Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1132/2026 27.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı İddiaçı vəkilli və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Dövlət Gömrük Komitəsində işlədiyi, yəni dövlət qulluğunun xüsusi növündəki xidmət illərini təşkil edən ##.##.1992-ci il tarixdən ##.##.1995- ci il tarixədək olan müddətin (3 il 27 gün) dövlət qulluğu stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsindəki icraat. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı 1977-ci ildən etibarən əmək fəaliyyətinə başlayaraq müxtəlif dövlət strukturlarında fərqli vəzifələrdə, həmçinin ##.##.1992-ci il tarixdən ##.##.1995-ci il tarixədək Dövlət Gömrük Komitəsi Bakı Gömrük İdarəsinin mühasibat uçotu və nəzarət bölməsinin rəisi və DGK-nın Maliyyə-Tarif İdarəsinin gömrük tədiyyələri şöbəsinin baş inspektoru vəzifələrində xidmət etmişdir. İddiaçıya ƏƏSMN DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən # #### 2025-ci il tarixdən hesablanmaqla sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, lakin iddiaçının Dövlət Gömrük Komitəsində işlədiyi, yəni dövlət qulluğunun xüsusi növündəki xidmət illərini təşkil edən ##.##.1992-ci il tarixdən ##.##.1995- ci il tarixədək olan müddət (3 il 27 gün) pensiya təyin edilərkən nəzərə alınmamışdır. Odur ki, iddiaçı həmin xidmət illərinin dövlət qulluğundakı xidmət illərinə daxil edilərək pensiyasının yenidən hesablanması məqsədi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə həmin xidmət illərinin iddiaçının pensiyasına daxil edilməsindən imtina edərək cavab məktubunda eyni ilə aşağıdakı kimi qeyd etmişdir: “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 2# #### 2025-ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, iddiaçıya # #### 2025-ci il tarixindən hesablanmaqla sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylq məbləği 870,75 manat,. qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəniz 261,23 manat, mükafatlara görə əlavəiniz 122,55 manat olmaqla orta aylq əmək haqqınız 1254,53 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1.2-ci maddəsinə əsasən, 20 il 8 ay 27 gün (##.##.1977- ##.##.1981-ci il, ##.##.1981-##.##.1992-ci il, ##.##.1996-##.##.1999-cu il, ##.##.2000- ##.##.2001- ci il və ##.##.2001-##.##.2002-ci il tarixləri arasındakı dövrlər) dövlət qulluğu stajına uyğun olaraq orta aylq əmək haqqınızın (1254,53 manat) 67 faizi - 840,54 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabınıza köçürülür. Eyni zamanda bildirilir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının ## ### 2021-ci il tarixli ***-VIQD nömrəli Qanununa uyğun olaraq, “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” (bundan sonra - Qayda) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablama sabiq dövlət qulluqçusu kimi pensiya təminatına şamil olunmur. Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası və şərtləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulduğundan dövlət qulluğu stajınının dövlət qulluğunun xüsusi növündəki qulluq illərinin nəzərə alınmaqla hesablanması həmin Qanunun tələbləri baxımından mümkün deyil.” Hesab edilir ki, qeyd olunan əsaslar baxımından cavabdeh orqanın iddiaçının dövlət qulluğunun xüsusi növündəki xidmət illərinin dövlət qulluğu stajına daxil etməməklə əmək pensiyasını yenidən hesablamaması barədə gətirdiyi əsaslar qanunsuzdur və həmin xidmət illərinin iddiaçının dövlət qulluğu stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması cavabdeh üzərinə öhdəlik kimi qoyulmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçıya ##.##.2025-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ##.##.2025-ci il tarixində Mərkəzi Filiala müraciət edərək, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, Mərkəzi Filial tərəfindən iddiaçıya verilmiş ##.##.2025-ci il tarixli cavab məktubuna əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. İddiaçı iddia ərizəsində Dövlət Gömrük Komitəsində işlədiyi, yəni dövlət qulluğunun xüsusi növündəki xidmət illərini təşkil edən ##.##.1992-ci il tarixindən ##.##.1995-ci il tarixinədək olan müddətin (3 il 27 gün) dövlət qulluğu stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması xahiş etmişdir. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 il yaşına çatmış kişilərin və 60 il yaşına çatmış qadınların (# #### 2019 - ## #### 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #- dək hər il 6 ay artırılır. 01,07.2020ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Həmin qanunun 20.1.7 -ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991 -ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin qanunun 20.1,8-ci maddəsinə əsasən dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla) Həmin qanunun 20.11 .ci və 20.12.ci maddələrinə əsasən Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir 0.11.1 dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1 -ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2 dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1 -ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11 -ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiririk ki, iddiaçıya # #### 2025-ci il tarixindən hesablanmaqla sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. İddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 870,75 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 261,23 manat, mükafatlara görə əlavəsi 122,55 manat olmaqla orta aylıq əməkhaqqısı 1254,53 manat təşkil etmişdir.Bununla əlaqədar iddiaçının əmək pensiyası Qanununun20.11.2-ci maddəsinə əsasən, 20 il 8 ay 27 gün (##.##.1977-##.##.1981-ci il, ##.##.1981 - ##.##.1992-ci il, ##.##.1996-##.##.1999-cu il, ##.##.2000-##.##.2001-ci il və ##.##.2001- ##.##.2002-ci il tarixləri arasındakı dövrlər) dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əməkhaqqısının (1254,53 manat) 67 faizi-840,54 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı ##.##.1992-ci il tarixdə Bakı Gömrük İdarəsinin mühasibat uçotu və nəzarət bölməsinin rəisi vəzifəsinə təyin edilmiş, ##.##.1992-ci il tarixdə Gömrük Komitəsinin Maliyyə-tarif idarəsinin gömrük tədiyyələri şöbəsinə baş inspektor vəzifəsinə keçirilmiş və ##.##.1995-ci il tarixdə tutduğu vəfizədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-**-*****/**** nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçıya # #### 2025-ci il tarixindən hesablanmaqla sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 870,75 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 261,23 manat, mükafatlara görə əlavə 122,55 manat olmaqla orta aylıq əmək haqqı 1254,53 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən, 20 il 8 ay 27 gün (##.##.1977-##.##.1981-ci il, ##.##.1981-##.##.1992-ci il, ##.##.1996- ##.##.1999cu il, ##.##.2000-##.##.2001-ci il və ##.##.2001-##.##.2002-ci il tarixləri arasındakı dövrlər) dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (1254,53 manat) 67 faizi- 840,54 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının ## ### 2021-ci il tarixli ***-VIQD nömrəli Qanununa uyğun olaraq, “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” (bundan sonra - Qayda) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablama sabiq dövlət qulluqçusu kimi pensiya təminatına şamil olunmur. Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası və şərtləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulduğundan dövlət qulluğu stajınının dövlət qulluğunun xüsusi növündəki qulluq illərinin nəzərə alınmaqla hesablanması həmin Qanunun tələbləri baxımından mümkün deyil. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən iddiaçıya ##.##.2025-ci il tarixdə pensiya məbləği yenidən hesablanaraq 840,54 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən iddiaçı tərəfə ünvanlanmış ##.##.2026-cı il tarixli, *-*/*-***/**** nömrəli məktubda qeyd edilmişdir ki, ##.##.1992-##.##.1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Gömrük İdarəsində və Maliyyə-Tarif İdarəsində bölmə rəisi, baş inspektor iş müddətilə bağlı bildirilir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. Adıçəkilən Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Həmin Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikasının # ###### 1999-cu il tarixli ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Qeyd edilənlərə əsasən ##.##.1992-##.##.1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Gömrük İdarəsində və Maliyyə- Tarif İdarəsində bölmə rəisi, baş inspektor vəzifələrində iş müddəti dövlət qulluğunun xüsusi növündə qulluq illərinə (xidmət illərinə) daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin 2.1.1-ci yarımbəndinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) müddəti nəzərə alınır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı ##.##.1992-ci il tarixdən ##.##.1995-ci il tarixədək işlədiyi müddətin onun dövlət qulluğu stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim Qəşəm Məmmədli). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: Apellyasiya şikayətinin dəlilləri. Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının ## ### 2021-ci il tarixli ***-VIQD nömrəli Qanununa uyğun olaraq, “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” (bundan sonra – Qayda) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablama sabiq dövlət qulluqçusu kimi pensiya təminatına şamil olunmur. Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası və şərtləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulduğundan dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündəki qulluq illərinin nəzərə alınmaqla hesablanması həmin Qanunun tələbləri baxımından mümkün deyil. b) İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz ünvanlayaraq bildirmişdir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmə qərarının ləğvi üçün hüquqi əsas yaratmır. Şikayətdə dövlət qulluğu stajının tərkibinin müəyyən edilməsi ilə artıq müəyyən olunmuş həmin staj əsasında pensiyaya əlavənin hesablanması eyni hüquqi məsələ kimi təqdim edilir; “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1-ci maddəsinin imperativ tələbi, ** nömrəli Qaydanın 2.1.1 və 4.4-cü bəndləri, gömrük orqanlarında xidmətə dair xüsusi tənzimləmə, Dövlət İmtahan Mərkəzinin iş üzrə konkret rəsmi cavabı və Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqelər isə cavabsız saxlanılır. İş materialları ilə müəyyən olunmuş və apellyasiya şikayətində də mahiyyət etibarilə mübahisələndirilməyən faktlar bunlardır: iddiaçı ##.##.1992-ci il tarixdə Bakı Gömrük İdarəsinin mühasibat uçotu və nəzarət bölməsinin rəisi vəzifəsinə təyin edilmiş, ##.##.1992-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif İdarəsinin gömrük tədiyyələri şöbəsinin baş inspektoru vəzifəsinə keçirilmiş, ##.##.1995-ci il tarixdə həmin vəzifədən azad edilmişdir. Bu məlumatlar İT-İ ******* nömrəli əmək kitabçası ilə təsdiqlənmiş və birinci instansiya məhkəməsinin qərarının 7-ci bəndində ayrıca təsbit edilmişdir. Cavabdeh iddiaçıya ##.##.2025-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunduğunu, onun 20 il 8 ay 27 gün dövlət qulluğu stajına malik olduğunu və pensiya əlavəsinin orta aylıq dövlət məvacibinin 67 faizi əsasında hesablandığını qəbul edir. Mübahisə yalnız 3 il 27 günlük gömrük xidmətinin həmin stajın tərkibinə daxil edilib-edilməməsi ilə bağlıdır. Deməli, pensiya hüququnun mövcudluğu, əsas stajın həcmi, gömrük orqanlarında işləmə müddəti və tutulan vəzifələr barədə faktiki mübahisə yoxdur. Birinci instansiya məhkəməsi əmək kitabçasını, cavabdehin ##.##.2025ci il tarixli 3- **-*/*-**-*****/**** nömrəli imtina məktubunu, pensiyanın yenidən hesablanması haqqında ##.##.2025-ci il tarixli qərarı və Dövlət İmtahan Mərkəzinin ##.##.2026-cı il tarixli *-*/*-***/**** nömrəli məktubunu tədqiq etmişdir. Apellyasiya şikayəti həmin sənədlərdən hər hansı birinin mötəbərliyini şübhə altına almır, yeni əks-sübut təqdim etmir və konkret sübutun araşdırılmadığını göstərmir. Bu səbəbdən İnzibati Prosessual Məcəllənin 12.1, 12.2 və 58.7-ci maddələrinin yalnız mətninin təkrarlanması prosessual pozuntunun mövcudluğunu sübut etmir. “Dövlət qulluğu haqqında” Qanunun 1.1.2-ci maddəsi dövlət qulluğunun xüsusi növünü xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə kimi müəyyən edir. Həmin Qanunun 2.3-cü maddəsi bu şəxslərin qulluq keçməsinin, dövlət qulluğunun xüsusiyyətləri nəzərə alınmaqla, başqa qanunlarla tənzimləndiyini təsbit edir. Beləliklə, xüsusi növ dövlət qulluğunun ayrıca qanunla tənzimlənməsi onun dövlətə xidmət xarakterini aradan qaldırmır. Azərbaycan Respublikasının # ###### 1999-cu il tarixli ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 1-ci maddəsində gömrük orqanlarında xidmət birbaşa dövlət qulluğunun xüsusi növü kimi müəyyən edilmişdir. İddiaçının bölmə rəisi və baş inspektor vəzifələrində ##.##.1992–##.##.1995-ci illərdəki xidməti də məhz bu hüquqi xarakterə malik olmuşdur. Bu hal yalnız iddiaçı tərəfin mülahizəsi ilə deyil, dövlət qulluğu sahəsində ixtisaslaşmış qurum olan Dövlət İmtahan Mərkəzinin ##.##.2026-cı il tarixli, *-*/*-***/**** nömrəli cavabı ilə konkret olaraq təsdiqlənmişdir. Həmin cavabda iddiaçının göstərilən dövrdə bölmə rəisi və baş inspektor vəzifələrində iş müddətinin dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil olduğu açıq göstərilmişdir. Apellyasiya şikayətində bu hüquqifaktiki təsnifatı təkzib edən heç bir əsas yoxdur. “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Normada işlədilən “daxil edilir” ifadəsi seçim və ya diskresiya deyil, məcburi hüquqi nəticə müəyyən edir. Bu maddədə stajın qarşılıqlı tanınmasının yalnız şəxsin işlədiyi dövrdə tətbiq ediləcəyi, pensiya hüquq münasibətlərində nəzərə alınmayacağı, yaxud şəxs dövlət qulluğundan ayrıldıqdan sonra qüvvəsini itirəcəyi barədə heç bir istisna nəzərdə tutulmamışdır. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü məhdudiyyət qanunun mətnində yoxdur və inzibati orqanın təfsiri yolu ilə qanuna əlavə edilə bilməz. Həmin Qanunun 22.7-2-ci maddəsi isə qarşılıqlı daxil edilmənin qayda və şərtlərinin Nazirlər Kabineti tərəfindən təsdiq edilməsini nəzərdə tutur. Bu norma icra mexanizmini müəyyənləşdirmək üçün səlahiyyət verir, 22.7-1-ci maddədə təsbit olunmuş maddi hüququ aradan qaldırmaq və ya onun tətbiq dairəsini daraltmaq üçün deyil. Qanunla yaradılmış hüququ aşağı hüquqi qüvvəli aktın məqsəd hissəsinə seçici istinadla təsirsizləşdirmək normativ aktların iyerarxiyasına və sistemli təfsir prinsipinə uyğun olmazdı. Cavabdehin əsas metodoloji səhvi dövlət qulluğu stajının hansı dövrlərdən ibarət olmasının müəyyənləşdirilməsi ilə həmin staj əsasında pensiya əlavəsinin faizinin hesablanmasını eyniləşdirməsidir. “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1 və 20.11.2-ci maddələri 15 il və 15 ildən yuxarı qulluq stajı olan şəxslər üçün dövlət məvacibinin orta aylıq məbləğindən hesablanan əlavənin faiz və yuxarı həddini müəyyən edir. Bu maddələr dövlət qulluğu stajının tərkibini formalaşdıran bütün xidmət dövrlərinin qapalı siyahısını vermir. Stajın tərkibi “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1-ci maddəsi, gömrük xidmətinə dair sahəvi qanunvericilik və həmin maddənin icrası üçün qəbul edilmiş ** nömrəli Qayda əsasında müəyyən olunur. Yalnız bundan sonra müəyyən edilmiş yekun staj “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsindəki hesablamaya tətbiq edilir. Bu normalar birbirinə zidd deyil; biri hüquqi faktı – stajın həcmini, digəri həmin faktın maliyyə nəticəsini müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanunun 20.12-ci maddəsində qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydasının ayrıca müəyyən olunmasının nəzərdə tutulması da 20.11ci maddənin stajın tərkibi barədə özlüyündə tam və qapalı tənzimləmə olmadığını göstərir. Cavabdeh 20.11-ci maddəni ona aid olmayan funksiyada tətbiq etməklə 22.7-1-ci maddəni və ** nömrəli Qaydanı hüquqi nəticəsiz qoymağa çalışır. “Dövlət qulluğu haqqında” Qanunun 23.1-ci maddəsində dövlət qulluqçusunun pensiya təminatının “Əmək pensiyaları haqqında” Qanuna uyğun həyata keçirilməsinin göstərilməsi də cavabdehin mövqeyini təsdiqləmir. Pensiyanın növü və hesablanması “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir, lakin hesablamada istifadə edilən dövlət qulluğu stajının tərkibi dövlət qulluğuna dair qanunvericiliyin imperativ müddəaları nəzərə alınmaqla müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumu ##.##.2026-cı il tarixli Qərardadında məhz pensiya təyin edilməsi məqsədilə dövlət qulluğu stajı ilə dövlət qulluğunun xüsusi növündə qulluq illərinin qarşılıqlı nəzərə alınması məsələsini araşdırmışdır. Plenum “Dövlət qulluğu haqqında” Qanunun 1 və 2.3-cü maddələrini təhlil edərək dövlət qulluqçularının və dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq keçməsinin dövlət qulluğunun vahid sistemində xidmət kimi qiymətləndirildiyini, hər iki fəaliyyətin mahiyyət etibarilə dövlətə xidmət forması olduğunu göstərmişdir. Plenum xüsusi olaraq belə bir ədalətsiz nəticəyə diqqət çəkmişdir: 14 il dövlət qulluğu və eyni müddət xüsusi növ dövlət qulluğu olmaqla ümumilikdə 28 il dövlətə xidmət etmiş şəxs 20.11-ci maddədə nəzərdə tutulan əlavəni ala bilmədiyi halda, cəmi 15 il adi dövlət qulluğu stajı olan şəxsin bu hüququ əldə etməsi Konstitusiyanın 149-cu maddəsinin İ hissəsindəki haqq-ədalət prinsipinə uyğun olmazdı. Hazırkı işdə də cavabdeh iddiaçının 20 il 8 ay 27 günlük dövlət qulluğuna əlavə 3 il 27 günlük xüsusi növ dövlət qulluğunu ümumiyyətlə nəzərə almamaqla eyni mahiyyətli əsassız fərqləndirmə yaradır. Konstitusiya Məhkəməsi bir tərəfdən cüzi müddət xüsusi xidməti olan şəxsin uzun adi dövlət qulluğu stajı hesabına erkən və xüsusi pensiya hüququ əldə etməsi riskini, digər tərəfdən isə uzunmüddətli dövlət xidmətinin bütövlükdə nəzərə alınmamasından doğan ədalətsizliyi fərqləndirmişdir. Hazırkı iş erkən və ya xüsusi şərtlərlə gömrük pensiyasının təyin edilməsinə aid deyil. İddiaçı qanunla müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra sabiq dövlət qulluqçusu kimi artıq təyin olunmuş yaşa görə əmək pensiyasına əlavənin onun faktiki dövlət xidmətinin tam müddəti əsasında hesablanmasını tələb edir. Buna görə Plenumun sui-istifadə riski barədə qeyd etdiyi hal hazırkı mübahisədə mövcud deyil. Qərardadda hüquqi tənzimləmə təkmilləşdirilənədək bu kateqoriyadan olan mübahisələr həll edilərkən əmək pensiyaları və dövlət qulluğu haqqında qanunvericiliklə yanaşı, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normalarının, habelə etimadın qorunması prinsipinin rəhbər tutulmalı olduğu göstərilmişdir. Apellyasiya şikayəti isə ##.##.2026-cı il tarixli bu birbaşa hüquqi mövqeləri ümumiyyətlə nəzərə almadan yalnız cavabdehin əvvəlki inzibati mövqeyini təkrarlayır. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 58-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə işə qəbul edilərkən onların gömrük orqanlarındakı xidmət illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir. Norma “əvvəllər xidmət keçmiş şəxslər” ifadəsi ilə keçmiş gömrük xidmətinin də hüquqi nəticə doğurduğunu açıq şəkildə qəbul edir. İddiaçının vəziyyəti bu normanın əlamətlərinə uyğundur: o, gömrük orqanlarında xidmət etmiş, sonradan dövlət qulluğunda çalışmışdır. Belə olan halda gömrük xidmətinin dövlət qulluğu stajına daxil edilməsi yalnız ** nömrəli Qaydanın ümumi tənzimləməsi ilə deyil, gömrük xidmətinə dair xüsusi sahəvi norma ilə də tələb olunur. Apellyasiya şikayətində Əsasnamənin 58-ci maddəsinə münasibət bildirilmir və bu normanın hazırkı mübahisəyə tətbiqini istisna edən hər hansı əsas göstərilmir. Cavabdehin 20.11-ci maddəyə dair ümumi mülahizəsi gömrük orqanlarında keçmiş xidmətin sonrakı dövlət qulluğu stajına daxil edilməsini birbaşa nəzərdə tutan xüsusi normanı aradan qaldıra bilməz. Dövlət İmtahan Mərkəzinin ##.##.2026-cı il tarixli, *-*/*-***/**** nömrəli məktubunda iddiaçının ##.##.1992–##.##.1995-ci illərdə Dövlət Gömrük Komitəsinin Bakı Gömrük İdarəsində və Maliyyə-Tarif İdarəsində bölmə rəisi və baş inspektor vəzifələrində iş müddətinin dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil olduğu göstərilmişdir. Məktubda “Dövlət qulluğu haqqında” Qanunun 1.1.2, 2.3 və 22.7-1-ci maddələrinə, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 1-ci maddəsinə və ** nömrəli Qaydanın 2.1.1-ci yarımbəndinə istinad edilmişdir. Bu məktub mücərrəd hüquqi arayış deyil, məhz iddiaçının adı, konkret vəzifələri və konkret xidmət dövrü barədə verilmiş rəsmi cavabdır. Birinci instansiya məhkəməsi onu digər sübutlarla birlikdə qiymətləndirmişdir. Cavabdeh apellyasiya şikayətində məktubun mötəbərliyini, səlahiyyətli şəxs tərəfindən verilməsini və ya istinad etdiyi faktları mübahisələndirmir, ona zidd rəsmi sənəd təqdim etmir. Apellyasiya şikayətində həlledici sübutun susqunluqla keçilməsi həmin sübutun hüquqi əhəmiyyətini aradan qaldırmır. Əksinə, əmək kitabçasındakı məlumatlar, sahəvi qanunvericilik və DİMin konkret rəsmi təsnifatı birlikdə iddiaçının 3 il 27 günlük xidmətinin dövlət qulluğunun xüsusi növü olduğunu və dövlət qulluğu stajında nəzərə alınmalı olduğunu kifayət qədər təsdiq edir. İnzibati orqan hüquq normasını tətbiq edərkən normanın mətninə uyğun hərəkət etməli, işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, şəxsin xeyrinə olan halları nəzərə almaqdan imtina etməməlidir. “İnzibati icraat haqqında” Qanunun 16.1, 24.1 və 24.2-ci maddələri bu vəzifələri birbaşa müəyyən edir. Cavabdeh isə 22.7-1-ci maddənin və Qaydanın 2.1.1 və 4.4-cü bəndlərinin tətbiqindən imtina etmək üçün qanunda olmayan “yalnız işlədiyi dövr üçün” və “pensiyaya şamil edilmir” şərtləri yaradır. İddiaçı qanunda olmayan yeni imtiyaz və ya eyni xidmət dövrünə görə ikiqat pensiya tələb etmir. O, dövlət qulluğunun xüsusi növündə faktiki keçdiyi və səlahiyyətli qurum tərəfindən təsdiqlənmiş xidmət müddətinin qanunda nəzərdə tutulan qaydada dövlət qulluğu stajının tərkibində nəzərə alınmasını və mövcud yaşa görə əmək pensiyasının bu düzgün staj əsasında yenidən hesablanmasını tələb edir. Bu, güzəşt yaratmaq deyil, qanunla tanınmış xidmətin hüquqi nəticəsini təmin etməkdir. Sumqayıt İnzibati Məhkəməsi qərarının 21–29cu bəndlərində mübahisənin predmetini dəqiq müəyyən etmiş, tərəflərin izahatlarını, əmək kitabçasını, cavabdehin imtina məktubunu, pensiya qərarını və DİM-in rəsmi cavabını qiymətləndirmiş, tətbiq edilən normaları sistemli şəkildə təhlil etmişdir. Məhkəmə ** nömrəli Qaydanın 2.1 və 3.1-ci bəndlərində stajların qarşılıqlı tanınmasını, “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsində xüsusi növ qulluğun dövlət qulluğu sistemindəki yerini və iddiaçının konkret xidmət xüsusiyyətlərini nəzərə almışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin istinad etdiyi faktların yanlışlığı göstərilmir. Şikayət yalnız cavabdehin iddia ərizəsinə etirazında və ##.##.2025-ci il tarixli məktubunda ifadə olunmuş eyni hüquqi mövqeyi təkrar edir. Qaydanın ümumi müddəasının bir cümləsinə istinad etməklə onun 2.1.1 və 4.4-cü bəndlərini, Qanunun 22.7- 1-ci maddəsini, Əsasnamənin 58ci maddəsini, DİM-in konkret cavabını və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərini təsirsiz hesab etmək mümkün deyil. Cavabdeh qərarın “faktiki cəhətdən əsassız” olduğunu bildirsə də, hansı faktın səhv müəyyənləşdirildiyini göstərmir; qərarın “hüquqi baxımdan qanunsuz” olduğunu bildirsə də, xüsusi növ dövlət qulluğunun dövlət qulluğu stajına daxil edilməsini qadağan edən heç bir norma təqdim etmir. Əksinə, iş üzrə tətbiq edilən normativ aktların mətnləri və rəsmi sübutlar məhkəmənin gəldiyi nəticəni təsdiq edir. Buna görə də Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı işin müəyyən edilmiş hallarına və tətbiq edilməli maddi hüquq normalarına uyğundur. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas yaratmadığından şikayət təmin edilməməli, qanuni və əsaslı qərar dəyişdirilmədən saxlanılmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin III hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7 əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il #######ın ##-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); [90] 20.1.8 dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1 dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında;[116] 20.11.2 dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.12-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.1-ci maddəsinə əsasən dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə; 2.1-ci maddəsinə əsasən bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. 2.3-cü maddəsinə əsasən dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli, ** saylı Qərarının: 2.1-ci bəndinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə aşağıdakı qulluq (xidmət) müddətləri nəzərə alınır: 2.1.1. rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) müddəti; 2.1.2. Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində, SSRİ Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifələrdə həqiqi hərbi xidmət müddəti, habelə dövlət qulluğunun xüsusi növünü tənzimləyən normativ hüquqi aktlarda müvafiq xüsusi növ dövlət orqanında qulluq (xidmət) illərinə daxil edilməsi nəzərdə tutulduğu halda, müddətli həqiqi hərbi xidmət müddəti; 2.1.3. dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifə üzrə stajorluq və sınaq müddəti; 2.1.4. vəzifəsinin və əməkhaqqının saxlanılması şərtilə qulluqdan (xidmətdən) ayrıldığı müddət, o cümlədən əlavə təhsilə cəlb edildiyi müddət; 2.1.5. ödənişli məzuniyyət dövrləri, o cümlədən uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət müddəti; 2.1.6. əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət; 2.1.7. sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddət; 2.1.8. qulluq (xidmət) keçdiyi dövlət orqanının xüsusi təyinatlı təhsil müəssisələrində təhsil aldığı müddət; 2.1.9. qulluq (xidmət) keçdiyi dövlət orqanının göndərişinə əsasən xidməti fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının və xarici dövlətlərin təhsil müəssisələrində təhsil aldığı müddət; 2.1.10. qanuni əsas olmadan qulluqdan (xidmətdən) xaric olunmuş, sonradan isə qulluğa (xidmətə) bərpa edilmiş şəxsin xaric olunduğu gündən qulluğa (xidmətə) bərpa olunma haqqında əmrin imzalandığı günədək olan müddət; 2.1.11. dövlət qulluğunun xüsusi növünü tənzimləyən normativ hüquqi aktlarda müvafiq xüsusi növ dövlət orqanında qulluq (xidmət) illərinə daxil edilməsi nəzərdə tutulduğu halda, hakim vəzifəsində iş müddəti. 2.3-cü bəndinə əsasən “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il # ###### tarixli *** nömrəli Qərarının 2-ci hissəsinə uyğun olaraq dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. 4.2-ci bəndinə əsasən dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinin dövlət qulluğunda qulluq stajına və dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajının rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinə daxil edilməsi şəxsin çalışdığı dövlət orqanı tərəfindən həyata keçirilir. 4.4-cü bəndinə əsasən bu Qayda qüvvəyə minənədək dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) keçmiş və dövlət qulluğu vəzifəsinə qəbul edilmiş, habelə dövlət qulluğunda işləmiş və dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifəyə qəbul edilmiş şəxslərin qulluq (xidmət) illəri (qulluq stajı) bu Qaydaya uyğun olaraq yenidən hesablanır. Azərbaycan Respublikasının 1999-cu il # ###### tarixli, ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş” Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin: 1-ci bəndinə əsasən Gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür. 58-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə işə qəbul edilərkən, onların gömrük orqanlarındakı xidmət illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə işləyən və ya əvvəllər işləmiş şəxslər gömrük orqanlarına xidmətə qəbul edildikdə, onların qulluq (xidmət) illəri gömrük orqanlarında xidmət illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Əsasnaməyə əsasən müvafiq xüsusi rütbə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini iddiaçının ##.##.1992-ci il tarixdən ##.##.1995-ci il tarixədək Dövlət Gömrük Komitəsində keçdiyi 3 il 27 günlük xidmət müddətinin dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri kimi dövlət qulluğu stajına daxil edilməklə, ona sabiq dövlət qulluqçusu kimi təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasından cavabdehin imtinasının qanuniliyi təşkil edir. İddiaçının hüquqi marağı Dövlət Gömrük Komitəsində keçdiyi ##.##.1992-ci il tarixdən ##.##.1995-ci il tarixədək olan xidmət müddətinin dövlət qulluğu stajına daxil edilməsi və həmin staj nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Nəzərə alınmalıdır ki, mübahisənin həlli üçün ilk növbədə dövlət qulluğu stajının tərkibinin müəyyən edilməsi ilə həmin staj əsasında qulluq stajına görə əmək pensiyasına əlavənin hesablanması məsələləri bir-birindən fərqləndirilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsi dövlət qulluqçusunun müəyyən edilmiş qulluq stajına uyğun olaraq pensiyaya əlavənin hesablanması qaydasını və faiz hədlərini müəyyən edir. Eyni zamanda dövlət qulluğu stajının hansı xidmət dövrlərindən ibarət olması isə dövlət qulluğu haqqında qanunvericiliyin müddəaları nəzərə alınmaqla müəyyən edilməlidir. “Dövlət qulluğu haqqında” Qanunun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. Həmin Qanunun 2.3-cü maddəsi də dövlət qulluğunun xüsusi növündə qulluq keçilməsini dövlət qulluğu sistemindən kənar fəaliyyət kimi deyil, xüsusiyyətləri başqa qanunlarla tənzimlənən dövlət qulluğu kimi müəyyən edir. Azərbaycan Respublikasının # ###### 1999-cu il tarixli, ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 1-ci maddəsində gömrük orqanlarında xidmət birbaşa dövlət qulluğunun xüsusi növü kimi təsbit edilmişdir. Buna görə də iddiaçının gömrük orqanlarında xidmət etdiyi dövrün hüquqi xarakteri müəyyən edilərkən həmin xidmətin dövlət qulluğunun xüsusi növü olması nəzərə alınmalıdır. İş materiallarında olan İT-İ ******* nömrəli əmək kitabçası ilə müəyyən olunur ki, iddiaçı ##.##.1992-ci il tarixdə Bakı Gömrük İdarəsinin mühasibat uçotu və nəzarət bölməsinin rəisi vəzifəsinə təyin edilmiş, ##.##.1992-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif İdarəsinin gömrük tədiyyələri şöbəsinin baş inspektoru vəzifəsinə keçirilmiş və ##.##.1995-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Beləliklə, mübahisələndirilən xidmət müddəti 3 il 27 gün təşkil edir. Məhkəmə kollegiyası nəzərə alır ki, mübahisəli inzibati qərarın qəbul edildiyi tarixdə qüvvədə olmuş “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1-ci maddəsində dövlət qulluqçusunun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin onun dövlət qulluğu stajına daxil edilməsi birbaşa nəzərdə tutulmuşdur. Həmin hüquqi yanaşma Qanunun hazırda qüvvədə olan redaksiyasının 22.1.2 və 22.5-ci maddələrində də saxlanılmışdır. Buna görə, xüsusi növ dövlət qulluğunda keçmiş xidmət müddətinin dövlət qulluğu stajına daxil edilməsi inzibati orqanın seçimindən asılı deyil, qanunla müəyyən edilmiş hüquqi nəticədir. Bu hüquqi mexanizmin tətbiqi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Qayda ilə konkretləşdirilmişdir. Qaydanın 2.1.1-ci yarımbəndinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) müddəti nəzərə alınır. Qaydanın 4.4-cü bəndinə əsasən, həmin Qayda qüvvəyə minənədək dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) keçmiş və dövlət qulluğu vəzifəsinə qəbul edilmiş şəxslərin qulluq (xidmət) illəri bu Qaydaya uyğun olaraq yenidən hesablanır. Bundan başqa, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 58-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna qəbul edilərkən onların gömrük orqanlarındakı xidmət illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir. Kollegiyanın qənaətinə görə, normada “əvvəllər xidmət keçmiş şəxslər” ifadəsinin işlədilməsi gömrük orqanlarında əvvəlki xidmət müddətinin də sonrakı dövlət qulluğu stajının müəyyən edilməsi zamanı nəzərə alınmasını nəzərdə tutur. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin ##.##.2026-cı il tarixli, *-*/*- ***/**** nömrəli məktubunda da iddiaçının ##.##.1992-ci il tarixdən ##.##.1995-ci il tarixədək Dövlət Gömrük Komitəsinin Bakı Gömrük İdarəsində və Maliyyə-Tarif İdarəsində bölmə rəisi və baş inspektor vəzifələrində işlədiyi müddətin dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil olduğu konkret olaraq göstərilmişdir. Həmin məktubda bu nəticə “Dövlət qulluğu haqqında” Qanunun 1.1.2 və 2.3-cü maddələrinə, habelə məktubun verildiyi tarixdə qüvvədə olmuş 22.7-1-ci maddəsinə, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 1-ci maddəsinə və ** nömrəli Qaydanın 2.1.1-ci yarımbəndinə istinad edilməklə əsaslandırılmışdır. Nəzərə alınmalıdır ki, cavabdeh iddiaçıya ##.##.2025-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyini, onun 20 il 8 ay 27 gün dövlət qulluğu stajının nəzərə alındığını və pensiya əlavəsinin orta aylıq dövlət məvacibinin 67 faizi əsasında hesablandığını mübahisələndirmir. Mübahisə yalnız iddiaçının gömrük orqanlarında keçdiyi 3 il 27 günlük xidmət müddətinin dövlət qulluğu stajının tərkibinə daxil edilib-edilməməsi ilə bağlıdır. Bu baxımdan, cavabdehin dövlət qulluğu stajının tərkibinin müəyyən edilməsi ilə həmin staj əsasında pensiyaya əlavənin hesablanmasını eyni hüquqi məsələ kimi qiymətləndirməsi əsaslı deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1 və 20.11.2ci maddələri qulluq stajının müddətindən asılı olaraq pensiyaya əlavənin hesablanma qaydasını müəyyən edir, dövlət qulluğu stajına daxil edilən xidmət dövrlərinin qapalı siyahısını müəyyən etmir. Həmin Qanunun 20.12-ci maddəsi isə qulluq stajının müəyyənləşdirilməsi qaydasının ayrıca müəyyən olunmasını nəzərdə tutur. Buna görə əvvəlcə dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq iddiaçının qulluq stajının düzgün həcmi müəyyən edilməli, sonra həmin staj pensiya əlavəsinin hesablanmasında əsas götürülməlidir. Məhkəmə kollegiyası cavabdehin ** nömrəli Qaydanın yalnız şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasına aid olması və sabiq dövlət qulluqçusunun pensiya təminatına şamil edilməməsi barədə dəlilini də qəbul etmir. Belə ki, mübahisəli inzibati qərarın qəbul edildiyi tarixdə qüvvədə olmuş “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1-ci maddəsində bu hüququ yalnız hazırda dövlət qulluğunda çalışan şəxslərlə məhdudlaşdıran hər hansı şərt nəzərdə tutulmamışdır. Digər tərəfdən, Qaydanın 4.4-cü bəndində Qayda qüvvəyə minənədək dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) keçmiş və dövlət qulluğu vəzifəsinə qəbul edilmiş şəxslərin qulluq (xidmət) illərinin həmin Qaydaya uyğun olaraq yenidən hesablanması nəzərdə tutulmuşdur. Bu səbəbdən, Qaydanın sabiq dövlət qulluqçularına münasibətdə hüquqi nəticə doğurmadığı barədə cavabdehin mövqeyi qeyd olunan normaların məzmunu ilə təsdiq olunmur. Kollegiya qeyd edir ki, aşağı hüquqi qüvvəli aktın ayrı-ayrı müddəalarını məhdudlaşdırıcı şəkildə şərh etməklə qanunla müəyyən edilmiş dövlət qulluğu stajının tərkibini azaltmaq mümkün deyildir. Qaydanın məqsədi mübahisəli hüquq münasibətinin yarandığı və inzibati qərarın qəbul edildiyi dövrdə qüvvədə olmuş “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1-ci maddəsində nəzərdə tutulan qarşılıqlı staj tanınmasının icra mexanizmini müəyyən etməkdir. Həmin maddədə nəzərdə tutulan hüququ Qaydanın müddəalarını məhdudlaşdırıcı şəkildə şərh etməklə aradan qaldırmaq və ya onun pensiya hüquq münasibətlərində nəticə doğurmasını istisna etmək mümkün deyildir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının tələbi gömrük orqanlarında xidmətə görə ayrıca və ya xüsusi şərtlərlə pensiyanın təyin edilməsinə yönəlməmişdir. İddiaçı artıq sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası alır və yalnız faktiki keçdiyi, dövlət qulluğunun xüsusi növü kimi təsnif edilmiş xidmət müddətinin dövlət qulluğu stajına daxil edilməklə mövcud pensiyasının düzgün staj göstəricisi əsasında yenidən hesablanmasını tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026cı il tarixli Qərardadında dövlət qulluğunda və dövlət qulluğunun xüsusi növündə qulluq keçmənin mahiyyət etibarilə dövlətə xidmət formaları olduğu vurğulanmışdır. Bu baxımdan, şəxsin dövlət qulluğunun xüsusi növündə faktiki keçdiyi xidmət müddətinin, qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda, dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmaması əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, cavabdeh apellyasiya şikayətində iş üzrə əsas sübutların mötəbərliyini şübhə altına alan və ya həmin sübutlarda təsbit edilmiş faktları təkzib edən hər hansı əks-sübut təqdim etməmişdir. Bununla yanaşı, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının xeyrinə olan və işin nəticəsinə birbaşa təsir edən halları, xüsusilə mübahisəli gömrük xidmətinin dövlət qulluğunun xüsusi növü kimi hüquqi xarakterini və həmin xidmətin dövlət qulluğu stajına daxil edilməsini nəzərdə tutan normaları lazımi qaydada qiymətləndirdiyi iş materialları ilə təsdiq olunmur. Əksinə, cavabdeh qanunda nəzərdə tutulmayan “pensiya təminatına şamil olunmur” məhdudiyyətinə istinad etməklə tətbiq edilməli hüquq normalarının hüquqi nəticəsini istisna etmişdir. Kollegiya qeyd edir ki, Dövlət İmtahan Mərkəzinin ##.##.2026-cı il tarixli məktubu ümumi xarakterli hüquqi izah deyil, məhz iddiaçının adı, tutduğu konkret vəzifələr və konkret xidmət dövrü nəzərə alınmaqla verilmiş rəsmi cavabdır. Məhkəmə kollegiyası hesab edir ki, əmək kitabçasındakı məlumatlar, gömrük xidmətinə dair xüsusi qanunvericilik və həmin rəsmi məktub birlikdə qiymətləndirildikdə iddiaçının ##.##.1992–##.##.1995-ci illərdəki 3 il 27 günlük xidmətinin dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə aid olması və həmin müddətin dövlət qulluğu stajında nəzərə alınmalı olması kifayət qədər təsdiq olunur. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ##.##.1992-ci il tarixdən ##.##.1995-ci il tarixədək Dövlət Gömrük Komitəsində keçdiyi 3 il 27 günlük xidmət müddətinin dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə aid olduğu və həmin müddətin onun dövlət qulluğu stajına daxil edilməli olduğu iş materialları və tətbiq olunan hüquq normaları ilə təsdiq olunur. Buna görə də həmin xidmət müddəti nəzərə alınmaqla iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1132/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1132/2026
27.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver