Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1082/2026 16.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)- ***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları Azərbaycan Respublikasının Müdafiə nazirliyi Şəxsi Heyət Baş Idarəsinin ##.##.2025-ci il tarixli məktubu ilə iddiaçının mühairbə veteranı adə və vəsiqəsinin verilməsi barədə müraciətinin icrasından imtina olunmuşdur. Cavabdeh Mərkəzi Arxivin ##.##.2016-cı il tarixli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli * nömrəli əmri ilə döyüşçü kimi qəbul edilmiş və ##.##.1993-cü il tarixli *** nömrəli əmri ilə növbəti hərbi rütbə almışdır. Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli *** nömrəli qərarında qeyd edilmişdir ki, Füzuli RHK tərəfindən ##.##.1992-ci il tarixdə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1993-cü il tarixdə aldığı və ##.##.1993-cü il tarixdən ##.##.1993-cü il tarixədək Akademik M.Topçubaşov adma X1 X5 müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Döş qəfəsinin sol yarısına dəlibkeçən odlu qəlpə yarası, sol ağciyərin yaralanması, ağciyərdaxili nemaiorna, soltərəfili hemaotoraks” və ##.##.1993-cü ii tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi - həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş yaralanma - diaqnoz: “Döş qəfəsinin sol yarısına nüfuz edən odlu qəlpə yarası, soltərəfli hemopnevmoioräks (##.##.1993) nəticəsində yaranmış birinci dərəcəli tənəffüs çatışmazlığı” (Azərbaycan Respublikası SHXÇDX-nin Füzuli rayon şöbəsinin ##.##.2024-cü il tarixli *-**/*-***/**** nömrəli göndərişi, ##.##.2024-cü il tarixli *** nömrəli arayışı, Akademik M.Topçubaşov adına X1 X7 verilmiş çıxarış epikrizi və MN Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş ##.##.1993-cü il tarixli **** nömrəli arayış ilə təsdiq edilir) “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Füzuli Hərbi Prokurorluğu tərəfindən ünvanlanmış ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, ##.##.1966-cı il təvəllüdlü İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda hər hansı cinayət işi istintaq edilməmiş və təqsirləndirici material araşdırılmamışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti ##.##.2002-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə müddətsiz təkrar əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, 848 (N) nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli * nömrəli əmrilə (əsas: §-11, səh-15/57, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) İddiaçı batalyona döyüşçü kimi qəbul edilmişdir. 848 (N) nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli *** nömrəli əmrilə (əsas: §-1, səh-215, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) İddiaçı 2-ci rotadan təchizat rotasına keçirilmişdir. 848 (N) nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli *** nömrəli əmrilə (əsas: səh-240, sıra-2, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr batalyon komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) təchizat rotasından 2-ci rotaya keçirilmişdir. 848 (N) nömrəli hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli * nömrəli əmrində (əsas: sıra-6, səh-96, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmrin mətini yazılmamışdır) şəxsi heyətin siyahısında İddiaçı adı qeyd olunmuşdur. 848 (N) nömrəli hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli *** nömrəli əmrilə (əsas: §-3, səh-128, sıra-3, əmrdə verilən növbəti hərbi rütbə yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) İddiaçı növbəti hərbi rütbə verilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətinin qayıtmaz itkinlərinin, itkin düşmüşlərinin və yaralananların adbaad siyahıları qovluğunda (əsas: kitab: ##.##.1993- ##.##.1993, sıra-298, məlumatda hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) qeyd olunmuş “N nömrəli hərbi hissənin ##.##.1993-cü il tarixdən ##.##.1993cü il tarixədək olan yaralıların şəxsi heyətinin siyahısında” N nömrəli hərbi hissənin hərbi qulluqçusu İddiaçı adı qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 848 (N) nömrəli hərbi hissə komandirinin ##.##.1993-##.##.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin may-dekabr 1993-cü il, yanvar-dekabr 1994cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdeh Cavabdeh Şəxsi Baş Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı daha sonra ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən cavabdeh əsl olan cavabdeh Cavabdeh ilə əvəz edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1966- ci il təvəllüdlüdür, 1984-1986ci illərdə həqiqi hərbi xidmətdə olmuş, ##.##.1992-ci ildə hərbi komissarlığa çağırılmış və müharibədə iştirak etmişdir. Döyüş əməliyyatları nəticəsində yaralanmışdır. Bununla bağlı arxivdən veirlmiş epikriz ve digər sənədlər də mövcuddur. Müharibə veteranı statusunun verilməsi ilə bağlı iddiaçı tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edilmiş və aşağıdakı məzmunda cavab verilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyyət Baş Idarəsinə iddiaçının müarciəti zamanı verdiyi cavab məktubuna əsasən həmin orqana daxil olmuş ərizəyə "Müharibə veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya"nın ##.##.2025-ci il tarixli iclasında baxılaraq iddiaçı barəsində müsbət qərar qəbul edilməmişdir. Lakin iddiaçı cavabdeh qurumun bu qərarı ilə razı deyildir. Belə ki, iddiaçı l Qarabağ müharibəsində iştirak etmiş, Füzuli RHK tərəfindən ##.##.1992- ci il tarixində hərbi xidmətə çağırılmış və hərbi xidmət keçərkən ##.##.1993-cü il tarixdə Döş qəfəsinin sol yarısını dəlib keçən odlu qəlpə yarası alaraq ##.##.1993-cü il tarixdən ##.##.1993-cü il tarixədək Akademik M.Topçubaşov adına X1 X6 müayinə və müalicə olunmuşdur. Buna görə də iddiaçıya ##.##.2002-ci il tarixdə ll dərəcəli əlillik təyin edilmişdir. Mərkəzi Arxivin ##.##.2016-cı il tarixli */*- **** nömrəli arayışına əsasən N N-li hərbi hissə komandirinin ## ##### 1992-ci il tarixli * nömrəli əmri ilə döyüşçü kimi qəbul edilmiş, ## ###### 1993-ci il tarixli *** nömrəli əmri ilə növbəti hərbi rütbə almışdır. Lakin ikinci hissədə göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin may 1993-cü il tarixli, fevral 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında iddiaçının hərbi hissənin şəxsi heyyətinin siyahısından çıxarılmağı və yaralanmağı barədə məlumat yoxdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2026-cı il tarixli *-**-**/*-***/**** nömrəli arxiv arayışına əsasən iddiaçı 848 (N) nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli * nömrəli əmri ilə batalyona döyüşçü kimi qəbul edilmişdir. 848 (N) nömrəli hərbi hissə komandirinin ##.##.1993-##.##.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin may-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının hərbi xidmətinə dair məlumat aşkar olunmamışdır. Qeyd olunanlardan da göründüyü kimi iddiaçının 1993-cü ilin may ayından sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Işin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı "Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə" ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək iddiaçı İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabeh Cavabdeh üzərinə qoyulması qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır kı, iddiaçı döyüş əməliyyatlarında iştirak etmiş, döyüş zamanı yaralandığından müalicə almış və Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir. Iddiaçı hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci hissəsinin “Qeyd” hissəsindən görünür ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. Əlavə olaraq şikayətin maddi hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 14.2, 88, 106.1, 217.1, 217.2, 217.3, 217.4, 385.1.1, 385.1.2, 386 maddələrinə istinad olunmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (...) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (...) Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən, cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.1. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər (# ####### 1997-ci il tarixli ***-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” özləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apelyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, iddiaçının izahatını dinləyərək aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda iddiaçının tələbi ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi ilə bağlıdır. Cavabdeh orqanın mövqeyinə görə isə iddiaçının 1993-cü ilin may ayından sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat mövcud deyildir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı İddiaçı ##.##.1992-ci il tarixdə Füzuli RHK tərəfindən hərbi xidmətə çağırılmış, 848 (N) nömrəli hərbi hissə komandirinin müvafiq əmrləri ilə batalyona döyüşçü kimi qəbul edilmiş və hərbi xidmət keçmişdir. Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq olunmuşdur ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1993-cü il tarixdə “Döş qəfəsinin sol yarısına dəlib-keçən odlu qəlpə yarası, sol ağciyərin yaralanması” xəsarəti almış, bu yaralanma nəticəsində birinci dərəcəli tənəffüs çatışmazlığı yaranmış və sözügedən xəsarət “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi dəyərləndirilmişdir. X2-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2026-cı il tarixli məktubunda iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbdən müddətsiz II dərəcə əlillik təyin edildiyi bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi və yaralanması ilə əlaqədar Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan yuxarıda istinad edilən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan və bununla bağlı qanunvericilik normalarında xüsusi qeyd nəzərdə tutulduğu halda cavabdehin ona münasibətdə veteran adının və vəsiqəsinin verilməsindən imtinası qanunvericiyin tələblərinə uyğun olmamışdır. Vahid məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarında qeyd edilmişdir: “35. Bununla bağlı kollegiya qeyd edir ki, hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərt əlilliyin hansı tarixdə əldə edilməsi deyil, onun səbəbli əlaqəsidir. Kollegiya qeyd edir ki, əlilliyin təyin edilməsinin yuxarıda qeyd olunan qərarın təsdiq olunmasından sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, nə “Veteranlar haqqında” Qanunda, nə də “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamədə belə bir məhdudiyyət təsbit edilməmişdir. Eyni zamanda, qanunvericilikdə istifadə edilmiş “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir. (...)
37. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»).
38. Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunsun, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmasınlar.
39. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər.
40. Inzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir.” Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia tələbini təmin etməklə düzgün nətcəyə gəlmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, əsassız olmuşdur.
Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.