Məhkəmə qərarları › İş №2-1(3-8)-113/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-113/2026

16.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-113/2026 16.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə (Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1) qarşı “torpaq sahəsi üzərində mərhum şəxsin mülkiyyət hüququnun qeydiyyata alınmasına dair arayışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, X1 X4 Komissiyasının # ###### 1999-cu il tarixli, ** saylı protokol qərarına əsasən ayrılmış Quba rayonunun Ə.Nərimanov küçəsində yerləşən 75 kv.m torpaq sahəsinə mülkiyyət hüququ olmuş vəfat etmiş X10 məxsus olması barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tərəf daha sonra ərizə ilə müraciət edərək, iddia tələbində cavabdehin adı “Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin * saylı Bakı Ərazi Idarəsi” olaraq göstərilməsini texniki yanlışlıq olduğunu bildirmiş, iddia tələbində cavabdehin adını Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsi olaraq qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, X1 X4 Komissiyasının 0# ###### 1999-cu il tarixli ** saylı protokol qərarına əsasən, X7 Aqrar islahat aparılması ilə əlaqədar təsərrüfatın balansında olan inzibati idarə binasının həyətində yerləşən qaravul budkası (1974-cü ildə tikilmiş, sonuncu qiymətləndirmə dəyəri 267000 manat) ümumi torpaq sahəsi 75 kv.m olmaqla X10 verilməsi və adına özəlləşdirilməsi, Komissiyanın üzvlərinə qaravul budkasının və 75 kv.m torpaq sahəsinin yeni mülkiyyətçisi Ibrahimxəlil Fətullayevə təhvil verilməsini təmin etmələri qərara alınmışdır. ##.##.1999-cu ildə bu barədə tərtib edilmiş müvafiq akt əsasında, torpaq sahəsi üzərindəki tikili ilə birlikdə təhvil verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş *** saylı qeydiyyat vəsiqəsinə əsasən Quba şəhərinin Miçurin küçəsində yerləşən gözətçi binası üzərində X10 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, eləcə də 2001-ci ilin mart ayında qeyri-yaşayış binasının texniki pasportu tərtib edilmiş, həmin texniki pasportda torpaq sahəsinin 1:100 miqyasda planı tərtib edilmişdir. Eyni zamanda, Quba rayon Icra Hakimiyyətinin baş memarı tərəfindən 2001-ci ildə X10 məxsus mağaza binasının layihəsi tərtib və təsdiq edilmişdir. X10 ## #### 2004-cü ildə vəfat etmiş, onun vəfatından sonra Quba rayon Notariat Ofisi tərəfindən vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilərək nəvəsi İddiaçı yeganə vərəsə hesab edilmiş, bu barədə ##.##.2014-cü ildə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mərhumun vərəsəsinin mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün həmin torpaq sahəsinə müvafiq arayışın verilməsinə zərurət yaranmışdır. Bu barədə ## ### 2023-cü il tarixdə rəsmi qaydada poçt vasitəsilə cavabdehə müraciət edilmiş, lakin müraciətə hazırkı vaxtadək cavab verilməmişdir. Cavabdeh iddia tələbinə dair etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə müraciət edilən yeni inşa olunmuş daşınmaz əmlaka və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş, hüquqların dövlət qeydiyyatına əsas olan hüquq müəyyənedici sənədlər tam təqdim olunmamışdır. Ərizədə qeyd olunan qeyri-yaşayış binasına dair Quba Rayon Icra Hakimiyyəti başçısının tikintiyə icazə verilməsi barədə qərarı, torpaq sahəsinə dair icarə müqaviləsi təqdim edilməmiş, ərizəyə əlavə olunmuş eskiz layihə mərhum X10 adına qeyd olunmuş, qeyri-yaşayış binasının istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktında tərtib olunma tarixi qeyd olunmamış, komissiya sədri tərəfindən təsdiq olunmamışdır və eləcədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 iştirakı təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: X1 X8 Komissiyasının # ###### 1999-cu il tarixli, ** saylı qərarından görünür ki, X1 X8 aparılması ilə əlaqədar təsərrüfatın balansında olan inzibati idarə binasının həyətində yerləşən qaraul budkası 1974-cü ildə tikilmiş, sonuncu qiymətləndirmə dəyəri 267.000 manat ümumi torpaq sahəsinin 75 kv.m olmaqla X10 verilməsi və onun adına özəlləşdirilməsi qərara alınmışdır. Quba şəhər bələdiyyəsi sədrinin ## ######## 2001-ci il tarixli, ** nömrəli sərəncamından görünür ki, X10 YTT-nin Aqrar Islahat Komissiyasının # ###### 1999-cu il tarixli, ** saylı qərarı ilə ona verilmiş idarə binasının həyətindəki 75 kv.m ərazidə baş fəsadı Miçurin küçəsinə olmaq şərti ilə ticarət obyektinin tikintisinin rayonun baş memarı ilə razılaşdırılmış layihə əsasında aparılmasına icazə verilmişdir. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən ## ### 2014-cü il tarixli, */**** nömrəli arayışdan görünür ki, ünvan 1) ünvanında yerləşən qeyri-yaşayış binası üzərində X10 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Quba Rayonu Icra Hakimiyyəti başçısının aparatı Memarlıq və Tikinti şöbəsinin ## #### 2014-cü il tarixli, *** nömrəli məktubundan görünür ki, X1 X4 Komissiyasının # ###### 1999-cu il tarixli, ** saylı qərarı ilə mərhum Ibrahimxəlil Fətullayevin adına verilmiş ərazidə inşasına başlanmış ticarət obyekti Quba notariat kontorunun “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında ## ### 2014-cü il tarixli şəhadətnaməsi” ilə nəvəsi İddiaçı mülkiyyətinə verilmişdir. Tikintisi başa çatdırılmış obyektin istismara verilməsi üçün komissiya akt tərtib edilmişdir. Həmin akt qoşma şəklində göndərilmişdir. X2 Filialının # #### 2023-cü il tarixli, *-**-DA-*F/*-***-**/**** nömrəli arxiv çıxarışından görünür ki, X1 X8 aparılması ilə əlaqədar təsərrüfatın balansında olan inzibati idarə binasının həyətində yerləşən qaraul budkası 1974-cü ildə tikilmiş, sonuncu qiymətləndirmə dəyəri 267.000 manat ümumi torpaq sahəsinin 75 kv.m olmaqla X10 verilməsi və onun adına özəlləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 “xxxx” MMC-nin ## ######## 2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı X1 Təsərrüfatı Aqrar islahat Komissiyasının # ###### 1999-cu il tarixli, ** saylı qərarı aşkar edilməmişdir. Arxivdə saxlanılan Quba şəhəri üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarından X10 və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarışların təsdiq olunmuş surəti qoşma şəklində göndərilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinin # ###### 2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubu ilə göndərilmiş müayinə aktından görünür ki, torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə naturadan (yerdən) götürülmüşdür. Müayinə zamanı mübahisəli hal qeydə alınmamışdır. Iddia olunan torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə həmsərhəddir. Kameral araşdırma nəticəsi olaraq bildirilmişdir ki, torpaq sahəsi 0,0075 ha təşkil edir. Həmin torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına (TEKUIS) əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olub, uqodiyası tikinti sahələrin altında olan torpaqlar kimi, islahat uqodiyası isə tikinti altında olan torpaqlar kimi göstərilmişdir. Köhnə DWJ fayllarında torpaq sahəsinin faktiki koordinatları “Ictimai Tikili” kimi göstərilmiş ərazi üzərinə düşür. Torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir və heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. Torpaq sahəsinin şərq və qərb qonşuluğunda yerləşən torpaq sahələri üzərində 303012000101 və ************ reyestr nömrəli çıxarışlara əsasən mülkiyyət hüquqları dövlət reyestrindən qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, X1 X4 Komissiyasının # ###### 1999-cu il tarixli, ** saylı protokol qərarına əsasən ayrılmış Quba rayonunun Ə.Nərimanov küçəsində yerləşən 0,0075 ha torpaq sahəsi üzərində mərhum X10 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə həvalə edilməsi qərara alınmışdır. (hakim Könül Həbibova) Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi və iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli Qərarı Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər ...... Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “Inzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı X1 X4 Komissiyasının # ###### 1999-cu il tarixli, ** saylı protokol qərarına əsasən ayrılmış Quba rayonunun Ə.Nərimanov küçəsində yerləşən 75 kv.m torpaq sahəsinə mülkiyyət hüququ olmuş vəfat etmiş X10 məxsus olması barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Iş materiallarından göründüyü kimi X1 X8 Komissiyasının # ###### 1999-cu il tarixli, ** saylı qərarı ilə X1 X8 aparılması ilə əlaqədar təsərrüfatın balansında olan inzibati idarə binasının həyətində yerləşən qaraul budkası 1974-cü ildə tikilmiş, sonuncu qiymətləndirmə dəyəri 267.000 manat ümumi torpaq sahəsinin 75 kv.m olmaqla X10 verilməsi qərara alınmışdır. Həmin qərarın mövcudluğu X2 Filialının iddiaçı tərəfə təqdim etdiyi arxiv çıxarışı ilə öz təsdiqini tapmışdır. Eyni zamanda, torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinə dair texniki pasport, həmçinin həmin qeyri-yaşayış sahəsi üzərində X10 mülkiyyət hüququna dair dövlət reyestrdən arayış verilmişdir. Eləcə də birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktından görünür ki, torpaq sahəsi üzərində hər hansı mübahisəli hal qeydə alınmamış, ölçüsü 0,0075 ha təşkil edir. Həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olub, uqodiyası tikinti sahələrin altında olan torpaqlar kimi göstərilmiş, heç bir mühafizə zolağında yerləşmir və heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. Iş materiallarına əlavə olunmuş ## ### 2014-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, İddiaçı X10 vərəsəsidir. Yuxarıda istinad olunan sənədlərdən də göründüyü kimi mübahisələndirilən torpaq sahəsi iddiaçının mərhum babası X10 ayrılmışdır. Onun vərəsəsi olan iddiaçı mərhum şəxsin adına arayışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin müraciəti imtina ilə cavablandırılmışdır. Cavabdeh orqanın etirazı ondan ibarətdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş, hüquqların dövlət qeydiyyatına əsas olan hüquq müəyyənedici sənədlər tam təqdim olunmamışdır. Məhkəmə kollegiyası cavabdehin imtinası əsassız hesab etməklə qeyd edir ki, X1 X8 Komissiyasının # ###### 1999-cu il tarixli, ** saylı qərarı əsas götürülməklə mübahisəli torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsinə münasibətdə X10 mülkiyyət hüququnun qeydə alınmasına dair qeydiyyat vəsiqəsi verilsə də, eyni qərarla ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi mərhum və onun vərəsələrinin mülkiyyət hüquqlarının əsassız olaraq məhdudlaşdırılması ilə nəticələnir. Belə ki, apellyasiya instansiyasında icraat zamanı sorğu edilmiş, cavabdeh tərəfindən sorğuya cavab olaraq ünvanlanan ## ##### 2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktuba müvafiq qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan X1 X8 Komissiyasının # ###### 1999-cu il tarixli, ** saylı qərarı qoşma olaraq əlavə edilmişdir. Kollegiya əlavə olaraq qeyd edir ki, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda “Inzibati Icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Belə ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Inzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli Qərarında da qeyd olunduğu kimi torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il ## #### tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Hazırki iş üzrə də cavabdeh inzibati orqan tərəfindən eyni qərar əsasında mübahisəli torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması iddiaçının sözügedən inzibati akta münasibətdə etimad hüququnun yaranmasına səbəb olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar