Məhkəmə qərarları › İş №2-1(3-8)-1095/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1095/2026

16.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1095/2026 16.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları: ##.##.2016-cı il tarixli *** nömrəli N nömrəli hərbi hissə komandirinin əmrindən çıxarışda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələri Komandirinin ## ####### 2018-ci il tarixli *** nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin 3-cü Ildırım 8 zenit-raket divizionunun start batareyasının start heyətinin komandiri vəzifəsinə təyin edilmiş N nömrəli hərbi hissənin 1-ci S-125 zenit-raket divizyonunun start batareyası komandirinin müavini-start heyətlərinin komandiri vəzifəsindən gəlmiş hesab edilmiş, ##.##.2018-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, vəzifəsinin qəbuluna və icrasına başlamışdır. Cavabdeh N nömrəli hərbi hissənin ##.##.2022-ci il tarixli **** nömrəli arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissənin “S-125 texniki bateryanın doldurma avadanlıqlar bölməsinin rəisi” vəzifəsində xidmət edib və hal-hazırda “3-cü “Ildırım-8” zenit raket divizionunun start batareyasının start heyətinin komandiri” vəzifədə xidmət edir. N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli “020” nömrəli döyüş əmri ilə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuş və döyüş fəaliyyətlərinin aparılması zamanı start heyətlərinin komandiri olaraq raketləri hazırlığa gətirmişdir. Cavabdeh N nömrəli hərbi hissənin ##.##.2025- ci il tarixli məktubunda qeyd edilmişdir ki, hərbi hissədə müvafiq vəzifədə xidmət edən R İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabr ayının 27-dən başlanmış 2-ci Qarabağ müharibəsi zamanı Bakı şəhəri ərazisində yerləşən N hərbi hissənin bölməsinin tərkibində gündəlik olaraq xidməti fəaliyyətilə məşğul olmuş, döyüş tapşırığını yerinə yetirmək üçün əməliyatlara cəlb olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** nömrəli qərarının tələblərinə əsaslanaraq məlumat verilir ki, müharibə veteranı adının hərbi qulluqçulara verilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş, hərbi qulluqçulara həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün tərninat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər nəzərdə tutulur. Hərbi hissənin hərbi qulluqçusu R İddiaçı 2-ci Qarabağ müharibəsi zamanı xidməti fəaliyyəti Bakı şəhəri ərazisində olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** nömrəli qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə müharibə veteranı” adına layiq görülməmişdir. Cavabdeh Şəxsi Heyət Baş Idarəsinin ##.##.2025- ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı müharibə veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş arayış-məlumatın 8-ci bəndində olan qeydlərə, ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli ## ######## 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Cavabdeh N nömrəli hərbi hissənin ##.##.2025- ci il tarixli məktubunda qeyd edilmişdir ki, hərbi hissədə xidmət edən R İddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək gedən 2ci Qarabağ müharibəsi zamanı Bakı şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissənin bölməsinin tərkibində gündəlik olaraq xidməti fəaliyyətilə məşğul olmuş, heç bir döyüş əməliyyatlarına cəlb olunmamışdır. Hərbi hissənin yerləşdiyi ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** nömrəli qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə hərbi qulluqçuya müharibə veteranı adının verilməsi məqsədəuyğun hesab edilməmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Cavabdeh N nömrəli hərbi hissə tərəfindən ünvanlanmış ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı mühaibə veteranı adının verilməsinə dair tələbi haqqında hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** nömrəli döyüş əmri məxfidir və bu əmrin surətinin göndərilməsi həbi hissə komandirinin səlahiyyətləri çərçivəsində deyil. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Cavabdeh N nömrəli hərbi hissə tərəfindən ünvanlanmış ##.##.2026-cı il tarixli məktuba İddiaçı müharibə veteranı adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə arayış əlavə olunmuşdur. Arayışda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissənin 3-cü divizionunda start batareyasında start heyətinin komandiri vəzifəsində xidmət etmiş və həmin tarixlərdə N nömrəli hərbi hissə komandirinin ##.##.2022-ci il tarixli, *** nömrəli xüsusi əməliyyatların aparılmasının döyüş əmrinə əsasən Səngəçal yaşayış məntəqəsində yerləşmiş 3-cü divizionun tərkibində mühüm iqtisadi, hərbi və digər strateji obyektlərin düşmənin hava zərbələrindən qorunmasında iştirak etmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Cavabdeh ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə (4-cü zenit-raket divizionu S-125 istisna olmaqla) döyüş əməliyyatlarında iştirak etmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Baş Əməliyyat və Statistik Informasiya Idarəsi tərəfindən ünvanlanmış ##.##.2025- ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, İddiaçı barəsində DIN BƏSII Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı statusu və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmlş döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar olaraq müharibə veteranı statusu və vəsiqısinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadına əsasən inzibati iş aidiyyəti üzrə Sumqayıt Inzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh N saylı hərbi hissəsinin “S-125 texniki batereyasının doldurma avadanlıqları bölməsi”nin rəisi R İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandirinin ## ####### 2018-ci il tarixli *** saylı əmrinə əsasən N saylı hərbi hissənin 3-cü ILDIRIM-8 zenit-raket divizionunun start batereyasının start heyətinin komandiri vəzifəsinə təyin edilmiş, N saylı hərbi hissənin 1- ci S- 125 zenit-raket divizionunun start batereyası komandirinin müavini-start heyətinin vəzifəsindən gəlmiş hesab edilsin, ## ###### 2018-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, vəzifəsinin qəbuluna və icrasına başlamışdır (N saylı hərbi hissə komandirinin *** saylı, ## ###### 2018-ci il tarixli əmri). Ikinci Qarabağ müharibəsi zamanı xidmət etdiyi N saylı hərbi hissə komandirinin əmrinə əsasən döyüş əməliyyatlarında iştirak etmək üçün Sanqaçal qəsəbəsində yerləşən Ehtiyat mövqeyə ezam olunmuşdur. Belə ki, iş üzrə iddiaçı barəsində tərtib edilmiş müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə” arayışməlumatdan da göründüyü kimi Müdafiə Nazirinin ##.##.2021-ci il tarixli *** saylı, Müdafiə Nazirinin müavini, Hərbi Hava Qüvvələri komandirinin ##.##.2020-ci il tarixli *** saylı əmrinə əsasən hərbi hissə və bölmə döyüş əməliyyatlarına cəlb edilmiş və döyüş tapşırıqlarını yerinə yetirmişdir. Həmçinin Hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, *** saylı əmrinə əsasən hava hücumundan müdafiə bölməsinin tərkibində döyüş növbəsinə cəlb olunmuşdur. Sözügedən arayış-məlumatın 9-cu bəndində qeyd edilmişdir ki, “Döyüş fəaliyyətlərinin aparılması zamanı start heyətinin komandiri olaraq raketləri hazırlığa gətirmişdir”. Cavabdeh N saylı hərbi hissəsinin **** saylı, ## ###### 2022-ci il taixli Arayışında qeyd edilmişdir ki, “Verilir, R İddiaçı ondan ötrü ki, o həqiqətən N nömrəli hərbi hissənin “S-125 texniki batereyanın doldurma avadanlıqlar bölməsinin rəisi” vəzifəsində xidmət edib və halhazırda “3-cü “Ildırım-8” zenit raket divizionunun start batereyasının start heyətinin komandiri” vəzifəsində xidmət edir. N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli “020” nömrəli döyüş əmri ilə 27,-9.2020-ci il tarixdən, ##.##.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuş. Döyüş fəaliyyətlərinin aparılması zamanı start heyətlərinin komandiri olaraq raketlərin hazırlığa gətirmişdir. Həmin arayış Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Vətən müharibəsi iştirakçılarına müharibə veteranı adının verilməsi işinin təşkili üzrə komissiyasına təqdim etmək üçün verilir”. Qeyd etmək lazımdır ki, R İddiaçı ezam olunduğu Sanqaçal qəsəbəsində yerləşən “Ehtiyat mövqe” Hərbi Hava Qüvvələrinin döyüş əməliyyatlarını və döyüş tapşırıqlarını həyata keçirmək üçün nəzərdə tutulmuş bir mövqedir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, döyüş əməliyyatları aparılan dövrdə (##.##.2020-##.##.2020) iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissədən təqdim edilmiş ##.##.2025-ci il tarixli *-**-***/*-****/**** nömrəli sənədlərdən də görünür ki, onun döyüş əməliyyatları aparılan dövrdə xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** nömrəli qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə “müharibə veteranı” adının verilməsi məqsədəuyğun hesab edilməmişdir. Işin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli 2-1(118)- ****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək iddiaçı İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabeh Cavabdeh üzərinə qoyulması qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır kı, yuxarıda qeyd olunan Əsasnamənin 1-ci hissəsinin on birinci abzasında qeyd olunan tələblərindən göründüyü kimi, heç bir ərazi məhdudiyyəti göstərilmədən 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adının verilməsi nəzərdə tutulmuşdur. Hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının ezam olunduğu ərazilərdə yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı N nömrəli hərbi hissədə xidmət keçmiş, ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı Sanqaçal qəsəbəsində yerləşən “Ehtiyat mövqe”yə ezam olunaraq xidməti vəzifələrini icra etmiş, start komanda heyətinin komandiri qismində raketlərin hazırlığa gətirilməsində iştirak etmişdir. Lakin iddiaçının adına verilmiş arayışda döyüş tapşırıqlarını yerinə yetirdiyi qeyd edilsə də, faktiki olaraq onun döyüş əməliyyatlarında iştirak etməsi və ya döyüş əməliyyatlarının təminatı üzrə tapşırıqları yerinə yetirməsi müəyyən edilmir. Şikayətdə həmçinin qeyd edilmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müvafiq müddəalarına əsasən, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün həmin tapşırıqların Əsasnamənin müvafiq hissəsində sadalanan ərazilərdə yerinə yetirilməsi tələb olunur. Sanqaçal qəsəbəsi isə həmin ərazilər sırasında göstərilməmişdir. Bununla əlaqədar, iddiaçının döyüş əməliyyatlarına bilavasitə cəlb edilmədiyi, döyüş əməliyyatlarının hər hansı təminat növü üzrə tapşırıqları yerinə yetirmədiyi və Əsasnamədə nəzərdə tutulan ərazilərdə hərbi xidmət keçmədiyi, bu səbəbdən ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş faktiki şərtlərin mövcud olmadığı bildirilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (...) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (...) Maddə 7.1. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər (# ####### 1997-ci il tarixli ***-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” özləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apelyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda iddiaçının tələbi ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi ilə bağlıdır. Işin mübahisəli halı iddiaçının xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli ## ######## 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun olmaması və iddiaçının bilavasitə döyüş əməliyyatarında iştirak etməməsi ilə əlaqədardır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Iş materiallarından müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandirinin ## ####### 2018-ci il tarixli *** nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin 3-cü “Ildırım-8” zenit-raket divizionunun start batareyasının start heyətinin komandiri vəzifəsinə təyin edilmiş, ## ###### 2018-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş, vəzifəsinin qəbuluna və icrasına başlamışdır. Iddiaçının ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək N nömrəli hərbi hissənin 3-cü divizionunun start batareyasında start heyətinin komandiri vəzifəsində hərbi xidmət keçməsi, həmin dövrdə N nömrəli hərbi hissənin 3-cü divizionunun Səngəçal yaşayış məntəqəsində yerləşməsi və xüsusi əməliyyatların aparılması ilə bağlı döyüş əmrinə əsasən mühüm iqtisadi, hərbi və digər strateji obyektlərin düşmənin hava zərbələrindən qorunmasında iştirak etməsi iş materialları ilə təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, müharibə veteranı adının verilməsi ilə bağlı hüquqi münasibətlər “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə tənzimlənir. Həmin Əsasnamənin 1-ci hissəsinin on birinci abzasında 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları şəxslərə müharibə veteranı adının verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, qeyd olunan normada hərbi aviasiya və hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş şəxslər ayrıca müəyyən edilmiş və həmin şəxslərə münasibətdə Əsasnamənin digər müddəalarında nəzərdə tutulan ərazi meyarı müəyyən edilməmişdir. Hazırkı iş üzrə iddiaçının məhz N nömrəli hərbi hissənin 3-cü divizionunun start batareyasında start heyətinin komandiri vəzifəsində xidmət etdiyi, hava hücumundan müdafiə bölməsinin tərkibində olduğu və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək davam edən dövrdə mühüm iqtisadi, hərbi və digər strateji obyektlərin düşmənin hava zərbələrindən qorunmasında iştirak etdiyi müəyyən edilir. Bu baxımdan, cavabdehin imtinasını əsaslandıran və iddiaçının xidmət etdiyi ərazinin Əsasnamənin müvafiq müddəasında sadalanan ərazilərə daxil olmaması barədə dəlili əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının müharibə veteranı statusunun müəyyən edilməsinə hüquqi əsas kimi Əsasnamənin 1-ci hissəsinin on birinci abzasında nəzərdə tutulmuş hal tətbiq edilməli olduğundan, həmin normada iddiaçı kimi hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak edən şəxslər üçün ayrıca ərazi məhdudiyyəti müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissənin, 4-cü zenit-raket divizionu istisna olmaqla, döyüş əməliyyatlarında iştirak etməsi barədə iş materiallarında müvafiq məlumatlar mövcuddur. Iddiaçının isə həmin dövrdə 3-cü divizionun start batareyasının start heyətinin komandiri vəzifəsində xidmət etdiyi və döyüş əməliyyatları çərçivəsində hava hücumundan müdafiə tədbirlərində iştirak etdiyi müəyyən edilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutların məcmusundan iddiaçının Əsasnamənin 1-ci hissəsinin on birinci abzasında nəzərdə tutulan şəxslər kateqoriyasına aid olduğu və ona müharibə veteranı adının verilməsi üçün zəruri olan hüquqi və faktiki əsasların mövcudluğu müəyyən edilir. Bu halda cavabdehin ## ### 2025-ci il tarixli imtinası yalnız iddiaçının xidmət etdiyi ərazinin Əsasnamədə sadalanan ərazilərə uyğun gəlməməsi ilə əsaslandırıldığından, həmin imtinanın hüquqi əsasının olmadığı qənaətinə gəlinir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia tələbini təmin etməklə düzgün nətcəyə gəlmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla əsassız olmuşdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli 2-1(118)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar