Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1128/2026 21.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 * saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Abşeron rayonu X4 30.11. 2007-ci il tarixli, ** saylı qərarı ilə Abşeron rayonu Qobu bələdiyyəsi perspektiv inkişaf fondunun alqısatqı predmeti olan torpaq sahəsindən Abşeron rayonu, Qobu ərazisində fərdi ev tikmək məqəsdilə mən İddiaçı satılmış 0,08 ha torpaq sahəsinə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 * saylı Abşeron Ərazi İdarəsinin mülkiyyət hüququ üzrə çıxarış verilməsindən imtina etməsinin qanunsuz hesab edilməsi, Abşeron rayonu, X4 qərarı ilə Qobu qəsəbəsi ərazisində fərdi ev tikintisi üçün X6 0,08 ha torpaq sahəsinə dair mülkiyyət hüququ üzrə çıxarış və plan ölçü verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh1 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra cavabdeh1 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli protokol qərardadı ilə cavabdeh prosessual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Abşeron rayonu, X4 ##.##.2007ci il tarixli, ** saylı qərarı ilə Abşeron rayonu Qobu bələdiyyəsi perspektiv inkişaf fondunun alqı satqı predmeti olan torpaq sahəsindən alqısatqı qaydasında fərdi ev tikmək məqəsdilə 0,08 ha torpaq sahəsi satılmışdır. X2 Xəriləşəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmışdır. İddiaçı İddiaçı tərəfindən torpaq sahəsinin dəyəri 500 manat Qobu bələdiyyəsnin bankdakı xüsusi hesabına ödənimişdir. Bu torpaq sahəsinin alqı-satqı aktı Torpaq Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən üç nüsxədən ibarət tərtib edilmişdir. Azərbaycan Respublikasi Dövlət X3 Komitəsinin Abşeron rayon şöbəsinin 29. 04.2010-cu il tarixli rəyi verilərək Qobu bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə İddiaçı 800,0 kv.metr olmaqla fərdi ev tikmək məqsədilə satılmış torpaq sahəsi qanunamüvafiq olduğundan DTXKnin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etməmişdir. Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışı verilmişdir. Hazırda həmin torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydiyyata alınması ilə əlaqədar cavabdeh orqana müraciət etmişdir, lakin cavabdeh orqan torpaq sahəsinin və adına qeydiyyata alınması ilə bağlı ##.##.2025-ci il tarixli məktub ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İddiaçı hesab edir ki, bu imtina qanuni hesab edilə bilməz. Ona görə ki, aidiyyəti orqan tərəfindən qanunvericiliyə uyğun olaraq torpaq sahəsi adına ayrılmış və adına Azərbaycan Respublikası DTXK-nin ##.##.2010-cu il tarixdə alqı-satqı aktı təsdiq edilmişdir. Torpaq ayrılması qərarı mövcuddur. Bu barədə arxiv arayışının olmaması iddiaçının təqsiri üzündən olmamış, bələdiyyə tərəfindən qərarın surəti arxiv idarəsinə göndərilib-göndərilməməsi iddiaçıya məlum deyildir. Həmçinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi 2009-cu ildən mövcud olsa da, müraciət üzrə əlavə edilmiş Qobu bələdiyyəsinin X6 0,08 ha torpaq sahəsinin ayrılmasına dair ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə istinad edildiyi müəyyən edilməsi formal bir xətadır, iddiaçıya heç bir aidiyyəti yoxdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, , aparılan araşdırma zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesiri Xidmətinin Abşeron Ərazi İdarəsi 2009-cu ildən mövcud olsa da, müraciət üzrə əlavə edilmiş X4 torpaq sahəsinin ayrılmasına dair ## ###### 2007-ci il tarixli qərarın arxiv arayışında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Dağınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə istinad edildiyi, müraciət üzrə əlavə edilmiş Abşeron rayon Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunmüvafiq qaydada təsdiq edilmədiyi, qərarın arxiv arayışının qanunamüvafiq qaydada təsdiq edilmədiyi, elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın Abşeron rayonu ilə Bakı səhəri arasında mübahisəli inzibati ərazi vahidliyində yerləşdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Abşeron rayonu X4 ## ###### 2007-ci il tarixli, ** saylı qərarından görünür ki, Abşeron rayonu Qobu bələdiyyəsi perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında vətəndaş İddiaçı fərdi mənzil tikmək məqsədilə 0,08 ha torpaq sahəsinin satılması qərara alınmışdır. ## ###### 2007-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Abşeron rayonu Qobu bələdiyyəsinin hesabına 500 manat torpağın dəyəri ödənilmişdir. ##.##.2010-cu il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Abşeron rayonu Qobu bələdiyyəsi ərazisindən 0,08 ha torpaq sahəsi İddiaçı satılmışdır. Azərbaycan Respublikası DT və XK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş ##.##.2010cu il tarixli, *** nömrəli rəydən görünür ki, Qobu bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə İddiaçı 800,0 kv.m olmaqla fərdi ev tikmək məqsədilə satılmış torpaq sahəsi qanunamüvafiqdir və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsinə dair tərtib edilmişdir. Məhkəmənin sorğusuna əsasən, Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş 06.03.2026cı il tarixli məktubdan görünür ki, Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon Qobu bələdiyyəsinin ** saylı ##.##.2007-ci il tarixli qərarın təsdiq edilmiş surəti göndərilmişdir. Məhkəmənin sorğusuna əsasən, Abşeron rayonu Qobu bələdiyyəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *** nömrəli məktubdan görünür ki, sorğuda Abşeron rayonu Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarının və həmin qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi xahiş edilir. “Milli Arxiv Fondu Haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Milli arxiv fondunun formalaşdırılması mənbələrindən birini yerli özünüidarəetmə orqanlarının arxiv sənədləri təşkil edir. Həmin qanunun 10-cu maddəsinə əsasən Milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddəti yerli özünüidarəetmə orqanlarının sənədləri üçün 5 il müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilir ki, bələdiyyənin 2000-2015-ci illərə aid sənədləri idarə daxili mühafizə müddəti bitdiyi üçün qanunvericilikdə nəzərdə tutulan qaydada Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Abşeron rayon filialına təhvil verilmişdir Məhkəmənin sorğusuna əsasən, cavabdeh2n * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-**-***/*-****/**** nömrəli məktubdan görünür ki, elektron baza məlumatlarına əsasən hal hazırda sözügedən torpaq sahəsi ilə başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üstüstə düşmə halı aşkarlanmamışdır. Bildirilir ki, elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın Abşeron rayonu ilə Bakı şəhəri arasında mübahisəli inzibati ərazi vahidliyində yerləşdiyi aşkar edilmişdir. Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, torpaq sahəsi faktiki 0,08 hektardır. Torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə sərhəddir. Torpaq sahəsinin daxilində 1 ev tikilisi var. Torpaq sahəsi ümumi daş hasarın daxilində yerləşir. Torpaq sahəsi sənəd üzrə olan koordinatlar ilə uyğundur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı əsasında Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində ayrılmış 0,08 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun iddiaçı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2n üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu- Abbaszadə). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini iddiaçı İddiaçı Abşeron rayonu X4 ## ###### 2007ci il tarixli, ** nömrəli qərarı əsasında Qobu qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə ona satılmış 0,08 ha torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, buna dair çıxarışın və plan-ölçü sənədinin verilməsi ilə bağlı müraciətinə cavabdeh tərəfindən imtina olunmasının qanuniliyi təşkil edir. İş materialları ilə müəyyən olunur ki, X4 ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən iddiaçıya fərdi yaşayış evinin tikintisi məqsədilə 0,08 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmçinin iş materialları ilə müəyənnə edilir ki, ## ###### 2007-ci il tarixli qəbzlə iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri kimi 500 manat Qobu bələdiyyəsinin hesabına ödənilmiş, ## ##### 2010-cu il tarixli torpaqların alqı-satqısına dair aktla həmin 0,08 ha torpaq sahəsinin iddiaçıya satılması rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Dövlət X3 Komitəsinin Abşeron rayon şöbəsinin ## ##### 2010-cu il tarixli, *** nömrəli rəyində isə Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya 800,0 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə satılmasının qanunamüvafiq olduğu göstərilmiş və həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz edilməmişdir. Birinci instansiya məhkəməsinin sorğusu əsasında Abşeron Rayon Dövlət Arxivinin ## #### 2026-cı il tarixli məktubu ilə Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarının arxiv fondunda saxlanılan təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Qobu bələdiyyəsinin ## #### 2026-cı il tarixli, *** nömrəli məktubunda da bələdiyyənin 2000-2015-ci illərə aid sənədlərinin idarədaxili mühafizə müddəti başa çatdıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət arxivinə təhvil verildiyi bildirilmişdir. cavabdeh2n * saylı Abşeron Ərazi İdarəsinin ## #### 2026-cı il tarixli, *-**-***/*- ****/**** nömrəli məktubunda elektron baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsi ilə başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri arasında üst-üstə düşmə halının aşkar edilmədiyi göstərilmişdir. Həmin torpaq sahəsinə dair müayinə aktında sahənin faktiki 0,08 ha olduğu, yol və qonşu torpaq sahələri ilə sərhədləndiyi, daxilində bir ev tikilisinin yerləşdiyi, ümumi daş hasarın daxilində olduğu və sənəd üzrə koordinatlarla faktiki yerləşmə vəziyyətinin uyğun gəldiyi müəyyən edilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutlar mübahisəli torpaq sahəsinin həm hüquqi sənədlər üzrə, həm də naturada eyniləşdirilməsinə imkan verir. Torpaq sahəsinin sərhədləri və faktiki ölçüsü müəyyən edilmiş, başqa şəxslərin qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşmə aşkar edilməmiş, torpaq sahəsinin iddiaçının istifadəsində olması da mübahisələndirilməmişdir. Cavabdehin imtina məktubunda və apellyasiya şikayətində irəli sürdüyü dəlillər mahiyyət etibarilə Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarının mətnində həmin tarixdə mövcud olmadığı göstərilən quruma istinad edilməsinə, təqdim edilmiş yerquruluşu planından çıxarışın və arxiv sənədlərinin təsdiqi ilə bağlı iradlara, habelə torpaq sahəsinin Abşeron rayonu ilə Bakı şəhəri arasında mübahisəli inzibati ərazi vahidində yerləşməsinə əsaslanır. Kollegiya qərarın mətnində cavabdehin istinad etdiyi uyğunsuzluğa münasibətdə qeyd edir ki, həmin hal sənədin mötəbərliyinin ayrıca və qəti şəkildə inkar edilməsi üçün yetərli deyildir. Belə ki, Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarının təsdiq edilmiş surəti birbaşa dövlət arxivindən məhkəməyə təqdim olunmuş, bununla həmin qərarın arxiv fondunda mövcudluğu rəsmi qaydada təsdiqlənmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə görə təqdim olunan sənədlər və dəlillər onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Həmin Qanunun 19.2-ci maddəsinin məzmunundan isə görünür ki, sənədlərin mötəbərliyinə əsaslı şübhə olduqda inzibati orqan bu şübhəni müraciət edən şəxsin üzərinə keçirməməli, sənədin mötəbərliyinin müəyyən edilməsi üçün özü tədbirlər görməlidir. Hazırkı işdə arxiv orqanının təqdim etdiyi təsdiq edilmiş surətin saxta olması, qərarın ümumiyyətlə qəbul edilməməsi və ya onun məzmununun sonradan dəyişdirilməsi barədə mötəbər sübut müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Qobu bələdiyyəsinin ## ###### 2007ci il tarixli, ** nömrəli qərarı qanunla müəyyən edilmiş qaydada geri çağırılmamış, ləğv edilməmiş və ya dəyişdirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən belə inzibati akt hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.2-ci maddəsi qanunsuz inzibati aktın hansı subyektlər tərəfindən və hansı qaydada ləğv oluna biləcəyini müəyyən edir. Cavabdeh qeydiyyat orqanı isə qüvvədə olan bələdiyyə qərarını hər hansı səlahiyyətli orqanın və ya məhkəmənin aktı olmadan etibarsız hesab etməklə onun hüquqi nəticələrini nəzərə almamaq səlahiyyətinə malik deyildir. Bu yanaşma “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.4-cü maddəsinin məzmunu ilə də uzlaşır. Həmin normada daşınmaz əmlaka hüququn yaranması barədə bələdiyyə orqanının aktının qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduğu hal dövlət qeydiyyatından imtina əsası kimi nəzərdə tutulmuşdur. Hazırkı işdə Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarının bu qaydada etibarsız hesab olunması müəyyən edilməmişdir. Cavabdehin sənədlərin təsdiqi ilə bağlı dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı qərarın təsdiq edilmiş surəti dövlət arxivindən əldə edilmiş, bələdiyyə sənədlərinin arxivə verilməsinin səbəbi və qaydası aydınlaşdırılmış, torpaq sahəsinin yerquruluşu sənədlərindəki göstəricilərinin naturadakı vəziyyətə uyğunluğu isə cavabdehin özünün apardığı müayinə ilə təsdiq edilmişdir. Buna görə də inzibati icraat zamanı irəli sürülmüş həmin formal iradlar məhkəmə araşdırmasının nəticələri ilə aradan qalxmışdır. Kollegiya cavabdeh inzibati orqanın X4 ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarına dair arxiv sənədində Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə istinad edilməsinin həmin ərazi idarəsinin yalnız 2009-cu ildən fəaliyyət göstərməsi ilə uyğun gəlməməsi, Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməməsi, habelə sözügedən bələdiyyə qərarına dair arxiv sənədinin lazımi qaydada təsdiq edilməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin hallar iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd olunan sənədlərin hazırlanması, tərtib edilməsi, təsdiqlənməsi, müvafiq rekvizitlərin sənədlərdə düzgün əks etdirilməsi və onların qanunvericiliklə müəyyən edilmiş qaydada arxivə təhvil verilməsi iddiaçının deyil, həmin sənədləri qəbul və tərtib etmiş bələdiyyənin və aidiyyəti dövlət orqanlarının səlahiyyət və vəzifələri çərçivəsində olmuşdur. İddiaçının həmin sənədlərin məzmununun formalaşdırılmasına, onlarda göstərilən məlumat və rekvizitlərin düzgünlüyünün təmin edilməsinə, eləcə də sənədlərin sonradan hansı qaydada arxivləşdirilməsinə təsir göstərmək imkanı olmamışdır. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Abşeron Rayon Dövlət Arxivinin ## #### 2026-cı il tarixli məktubu ilə Qobu Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarının arxiv fondunda mövcud olan təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Bununla yanaşı, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarının mövcudluğu, torpaq sahəsinin dəyərinin ödənilməsi, torpaqların alqı-satqısına dair aktın tərtib edilməsi və Dövlət X3 Komitəsinin Abşeron rayon şöbəsinin ## ##### 2010-cu il tarixli rəyi ilə torpaq sahəsinin satılmasının qanunamüvafiq hesab edilməsi iş materialları ilə təsdiq olunur. Belə olan halda, müvafiq orqanlar tərəfindən sənədlərin tərtibi və rəsmiləşdirilməsi zamanı yol verilmiş formal xarakterli nöqsanların mənfi hüquqi nəticələrinin iddiaçının üzərinə qoyulması və həmin nöqsanlara istinad edilməklə onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına maneə yaradılması əsaslı hesab edilə bilməz. Qanunla məcburi şərt kimi nəzərdə tutulmamış formal tələblərə görə şəxsin hüququnun rəsmiləşdirilməsinin qarşısının alınması “İnzibati icraat haqqında” Qanunun 15.1-15.3-cü maddələrinin mahiyyətinə ziddir. Bir sözlə cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi hal iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun hüquqi məsuliyyət daşıdığı öhdəlik kimi çıxış etməmişdir. Qeyd edilən sənədlərin qanunla müəyyən edilmiş qaydada tərtib edilməsi məhz müvafiq inzibati orqan və qurumların səlahiyyətinə aid olmuşdur. Belə olan halda, məhz müvafiq qurumların öz öhdəliyini lazımi qaydada icra etməməsinin nəticələrinə istinad edilməklə, iddiaçıya məxsus olan hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi inzibati icraat haqqında qanunvericiliyin mahiyyətinə, məqsədinə və prinsiplərinə zidd olmaqla yanaşı, iddiaçının konstitusion hüququnun əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarır Kollegiya cavabdehin apellyasiya şikayətində irəli sürdüyü, mübahisəli torpaq sahəsinin Abşeron rayonu ilə Bakı şəhəri arasında mübahisəli inzibati ərazi vahidində yerləşməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin hal özlüyündə iddiaçının torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün kifayət edən hüquqi əsas təşkil etmir. Belə ki, iş materiallarında olan cavabdeh2n * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli imtina məktubunda dövlət qeydiyyatından imtinanın əsası kimi torpaq sahəsinin Bakı şəhəri və Abşeron rayonu arasında mübahisəli inzibati ərazidə yerləşməsi deyil, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesiri Xidmətinin Abşeron Ərazi İdarəsi 2009-cu ildən mövcud olsa da, müraciət üzrə əlavə edilmiş X4 torpaq sahəsinin ayrılmasına dair ## ###### 2007-ci il tarixli qərarın arxiv arayışında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Dağınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə istinad edildiyi, müraciət üzrə əlavə edilmiş Abşeron rayon Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunmüvafiq qaydada təsdiq edilmədiyi, qərarın arxiv arayışının qanunamüvafiq qaydada təsdiq edilmədiyi göstərilmişdir. Apellyasiya şikayətində (həmçinin etirazda) sonradan istinad olunan bu dəlil isə cavabdehin ilkin imtina əsasını əvəz etmir və özlüyündə hüquqların dövlət qeydiyyatından imtina üçün müstəqil əsas yaratmır. Digər tərəfdən, cavabdeh tərəfindən məhkəməyə mübahisəli 0,08 ha torpaq sahəsinin konkret olaraq Nazirlər Kabinetinin ## ###### 2025-ci il tarixli sərəncamı ilə yaradılmış komissiyanın araşdırdığı mübahisəli əraziyə daxil olduğunu təsdiq edən koordinatlı plan, sərhəd sxemi, komissiyanın qərarı, rəsmi xəritə və ya digər mötəbər sübut təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan bələdiyyə qərarı, yerquruluşu planından çıxarış, Dövlət X3 Komitəsinin Abşeron rayon şöbəsinin rəyi və torpaq sahəsinə dair plan-ölçü sənədi həmin torpaq sahəsinin Qobu bələdiyyəsinin ərazisi kimi rəsmiləşdirildiyini göstərir. Kollegiya qeyd edir ki, inzibati ərazi vahidlərinin sərhədlərinin gələcəkdə dəqiqləşdirilməsi məqsədilə komissiyanın yaradılması həmin komissiya tərəfindən konkret qərar qəbul edilənədək və müvafiq sərhəd dəqiqləşməsi qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilənədək artıq mövcud olan hüquqmüəyyənedici sənədlərin hüquqi qüvvəsini aradan qaldırmır. Belə bir komissiyanın mövcudluğu bələdiyyənin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarının, torpaq sahəsinə dair plan-ölçü sənədinin və aidiyyəti dövlət orqanının müsbət rəyinin qanunsuz və ya etibarsız hesab edilməsi anlamına gəlmir. Buna görə də inzibati sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı gələcəkdə aparıla biləcək prosedur hazırkı mərhələdə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas hesab oluna bilməz. Nəzərə almaq lazımdır ki, iddiaçı bələdiyyənin sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının məqsədəuyğunluğu barədə bələdiyyənin ##.##.2007ci il tarixli, ** nömrəli qərarına əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Beləliklə də, iddiaçının hüququnun yaranmasına əsas olmuş hüquqmüəyyənedici sənəd mövcuddur, qüvvədədir, onun etibarsız sayılması barədə hər hansı məhkəmə aktı yoxdur və həmin sənədin mötəbərliyini şübhə altına alan hüquqi əsas müəyyən edilməmişdir. Kollegiya etimadın qorunması prinsipi baxımından da işin hallarını əhəmiyyətli hesab edir. Bələdiyyə tərəfindən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar qəbul edilmiş, satış qiyməti bələdiyyənin hesabına ödənilmiş, sonradan dövlət torpaq orqanı alqı-satqı aktı tərtib etmiş və ## ##### 2010-cu il tarixli, *** nömrəli rəylə torpaq sahəsinin iddiaçıya satılmasının qanunamüvafiq olduğunu bildirmişdir. İddiaçı uzun müddət ərzində bu akt və hərəkətlərə etimad göstərmiş, torpaq sahəsindən faktiki istifadə etmişdir. İş materiallarında iddiaçının həmin aktların qəbuluna aldatma, təhrif olunmuş məlumat və ya digər qanunsuz üsulla nail olmasını təsdiq edən hal müəyyən olunmur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair yekun qərar qüvvədə olduğu halda, həmin qərarın icrası ilə bağlı aparılmış inzibati icraat üzrə əlavə cavabların və ya təsdiqlərin əldə olunmaması ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan həmin halın torpaq sahəsinin ayrılması barədə yekun qərarın hüquqi qüvvəsinə hansı qaydada təsir etdiyini və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı konkret imtina əsasını yaratdığını göstərməlidir. Hazırkı işdə cavabdeh belə əsaslandırma təqdim etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun həmin hüquqi mövqeyi nəzərə alındıqda, Qobu bələdiyyəsinin qərarındakı mətn uyğunsuzluğuna, sənədlərin təsdiqi ilə bağlı iradlara və inzibati ərazi sərhədinin mübahisəli olmasına istinad edilməsi, bu halların qüvvədə olan ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarın hüquqi qüvvəsini aradan qaldırdığı və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində göstərilən konkret imtina əsasını yaratdığı sübuta yetirilmədiyi müddətdə, qeydiyyatdan imtina üçün kifayət hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının # ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ####### 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyinə uyğun olaraq, hazırkı işdə Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulan qeydiyyat əsası - bələdiyyə orqanının daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qüvvədə olan aktı mövcuddur. Bununla yanaşı, işdə torpağın dəyərinin ödənilməsini təsdiq edən qəbz, torpaqların alqısatqısına dair akt, Dövlət X3 Komitəsinin Abşeron rayon şöbəsinin müsbət rəyi, yerquruluşu planından çıxarış, dövlət arxivinin təsdiq etdiyi qərar surəti və torpaq sahəsinin faktiki vəziyyətini təsdiq edən müayinə materialları da vardır. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi həmin hallar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hallara düzgün hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1128/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1128/2026
21.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver