Məhkəmə qərarları › İş №2-1(3-8)-109/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-109/2026

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-109/2026 18.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçı İddiaçı, onun vəkili və nümayəndəsi X9, üçüncü şəxslər inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 Yadulla qızı və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “X6 icarəsində olan torpaq sahəsinin sənəd üzrə koordinatlarının faktiki vəziyyətinə uyğunlaşdırılmaqla, iddiaçı İddiaçı məxsus JN1164 KOD******** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd edilən 4.35 ha torpaq sahəsinin faktiki mövcud olan 4.25 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə iddiaçının adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Azərbaycan Respublikası DT və XK-nın Quba rayon Şöbəsi tərəfindən ## ### 2006-cı il tarixdə Dövlət Aktı qeydiyyatı kitabında 2710 nömrə ilə qeydə alınmaqla İddiaçı adına verilmiş JN 1164 Kod ******** saylı Torpağa Mülkiyyət Hüququna X1 əsasən Quba rayonu, Zərdabi kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş 4,35 ha torpaq sahəsinə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, “X6 icarəsində olan torpaq sahəsinin sənəd üzrə koordinatlarının faktiki vəziyyətinə uyğunlaşdırılmaqla, iddiaçı İddiaçı məxsus JN1164 KOD******** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd edilən 4.35 ha torpaq sahəsinin faktiki mövcud olan 4.25 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə iddiaçının adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə üçüncü şəxs2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 X3nin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh1 X3nin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, cavabdeh1 X3nin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra cavabdeh1 X3nin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəz edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadı ilə X16, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs4, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3, X13, X7, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 Yadulla qızı və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində hazırkı iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişlər. Eyni zamanda iddiaçı apellyasiya baxışı zamanı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək X6 icarəsində olan torpaq sahəsinin sənəd üzrə koordinatlarının faktiki vəziyyətinə uyğunlaşdırılmaqla, iddiaçı İddiaçı məxsus JN1164 KOD******** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd edilən 4.35 ha torpaq sahəsinin faktiki mövcud olan 3,75 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə iddiaçının adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsindəki icraat: Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DT və XKnın Quba rayon Şöbəsi tərəfindən ## ### 2006-cı il tarixdə Dövlət Aktlarının qeydiyyatı kitabında 2710 nömrə ilə qeydiyyata alınmış JN 1164 Kod ******** saylı Torpağa Mülkiyyət Hüququna X1 əsasən Quba rayonu, Zərdabi kəndi ərazisində 4.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. Qeyd olunan torpaq sahəsinə 2006-cı ildən hal-hazıradək faktiki sahiblik etməklə bütün vergiləri ödəyir və torpaq sahəsinə dair qanunvericiliklə nəzərdə tutulan bütün hüquq və vəzifələri yerinə yetirir. Son vaxtlar torpaq sahəsindən istifadəçilər üçün Dövlət tərəfindən ödənilən subsidiyaların verilməsi ilə bağlı mülkiyyət sənədinin elektron variantının (Çıxarış, Torpaq sahəsinin Planı və ölçüsü sənədi) təqdim edilməsi tələb olunduğundan mülkiyyət hüququnu təsdiq edən JN 1164 Kod ******** saylı Torpağa Mülkiyyət Hüququna X2 Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDX xxxx pubiik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi Idarəsinə təqdim edib Çıxarışın və Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin verilməsi barədə müraciətinə imtina cavabı verilmiş və imtina, adına olan Dövlət Aktının - DT və XK-nın Quba rayon şöbəsindən təhvil alınmış Dövlət Aktlarının qeydiyyat kitablarında qeydiyyatdan keçməməsi və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmaması ilə əsaslandırılmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh tərəfindən iddiaya qarşı yazılı münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, X6 icarəsində olan torpaq sahəsinin sənəd üzrə koordinatlarının faktiki vəziyyətinə uyğunlaşdırılması, iddiaçı İddiaçı məxsus JN1164 KOD******** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd edilən 4.35 ha torpaq sahəsinin faktiki mövcud olan 4.25 ha hissəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə İddiaçı adına reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla idiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, İddiaçı Quba rayonu Quba rayonu Zərdabi qəsəbəsi ərazisində yerləşən 4.25 ha, 0.02 ha, 0.02 ha torpaq sahələri üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahələrinin planı və ölçülərinin hazırlanması üçün cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə ##.##.2023-cü il tarixli, 2823047149, 2823047147, ********* qeydiyyat nömrəli ərizələr ilə müraciət etmişdir. Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, 4.25 ha, 0.02 ha, 0.02 ha torpaq sahələri üçün ərizənizə əlavə olunmuş JN-**** nömrəli (KOD 30316018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında olan xəritə üzərində (DWG) öz əksini tapmamışdır. Bundan əlavə, JN-**** nömrəli (KOD 30316018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 1164 D, 1164 B nömrəli planşetlərində göstərilən 0.02 ha, 0.02 ha torpaq sahələrinə çıxarışların verilməsinə tərəfinizdən etiraz edilmişdir Bu səbəbdən də, torpaq sahələrinin texniki göstəricilərini əks etdirən torpaq sahələrinin planı və ölçülərinin və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından ##.##.2024-cü il tarixli, *-**-*-**/*-**/**** nömrəli məktubla imtina olunmuşdur. Azərbaycan Resspublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin sorğu əsasında məhkəməyə ünvanlanmış ##.##.2024-cü il tarixli, *-**-*/*-n-***/**** saylı məktubda qeyd edilmişdir ki, İddiaçı adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Arxivə təhvil verilmiş 4Ə-181-182, 4Ə-184-192 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələrin fərqli tarixlərdə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. cavabdeh1 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən məhkəmə ünvanlanmış ## ##### 2025 -ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubda qeyd edilmişdir ki, arxivdə aparılmış araşdırma zamanı İddiaçı adına JN-1164 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın arxiv nüsxəsi və onun tərtib edilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş müayinə aktında qeyd edilmişdir: “Müayinə zamanı heç bir mübahisəli hal baş verməmişdir. Kameral araşdırma nəticəsi olaraq bildiririk ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 4.25 ha təşkil edir. Müayinə zamanı iddiaçı tərəfindən təqdim olunmuş JN- 1164 KOD ******** saylı Dövlət Aktı baza məlumatlarında olan DWJ xəritələrində və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) öz əksini tapmamışdır və DBF siyahısında göstərilməmişdir, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin 2.1951 ha hissəsi baza məlumatlarında olan xəritə materialları üzərində ************ reyestr nömrəli çıxarışa əsasən digər şəxsin (üçüncü şəxs2) icarəsində olan torpaq sahəsi ilə, qalan hissəsi isə JN-772, JN-773, JN776, JN-777, JN-778 və JN-*** nömrəli Döviət aktlarına əsasən torpaq sahələri ilə üst-üstə düşür. Həmin nömrəli Dövlət Aktlarının DBF siyahısı aşağıdakı kimidir. JN-*** nömrəli Dövlət Aktı - X8 JN-*** nömrəli Döviət Aktı - X19 JN-*** nömrəli Dövlət Aktı -X14 və ailə üzvləri JN-*** nömrəli Dövlət Aktı - inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs4 JN-*** nömrəli Dövlət Aktı - inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 JN-*** nömrəli Dövlət Aktı - X13 və ailə üzvləri Əlavə olaraq bildiririk ki, iddiaçı tərəfindən təqdim olunmuş alqı-satqı müqavilələrinə əsasən göstərilmiş Dövlət Aktlarına (JN-782, JN-783, JN-784, JN-786 və JN787 Döviət Aktlarına əsasən torpaq sahələri) əsasən torpaq sahələri iddiaçının faktiki olaraq istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmür və həmin torpaq sahələri digər şəxs və ya şəxslər tərəfindən istifadə olunur. Alqı-satqı müqavilələrində qeyd olunmuş Dövlət Aktlarının ( JN782, JN-783, JN-784, JN-786 və JN- 787 Dövlət Aktları) DBF siyahısı aşağıdakı kimidir. JN-*** nömrəli Döviət Aktı - X7 JN-*** nömrəli Dövlət Aktı - ManqulIyeva Zülsyə Yunus qızı və ailə üzvləri JN-*** nömrəli Dövlət Aktı - üçüncü şəxs1 JN-*** nömrəli Dövlət Aktı -X20 JN-*** nömrəli Dövlət Aktı - inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 Onu da qeyd edirlər ki, müayinə zamanı iddiaçı JN-**** nömrəli Dövlət Aktında göstərilmiş 1164A, 1164D, 1164C və 1164B planşetləri üzrə qeyd olunmuş torpaq sahələrindən imtina etdiyini bildirərək həmin torpaq sahələrini istifadə etmədiyini bildirmişdir. Mübahisəli torpaq sahəsinə dair tərəfimizdən sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Qeyd:JN*** nömrəli torpaq sahəsi DWJ xəritələrində 0.25 ha göstərilsə də, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) 0.13 ha olaraq qeyd edilmişdir. Həmçinin JN773 nömrəii Dövlət aktı 0.25 ha olmasına baxmayaraq torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) 0.18 ha kimi, JN-*** nömrəli Dövlət Aktı 1,0 ha olmasına baxmayaraq torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) 0.71 ha kimi öz əksini tapmışdır.” Göründüyü kimi İddiaçı faktiki istifadəsində olan torpaq sahələri müxtəlif torpağa mülkiyyət hüququna dair dövlət aktları əsasında digər şəxslərin mülkiyyətindədir, ************ reyestr nömrəli çıxarışa əsasən digər şəxsin icarəsindədir. Lakin, məhkəmə dövlət aktlarında göstərilən mülkiyyətçiləri işə cəlb etmədən, o cümlədən razılıqları olub-olmadığını müəyyənləşdirmədən həmin torpaq sahələrini İddiaçı mülkiyyət hüquqlarını müəyyən etmişdir.. Bildiririk ki, cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsi torpağa mülkiyyət hüququna dair dövlət aktların, dövlət reyestrindən çıxarışın ləğv edilməsi səlahiyyətlərinə malik deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. b) Iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili/nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, iddia tələbinə dair dəqiqləşmənin nəzərə alınmaqla iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs X6 izahtında bildirdi ki, iddiaçı İddiaçı ilə torpaq sahəsinə dair hər hansı mübahisə yoxdur. 4.75 ha torpaq sahəsini faktiki olaraq istifadə edir. Üst-üstə düşmə halı yalnız xəritə üzərində mövcuddur. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxslər inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 Yadulla qızı və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 hər biri ayrı-ayrılıqda izahtlarında bildirdilər ki, iddiaçı İddiaçı 0.25 ha torpaq sahəsini alqı-satqı müqaviləsi bağlamaqla satmışlar. Alqı-satqı müqaviləsini təsdiqləyir və həmin müqavilədəki imza onlara məxsusdur. Hazırda 0.25 ha torpaq sahəsinə (hər biri ayrı-ayrı torpaq sahələri olmaqla) dair iddiaçının adına çıxarışın verilməsinə etiraz etmədiklərini, eyni zamanda əqdin bəyənilməsinə dair ərizənin nəzərə alınmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsi və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \o "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Icra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \o "şəhər (rayon) icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının HYPERLINK "https://eqanun.az/framework/46958" \o "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının HYPERLINK "https://eqanun.az/framework/46958" \o "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının HYPERLINK "https://eqanun.az/framework/46955" \o "Azərbaycan Respublikasının Mənzil Məcəlləsi"Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair HYPERLINK "https://eqanun.az/framework/5474" \o "yerli icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək HYPERLINK "https://eqanun.az/framework/5474" \o "Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi"müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə iddiaçının apellyasiya instansiyası məhkəməsində dəqiqləşdirilmiş tələbi nəzərə alınmaqla dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. Hazırki mübahisənin həlli üçün həlledici əhəmiyyət daşıyan məsələ JN-1164, KOD ******** saylı Dövlət Aktı əsasında iddiaçının mülkiyyət hüququnun mövcudluğunun və cavabdehin həmin hüququn dövlət qeydiyyatına alınmasından imtinasının qanunauyğunluğunun müəyyən edilməsidir. Iş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı adına Azərbaycan Respublikası DT və XK-nın Quba rayon şöbəsi tərəfindən ## ### 2006-cı il tarixdə Dövlət Aktı qeydiyyatı kitabında 2710 nömrə ilə qeydə alınmaqla JN-1164, KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. X4 əsasən Quba rayonu, Zərdabi kəndi ərazisində yerləşən 4,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının mülkiyyətinə rəsmiləşdirilmişdir. Iddiaçı həmin dövlət aktını hüququn dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana təqdim etmiş, lakin cavabdeh sənədin dövlət aktlarının qeydiyyatı kitabında və elektron xəritə materiallarında öz əksini tapmaması, həmçinin DWG, DBF və TEKUIS məlumatlarında uyğunsuzluqların olması əsası ilə hüququn qeydiyyata alınmasından imtina etmişdir. Kollegiya qeyd edir ki, cavabdehin istinad etdiyi həmin hallar özlüyündə iddiaçının hüququnun mövcud olmadığını təsdiq etmir. Hazırkı iş üzrə hüquqi qiymətləndirmə yalnız elektron bazada məlumatın olub-olmamasına deyil, iş üzrə toplanmış bütün sübutların məcmu şəkildə araşdırılmasına əsaslanmalıdır. Bu baxımdan əsas məsələ təqdim olunmuş Dövlət Aktının hansı hüquqi əsasla meydana çıxması, həmin aktın sonrakı dövrdə dövlət orqanları tərəfindən tanınıb-tanınmaması və iddiaçının torpaq sahəsi üzərində faktiki və hüquqi münasibətlərinin hansı sübutlarla təsdiq olunmasıdır. Iş materiallarının araşdırılması ilə müəyyən olunur ki, JN-1164, KOD ******** saylı Dövlət Aktının tərtib edilməsi özbaşına və ya hüquqi əsas olmadan baş verməmişdir. Iddiaçı həmin Dövlət Aktının verilməsinə əsas kimi Quba Rayon Dövlət Notariat Kontorunda ## ###### 2003-cü il tarixdə rəsmiləşdirilmiş alqı-satqı müqavilələrinə istinad etmiş və həmin müqavilələri iş materiallarına təqdim etmişdir. Həmin müqavilələrdə satıcı qismində göstərilən şəxslərin adları isə cavabdehin istinad etdiyi DBF və kadastr məlumatlarında müvafiq dövlət aktları üzrə hüquq sahibləri kimi əks olunmuşdur. Bu hal təqdim edilmiş müqavilələrin təsadüfi və ya əsassız sənədlər olmadığını, onların real torpaq payı sahibləri ilə bağlı hüquqi münasibətlərdən irəli gəldiyini göstərir. Dövlət Notariat Arxivinin cavab məktubunda göstərilmişdir ki, məhkəmənin sorğusunda qeyd olunan ##.##.2003-cü il tarixli, 4Ə-181, 4Ə-182, 4Ə-184, 4Ə-185, 4Ə- 186, 4Ə-187, 4Ə-188, 4Ə-189, 4Ə-190, 4Ə-191 və 4Ə-192 reyestr nömrələri üzrə arxivə təhvil verilmiş müqavilələrin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Cavabdeh həmin arxiv cavabına istinad edərək iddiaçının təqdim etdiyi alqı-satqı müqavilələrinin hüquqi nəticə doğurmadığını bildirsə də, məhkəmə kollegiyası bu dəlili iş üzrə toplanmış digər sübutlarla birlikdə qiymətləndirir. Kollegiya hesab edir ki, yalnız arxivdə həmin reyestr nömrələri üzrə başqa şəxslərə aid sənədlərin aşkar edilməsi iddiaçının təqdim etdiyi alqı-satqı münasibətlərinin ümumiyyətlə mövcud olmadığı nəticəsinə gəlmək üçün kifayət etmir. Çünki iş üzrə digər sübutlar, alqı-satqı müqavilələrində göstərilən şəxslərin müvafiq dövlət aktları üzrə hüquq sahibi kimi kadastr məlumatlarında əks olunması, həmin şəxslərin bir qisminin məhkəmə iclasında müqavilələri və imzalarını təsdiq etməsi, torpaq sahələrini iddiaçıya satdıqlarını bildirməsi və sonradan iddiaçının adına JN-**** saylı Dövlət Aktının verilməsi həmin hüquqi münasibətin real əsaslara söykəndiyini göstərir. Başqa sözlə, Notariat Arxivinin cavabı iddiaçının hüququnu birbaşa təsdiq edən sübut kimi deyil, cavabdehin istinad etdiyi etiraz dəlili kimi qiymətləndirilməlidir. Lakin həmin dəlil iş üzrə mövcud digər sübutların məcmusu qarşısında iddiaçının hüququnun mövcudluğunu təkzib etmək üçün yetərli hesab edilə bilməz. Arxiv sənədlərinin natamamlığı, reyestr məlumatlarında uyğunsuzluq və ya sənədlərin illər sonra fərqli formada aşkar edilməsi, xüsusilə tərəflərin sonrakı davranışı və məhkəmədə verdikləri izahatlarla müqavilələrin təsdiq edildiyi halda, iddiaçının vicdanlı şəkildə əldə etdiyi hüququn inkarına əsas ola bilməz. Cavabdehin özünün istinad etdiyi müayinə aktı və kadastr məlumatları da alqı-satqı müqavilələrində göstərilən şəxslərin təsadüfi şəxslər olmadığını təsdiq edir. Həmin məlumatlarda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsinin JN-*** nömrəli Dövlət Aktı üzrə X8, JN-*** nömrəli Dövlət Aktı üzrə X16, JN-*** nömrəli Dövlət Aktı üzrə X14 və ailə üzvlərinə, JN-*** nömrəli Dövlət Aktı üzrə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs4, JN-*** nömrəli Dövlət Aktı üzrə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3, JN-*** nömrəli Dövlət Aktı üzrə X13 və ailə üzvlərinə aid torpaq sahələri ilə üst-üstə düşdüyü göstərilmişdir. Eyni zamanda alqı-satqı müqavilələrində göstərilmiş JN-782, JN-783, JN-784, JN-786 və JN-787 dövlət aktlarının da müvafiq olaraq X7, X10 və ailə üzvləri, üçüncü şəxs1, X20 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 adına olduğu qeyd edilmişdir. Beləliklə, cavabdehin təqdim etdiyi texniki məlumatların özündən də görünür ki, iddiaçının təqdim etdiyi alqı-satqı müqavilələrində göstərilən şəxslər həmin ərazilər üzrə dövlət aktlarının sahibləridir. Bu hal müqavilələrin real mülkiyyət münasibətlərindən irəli gəldiyini və həmin şəxslərin torpaq paylarının alqı-satqı yolu ilə iddiaçıya keçməsinin sonradan JN-**** saylı Dövlət Aktının verilməsinin hüquqi əsasını təşkil etdiyini göstərir. Apellyasiya baxışı zamanı bu halların daha ətraflı araşdırılması məqsədilə məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə X16, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs4, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3, X13, X7, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 Yadulla qızı və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Bununla həmin şəxslərə prosessual hüquqlarını həyata keçirmək, izahat vermək və mövqelərini bildirmək üçün real imkan yaradılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 Yadulla qızı və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 hər biri ayrı-ayrılıqda izahat verərək iddiaçı İddiaçı 0,25 ha torpaq sahəsini alqı-satqı müqaviləsi bağlamaqla satdıqlarını bildirmişlər. Onlar alqı-satqı müqavilələrini təsdiqləmiş, müqavilələrdəki imzaların özlərinə məxsus olduğunu göstərmiş, həmin torpaq sahələrinə dair iddiaçının adına hüququn qeydiyyata alınmasına etiraz etmədiklərini və əqdin bəyənilməsinə dair ərizələrinin nəzərə alınmasını xahiş etmişlər. Kollegiya hesab edir ki, bu izahatlar hazırkı iş üzrə xüsusi hüquqi əhəmiyyət daşıyır. Çünki həmin şəxslər məhkəmə qarşısında yalnız satış faktını təsdiq etməmiş, həm də müqavilələrdə ifadə olunmuş iradələrinin həqiqi olduğunu, həmin əqdlərin onların iradəsinə uyğun bağlandığını və bu əqdlərin hüquqi nəticələrini qəbul etdiklərini bildirmişlər. Başqa sözlə, üçüncü şəxslərin məhkəmə iclasındakı mövqeyi əqdlərin sonradan bəyənilməsi və təsdiqi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlər və müqavilələrə dair müddəalarının mahiyyətindən görünür ki, əqd şəxsin mülki hüquq və vəzifələrin yaranmasına, dəyişdirilməsinə və ya xitamına yönəlmiş iradə ifadəsidir. Müqavilə isə iki və ya daha çox şəxsin qarşılıqlı razılaşmasına əsaslanan əqd olmaqla, tərəflərin hüquqi nəticə doğurmaq niyyətini ifadə edir. Buna görə müqavilənin hüquqi qüvvəsi yalnız onun arxivdə saxlanılıb-saxlanılmamasından deyil, tərəflərin həqiqi iradəsinin mövcudluğundan, müqavilənin faktiki icrasından və sonrakı davranışlarla həmin hüquqi münasibətin qəbul edilməsindən asılı olaraq qiymətləndirilməlidir. Hazırkı işdə üçüncü şəxslərin məhkəmə iclasında alqı-satqı müqavilələrini təsdiq etməsi, imzaların özlərinə məxsus olduğunu bildirməsi, torpaq sahələrini iddiaçıya satdıqlarını etiraf etməsi və iddiaçının adına hüququn dövlət qeydiyyatına alınmasına etiraz etməməsi onu göstərir ki, həmin müqavilələr formal sənəd kimi deyil, tərəflərin həqiqi iradəsinə uyğun bağlanmış və sonradan da tərəflər tərəfindən qəbul edilmiş hüquqi münasibət kimi mövcud olmuşdur. Məhkəmə iclasına gəlməyən digər üçüncü şəxslərə münasibətdə isə kollegiya onların gəlməməsini iddianın etirafı kimi qiymətləndirməsə belə, qeyd etməyi zəruri hesab edir ki, onların məhkəmə iclasında iştirak etməməsi iş üzrə digər sübutların hüquqi qüvvəsini aradan qaldırmır. Həmin şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyin tələblərinə uyğun qaydada xəbərdar edilmiş, lakin izahat vermək üçün məhkəmə iclasına gəlməmiş və tələbin əleyhinə hər hansı yazılı və ya şifahi etiraz təqdim etməmişlər. Bu hallar digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Kollegiya nəzərə alır ki, alqı-satqı müqavilələri eyni tarixdə, eyni notariat kontorunda, ardıcıl reyestr nömrələri ilə və eyni hüquqi məqsəd üzrə rəsmiləşdirilmişdir. Həmin müqavilələrin son nəticəsi iddiaçının adına JN-**** saylı Dövlət Aktının verilməsi olmuşdur. Müqavilələrdə göstərilən şəxslərin dövlət aktlarının mövcudluğu cavabdehin özünün təqdim etdiyi DBF və kadastr məlumatlarında təsdiq edilmiş, məhkəməyə gələn üçüncü şəxslər isə müqavilələrin real olduğunu və torpaq sahələrini iddiaçıya satdıqlarını birbaşa bildirmişlər. Bu sübutlar məcmu şəkildə qiymətləndirildikdə məhkəmə kollegiyasının daxili inamı formalaşır ki, məhkəməyə gəlməyən şəxslərə münasibətdə də alqı-satqılar eyni hüquqi proses çərçivəsində baş vermişdir. Əks nəticəyə gəlmək eyni tarixdə, eyni notariat qaydasında və eyni məqsədlə rəsmiləşdirilmiş alqı-satqı münasibətlərinə fərqli hüquqi yanaşmanın tətbiq edilməsi ilə nəticələnərdi ki, bu da hüquqi müəyyənlik və mülki dövriyyənin sabitliyi prinsipləri ilə uzlaşmazdı. Kollegiya həmçinin nəzərə alır ki, cavabdeh inzibati orqan alqı-satqı müqavilələrində göstərilən şəxslərin həmin torpaq sahələri üzərində hüquqlarının mövcud olmadığını sübut etməmişdir. Əksinə, cavabdehin istinad etdiyi DBF siyahıları və müayinə aktı həmin şəxslərin dövlət aktları üzrə mülkiyyətçi kimi mövcudluğunu təsdiq edir. Bu halda cavabdehin həm həmin şəxslərin dövlət aktlarını mövcud hüquqi sənəd kimi qəbul etməsi, həm də həmin dövlət aktlarının alqı-satqı yolu ilə iddiaçıya keçməsinə əsaslanan JN-**** saylı Dövlət Aktını hüquqi nəticəsiz sənəd kimi qiymətləndirməsi ziddiyyətli mövqedir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının apellyasiya instansiyasında tələbini 4,25 ha-dan 3,75 ha-dək azaltması işin sonradan müəyyən edilmiş halları ilə bağlıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə X10 və X12 arasında ##.##.2026-cı il tarixdə yenidən ayrıca alqı-satqı müqaviləsi bağlanmış və həmin əqd 4Ə-1113 reyestr nömrəsi ilə notariat qaydasında rəsmiləşdirilmişdir. Həmin müqavilə ilə 0,50 ha torpaq sahəsinə dair hüquqi münasibət artıq tərəflər arasında ayrıca qaydada rəsmiləşdirildiyindən, həmin hissə üzrə hazırkı işdə həll edilməli mübahisə qalmamışdır. Buna görə də sonradan həmin şəxslərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə də zərurət qalmadığından, məhkəmə onları hazırkı iş üzrə üçüncü şəxs qismində icraata cəlb etməmişdir. Məhz buna görə iddiaçı 0,50 ha hissəni hazırkı tələbin predmetindən çıxarmış və tələbini 3,75 ha həddində dəqiqləşdirmişdir. Başqa sözlə, 3,75 ha göstəricisi məhkəmə tərəfindən ayrıca müəyyən edilmiş yeni sahə kimi deyil, 0,50 ha hissə üzrə mübahisənin sonradan bağlanmış *Ə-**** nömrəli alqı-satqı müqaviləsi ilə aradan qalxması nəzərə alınmaqla, iddiaçının apellyasiya instansiyasında dəqiqləşdirdiyi tələb həcmi kimi qiymətləndirilməlidir. Bu baxımdan iddiaçının tələbinin azaldılması yeni müstəqil iddia tələbi yaratmır, əksinə, eyni imtina və eyni hüquqi münasibət üzrə müdafiə üsulunun faktiki vəziyyətə uyğunlaşdırılmasına xidmət edir. Həmin dəqiqləşmə həm mübahisənin hüdudlarını dəqiqləşdirir, həm də hazırkı iş üzrə cəlb edilməmiş şəxslərin hüquq və mənafelərinə toxunulmamasını təmin edir. Kollegiya qeyd edir ki, üçüncü şəxs2 məhkəmə iclasında verdiyi izahat da bu baxımdan mühüm əhəmiyyət daşıyır. O, iddiaçı ilə torpaq sahəsinə dair hər hansı mübahisəsinin olmadığını, faktiki olaraq öz torpaq sahəsini istifadə etdiyini, üst-üstə düşmənin yalnız xəritə üzərində mövcud olduğunu bildirmişdir. Bu izahat cavabdehin istinad etdiyi texniki üst-üstə düşmənin real torpaq mübahisəsi yaratmadığını, mübahisənin elektron kadastr və xəritə məlumatlarının faktiki vəziyyətlə uyğunlaşdırılması məsələsindən ibarət olduğunu göstərir. Kollegiya qeyd edir ki, iş üzrə təqdim edilmiş müayinə aktında da müayinə zamanı hər hansı mübahisəli halın baş vermədiyi, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin müəyyən edildiyi göstərilmişdir. Cavabdehin həmin müayinə aktında istinad etdiyi DWG, DBF və TEKUIS uyğunsuzluqları torpaq sahəsi üzərində iddiaçının hüququnun mövcud olmadığını deyil, dövlət orqanlarının elektron kadastr məlumatlarında faktiki və sənəd üzrə vəziyyətin tam uyğunlaşdırılmadığını göstərir. Bu cür texniki uyğunsuzluqlar hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün müstəqil və kifayət qədər əsas hesab edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının, başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.3-cü maddəsi daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələri, 8.0.5-ci maddəsi isə 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktları, şəhadətnamələri və qeydiyyat vəsiqələrini dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutur. Nəzərə alınmalıdır ki, hazırkı işdə iddiaçı həm notariat qaydasında bağlanmış alqısatqı müqavilələrinə, həm də 2006-cı il ####un #-dək verilmiş JN-**** saylı Dövlət Aktına istinad edir. Belə olan halda həmin sənədlər hüququn dövlət qeydiyyatı üçün qanunla tanınan əsaslar sırasına daxildir. Cavabdeh isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş imtina əsaslarından hər hansı birinin hazırkı iş üzrə mövcudluğunu sübut etməmişdir. Kollegiya qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində hüquqların dövlət qeydiyyatından imtina halları konkret göstərilmişdir. Cavabdeh inzibati orqan həmin maddədə nəzərdə tutulmuş imtina əsaslarını genişləndirə və arxiv və ya elektron baza natamamlığını şəxsin hüququnun rədd edilməsi üçün müstəqil əsas kimi tətbiq edə bilməz. Xüsusilə o halda ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərin saxta olması, həmin sənədlərdə göstərilən məlumatların yanlışlığı və ya sənədi vermiş orqanın ümumiyyətlə belə səlahiyyətə malik olmaması sübuta yetirilməmişdir. “Inzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hazırkı işdə cavabdeh iddiaçının təqdim etdiyi dövlət aktının və alqı-satqı sənədlərinin həqiqətə uyğun olmadığını sübuta yetirməmiş, yalnız həmin sənədlərin bəzi arxiv və elektron kadastr məlumatlarında tam əks olunmamasına istinad etmişdir. Həmçinin “Inzibati icraat haqqında” Qanunun Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Iş materiallarından görünür ki, iddiaçı uzun illər ərzində həmin torpaq sahəsindən faktiki istifadə etmiş, torpaq sahəsinə dair vergilər ödəmiş, dövlət tərəfindən kənd təsərrüfatı subsidiyaları almış və həmin hüquqi vəziyyət müxtəlif dövlət orqanları tərəfindən qəbul edilmişdir. Quba Dövlət Aqrar Inkişaf Mərkəzinin məktubunda JN-1164 Dövlət Aktı üzrə 2020–2022-ci illərdə EKTIS sistemində subsidiya müraciətlərinin qəbul edildiyi və subsidiyaların ödənildiyi göstərilmişdir. Zərdabi-Barlı bələdiyyəsinin arayışında isə iddiaçının JN-1164 dövlət aktı üzrə 4,35 ha torpaq sahəsindən istifadə etdiyi və vergi ödəyicisi olduğu təsdiq edilmişdir. Bu hallar göstərir ki, iddiaçının hüquqi vəziyyəti uzun müddət dövlət orqanları tərəfindən faktiki olaraq tanınmışdır. Belə olan halda cavabdehin sonradan yalnız daxili elektron baza və arxiv natamamlığına istinad etməklə iddiaçının hüququnu tanımaqdan imtina etməsi etimadın qorunması prinsipinə uyğun deyil. Dövlət orqanlarının sənədlərin saxlanılması, arxivləşdirilməsi, elektron məlumat bazasına daxil edilməsi və xəritə materiallarının aparılması sahəsində yol verdiyi nöqsanların mənfi nəticələri vicdanlı qaydada hərəkət etmiş vətəndaşın üzərinə qoyula bilməz. Kollegiya onu da nəzərə alır ki, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin cavab məktubunda JN-**** saylı Dövlət Aktının arxiv nüsxəsinin və onun tərtib edilməsinə əsas olmuş sənədlərin aşkar edilmədiyi göstərilsə də, bu hal həmin dövlət aktının saxta və ya hüquqi nəticə doğurmayan sənəd olması barədə nəticə çıxarmağa əsas vermir. Arxiv sənədinin aşkar edilməməsi inzibati orqanın sənəd dövriyyəsi və arxiv işi ilə bağlı daxili problemidir. Bu hal yalnız o zaman iddiaçının hüququna təsir edə bilərdi ki, cavabdeh həmin sənədin saxta olduğunu, səlahiyyətsiz orqan tərəfindən verildiyini və ya hüquqi əsasının ümumiyyətlə mövcud olmadığını mötəbər sübutlarla təsdiq etmiş olsun. Belə sübutlar isə iş materiallarında mövcud deyildir. Inzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırkı işdə apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində istinad etdiyi halları araşdırmış, əlavə sorğular vermiş, üçüncü şəxsləri işə cəlb etmiş, onların izahatlarını almış, müayinə aktını, kadastr məlumatlarını, arxiv cavablarını, alqı-satqı müqavilələrini, dövlət aktlarını, subsidiya və bələdiyyə arayışlarını birlikdə qiymətləndirmişdir. Bu sübutların məcmu qiymətləndirilməsi belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının adına verilmiş JN-1164, KOD ******** saylı Dövlət Aktı alqı-satqı müqavilələrinə əsaslanan real hüquqi münasibətin nəticəsi kimi meydana çıxmış, həmin hüquqi vəziyyət uzun müddət dövlət orqanları tərəfindən tanınmış, alqı-satqı müqavilələrində göstərilən şəxslərin bir hissəsi məhkəmədə əqdləri açıq şəkildə təsdiq etmiş, digər şəxslər isə işə cəlb edilmələrinə baxmayaraq tələbin əleyhinə hər hansı mövqe bildirməmişlər. Buna görə də cavabdehin apellyasiya şikayətində göstərdiyi, dövlət aktının DWG xəritəsində və TEKUIS sistemində əks olunmaması, DBF siyahılarında uyğunsuzluqların olması, arxiv sənədlərinin tam aşkar edilməməsi və torpaq sahəsinin elektron baza üzrə digər dövlət aktları ilə üst-üstə düşməsi barədə dəlillər iddianın rədd edilməsi üçün kifayət etmir. Həmin hallar hüququn mövcud olmadığını deyil, dövlət orqanlarının xəritə, kadastr və arxiv məlumatlarının faktiki və hüquqi vəziyyətlə uyğunlaşdırılmalı olduğunu göstərir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, JN-1164, KOD ******** saylı Dövlət Aktında qeyd edilən 4,35 ha torpaq sahəsinin iddiaçının apellyasiya instansiyasında dəqiqləşdirilmiş tələbində göstərilən 3,75 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün kifayət qədər hüquqi və faktiki əsaslar mövcuddur. Cavabdehin imtinası isə iş üzrə müəyyən edilmiş faktiki hallara və təqdim edilmiş sübutlara uyğun deyildir. Eyni zamanda işdən görünür ki, iddiaçı tələbində sadəcə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etmiş, tələbində ayrıca olaraq müvafiq çıxarışla yanaşı plan-ölçü sənədinin verilməsi göstərilməmişdir. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (***) *-*(***)-***/**** nömrəli qərarında qeyd edilmişdir ki, Reyestr Xidmətinin tərəf olduğu mübahisələrə dair işlərin və həmin mübahisələrlə bağlı Xidmətin inzibati praktikasının təhlilinə əsasən xüsusilə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə Xidmət əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq Çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi barədə yenidən Xidmətə müraciət etməli olur və hətta müəyyən hallarda Xidmət tərəfindən Çıxarış verilmiş şəxslərə belə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur. Bu da növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Ali Məhkəmə hesab edir ki, belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində yalnız çıxarışın verilməsini xahiş etmiş olsa da, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində tətbiq olunan vahid sənəd prinsipi nəzərə alınmalıdır. Bu prinsipə əsasən, çıxarışla yanaşı, həmin daşınmaz əmlakın ölçülərini, yerləşdiyi məkanı və digər texniki göstəricilərini əks etdirən plan-ölçü sənədinin verilməsi zəruridir. Çünki belə olduğu halda hüququn tam və dəqiq reallaşması təmin olunur. Bu səbəbdən cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi cavabdehin imtinasının qanunsuzluğu və iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi nəzərə alınmaqla iddia tam təmin olunmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilsin. Iddia təmin edilsin. X6 icarəsində olan torpaq sahəsinin sənəd üzrə koordinatlarının faktiki vəziyyətinə uyğunlaşdırılması, iddiaçı İddiaçı məxsus JN1164 KOD******** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd edilən 4.35 ha torpaq sahəsinin faktiki mövcud olan 3,75 ha hissəsi üzərində onun (İddiaçı) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və planölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar