Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1087/2026 16.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X4 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları ##.##.2019-cu il tarixli *** saylı qeyri-yaşayış tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı Üçüncü şəxs MMC Abşeron rayon Icra Hakimiyyəti Başçısının ##.##.2016-cı il tarixli ** saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı, 4-cü blok, 1-ci mərtəbədə yerləşən 100 kv m qeyri-yaşayış sahəsini bir pay kimi payçı İddiaçı verməyi öhdəsinə götürmüşdür. ##.##.2019-cu il tarixli maliyyə arayışından görünür ki, mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubu ilə ünvan 4 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında vətəndaşlara verilmiş daşınmaz əmlakın dövlət reystrindən çıxarışlara məxsus hüquqmüəyyənedici sənədlərinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Abşeron rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı X1 cavabdehlər Üçüncü şəxs, İddiaçı Təbiət oğluna və X2 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair iddiası təmin, iddiaçı İddiaçı Təbiət oğlunun cavabdeh Üçüncü şəxs qarşı müqavilə öhdəliyinin icra edilməsi, daşınmaz əmlaka istifadə hüquqlarının təmin edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmişdir. Iddiaçı X1 cavabdehlər Üçüncü şəxs, İddiaçı Təbiət oğluna və X2 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair iddiası rədd, iddiaçı İddiaçı Təbiət oğlunun cavabdeh Üçüncü şəxs qarşı müqavilə öhdəliyinin icra edilməsi, daşınmaz əmlaka istifadə hüquqlarının təmin edilməsi tələbinə dair iddiası təmin edilmiş və İddiaçı ilə cavabdeh Üçüncü şəxs MMC arasında bağlanlmış ## ######## 2019-cu il tarixli *** nömrəli “Qeyri-yaşayış tikintisi haqqında” müqavilənin 2-ci bəndinin 2-ci yarımbəndi ilə müəyyən edilən öhdəliklərin icra edilməsi vəzifəsi və ünvan 2 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə ümumi sahəsi 100 kv m qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi cavabdeh Üçüncü şəxs MMC-yə həvalə edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı məktubunda qeyd edilmişdir ki, iddiaçı X1 cavabdehlər Üçüncü şəxs, İddiaçı Təbiət oğluna və X2 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair iddiası ilə bağlı birinci iş və iddiaçı İddiaçı Təbiət oğlunun cavabdeh Üçüncü şəxs qarşı müqavilə öhdəliyinin icra edilməsi, daşınmaz əmlaka istifadə hüquqlarının təmin edilməsi tələbinə dair iddiası ilə bağlı birləşdirilmiş mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən kassasiya şikayəti verilməmiş, sözügedən qətnamə əsasında verilmiş icra vərəqəsi ##.##.2023-cü il tarixdə icra edilməsi üçün Abşeron rayon Icra və Probasiya şöbəsinə göndərilmiş, iş üzrə ##.##.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. O cümlədən bildirilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # #### 2023-cü il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunulması bildirilən X3 nümayəndəsi və vəkili X5 ərizəsinə # ###### 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən baxılmış, ərizə rədd edilmiş və qəbul edilmiş qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ünvan 4 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv m olan qeyri-yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi və həmin əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh2 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən cavabdeh1 tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə iclasında cavabdeh cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxs ilə əvəz edilmişdir Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv m olan qeyri-yaşayış sahəsi ##.##.2019-cu il tarixli, *** nömrəli “Qeyri-yaşayış tikintisi haqqında" müqaviləyə əsasən iddiaçıya məxsusdur. Həmin müqavilə onunla bina podratçısı “xxxx" MMC arasında bağlanılmış, əmlakın dəyərinin tərəfindən tam ödənilməsinə dair “xxxx" MMC tərəfindən ##.##.2019-cu il tarixli maliyyə arayışı verilmişdir. Onunla “xxxx" MMC arasında sözügedən əmlaka dair məhkəmə mübahisələri olmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2023cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə mübahisəyə son qoyulmuşdur. Belə ki, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə qət edilmişdir ki, İddiaçı ilə “xxxx" MMC arasında bağlanılmış ## ######## 2019-cu il tarixli, *** nömrəli “Qeyri-yaşayış tikintisi haqqında" müqavilənin 2-ci bəndinin 2-ci yanmbəndi ilə müəyyən edilən öhdəliklərin icra edilməsi vəzifəsi və ünvan 2 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə ümumi sahəsi 100 kv m qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi cavabdeh “xxxx" MMC-yə həvalə edilsin. Sözügedən qətnamə qanuni qüvvəsini alaraq icraya yöndəldilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş sənədlərdə göstərilən mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binası üzərində “xxxx” MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı; qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin hazırki müraciətə əlavə edilmədiyi; müraciət üzrə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən DƏDKR yanında Abşeron rayon * saylı ərazi idarəsi üzərinə öhdəlik qoyulmadığı müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə Üçüncü şəxs MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, ünvan 4 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv m olan qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əgər şəxs yeni inşa olunan çoxmənzilli yaşayış binasında mənzil yaxud qeyri-yaşayış sahəsi əldə etmək istəyirsə və bu arzusunu reallaşdırarkən onun niyyəti kooperativ üzvü kimi hərəkət edərək, yaşayış (qeyriyaşayış) sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına müvafiq binanın tikilməsində iştirak etməkdirsə, bu halda onların bu niyyətinə üstünlük verilməli və yeni inşa edilən çoxmənzilli MMC binalarında yerləşən mənzillərə MTK yaşayış evlərində yerləşən mənzillər kimi yanaşılmalıdır (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). Məhz bu baxımdan hazırki halda iddiaçının Üçüncü şəxs MMC ilə müqavilə bağlayarkən niyyətinin qeyri-yaşayış sahəsinin əldə edilməsi məqsədi ilə öz vəsaiti hesabına müvafiq binanın tikilməsində iştirak etmək olduğunu və bu məqsədlə müəyyən edilmiş haqqı tam ödədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsində nəzərdə tutulmuş əsas hazırkı iş üzrə mövcuddur. Həmçinin, məhkəmə araşdırması zamanı həmin binada qeydiyyatdan keçən qeyri-yaşayış sahələrinin çıxarışları və verilməsinə əsas olan sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Belə ki, həmin qətnamə ilə iddiaçı X1 cavabdehlər “xxxx" MMC-yə, İddiaçı və X2 qarşı “əqdi etibarsız hesab edilməsi, əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və s.” tələbinə dair iddiası rədd edilmiş, iddiaçı İddiaçı cavabdeh “xxxx" MMC-yə qarşı “müqavilə öhdəliyinin icra edilməsi, daşınmaz əmlaka istifadə hüquqlarının təmin edilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə “xxxx" MMC arasında bağlanılmış ## ######## 2019-cu il tarixli, *** nömrəli “Qeyri-yaşayış tikintisi haqqında" müqavilənin 2- cı bəndinin 2-ci yanmbəndi ilə müəyyən edilən öhdəliklərin icra edilməsi vəzifəsi və Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə ümumi sahəsi 100 kv. metr qeyriyaşayış sahəsinin İddiaçı təhvil verilməsi cavabdeh “xxxx" MMCyə həvalə edilmişdir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. Şikayətin maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 2.3, 2.4, 8, 9, 15-ci maddələrinə istinad olunmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə iddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən Inzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırki iş üzrə iddia tələbi ünvan 4 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv m olan qeyri-yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.6-cı maddələrinə istinadla mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğunu, habelə mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binada iddiaçı ilə eyni vəziyyətdə olan digər şəxslərə münasibətdə məhkəmə qərarları əsasında hüquqların ilkin qeydiyyatının aparıldığını qeyd edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Işin faktiki hallarından görünür ki, iddiaçının üzərində hüququnu qeydə aldırmaq istədiyi qeyri-yaşayış sahəsi Üçüncü şəxs MMC tərəfindən inşa edilmiş ünvan 2 ünvanındakı çoxmənzilli yaşayış binasında yerləşir. Işə baxan məhkəmə bərabərlik hüququndan çıxış edərək mübahisəli qeyri-yaşayış sahəsi yerləşən binada qeyri-yaşayış sahələri üzərində şəxslərin mülkiyyət hüquqlarının qeydə alındığını, iddiaçıya münasibətdə isə cavabdeh inzibati orqanın fərqli davranışının bərabərlik hüququnun pozuntusu olduğunu bildirmişdir. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Inzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. Inzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyası tərəfindən istismarına icazə verilməyən çoxmərtəbəli yaşayış binasının mənzili üzərində mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması tələbinə dair vahid məhkəmə təcrübəsini müəyyən edən (***) *-*(***)- ****/**** nömrəli qərar qəbul edilmişdir. Həmin iş üzrə mənzilə dair hüququn qeydə alınmasından cavabdehin imtinasının əsası tikinti obyektinin istismarına icazə sənədinin təqdim edilməməsi olmuşdur. Həmin qərarla formalaşan məhkəmə təcrübəsinə əsasən, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır? Hazırkı işdə də birinci instansiya məhkəməsi iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gəldiyindən, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini müəyyən edən *-*(***)-****/**** nömrəli qərarında göstərilən halların ətraflı araşdırılması və işdə olan sübutlara düzgün hüquqi qiymət verilməsi zəruridir. Lakin, işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən istiqamətdə araşdırma aparılmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində ünvan 1 ünvanında Üçüncü şəxs MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşaış binasının istimarına icazə sənədi aşkar edilməmişdir. ünvan 2 ünvanında Üçüncü şəxs MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının yaşayış və qeyri-yaşayış sahələri üzərində Üçüncü şəxs MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Eləcə də, sorğuya cavab olaraq təqdim edilən sənədlərdən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində 1 ünvanında yerləşən binanın cəmi iki qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Lakin bu inzibati orqanın özünün müstəqil olaraq formalaşdırdığı inzibati praktika olmamış, həmin qeydiyyatlar Sumqayıt Inzibati Iqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş *-*(**)- ****/**** saylı və *-*(**)-****/**** saylı qərarları əsasında aparılmışdır. Birinci instansiya məhkəməsi işin qeyd edilən xüsusatlarına qeyri-dəqiq yanaşaraq, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində 1 ünvanında “xxxx” MTK və Üçüncü şəxs MMC tərəfindən inşa edilmiş yaşayış binaları olduğu və cavabdeh inzibati orqan tərəfindən Üçüncü şəxs MMC tərəfindən inşa edilmiş binadakı yaşayış və qeyri-yaşayış sahələrinə dair çıxarış verilmədiyi halda, qərarda “......mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binada qeydiyyatdan keçən qeyri-yaşayış sahələrinin mövcudluğunu qeyd etməklə iddiaçıya münasibətdə cavabdeh inzibati orqanın fərqli davranışının bərabərlik hüququnun pozuntusu olduğunu bildirmişdir. Halbuki, işin sadalanan xüsusatları təsdiq edir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə fərqli inzibati praktika tətbiq edilməmiş, bərabər yanaşma və etimad hüququnun qorunması prinsipləri pozulmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə maddi hüquq normasının təbiqində də səhvə yol vermişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi işə baxan məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.6-cı maddələrini hazırkı işə tətbiq etmişdir. Istinad olunan həmin maddədə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Hazırki işin hallarından isə görünür ki, reyestrdə qeydə alınması tələb edilən qeyri-yaşayış sahəsi mənzil-tikinti kooperativi tərəfindən inşa edilən yaşayış binasında yerləşmir və qeyriyaşayış sahəsinin iddiaçıya verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının hər hansı qərarı qəbul edilməmişdir. Bu səbəbdən qeyd edilən normanın hazırkı mübahisəyə aidiyyəti yoxdur. Kollegiya qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi bina Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra inşa edildiyindən, hazırki mübahisəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsi tətbiq edilməlidir. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi ilə yanaşı tikinti obyektinin istismarına icazə həmin tikililər üzərində hüquqların qeydə alınması üçün əsas hesab edilir. Lakin hazırkı işdən görünür ki, “xxxx" MMC tərəfindən inşa edilmiş binanın istismarına icazə verilməmişdir. Budnan başqa birinci instansiya məhkəməsi iddianı təmin edərkən Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə və onun preyudisiallığına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin qətnamənin hazırkı mülki iş üzrə preyudisial əhəmiyyət daşıması barədə birinci instansiya məhkəməsinin nəticəsi düzgün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. Hazırkı işdə istinad edilən ##.##.2023-cü il tarixli qətnamənin predmetini isə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə dair İddiaçı Üçüncü şəxs MMC ilə bağladığı ##.##.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin icrası və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi təşkil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin qətnamə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas deyildir və preyudisial əhəmiyyət daşımır. Göstərilən müqavilə üzrə öhdəliyin tam icra edilməsi iddiaçının mübahisəli daşınmaz əmlak üzərində dövlət qeydiyyatına alınmalı mülkiyyət hüququnun yarandığını və həmin hüququn qeydiyyat orqanı tərəfindən birbaşa müqavilə əsasında qeydə alınmalı olduğunu göstərmir. Həmin müqavilə notariat qaydasında təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqısı müqaviləsi deyildir. Belə ki, həmin müqavilə tərəflər arasında müəyyən öhdəlik münasibətlərinin yaranmasına səbəb ola bilsə də, mübahisəli daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunan hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Belə olan təqdirdə kollegiya hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“Inzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.