Məhkəmə qərarları › İş №2-1(3-8)-1124/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1124/2026

24.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1124/2026 24.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-**/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI: ##.##.2018-ci il tarixli reyestr nömrəsi 308011028362-05301-******, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu Ceyranbatan qəsəbəsi Nizami küçəsi ** nömrəli evin * nömrəli mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzilin ##.##.2018-ci il tarixli 3398 inventar nömrəli texniki pasportunun surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli məktubu ilə 0.09 ha torpaq sahəsinə dair müayinə aktı, ortofoto xəritəsindən çıxarış, 308011028362-05301- ****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Elektron baza məlumatlarına əsasən torpaq sahəsinə aid DWG və DBF məlumatları aşkarlanmamışdır. Cavabdeh orqanın ##.##.2025-ci il tarixli *-**-*-**/*-R-****-*/** nömrəli məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir. Bundan əlavə sözügedən daşınmaz əmlak mənzil kimi qeydiyyata alınsa da, faktiki olaraq fərdi yaşayış evi olduğu aşkar edilmişdir. Əlavə olaraq bildirilir ki, fərdi yaşayış evinin qonşu ev ilə bir dam altında yerləşdiyi, Xaçmaz rayonu Niyazoba bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı əsasında müəyyən edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsindəki icraat Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı “mülkiyyətində olan Abşeron rayonu Ceyranbatan qəsəbəsi Nizami küçəsi ** nömrəli evin * nömrəli mənzilin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, adına çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh2 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, cavabdeh1 tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə iclasında cavabdeh cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəz edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu Ceyranbatan qəsəbəsi Nizami küçəsi ** nömrəli evin * nömrəli mənzilində qeydiyyatdadır. Mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və adına ##.##.2018-ci ildə ******* saylı RX seriyalı çıxarış və texniki pasport verilmişdir. Bu ev 1960-cı illərin tikilisi olmaqla 1 mərtəbəli 2 mənzili həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evləri üslubunda tikilərək vətəndaşların istifadəsinə verilmişdir və həmin vaxtdan da yaşayışçılar tərəfindən faktiki istifadə olunur. Evin tikintiallı sahəsi də nəzərə alınmaqla bu torpaq sahəsinin ümumi ölçüsü 0.09 ha təşkil edir. Mülkiyyətində olan mənzilin yerləşdiyi həyətyanı torpaq sahəsi üzərində də mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın, plan-ölçünün verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan imtina edərək hüquqmüəyyəncdici sənədin tərəfindən təqdim olunmadığını bildirmişdir. Cavabdehin bu imtinası tam əsassızdır. Qeyd olunan mənzil üzərində mülkiyyət hüquqları qeydə alınarkən həmin torpaq sahəsinin də evin ayrılmaz hissəsi olduğu müəyyən olunmuş, lakin torpaq sahəsi həmin vaxt çıxarışa daxil edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Aynur Axundova) ##.##.2026-cı il tarixli *-*(*-*)- **/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının ilkin hüquqmüəyyənedici sənədlərinin müəyyən edilməsi istiqamətində məhkəmə tərəfindən müvafiq araşdırma aparılmışdır. Məhkəmə sorğusu ilə təqdim edilmiş Azərbaycan ITB-nin * №-li sənaye kombinatının müdiriyyəti və həmkarlar təşkilatının birgə yığıncağının ##.##.1992-ci il tarixli, ** saylı protokoluna əsasən, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, ev 10, mənzil 1 İddiaçı verilmişdir. Həmçinin, İddiaçı adına *** saylı ##.##.1993-cü il tarixli order verilmişdir. Müayinə aktında faktiki torpaq sahəsinin 0.084 ha olduğu qeyd edilsə də, qeyd edilən torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədin mövcudluğu müəyyən edilməmişdir. Qanunvericiliklə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasının əsasları müəyyən edilmişdir. Iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün sadalanan əsaslardan hər hansı biri müəyyən edilməmişdir. Beləliklə, iddia edilən torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu təsdiq edən qanunvericiliyin tələblərinə uyğun hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Qeyd edilənlər cavabdeh inzibati orqanın hərəkətləri və imtinasının əsaslı olduğunu göstərir. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu Ceyranbatan qəsəbəsi Nizami küçəsi ** nömrəli evin * nömrəli mənzilində qeydiyyatdadır və uzun illərdir orada yaşayır. Bu mənzil üzərində mülkiyyət hüquqlarım daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ##.##.2018-ci il tarixdə adına RX seriyalı ******* saylı çıxarış və texniki pasport verilmişdir. Mənzilə olan mülkiyyət hüququ heç bir şəxs, o cümlədən cavabdeh tərəfindən mübahisələndirilmir. Mübahisə predmeti olan tikili adi çoxmərtəbəli yaşayış binası deyil. Bu ev keçən əsrin 60-cı illərində, bir mərtəbəli, iki mənzilli, hər mənzilə ayrıca həyətyanı torpaq sahəsi düşməklə, fərdi yaşayış evləri üslubunda tikilərək vətəndaşların istifadəsinə verilmişdir. Həmin vaxtdan bu günədək sakinlər həyətyanı torpaq sahəsindən fasiləsiz, açıq və heç kimin etirazı ilə qarşılaşmadan istifadə edirlər. Evin tikinti altındakı sahəsi də nəzərə alınmaqla istifadəsində olan torpaq sahəsinin ümumi ölçüsü 0,09 ha təşkil edir. Tikilinin fərdi yaşayış evi olmasını cavabdeh özü də etiraf edir. Cavabdeh etirazında açıq şəkildə bildirmişdir ki, aparılan araşdırma zamanı sözügedən daşınmaz əmlak mənzil kimi qeydiyyata alınsa da, faktiki olaraq fərdi yaşayış evidir. Lakin cavabdeh bu faktdan onun xeyrinə deyil, əleyhinə nəticə çıxarmışdır. Halbukı məhz fərdi yaşayış evi statusu həyətyanı torpaq sahəsinin mövcudluğunu şərtləndirir və onun ev ilə vahid bütöv təşkil etməsini göstərir. Mülkiyyətində olan mənzilin yerləşdiyi həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh ona imtina cavabı vermiş və imtinasını yeganə bir arqumentlə əsaslandırmışdır ki, guya torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd tərəfindən təqdim olunmamışdır. Başqa heç bir əsas göstərilməmişdir. Bu arqument iş üzrə aparılan məhkəmə araşdırması ilə təkzib edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, Azərbaycan ITB-nin * №-li sənaye protokoluna əsasən Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, ev 10, mənzil 1 ona verilmişdir. Bundan əlavə, adına ##.##.1993-cü il tarixli, *** saylı order verilmişdir. Yəni hüquqmüəyyənedici sənədlər mövcuddur, dövlət orqanının özünün arxivindədir və məhkəməyə təqdim olunmuşdur. Məhkəmə bu sənədlərin mövcudluğunu qərarında qeyd etmiş, lakin onlara heç bir hüquqi qiymət verməmişdir. Torpaq sahəsinin özünün mövcudluğu, yerləşdiyi yer və ölçüsü də iş üzrə mübahisəsizdir. Cavabdehin * saylı Abşeron Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli məktubu ilə məhkəməyə torpaq sahəsinə dair müayinə aktı, ortofoto xəritəsindən çıxarış və digər sənədlər təqdim edilmişdir. Müayinə aktı ilə faktiki torpaq sahəsinin 0,084 ha olduğu rəsmən müəyyən edilmişdir. Beləliklə, mübahisə torpağın olub-olmaması və ya ölçüsü ətrafında deyil, yalnız onun sənədləşdirilməsindən imtinanın qanuniliyi ətrafındadır. Cavabdehin mövqeyi öz-özü ilə ziddiyyət təşkil edir. Eyni 1992ci il tarixli protokol və 1993-cü il tarixli order əsasında cavabdeh 2018-ci ildə onun mülkiyyət hüququnu qeydə almış və adına çıxarış vermişdir. Indi isə eyni sənədləri hüquqmüəyyənedici sənəd saymır. Bir dövlət orqanının eyni sənədlərə səkkiz il ərzində iki bir-birinə zidd qiymət verməsi vətəndaşın hüquqi təhlükəsizliyi ilə bir araya sığmır. Məhkəmə həmçinin qeyd etmişdir ki, elektron baza məlumatlarına əsasən torpaq sahəsinə aid DWG və DBF məlumatları aşkarlanmamışdır. Bu hal onun əleyhinə istifadə oluna bilməz. Elektron bazanın formalaşdırılması, kadastr məlumatlarının tamlığının təmin edilməsi, mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması vətəndaşın deyil, məhz cavabdeh inzibati orqanın qanuni vəzifəsidir. Inzibati orqanın öz vəzifəsini icra etməməsi vətəndaşın mülkiyyət hüququnun tanınmasından imtinaya bəraət qazandıra bilməz. Mənzil üzərində mülkiyyət hüquqları qeydə alınarkən həmin torpaq sahəsinin də evin ayrılmaz hissəsi olduğu müəyyən olunmuş, lakin torpaq sahəsi həmin vaxt çıxarışa daxil edilməmişdir. Bu nöqsan onun deyil, qeydiyyat orqanının nöqsanıdır və indi məhz onun aradan qaldırılmasını tələb edir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymış, ilkin olaraq inzibati orqana müraciət etdiyini və imtina aldıqdan sonra məhkəməyə üz tutduğunu müəyyən etmişdir. Lakin işin mahiyyəti üzrə məhkəmə mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını yarımçıq və seçici şəkildə tətbiq etmiş, onun əsas dəlillərini ümumiyyətlə müzakirə etməmişdir. Bu isə qərarı həm qanuni, həm də əsaslı olmaqdan məhrum edir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsin və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin rədd edilməsini xahiş etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \o "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Icra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları" \t "_blank" müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \o "şəhər (rayon) icra hakimiyyəti orqanları" \t "_blank" müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı mülkiyyətində olan Abşeron rayonu Ceyranbatan qəsəbəsi Nizami küçəsi ** nömrəli evin * nömrəli mənzilin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını, adına çıxarış və plan-ölçü sənədinin verilməsini tələb etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyi əsas götürülməklə qeydiyyatdan imtina edilmişdir. Hazırkı iş üzrə iddiaçının adına ##.##.2018-ci il tarixdə mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, həmçinin ##.##.2018-ci il tarixli texniki pasport mövcud olmuşdur. Bundan başqa, Azərbaycan ITB-nin * saylı sənaye kombinatının müdiriyyəti və həmkarlar təşkilatının birgə yığıncağının ##.##.1992-ci il tarixli, ** saylı protokolundan və ##.##.1993-cü il tarixli *** saylı orderdən müəyyən olunur ki, iddiaçıya yalnız Abşeron rayonu Ceyranbatan qəsəbəsi Nizami küçəsi ** nömrəli evin * nömrəli mənzili verilmişdir. Lakin həmin sənədlər mənzilin həyətyanı sahəsi kimi iddiaçıya mübahisəli 0,09 ha torpaq sahəsi ayrılmasını təsdiq etmir. Bu səbəbdən mübahisəli torpaq sahəsi iddiaçının qanuni istifadəsində və sahibliyində deyildir, həmin sənədlər torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranmasını təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə tərəfindən sorğu əsasında əldə edilmiş sənədlər və müayinə aktı araşdırılarkən faktiki istifadə olunan torpaq sahəsinin mövcudluğu müəyyən edilsə də, həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Bu hal isə torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri hüquqi əsasın mövcud olmadığını göstərir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün həmin hüquqların əmələ gəlməsini təsdiq edən müəyyən sənədlər əsas hesab olunur. Iddiaçı tərəfindən isə həmin qanunda nəzərdə tutulan sənədlərdən hər hansı biri təqdim edilməmiş və iş materiallarında da onun 0,09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasına əsas verən belə bir sənəd müəyyən olunmamışdır. Bu baxımdan, yalnız həmin torpaq sahəsindən uzun müddət faktiki istifadə edilməsi və onun üzərində mənzilin yerləşməsi torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün kifayət edən hüquqi əsas kimi qəbul edilə bilməz. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Eyni zamanda, Qanunun 9.1-ci maddəsindən irəli gəldiyi kimi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı zamanı təqdim edilmiş sənədlərdəki məlumatların dövlət reyestrində saxlanılan məlumatlara uyğunluğu, bəyan olunan hüquqlarla artıq qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin olub-olmaması və təqdim edilmiş sənədlərin qanunla müəyyən edilmiş tələblərə cavab verib-verməməsi yoxlanılmalıdır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması həmin mənzilin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun da avtomatik olaraq iddiaçıya məxsus olmasını təsdiq etmir. Torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatına alınması üçün ayrıca hüquqi əsas mövcud olmalı və həmin hüququ təsdiq edən sənəd qanunvericiliyin tələblərinə cavab verməlidir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları hərtərəfli və obyektiv araşdırmış, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə müəyyən edilmiş hüquqmüəyyənedici sənədin mövcud olmadığını düzgün müəyyən etmiş və bu əsasla iddianın təmin edilməməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin bu nəticəsini təkzib etmir və iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasını təsdiq edən yeni hüquqi əsas müəyyən etmir. Bununla da müəyyən edilir ki, iddiaçının torpaq üzərində mülkiyyət hüququnun qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsas yoxdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“Inzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci mad.). Birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar