Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1105/2026 28.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI Quba rayonu Isnov bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** nömrəli qərarı ilə Quba rayonu Isnov bələdiyyəsinin ümumi istifadəsinə aid alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən sahibkarlıq məqsədilə 2.50 ha torpaq sahəsi İddiaçı satılmışdır. Kassa mədaxil orderinin ##.##.2005-ci il tarixli BÜB ****** nömrəli qəbzi ilə İddiaçı 2.5 ha torpaq sahəsinin dəyərini 2.200.000 manat (AZM) vəsaiti Isnov bələdiyyəsinin hesabına ödəmişdir. Torpaqların alqı-satqısına dair ##.##.2006-cı il tarixli aktdan müəyyən olunur ki, Quba rayonu Isnov bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə Quba rayonu Isnov bələdiyyəsinin ümumi istifadəsinə aid alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən sahibkarlıq məqsədilə 2.50 ha torpaq sahəsi İddiaçı satılmışdır, İddiaçı 2.5 ha torpaq sahəsinin dəyərini 2.200.000 manat (AZM) vəsaiti ##.##.2005-ci il tarixli BÜB ****** nömrəli qəbzlə Isnov bələdiyyəsinin hesabına ödəmişdir. Torpaqların alqı-satqısına dair akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində ##.##.2006-cı il tarixdə 3314 nömrə ilə qeydiyyata alınmışdır, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin möhürü ilə təsdiq edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin rəyində qeyd edilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi bildirir ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 2.50 ha olmaqla Isnov bələdiyyəsinin mülkiyyətinə aiddir və alqısatqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına az yararlı olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Quba rayonu Isnov bələdiyyəsi tərəfindən tərtib edilmiş 1:10000 miqyasda və 1:2000 miqyasda olan yerquruluşu planından çıxarışlarda İddiaçı satılmış Quba rayonu Isnov kəndində yerləşən 2.50 ha torpaq sahəsinin yerləşmə vəziyyəti və ölçüləri göstərilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin müdirinin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmçinin torpaq sahəsinin Bakı sərnişin daşıma avtobazasının yaxınlığında yerləşməsi qeyd edilmişdir. Quba rayonu Zərqava bələdiyyəsinin ##.##.2021-ci il tarixli * nömrəli və ##.##.2024-cü il tarixli *** nömrəli arayışlarında qeyd edilir ki, həqiqətən ##.##.2005-ci il tarixdə İddiaçı 2.50 torpaq sahəsinin verilməsi barədə keçmiş Isnov bələdiyyəsinin ** saylı qərarı qüvvədədir və çıxarış verilməsinə etiraz edilmir. Arayışlar DƏDRX-nin * saylı Ərazi Idarəsinə təqdim etmək üçün verilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş, Quba rayonu Isnov bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı əsasında sahibkarlıq məqsədi ilə ərizəçiyə satılmış 2.50 ha torpaq sahəsinə dair sənədlərin əsli təqdim edilməmişdir. Quba rayonu Isnov bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı əsasında ləğv edilmiş DT və XK-nin Quba rayon şöbəsi tərəfindən ##.##.2006cı il tarixdə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktın qeydiyyatı kitabları Ərazi Idarəsində yoxdur. Bundan əlavə 2.50 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı, uqodiyası isə biçənək torpaq sahəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktuba müayinə aktı əlavə olunmuş və qeyd edilmişdir ki, iddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən kənd təsərrüfatı təyinatlı olub uqodiyası “biçənək” və “kolluq” kimi, mülkiyyət növü bələdiyyə göstərilib. Torpaq sahəsi heç bir mühafizə zolağına düşmür, qonşu mülkiyyətçilərə məxsus torpaq sahələri ilə kəsişmə yoxdur. Cənub qonşuluğunda yerləşən torpaq sahələri üzərində kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə 303013120818, 303013120819 və ************ reyestr nömrəli çıxarışlara əsasən mülkiyyət hüquqları dövlət reyestrindən qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh Kadastr və Yerquruluşu tərəfindən ünvanlanmış ##.##.2026- cı il tarixli məktubda qeyd edilmişdir ki, torpaqların elektron kadastr uçot informasiya sistemində təqdim olunmuş koordinatlarda yerləşən torpaq sahəsinin 1.50 ha hissəsi biçənək 1 ha hissə isə örüş torpaq sahəsidir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh “xxxx“ Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi Idarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu Isnov bələdiyyəsinin (hazırkı Quba rayonu Zərqava bələdiyyəsi) ##.##.2005-ci il tarixli ** nömrəli qərarı ilə Quba rayonu Isnov kəndində (indiki Quba rayonu Zərqava kəndi) sahibkarlıq məqsədi üçün İddiaçı satılmış 2.50 hektar torpaq sahəsinə dair daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, ona müvafiq olaraq mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair planın və ölçüsünün hazırlanaraq verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən cavabdeh əsl olan cavabdeh “xxxx“ Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu isnov bələdiyyəsinin (hazırki Quba rayonu Zərqava bələdiyyəsi) ##.##.2005-ci il tarixli ** saylı protokolunun çıxarışdan və ##.##.2005-ci il tarixli qərarından görünür ki, Bakı şəhər sakini İddiaçı torpaq alqı-satqısı barədəki ərizəsi nəzərə alınmışdır. Bakı şəhər sakini İddiaçı Quba rayonu Isnov bələdiyyəsinin (indiki Quba rayonu, Zərqova bələdiyyəsinin) ümumi istifadəsinə aid alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən sahibkarlıq məqsədi üçün 2.50 hektar torpaq sahəsi satılmışdır. İddiaçı satılan sahənin normativ qiymətindən az olmamaq şərti ilə torpağın nəzərdə tutulan satış qiymətinə görə dəyərinin isnov bələdiyyəsinin bankdakı xüsusi hesabına ödənilməsi və ödəmə qəbzinin DT və XK- nin Quba rayon şöbəsinə təqdim edilməsi qeyd edilmişdir. DT və XK-nin Quba RŞ-dən xahiş edilmişdir ki, satılan torpağın dəyəri ödənildikdən sonra nümunəvi Torpaqların alqı-satqı qaydalarına əlavədə göstərilən nümunə əsasında torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilsin və o, qeydiyyata alsın. İddiaçı aldığı torpaq sahəsimə mülkiyyət hüququna dair müvafiq hüquqi sənəd hazırlanıb verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən xahiş edilmişdir. Daha sonra, tərəflər arasında həmin torpaq sahəsinin aiqı-satqısını nəzərdə tutan ## ### 2006-cı il tarixli akt imzalanmış və həmin akta uyğun olaraq alıcı, yəni İddiaçı tərəfindən torpağın dəyəri olan 2.200.000 manat pul vəsaiti Quba rayonu Isnov bələdiyyəsinə ödənilmişdir. Qeyd edilən hal Quba rayonu Isnov bələdiyyəsinin (hazırki Quba rayonu Zərqava bələdiyyəsi) ## ###### 2005-ci il tarixli ****** nömrəli kassa mədaxil orderinin qəbzi ilə təsdiq olunur. Həmçinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi Bakı şəhər sakini İddiaçı Isnov bələdiyyəsinin mülkiyyətindən sahibkarlıq məqsədi ilə 2.50 hektar torpaq sahəsi satılması barədə təqdim edilmiş sənədləri nəzərdən keçirib rəy vermişdir ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 2.50 hektar olmaqla Isnov bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tututlan torpaq sahəsi kənd təsərrüfatına az yararlı olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Bundan sonra, Quba rayonu Isnov bələdiyyəsinin (hazırki Quba rayonu Zərqava bələdiyyəsi) sədri və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin müdiri tərəfindən imzalanmış Quba rayonu isnov bələdiyyəsinin “Yerquruluşu xəritədən çıxarış” tərtib edilmişdir. DƏDRX-nin * saylı Ərazi Idərəsinə təqdim edilməsi üçün verilmiş Quba rayonu Zərqava bələdiyyəsi sədrinin ## ######## 2021-ci il tarixli, * saylı və ## ###### 2024-cü il tarixli, *** saylı arayışlarından görünür ki, həqiqətən ## ###### 2005-ci il tarixdə İddiaçı 2.50 hektar torpaq sahəsinin verilməsi barədə keçmiş isnov bələdiyyəsinin ** saylı qərarı qüvvədədir və çıxarışın verilməsinə etiraz edilmir. Sözügedən bələdiyyəyə torpaq vergiləri də vaxtı-vaxtında ödənilir. Hazırda qeyd edilən torpaq sahəsinə daşınmaz əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və ona müvafiq olaraq mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın əldə edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsölələri Dövlət Xidməti Cavabdeh * saylı Xaçmaz Ərazi Idarəsinə ərizə ilə müraciət edilmişdir. Cavabdeh * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən ## ###### 2024-cü il tarixli, 3-21-3-34/2- *****/**** nömrəli sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından və torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasından imtina edilmişdir. Qeyd edilən cavab məktubunu ididaçı ## ###### 2024- cü il tarixdə həmin idarədən şəxsən almışdır. Ərizəyə cavab olaraq bildirilmişdir ki, sənədlərin ekspertizası və müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı iddiaçının müraciət etdiyi, Quba rayonu isnov bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, ** saylı qərarı əsasında sahibkarlıq məqsədi ilə ona satılmış 2.50 hektar torpaq sahəsinə dair sənədlərin əsli təqdim edilməmişdir. Bununla bağlı olaraq iddiaçı bildirir ki, qeyd edilən bələdiyyə qərarının əslini bilərəkdən təqdim etməmişdir, belə ki, onun itirilməsindən ehtiyat edib, idarənin nümayəndəsinə əraziyə baxış keçirərkən şəxsən təqdim edəcəyini nəzərə almışdı. Həqiqətən də əraziyə baxış keçirilərkən həmin idərənin məsul nümayəndəsinə bütün zəruri sənədlərin əsli təqdim olunmuşdur. Həmçinin iddiaçı qeyd edir ki, Quba ASAN xidmətinə müraciət edərkən sənədlərin məhz əsillərinin təqdim olunması ona məlum olmamışdır. Bununla belə, iddiaçı bildirir ki, inzibati orqan qeyd edilən qərarı özü sorğu edərək, bələdiyyədən (inzibati orqandan) əldə edə bilərdi, bununla yanaşı iddiaçıya zəng etməklə sənədlərin əsillərinin təqdim olunmasının vacibliyi bildirilsə idi iddiaçı dərhal həmin sənədləri Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Xaçmaz Ərazi Idarəsinin məsul əməkdaşına təqdim edilməsinə hər an hazır idi. Əks təqdirdə bu hal yalnız və yalnız inzibati orqanın vətəndaşların süründürməçilik hallarına gətirərək, müəyyən bürokratik əngəllər yaradaraq, vətəndaşlara yardım etmək əvəzinə vətəndaşı bir inzibati orqandan digər inzibati orqana yönəldir. Eyni zamanda imtina məktubunda bildirilmişdir ki, Quba rayonu isnov bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, ** saylı qərarı əsasında ləğv edilmiş DTXK-nin Quba rayon şöbəsi tərəfindən ## ### 2006-cı il tarixdə qeydiyyata alınmış torpaqların alqısatqısına dair aktın qeydiyyat kitabları Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Xaçmaz Ərazi Idarəsində yoxdur. Bununla bağlı olaraq iddiaçı bildirir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2015-ci il tarixli, *** nömrəli fərmanı ilə ləğv edilmişdir. Beləliklə iddiaçı hesab edir ki, cavabdeh orqan tərəfindən qeyd edilən bu hal tamamilə əsassız və qanunsuzdur. Belə ki, ləğv edilən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bu günə olan hüquqi varisi Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyidir, cavabdeh isə həmin Nazirliyin yanında fəaliyyət göstərən Xidmətin birbaşa tabeçiliyində olan publik hüquqi şəxsin idarəsidir. Nəticə olaraq iddiaçı bildirir ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi məhz cavabdeh orqanın özü, yəni Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Xaçmaz Ərazi idarəsidir. Belə olan təqdirdə hesab edirəm ki, müraciətimə verilən cavab ümumiyyətlə absurd xarakteri daşıyır və həmin qeydiyyat kitabları məhz cavabdeh orqanın özündə saxlanılır. Əlavə olaraq qeyd edilən ərizəyə cavab olaraq bildirilmişdir ki, 2.50 hektar torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı, uqodiyası isə biçənək torpaq sahəsidir. Azərbaycan Respubliasının Torpaq Məcəlləsinin 56.3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Bununla bağlı olaraq iddiaçı bildirir ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin İddiaçı bələdiyyə mülkiyyətindən sahibkarlıq məqsədi ilə 2.50 hektartorpaq sahəsinin satılması barədə təqdim edilmiş sənədlərə dair rəydə qeyd edilmişdir ki, satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına az yararlı olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Göründüyü kimi, cavabdehin, yəni Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Xaçmaz Ərazi idarəsinin ##.##.2024-cü il tarixli *-**-*-**/*-*****/**** nömrəli cavab məktubu ilə sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından və torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasından imtina edilməsi tamamilə qanunsuz, əsassız və yalnız formal mülahizəyə söykənmişdir. Beləliklə iddiaçı hesab edir ki, cavabdeh tərəfindən maddi hüquq normalarının tətbiqində buraxılan çoxsaylı səhvlər iddianın təmin edilməsi üçün əsasdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş, Quba rayonu Isnov bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı əsasında sahibkarlıq məqsədi ilə ərizəçiyə satılmış 2.50 ha torpaq sahəsinə dair sənədlərin əsli təqdim edilməmişdir. Cavabdeh bildirir ki, Quba rayonu Isnov bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı əsasında ləğv edilmiş DTXK-nin Quba rayon şöbəsi tərəfindən ##.##.2006-cı il tarixdə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktın qeydiyyatı kitabları Ərazi Idarəsində yoxdur. Bundan əlavə, 2.50 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı, uqodiyası isə biçənək torpaq sahəsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin (hakim Qəşəm Məmmədli) ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Quba rayonu Isnov bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarına əsasən İddiaçı ayrılmış 2,50 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh üzərinə qoyulmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Quba rayonu Isnov bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** nömrəli qərarına əsasən İddiaçı bələdiyyənin ümumi istifadəsinə aid alqısatqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən sahibkarlıq məqsədilə 2.50 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akt tərtib edilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində ##.##.2006-cı il tarixdə 3314 nömrə ilə qeydiyyata alınmışdır. Iddiaçı tərəfindən bələdiyyənin bank hesabına 2200000 manat ödəniş edilmiş, 2.50 ha torpaq sahəsinə dair yerquruluşu planından çıxarışlar hazırlanmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin rəyində qeyd edilmişdir ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 2.50 ha olmaqla Isnov bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına az yararlı olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Iddiaçı 2,50 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin icrasından imtina edilərək qeyd edilmişdir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş, Quba rayonu Isnov bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı əsasında sahibkarlıq məqsədi ilə ərizəçiyə satılmış 2.50 ha torpaq sahəsinə dair sənədlərin əsli təqdim edilməmişdir. Quba rayonu Isnov bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı əsasında ləğv edilmiş DTXK-nin Quba rayon şöbəsi tərəfindən ##.##.2006-cı il tarixdə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktın qeydiyyatı kitabları Ərazi Idarəsində yoxdur. Bundan əlavə 2.50 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı, uqodiyası isə biçənək torpaq sahəsidir. Məhkəmə cavabdeh inzibati orqanın imtinası ilə bağlı qeyd edir ki, torpaq sahəsinin ayrılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Quba rayonu Isnov bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı ilə iddiaçıya 2,50 ha torpaq sahəsi satılmış, sonuncu tərəfindən bələdiyyənin bank hesabına müfaviq qaydada ödəniş edilmişdir və bununla bağlı qəbz iş materiallarına əlavə edilmişdir. Hazırkı halda cavabdeh orqanın etirazı Quba rayonu Isnov bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı əsasında ləğv edilmiş DTXK-nin Quba rayon şöbəsi tərəfindən ##.##.2006-cı il tarixdə qeydiyyata alınmış torpaqların alqısatqısına dair aktın qeydiyyatı kitabları Ərazi Idarəsində olmamasına əsaslanır. Həmin aktın qanunvericiliyə uyğun şəkildə tərtib olunması ilə bağlı öhdəlik iddiaçının deyil, bələdiyyənin vəzifəsi olmaqla onun üzərinə qoyulmalıdır. Belə ki, iddiaçı qanunvericiliyə və alqı-satqı müqaviləsinin tələblərinə cavab verməklə müvafiq qaydada ödənişi həyata keçirmişdir ki, bu da öz növbəsində onun etibarlı olmasına dəlalət verir. Bu hal iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Eyni zamanda iddiaçı tərəfindən bələdiyyə qərarı və digər sənədlərin əsli məhkəməyə təqdim edilmişdir.. Digər imtina əsası kimi torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı, uqodiyası isə biçənək torpaq sahəsi olmasına əsaslanır. Bununla bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyə qərarında həmin torpaq sahəsinin kənd təsərrüfatına az yararlı torpaq sahələrinə aid olduğu qeyd edilmiş, həmçinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin rəyində qeyd edilmişdir ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 2.50 ha olmaqla Isnov bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına az yararlı olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Göründüyü torpaq sahəsinin ayrılması Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilmişdir. Eyni zamanda iddiaçıya torpaq sahəsi ayrılarkən həmin torpaq sahəsinin ölçüsü həmin ərazi üzrə nəzərdə tutulmuş adambaşına düşən orta torpaq normasının 500 mislindən az olmuşdur. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Qeyd olunan halların torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;.......... Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası): Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə: 5-ci bənd. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2001-ci il tarixli *** nömrəli Fərmanı:
2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra - Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; ...
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiq edilmiş “Cavabdehn nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində xxxx (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin ## #### 2021-ci il tarixli **** nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; ... “Inzibati icraat haqqında” Qanun: Maddə 11. Qanunçuluq prinsipi 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. Inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. Inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi Quba rayonu Isnov bələdiyyəsinin (hazırkı Quba rayonu Zərqava bələdiyyəsi) ##.##.2005-ci il tarixli qərarı ilə Quba rayonu Isnov kəndində sahibkarlıq məqsədi üçün İddiaçı satılaraq ayrılmış 2.50 hektar torpaq sahəsinə dair daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, ona müvafiq olaraq mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair planın və ölçüsünün hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, Quba rayonu Isnov bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı əsasında sahibkarlıq məqsədi ilə ərizəçiyə satılmış 2.50 ha torpaq sahəsinə dair sənədlərin əsli təqdim edilməmişdir. Quba rayonu Isnov bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı əsasında ləğv edilmiş DT və XK-nin Quba rayon şöbəsi tərəfindən ##.##.2006-cı il tarixdə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktın qeydiyyatı kitabları Ərazi Idarəsində yoxdur. Bundan əlavə 2.50 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı, uqodiyası isə biçənək torpaq sahəsidir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında müəyyən olunur ki, Quba rayonu Isnov bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** nömrəli qərarı ilə iddiaçı İddiaçı sahibkarlıq məqsədilə Quba rayonu Isnov bələdiyyəsinin mükiyyətindən 2,50 hektar torpaq sahəsinin satılması qərara alınmış, həmin torpaq sahəsinə görə müəyyən edilmiş ödəniş iddiaçı tərəfindən həyata keçirilmiş, torpaqların alqı-satqısına dair akt ##.##.2006-cı il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində qeydiyyata alınmış, həmçinin torpaq sahəsinin yerləşmə vəziyyətini və ölçülərini əks etdirən yerquruluşu sənədləri tərtib edilmişdir. Bundan əlavə, Quba rayonu Zərqava bələdiyyəsinin ##.##.2021-ci il tarixli və ##.##.2024-cü il tarixli *** nömrəli arayışı ilə də keçmiş Isnov bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** nömrəli qərarının qüvvədə olduğu və iddiaçıya torpaq sahəsinə dair çıxarışın verilməsinə etiraz edilmədiyi təsdiq edilmişdir. Kollegiya qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslardan biri qanunla müəyyən edilmiş qaydada bələdiyyə tərəfindən bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş aktdır. Hazırkı işdə isə iddiaçının hüququnun yaranmasına əsas təşkil edən bələdiyyə qərarının qüvvədə olması, torpaq sahəsinin dəyərinin ödənilməsi və torpağın alqı-satqısına dair aktın əvvəlki səlahiyyətli orqanda qeydiyyata alınması iş materialları ilə təsdiq olunur. Cavabdehin əsas istinad etdiyi hallardan biri ilkin sənədlərin və alqı-satqı aktının qeydiyyat kitablarının hazırda onun sərəncamında olmamasıdır. Lakin sənədlərin dövlət orqanının strukturunda baş vermiş dəyişikliklər, habelə əvvəlki dövlət orqanının ləğv edilməsi səbəbindən hazırkı inzibati orqanda mövcud olmaması özlüyündə həmin sənədlərin hüquqi əhəmiyyətini aradan qaldırmır və bu hal iddiaçının üzərinə qoyula bilməz. Birinci instansiya məhkəməsinin də əsaslandırdığı kimi, alqı-satqı ilə bağlı müvafiq sənədlərin tərtib və qeydiyyata alınması iddiaçının deyil, müvafiq inzibati və bələdiyyə orqanlarının fəaliyyəti ilə bağlı olmuşdur. Iddiaçının torpağın dəyərini ödəməsi və ona aid sənədlərin mövcudluğu isə iş materialları ilə təsdiqlənir. Eyni zamanda, torpaq sahəsinin elektron kadastr uçotu sistemində kənd təsərrüfatı təyinatlı, “biçənək” və “kolluq” kimi göstərilməsi də hazırkı mübahisə üzrə iddiaçının hüququnun qeydiyyatından imtina üçün kifayət edən əsas kimi qəbul edilə bilməz. Çünki, torpağın ayrılması barədə ##.##.2005-ci il tarixli bələdiyyə qərarında həmin torpaq sahəsinin kənd təsərrüfatına az yararlı olması göstərilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin rəyində də həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olduğu, kənd təsərrüfatına az yararlı olduğu və alqı-satqı predmeti təşkil etdiyi, satılmasının qanunauyğun olduğu qeyd edilmişdir. Bu baxımdan, sonradan torpaq sahəsinin elektron kadastr məlumatlarında başqa formada uçota alınması əvvəllər qanuni əsaslarla həyata keçirilmiş özgəninkiləşdirmənin hüquqi nəticələrini avtomatik olaraq aradan qaldırmır. Əksinə, inzibati orqan müraciətə baxarkən işin düzgün həlli üçün əhəmiyyətli olan bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, mövcud sənədlərin hüquqi əhəmiyyətini və onların bir-biri ilə qarşılıqlı əlaqəsini qiymətləndirməlidir. Kollegiya həmçinin nəzərə alır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtina üçün konkret və məhdud əsaslar müəyyən edilmişdir. Hazırkı halda isə cavabdeh tərəfindən istinad edilən halların iddiaçının hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən qanuni əsas təşkil etdiyi kifayət qədər əsaslandırılmamışdır. Bununla yanaşı, inzibati orqanın təqdim edilmiş sənədlərə münasibətdə yalnız formal yanaşması inzibati icraatın hərtərəfli və obyektiv araşdırılması tələbi ilə uzlaşmır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmçinin təqdim edilmiş sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduqda, onların mötəbərliyinin müəyyən edilməsi üçün inzibati orqan tərəfindən müstəqil tədbirlər görülməlidir. Bu səbəbdən cavabdehin imtinası qanunsuz və əsassız olmaqla, iddiaçının hüquqlarını həyata keçirməsinə əsassız olaraq maneə yaratmışdır. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli faktiki halları düzgün müəyyən etmiş, tərəflərin təqdim etdikləri sübutları qarşılıqlı əlaqədə qiymətləndirmiş və cavabdehin imtinasının qanuni və əsaslı olmadığı nəticəsinə gəlməklə iddianın təmin edilməsini əsaslandırmışdır. Beləliklə, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki halları və həmin hallara verdiyi hüquqi qiyməti təkzib etmir. Cavabdeh tərəfindən təqdim edilən arqumentlər qeydiyyatın aparılmasına maneə yaradan konkret hüquqi nəticə doğurmur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.