Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1130/2026 03.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı İddiaçı İmaməddin qızının iştirakı ilə, İddiaçı İddiaçı İmaməddin qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, 2-1(118)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı İmaməddin qızı cavabdeh “xxxx“ Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-131 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş Xaçmaz rayonu, Sabiroba kəndi ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaqsahəsinin planı və ölçüsünün hazırlanaraq verilməsindən cavabdehin imtinasını əsassız hesab etməklə, qeyd olunan 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək JN-***A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstəriln 0,0482 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisasiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx“ Publik Hüquqi Şəxsi ilə əvəz edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən Cavabdeh publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt İnzibati Məhkəməsinin protokol qərardadı ilə cavabdeh prosessual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsinin 11.02.202!-ci il tarixli, *-**-*-**/*-****/**** saylı məktubu ilə Xaçmaz rayonunun Sabiroba kəndi ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququmun dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə dair iddiaçının adına çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasından imtina edilmişdir. Cavabdehin imtina məktubunda göstərilir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində alınması ilə bağlı müraciət edilən ərizəyə əlavə olunmuş JN-***A nömrəli (KOD 30217058) seriyalı “Torpağın mülkivyətə verilməsinə dair Şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və şəhadətnamənin arxiv nüsxəsi Ərazi İdarəsində aşkar edilməmişdir, bildirilir ki, JN-131 A nömrəli (KOD 30217058) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Həmçinin 0.05 ha torpaq sahəsi azalaraq 0.0482 ha ölçüdə əksini tapmışdır. Bundan əlavə, 0.05 ha torpaq sahəsi torpaqların elektron kadstr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Yuxarıda qevd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından imtina olunur. Aşağıda şərh olunanlara əsasən hesab edilir ki, qeyd olunan imtina əsassızdır, bu səbəbdən də cavabdehin üzərinə Xaçmaz rayonu, Sabiroba kəndi ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestıində qeydə alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq verilməsi öhdəliyi qoyulmalıdır. Belə ki, JN-131 A (KOD 30217058) olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilir ki, Xaçmaz rayonu, Sabiroba kəndində yerləşən 0.05 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi uçun Xaçmaz rayon Aqrar İslahatı Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərar, də İddiaçı İmaməddin qızının mülkiyyətinə verilmiş, şəhadətnamə nüsxədən ibarət tərtib edilib və 147 nömrə ilə kitabda qeydə alınmışdır. Şəhadətnamənin bir nüsxəsi İddiaçı imaməddin qızına verilib, ikinci nüsxəsi Xaçmaz rayon Şöbəsində saxlanılıb. Cavabdeh tərəfindən ərizəylə bağlı araşdırma aparılarkən DT və XK Xaçmaz rayon şöbosi tərəfindən Daşınmaz Əmlak Dövlət Kadastr və Reyestr, Publik Hüquqi şəxsin * saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında JN-131 A (KOD 30217058) o an Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qeydiyyatdan keçməməsinin müəyyən edilməsi və onun arxiv nüsxəsinin Ərazi İdarəsində aşkar edilməməsi iddiaçının günahı deyildir. Uzun illərdir həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. Torpaq sahəsi üzərində hər hansı mübahisə yoxdur. Ona görə də cavabdehin imtinası ilə qətiyyən razılaşmaq mümkün deyildir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, ərizənizə əlavə olunmuş JN-131 A nömrəli (KOD 30217058) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və şəhadətnamənin arxiv nüsxəsi Ərazi İdarəsində aşkar edilməmişdir. Bildiririk ki, JN-131 A nömrəli (KOD 30217058) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Həmçinin, 0.05 ha torpaq sahəsi azalaraq 0.0482 ha ölçüdə öz əksini tapmışdır. Bundan əlavə, 0.05 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: JN-131A kod ******** nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarına əsasən 0,05 ha torpaq sahəsi İddiaçı İmaməddin qızının mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, ərizənizə əlavə olunmuş JN-131 A nömrəli (KOD 30217058) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və şəhadətnamənin arxiv nüsxəsi Ərazi İdarəsində aşkar edilməmişdir. Bildiririk ki, JN-131 A nömrəli (KOD 30217058) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Həmçinin, 0.05 ha torpaq sahəsi azalaraq 0.0482 ha ölçüdə öz əksini tapmışdır. Bundan əlavə, 0.05 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli məktuba iddiaçının istifadəsində olan 0,05 torpaq sahəsinin ətrafında qeydə alınmış daşınmaz əmlaka dair sənədlərin surətləri əlavə edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli məktuba müayinə aktı əlavə edilmiş və qeyd edilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, Xaçmaz rayonu,Sabiroba kəndi ərazisində yerləşən İddiaçı İmaməddin qızına JN-131 A ******** saylı şəhadətnamə ilə ayrılmış 0,05 ha torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları ilə qonşu torpaq sahələri ilə üstüstə düşmür. JN-131 A şəhadətnamənin və qonşu torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməmişdir. İddiaçının faktiki naturada istifadəsində ,0482 ha torpaq sahəsi təşkil edir. Kateqoriyası torpaqlarən elektron kadastrı uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, 2-1(118)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, JN-131A kod ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0,05 ha torpaq sahəsinin 0,0482 ha hissəsi üzərində iddiaçı İddiaçı İmaməddin qızının mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. (hakim Qəşəm Məmmədli) Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. İddia ərizəsindən və iş materiallarından göründüyü kimi iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Belə ki, hazırkı işin halları ilə müəyyən olunur ki, iddiaçı JN-131A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə istinad edərək Xaçmaz rayonu, Sabiroba kəndi ərazisində yerləşən 0,05 ha torpaq sahəsinin faktiki istifadəsində olan 0,0482 ha hissəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsini tələb etmiş, cavabdeh inzibati orqan isə həmin şəhadətnamənin qeydiyyat kitablarında qeydə alınmaması, arxiv nüsxəsinin aşkar edilməməsi, elektron məlumat bazasında öz əksini tapmaması və torpaq sahəsinin elektron kadastr uçotunda kənd təsərrüfatı təyinatlı torpaq kimi göstərilməsi səbəblərinə istinad etməklə müraciətin icrasından imtina etmişdir. Həmin imtina ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Kollegiya ilk növbədə qeyd edir ki, öhdəliyin icrası haqqında iddia üzrə cavabdeh inzibati orqanın üzərinə müəyyən hərəkətin edilməsi öhdəliyi yalnız iddiaçının həmin hərəkətin həyata keçirilməsini tələb etməyə subyektiv publik hüququnun mövcudluğu müəyyən edildikdə qoyula bilər. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələb edildikdə isə belə hüququn mövcudluğu və qeydiyyatın aparılması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi şərtlər mötəbər hüquqmüəyyənedici sənədlərlə təsdiqlənməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, belə mübahisələrdə təqdim olunmuş sənədin yalnız formal mövcudluğu həlledici deyildir. Sənədin mənşəyi, tərtibinə əsas olmuş hüquqi fakt, onu vermiş orqanın səlahiyyəti və həmin sənəddəki məlumatların iş üzrə digər rəsmi məlumatlarla uyğunluğu da qiymətləndirilməlidir. Xüsusilə sənədin mötəbərliyinə dair əsaslı şübhə yaradan obyektiv hallar mövcud olduqda, həmin hallar araşdırılmadan sənədin dövlət qeydiyyatının aparılması üçün kifayət edən hüquqi əsas kimi qəbul edilməsi mümkün deyildir. Bu baxımdan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsində 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktların, şəhadətnamələrin və qeydiyyat vəsiqələrinin dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutulması, təqdim edilən hər hansı kağız sənədin onun mənşəyi və verilmə əsası araşdırılmadan avtomatik olaraq qeydiyyata səbəb olması anlamına gəlmir. Təqdim edilən sənəd konkret daşınmaz əmlak üzərində konkret şəxsin hüququnun qanuni əsasla yarandığını mötəbər şəkildə təsdiq etməlidir. Məhkəmə kollegiyası “İnzibati icraat haqqında” Qanunun 19.1 və 19.2-ci maddələrinin qarşılıqlı əlaqəsini də nəzərə alır. Qanunun 19.1-ci maddəsi inzibati icraat zamanı təqdim edilmiş sənəd və dəlillərin, onların həqiqətə uyğun olmadığı sübuta yetirilmədikcə, mötəbər hesab edilməsini nəzərdə tutur. Bununla yanaşı, 19.2-ci maddə təqdim edilmiş sənəd və dəlillərin mötəbərliyinə əsaslı şübhələr yarandıqda inzibati orqanın onların mötəbərliyini müstəqil şəkildə araşdırmasını tələb edir. Buna görə sənədin ilkin mötəbərliyi onun iş üzrə müəyyən edilmiş obyektiv ziddiyyətlərdən asılı olmayaraq təkzibedilməz sübut kimi qəbul edilməsi demək deyildir. Hazırkı işdə JN-***A nömrəli şəhadətnamənin mənşəyi və hüquqi etibarlılığına dair şübhə yalnız onun arxiv nüsxəsinin aşkar edilməməsi ilə məhdudlaşmır. Apellyasiya baxışı zamanı əldə edilmiş əlavə sübutlar şəhadətnamədə göstərilən hüququn yaranma əsasının ayrıca rəsmi mənbə ilə təsdiq olunmadığını, eyni zamanda sənədin məzmunu ilə arxiv və qeydiyyat məlumatları, habelə iddiaçının öz izahatı arasında mühüm uyğunsuzluqların mövcud olduğunu göstərir. Belə ki, “xxxx” MMC-nin ## ######## 2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubunda Mərkəzin arxivində aparılmış araşdırma zamanı Xaçmaz rayonunun Sabiroba kəndində yerləşən 0,05 ha torpaq sahəsinə aid JN-131A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin İddiaçı İmaməddin qızının adına tərtib edilməsi ilə bağlı hər hansı məlumatın aşkar edilmədiyi bildirilmişdir. Bu məlumat əvvəlki inzibati araşdırmada müəyyən edilmiş şəhadətnamənin təhvil verilmiş qeydiyyat kitablarında qeydə alınmaması və elektron məlumat bazasında əks olunmaması halları ilə uzlaşır. Bundan başqa, Xaçmaz Rayon Dövlət Arxivinin ## ###### 2026-cı il tarixli arxiv arayışına əlavə edilmiş sənədlərin araşdırılmasından görünür ki, Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı yalnız iddiaçı İddiaçı İmaməddin qızına münasibətdə deyil, onun daxil olduğu ailəyə münasibətdə torpaq hüquqlarının rəsmiləşdirilməsinin hüquqi əsası olmuşdur. Arxiv materiallarında ailə başçısı X1 ilə yanaşı onun ailə üzvləri kimi İddiaçı İmaməddin qızı, X5, X2, X3 və X4 adları göstərilmişdir. Bu hal * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən təqdim edilmiş JN-115A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə də təsdiq olunur. Həmin şəhadətnamədə X1 ilə birlikdə ailə üzvləri qismində İddiaçı İmaməddin qızı, X5, X2, X3 və X4 adları göstərilmiş, Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı əsasında 0,20 ha torpaq sahəsinin fərdi yaşayış evi və həyətyanı sahə məqsədilə onların mülkiyyətinə verildiyi qeyd edilmişdir. Şəhadətnamənin bir nüsxəsinin X1 verildiyi, digər nüsxəsinin isə Xaçmaz rayon şöbəsində saxlanıldığı da sənəddə öz əksini tapmışdır. Beləliklə, ## ###### 1998-ci il tarixli, ** saylı qərarın hüquqi nəticəsi rəsmi sənədlərdə konkret şəkildə müəyyən edilir. Yəni, həmin qərarla X1 və onun ailə üzvlərinə, o cümlədən hazırkı iddiaçıya 0,20 ha torpaq sahəsi verilmiş və bu hüquq JN-***A nömrəli şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Bu baxımdan, sözügedən qərarın yalnız iddiaçının adına ayrıca 0,05 ha torpaq sahəsinin verilməsinə dair qərar kimi qəbul edilməsi iş üzrə aşkar edilmiş digər rəsmi sənədlərin məzmunu ilə uzlaşmır. Kollegiya həmçinin nəzərə alır ki, eyni ailəyə məxsus mülkiyyət hüquqları sonrakı dövrdə JN-0209 (KOD ********) nömrəli dövlət aktında da rəsmiləşdirilmişdir. Həmin dövlət aktında X1 və ailə üzvlərinin, o cümlədən iddiaçı İddiaçı İmaməddin qızının adları göstərilmiş, Sabiroba kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,43 ha torpaq sahəsinin onların mülkiyyətinə verildiyi qeyd olunmuş və hüquqi əsaslar sırasında Xaçmaz Rayon Məhkəməsinin 2003-cü il tarixli qətnaməsi ilə yanaşı Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarına da istinad edilmişdir. Kollegiya nəzərə alır ki, göstərilən sənədlərin qarşılıqlı müqayisəsi mühüm nəticəyə gəlməyə əsas verir. Belə ki, ## ###### 1998-ci il tarixli, ** saylı qərar əsasında iddiaçının da daxil olduğu ailəyə torpaq sahəsinin verilməsi və həmin hüququn rəsmiləşdirilməsi arxiv və qeydiyyat sənədləri ilə təsdiq olunur. JN-***A nömrəli şəhadətnamədə həmin qərar əsasında ailəyə 0,20 ha torpaq sahəsinin verilməsi birbaşa göstərilmiş, JN-**** nömrəli dövlət aktında isə eyni qərara ailənin mülkiyyət hüquqlarının hüquqi əsaslarından biri kimi yenidən istinad edilmişdir. Lakin hazırkı mübahisədə vəziyyət fərqlidir. JN-***A nömrəli şəhadətnamədə həmin ** saylı qərara istinad edilməklə bu dəfə yalnız İddiaçı İmaməddin qızının adına ayrıca 0,05 ha torpaq sahəsinin verildiyi göstərilsə də, belə ayrıca torpaqayırmanı təsdiq edən ilkin qərar, siyahı, protokol, torpaqayırma materialı və ya digər rəsmi sənəd aşkar edilməmişdir. Başqa sözlə, həmin qərarın ailəyə münasibətdə doğurduğu hüquqi nəticələr rəsmi sənədlərlə təsdiqləndiyi halda, iddiaçıya bundan əlavə ayrıca 0,05 ha torpaq sahəsinin verilməsinə dair JN-***A nömrəli şəhadətnamədə əks olunan məlumatın ilkin hüquqi əsası eyni qaydada təsdiq olunmur. Məhkəmə kollegiyasının qənaətinə görə, bu fərq mübahisəli şəhadətnamənin mötəbərliyinin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Əgər ## ###### 1998-ci il tarixli, ** saylı qərarla ailəyə verilmiş və artıq rəsmi sənədlərlə rəsmiləşdirilmiş torpaq sahələrindən əlavə olaraq iddiaçının özünə ayrıca 0,05 ha torpaq sahəsinin də verilməsi nəzərdə tutulmuş olsaydı, belə ayrıca hüquqi nəticənin də qərarın özündə və ya ona aid ilkin torpaqayırma sənədlərində müəyyən edilməsi gözlənilən olardı. İş materiallarında isə bunu təsdiq edən hər hansı ilkin sənəd mövcud deyildir. Odur ki, yalnız JN-***A nömrəli şəhadətnamənin üzərində ## ###### 1998-ci il tarixli, ** saylı qərara istinad olunması həmin qərarla iddiaçıya ailəyə artıq verilmiş torpaq sahələrindən əlavə ayrıca 0,05 ha torpaq sahəsinin də verildiyini qəbul etmək üçün kifayət hesab edilə bilməz. Əksinə, həmin qərar əsasında ailənin torpaq hüquqlarının JN-***A nömrəli şəhadətnamə və JN-**** nömrəli dövlət aktı ilə rəsmiləşdirilməsinin rəsmi sənədlərlə təsdiq olunması, lakin JN-***A nömrəli şəhadətnamənin qeydiyyat və arxiv mənbələrində, eləcə də ilkin torpaqayırma sənədlərində analoji təsdiqinin aşkar edilməməsi həmin şəhadətnamənin dövlət qeydiyyatı üçün mötəbər hüquqmüəyyənedici əsas olub-olmamasına dair əsaslı şübhəni gücləndirir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya instansiyası məhkəməsinin ## ######## 2026-cı il tarixli məhkəmə iclasında verdiyi izahata da xüsusi əhəmiyyət verir. Belə ki, iddiaçı əvvəlcə mübahisəli torpaq sahəsinin 1998-ci ildə ona və həyat yoldaşına ayrıldığını bildirmiş, sədrlik edənin sualına cavab verərkən isə 0,05 ha torpaq sahəsini həyat yoldaşının 2001-ci ildə bələdiyyədən şəhadətnamə əsasında aldığını, həmin şəhadətnamənin bələdiyyə tərəfindən tərtib edildiyini və bunun müqabilində onlardan pul alındığını göstərmişdir. Kollegiyanın qənaətinə görə, iddiaçının bu izahatı mübahisəli JN-***A nömrəli şəhadətnamədə əks olunan məlumatlarla hüququn yaranmasının mühüm halları baxımından ziddiyyət təşkil edir. Belə ki, həmin şəhadətnamədə hüququn subyekti kimi İddiaçı İmaməddin qızının özü, torpaq sahəsini vermiş orqan kimi Xaçmaz Rayon Aqrar İslahat Komissiyası, hüquqi əsas kimi isə həmin Komissiyanın ## ###### 1998-ci il tarixli, ** saylı qərarı göstərildiyi halda, iddiaçı məhkəmə iclasında torpaq sahəsinin 2001-ci ildə həyat yoldaşı tərəfindən bələdiyyədən əvəzli qaydada əldə edildiyini və şəhadətnamənin də bələdiyyə tərəfindən tərtib edildiyini bildirmişdir. Beləliklə, hüququ əldə edən şəxs, hüququ yaradan orqan, torpaq sahəsinin əldə edildiyi tarix və hüququn yaranmasının hüquqi əsası barədə bir-biri ilə uzlaşmayan məlumatlar mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən ziddiyyətlər ikinci dərəcəli və ya texniki xarakterli uyğunsuzluqlar deyildir. Onlar bilavasitə mülkiyyət hüququnun kimə, hansı orqan tərəfindən, hansı tarixdə və hansı hüquqi əsasla verilməsi kimi hüququn yaranmasının əsas elementlərinə aiddir. Bu səbəbdən həmin ziddiyyətlər aradan qaldırılmadan JN-***A nömrəli şəhadətnamənin mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatı üçün yetərli dərəcədə mötəbər şəkildə təsdiq etdiyi nəticəsinə gəlmək mümkün deyildir. Beləliklə, hazırkı işdə “əsaslı şübhə” konkret və bir-biri ilə əlaqəli hallardan formalaşır: şəhadətnamənin rəsmi qeydiyyat və arxiv mənbələrində təsdiqini tapmaması, onun istinad etdiyi ## ###### 1998-ci il tarixli, ** saylı qərarla iddiaçıya ayrıca 0,05 ha torpaq sahəsinin verildiyini göstərən ilkin sənədin aşkar edilməməsi, həmin qərarın iddiaçının da daxil olduğu ailəyə başqa torpaq sahəsinin rəsmiləşdirilməsinin hüquqi əsaslarından biri kimi mövcud olması və iddiaçının özünün torpaq sahəsinin əldə edilməsini şəhadətnamədə göstəriləndən fərqli şəkildə izah etməsidir. Bu hallar məcmu şəkildə qiymətləndirildikdə söhbətin yalnız arxiv sənədinin olmamasından getmədiyi aydın olur. Bu səbəbdən birinci instansiya məhkəməsinin şəhadətnamənin qeydiyyat kitablarında qeydə alınmamasında və arxiv nüsxəsinin aşkar edilməməsində iddiaçının təqsirinin olmamasına istinad etməsi mübahisənin həlli üçün yetərli hesab edilə bilməz. Məsələnin mahiyyəti iddiaçının arxiv və uçot sənədlərinin aparılmasındakı mümkün çatışmazlıqlara görə məsuliyyət daşıyıb-daşımamasında deyil, qeydiyyata alınması tələb olunan mülkiyyət hüququnun həqiqətən yaranıb-yaranmamasında və təqdim edilmiş sənədin həmin hüququ mötəbər şəkildə təsdiq edib-etməməsindədir. İddiaçının belə çatışmazlıqlarda təqsirinin olmaması özlüyündə mülkiyyət hüququnun yaranmasının təsdiqi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası bu xüsusda nəzərə alır ki, hazırkı mübahisə öhdəliyin icrası haqqında iddia predmetini təşkil edir. Buna görə məhkəmənin vəzifəsi yalnız cavabdehin imtina məktubunda göstərdiyi səbəblərin əsaslılığını yoxlamaqla məhdudlaşmır. İddianın təmin edilməsi üçün iddiaçının tələb etdiyi konkret inzibati hərəkətin həyata keçirilməsini tələb etməyə subyektiv publik hüququnun mövcudluğu da müəyyən edilməlidir. Cavabdehin imtinasında göstərilən səbəblərdən hər hansı birinin kifayət qədər əsaslandırılmaması və ya sonradan aradan qalxması, digər zəruri hüquqi şərtlər mövcud olmadığı halda, dövlət qeydiyyatının aparılması öhdəliyinin yaranmasına səbəb olmur. Bu baxımdan, mübahisəli torpaq sahəsinin faktiki ölçüsünün 0,05 ha deyil, 0,0482 ha olması və iddiaçının tələbini həmin ölçüyə uyğun dəqiqləşdirməsi yalnız sahənin kəmiyyət göstəricisi ilə bağlı uyğunsuzluğu aradan qaldırır. Faktiki ölçünün dəqiq müəyyən edilməsi həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun kimə, hansı orqanın qərarı ilə və hansı hüquqi fakta əsasən yarandığı məsələsinə aydınlıq gətirmir və hüququn yaranmasının ilkin əsasına dair yuxarıda göstərilən çatışmazlıqları aradan qaldırmır. Eyni yanaşma apellyasiya baxışı zamanı əldə edilmiş müayinə və ortofoto materiallarına da aiddir. Həmin materiallar mübahisəli torpaq sahəsinin faktiki yerləşməsini, ölçüsünü və qonşu torpaq sahələri ilə münasibətdə sərhədlərini müəyyən etməyə imkan verir. Lakin torpaq sahəsinin texniki baxımdan fərdiləşdirilə bilməsi həmin sahə üzərində konkret şəxsin mülkiyyət hüququnun yarandığını təsdiq etmir. Buna görə sahənin başqa torpaq sahələri ilə üst-üstə düşməməsi qeydiyyatın texniki baxımdan mümkünlüyünü göstərə bilsə də, hüququn yaranmasına dair çatışmayan hüquqi əsası əvəz etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qonşu torpaq sahələrinin yaşayış məntəqələri torpaqları kimi dövlət qeydiyyatına alınmasına istinad etməklə bərabərlik prinsipinin pozulduğu barədə mövqeyini də əsaslı hesab etmir. “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinin mahiyyətinə görə eyni yanaşmanın tələb edilməsi üçün müqayisə olunan halların mühüm faktiki və hüquqi xüsusiyyətləri eyni olmalıdır. Torpaq sahələrinin eyni ərazidə yerləşməsi və ya bir-birinə qonşu olması şəxslərin hüquqi vəziyyətlərinin eyni hesab edilməsi üçün kifayət deyildir. Apellyasiya araşdırması zamanı əldə edilmiş materiallardan görünür ki, qonşu torpaq sahələrinə dair hüquqlar ayrıca hüquqmüəyyənedici sənədlər və sonrakı hüquqi əməliyyatlar əsasında dövlət qeydiyyatına alınmışdır. Hazırkı mübahisədə isə həlledici məsələ torpaq sahəsinin coğrafi yerləşməsi deyil, iddiaçının istinad etdiyi JN-***A nömrəli şəhadətnamənin onun adına mülkiyyət hüququnun yaranmasını mötəbər qaydada təsdiq edib-etməməsidir. Müqayisə olunan halların hüquqi əsasları fərqli olduğundan fərqli hüquqi nəticənin yaranması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Eyni səbəbdən, qonşu torpaq sahələrinin yaşayış məntəqələri torpaqları kimi qeydiyyata alınması mübahisəli sahənin kateqoriyasına dair məsələnin ayrıca araşdırılmasını zəruri edə bilər. Lakin bu hal iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasını təsdiq edən mötəbər hüquqmüəyyənedici əsasın yoxluğunu aradan qaldırmır. Kollegiya iddiaçının uzun müddət ərzində mübahisəli torpaq sahəsindən faktiki istifadə etməsini də nəzərə alır. Bununla belə, hazırkı iddia faktiki istifadə faktının ayrıca hüquqmüəyyənedici əsas kimi tanınmasına deyil, JN-***A nömrəli şəhadətnamə əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına yönəlmişdir. Bu səbəbdən torpaq sahəsindən uzunmüddətli istifadə edilməsi həmin şəhadətnamənin hüquqi əsasına dair müəyyən edilmiş çatışmazlıqları aradan qaldırmır və dövlət qeydiyyatı üçün zəruri olan hüquqmüəyyənedici əsası əvəz etmir. Məhkəmə kollegiyası ayrıca vurğulayır ki, hazırkı iş üzrə JN-***A nömrəli şəhadətnamənin saxta olub-olmaması barədə qəti nəticəyə gəlilməsi zəruri deyildir. Hazırkı inzibati mübahisədə müəyyən edilməli olan məsələ həmin sənədin iddiaçının tələb etdiyi dövlət qeydiyyatının aparılması üçün kifayət qədər mötəbər hüquqmüəyyənedici əsas təşkil edib-etməməsidir. Sənədin saxta olduğunun sübuta yetirilməməsi onun avtomatik olaraq dövlət qeydiyyatı üçün yetərli sənəd hesab olunması demək deyildir. Qeydiyyat öhdəliyinin qoyulması üçün sənədin konkret hüququ etibarlı şəkildə təsdiq etməsi müəyyən olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən əlavə toplanmış sübutların araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsinin mübahisəli şəhadətnamənin arxiv nüsxəsinin aşkar edilməməsini əsasən iddiaçının iradəsindən asılı olmayan formal çatışmazlıq kimi qiymətləndirməsi işin həlli üçün mühüm olan bütün halları əhatə etmir. Apellyasiya baxışı zamanı şəhadətnamənin hüquqi əsası, tərtib edilmə mənbəyi, rəsmi qeydiyyat məlumatları və iddiaçının öz izahatı arasında yuxarıda göstərilən ziddiyyətlər müəyyən edilmişdir. Buna görə mübahisənin mahiyyəti təkcə sənədin arxivdə olub-olmaması məsələsindən ibarət deyildir. Beləliklə, iş üzrə tədqiq edilmiş sübutların məcmusu mübahisəli 0,0482 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun JN-***A nömrəli şəhadətnamə əsasında dövlət qeydiyyatına alınması üçün qanunvericiliyin tələb etdiyi səviyyədə mötəbər, ardıcıl və kifayət edən hüquqi əsasın mövcudluğunu müəyyən etməyə imkan vermir. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, daşınmaz əmlaka dair hüquqların dövlət tərəfindən tanınması və hüquqi nəticələr doğurması yalnız belə hüququn mövcudluğu barədə iddia və ya formal sənəd təqdim edilməsi ilə deyil, həmin hüququ təsdiq edən sənədlərin qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunması, onların rəsmi arxivlər və aidiyyəti informasiya ehtiyatlarında təsdiqini tapması, həmçinin qüvvədə olan reyestr qeydiyyatları ilə ziddiyyət yaratmaması ilə şərtlənir. Hazırkı mübahisəyə dair işdə isə iddiaçının istinad etdiyi şəhadətnamənin arxiv nüsxəsi və tərtibinə əsas olan sənədlər aşkar edilməmiş, istinad olunan 1997-ci il qərarında iddiaçının deyil, qardaşının adı göstərilmiş, mübahisəli torpaq sahəsinin isə qüvvədə olan çıxarışa əsasən üçüncü şəxs və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə tam üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu hallar cavabdehin imtinasının qanunauyğun olduğunu təsdiq edir. Bir sözlə, iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün hüquqi əsas mövcud deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Belə olan təqdirdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan natamam sübutlar əsasında iddanı təmin etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı İddiaçı İmaməddin qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1130/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1130/2026
03.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver