Məhkəmə qərarları › İş №2-1(3-8)-1092/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1092/2026

17.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1092/2026 17.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X4 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, əmək təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyası hüququnun yarandığı ## ###### 2026cı il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1978-ci ildə Gəncə Şəhər Texnologiya Institutuna daxil olmuş, oranı 1983-cü ildə bitirmişdir. Həmin ildən təyinatla Mingəçevir şəhər tekstil fabrikində işləmişdir. 1983-1985-ci illərdə Ukraynanın Odessa şəhərində hərbi xidmət keçmişdir. 1985-ci ildən 1990-cı ilə qədər tekstil fabrikində sahə ustası işləmişdir. 1990-cı ildə Kəlbəcər rayonuna getmiş, 1990-cı ildən Kəlbəcər şəhərində Məişət Xidməti idarəsində böyük mühəndis və təşkilatın direktoru vəzifəsində 1994-cü ilə qədər işləmişdir. Işğalla əlaqədar idarə fəaliyyətini dayandırmış, 1994-cü ildən 2006-cı ilə qədər X5 mühəndis texnoloq vəzifəsində işləmişdir. Iddiaçı əmək pensiyasının təyin olunması ilə bağlı müraciət etmiş, lakin ## ##### 2026-cı il tarixdə № *-**-*/*-Q- *****/**** nömrəli məktubla xahişindən imtina edilmişdir. Hesab edir ki, imtina qanunsuzdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh tərəfindən təqdim edilən iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. ##.##.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Iddiaçı qanunla nəzərdə tutulmuş yaş həddinə çatmışdır. Belə ki, ##.##.1961-ci təvəllüdlü iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşının tamam olduğu ##.##.2026-cı il tarixdə çatmışdır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi qanunvericiliklə tələb olunan şərtlər ödənildiyi halda iddiaçıya yaşa görə pensiya təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Iddiaçı təqdim etdiyi sənədlərə əsasən onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Qanunun 21.1-ci maddəsinə əsasən isə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti də sığortaolunanın sığorta stajına əlavə edilir. Yuxarıda qeyd edilən müddəanın məzmunundan göründüyü kimi sığortaolunanın müddətli həqiqi hərbi xidmət dövrü də sığorta stajına daxil edilir və sığortaolunana pensiya təyin edilən zaman nəzərə alınır. Iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən ##.##.1978-ci il tarixindən ##.##.1983-cü il tarixinədək əyani təhsil aldığı illər, ##.##.1983-cü il tarixindən ##.##.1985-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, ##.##.1983-cü il tarixindən ##.##.1983-cü il tarixinədək, ##.##.1985-ci il tarixindən ##.##.1990-cı il tarixinədək, ##.##.1990-cı il tarixindən ##.##.1990-cı il tarixinədək əmək fəaliyyəti dövrlər, ##.##.1996- cı il tarixindən ##.##.2006-cı il tarixinədək adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla ümumi sığorta stajı qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Məlumat üçün bildirilir ki, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş Kəlbəcər rayon Əhaliyə Məişət Xidməti Istehsalat idarəsində mötəbərliyinə əsaslı şübhələr olan ##.##.1990-cı il tarixindən ##.##.1994-cü il tarixinədək və X5 ##.##.1994-cü il tarixindən ##.##.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. X2 X6 rayon Dövlər Arxivi ilə birgə tərtib etdiyi ##.##.2026-cı il tarixli akta və Kəlbəcər rayonu Dövlət Arxivinin müvafiq məktubuna əsasən Kəlbəcər rayon Əhaliyə Məişət Xidməti Istehsalat idarəsində ##.##.1990-cı il tarixindən ##.##.1994-cü il tarixinədək olan dövrün araşdırılması mümkün olmamış (işğal dövrü Ilə əlaqədar), ##.##.1994-cü il tarixindən ##.##.2006-cı il tarixinədək X5 əmək fəaliyyəti qeyd edilsə də, yalnız ##.##.1996-cı il tarixindən ##.##.2006-cı il tarixinədək adına əməkhaqqının hesablandığı qeyd edilmişdir. Bu səbəbdən ##.##.1990-cı il tarixindən ##.##.1994-cü il tarixinədək Kəlbəcər rayon Əhaliyə Məişət Xidməti Istehsalat idarəsində və ##.##.1994-cü il tarixindən ##.##.1996-cı il tarixinədək X5 əmək fəaliyyəti dövrləri sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Habelə, iddiaçı tərəfindən təqdim olunmuş Kəlbəcər rayon Dövlər Arxivinin ##.##.2026-cı il tarixli ** nömrəli arayışında qeyd olunmuşdur ki, Kəlbəcər rayonu ##.##.1993-cü il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildiyindən bütün sənədlər işğal zonasında qalmışdır. Belə olan halda yuxarda göstərilənlər iddiaçının işğal altında olan Kəlbəcər rayonunda yerləşən ##.##.1990cı il tarixindən ##.##.1994-cü il Kəlbəcər rayon Əhaliyə Məişət Xidməti Istehsalat idarəsində və ##.##.1994-cü il tarixindən ##.##.1996-cı il tarixinədək X5 işləməsini şübhə altına alır. Əlavə olaraq bildirilir ki, iddiaçıya ünvanlanmış cavab məktubu ilə əlavə sənədlər təqdim ediləcəyi təqdirdə ümumi sığorta stajı 25 ilə tamamlanarsa əmək fəaliyyəti dövrlərinin araşdırılaraq pensiya təminatı hüququna yenidən baxılacağı bildirilmişdir. Yuxarıda qeyd edilən müddəaların məzmunundan göründüyü kimi qanunla müəyyən edilmiş yaş həddinə çatmış şəxsin pensiya hüququnun yaranması üçün tələb olunan əsas şərtlərdən biri sığorta stajıdır. Nəticə olaraq, təqdim olunmuş mötəbər məlumatlar əsasında iddiaçının ümumilikdə sığorta stajı 25 ildən az təşkil edir. Məlumat üçün bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2- ci maddəsinə əsasən, əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya ##.##.2025-ci il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, işin bütün halları birinci instansiya məhkəməsi tərəfindən ətraflı şəkildə araşdırılmamış və diqqətdən kənarda qalmışdır. Belə ki, Inzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göstərilən maddənin tələblərindən irəli gələrək bildirik ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq iddiaçının mübahisələndirilən əmək fəaliyyətinin araşdırılması üçün aiddiyəti üzrə sorğular da verilməmişdir. Ali Məhkəmənin ##.##.2023-cü il tarixli *- *(***)-****/**** nömrəli qərarındaməhkəmə əməkhaqqı cədvəllərində işçinin müəyyən dövrlər üzrə əməkhaqqı almamasına münasibətdə əmək kitabçasının mötəbər sübut kimi qəbul edilməsini işə tam və hərtərəfli baxılmasına münasibətdə əsassız qəbul edərək, aşağı instansiya məhkəməsinə sözügedən dövrlərin hərtərəfli araşdırılmasını və iş üzrə qəbul edilmiş qərarın aparılmış araşdırmalara uyğun olaraq əldə edilmiş sənədlərə uyğun şəkildə əsaslandırılmalı olduğunu bildirmişdir. Hazırkı iş üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Nəticə olaraq, təqdim olunmuş mötəbər məlumatlar əsasında iddiaçının ümumilikdə sığorta stajı 21 il 7 ay təşkil edir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Iş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət… ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; .... Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. Iş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

“Inzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçının 65 yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il sığorta stajına malik olmaması halına istinad edərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 65 yaşına çatması; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. Iddiaçı ##.##.1961-ci il təvəllüdlü olmaqla, onun pensiya yaşına - 65 yaş çatması işin mübahisəsiz halıdır. Işin mübahisəli halını məhz iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmaması halı təşkil edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, ##.##.2006-cı il tarixədək qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən pensiya təyin edilməsi zamanı iş stajı nəzərə alınırdı, iş stajını isə sübut edən əsas sənəd əmək kitabçası hesab olunurdu. Iş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının 2006-cı ilədək olan əmək fəaliyyəti dövrlərinin bir hissəsi onun fərdi hesabında əməkhaqqı barədə məlumatların olmaması və həmin dövrlərin arxiv sənədləri ilə təsdiqinin mümkün olmaması səbəbindən sığorta stajına daxil edilməmişdir. Belə ki, mübahisə predmeti olan ##.##.1990-cı ildən ##.##.1994-cü ilədək Kəlbəcər rayon Əhaliyə Məişət Xidməti Istehsalat idarəsində və ##.##.1994-cü ildən ##.##.1996-cı ilədək X5 əmək fəaliyyəti dövrlərinin mövcudluğu cavabdeh tərəfindən qəbul edilməmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, həmin dövrlərin arxiv sənədləri ilə təsdiq edilməsinin mümkün olmaması öz-özlüyündə iddiaçının əmək fəaliyyətinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, sözügedən əmək fəaliyyəti dövrləri iddiaçının əmək kitabçasında müvafiq qeydlərlə əks olunmuşdur. Eyni zamanda, iş materiallarında həmin qeydlərin saxta, həqiqətə uyğun olmayan və ya sonradan əlavə edilmiş olması barədə hər hansı mötəbər sübut mövcud deyildir. “Inzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyasına əsasən, fiziki şəxslər tərəfindən təqdim edilmiş sənədlər onların həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyi müddətdə mötəbər hesab edilir. Həmin Qanunun 19.2-ci maddəsinə görə isə təqdim edilmiş sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu halda, onların mötəbərliyinin müəyyən edilməsi üçün müvafiq tədbirləri görmək inzibati orqanın vəzifəsidir. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunmuş Kəlbəcər rayon Dövlər Arxivinin ##.##.2026-cı il tarixli ** nömrəli arayışında Kəlbəcər rayonu ##.##.1993-cü il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildiyindən bütün sənədlərin işğal zonasında qaldığı qeyd olunmuşdur ki, bu hal vətəndaşın ziyanına təfsir edilməməlidir. Bu baxımdan, əmək kitabçasında əks olunan məlumatların mötəbərliyini yalnız həmin dövrlər üzrə əməkhaqqı ödənişlərini təsdiq edən arxiv məlumatlarının mövcud olmaması ilə şübhə altına almaq qanunvericilikdə nəzərdə tutulmuş mötəbərlik prezumpsiyası ilə uzlaşmır. Əksinə, iş materiallarından görünür ki, sözügedən sənədlərin tam şəkildə araşdırılmasının mümkün olmaması Kəlbəcər rayonunun işğalı nəticəsində həmin ərazidə yerləşən müəssisələrin sənədlərinin arxiv fondlarına təhvil verilməməsi ilə bağlı olmuşdur. Bu hal iddiaçının iradəsindən asılı olmayan səbəbdən yaranmışdır və onun hüquqi nəticələri iddiaçının üzərinə qoyula bilməz. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, inzibati orqan tərəfindən sosial təminat hüququ ilə bağlı qərar qəbul edilərkən yalnız dövlət orqanlarının informasiya sistemlərində və ya arxiv fondlarında mövcud olan məlumatlarla kifayətlənilməsi yolverilməzdir. “Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, maraqlı şəxsin xeyrinə olan halların müəyyən edilməsindən və nəzərə alınmasından imtina etməməlidir. Hazırkı halda isə iddiaçının əmək kitabçasında əks olunmuş əmək fəaliyyəti dövrlərinin onun iradəsindən asılı olmayan səbəblərdən arxiv sənədləri ilə tam təsdiqlənə bilməməsi onun sosial təminat hüququnun həyata keçirilməsinə maneə kimi qəbul edilə bilməz. Kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən istinad olunan dəlillər iddiaçı ilə çalışdığı müəssisə arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. Iddiaçının qeyd olunan dövrlərdə işləməsi barədə əmək kitabçasında məlumatlar mövcud olduğundan, həmin məlumatların mötəbərliyi şübhə doğurmadığından, həmçinin cavabdeh tərəfindən iddiaçının sözügedən müəssisədə işləməsini təkzib edən sübutlar təqdim edilmədiyindən, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Cavabdeh inzibati orqanın iddiaçıya pensiya təyin etməkdən imtina edərək irəli sürdüyü dəlil iddiaçının məsuliyyət daşıdığı məsələ olmamaqla onun sosial təminat hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olmamalıdır. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, cavabdehin ##.##.1994-cü ildən ##.##.1996-cı ilədək X5 əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməməsinə dair dəlili qəbul edilsə belə, bu hal iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranmasına təsir etmir. Belə ki, ##.##.1990-cı ildən ##.##.1994-cü ilədək Kəlbəcər rayon Əhaliyə Məişət Xidməti Istehsalat idarəsində əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi nəticəsində iddiaçının qanunvericiliklə tələb olunan 25 illik sığorta stajı tamamlanır. Bu səbəbdən, ##.##.1994-cü ildən ##.##.1996-cı ilədək olan dövrün ayrıca olaraq sığorta stajına daxil edilib-edilməməsi hazırkı mübahisənin nəticəsi baxımından həlledici əhəmiyyət daşımır. Həmin dövrlərin nəzərə alınmamasınıda məhkəmə kollegiyası əsaslı hesb etmir. Belə ki, işdən görsənir ki, arxiv arayışına əsasən iddiaçının X5 işə qəbul olunma və işdən azad olunma əmrləri mövcuddur. Digər dövrlərə aid əməkhaqqı arxivə təhvil verilsədə, ##.##.1994-cü ildən ##.##.1996-cı arasındakı əməkhaqqının qeyd edilməməsi iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Kollegiya hesab edir ki, iddiaçının əmək ktabçasının və işə giriş-çıxış əmrlərinin arxiv məlumatlarının olması cavabdeh inzibati orqanın şübhələrinin əsaslı olmadığını göstərir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisələndirdiyi həmin dövrlər iddiaçıya münasibətdə sosial sığorta stajına daxil edilməlidir. Bununla da, iddiaçının malik olduğu iş stajının 25 ildən artıq olması halı öz təsdiqini tapmaqla, pensiyanın təyin edilməsi üçün zəruri olan digər şərt də ödənilmiş olur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTICƏVI HISSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar