Məhkəmə qərarları › İş №2-1(3-8)-1125/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1125/2026

21.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1125/2026 21.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci il tarixdən hal-hazıradək N №-li hərbi hissədə mülki şəxs kimi radio-mexanik vəzifəsində işləyir. 44 günlük Vətən Müharibəsi dövrü ##.##.2020-ci il tarixdən-##.##.20202-ci il tarixədək N №-li hərbi hissənin döyüş vaxtı sıradan çıxmış hərbi texnikalarının rabitə sistemlərinin bərpa və təmir olunması və yenidən döyüşə hazır vəziyyətə gətirilməsi ilə məşğul olmuşdur. Lakin “müharibə veteram” adı verilməmişdir. ##.##.2025-ci il tarixdə mən cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək “müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsində köməklik göstərilməsini (qərar verilməsini) xahiş etmişdir. Lakin müraciəti bu günə qədər cavablandırılmamışdır. Müraciətin cavablandırılmamasını imtina kimi qiymətləndirir. İddiaçı AR Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı,silahh qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı İddiaçı, ərizəsində ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı N nömrəli hərbi hissəyə ezam olunmaqla döyüş əməliyyatlarında iştirak etdiyini bildirərək ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulmasından ibarətdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10 və 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının ## ######## 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, habelə ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasın, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks- kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi və ya hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsidir. Döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmə dedikdə şəxsin Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının ## ######## 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat üzrə tapşırıqları icra etməsi nəzərdə tutulur. Hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmə dedikdə şəxsin vəzifəsinə uyğun olaraq ixtisas bilik, bacarıqları və səlahiyyətləri çərçivəsində döyüş əməliyyatlarında iştirak edən bölmələrə döyüş təminatı ilə əlaqədar məlumatların ötürülməsi, əməliyyatların planlaşdırılması və idarə edilməsi nəzərdə tutulur. Şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının ## ######## 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi; Hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində digər ərazilərdə əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Bu əsasnamənin birinci hissəsinin 8-ci, 9-cu və 10-cu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Bununla yanaşı, Əsasnamənin 1-ci hissəsinin 9-cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya”nın ##.##.2024-cü il tarixli 3-252/2-Ə-7730- 20/2024 məktubundan görünür ki, iddiaçı İddiaçı barəsində təqdim edilmiş sənədlərdə onun döyüş əməliyyatları aparılan dövürdə ezam olunduğu ərazilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə və bilavasitə döyüş əməliyyatlarında iştirak etmədiyinə görə İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İddiaçı İddiaçı barəsində tərtib edilmiş arayış-məlumatdan görünür ki, İddiaçı ##.##.2020ci il tarixdən ##.##.2020-ci il tarixədək döyüş əməliyyatları zamanı ezam olunduğu ərazilər Beyləqan rayonunun Daşbrun qəsəbəsi və Füzuli rayonunun Kürdmahmudlu kəndi olmuşdur. Qeyd olunanlardan aydın olur ki, İddiaçı İddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı ezam olunduğu ərazilər Əsasnamədə göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə ona “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” üçün sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Hörmətli məhkəmə, hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-13.2 və 17). Azərbaycan Respublikası İPMnin 1.2-ci maddəsindən və MPM-nin 81-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Məhkəmə sorğusuna cavab olaraq Cavabdeh Şəxsi Heyət Baş İdarəsinin ##.##.2026-cı il tarixli məktubu ilə inzibati icraat materiallarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş əməliyyatlarında iştirak etmək, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi həyata keçirmək, döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların (döyüş təminatı, mənəvi-psixoloji təminat, madditexniki təminat və tibbi təminat) yerinə yetirilməsi üçün ezam olunmuş mülki şəxs barədə arayış-məlumatdan görünür ki, İddiaçı: “Rütbəsi: yoxdur Vəzifəsi: radiomexanik Döyüş əməliyatları aparılan zaman (27.09.-##.##.2020-ci il tarixlərdə) İşlədiyi hərbi hissə (müəssisə): N №-li hərbi hissə Rütbəsi: yoxdur Vəzifəsi: radiomexanik İşlədiyi hərbi hissədən ezam olunma və qayıtma (tarixlər və əmrin nömrələri göstərilməklə): N №-li hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** №-li əmri ilə ezsm olunub, 20.rj.2020-ci il tarixli *** №-li əmri ilə qayıdıb Ezam olunduğu hərbi hissə: N №-li hərbi hissə Ezam olunduğu hərbi hissələrə daxil olması və çıxması (nizami hissə üzrə əmrlərin nömrələri və tarixləri): N №-li hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** №-li ilə daxil olub, ##.##.2020-ci il tarixli *** №-li əmri ilə çıxıb. Ezamiyyət vəsiqəsində aparılan qeydlər (hərbi hissələr, daxil olması və çıxması tarixləri göstərilməklə); N №-li hərbi hissəyə ##.##.2020-ci il tarixdə daxil olub, ##.##.2020ci il tarixdə çıxıb) Ezam olunmasının səbəbi və məqsədi, həmin dövrdə hansı fəaliyyət növü ilə məsğul olub (təfsilatı məlumat verilsin): “ Beyləqan rayonu Daşburun qəsəbəsində. Füzuli rayonu Kürdmahmudlu kəndində sıradan çıxmış rabitə vasitələrinin və avadanlıqların təmiri, bərpası üzrə tapşırıqları yerinə yetirmişdir. Hansı ərazilərə ezam olunub (ezamiyyət vəsiqəsi əsasında Beyləqan rayonu (Daşburun qəsəbəsi), Füzuli rayonu (Kürdmahmudlu kəndi) Xəsarət (yaralanma, travma, kontuziya) alma tarixi: Xəsarət almayıb Xəsarət (yaralanma, travma, kontuziya) aldığı ərazi: Xəsarət almayıb Xəsarət (yaralanma, travma, kontuziya) üzrə məlumat (diaqnoz): Xəsarət almayıb İşdən azad olması (nizami hissə üzrə əmrin nömrəsi və tarixi): olunmayıb Göndərildiyi SHXÇDX-nin idarəsinin, şöbəsinin (bölməsinin) adr. Göndərilməyib Döyüşlərdə iştirakına görə təltifləri (tarix və adı): Təltif edilməyib.” N saylı hərbi hissə komandirinin ## #### 2007-ci il tarixli 153 №li əmrindən çıxarışa əsasən X1 ## #### 2007-ci il tarixdən radiorabitə vasitələrinin təmiri sexinə 1 ay sınaq müddəti ilə 3-cü dərəcəli radimexanik peşəsinə işə qəbul edilmişdir. N saylı hərbi hissə komandirinin ## ####### 2020-ci il tarixli *** saylı əmrindən çıxarışa əsasən İddiaçı N №li hərbi hissə komandirinin 163/18 №li teleqramı əsasında ## ####### 2020-ci il tarixdən getmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, 270 №li əmrindən çıxarışa əsasən İddiaçı ## ####### 2020-ci il tarixdən gəlmiş və vəzifəsinin icrasına başlamış hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin ## ####### 2020-ci il tarixli 283 №li əmrindən çıxarışa əsasən N nömrəli hərbi hissənin mülki işçisi ## ####### 2020-ci il tarixdən ##.##.2020-ci il tarixli 926 №li ezamiyyət vəsiqəsinə əsasən ezamiyyətə gəlmiş hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin ## ####### 2020-ci il tarixli 302 №li əmrindən çıxarışa əsasən İddiaçı ## ####### 2020-ci il tarixdən ezamiyyətdən getmiş hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin may 2024-cü il tarixli ** saylı arayışında qeyd edilmişdir ki, İddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə ezam gəlmiş və N nömrəli hərbi hissənin tərkibində ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Beyləqan rayonu Daşburun qəsəbəsində, Füzuli rayonu Kürdmahmudlu kəndində sıradan çıxmış rabitə vasitələrinin və avadanlıqlarının təmiri, bərpası üzrə tapşırıqları yerinə yetirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ezam olunduğu ərazilər Beyləqan rayonu Daşburun qəsəbəsində, Füzuli rayonu Kürdmahmudlu kəndi olmuşdur. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparılan işğal altında olmuş ərazilərdə iştirak etməsi müəyyən olunmur. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi onun tələbinin rədd edilməsi barədə nəticəyə gələrkən işin faktiki hallarını və təqdim edilmiş sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, məhkəmə qərarında iddiaçının ezam olunduğu ərazilərin Beyləqan rayonunun Daşburun qəsəbəsi və Füzuli rayonunun Kürdmahmudlu kəndi olduğu, həmin ərazilərin isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparılan işğal altında olmuş ərazilərdə yerləşmədiyi əsas kimi göstərilmişdir. Lakin onun ezam olunduğu N nömrəli hərbi hissə Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.2021-ci il tarixli, *** nömrəli əmri ilə 44 günlük Vətən müharibəsi dövründə döyüş əməliyyatlarına cəlb olunmuş hərbi hissələr sırasında müəyyən edilmiş, həmin hərbi hissənin şəxsi heyətinə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Həmçinin bildirir ki, N nömrəli hərbi hissədə ezamiyyətdə olduğu müddətdə həyata keçirdiyi fəaliyyət həmin hərbi hissənin apardığı döyüş əməliyyatlarının maddi-texniki təminatı ilə bilavasitə əlaqəli olmuşdur. O, döyüş əməliyyatları zamanı sıradan çıxmış rabitə vasitələrinin və digər texnikanın döyüş meydanında və ya döyüş meydanından çıxarılmaqla bərpa və təmir edilməsi işlərini yerinə yetirmişdir. Qeyd edir ki, bu fəaliyyət döyüş əməliyyatlarının maddi-texniki təminatının tərkib hissəsi olmaqla, müharibə veteranı adının verilməsi üçün nəzərdə tutulmuş fəaliyyət növlərindən hesab edilməlidir.Həmçinin qeyd edir ki, onun N nömrəli hərbi hissədə yerinə yetirdiyi fəaliyyət döyüş əməliyyatlarının təminatı ilə bağlı olmuş və birinci instansiya məhkəməsi həmin fəaliyyətin xarakterinə lazımi hüquqi qiymət verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə": 1-ci bölməsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 2-ci bəndinə əsasən bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi (-) 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası təşkil edir. İddiaçının hüquqi marağı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqanın mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ## ####### 2020-ci il tarixdən ## ####### 2020-ci il tarixədək N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə ezam olunsa da, iş materiallarında olan rəsmi sənədlərlə onun həmin müddətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə göstərilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə olması və həmin ərazilərdə döyüş əməliyyatlarında bilavasitə iştirak etməsi, yaxud döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi təsdiq edilmir. Əksinə, iddiaçının ezamiyyətdə olduğu dövrdə fəaliyyət göstərdiyi yerlər kimi Beyləqan rayonunun Daşburun qəsəbəsi və Füzuli rayonunun Kürdmahmudlu kəndi göstərilmişdir. Birinci instansiya məhkəməsi də məhz iş üzrə müəyyən edilmiş həmin faktiki halları əsas götürərək iddianı təmin etməmiş, iddiaçının ezam olunduğu Beyləqan rayonunun Daşburun qəsəbəsinin və Füzuli rayonunun Kürdmahmudlu kəndinin müharibə veteranı adının verilməsi baxımından Əsasnamədə müəyyən edilmiş ərazi meyarına uyğun gəlmədiyi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi hüquqi nəticə ilə razılaşır. Bununla yanaşı, apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla, mübahisənin düzgün həlli üçün iddiaçının N nömrəli hərbi hissəyə ezam olunması faktı, həmin hərbi hissənin döyüş əməliyyatlarına cəlb olunması barədə dəlil, iddiaçının yerinə yetirdiyi işlərin xarakteri və həmin işlərin faktiki olaraq hansı ərazilərdə icra edilməsi qarşılıqlı əlaqədə qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları hesab edilir, həmin şəxslərin kateqoriyalarının, döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin müəyyən edilməsi isə Nazirlər Kabinetinə həvalə olunmuşdur. Bu səlahiyyət əsasında qəbul edilmiş *** nömrəli Qərarla təsdiq edilmiş Əsasnamə müharibə veteranı adının verilməsi üçün konkret faktiki və hüquqi meyarlar müəyyən etmişdir. Həmin meyarların məzmunundan görünür ki, 2020-ci il ########ın ##-dən noyabrın 10-dək aparılmış döyüş əməliyyatları ilə əlaqədar müharibə veteranı adının verilməsi yalnız şəxsin müharibə dövründə hərbi hissədə xidmət etməsi və ya işləməsi faktı ilə şərtlənmir. Qanunvericilik şəxsin hansı kateqoriyaya aid olmasını, hansı ərazidə fəaliyyət göstərməsini və konkret olaraq döyüş əməliyyatlarında hansı formada iştirak etməsini və ya həmin əməliyyatların təminatı üzrə hansı tapşırıqları yerinə yetirməsini birlikdə əhəmiyyətli hesab edir. Başqa sözlə, hərbi hissənin ümumilikdə döyüş əməliyyatlarına cəlb olunması həmin hərbi hissənin tərkibində olan və ya ora ezam edilən bütün şəxslərə birbaşa olaraq müharibə veteranı statusu verilməsi nəticəsini doğurmur. Hər bir şəxsin statusu onun özünün faktiki fəaliyyəti, fəaliyyət göstərdiyi ərazi və həmin fəaliyyətin Əsasnamədə nəzərdə tutulan hallardan birinə uyğun olub-olmaması əsasında fərdi qaydada müəyyən edilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı ## #### 2007-ci il tarixdən N nömrəli hərbi hissədə radiorabitə vasitələrinin təmiri sexində radiomexanik peşəsində mülki işçi kimi çalışmışdır. N nömrəli hərbi hissə komandirinin ## ####### 2020-ci il tarixli *** nömrəli əmri ilə iddiaçı ezamiyyətə getmiş, ## ####### 2020-ci il tarixli *** nömrəli əmri ilə ezamiyyətdən qayıdaraq öz vəzifəsinin icrasına başlamış hesab edilmişdir. Eyni zamanda N nömrəli hərbi hissə komandirinin ## ####### 2020-ci il tarixli *** nömrəli əmrindən iddiaçının ## ####### 2020-ci il tarixdən həmin hərbi hissəyə ezamiyyətə gəldiyi, ## ####### 2020-ci il tarixli *** nömrəli əmrdən isə həmin tarixdə ezamiyyətdən getdiyi görünür. Beləliklə, iddiaçının Vətən müharibəsi dövründə N nömrəli hərbi hissəyə ezam olunması faktı iş üzrə mübahisə doğurmur. Kollegiya nəzərə alır ki, mübahisənin həlli üçün yalnız ezam olunma faktının müəyyən edilməsi kifayət deyildir. Belə ki, N nömrəli hərbi hissə komandirinin iş materiallarında olan ** nömrəli arayışında iddiaçının ## ####### 2020-ci il tarixdən ## ####### 2020-ci il tarixədək Beyləqan rayonunun Daşburun qəsəbəsində və Füzuli rayonunun Kürdmahmudlu kəndində sıradan çıxmış rabitə vasitələrinin və avadanlıqların təmiri və bərpası üzrə tapşırıqları yerinə yetirdiyi konkret şəkildə göstərilmişdir. İddiaçı barəsində tərtib edilmiş arayış-məlumatda da eyni ərazilər qeyd olunmuşdur. Məhkəmə kollegiyası iddiaçının yerinə yetirdiyi rabitə vasitələrinin və avadanlıqların təmiri və bərpası işlərinin hərbi hissənin fəaliyyəti, o cümlədən döyüş şəraitində madditexniki və rabitə təminatı ilə əlaqəli ola biləcəyini nəzərə alır. Bununla belə, işin hüquqi nəticəsi üçün bu fəaliyyətin ümumi xarakterindən daha çox, həmin fəaliyyətin Əsasnamədə müəyyən edilən ərazi və iştirak meyarları daxilində həyata keçirilibkeçirilməməsi həlledici əhəmiyyət daşıyır. Əsasnamədə ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin əraziləri, habelə Füzuli və Ağdam rayonlarının ## ######## 2020-ci il tarixinədək işğal altında olmuş əraziləri xüsusi olaraq göstərilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi və iş materiallarındakı rəsmi sənədlərlə təsdiq olunan hallara görə, iddiaçının fəaliyyət göstərdiyi Daşburun qəsəbəsi və Kürdmahmudlu kəndi həmin ərazi meyarına uyğun gəlmir. Bu baxımdan, iddiaçının Füzuli rayonunun inzibati ərazisində fəaliyyət göstərməsi özlüyündə Əsasnamənin tələbini ödəmir. Çünki əsasnamə Füzuli rayonunun bütün ərazisini deyil, məhz ## ######## 2020-ci il tarixinədək işğal altında olmuş ərazilərini nəzərdə tutur. İş üzrə müəyyən edilmiş Kürdmahmudlu kəndinin isə bu meyara cavab verdiyini təsdiq edən hər hansı rəsmi sənəd mövcud deyildir. Beyləqan rayonunun Daşburun qəsəbəsi isə Əsasnamədə sadalanan ərazilər sırasında ümumiyyətlə göstərilməmişdir. Kollegiya apellyasiya şikayətində N nömrəli hərbi hissənin Azərbaycan Respublikası Müdafiə Nazirinin ## #### 2021-ci il tarixli *** nömrəli əmri ilə Vətən müharibəsi dövründə döyüş əməliyyatlarına cəlb olunmuş hərbi hissələr sırasında müəyyən edildiyi barədə dəlilə də münasibət bildirərək qeyd edir ki, həmin hal, hətta mövcudluğu qəbul edilsə belə, iddiaçının fərdi qaydada Əsasnamənin tələblərinə cavab verdiyini təsdiq etmir. Hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi ilə həmin hissəyə ezam olunmuş mülki işçinin konkret olaraq hansı ərazidə və hansı tapşırığı yerinə yetirməsi eyni hüquqi məzmun daşımır. Hərbi hissə döyüş əməliyyatlarının aparıldığı müxtəlif istiqamətlərdə fəaliyyət göstərə, eyni zamanda onun müəyyən struktur və təminat fəaliyyəti döyüş bölgəsindən kənar ərazilərdə həyata keçirilə bilər. Buna görə də şəxsin döyüş əməliyyatlarına cəlb edilmiş hərbi hissəyə ezam olunması, əlavə olaraq onun özünün Əsasnamədə nəzərdə tutulmuş döyüş əməliyyatları aparılan ərazidə fəaliyyət göstərməsinin və ya qanunvericilikdə ayrıca nəzərdə tutulmuş formada döyüş əməliyyatlarında iştirakının sübut edilməsini aradan qaldırmır. İddiaçı apellyasiya şikayətində sıradan çıxmış rabitə vasitələrinin və digər texnikanın döyüş meydanında və ya döyüş meydanından çıxarılmaqla təmir edildiyini bildirsə də, iş materiallarında olan əmrlər, ezamiyyət sənədləri və hərbi hissənin arayışı onun faktiki fəaliyyət yerlərini Daşburun qəsəbəsi və Kürdmahmudlu kəndi kimi müəyyən edir. İddiaçının Əsasnamədə göstərilən digər döyüş ərazilərinə daxil olmasını və orada bilavasitə tapşırıq yerinə yetirməsini təsdiq edən əmr, arayış, ezamiyyət qeydi və ya başqa rəsmi sənəd iş materiallarında mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsi baxımından iş materiallarında olan həmin sənədlərin həqiqiliyi mübahisələndirilmədiyindən onlar mötəbər sübutlar kimi qiymətləndirilməlidir. Bununla yanaşı, sübutun mötəbər olması ilə onun iddiaçının tələb etdiyi hüquqi nəticəni təsdiq etməsi fərqli məsələlərdir. Hazırkı işdə rəsmi sənədlər iddiaçının ezam olunmasını və rabitə avadanlıqlarının təmirini təsdiq etsə də, eyni sənədlər həmin fəaliyyətin məhz Əsasnamədə göstərilən döyüş əməliyyatları ərazilərində həyata keçirildiyini təsdiq etmir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən məcburetmə haqqında iddialar üzrə arzulanan inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı işdə iddiaçı N nömrəli hərbi hissəyə ezam olunmasını və orada müəyyən təminat xarakterli tapşırıqlar yerinə yetirməsini sübut etsə də, müharibə veteranı adının verilməsi üçün zəruri olan ərazi və iştirak şərtinin mövcudluğunu təsdiq edən yetərli sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2007-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyi də nəzərə alır. Belə ki, həmin hüquqi mövqeyə görə, müharibə veteranı adı ilə bağlı mübahisələrdə şəxsin döyüş zonasında olması və hansı statusda çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının konkret faktlar və sübutlar əsasında müəyyən edilməsi vacibdir. Bu yanaşma şəxsin yalnız hərbi hissə ilə təşkilati əlaqəsinin deyil, onun faktiki fəaliyyətinin araşdırılmasını tələb edir. Hazırkı işdə də iddiaçının N nömrəli hərbi hissə ilə təşkilati əlaqəsi və həmin hissəyə ezam olunması mübahisəsiz olsa da, onun fəaliyyətinin rəsmi sənədlərlə müəyyən edilən coğrafi sərhədləri Əsasnamədə nəzərdə tutulan döyüş əraziləri ilə üst-üstə düşmür. Buna görə də təkcə rabitə vasitələrinin təmirinin döyüş əməliyyatlarının təminatına xidmət etməsi barədə dəlil, ərazi meyarı mövcud olmadığı halda, müharibə veteranı adının verilməsi üçün kifayət edən hüquqi əsas yarada bilməz. Apellyasiya şikayətində N nömrəli hərbi hissənin digər şəxsi heyətinə müharibə veteranı adı və vəsiqəsi verildiyinin göstərilməsi də fərqli nəticəyə gəlməyə əsas vermir. Belə ki, müharibə veteranı statusu kollektiv qaydada yalnız hərbi hissəyə mənsubiyyətə görə deyil, hər bir şəxsin qanunvericiliklə müəyyən olunmuş şərtlərə uyğunluğu əsasında verilir. Digər şəxslərin hansı ərazidə olması, hansı tapşırıqları yerinə yetirməsi və hansı sənədlər əsasında veteran statusu alması hazırkı işin materialları ilə müəyyən edilmədiyindən, həmin şəxslərlə iddiaçının faktiki və hüquqi vəziyyətinin eyni olduğu nəticəsinə gəlmək mümkün deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin iddiaçının fəaliyyət göstərdiyi ərazilərə əsaslanması işin yalnız formal coğrafi qiymətləndirilməsi kimi qəbul edilə bilməz. Ərazi meyarı mübahisəyə tətbiq edilən Əsasnamənin birbaşa müəyyən etdiyi hüquqi şərtdir və məhkəmə həmin şərti qanunvericilikdə nəzərdə tutulmayan qaydada genişləndirə bilməz. Əks yanaşma Əsasnamədə döyüş əməliyyatlarının aparıldığı ərazilərin ayrıca və konkret şəkildə müəyyən edilməsinin hüquqi əhəmiyyətini aradan qaldırmış olardı. Bu səbəbdən, iddiaçının yerinə yetirdiyi işlərin Vətən müharibəsi dövründə hərbi hissənin fəaliyyətinə faydalı olması və həmin işlərin döyüş texnikasının və rabitə vasitələrinin işlək vəziyyətdə saxlanılmasına xidmət etməsi onun əməyinin əhəmiyyətini azaltmasa da, məhkəmə tərəfindən həll edilməli olan məsələ həmin fəaliyyətin mənəvi və ya faktiki əhəmiyyəti deyil, qanunvericiliklə müharibə veteranı adının verilməsi üçün müəyyən edilmiş konkret şərtlərin mövcud olub-olmamasıdır. İş materialları isə bu şərtlərin hamısının iddiaçıya münasibətdə mövcudluğunu təsdiq etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ## ####### 2020-ci il tarixdən ## ####### 2020-ci il tarixədək N nömrəli hərbi hissəyə ezam olunması və Daşburun qəsəbəsində, eləcə də Kürdmahmudlu kəndində rabitə vasitələrinin və avadanlıqların təmiri və bərpası üzrə tapşırıqları yerinə yetirməsi sübuta yetirilsə də, onun Əsasnamədə müəyyən edilmiş döyüş əməliyyatları aparılan ərazilərdə bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi və ya həmin ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi təsdiq olunmamışdır. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, işin qeyd olunan xüsusatlarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar