alınmasından xəbərləri olmamışdır. Çünki qonşuluqda yerləşən sonunculara məxsus evlə atalarından qalmış evin ayrı-ayrı qapıları olmuş, hər ikisi müstəqil ev olmuşdur. Lakin onlar hansısa yolla saxta sənədlər vasitəsilə mübahisəli torpağın və evin də öz adlarına qeydə alınmasına nail olmuşlar. Azərbaycan Respublikasının Milli Arxiv Idarəsi Dövlət Arxivinin Şamaxı filialının ## ####### 2023-cü il tarixli arayışından görünür ki, Şamaxı rayon Nərimankənd kənd ZDS Icraiyyə Komitəsinin 1974-1975-ci Illərin təsərrüfatbaşına kitablarında atası X8 0,06 ha həyətyanı torpaq sahəsi, o cümlədən 0,02 ha tikili altında olması, evin 1**9-cu ildə tikilməsi qeyd edilmişdir. Eyni zamanda həmin tarixli məktubla verilmiş Şamaxı rayon Nərimankənd kənd ZDS Icraiyyə Komitəsinin təsərrüfatbaşına kitablarından arxiv çıxarışından görünür ki, həmin Icraiyyə Komitəsinin 1974-1976-cı illərin təsərrüfatbaşına kitablarında mərhum ataları X8 təsərrüfatında ailə tərkibi aşağıdakı kimidir: 1) X8 (ailə başçısı); 2) X4 (arvadı); 3) İddiaçı (qızı); 4) X9 (qızı); 5) X5 (oğlu); 6) X12 (qızı); 7) X10 (qızı). Əsas: fond 61. Siyahı 1. s/v. 182.V.14. Azərbaycan Respublikası Prezidenti cənab Ilham Əliyevin ‘"‘Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə ## ###### 2015-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş siyahının 2.3-cü bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2001-ci il ######ın #-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar da göstərilmişdir. Bu isə onu göstərir ki, ataları tərəfindən 1**9-cu ildə inşa edilmiş fərdi yaşayış evi və onun yerləşdiyi mübahisəli torpaq sahəsi üzərində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi hazırda Şamaxı rayon Nərimankənd kənd ZDS Icraiyyə Komitəsinin təsərrüfatbaşına kitablarından arxiv çıxarışını mövcuddur. Lakin həmin mübahisəli əmlak qanunsuz və əsassız olaraq əvvəlcə mərhum Lumu Ağamirzəyevanın, daha sonra isə üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs6 və onun ailə üzvlərinin adına qeydə alındığından, həmin əmlaka dair öz hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıra bilmirlər, qarşı tərəf həmin əmlakın onlara məxsus olmasını bildirərək hüquqlarını pozmağa çalışır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, “xxxx” publik hüquq şəxsinin ** saylı Şamaxı Ərazi Idarəsi “ Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq qaydada daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını aparan orqandır. Ərazi Idarəsinin hər hansı bir sənədin etibarsız hesab edərək, ləğv edilməsi səlahiyyəti yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanununun 2.3-cü və 2.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs6, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs4, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs5, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Aynur Axundova). Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmə sorğusu ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs6 və ailə üzvlərinin adına verilmiş 307013048269-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan sənədlər məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, çıxarışın verilməsinə əsas X7 və ailə üzvlərinin adına verilmiş JN ***A saylı şəhadətnamə olmuşdur. Qeyd edilən şəhadətnamədən görünür ki, 0.05 ha torpaq sahəsi Qobustan rayon Aqrar Islahat Komissiyasının ##.##.1996-cı il tarixli ** saylı qərarı əsasında X7 və ailə üzvlərinə ayrılmışdır. Həmçinin məhkəməyə X7 adına verilmiş fevral 1989-cu il tarixli 55 inventar nömrəli fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportu təqdim edilmişdir. Göründüyü kimi, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs6 və ailə üzvlərinin adına verilmiş 307013048269-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın kök sənədləri, JN ***A saylı şəhadətnamənin, o cümlədən fevral 1989-cu il tarixli fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportunun arxiv nüsxəsi mövcuddur. JN ***A saylı şəhadətnamə ## #### 2002-ci il tarixdə, fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportu isə fevral 1989-cu il tarixdə tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi ## ###### 2011-ci il tarixində qanuni qüvvəyə minmişdir. Mübahisənin mahiyyəti Inzibati Prosessual Məcəllə qanuni qüvvəyə minənə qədər yaranmışdır, o zaman isə sözügedən məsələlərin həlli Mülki Prosessual Məcəllənin 27-ci fəsli ilə tənzimlənirdi ki, orada da iddia müddəti 1(bir) ay müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmçinin, fevral 1989-cu il tarixli fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasport hazırki tələbdə iddiaçı tərəfindən mübahisələndirilməsə də, X7 adına verilmiş ilkin hüquqmüəyyənedici sənəddir və sənədin verildiyi vaxt qüvvədə olan 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinə əsasən, ümumi iddia müddəti üç il olmuşdur. Iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddianın mümkün sayılaraq mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı əsassız və qanunsuzdur, məhkəmə işin faktiki hallarını tam və obyektiv araşdırmamış, Inzibati Prosessual Məcəllənin (IPM) normalarını və məhkəmənin yardım etmək vəzifəsini kobud şəkildə pozmuşdur. Iddia müddəti və sənədlərdən xəbərdar olma vaxtı ilə bağlı şikayətdə qeyd olunmuşdur ki, iddiaçı mübahisələndirilən çıxarışın mövcudluğundan yalnız 2024-cü ilin yay aylarının sonunda xəbər tutmuşdur. Həmin çıxarışın yerli Aqrar Islahat Komissiyasının qərarı və JN-***A nömrəli şəhadətnamə əsasında verilməsi barədə isə iddiaçıya yalnız cavabdeh orqanın ## #### 2025-ci il tarixli sorğu cavabı ilə məlumat verilmiş və dərhal həmin sənəd məhkəmə qaydasında mübahisələndirilmişdir. Bu baxımdan, iddiaçının hüquqlarının pozulduğunu bildiyi andan dərhal məhkəməyə müraciət etdiyi halda iddia müddətinin buraxılmasından söhbət gedə bilməz. Birinci instansiya məhkəməsi iddiaçının məhkəmə iclasındakı izahatlarını qərardadda nəzərə almamış, onun hüquqlarının pozulmasından xəbər tutduğu dəqiq tarixi araşdırmadan iddia müddətinin ötürülməsi barədə yanlış nəticəyə gəlmişdir. Məhkəmənin yardım etmək vəzifəsinin (IPM-in 13 və 48-ci maddələri) pozulması barədə vurğulanmışdır ki, məhkəmə 1989-cu il tarixli fərdi yaşayış evinin texniki pasportunun mübahisələndirilmədiyini qeyd etsə də, iddiaçının həmin sənədlə tanış olmasına şərait yaratmamışdır. Iddiaçı ilkin sənədlər cavabdeh orqan tərəfindən ona verilmədiyi üçün məhkəmədən sənədlərin sorğu ilə tələb olunmasını xahiş etmiş, lakin məhkəmə sorğuya cavab gəldikdən sonra iddiaçını həmin sənədlə tanış etməmiş, ona həmin sənədi də mübahisələndirməli olduğunu izah etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" ## ##### 2015-ci il tarixli, * nömrəli Qərarının 3.1–3.5-ci bəndlərinə istinad edilərək bildirilmişdir ki, məhkəmə iddianın mümkünsüzlüyünə səbəb olan halları aşkar etdikdə bunu iddiaçının diqqətinə çatdırmalı, hüquqi təkliflər verməli, formal xətaları və aydın olmayan tələbləri dəqiqləşdirməyə yardım etməli idi. Məhkəmə bu vəzifəni icra etmədən iddianı mümkünsüz saymaqla iddiaçının Mülki Məcəllənin 384.0.4-cü maddəsi ilə qorunan mülkiyyət hüquqlarının müdafiəsini məhdudlaşdırmışdır. Mübahisəli daşınmaz əmlaka mülkiyyət hüquqlarının yaranması və arxiv sənədlərinə dair göstərilmişdir ki, Milli Arxiv Idarəsinin Dövlət Arxivinin Şamaxı filialının ## ####### 2023-cü il tarixli arayışına və 1974–1976-cı illərin təsərrüfatbaşına kitablarından çıxarışa əsasən, Şamaxı (hazırda Qobustan) rayonu, Nərimankənd kəndində yerləşən 0,06 ha (o cümlədən 0,02 ha tikili altında olan) həyətyanı torpaq sahəsi və 1**9-cu ildə inşa edilmiş yaşayış evi iddiaçının mərhum atası X26 adına qeydə alınmış, iddiaçı İddiaçı da həmin təsərrüfatın ailə tərkibində göstərilmişdir. Hüquqi əsaslandırmada həmçinin nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 2.3-cü bəndinə əsasən, 2001-ci il ######ın #-dək inşa edilmiş yaşayış evlərinə və torpaq sahələrinə dair verilmiş təsərrüfatbaşına kitablarından çıxarışlar hüquqmüəyyənedici sənəd hesab olunur. Mərhum atası tərəfindən 1**9-cu ildə tikilmiş ev və torpaq sahəsi üzərində qanuni hüquqların olmasına baxmayaraq, əmlakın qanunsuz olaraq əvvəlcə Lumu Ağamirzəyevanın, daha sonra üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs6 adına qeydə alınması iddiaçının mülkiyyət və vərəsəlik hüquqlarını pozmuşdur. Göstərilənlərə əsasən, iddiaçı apellyasiya şikayətində Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Üçüncü şəxs Ağamirzəyev Allahverdi Nizaməddin oğlu apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərardadı tam qanuni, ədalətli, obyektiv və işdə olan faktiki hallara tam uyğundur, iddiaçı İddiaçı apellyasiya şikayəti isə heç bir hüquqi və faktiki əsasa söykənmir. Faktiki hallar üzrə etirazda qeyd olunmuşdur ki, iddiaçı İddiaçı atası Ələddin Ağamirzəyevə hələ keçən əsrin 70-ci illərində Bakı şəhəri, Nərimanov rayonunda dövlət tərəfindən fərdi mənzil verilmişdir. Həmin dövrdə Ələddin Ağamirzəyev öz ailəsi ilə birlikdə Nərimankənd kəndindən rəsmi qeydiyyatdan çıxaraq birdəfəlik Bakı şəhərinə köçmüş və kənddəki evdən özünə məxsus bütün ev əşyalarını aparmışdır. O vaxtdan etibarən mübahisəli evdə iddiaçıya və ya onun ailə üzvlərinə məxsus hər hansı pay, otaq, pay torpağı və ya əşya qalmamışdır. Iddiaçı və onun yaxın qohumları keçən 50 ilə yaxın uzun müddət ərzində həmin evə yalnız qonaq qismində, habelə ailəvi xeyir-şər məclisləri ilə bağlı gəlib-getmişlər. Mübahisəli ev və həyətyanı torpaq sahəsi fərdi şəkildə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs6 ailəsinə məxsus olmuş, hazırda da o, 14 nəfərdən ibarət geniş ailə üzvləri ilə birlikdə (o cümlədən ağır xəstəlikdən əziyyət çəkən övladları və azyaşlı nəvələri ilə) həmin yaşayış evində faktiki olaraq yaşamaqdadır və bu əmlak onların yeganə yaşayış yeridir. Əmlakın rəsmiləşdirilməsi və vərəsəlik məsələlərinə dair bildirilmişdir ki, mübahisəli daşınmaz əmlakın sənədləşdirilməsi qanunvericiliyin tələblərinə tam uyğun olaraq həyata keçirilmişdir. Belə ki, mübahisəli torpaq sahəsi Qobustan rayon Aqrar Islahat Komissiyasının ##.##.1996-cı il tarixli, ** saylı qərarı əsasında inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs6 mərhum anası Lumu Ağamirzəyevaya verilmiş və ona JN ***A saylı şəhadətnamə təqdim olunmuşdur. Fərdi yaşayış evinə isə hələ 1989-cu ilin fevral ayında Lumu Ağamirzəyevanın adına texniki pasport tərtib edilmişdir. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs6 anasının vəfatından sonra onun yeganə qanuni vərəsəsi kimi həmin daşınmaz əmlakı vərəsəlik qaydasında, qanunla müəyyən edilmiş qaydada və müvafiq dövlət orqanları vasitəsilə öz adına rəsmiləşdirmişdir. Həmin prosessual və inzibati əməliyyatlar zamanı heç bir qanunsuzluğa yol verilməmişdir. Hüquqi əsaslar və iddia müddətinin buraxılması barədə vurğulanmışdır ki, birincı instansiya məhkəməsi işin hallarını doğru qiymətləndirərək müəyyən etmişdir ki, mübahisələndirilən ilkin hüquqmüəyyənedici sənədlər (1989-cu il tarixli texniki pasport və 2002-ci ildə rəsmiləşmiş JN ***A saylı şəhadətnamə) Inzibati Prosessual Məcəllənin (IPM) qüvvəyə mindiyi ## ###### 2011-ci il tarixindən çox-çox əvvəl tərtib olunmuşdur. Həmin sənədlərin tərtib edildiyi dövrdə qüvvədə olmuş Mülki Prosessual Məcəllənin (1964-cü il redaksiyası) 298-ci maddəsinə əsasən vətəndaşların hüquqlarının pozulması barədə məhkəməyə müraciət etmə müddəti 1 (bir) ay, 1964-cü il Mülki Məcəlləsinə əsasən isə ümumi iddia müddəti 3 (üç) il təşkil edirdi. Iddiaçı tərəf uzun illər ərzində bu sənədlərin mövcudluğundan və rəsmiləşdirilməsindən xəbərsiz olduğunu bildirsə də, iş materiallarında toplanmış subutlar, tərəflərin izahatları və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri iddiaçının bu məsələlərdən hələ illər öncə tam xəbərdar olduğunu və məhkəməyə müraciət etmək üçün qanunla müəyyən olunmuş iddia müddətini üzürlü səbəb olmadan buraxdığını subut edir. Bundan başqa, məhkəmə təcrübəsinə istinad edilərək qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Inzibati məhkəmə icraatında iddianın мүмkünlüyünə dair" ## ##### 2015-ci il tarixli, * saylı qərarının 1.1 və 2.3-cü bəndlərinin tələblərinə görə, məhkəmə iddianın mahiyyəti üzrə əsaslılığını yoxlamazdan əvvəl onun mümkünlük şərtlərini müəyyən etməlidir. Iddia müddətinin üzürlü səbəb olmadan buraxılması iddianı mümkünsüz edən əsas hüquqi hallardan biridir. Bu baxımdan, Sumqayıt Inzibati Məhkəməsinin iddiaçının iddiasını mümkün saymayaraq iş üzrə icraata xitam verməsi haqlı, obyekiv və tam qanunauyğundur. Yuxarıda göstərilən faktiki və hüquqi əsaslara gətirilərək, apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçının iddiasının mümkün sayılmaması barədə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərardadının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılaraq mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Ağamirzəyev Allahverdi Nizaməddin oğlunun nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə digər üçüncü şəxslər və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə digər üçüncü şəxslərin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. IPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. Iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. Iddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi şəhadətnamənin və çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibatı hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “Inzibatı icraat haqqında" Qanun anlamında inzibatı orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli, ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir kı, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəməyə müraciət etmək hüququ konstitusion hüquqdur və hər kəsin məhkəməyə müraciət etmək hüququ vardır. Lakin bu hüquqdan qanunla müəyyən edilmiş qaydada və müddətdə istifadə edilə bilər. Şəxsin bu hüquqdan qanunla müəyyən edilmiş müddətdə istifadə etməməsi onun şəxsi mülahizəsi ilə əlaqədar məsələdir. Iş materiallarından müəyyən edilir ki, hazırda mübahisələndirilən JN-374A kod ******** nömrəli Torpağa mülkiyyət hüququna dair şəhadətnamənin verilməsi üçün əsas Qobustan rayon Aqrar Islahat Komissiyasının ##.##.1996-cı il tarixli ** saylı qərarı, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs6 adına verilmiş ##.##.2024-cü il tarixli 307016048259-***** reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas isə X11 vəfatından sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətrnamə olmuşdur. Qeyd olunmalıdır ki, mübasiəli evə dair ilkin mülkiyyət hüququnun qeydiyyatı X11 adına aparılmış, qeydiyyat vəsiqəsində qeydiyyatın aparılmasına əsas kimi Şamaxı rayon XDS Icraiyyə Komitəsinin ##.##.1988-ci il tarixli * saylı qərarı göstərilmişdir. Iddiaçı Qobustan rayonu Aqrar Islahat Komissiyasının ## ###### 1996-cı il tarixli, ** nömrəli qərarı əsasında verilmiş JN-***A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və həmin sənədə əsasən aparılmış dövlət qeydiyyatı nəticəsində verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini tələb etmişdir. Iddiaçı ilkin hüquqmüəyyənedici sənədləri mübahisələndirmədən birbaşa yekun sənədləri mübahiəsləndirmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ilkin hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsi üçün də inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü qiymətləndirərkən iddia müddətinə riayət olunması məsələsini düzgün araşdırmışdır. Belə ki, mübahisələndirilən inzibati akt və onun hüquqi nəticələri Inzibati Prosessual Məcəllə qüvvəyə minməzdən xeyli əvvəl yaranmışdır. Həmin dövrdə inzibati orqanların qərarlarından məhkəməyə şikayət verilməsi qaydası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin həmin vaxt qüvvədə olmuş 27-ci fəslinin müddəaları ilə tənzimlənirdi. Qüvvədə olmuş Mülki Prosessual Məcəllənin 298-ci maddəsinə əsasən isə şəxs hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən bir ay müddətində məhkəməyə müraciət etməli idi. Evin ilkin hüquqi qeydiyyatı 1988-ci ildə rayon XDS IK-nin qərarına, torpağın qeydiyyatı isə aqrar islahat komissiyasının qərarına əsasən aparılmışdırsa, iddiaçının düzgün cavabdehi seçməklə həmin inzibati aktları mübahisələndirmək hüququ olmuşdur. Eyni zamanda nəzərə alınmaldırı ki, həmin qərarların da mübahisələndirilməsi üçün iddia müddəti ötürülmüşdür. 2000-ci il # ######## tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il # ###### tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il # ###### tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların # ###### 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi ## ###### 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə ## ###### 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, Inzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, Inzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın ## ###### 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. “Miragall Eskolano və digərləri Ispaniyaya qarşı” iş üzrə ## ###### 2000-ci il tarixli qərarında isə Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Apellyasiya şikayətində göstərilən dəlillər də prosessual müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq etmir. Iddiaçının istinad etdiyi hallar onun məhkəməyə müraciət etmək imkanını obyektiv olaraq aradan qaldıran və ya əhəmiyyətli dərəcədə məhdudlaşdıran hallar kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının Inzibati ProsessualMəcəlləsi qüvvəyə minənədək, yəni # ###### 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ## ###### 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, IPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bu səbəbdən birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi ilə bağlı iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Prosessual müddətin ötürülməsi və onun bərpası üçün qanuni əsasların mövcud olmaması şəraitində iddianın mümkün sayılmaması barədə gəlinən nəticə Inzibati Prosessual Məcəllənin tələblərinə uyğundur. Odur ki, iddiaçının hazırkı iddia tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin mahiyyəti üzrə araşdırılması hüquqi baxımdan mümkün olmadığından, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.