Məhkəmə qərarları › İş №2-1(3-8)-1126/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-1126/2026

24.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1126/2026 24.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Icbari Sığorta Məsələləri üzrə Mərkəzi filialına qarşı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının ##.##.2004-cü il tarixli ***-IIQ nömrəli Qanununun 20.11-ci və 20.12-ci bəndlərində göstərilmiş normaya əsasən iddiaçının şəhid olmuş övladı X1 üçün 5 illik pul təminatı məbləğində sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Sumqayıt Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, şəhid oğlu X1 Müharibəsində (X6) qəhrəmancasına şəhid olduğundan bununla bağlı bizə sığorta ödənişi verilməlidir. ****** saylı, ##.##.2021-ci il tarixli Şəhid ailəsinin üzvü vəsiqəsindən görünür ki, iddiaçı Şəhid Atasıdır. AZ-II № ****** saylı ## ###### 2020-ci ildə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının övladı X1 rayonunda ## ####### 2020-ci il tarixdə şəhid olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş */**-***** saylı, ##.##.2020-ci il tarixli arayışdan görünür ki, iddiaçının övladı R X1 ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. Bu səbəbdən R X1 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilir. Iddiaçının övladı X1 “Vətən uğrunda” medalı, "Hərbi xidmətlərə görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur. M/V № ****** nömrəli, ## ###### 2022-ci il tarixli vəsiqədən görünür ki, iddiaçı İddiaçı müharibə veteranıdır. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsi “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının ##.##.2004-cü il tarixli ***-IIQ nömrəli Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2005-ci il tarixli, *** saylı Fərmanına uyğun olaraq Müdafiə nazirliyində xidmət edən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin (hərbi hissələrin) əməkdaşlarının (hərbi qulluqçularının) siyahısı mütəmadi olaraq müdafiə nazirinin müvafiq əmrləri ilə təsdiq edilir. Həmin əmrlərdə Xüsusi Təyinatlı Qüvvələrdə müvafiq vəzifələrdə xidmət etmiş hərbi qulluqçular il ərzində düşmənin yerləşdiyi ərazilərdə və birinci eşalon briqadaların müdafiə zolağında döyüş və kəşfiyyat tapşırıqlarını həyata keçirdikləri təqdirdə kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşları hesab edilmələri şərt kimi göstərilmişdir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının ##.##.2004-cü il tarixli ***-İ*Q nömrəli Qanunu 20.1 1-ci maddəsinə uyğun olaraq kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşlarına 5 illik pul təminatı miqdarında sığorta ödənişinin aparılması qeyd edilmişdir. Həmin Qanunun 20.12-ci maddəsinə əsasən Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq Icra Hakimiyyəti Orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının ##.##.2004-cü il tarixli 711 -TIQ nömrəli Qanunu 20.11-ci və 20.12-ci bəndlərində göstərilmiş normaya əsasən şəhid olmuş övladı X1 üçün 5 (beş) illik pul təminatı məbləğində bizə sığorta ödənişinin verilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə rəsmi qaydada ərizələrlə müraciətlər etmişdir. Əslini bu ərizəyə daxil etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi mazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan göndərilmiş 3 171 /2 **-******/**** saylı ## ###### 2025-ci il tarixli imtina aktından görünür ki, müraciəti təmin olunmamış və belə sığorta ödənişinin Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətinə aid olmadığı qeyd olunmuşdur. Bu imtina aktında daha sonra yazılıb ki, ##.##.2020-ci il tarixdə 11000 manat məbləğində sığorta ödənişi "xxxx” ASC tərəfindən verilmişdir. Cavabdeh tərəfindən göndərilmiş bu imtina aktı ## ######## 2025-ci il tarixdə verilmişdir. Cavabdehin verdiyi ****/*-H-******/**** saylı, ## ###### 2025-ci il tarixli imtina aktından ciddi narazı olduğuna görə məhkəməyə müraciət etmişdir. Cavabdeh etirazında qeyd edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının ##.##.1997-ci il tarixli 296-IQ №li Qanununun 2.1.3 cü yarımbəndinə əsasən barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər sığortaolunan hesab edilir. Həmin Qanunun 2.1.4-cü yarımbəndinə əsasən sığortalı dedikdə sığortaolunan üçün sığorta haqqı ödəyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu nəzərdə tutulur. Həmin Qanunun 4.1-ci bəndinə əsasən sığortaolunan on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 4.2-ci bəndinə əsasən sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi (110 manat) miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə - 100 faiz; Həmin Qanunun 6.2-ci bəndinə əsasən sığortalılar sığortaolunanların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün sığorta haqlarının məbləğini hər il rüblər üzrə bu Qanunun 4-4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığortaçıya ödəyir. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2021-ci il tarixli 1340 №li Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.8ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il ######ın ##-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022 ci il yanvarın 1dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il ######ın #-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. “xxxx” ASC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etdiyi ##.##.2022-ci il tarixli **/** nömrəli məktubuna əlavə olunmuş rəsmi ödəniş siyahısına əsasən məlum olmuşdur ki, iddiaçının mərhum oğlu X1 hərbi xidmətdə olarkən ##.##.2020-ci il tarixində vəfat etdiyinə görə qanunvericiliyə uyğun olaraq, onun vərəsə və ya vərəsələrinə ##.##.2020- ci il tarixində 11000 manat məbləğində sığorta ödənişi “xxxx” ASC tərəfindən verilmişdir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11ci maddəsində isə sığortaedən tərəfindən ödənilməli olan sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilməmişdir. Bu səbəbdən də kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları göstərilən qanunun tələbləri ilə deyil, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun sığorta edilirlər. Qeyd edilənləri və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində göstərilənlərin icra mexanizmi olmadığından Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında sığorta haqqının ödənilməsi ilə bağlı müqavilənin bağlanılması mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində nəzərdə tutulmuş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyat və sağlamlığının dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilməsi məsələsinə baxılması Fondun səlahiyyətlərinə aid deyil. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun Normativ hüquqi aktların kolliziyası başlıqlı 2-ci fəslinin 10-cu maddəsində normativ hüquqi aktların kolliziyasının həlli qaydaları tənzimlənmişdir: 10.1. Normativ hüquqi aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə alınır. 10.2. Normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. 10.3. Ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. 10.4. Eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. 10.5. Yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. Həmin Qanunun 14.1-ci maddəsinə görə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortaolunan barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks- kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər hesab olunur. Göründüyü kimi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən sığortaolunan hesab edilir. Həmçinin, hazırki iş üzrə eyni hüquqi qüvvəyə malik olan iki normativ hüquqi akt arasında kolliziya mövcuddur. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 1-ci maddəsinə əsasən normativ hüquqi akt - tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Həmin Qanunun 1.0.12-ci maddəsinə əsasən normativ hüquqi aktların kolliziyası - eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyətidir (uyğunsuzluğudur). Belə ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20.11-ci maddəsinə görə Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2.1.3-cü və 4.1 ci maddələrinə əsasən sığortaolunan barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər hesab olunur. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir. Hazırki iş üzrə kolliziyanın aradan qaldırılması üçün hansı normativ hüquqi aktın tətbiq olunmasını müəyyən etmək məqsədilə ilk növbədə mövcud kolliziyanın həll qaydalarına nəzər yetirmək zəruridir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 10-cu maddəsində normativ hüquqi aktların kolliziyasının həlli qaydaları təsbit edilmişdir. Qeyd edilən Qanunun 10.3-cü maddəsinə görə ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Istinad olunan Qanunun 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Eyni zamanda Qanunun 11-ci maddəsinə görə normativ hüquqi aktların kolliziyası birinci növbədə ardıcıl olaraq bu Konstitusiya Qanununun 2.3-2.8-ci maddələrinin normaları tətbiq edilməklə, kolliziya aradan qaldırılmadıqda ikinci növbədə ardıcıl olaraq bu Konstitusiya Qanununun 10.2-10.5-ci maddələrinin normaları tətbiq edilməklə aradan qaldırılır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # ####### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, hüquq kolliziyalarını həll edən prinsiplərə ilk növbədə iyerarxiya (Lex superior derogat legi inferiori), zaman (Lex posterior derogat legi priori) və məzmun (Lex specialis derogat legi generali) prinsiplərini aid etmək olar. Fərqli hüquqi qüvvəyə malik olan hüquqi aktlar arasında kolliziyalar iyerarxiya prinsipi ilə, eyni hüquqi qüvvəyə malik olan normativ hüquqi aktların normaları arasında kolliziyalar isə digər iki prinsipin tətbiqi nəticəsində aradan qaldırılır. Qeyd olunanları nəzərə alaraq kolliziya eyni hüquqi qüvvəyə malik olan “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11 -ci maddəsi ilə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3cü və 4.1-ci maddələri arasında yarandığından kolliziyanın həll edilməsi üçün ilk növbədə məzmun (Lex specialis derogat legi generali) prinsipinə istinad edilməlidir. Bu prisipin mənası ondan ibarətdir ki, eyni hüquq münasibətini tənzimləyən iki normativ hüquqi akt olduğu halda, konkret münasibətə sahə normativ hüquqi akt təbiq edilir. Çünki, xüsusi münasibətləri tənzimləyən qanunvericinin iradəsi daha aydın və konkret müəyyən edilir, həmin münasibətlərlə bağlı müddəalar hüquqi aktlarda daha dolğun şəkildə əks olunur. Bu baxımdan xüsusi hüquqi aktlarda müddəalar ümumi hüquqi aktlara münasibətdə daha konkret göstərildiyindən ziddiyyət yarandığı halda xüsusi hüquqi aktlar tətbiq edilir. Belə ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin tətbiqində hüquqi təminatlar sistemini müəyyən edir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir. Qeyd olunanlardan göründüyü kimi “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin anlayışı, prinsipləri, kəşfiyyat və əks-kəşfiyyat tədbirləri, bir sözlə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətlər tənzimlənir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası ilə bağlı məsələlər, yəni sığorta fəaliyyətinin subyektlərinin dairəsi, sığorta haqqı, sığorta hadisəsi, sığorta ödənişi, sığorta ödənişinin verilməsindən imtina əsasları və s. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda daha konkret və aydın şəkildə göstərilmişdir. Hazırki mübahisə iddiaçıya sığorta məbləğinin ödənilməsi ilə bağlı olduğundan və bu sahədə münasibətlər “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda daha dəqiq və ətraflı tənzimləndiyindən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularına münasibətdə sığorta məbləği kimi sonuncu Qanunun 4.1-ci maddəsi (11.000 manat) əsas götürülməlidir. Qeyd olunmalıdır ki, məhz dövlət icbari şəxsi sığorta sahəsində formalaşmış inzibati praktika da sığorta haqqı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda göstərilən sığorta məbləğinin, yəni 11.000 manatın 1% məbləğində müəyyən olunur. Əlavə olaraq “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021 -ci il 18 may tarixli **** nömrəli Fərmanının 2.7-ci və 2.8-ci bəndlərinə görə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021 ci il yanvarın 1-dən əvvələ aid olduğu halda “xxxx” ASC tərəfindən, belə sənədin tarixi 2020-ci il ######ın ##-dən sonraya aid olduğu halda isə 2022-ci il ######ın #-dən etibarən Fond tərəfindən təmin edilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1.2-ci maddəsinə görə sığortaçı - bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandır (qurum). “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə ## #### 1997-ci il tarixli *** nömrəli Azərbaycan Respublikasının Fərmanının 2-ci hissəsinin 7-ci abzasına görə həmin Qanunun 2.1.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. Fond yalnız “Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq sığortaçı hesab olunur və ona ödənilən sığorta haqqına uyğun olaraq sığorta ödənişini həyata keçirir. Kəşfiyyat və əks-kəşfiyyat subyektləri həm “Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa, həm də “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta ödənişi almalıdırlar. Məlumdur ki, bir sığorta hadisəsinə görə 2 Qanuna uyğun olaraq sığorta ödənişi almağın mümkünlüyü tamamilə absurd yanaşmadır. Hətta belə olmuş olsa belə, “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunda qeyd olunmuş 5 illik pul təminatı məbləğində sığorta edilməyə görə sığorta ödənişinin Fond tərəfindən ödənilməsi tamamilə yanlışdır. Nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunanlardan bir daha aydın olur ki, Fonda ödənilən sığorta haqqı 11.000 manatın cəmi 1 % dir, 5 illik pul təminatının deyil. Cavabdehin iddia tələbinin mümkün sayılmaması barədə ərizəsinə qeyd edilmişdir ki, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli 2-1 (***)-****/**** nömrəli qərarında iddianın qeyri-mümkünlüyü, hüquqi marağa çatmaq üçün əlverişli olmayan iddia tələbi ilə bağlı mövqe təsbit edilmişdir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən, kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçusu kimi, ona 5 illik pul təminatı məbləğində sığorta məbləğinin ödənilməsinə nail olmaqdan ibarətdir. Iddiaçı tələbinin əsası kimi sözügedən maddəyə uyğun olaraq sığorta edildiyinə, hərbi xidmət dövründə ağır dərəcəli xəsarət aldığına və həmin səbəbdən əlilliyinin müəyyən edildiyinə görə həmin sığorta məbləğinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona ödənilməli olduğuna istinad edir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsində nəzərdə tutulmuş 5 illik pul təminatı məbləğində sığorta institutu ilə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununda nəzərdə tutulmuş sığorta institutu iki fərqli sosial müdafiə tədbiridir. Kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı olan hərbi qulluqçunun həyatı və sağlamlığı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsində nəzərdə tutulan qaydada sığorta edildiyi təqdirdə, onun həmin sığorta məbləğini belə ödənişi həyata keçirən orqandan, yəni cavabdehdən tələb etmək hüququ yaranır. Iş üzrə materiallardan iddiaçının Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən istinad olunan normaya uyğun olaraq sığorta edilmədiyi və ona münasibətdə cavabdehə müvafiq sığorta haqqının köçürülmədiyi görünür. Belə ki, Müdafiə Nazirliyi “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsində təsbit olunmuş normanın icra mexanizmi müəyyən edilmədiyi üçün, kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının 5 illik pul təminatı miqdarında sığortalanmasının mümkün olmadığını bildirmişdir. Başqa sözlə, istinad edilən normanın tətbiqi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq prosedur qaydaların müəyyən edilmədiyi və bu barədə hər hansı normativ hüquqi aktın qəbul olunmadığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həmin normativ-hüquqi aktı qəbul edən deyil, onu icra edən bir qurum olduğu diqqətə çatdırılır. Beləliklə, iddiaçının həyatı və sağlamlığı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsində nəzərdə tutulmuş 5 illik pul təminatı miqdarında sığorta edilmədiyi və bununla bağlı cavabdehə müvafiq məbləğ köçürülmədiyi üçün, onun Dövlət Sosial Müdafiə Fondundan sözügedən sığorta məbləğini tələb etmək hüququ yaranmır. Nəzərə alınmalıdır ki, iddianın mümkünlük şərtləri baxımından, iddiaçının müvafiq tələb hüququna malik olub-olmadığı, eləcə də arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən, o cümlədən uyğun iddia növündən istifadə edib etmədiyi yoxlanılmalıdır. Hazırkı işdə iddiaçıya münasibətdə bu şərtlər ödənilmədiyindən, iddia mümkün sayılmamalıdır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişlər. Sumqayıt Inzibati Məhkəməsinin (hakim Aynur Axundova) ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Iddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. Şikayətin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynidir. Cavabdeh elektron kabinet vasitəsilə apellyasiya şikayətinə yazılı etiraz vermiş, şikayətin rədd edilməsini, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılması xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında cavabdehə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası IPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul etmişdir. Odur ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair ## ##### 2015-ci il tarixli, ** saylı qərarınının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Inzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi “Kəşfiyyat və əks- kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən, kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçusu kimi, ona 5 illik pul təminatı məbləğində sığorta məbləğinin ödənilməsinə nail olmaqdan ibarətdir, iddiaçı tələbinin əsası kimi sözügedən maddəyə uyğun olaraq sığorta edildiyinə, hərbi xidmət dövründə ağır dərəcəli xəsarət aldığına və həmin səbəbdən əlilliyinin müəyyən edildiyinə görə həmin sığorta məbləğinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona ödənilməli olduğuna istinad edir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının "Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında" Qanunun 20.11-ci maddəsində nəzərdə tutulmuş 5 illik pul təminatı məbləğində sığorta institutu ilə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanununda nəzərdə tutulmuş sığorta institutu iki fərqli sosial müdafiə tədbiridir. Kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı olan hərbi qulluqçunun həyatı və sağlamlığı "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsində nəzərdə tutulan qaydada sığorta edildiyi təqdirdə, onun həmin sığorta məbləğini belə ödənişi həyata keçirən orqandan, yəni cavabdehdən tələb etmək hüququ yaranır. Iş üzrə materiallardan iddiaçının Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən istinad olunan normaya uyğun olaraq sığorta edilmədiyi və ona münasibətdə cavabdehə müvafiq sığorta haqqının köçürülmədiyi görünür. Belə ki, Müdafiə Nazirliyi "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsində təsbit olunmuş normanın icra mexanizmi müəyyən edilmədiyi üçün, kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının 5 illik pul təminatı miqdarında sığortalanmasının mümkün olmadığını bildirmişdir. Başqa sözlə, istinad edilən normanın tətbiqi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq prosedur qaydaların müəyyən edilmədiyi və bu barədə hər hansı normativ hüquqi aktın qəbul olunmadığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həmin normativ-hüquqi aktı qəbul edən deyil, onu icra edən bir qurum olduğu diqqətə çatdırılır. Beləliklə, iddiaçının həyatı və sağlamlığı "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanunun 20.11-ci maddəsində nəzərdə tutulmuş 5 illik pul təminatı miqdarında sığorta edilmədiyi və bununla bağlı cavabdehə müvafiq məbləğ köçürülmədiyi üçün, onun Dövlət Sosial Müdafiə Fondundan sözügedən sığorta məbləğini tələb etmək hüququ yaranmır. Inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. Iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, hazırki tələb iddiaçının hüquqi marağına uyğun deyil. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmamasına dair gəldiyi nəticəni əsaslı hesab edir, şikayətin rədd edilməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 38, 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçının şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar