Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(3-8)-11/2026 29.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 2-1(118)-3886/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onun hüququ yarandığı, yəni 52 yaşına tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq, birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 2-1(118)-3886/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü əsasları yoxlanılarkən verilmiş şikayətin prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyi məlum olmuşdur. Belə ki, apellyasiya şikayəti, qanunvericiliklə müəyyən olunmuş 30 gün müddət ərzində verilməmişdir. Əlavə olaraq apellyasiya şikayəti iddiaçını birinci instansiya məhkəməsində təmsil etmiş vəkili və nümayəndəsi tərəfindən imzalanmaqla təqdim edilmişdir. Apellyasiya şikayətini tərtib etmiş iddiaçının vəkili və nümayəndəsi qismində çıxış edən Vəkil verilmiş etibarnamənin müddəti xx.xx.2025-ci il tarixində başa çatmışdır. Göründüyü kimi apellyasiya şikayəti prosessual müddətlə bağlı tələb pozulmaqla yanaşı, həm də səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Qeyd edilənlərlə əlaqədar apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması qərara alınmış və 29 yanvar 2026-cı il tarixə, saat 12:10-a məhkəmə iclası təyin edilmişdir. Bununla əlaqədar, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində təsbit edilmiş yardım etmək vəzifəsinə əsasən, məhkəmə kollegiyası tərəfindən iddiaçıya 12 yanvar 2026-cı il tarixli məktub göndərilərək, buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin və həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi hüququnun olması ona izah olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Kollegiya ilk növbədə apellyasiya şikayətinin səlahiyyəti olmayan şəxs tərəfindən verilməsinə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Göründüyü kimi qanunvericilikdə məhkəmə aktlarından yalnız iş üzrə tərəflər və məhkəmə icraatına adi və ya zəruri cəlbetmə qaydasında cəlb olunmuş üçüncü şəxslərin şikayət vermək hüququ təsbit edilmişdir. Eləcə də həmin məcəllənin 31.1 və 31.2-ci maddələrinin tələblərinə əsasən inzibati məhkəmə icraatında inzibati məhkəmə icraatı iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Eləcə də Mülki Prosessual Məcəllənin 69.1-1-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 73-cü maddənin tələbinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 75-ci bəndinin tələbinə əsasən etibarnamə istənilən (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla) müddətə verilə bilər. Etibarnamənin qüvvədə olma müddəti sözlə yazılır. Hazırki iş üzrə də iddiaçının vəkilinə verilmiş 15 may 2024-cü il tarixli, AR-İİİ seriyalı, 327439 nömrəli etibarnamədən görünür ki, etibarnamə 1 il müddətinə verilib və xx.xx.2025-ci il saat 23:59-dək qüvvədədir. Göründüyü kimi apellyasiya şikayəti yalnız iddiaçını birinci instansiya məhkəməsində təmsil edən vəkil və nümayəndə tərəfindən imzalansa da, ona verilmiş etibarnamənin müddəti 15 may 2025-ci il tarixində bitdiyindən vəkilin belə bir səlahiyyəti olmamışdır. Kollegiya iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin pozulmasına münasibətdə isə aşağıdakıları qeyd edir: İş materiallarından göründüyü kimi məhkəmə qərarı 20 noyabr 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilsə də, iddiaçı həmin qərardan 26 dekabr 2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə təqdim edilməmişdir. İnzibati Prosessual Məcəllənin 9-1.3-cü maddəsi imperativ olaraq müəyyən edir ki, inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda, həmin icraat, o cümlədən, ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 15 iyul 2019-cu il tarixli, “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 2.3-cü bəndinə əsasən hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş bütün məhkəmə sənədləri proses iştirakçılarının informasiya sistemində yaradılmış elektron kabinetində avtomatlaşdırılmış qaydada yerləşdirilir və onlara bu barədə məlumat İnformasiya Sistemi vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. X3 Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Hazırki iş üzrə mübahisələndirilən məhkəmə qərarı iddiaçını birinci instansiya məhkəməsində icraat zamanı təmsil etmiş vəkili və nümayəndəsinə məxsus elektron kabinetə xx.xx.2025-ci il tarixdə yerləşdirildiyindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessual müddətin axımı həmin tarixdən başlanmışdır. Lakin iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük şikayət müddətini ötürərək xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilə bilməsi müəyyən olunur. İşdən görünür ki, iddiaçını birinci instansiya məhkəməsində icraat zamanı təmsil etmiş vəkili və nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş, həmin sistemdə “elektron kabinet” yaratmış, məhkəmə iclaslarında iştirak edərək iddiaçını təmsil etmiş, eləcə də sözügedən inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edildikdən sonra da iddiaçının hüquqi marağına uyğun addım atmaqla 09 dekabr 2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət etmiş, iş materiallarına əlavə olunmuş əmək kitabçasının əslinin iddiaçıya təqdim edilməsini xahiş etmiş, daha sonra isə 10 dekabr 2025-ci il tarixində həmin sənədin əslini götürərək məhkəmə qəbzini şəxsən imzalamışdır. Bu isə onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsində icraat yekunlaşdıqdan sonra da iddiaçının vəkili və nümayəndəsi onun mənafeyinə uyğun addım atmaqla yekun məhkəmə aktından da xəbərdar olmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu Sumqayıt İnzibati Məhkəməsi də mübahisələndirilən məhkəmə qərarını iddiaçının vəkili və nümayəndəsinin elektron kabinetində 20 noyabr 2025-ci il tarixdə yerləşdirmişdir. Lakin, iddiaçı tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 30 günlük müddət ötürüldükdən sonra verilmişdir. İPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti 22 dekabr 2025ci il tarixdə başa çatmışdır, bununla da şikayətin verilməsi müddəti ötürülmüşdür. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbayan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq, onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürülməmiş olsaydı belə, apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından apellyasiya icraatı mümkün sayılmayacaqdı. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmayaraq şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80, 85, 86 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 2-1(118)-3886/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(3-8)-11/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-11/2026
29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver