Məhkəmə qərarları › İş №2-1(3-8)-1122/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1122/2026

03.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1122/2026 03.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Dövlət Notariat Konturunda təsdiq edilmiş ## ##### 2005-ci il tarixli *ə-*-*** saylı saylı alqı-satqı müqaviləsinə əsasən, Qusar rayonu, Kuzun kəndi ərazisindən satın aldığı 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə almaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən, Cavabdeh publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyiyanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar Rayon Dövlət Notariat Konturunda təsdiq edilmiş ## ##### 2005-ci il tarixli, *ə-*-*** saylı alqı-satqı müqaviləsinə əsasən, Qusar rayonu, Kuzun kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha həyətyanı torpaq sahəsini satın almış və ləğv edilmiş DTXK-nin Qusar rayon şöbəsi tərəfindən mülkiyyətini təsdiq edən JN-382F KOD******** saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə işlənmişdir. İddiaçı həmin vaxtdan torpağa sahiblik edərək istifadə edir. İddiaçı qeyd edilən torpaq sahəsinə mülkiyyətini təsdiq edən çıxarış və plan-ölçü sənədlərini almaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Cavabdeh təşkilat formal bəhanələr gətirərək çıxarış və plan-ölçü sənədlərinin verilməsindən imtina etmişdir. Ona görə də, pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh orqan iddia tələbinə qarşı etiraz təqdim edərək, İddiaçı Qusar rayonu, Kuzun kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsinə ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən, torpaq sahəsinə dair ərizəyə əlavə edilmiş JN-***F nömrəli (Kod 30113028) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsi və qeydiyyatı Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsində aşkar edilməmişdir. Bildirilir ki, JN-***F nömrəli (Kod 30113028) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında və X4 və uçot informasiya sistemində (TEKİUS) öz əksini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Nəzərə çatdırılır ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, ərizənin icrasından ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubla imtina edilmişdir. Qeyd edildiyi kimi, JN-***F nömrəli (Kod 30113028) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında və X4 və uçot informasiya sistemində (TEKİUS) öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaqsahəsinin sənəd üzrə kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: JN-382F KOD 30113028 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Qusar rayon Dövlət Notariat Kontorunun ## ##### 2005-ci il tarixli, *ə-*-*** saylılqısatqı müqaviləsinə əsasən, Qusar rayonu, Kuzun kəndi ərazisindən 0,12 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubdan görünür ki, həmin dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2005-ci ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda bildirilir ki, arxivə təhvil verilmiş 4Ə-2-*** reyestr nömrəli müqavilənin ## #### 2005-ci il tarixdə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-**-*-**/*-***/**** saylı məktubdan görünür ki, JN-***F saylı Kod ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsi aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh xxxx MMC tərəfindən verilmiş ##.##.2026cı il tarixli, *-**-*-**/*-***/**** saylı məktubdan görünür ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən İddiaçı Gülbala oğlunun adına verilmiş JN-382F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsi və onun tərtib edilməsinə əsas olmuş sənədlər (Qusar rayon Dövlət Notariat Kontorunun ##.##.2005-ci il tarixli, *ə-*-*** nömrəli alqı-satqı müqaviləsi daxil olmaqla) aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** saylı məktubdan görünür ki, "xxxx” MMC-nin və "xxxx” publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin arxivində JN-***F saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” və onun verilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ayrılmasına əsas kimi göstərilmiş alqı-satqı müqaviləsi və həmin müqavilə üzrə notariat işi mövcud deyildir və başqa şəxslər barəsindədir. Beləliklə, müəyyən edilmişdir ki, onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətinin dəlillərini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərmişdir ki, o mübahisəli daşınmaz əmlakı Qusar Rayon Dövlət Notariat Konturunda təsdiq edilmiş ## ##### 2005-ci il tarixli, *ə-*-*** saylı alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Bu müqavilə notarial qaydada təsdiq edilmiş və möhürlənmişdir. Müqavilə hər hansı qaydada ləğv edilməmişdir və hazırda da qüvvədədir. Əqdin notarius tərəfindən dövlət qeydiyyatına daxil edilməməsi vətəndaşın təqsiri deyil, vəzifəli şəxsin etinasız yanaşmasının nəticəsidir. Bu etinasızlığa görə isə iddiaçı əziyyət çəkməməlidir. Bundan başqa, əqdi imzaladıqdan sonra iddiaçı mübahisəli torpaq sahəsini istifadə etməyə başlamış, 21 il ərzində ona sahiblik etmiş, əmlakı mülkiyyəti kimi qorumuşdur. Bu əmlak barədə başqa şəxslər tərəfindən heç bir mübahisə qaldırılmamışdır. Qusar rayonu, Kuzun kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha həyətyanı torpaq sahəsini satın aldıqdan sonra ləğv edilmiş DTXK-nin Qusar rayon şöbəsi tərəfindən mülkiyyəti təsdiq edən JN-382F KOD******** saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə işlənmişdir. İddiaçıda mübahisəli torpaq sahəsi üzərindəhüquqlarının qeydə alınması üçün qanunda nəzərdə tutulmuş sənədlər olsa da və bu sənədlər cavabdeh quruma təqdim edilsə də, cavabdeh inzibati orqan vəzifəsini yerinə yetirməmiş, onun hüququnu qeydə almaqdan imtina etmişdir. Eyni zamanda, bu pozuntunun aradan qaldırılması üçün iddiaçı məhkəmə müdafiəsindən istifadə etsə də, məhkəmə onun haqlı iddiasını təmin etməmişdir. Bundan başqa, məhkəmə bir sıra kobud prosessual pozuntular da törətmişdir.Belə ki, əgər məhkəmə mənim təqdim etdiyim əqdi etibarlı əqd kimi qəbul etmirsə, o zaman əqdin etibarsızlığından sonrakı əməliyyatları (əqd bağlanana kimi mövcud vəziyyətin bərpa edilməsi) həll etməli idi. Bundan başqa, məhkəmə əqdin digər iştirakçısını (satıcını) icraata cəlb etməmiş, onun mübahisə üzrə fikrini öyrənməmişdir. Halbuki, məhkəmənin nəticəsinə görə mübahisəli torpaq sahəsinin hazırki mülkiyyətçisi artıq alıcı olur (hüquq qeydiyyatı bərpa olunur) b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini vildirmi, cavabdehin nümayəndəsi gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İş materialları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı Qusar rayonu, Kuzun kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, həmin hüquqa dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edildiyindən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini Qusar Rayon Dövlət Notariat Kontorunda ## ##### 2005-ci il tarixdə 4Ə-1- *** reyestr nömrəsi ilə təsdiq edildiyini bildirdiyi alqı-satqı müqaviləsinə və həmin müqavilə əsasında tərtib olunduğunu göstərdiyi JN-382F, KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsaslandırır. İddiaçının mövqeyinə görə, həmin müqavilə ilə 0,12 ha torpaq sahəsini əldə etmiş, bundan sonra ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən onun adına müvafiq şəhadətnamə işlənmiş və uzun müddət torpaq sahəsindən istifadə etmişdir. Beləliklə, hazırkı iş üzrə iddia tələbinin təmin olunması üçün ilk növbədə mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qanuni əsasla yaranması və bu hüququn dövlət qeydiyyatına alınmasına imkan verən mötəbər hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi bu şərtlərin mövcud olmadığı qənaətinə gələrək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddiaçının istinad etdiyi sənədlərin mənşəyinin və hüquqi əsasının müəyyənləşdirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarına sorğular göndərmişdir. Həmin sorğulara verilmiş cavablar birlikdə qiymətləndirildikdə, iddiaçının təqdim etdiyi sənədlərin rəsmi arxiv və qeydiyyat mənbələrində təsdiqini tapmadığı müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin ## #### 2026-cı il tarixli cavab məktubunda Qusar rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2005-ci il tarixli daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirildiyi, lakin İddiaçı adına rəsmiləşdirilmiş, iddiaçının istinad etdiyi müqavilənin aşkar edilmədiyi bildirilmişdir. Eyni zamanda arxivdə 4Ə-2-*** reyestr nömrəsi ilə mövcud olan müqavilənin ## #### 2005-ci il tarixdə başqa şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Lakin həmin müqavilə məhkəməyə təqdim edilməmişdir. Apellyasiya baxışı zamanı həmin məsələ əlavə olaraq yoxlanılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivi Sumqayıt Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Qusar Rayon Dövlət Notariat Kontorunda ## #### 2005-ci il tarixdə 4Ə- 2-*** reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin surətini təqdim etmişdir. Təqdim olunmuş müqavilənin məzmunundan görünür ki, həmin əqd hazırkı iddiaçı İddiaçı və onun istinad etdiyi 0,12 ha torpaq sahəsinə münasibətdə bağlanmamışdır. Belə ki, həmin müqavilə üzrə satıcı Qusar rayonunun Qalacıq kəndində yaşayan X7, alıcı isə Qusar şəhərində yaşayan X2muşdur. Müqaviləyə əsasən, satıcı X7 Qusar rayon torpaq şöbəsi tərəfindən verilmiş ## ###### 1998-ci il tarixli, JN-113, kod ******** nömrəli Dövlət Aktı əsasında ona məxsus olan, Qusar rayonunun Qalacıq kəndi ərazisində yerləşən 1,63 ha torpaq sahəsi X2 satılmışdır. Müqavilənin özündə həmin bağ və torpaq sahəsinin özgəninkiləşdirilməsinin predmeti olduğu, satış qiymətinin 9.600.000 manat təşkil etdiyi və müqavilənin Qusar Rayon Dövlət Notariat Kontorunun dövlət notariusu Y.R. Şəfiyeva tərəfindən təsdiq edilərək *Ə-*-*** nömrəli reyestrdə qeydə alındığı göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu sənəd hazırkı iş üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, iddiaçının təqdim etdiyi sənəddə istinad edilən reyestr məlumatı rəsmi Dövlət Notariat Arxivində onun adına və mübahisəli torpaq sahəsinə dair əqdlə təsdiqlənməmiş, əksinə, həmin reyestr nömrəsinin tamam başqa şəxslər olan X7 ilə X2 arasında, başqa əraziyə və başqa ölçüdə torpaq sahəsinə münasibətdə bağlanmış müqaviləyə aid olduğu müəyyən edilmişdir. Başqa sözlə, iddiaçının istinad etdiyi alqı-satqı müqaviləsinin notariat qeydiyyatı üzrə rəsmi arxiv mənbəyi onun təqdim etdiyi surətin məzmununu təsdiq etmir. Əksinə, rəsmi arxiv məlumatı həmin reyestr məlumatının başqa şəxslərə və başqa daşınmaz əmlaka aid olduğunu göstərir. Bu səbəbdən Kollegiya belə nəticəyə gəlir ki, iddiaçının təqdim etdiyi alqı-satqı müqaviləsinin notariat mənşəyi, rəsmi qeydiyyatı və həmin əqd əsasında hüququn ona keçməsi iş üzrə mötəbər rəsmi sübutlarla təsdiq olunmamışdır. Məhkəmə kollegiyası bu xüsusda iddiaçının məhkəməyə ## ##### 2005-ci il tarixli, 4Ə-1- *** reyestr nömrəli alqı-satqı müqaviləsinin surətini təqdim etməsini də nəzərə alır. (i.v 33) Bununla belə, iş üzrə əldə olunmuş rəsmi məlumatlar həmin müqavilənin notariat qeydiyyatını və arxiv mənşəyini təsdiq etmir, habelə mübahisəli torpaq sahəsi üzrə ilkin dövlət qeydiyyatının mövcudluğunu müəyyən etməyə imkan vermir. Kollegiyanın qənaətinə görə, bu hallar hazırkı mübahisənin həlli üçün kifayət etdiyindən, iddiaçının təqdim etdiyi müqavilə surətinin mənşəyi və həqiqiliyi ilə bağlı məhkəmə tərəfindən əlavə xüsusi araşdırma aparılmasına zərurət yoxdur. Çünki hazırkı işdə müəyyən edilməli olan məsələ həmin sənədin saxta və ya etibarsız olub-olmaması deyil, onun dövlət qeydiyyatının aparılması üçün kifayət edən mötəbər hüquqmüəyyənedici əsas təşkil edib-etməməsidir. İş üzrə müəyyən edilmiş hallara əsasən isə belə nəticəyə gəlmək mümkün deyildir. Bundan başqa, Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsinin ## ###### 2026-cı il tarixli məktubunda JN-382F, KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsinin aşkar edilmədiyi bildirilmişdir. “xxxx” MMC-nin ## ###### 2026-cı il tarixli məktubuna əsasən isə Mərkəzin arxivində həmin şəhadətnamənin arxiv nüsxəsi ilə yanaşı, onun tərtib edilməsinə əsas olmuş sənədlər, o cümlədən iddiaçının istinad etdiyi ## ##### 2005-ci il tarixli alqı-satqı müqaviləsi də aşkar edilməmişdir. Eyni məzmunlu nəticə cavabdeh publik hüquqi şəxsin ## ###### 2026-cı il tarixli məlumatında da ifadə edilmiş, həm xxxxnin, həm də * saylı Xaçmaz Ərazi İdarəsinin arxivində JN-***F nömrəli şəhadətnamənin və onun verilməsinə əsas olmuş sənədlərin olmadığı göstərilmişdir. Bundan əlavə, iş materiallarında həmin şəhadətnamənin elektron məlumat bazasında və X4 və Uçot İnformasiya Sistemində öz əksini tapmadığına dair məlumatlar da mövcuddur. Apellyasiya instansiyası məhkəməsinin əlavə sorğusuna verilmiş ## ###### 2026-cı il tarixli cavabdan da görünür ki, mübahisəli 0,12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət kimi hər hansı şəxsin adına qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Deməli, mübahisəli torpaq sahəsi üzrə iddiaçının hüququnun mənbəyi kimi çıxış edə biləcək əvvəlki dövlət qeydiyyatı da müəyyən olunmur. Nəzərə alınmalıdır ki, öhdəliyin icrası haqqında iddia üzrə cavabdeh inzibati orqanın üzərinə müəyyən hərəkətin edilməsi öhdəliyi yalnız iddiaçının həmin hərəkətin həyata keçirilməsini tələb etməyə subyektiv publik hüququnun mövcudluğu müəyyən edildikdə qoyula bilər. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələb edildikdə isə belə hüququn mövcudluğu və qeydiyyatın aparılması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi şərtlər mötəbər hüquqmüəyyənedici sənədlərlə təsdiqlənməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, belə mübahisələrdə təqdim olunmuş sənədin yalnız formal mövcudluğu həlledici deyildir. Sənədin mənşəyi, tərtibinə əsas olmuş hüquqi fakt, onu vermiş orqanın səlahiyyəti və həmin sənəddəki məlumatların iş üzrə digər rəsmi məlumatlarla uyğunluğu da qiymətləndirilməlidir. Xüsusilə sənədin mötəbərliyinə dair əsaslı şübhə yaradan obyektiv hallar mövcud olduqda, həmin hallar araşdırılmadan sənədin dövlət qeydiyyatının aparılması üçün kifayət edən hüquqi əsas kimi qəbul edilməsi mümkün deyildir. Bu baxımdan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsində 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktların, şəhadətnamələrin və qeydiyyat vəsiqələrinin dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutulması, təqdim edilən hər hansı kağız sənədin onun mənşəyi və verilmə əsası araşdırılmadan avtomatik olaraq qeydiyyata səbəb olması anlamına gəlmir. Təqdim edilən sənəd konkret daşınmaz əmlak üzərində konkret şəxsin hüququnun qanuni əsasla yarandığını mötəbər şəkildə təsdiq etməlidir. Məhkəmə kollegiyası “İnzibati icraat haqqında” Qanunun 19.1 və 19.2-ci maddələrinin qarşılıqlı əlaqəsini də nəzərə alır. Qanunun 19.1-ci maddəsi inzibati icraat zamanı təqdim edilmiş sənəd və dəlillərin, onların həqiqətə uyğun olmadığı sübuta yetirilmədikcə, mötəbər hesab edilməsini nəzərdə tutur. Bununla yanaşı, təqdim edilmiş sənəd və dəlillərin mötəbərliyinə əsaslı şübhələr yarandıqda inzibati orqanın onların mötəbərliyini müstəqil şəkildə araşdırması tələb olunur. Buna görə sənədin ilkin mötəbərliyi onun iş üzrə müəyyən edilmiş obyektiv ziddiyyətlərdən asılı olmayaraq təkzibedilməz sübut kimi qəbul edilməsi demək deyildir Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin mötəbərliyinə dair əsaslı şübhə yalnız JN-***F nömrəli şəhadətnamənin arxiv nüsxəsinin aşkar edilməməsi ilə şərtlənmir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının mülkiyyət hüququnun yaranmasına əsas kimi istinad etdiyi alqı-satqı müqaviləsinin notariat arxivində rəsmi əsası müəyyən edilməmiş, müvafiq reyestr məlumatları həmin müqavilənin iddiaçının adına rəsmiləşdirildiyini təsdiq etməmiş, əksinə, arxivdən təqdim edilmiş müqavilənin başqa şəxslər arasında və başqa daşınmaz əmlaka münasibətdə bağlandığı müəyyən olunmuşdur. Bununla yanaşı, JN-***F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsi və onun tərtibinə əsas olmuş sənədlər aidiyyəti arxivlərdə aşkar edilməmiş, həmin şəhadətnamə elektron uçot və kadastr məlumat sistemlərində də öz təsdiqini tapmamışdır. Eyni zamanda, mübahisəli torpaq sahəsi üzərində əvvəlki mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair hər hansı məlumat müəyyən edilməmişdir. Kollegiyanın qeyd etməyi zəruri hesab edir ki, göstərilən hallar ayrı-ayrılıqda deyil, qarşılıqlı əlaqədə və məcmu şəkildə qiymətləndirilməlidir. Bu baxımdan, söhbət yalnız sənədlərin arxivdə texniki səbəblərdən aşkar edilməməsindən deyil, iddiaçının istinad etdiyi hüququn yaranmasını və ona keçməsini təsdiq edən rəsmi hüquqi əsasların mövcudluğunun müəyyən edilməməsindən gedir. Buna görə də iş üzrə müəyyən edilmiş hallar təqdim olunmuş sənədlərin dövlət qeydiyyatının aparılması üçün kifayət qədər mötəbər hüquqmüəyyənedici əsas kimi qəbul edilməsinə imkan vermir. Kollegiyanın qənaətinə görə, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun bir şəxsdən digərinə keçməsinin dövlət qeydiyyatına alınması üçün həmin hüququn əvvəlki sahibdə mövcudluğu və sonradan iddiaçıya keçməsinin hüquqi əsası mötəbər rəsmi sənədlərlə təsdiq edilməlidir. Hazırkı işdə isə nə özgəninkiləşdirən şəxsin mübahisəli torpaq sahəsi üzərində ilkin qeydiyyata alınmış hüququ, nə də iddiaçının həmin hüququ əldə etməsinin əsası kimi istinad etdiyi notariat müqaviləsi rəsmi məlumatlarla təsdiq olunur. Bu baxımdan, iddiaçının müqavilənin notarius tərəfindən qeydiyyata alınmamasının onun təqsiri olmaması barədə apellyasiya dəlili də işin nəticəsini dəyişdirmir. Məhkəmə kollegiyası qəbul edir ki, şəxsin dövlət orqanlarının arxiv və uçot fəaliyyətində yol verilmiş nöqsanlara görə məsuliyyət daşıması yolverilməzdir. Lakin hazırkı işdə məsələ yalnız arxiv sənədinin itməsi və ya texniki qeydiyyat qüsuru ilə bağlı deyildir. Rəsmi arxiv məlumatları iddiaçının istinad etdiyi müqaviləni təsdiq etmir, müvafiq reyestr məlumatının başqa şəxslərə aid olduğu müəyyən edilir, eyni zamanda mübahisəli torpaq sahəsi üzrə ilkin dövlət qeydiyyatı da mövcud deyildir. Buna görə iddiaçının bu hallarda təqsirinin olmaması çatışmayan hüquqi əsası əvəz edə bilməz. Məhkəmə kollegiyası iddiaçının məhkəmənin təqdim edilmiş əqdi etibarlı hesab etmədiyi halda onun etibarsızlığının nəticələrini həll etməli və satıcını işə cəlb etməli olduğu barədə dəlilini də əsaslı saymır. Hazırkı inzibati mübahisənin predmeti alqı-satqı müqaviləsinin etibarsızlığının müəyyən edilməsi və ya onun mülki-hüquqi nəticələrinin tətbiqi deyildir. Kollegiya yalnız həmin sənədin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün kifayət edən mötəbər hüquqmüəyyənedici əsas olub-olmadığını qiymətləndirir. Bu səbəbdən əqdin digər tərəfinin işə cəlb edilməməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuzluğu üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, mübahisəli torpaq sahəsi üzərində hər hansı şəxsin mülkiyyət hüququnun əvvəlki dövlət qeydiyyatı müəyyən edilmədiyindən, həmin torpaq sahəsi barəsində sərəncam vermək, o cümlədən onu alqısatqı yolu ilə özgəninkiləşdirmək hüququnun mövcudluğu da hüquqi baxımdan mümkün deyil. İddiaçının torpaq sahəsinə 21 il ərzində sahiblik etməsi və ondan istifadə etməsi barədə dəlili də fərqli nəticəyə gəlməyə əsas vermir. Hazırkı iddianın predmeti faktiki istifadənin müstəqil hüquqi əsas kimi tanınması deyil, konkret alqı-satqı müqaviləsi və JN-***F nömrəli şəhadətnamə əsasında dövlət qeydiyyatının aparılmasıdır. Buna görə uzunmüddətli istifadə həmin sənədlərin hüquqi mənşəyi və mötəbərliyi ilə bağlı müəyyən edilmiş çatışmazlıqları aradan qaldırmır. Məhkəmə kollegiyası bu xüsusda nəzərə alır ki, hazırkı mübahisə öhdəliyin icrası haqqında iddia predmetini təşkil edir. Buna görə məhkəmənin vəzifəsi yalnız cavabdehin imtina məktubunda göstərdiyi səbəblərin əsaslılığını yoxlamaqla məhdudlaşmır. İddianın təmin edilməsi üçün iddiaçının tələb etdiyi konkret inzibati hərəkətin həyata keçirilməsini tələb etməyə subyektiv publik hüququnun mövcudluğu da müəyyən edilməlidir. Cavabdehin imtinasında göstərilən səbəblərdən hər hansı birinin kifayət qədər əsaslandırılmaması və ya sonradan aradan qalxması, digər zəruri hüquqi şərtlər mövcud olmadığı halda, dövlət qeydiyyatının aparılması öhdəliyinin yaranmasına səbəb olmur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə məhz hüququn yaranmasının ilkin və zəruri hüquqi əsası mövcud olmadığından torpaq sahəsinin texniki-kadastr xüsusiyyətləri üzrə daha geniş və xüsusi araşdırma aparılması mübahisənin həlli üçün zəruri deyildir. Torpaq sahəsinin faktiki yerləşməsi, dəqiq koordinatları, kommunikasiya xətlərinin mühafizə zolaqları ilə və ya digər torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi kimi məsələlər, prinsip etibarilə, yalnız qeydiyyata təqdim edilən hüququn mövcudluğu mötəbər hüquqmüəyyənedici sənədlərlə təsdiq edildikdən sonra qeydiyyatın texniki baxımdan mümkünlüyü kontekstində əhəmiyyət daşıya bilər. Hazırkı vəziyyətdə isə belə ilkin hüquqi əsasın olmadığı müəyyən edildiyindən, texniki xarakterli əlavə araşdırmaların nəticəsi iddiaçının qeydiyyat tələb etmək hüququnu yarada bilməz. Hətta torpaq sahəsinin naturada dəqiq müəyyən edilməsi, başqa torpaq sahələri ilə üstüstə düşməməsi və ya hər hansı məhdudiyyət zonasına düşməməsi müəyyən olunsa belə, bu hallar öz-özlüyündə həmin sahə üzərində iddiaçının mülkiyyət hüququnun kimdən, hansı hüquqi fakt əsasında və hansı etibarlı əqdlə yarandığını təsdiq etmir. Buna görə də Kollegiya işin məhz bu hissəsində əlavə xüsusi araşdırmaya prosessual zərurət görmür. Eyni səbəbdən, yuxarıda da qeyd edildiyi kimi iddiaçının təqdim etdiyi sənədlərin saxta olub-olmaması barədə qəti nəticəyə gəlinməsi də hazırkı inzibati mübahisənin həlli üçün tələb olunmur. Məhkəmənin həll etməli olduğu məsələ sənədlərin cinayət-hüquqi mənada saxtalığının müəyyənləşdirilməsi deyil, onların tələb olunan dövlət qeydiyyatı üçün kifayət qədər mötəbər hüquqmüəyyənedici əsas olub-olmamasıdır. Sənədin saxta olduğunun ayrıca sübuta yetirilməməsi onun avtomatik olaraq dövlət qeydiyyatına əsas verən sənədə çevrilməsi demək deyildir. Beləliklə, iş üzrə tədqiq edilmiş sübutların məcmusu göstərir ki, mübahisəli 0,12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericiliyin tələb etdiyi səviyyədə mötəbər, ardıcıl və kifayət edən hüquqi əsas müəyyən olunmur. İddiaçının istinad etdiyi alqı-satqı müqaviləsinin rəsmi notariat arxivində kökü aşkar edilməmiş, reyestr məlumatları həmin müqavilənin iddiaçı ilə bağlı olduğunu təsdiqləməmiş, JN-***F nömrəli şəhadətnamənin arxiv və elektron uçot mənbələrində qeydiyyatı tapılmamış, habelə torpaq sahəsi üzrə ilkin mülkiyyət qeydiyyatı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, daşınmaz əmlaka dair hüquqların dövlət tərəfindən tanınması və hüquqi nəticələr doğurması yalnız belə hüquqların mövcudluğuna dair iddia ilə deyil, eyni zamanda həmin hüququ təsdiq edən sənədlərin qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunması, aidiyyəti dövlət orqanlarının arxiv və informasiya sistemlərində rəsmiləşdirilməsi və hüquqi dövriyyəyə daxil edilməsi ilə şərtlənir və bu tələblərdən hər hansı birinin olmaması belə hüququn dövlət qeydiyyatına alınmasını mümkünsüz edir. Bu baxımdan, cavabdeh inzibati orqanın üzərinə yalnız formal olaraq təqdim edilmiş sənədi qəbul etmək deyil, həm də həmin sənədin hüquqi əsaslarını, etibarlılığını, mənbəyini və dövlət reyestrində saxlanılan məlumatlarla uyğunluğunu yoxlamaq və hüquqi ziddiyyətlər aşkar edildiyi halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmək vəzifəsi düşür ki, bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin məzmunundan birbaşa irəli gəlir. Bir sözlə, iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün hüquqi əsas mövcud deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar