Məhkəmə qərarları › İş №2-1(3-8)-1113/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-1113/2026

06.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1113/2026 06.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs vəkili və nümayəndəsi vəkil1 iştirakları ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2022-ci il tarixli, *** nömrəli sərəncamının X2 ilə icarə müqaviləsi (## ###### 2022-ci il tarixli, **** nömrəli icarə müqaviləsi) bağlanmasına dair hissədə ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs vəkili və nümayəndəsi vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. Müəyyən etdi: İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edərək “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2022-ci il tarixli, *** nömrəli sərəncamının etibarsız edilməsi” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ## ##### 2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı dəqiqləşmə ərizəsi təqdim edərək, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2022-ci il tarixli, *** nömrəli sərəncamının X2 ilə icarə müqaviləsi (## ###### 2022-ci il tarixli, **** nömrəli icarə müqaviləsi) bağlanmasına dair hissədə ləğv edilməsi” nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi-vəkili İsmayılov Eldəniz Nəsrəddin oğlu məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Həmin qərardaddan üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs vəkili və nümayəndəsi vəkil1 apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü əsasları yoxlanılarkən verilmiş şikayətin prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyi məlum olmuşdur. Belə ki, İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” ## ##### 2017-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, üçüncü şəxsin məhkəmə icraatına cəlb edilməsində həlledici meyar qəbul ediləcək məhkəmə aktının həmin şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına təsir göstərməsidir. Məhkəmə aktı üçüncü şəxs üçün hüquq və vəzifələr yaratdıqda, onları təsdiq və ya müəyyən etdikdə, dəyişdirdikdə və ya onlara xitam verdikdə həmin şəxsin hüquqi vəziyyətinə bilavasitə təsir etmiş olur. Bu baxımdan məhkəmə aktından şikayət vermək hüququnun yaranması üçün təkcə şəxsin inzibati məhkəmə icraatının iştirakçısı olması kifayət deyildir. Barəsində şikayət verilən məhkəmə aktı həmin şəxsin hüquqi vəziyyətinə mənfi təsir göstərməli, onun hüquqlarına və ya qanunla qorunan maraqlarına toxunmalıdır. Belə təsir mövcud olmadıqda, həmin şəxsin məhkəmə aktından şikayət vermək üçün subyektiv hüququ yaranmır. İş materiallarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bundan sonra iddiaçı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə ərizə vermiş, birinci instansiya məhkəməsi də ## #### 2026-cı il tarixli qərardadı ilə həmin ərizəni təmin edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarmışdır. Kollegiya qeyd edir ki, mübahisələndirilən qərardadla iddianın predmeti olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ## ###### 2022-ci il tarixli, *** nömrəli sərəncamına, eləcə də ## ###### 2022ci il tarixli, **** nömrəli icarə müqaviləsinə mahiyyəti üzrə hüquqi qiymət verilməmişdir. Kollegiya onu da qeyd edir ki, mübahisələndirilən qərardad yalnız iddiaçının öz müraciəti əsasında iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması ilə bağlı prosessual məsələni həll etmişdir. Bununla da mübahisə bu icraat çərçivəsində mahiyyəti üzrə həll edilməmiş, üçüncü şəxsə münasibətdə hər hansı hüquq və ya vəzifə müəyyən olunmamışdır. Görünüdyüyü kimi, mübahisələndirilən qərardad İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mövcud hüquqlarını məhdudlaşdırmır, dəyişdirmir və ya onlara xitam vermir, onun üzərinə hər hansı öhdəlik qoymur və hüquqi vəziyyətini başqa şəkildə ağırlaşdırmır. Əksinə, həmin qərardad nəticəsində üçüncü şəxsin hüquq və qanunla qorunan maraqlarına təsir göstərə biləcək mahiyyəti üzrə məhkəmə aktı qəbul edilməmişdir. Kollegiya nəzərə alır ki, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs işə üçüncü şəxs qismində cəlb edilmiş olması da özlüyündə onun bütün məhkəmə aktlarından qeyd-şərtsiz şikayət vermək hüququna malik olması anlamına gəlmir. Üçüncü şəxsin prosessual statusu ilə konkret məhkəmə aktından şikayət vermək üçün hüquqi marağın mövcudluğu fərqli məsələlərdir və sonuncu halda həmin aktın onun hüquqi vəziyyətinə mənfi təsiri müəyyən edilməlidir. İnzibati Prosessual Məcəllənin 87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən isə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Kollegiya hesab edir ki, barəsində şikayət verilən məhkəmə aktının apellyasiya şikayəti verən şəxsin hüquq və qanunla qorunan maraqlarına toxunması apellyasiyanın mümkünlük şərtlərindən biridir. Bu şərt olmadıqda şikayət verən şəxsin həmin məhkəmə aktının yoxlanılmasını tələb etmək üçün subyektiv hüququ mövcud olmur. Hazırkı halda birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadının İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs hüquqi vəziyyətinə mənfi təsir göstərməsi, onun hər hansı hüququnu pozması və ya qanunla qorunan marağına toxunması müəyyən edilmir. Buna görə də onun həmin qərardaddan apellyasiya şikayəti vermək üçün subyektiv hüququ yaranmamışdır. Beləliklə, apellyasiya şikayəti subyektiv hüququ olmayan şəxs tərəfindən verildiyindən, şikayət üzrə apellyasiya icraatı mümkün sayılmamalı və şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80, 85, 86 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs vəkili və nümayəndəsi vəkil1 tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar