Məhkəmə qərarları › İş №2-1(3-8)-1108/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1108/2026

17.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1108/2026 17.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI: Cavabdeh ##.##.2025-ci il tarixli məktubla İddiaçı 3-cü qrup müharibə əlili kimi Cavabdeh mənzil uçotuna götürülməsinə dair müraciətinə cavab verərək bildirmişdir ki, Abşeron Rayon XDS Icraiyyə Komitəsinin ##.##.1983-cü il tarixli qərarı ilə “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın 8-ci bəndinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxslər Cavabdeh o halda mənzil uçotuna götürürlər ki, azı son beş il ərzində Abşeron rayonunda yaşamış və daimi pasport qeydiyyatında olsunlar. Yaşayış müddəti Abşeron rayonunda pasport qeydiyyatının olması ilə müəyyən edilir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Xızı Regional Təhsil Idarəsi Ceyranbatan qəsəbə * nömrəli tam orta məktəbin ##.##.2025-ci il tarixli *** nömrəli arayışında qeyd edilmişdir ki, iddiaçı həqiqətən 2008-2009cu tədris ilində Abşeron rayon Ceyranbatan qəsəbə * nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinifini bitirib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, İddiaçı ##.##.2025-ci il tarixdə ##.##.2027-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyin olunmuşdur. Abşeron rayonu Ceyranbatan qəsəbəsi MTIITS-nın ##.##.2025-ci il tarixli *** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Ceyranbatan qəsəbəsi G.Abdullayev küçəsi ev 9, mənzil 36 ünvanda yaşayır və ##.##.1998-ci ildən ##.##.2012-ci ilə kimi bu ünvanda qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya Idarəsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.2012-ci il tarixdən ##.##.2024-cü il tarixədək ünvan 4 ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmuş və qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv ediliyindən göndərilməsi mümkün deyildir. İddiaçı ##.##.2024-cü il tarixdən ünvan 3 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Şəxsin qeydiyyata alınmasına əsas olmuş sənədlərin surəti məktuba əlavə olunmuşdur. Ceyranbatan qəsəbə Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.2024-cü il tarixdən ünvan 1 ünvanda qeydiyyatdadır və yaşayır. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsindəki icraat Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 3-cü qrup müharibə əlili kimi Cavabdeh mənzil uçotuna götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ##.##.1996-cı il tarixdə doğulmuşdur. Iddiaçı ##.##.1998-ci ildən ##.##.2012-ci il tarixə kimi Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdulmayıl küçəsi, cv 9, ** saylı mənzildə qeydiyyatda olmaqla yaşamışdır. Ceyranbatan qəsəbə * nömrəli tamı orta məktəbin *** nömrəli, ##.##.2025-ci il tarixli arayışına əsasən iddiaçı həqiqətən 2008-2009-cu tədris ilində Abşeron rayon Ceyranbatan qəsəbə * nömrəli tam orta ümumi təhsil məktəbinin VII sinifini bitirmişdir. Lakin, 2012-ci ildə ailə vəziyyəti ilə əlaqədar Naxçıvan Muxtar Respublikasına müvəqqəti olaraq köçmüşdür. Iddiaçı Cavabdeh mənzil uçotuna götürülməsinə dair ərizə ilə müraciət etmişdir. Lakin, Cavabdeh, ##.##.2025-ci Il tarixli, *-**/*-M-***-***/**** saylı məktubunda, 5 il ərzində Abşeron rayonunda yaşamadığına və daimi pasport qeydiyyatı olmadığına görə mənzil uçotuna qoyulmasına dair imtina edilmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, iddiaçı 1998-2012-ci illərdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış və hazırda həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçının tələbi onun Abşeron rayonunda 5 (beş) il daimi pasport qeydiyyatı olmadığından təmin olunmamışdır. "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının ## #### 2009-cu il tarixli ***-IIIQ nömrəli Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Abşeron Rayon XDS Icraiyyə Komitəsinin ## ###### 1983-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları” nın 8-ci bəndinə əsasən "yaşayış sahəsinə ehtiyacı olan şəxslər Cavabdeh o halda mənzil uçotuna götürülürlər ki, azı son 5 (beş) il ərzində Abşeron rayonunda yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayış müddəti Abşeron rayonunda pasport qeydiyyatının olması ilə müəyyən edilir”. Istər iddiaçının mənzil uçotunun köçürülməsi, istərsə də mənzil uçotuna götürülməsi onun pasport qeydiyyatından asılıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Qəşəm Məmmədli) ##.##.2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Abşeron Rayon XDS Icraiyyə Komitəsinin ## ###### 1983-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın 8-ci bəndinə əsasən “yaşayış sahəsinə ehtiyacı olan şəxslər Cavabdeh o halda mənzil uçotuna götürülürlər ki, azı son 5 (beş) il ərzində Abşeron rayonunda yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsun. Qeyd olunan Qaydaların yuxarıda qeyd edilən müddəalarından da müəyyən olunur ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Yaşayış sahəsinə ehtiyacı olan şəxslər Cavabdeh o halda mənzil uçotuna götürülürlər ki, azı son beş il ərzində Abşeron rayonunda yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayış müddəti Abşeron rayonunda pasport qeydiyyatının olması ilə müəyyən edilir. Beləliklə, iddiaçının daimi olaraq son 5 il müddətində Abşeron rayonu ərazisində yaşaması öz təsdiqini tapmır. Həmçinin daha əvvəl həmin ərazi ilə bağlılığı da iş materiallarında olan sübutlarla öz təsdiqlənmir. Göründüyü kimi, iddiaçının hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdehin imtinası qanunvericiliyin tələbləri çərçivəsində olmuşdur. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. ... Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. ... 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. ... 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. ... ““Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2009-cu il tarixli, *** nömrəli Fərmanının 2.3-cü yarımbəndinə əsasən həmin Məcəllənin 51.3-cü maddəsində nəzərdə tutulmuş həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə materiallarında olan sənədəri və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar yoxdur. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı Cavabdeh mənzil uçotuna götürülməsi barədə müraciət etmiş, cavabdeh inzibati orqan isə ## #### 2025-ci il tarixli *-**/*- M-***-***/**** nömrəli məktubla onun mənzil uçotuna götürülməsindən imtina etmişdir. Imtinanın əsası kimi iddiaçının son 5 il ərzində Abşeron rayonunda yaşamaması və daimi pasport qeydiyyatının olmaması göstərilmişdir. Iddiaçı isə tələbinin əsası kimi 1998-ci ildən 2012-ci ilədək ünvan 2 ünvanda qeydiyyatda olduğunu və həmin ünvanda yaşadığını bildirmişdir. Bu hal Ceyranbatan qəsəbəsi MTIITS-nın ## ###### 2025-ci il tarixli *** nömrəli məktubu ilə də təsdiq edilir. Eyni zamanda, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Xızı Regional Təhsil Idarəsinin Ceyranbatan qəsəbə * nömrəli tam orta məktəbinin ## ###### 2025-ci il tarixli, *** nömrəli arayışından görünür ki, iddiaçı 2008- 2009-cu tədris ilində həmin məktəbin VII sinfini bitirmişdir. Lakin həmin sənəd yalnız iddiaçının göstərilən dövrdə Ceyranbatanda təhsil almasını təsdiq edir və son beş il ərzində Abşeron rayonunda daimi yaşamasını və qeydiyyatda olmasını təsdiq etmir. Əksinə, Daxili Işlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya Idarəsinin ## ###### 2026-cı il tarixli məktubunda göstərilir ki, İddiaçı ## ###### 2012-ci il tarixdən ## ###### 2024-cü il tarixədək ünvan 5 ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmuş, yalnız ## ###### 2024-cü il tarixdən ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Bundan əlavə, Cavabdeh başçısının Ceyranbatan qəsəbə Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ## #### 2026-cı il tarixli məktubunda da iddiaçının yalnız ## ###### 2024cü il tarixdən Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi, ev 9, mənzil 36 ünvanda qeydiyyatda olduğu və yaşadığı qeyd edilmişdir. Kollegiya nəzərə alır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda yaşayış yeri anlayışı şəxsin daimi və ya daha çox yaşadığı yer kimi müəyyən edilmiş, qeydiyyat isə həmin halın yeganə və mübahisəsiz sübutu kimi nəzərdə tutulmamışdır. Bu baxımdan yalnız qeydiyyat ünvanının dəyişdirilməsi şəxsin faktiki yaşayış yerinin dəyişməsi barədə birmənalı nəticəyə gəlməyə imkan vermir. Belə ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Mənzil Məcəlləsinin yaşayış sahəsinə uçota alınma ilə bağlı hazırkı normaların qarşılıqlı təhlilindən görünür ki, mənzil uçotuna alınmanın əsas prinsipi şəxsin məhz daimi yaşadığı yer üzrə aparılmalı olmasıdır. Belə ki, Mənzil Məcəlləsinin 51.3-cü maddəsində aydın şəkildə qeyd edilir ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Bu, o deməkdir ki, vətəndaş yalnız daimi yaşayış yeri üzrə uçota durmaq hüququna malikdir. Bu qaydanın məqsədi şəxsin real olaraq harada yaşadığını və dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinə ehtiyacı olan əhali üzrə bölgüsünü düzgün planlaşdırmaqdır. Məhz bu səbəbdən, şəxsin yaşadığı ərazidə yaşayış sahəsinə ehtiyacı olduğu təsbit edildikdə, yerli icra hakimiyyəti orqanı tərəfindən bu məsələlər tənzimlənir. Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsində şəxsin yaşayış yeri və olduğu yer anlayışları verilmişdir. Belə ki, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Beləliklə, iş üzrə toplanmış və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən müəyyən olunur ki, Daxili Işlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya Idarəsinin ## ###### 2026-cı il tarixli məktubu ilə iddiaçının ## ###### 2012-ci ildən ## ###### 2024-cü ilədək Naxçıvan şəhərində qeydiyyatda olması təsdiq edilir. Bu səbəbdən iddiaçının müraciət etdiyi vaxt son beş il ərzində Abşeron rayonunda daimi yaşayış və qeydiyyat tələbinə cavab vermədiyi nəticəsinə gəlinir. Bu hal “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın 8-ci bəndinin tələbləri ilə uzlaşır. Həmin normaya əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəxslər Cavabdeh o halda mənzil uçotuna götürülürlər ki, azı son beş il ərzində Abşeron rayonunda yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar; yaşayış müddəti isə Abşeron rayonunda pasport qeydiyyatının olması ilə müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş ərizə əsasında həyata keçirilir, 51.4-cü maddəsinə əsasən isə uçota alınma ilə bağlı hüququ təsdiq edən sənədlər təqdim edilməlidir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə görə isə vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə uçota almaqdan imtinaya yol verilir. Hazırkı iş üzrə isə iddiaçının son beş il ərzində Abşeron rayonunda daimi yaşamasını və daimi pasport qeydiyyatında olmasını təsdiq edən sənəd müəyyən edilməmişdir. Əksinə, yuxarıda istinad edilən ## ###### 2026-cı il tarixli Daxili Işlər Nazirliyinin məktubu və ## #### 2026-cı il tarixli nümayəndəlik məktubu onun Abşeron rayonunda qeydiyyatının yalnız ## ###### 2024-cü ildən başladığını təsdiq edir. Bu baxımdan, iddiaçının 1998-2012-ci illərdə Abşeron rayonunda qeydiyyatda olması, habelə 2008-2009-cu tədris ilində Ceyranbatan qəsəbəsində təhsil alması onun hazırkı müraciət zamanı normativ tələbdə nəzərdə tutulmuş son beş illik yaşayış və qeydiyyat şərtini ödəməsi nəticəsinə gəlməyə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası məhz iş üzrə müəyyən edilmiş faktiki hallara və tətbiq edilməli hüquq normalarına əsaslanmışdır. Birinci instansiya məhkəməsi də iddiaçının Abşeron rayonunda son beş il ərzində daimi yaşaması faktının iş materialları ilə təsdiq edilmədiyini düzgün müəyyən etmiş və cavabdehin imtinasını qanuni hesab etmişdir. Nəzərə almaq lazımdır ki, hazırkı iddia növünə görə məcburetmə haqqında iddiadır. Məcburetmə haqqında iddialar üzrə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar