Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1091/2026 17.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi cavabdeh Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ## ### 2023-cü il tarixli qərarına əsasən fiziki şəxs İddiaçı barəsində (VÖEN **********) “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci hissəsinin beşinci abzasına əsasən 2023-cü ilin yanvar, fevral və mart ayları üzrə əldə edilmiş 142300.50 manat gəlirin 5 faizi miqdarına, yəni 7115 manat maliyyə sanksiyası tətbiq edilməsi barədə qərarının əsassız olması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ## ### 2023-cü il tarixli qərarına əsasən fiziki şəxs İddiaçı barəsində (VÖEN **********) “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci hissəsinin beşinci abzasına əsasən 2023-cü ilin yanvar, fevral və mart ayları üzrə əldə edilmiş 142300.50 manat gəlirin 5 faizi miqdarına, yəni 7115 manat maliyyə sanksiyası tətbiq edilməsi barədə qərarının əsassız olması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ## ### 2023-cü il tarixli qərarına əsasən fiziki şəxs İddiaçı (VÖEN **********) barəsində qəsdən düzgün olmayan məlumat verdiyinə və lazımi məlumatı vermədiyinə görə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci hissəsinin beşinci abzasına əsasən 2023-cü ilin yanvar, fevral və mart ayları üzrə əldə edilmiş 142300.50 manat gəlirin 5 faizi miqdarına, yəni 7115 manat maliyyə sanksiyası tətbiq edilmişdir. “xxxx” MMC ona məxsus “Xırdalan” əmtəə nişanından qanunsuz istifadə edilməsi ilə bağlı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmişdir. Müraciətdə fiziki şəxs İddiaçı (VÖEN **********) məxsus ünvan 1 ünvanında yerləşən “Elmar” market adlı mağazada yerləşdirilmiş pivə avadanlığının üzərində “xxxx” MMC-yə məxsus “Xırdalan” əmtəə nişanınının əks olunduğunu və həmin əmtəə nişanı adı altında pivə satışının həyata keçirildiyi bildirilmiş və fotoşəkil əlavə edilmişdir. Fiziki şəxs X2 məxsus “Elmar” marketdə olan pivə avadanlığı “xxxx” MMC- yə məxsus olmuşdur, avadanlığın üzərində olan reklamlar “xxxx” MMC-nin sifarişi əsasında hazırlanmış və avadanlığın üzərinə yerləşdirilmişdir. Belə ki, fiziki şəxs X2 ilə “xxxx” MMC arasında ##.##.2022-ci il tarixdə pivə alışı ilə bağlı müqavilə bağlanmış və bununla bağlı müqavilə, həmçinin “xxxx” MMC-dən pivə alışını təsdiq edən ##.##.2022-ci il tarixli elektron qaimələr inzibati orqana təqdim edilmişdir. Fiziki şəxs İddiaçı (VÖEN **********) tərəfindən qanun pozuntusuna yol verilməmiş, sözügedən avadanlığın eləcədə pivə fiziki şəxs X1 tərəfindən İddiaçı satılmış, həmin avadanlığın üzərindəki reklamlar fiziki şəxs X1 tərəfindən fiziki şəxs İddiaçı məxsus olan “Yelmar” marketə gətirilmədən öncə yerləşdirilmiş və sözügedən məsələnin qanun pozuntusu olması onlara məlum olan kimi dərhal əmtəə nişanları sökülmüş və bu məlumatlar komissiyaya təqdim edilmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətində məsələ ilə bağlı təşkil edilmiş komissiyanın iclasında ifadə verən fiziki şəxs X1 uzun müddət ərzində “xxxx” MMC - yə məxsus pivələrin müxtəlif marketlərə, eləcə də ünvan 1 - də yerləşən “Elmar” marketə pivə satışını həyata keçirdiyini bildirmişdir. Fiziki şəxs X1 avadanlığın onun özünə məxsus olduğunu, “xxxx” MMC - yə məxsus olmadığını, həmin avadanlığın və digər avadanlıqların ikinci əl satışından əldə etdiyini və avadanlıqlar üzərində reklam xarakterli yazıların onun tərəfindən yerləşdirildiyini bildirmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən fiziki şəxs İddiaçı barəsində “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12 - ci maddəsinin ikinci hissəsinin beşinci abzasına əsasən son üç ayda əldə edilmiş gəlirin 5 faizinə qədər məbləğdə maliyyə sanksiyası tətbiq edilmişdir. Iddiaçı hesab etmişdir ki, tətbiq edilən maliyyə sanksiyası qanunsuz və əsassızdır, belə ki, onun tərəfindən lazım olan bütün məlumatlar Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilmişdir və hər hansı bir qanun pozuntusu törədilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddiaçının tələbi rədd edilməli və təmin edilməməlidir. Belə ki, “xxxx” MMC ona məxsus “Xırdalan” əmtəə nişanından qanunsuz istifadə edilməsi ilə bağlı müraciətinin araşdırılması zamanı fiziki şəxs İddiaçı zəruri sənəd və məlumatların təqdim edilməsi üçün ##.##.2022-ci il tarixli AIBNDX-07/07-5/2706 və ##.##.2022-ci il tarixli AIBNDX-**/**-*/**** nömrəli sorğu məktubları, “xxxx” MMC-yə isə ##.##.2022-ci il tarixli AIBNDX-**/**-*/**** nömrəli sorğu məktubu ünvanlanmışdır. “xxxx” MMC-dən daxil olmuş məlumatda (daxilolma qeydiyyatı: 5/3717, ##.##.2022-ci il) ##.##.2022-ci il tarixədək “Elmar” marketə heç bir satışın həyata keçirilmədiyi və fiziki şəxs İddiaçı təqdim etdiyi məlumatların həqiqəti əks etdirmədiyi bildirilmiş, həmin şəxslə bağlanmış ##.##.2022-ci il tarixli müqavilənin və ##.##.2022, ##.##.2022 və ##.##.2022-ci il tarixli elektron qaimələrin surətləri təqdim edilmişdir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir. Həmin Qanunun 26-cı maddəsinə əsasən əmtəə nişanının əmtəələrdə, əmtəə qablarında, reklamlarda, lövhələrdə və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi onlardan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması və satışı qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Qeyd olunanları nəzərə alaraq fəaliyyət ünvanı AZ0116, ünvan 1 olan fiziki şəxs İddiaçı barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmış, məsələnin daha ətraflı araşdırılması üçün “xxxx” MMC və könüllülük əsasında X1 işə cəlb edilmişdir. Fiziki şəxs X1 işə baxılma iclasları zamanı bildirmişdir ki, uzun müddətdir ki, “xxxx” MMC-yə məxsus pivələrin müxtəlif marketlərdə, eləcə də “Elmar” marketə satışını həyata keçirmiş və pivənin süzülməsi üçün istifadə olunan avadanlığı həmin marketə özü yerləşdirmişdir. Avadanlığın özünə məxsus olduğunu, “xxxx” MMC-yə aid olmadığını, ikinci əl satışından əldə etdiyini, üzərində müxtəlif reklam xarakterli yazıların onun tərəfindən yerləşdirildiyini və qanun pozuntusu faktı bəlli olduqdan dərhal sonra əmtəə nişanının söküldüyünü bildirmişdir. Fiziki şəxs X1 tərəfindən ##.##.2023-cü il tarixli məktubla “xxxx” MMC-dən pivə alışına dair bağladığı ##.##.2022-ci il tarixli müqavilə və bir sıra elektron qaimələr təqdim edilmiş, lakin tələb olunan sənəd və məlumatlar tam təqdim edilməmişdir. Eyni zamanda, Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Xidmətə daxil olmuş məlumatda (daxilolma qeydiyyatı: 3-21/3-5-16697/2023, ##.##.2023-cü il) fiziki şəxs X1 tərəfindən ##.##.2022-ci il tarixdən həmin tarixədək elektron qaimə fakturanın təqdim edilmədiyi qeyd edilmişdir. Göründüyü kimi qeyd olunan fakt, eləcə də tələb olunan sənəd və məlumatların təqdim edilməməsi, fiziki şəxs X1 fiziki şəxs İddiaçı pivə satışını həyata keçirmədiyinə dəlalət edir. Habelə, “xxxx” MMC ##.##.2022-ci il tarixədək “Elmar” marketə heç bir satış həyata keçirmədiyini və fiziki şəxs İddiaçı qeyd olunan tarixdən əvvəl də onlar arasında satışın olması barədə verdiyi məlumatların həqiqəti əks etdirmədiyini bildirmiş və bunu təsdiq edən müqaviləni təqdim etmişdir. Işin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə Komissiyanın ##.##.2022-ci il, ##.##.2023-cü il, ##.##.2023-cü il və ##.##.2023-cü il tarixli Qərarları ilə tələb olunan sənəd və məlumatlar fiziki şəxs İddiaçı tərəfindən təqdim edilməmişdir. Eyni zamanda, fiziki şəxs İddiaçı tərəfindən Xidmətə daxil olmuş məktub ilə (daxilolma qeydiyyatı: 5/3326, ##.##.2022-ci il) “xxxx” MMC-dən pivə alışına dair ##.##.2022-ci il tarixli müqavilənin surəti təqdim edilmiş, lakin aparılmış araşdırmalar zamanı müqavilədə ##.##.2022-ci il tarixinin düzgün olmayan məlumat kimi verildiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Komissiya təqdim edilmiş sənəd və məlumatları tam və obyektiv araşdıraraq, fiziki şəxs İddiaçı tərəfindən “xxxx” MMC-yə məxsus “XIRDALAN” əmtəə nişanından “Elmar” marketdə yerləşdirilən avadanlığın üzərində “XIRDALAN”, eləcə də təqdim olunan satış qəbzində “PIVƏ XIRDALAN SÜZÜLMÜŞ” sözü yazılmaqla qanunsuz istifadə edildiyini və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulduğunu müəyyən etmişdir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən bazar subyektləri Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin 5 faizinədək maliyyə sanksiyaları tətbiq edilir. Komissiyanın ## ### 2023-cü il tarixli Qərarı ilə fiziki şəxs İddiaçı qəsdən düzgün olmayan məlumat verdiyinə və lazımi məlumatı vermədiyinə görə 2023-cü ilin yanvar, fevral və mart ayları üzrə əldə edilmiş 142 300,50 manat gəlirin 5 faizi miqdarında, yəni 7115,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 3.0.3-cü və 3.0.6-cı bəndlərinə əsasən antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, habelə antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxmaq Xidmətin vəzifələrindəndir. Həmin Əsasnamənin 4.0.5-ci bəndinə əsasən Xidmətin fiziki və hüquqi şəxslərdən zəruri məlumatlar və sənədlər barədə sorğu vermək və onları almaq hüququ vardır. Əlavə olaraq bildiririk ki, Ali Məhkəmənin ##.##.2022-ci il tarixli *-*(***)-****/**** nömrəli Qərarının 31 və 32-ci bəndlərində qeyd edilir ki, “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 16-cı maddəsi məlumat almaq hüququnu təsbit edir. Bu hüquq antiinhisar qanunvericiliyinin pozulması hallarının müəyyən olunması məqsədlərinə xidmət edir və bununla bağlı icraatın tərkib hissəsi sayılmalıdır. Həmçinin qeyd edilmişdir ki, tələb olunan sənəd və məlumatlar antiinhisar qanunvericiliyinin pozulması hallarının müəyyən olunması üzrə icraat çərçivəsində cavabdehdən tələb oluna bilər və obyektiv qərarın qəbulunu təmin etmək üçün təqdim edilməlidir. Onların təqdim olunmaması, digər qaydada əldə edilməsi mümkün olmadığı hallarda, cavabdehin ziyanına təfsir oluna bilər. Eyni zamanda, Ali Məhkəmənin ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli Qərarının 53 və 54-cü bəndlərində göstərilir ki, antiinhisar orqanı daxil olmuş müraciətlər və məlumatlar əsasında və ya öz təşəbbüsü ilə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırır, Komissiya yaradır və Komissiya işə baxılması ilə əlaqədar tərəflərdən müvafiq sənəd və məlumatlar tələb etmək hüququna malikdir. Komissiya işə baxılma nəticəsində mahiyyəti üzrə müvafiq qərar qəbul etmək və həmin qərara uyğun olaraq icrası məcburi olan göstərişlər vermək səlahiyyətinə malikdir. Həmin Qərarda müvafiq sənədlərin Xidmətə təqdim edilmədiyi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq maliyyə sanksiyaları tətbiq edilməsi əsaslı hesab edilmişdir. Göründüyü kimi, həm qanunvericiliyin, həm də qanuni qüvvədə olan məhkəmə qərarlarından yaranmış təcrübəyə əsasən, sənəd və məlumatların verilməməsi antiinhisar qanunvericiliyinin pozulması hesab olunur və məsuliyyətə səbəb olur. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, 2-1(118)-494/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, tərəfindən Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmamışdır. Belə ki, fiziki şəxs X2 məxsus “Elmar” marketdə olan pivə avadanlığı “xxxx” MMC- yə məxsus olmuşdur, avadanlığın üzərində olan reklamlar “xxxx” MMC-nin sifarişi əsasında hazırlanmış və avadanlığın üzərinə yerləşdirilmişdir. Belə ki, fiziki şəxs X2ilə “xxxx” MMC arasında ##.##.2022-ci il tarixdə pivə alışı ilə bağlı müqavilə bağlanmış və bununla bağlı müqavilə, həmçinin “xxxx” MMC-dən pivə alışını təsdiq edən ##.##.2022-ci il tarixli elektron qaimələr inzibati orqana təqdim edilmişdir. Fiziki şəxs İddiaçı (VÖEN **********) tərəfindən qanun pozuntusuna yol verilməmiş, sözügedən avadanlığın eləcədə pivə fiziki şəxs X1 tərəfindən İddiaçı satılmış, həmin avadanlığın üzərindəki reklamlar fiziki şəxs X1 tərəfindən fiziki şəxs İddiaçı məxsus olan “Yelmar” marketə gətirilmədən öncə yerləşdirilmiş və sözügedən məsələnin qanun pozuntusu olması onlara məlum olan kimi dərhal əmtəə nişanları sökülmüş və bu məlumatlar komissiyaya təqdim edilmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətində məsələ ilə bağlı təşkil edilmiş komissiyanın iclasında ifadə verən fiziki şəxs X1 uzun müddət ərzində “xxxx” MMC - yə məxsus pivələrin müxtəlif marketlərə, eləcə də ünvan 1 - də yerləşən “Elmar” marketə pivə satışını həyata keçirdiyini bildirmişdir. Fiziki şəxs X1 avadanlığın onun özünə məxsus olduğunu, “xxxx” MMC - yə məxsus olmadığını, həmin avadanlığın və digər avadanlıqlarını ikinci əl satışından əldə etdiyini və avadanlıqlar üzərində reklam xarakterli yazıların onun tərəfindən yerləşdirildiyini bildirmişdir. “xxxx” MMC-dən daxil olmuş məlumatda (daxilolma qeydiyyatı: 5/3717, ##.##.2022-ci il) “xxxx” MMC-nin ##.##.2022-ci il tarixədək “Elmar”marketə heç bir satışın həyata keçirilmədiyi və fiziki şəxs İddiaçı təqdim etdiyi məlumatların həqiqəti əks etdirmədiyi bildirilmiş və həmin şəxslə bağlanmış ##.##.2022-ci il tarixli müqavilənin və ona pivə satışını təsdiq edən ##.##.2022, ##.##.2022 və ##.##.2022-ci il tarixli elektron qaimələrin surətləri təqdim edilmişdir. Fiziki şəxs X1 işə baxılma iclasları zamanı bildirdi ki, uzun müddətdir ki, “xxxx” MMC-yə məxsus pivələrin müxtəlif marketlərə, eləcə də ünvan 1 ünvanında yerləşən “Elmar” marketə pivə satışını həyata keçirdiyini və pivənin süzülməsi üçün istifadə olunan avadanlığın adıçəkilən marketə onun tərəfindən yerləşdirildiyini bildirmişdir. Fiziki şəxs X1 avadanlığın onun özünə məxsus olduğunu, “xxxx” MMC-yə aid olmadığını, həmin avadanlığ və ona məxsus digər avadanlıqları ikinci əl satışından əldə etdiyini qeyd etmiş və onların üzərində müxtəlif reklam xarakterli yazıların onun tərəfindən yerləşdirildiyini və sözügedən məsələnin qanun pozuntusu olması faktı bəlli olduqdan dərhal sonra əmtəə nişanının söküldüyünü bildirmiş və bununla bağlı məlumatları rəsmi olaraq Xidmətə təqdim etdiyini (daxilolma qeydiyyatı: 3-21-1/1-1869/2023, 21,02.2023-cü il) qeyd etmişdir. Fiziki şəxs X1 tərəfindən Xidmətə daxil olmuş ##.##.2023-cü il tarixli məktub ilə (daxilolma qeydiyyatı: 3-21-1/1-3856/2023, ##.##.2023-cü il) “xxxx” MMC- dən pivə alışına dair bağladığı 01,09.2022-ci il tarixli müqavilə və “xxxx” MMC-dən pivə alışını təsdiq edən bir sıra elektron qaimələr təqdim edilmişdir. Inzibati orqan E.Ismayılov tərəfindən düzgün olmayan hansı məlumatın təqdim edilmədiyini əsaslandıra bilməmişdir,belə ki, tələb olunan və zəruri olan bütün sənədlər cavabdehə təqdim edilmiş,lakin Sumqayıt Inzibati Məhkəməsi ilə bu məsələni dərindən araşdırmamış və nəticədə əsassız və ədalətsiz qərar qəbul etmişdir. b) Cavabdeh tərəfindən apellyasiya şikayətinə dair etiraz ünvanlanmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etmədiyini bildirərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili və nümayəndəsi tərəfindən məhkəməyə ərizə ünvanlanmış və məhkəmə iclasının təxirə salınması xahiş edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına nəzarət edən orqanlar Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı və qanunvericilikdə nəzərdə tutulan digər orqanlar öz səlahiyyətləri çərçivəsində nəzarət edirlər. Maddə 11. Bu Qanuna riayət olunması sahəsində antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətləri və bazar subyektlərinin vəzifələri
1. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə: müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər; qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər; haqsız rəqabət nəticəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə iddia ilə müraciət edə bilər; bu Qanunun pozulması ilə bağlı cinayət əlamətləri olduqda materialları cinayət işi qaldırılması məsələsinin həlli məqsədilə prokurorluğa göndərə bilər. Maddə 12. Maliyyə sanksiyaları
1. Bu Qanunun tələblərinin pozulmasına görə bazar subyektlərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir: bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə — haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə — iki misli həcmində maliyyə sanksiyaları; bu Qanunun 5, 6, 7, 8, 9-cu maddələrində qadağan olunmuş hərəkətlərə yol verdikdə — haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə 20 faizinədək maliyyə sanksiyası; Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməməyə və ya vaxtında icra etməməyə görə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək maliyyə sanksiyaları; Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 5 faizinə qədər maliyyə sanksiyaları. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1 Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, "Təbii inhisarlar haqqında”, "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının qanunlarından və digər normativ- hüquqi aktlardan ibarətdir. Maddə 3. Inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üzrə dövlət siyasətini, digər dövlət orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında antiinhisar siyasətini yeridən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasında mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası məcburi olan göstərişlər verə bilər və qanunvericiliklə müəyyən olunmuş digər səlahiyyətləri yerinə yetirə bilər. Maddə 16.1 Müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1998-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları” "Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları” (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının "Antiinhisar fəaliyyəti haqqında” 1997-ci il ## ####### tarixli 381-IQD N-li (əlavələr və dəyişikliklərlə birlikdə) Qanununa və Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin Əsasnaməsinə uyğun olaraq tərtib edilmişdir. Qaydalar Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyinin Antiinhisar siyasəti şöbəsi (bundan sonra - Antiinhisar orqanı) tərəfindən antiinhisar qanunvericiliyinin pozulması üzrə işlərə baxılması və bu barədə qərarların qəbul edilməsi qaydalarını və müddətini müəyyən edir. Bənd 1.1 Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının habelə, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə, Antiinhisar orqanının təşəbbüsü ilə də baxıla bilər. Bənd 2.1 Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə Antiinhisar orqanının rəisi tərəfindən antiinhisar qanunvericiliyinin pozulması haqqında konkret işə baxılması üzrə Komissiya (bundan sonra Komissiya) yaradılması və onun sədrinin təyin edilməsi barədə əmr verilir. Komissiyanın tərkibi üç nəfərdən az olmamalıdır. Bənd 2.2 Komissiya antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxarkən Antiinhisar orqanının adından çıxış edir. Bənd 2.3 Komissiya əmr verildiyi vaxtdan beş gün müddətində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması barədə qərar qəbul edir. Qərar Komissiyanın sədri tərəfindən imzalanır və iş üzrə tərəflərə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud tərəflərin səlahiyyətli nümayəndələrinə imza alınmaqla təqdim olunur. Bu halda qərarın alınmasını təsdiq edən poçt və digər sənədlər işin materiallarına əlavə edilir. Bənd 2.4 Komissiya tərəfindən işə baxılmasına hazırlıq zamanı Antiinhisar orqanının tərəfindən iş qaldırılmasına səbəb olmuş fakt üzrə sənədləri tanış olmaq üçün tələb etmək, o cümlədən onların rəhbərlərindən (vəzifəli şəxslərindən) izahat almaq, işdə iştirak etmək üçün digər şəxsləri cəlb etmək hüququ vardır. Bənd 2.10 Komissiyanın iclasında tərəflər, həmçinin Antiinhisar orqanının qərarı ilə işdə iştirak edən şəxslər dinlənilir. Bənd 2.12 Komissiya işə mahiyyəti üzrə baxılmasının nəticəsinə uyğun qərar qəbul edir. Qərarda işin Komissiya tərəfindən müəyyən edilən hallar və komissiyanın çıxardığı
Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 74. Inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi cavabdeh tərəfindən qəbul edilmiş 2023-cü ilin yanvar, fevral və mart ayları üzrə əldə edilmiş 142300.50 manat gəlirin 5 faizi miqdarında, yəni 7115 manat maliyyə sanksiyası tətbiq edilməsi barədə ## ### 2023-cü il tarixli qərarın ləğv edilməsi barədədir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə öz qərarını əsaslandıraraq qeyd etmişdir ki, iddiaçının tələb etdiyi sənəd və məlumatlar antiinhisar qanunvericiliyinin pozulması hallarının müəyyən olunması üzrə icraat çərçivəsində cavabdehdən tələb oluna bilər və obyektiv qərarın qəbulunu təmin etmək üçün tələb edilməlidir. Lakin icraat zamanı cavabdeh tərəfindən həmin sənəd və məlumatların təqdim olunmaması, onların müvafiq qurumlardan və başqa qaydada əldə edilməsi mümkün olmadığı hallarda, onun ziyanına təfsir olunmalıdır. Başqa sözlə, sənəd və məlumatların təqdim olunmaması cavabdehə münasibətdə əlverişsiz qərarın qəbulunu şərtləndirmə riskini daşıyır və məhz belə qərarın qəbulu riski sənədlərin təqdim olunmasının təminatı qismində çıxış edir. Belə hallarda dövlət orqanı olan iddiaçının məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı, yəni ümumi hüquqi müdafiə marağı mövcud olmur. Həm qanunvericiliyin, həm də qanuni qüvvədə olan məhkəmə qərarlarından yaranmış təcrübəyə əsasən, sənəd və məlumatların verilməməsi antiinhisar qanunvericiliyinin pozulması hesab olunur və məsuliyyətə səbəb olur. Göstərilənlərə əsasən iddiaçı barəsində Dövlət Xidmətinin ##.##.2023-cü tarixli qərarı tam qanuni və əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1998-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”na əsasən "Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları” (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının "Antiinhisar fəaliyyəti haqqında” 1997-ci il ## ####### tarixli 381-IQD №-li (əlavələr və dəyişikliklərlə birlikdə) Qanununa və Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin Əsasnaməsinə uyğun olaraq tərtib edilmişdir. Qaydalar Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyinin Antiinhisar siyasəti şöbəsi (bundan sonra - Antiinhisar orqanı) tərəfindən antiinhisar qanunvericiliyinin pozulması üzrə işlərə baxılması və bu barədə qərarların qəbul edilməsi qaydalarını və müddətini müəyyən edir. Qaydaların 1.1-ci bəndinə görə Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin müraciətləri əsasında baxır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, antiinhisar orqanı daxil olmuş müraciətlər, məlumatlar əsasında və ya öz təşəbbüsü ilə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırır, antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması ilə bağlı müvafiq Komissiya yaradır. Həmin Komissiya antiinhisar orqanının adından çıxış edir. Komissiya işə baxılma ilə əlaqədar tərəflərdən müvafiq sənəd və məlumatları tələb etmək hüququna malikdir. Komissiya işə baxılmanın nəticəsində mahiyyəti üzrə müvafiq qərar qəbul etmək və həmin qərara uyğun olaraq icrası məcburi olan göstərişlər vermək səlahiyyətinə malikdir. Göstərişdə antiinhisar orqanının müvafiq orqanlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən tələb etdiyi qanun pozuntusunun dayandırılması və ya onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlər sadalanır. Göstərişlərin ünvanladığı şəxslər tərəfindən yerinə yetirilməməsi qanunla nəzərdə tutulmuş müvafiq nəticələrə səbəb olur. Iş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən qəbul edilmiş ## ### 2023-cü il tarixli “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” qərardan görünür ki, fiziki şəxs İddiaçı (VÖEN: **********) haqqında “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzası və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri üzrə qaldırılmış ##.##.2022-ci il tarixli, FA-** nömrəli işə baxılmasının təxirə salınaraq ##.##.2023-cü il saat 11:00-a təyin edilməsi, fiziki şəxs İddiaçı (VÖEN: **********) qəsdən düzgün olmayan məlumat verdiyinə və lazımi məlumatı vermədiyinə görə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12ci maddəsinin birinci hissəsinin beşinci abzasına əsasən 2023-cü ilin yanvar, fevral və mart ayları üzrə əldə edilmiş 142300.50 manat gəlirin 5 faizi miqdarına, yəni 7115 manat maliyyə sanksiyasının tətbiq edilməsi, fiziki şəxs İddiaçı ##.##.2023-ü il tarixinə kimi fəaliyyəti ilə əlaqədar aşağıdakı sənəd və məlumatların Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının məsuliyyətinin əsasını “Xırdalan” əmtəə nişanından istifadənin özünün deyil, həmin istifadənin araşdırılması zamanı antiinhisar orqanının tələb etdiyi sənəd və məlumatların tam təqdim edilməməsi, habelə təqdim edilmiş məlumatların iş materialları ilə ziddiyyət təşkil etməsi təşkil edir. Belə ki, cavabdeh tərəfindən iddiaçıdan tələb olunan sənəd və məlumatlar “Xırdalan” əmtəə nişanından istifadə edilməklə pivə satışının həyata keçirilməsi ilə bağlı halların müəyyən edilməsi və obyektiv araşdırmanın aparılması məqsədi daşımışdır. Iş materiallarından görünür ki, iddiaçı tərəfindən “xxxx” MMC ilə ##.##.2022-ci il tarixdə bağlandığı bildirilən müqavilə və həmin müqaviləyə əsasən pivə alışını təsdiq edən sənədlər təqdim edilmiş, lakin sonrakı araşdırma zamanı “xxxx” MMC tərəfindən ##.##.2022-ci il tarixədək “Elmar” marketə satış həyata keçirilmədiyi bildirilmiş və iddiaçı tərəfindən təqdim edilmiş məlumatların həqiqəti əks etdirmədiyi qeyd edilmişdir. Bununla yanaşı, iş materiallarında fiziki şəxs X1 izahatları və onun təqdim etdiyi sənədlər də mövcuddur. Bu hallar iddiaçı tərəfindən təqdim edilmiş məlumatların tamlığı və doğruluğu ilə bağlı əsaslı şübhələr yaratmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən antiinhisar orqanının öz vəzifə və funksiyalarını həyata keçirməsi üçün zəruri məlumatları və izahatları tələb etmək hüququ vardır. Bu hüquq antiinhisar qanunvericiliyinin mümkün pozuntularının araşdırılması və iş üzrə obyektiv qərarın qəbul edilməsi məqsədinə xidmət edir. Odur ki, antiinhisar orqanının qanuni tələbi əsasında tələb olunan məlumatların tam və düzgün təqdim edilməsi bazar subyektinin üzərinə düşən vəzifələrdən biridir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının təqdim etdiyi məlumatların digər sübutlarla ziddiyyət təşkil etməsi və Komissiyanın müxtəlif tarixli qərarları ilə tələb olunan sənəd və məlumatların tam şəkildə təqdim edilməməsi nəzərə alınmaqla, inzibati orqanın iddiaçının hərəkətlərini “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin beşinci abzası baxımından qiymətləndirməsi üçün hüquqi əsas mövcud olmuşdur. Iddiaçının sonradan müəyyən sənədləri təqdim etməsi isə həmin sənədlərin qanunla müəyyən edilmiş müddətdə və tam həcmdə təqdim edilməsi öhdəliyini aradan qaldırmır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində iddiaçı əsasən pivə avadanlığının ona məxsus olmaması, avadanlıq üzərindəki reklamların üçüncü şəxs tərəfindən yerləşdirilməsi və əmtəə nişanının sonradan sökülməsi barədə dəlillərə istinad etmişdir. Lakin həmin hallar hazırkı mübahisənin predmetini təşkil edən maliyyə sanksiyasının tətbiq edilməsinin əsasını birbaşa aradan qaldırmır. Belə ki, mübahisələndirilən qərarın hüquqi əsası “Xırdalan” əmtəə nişanının istifadəsi ilə bağlı araşdırma zamanı antiinhisar orqanına qəsdən düzgün olmayan məlumat verilməsi və ya lazımi məlumatın təqdim edilməməsi olmuşdur. Buna görə də avadanlığın kimə məxsus olması və reklamların kim tərəfindən yerləşdirilməsi barədə izahatlar təqdim edilmiş olsa da, bu hallar tələb olunan məlumatların tam və düzgün təqdim edilməsi məsələsinə ayrıca hüquqi qiymət verilməsini istisna etmir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, inzibati aktın qəbul edildiyi zaman qüvvədə olan “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin beşinci abzasına əsasən mübahisələndirilən inzibati akt qanuni olmuş, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, bu kateqoriya işlərdə formalaşmış məhkəmə təcrübəsi də mövcuddur, hansı ki cavabdeh inzibati orqan iddia ərizəsinə ünvanladığı etirazda müvafiq məhkəmə qərarlarına istinad etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının digər şəxslərin məsuliyəti ilə bağlı mövqeyinə də münasibət bildirməyi zəruri hesab edir. Iddiaçı qeyd edir ki, “Fiziki şəxs İddiaçı (VÖEN **********) tərəfindən qanun pozuntusuna yol verilməmiş, sözügedən avadanlığın eləcədə pivə fiziki şəxs X1 tərəfindən İddiaçı satılmış, həmin avadanlığın üzərindəki reklamlar fiziki şəxs X1 tərəfindən fiziki şəxs İddiaçı məxsus olan “Yelmar” marketə gətirilmədən öncə yerləşdirilmiş və sözügedən məsələnin qanun pozuntusu olması onlara məlum olan kimi dərhal əmtəə nişanları sökülmüş və bu məlumatlar komissiyaya təqdim edilmişdir.” Kollegiya qeyd edir ki, iddiaçı ilə digər şəxslər arasındakı münasibətlər mülki hüquq münasibətləridir və iddiaçını qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətdən azad etmir. Lakin kollegiya onu da qeyd edir ki, iddiaçının mülki hüquqi tələblər irəli sürməsi istisna edilmir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normaların hazırkı işə tətbiqi və qeyd edilən digər əsaslar baxımından birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.