Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1110/2026 11.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “xxxx” publik hüquqi şəxsinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI:
1. Iddiaçı İddiaçı ilk dəfə ##.##.2011-ci il tarixdən bir il müddətinə ##.##.2012-ci il tarixədək “ümumi xəstəlik” səbəbilə ikinci dərəcəli əlillik təyin edilmiş, daha sonra 2015-ci il tarixdən 2016-cı ilədək bir il müddətinə, ##.##.2016-cı il tarixdən isə beş il müddətinə ##.##.2021-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir.
2. Əlillik müddəti bitdikdən sonra iddiaçı barəsində TSEK-ə göndərilməsi üçün Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən ##.##.2023-cü il tarixli, U********YNY nömrəli göndəriş (Forma 088) verilmişdir.
3. Həmin göndəriş əsasında iddiaçının əlilliyi TSEK-də ##.##.2023-cü il tarixdə qiymətləndirilmiş və ona “göndərişin natamam doldurulması” səbəbilə əlilliyin təyin edilməsindən imtina cavabı verilmişdir.
4. Iddiaçı cavabdeh xxxx publik hüquqi şəxsinə qarşı ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, onun əlilliyə görə əmək pensiyasının dayandırması barədə 2021-ci il tarixli inzibati aktın ləğv edilməsi, 2-ci dərəcəli əlillik dərəcəsinin və pensiyasının bərpası barədə qərar qəbul edilməsi və aidiyyəti orqanın üzərinə öhdəlik qoyulması, pensiyasının 2021-ci ildən bu günədək əsassız olaraq ödənilmədiyi müddətlər üzrə bütün məbləğlərin tam şəkildə ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmasını xahiş etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat
5. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ildən 2021-ci ilin may ayınadək səhhətinin davamlı ağırlaşması ilə əlaqədar əlilliyə görə əmək pensiyası almışdır. Bu dövr ərzində sağlamlıq vəziyyətində heç bir yaxşılaşma olmadığı halda, ##.##.2021-ci il tarixdən etibarən xxxx tərəfindən əlilliyi heç bir tibbi, hüquqi və faktiki əsas olmadan dayandırılmışdır. Hesab edir ki, bu qərar qanunsuz və əsassızdır.
6. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinin yalnız “əlillik dərəcəsinin müəyyən olunması” (müvafiq göndərişin və tibbi məlumatların altsistemə yerləşdirilməsi və qiymətləndirilmənin aparılması öhdəliyinin cavabdeh(lər)in üzərinə qoyulması) hissəsində saxlanılması və işə baxılmasının məhz bu dəqiqləşdirilmiş tələb çərçivəsində davam etdirilməsini xahiş etmişdir.
7. Cavabdehin iddiaya yazılı etirazını hazırkı qərarın 1-3-cü bəndində qeyd olunanlarla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin sonuncu göndərişi əsasında qiymətləndirilmiş və göndərişin natamam doldurulması (səbəb: Şəxsin əlillik səviyyəsini dəqiqləşdirmək üçün yaşadığı ərazi üzrə fəaliyyət göstərən yerli TSEK-na müraciət etməsi məsləhətdir) məzmunlu ##.##.2023-cü il tarixli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı əlillik vəziyyətinə baxıldıqdan sonra verilən qərarı qanunla müəyyən edilmiş müddətdə mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə).
9. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı barəsində sonuncu tibbi göndəriş ##.##.2023-cü il tarixdə rəsmiləşdirilmiş və barəsində “göndərişin natamam doldurulması” (Səbəb: Şəxsin əlillik səviyyəsini dəqiqləşdirmək üçün yaşadığı ərazi fəaliyyət göstərən yerli TSEK-ə müraciət etməsi məsləhətdir) barədə ##.##.2023-cü il tarixli qərar qəbul edilmişdir. Lakin iddiaçı sonrakı dövrdə iddia müddəti çərçivəsində nə inzibati orqanın əlilliyin qiymətləndirilməsinə dair qərarını, nə də əyani müayinəsi barədə komissiyanın qərarını mübahisələndirmişdir. Göründüyü kimi, iddiaçı 2 il 2 ay müddət keçəndən sonra məhkəməyə müraciət (iddia ərizəsi məhkəməyə ##.##.2025-ci il tarixdə təqdim edilmişdir) etmişdir. Bununla da, qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür.
10. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri
11. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ##.##.2023-cü il tarixli inzibati aktı mübahisələndirmədiyi qənaətinə gəlmişdir. Lakin əlillik hüququ “statik” deyil, “dinamik” xarakter daşıyır. Xəstəliyin xroniki, proqressiv və geridönməz olması, tibbi ekspertiza materialları ilə təsdiq edildiyi kimi əlilliyin təyin edilməməsinin onun sosial təminat hüququnun pozulması ilə nəticələndiyini göstərir. AIHM-in və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, hüquq pozuntusu davamlı xarakter daşıdığı halda, iddia müddətinin axımı məhdudlaşdırıla bilməz. Iddiaçı qeyd etmişdir ki, məhkəmə qərardadında inzibati orqan tərəfindən ona göndərilmiş ##.##.2023-cü il tarixli qərarın “Inzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olub-olmadığını araşdırmamışdır. Həmin qərarda şikayət vermə qaydası, şikayətə baxan məhkəmə orqanı və müddətlər barədə məlumatlar tam, aydın və başa düşülən formada göstərilməmişdirsə, həmin Qanunun 73.2-ci maddəsinə əsasən şikayət vermə müddəti 6 ay təşkil edir. Məhkəmə bu prosessual əhəmiyyətli məsələni araşdırmadan iddianı rədd etmişdir. Bundan başqa, iddiaçı səhhətinin ağırlaşması, xroniki xəstəliyinin yaratdığı fiziki və psixoloji çətinliklər səbəbindən prosessual müddəti buraxdığını bildirmişdir. IPM-in 24.1ci maddəsinə əsasən, müddət proses iştirakçısının təqsiri olmadan buraxıldıqda, məhkəmə həmin müddəti bərpa edə bilər. Lakin məhkəmə onun bu hüququnu qiymətləndirməmiş və bununla bağlı sübutları tələb etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz edərək etirazı iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazla eyni məzmunda izahat verərək iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
14. Iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Kollegiya IPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir.
15. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI
18. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
19. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
20. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Iddiaçının hazırkı tələbi cavabdeh inzibati orqan tərəfindən ona əlilliyin təyin edilməsi barədə olmaqla, növünə görə məcburetmə haqqında iddiadır.
22. Inzibati Prosessual Məcəllənin 2.2 və 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) iddialara baxılır.
23. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı, ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
24. IPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
25. Göründüyü kimi inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya məlumat verildiyi vaxtdan 30 gün ərzində iddianın verilməsi ilə bağlı müddətə əməl olunması məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərtidir.
26. Birinci instansiya məhkəməsi əlilliyin təyinindən imtina cavabının iddiaçıya ##.##.2023-cü il tarixdə verildiyini, iddia tələbinin isə 2 il 2 aya yaxın müddət keçdikdən sonra qaldırıldığını, bununla da, məcburetmə haqqında iddia üzrə IPM-nin 38.2-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinin ötürülməsi əsası ilə iddianı mümkün saymamışdır.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir:
28. Işdən görünür ki, iddiaçıya ##.##.2011-ci il tarixdən ##.##.2021-ci il tarixədək müxtəlif müddətlərə “ümumi xəstəlik” səbəbilə ikinci dərəcəli əlillik təyin edilmiş, müddət bitdikdən sonra ##.##.2023-cü il tarixli Forma 088 göndərişi əsasında əlilliyi ##.##.2023cü il tarixdə qiymətləndirilərək göndərişin natamam doldurulması səbəbilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Iddiaçı imtina barədə inzibati aktdan 2 il 2 ay sonra - ##.##.2025-ci il tarixdə ona əlilliyin təyin edilməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
29. Iddiaçı ilkin tələbində onun əlilliyinin 2021-ci ildən bərpa edilməsini tələb etmiş, sonrakı dəqiqləşdirilmiş tələbində isə əlilliyin təyin edilməsini xahiş etsə də, hansı tarixdən təyin edilməsi olmasını konkret olaraq ifadə etməmişdir. Lakin, iddiaçının apellyasiya şikayətinin məzmunundan müəyyən edilir ki, hazırkı iddia üzrə hüquqi marağı ##.##.2023-cü il tarixdən əlilliyin təyin edilməsi barədədir.
30. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qiymətləndirmə apararaq qeyd edir ki, tələb üzrə iddia müddətinin ötürüldüyü aşkardır.
31. Belə ki, ** nömrəli TSEK-nin elektron informasiya sistemindən çıxarışdan görünür ki, ##.##.2023-cü il tarixli imtina cavabı ##.##.2023-cü il tarixdə əlillik altsisteminə daxil edilmişdir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
33. Göndəriş natamam doldurulduqda TSEK tərəfindən bu barədə onu tərtib edən Komissiyaya məlumat verilsə də, bu hal aparılmış inzibati icraatın nəticəsini təşkil edən həmin imtina qərarının müstəqil şəkildə mübahisələndirilə bilən inzibati akt olduğunu istisna etmir.
34. Qeyd olunan ##.##.2023-cü il tarixli imtina qərarının iddiaçıya təqdim edilməsinə dair iş materiallarında müvafiq sübutlar olmasa da, iddiaçı apellyasiya şikayətinin dəlillərində həmin qərardan əvvəldən məlumatlı olduğunu və onun mübahisələndirilməsi üçün prosessual müddəti ötürdüyünü bildirmişdir.
35. Iddiaçının prosessual müddətin səhhətinin ağırlaşması, xroniki xəstəliyinin yaratdığı fiziki və psixoloji çətinliklər səbəbindən buraxılması barədə dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin halları təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyil və iddiaçı tərəfindən də məhkəmələrə təqdim edilməmişdir.
36. Üstəlik, IPM-in 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, habelə hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı hallar istisna olmaqla, müddətin buraxılmasından bir il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
37. Hazırkı halda isə iddia müddətinin bitdiyi vaxtdan bir ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət edilmişdir. Bu səbəbdən iddiaçının müddətin bərpası ilə bağlı dəlilləri onun hazırkı iddiasının mümkün hesab edilməsinə əsas verə bilməz.
38. Göründüyü kimi iddiaçı ##.##.2023-cü il tarixli imtina cavabından ən azından onun əlillik altsisteminə daxil edildiyi ##.##.2023-cü il tarixdən məlumatlı olmasına baxmayaraq, məhkəməyə iddia ərizəsi ilə 2 il 2 ay sonra, ##.##.2025-ci il tarixdə müraciət etmiş, bununla da IPM-in 38.2-ci maddəsində göstərilmiş iddia müddətini ötürmüşdür.
39. Iddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. Iddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.
40. Iddiaçının apellyasiya şikayətinin digər dəlilində ##.##.2023-cü il tarixli inzibati aktda şikayət vermə qaydası və müddətləri barədə məlumatların “Inzibati icraat haqqında” Qanunun tələblərinə uyğun göstərilmədiyi və bu səbəbdən həmin Qanunun 73.2-ci maddəsində nəzərdə tutulmuş 6 aylıq müddətin tətbiq edilməli olduğu qeyd edilmişdir.
41. Kollegiya bu dəlili də əsassız hesab edərək qeyd edir ki, iddiaçının istinad etdiyi bu norma “Inzibati icraat haqqında” Qanunun “inzibati şikayətin verilməsi müddəti” adlı 73-cü maddəsinin 2-ci bəndidir. Həmin normaya əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
42. Normanın adından da göründüyü kimi həmin 6 aylıq müddət iddia tələbinə deyil, inzibati icraat zamanı inzibati orqanın qərarından inzibati şikayət verildiyi hallara şamil edilir.
43. Inzibati Prosessual Məcəllədə də bununla bağlı norma nəzərdə tutulmamış, məcburetmə haqqında iddia üzrə iddia müddəti Məcəllənin yuxarıda qeyd olunan 38.2-ci maddəsində göstərilmişdir.
44. Beləliklə, işin sadalanan hallarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı düzgün nəticəyə gələrək iddianı mümkün saymamışdır. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.