Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1133/2026 31.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI: Abşeron rayonu X4 ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə Abşeron rayonu Qobu bələdiyyəsi perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqısatqı qaydasında vətəndaş İddiaçı fərdi mənzil tikmək məqsədilə 0,08 ha torpaq sahəsinin satılması qərara alınmışdır. ##.##.2008-ci il tarixli ** saylı qəbzdən görünür ki, İddiaçı Abşeron rayonu Qobu bələdiyyəsinin hesabına torpağın 800 manat dəyərini ödəmişdir. ##.##.2010-cu il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Abşeron rayonu Qobu bələdiyyəsi ərazisindən 0,08 ha torpaq sahəsi İddiaçı satılmışdır. Azərbaycan Respublikası DT və XK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş ##.##.2010- cu il tarixli **** nömrəli rəydən görünür ki, Qobu bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə İddiaçı 800,0 kv.m olmaqla fərdi ev tikmək məqsədilə satılmış torpaq sahəsi qanuna müvafiqdir və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsinə dair tərtib edilmişdir. Abşeron Rayon Dövlət Arxivi ##.##.2026-cı il tarixli məktubla Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon Qobu bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarının və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə göndərilmiş və işə əlavə edilmişdir (iş v.24-29). Abşeron rayonu Qobu bələdiyyəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *** nömrəli və ##.##.2026-cı il tarixli, *** nömrəli məktublardan görünür ki, “Milli Arxiv Fondu Haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Milli arxiv fondunun formalaşdırılması mənbələrindən birini yerli özünüidarəetmə orqanlarının arxiv sənədləri təşkil edir. Həmin qanunun 10-cu maddəsinə əsasən, Milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddəti yerli özünüidarəetmə orqanlarının sənədləri üçün 5 il müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilir ki, bələdiyyənin 2000-2015-ci illərə aid sənədləri idarə daxili mühafizə müddəti bitdiyi üçün qanunvericilikdə nəzərdə tutulan qaydada Azərbaycan Respublikası Milli Arxiv Idarəsinin Abşeron rayon filialına təhvil verilmişdir. Cavabdehn * saylı Abşeron Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli 3- 21-3- **/*-****/**** nömrəli məktubdan görünür ki, elektron kadastr baza məlumatlarına əsasən, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın Abşeron rayonu ilə Bakı şəhəri arasında mübahisəli inzibati ərazi vahidliyində yerləşdiyi aşkar edilmişdir. Həmçinin, müraciətdə qeyd olunan ortofoto xəritəsindən çıxarış təqdim edilmişdir. Abşeron rayonu Qobu qəsəbəsi ərazisində torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, torpaq sahəsi faktiki 0,08 hektardır. Torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə sərhəddir. Torpaq sahəsi iki tərəfdən daş hasar, digər tərəflərdən şərti sərhəd daxilində yerləşir. Torpaq sahəsinin faktiki koordinatları əlavə olunmuşdur. Cavabdehn * saylı Abşeron Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli *- **-*-**/*-****/**** nömrəli məktubdan görünür ki, elektron baza məlumatlarına əsasən hal hazırda faktiki torpaq sahəsi ilə başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üstüstə düşmə halı aşkarlanmamışdır. Iddiaçı ərizə ilə Cavabdeh * saylı Abşeron Ərazi Idarəsinə müraciət edərək, Abşeron rayonu Qobu qəsəbəsi ərazisində ayrılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh ##.##.2026-cı il tarixli *-**-*-**/*-****/**** nömrəli məktubu ilə iddiaçının ərizəsini icra etməkdən imtina etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsindəki icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayonu X4 ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə ayrılmış Qobu bələdiyyəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz olunmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, X4 ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə Qobu bələdiyyəsi ərazisində fərdi ev tikintisi məqsədilə 0,08 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. Həmin torpaq sahəsinin dəyərini ödədikdən sonra torpaq sahəsi ona təhvil verilmişdir. Faktiki olaraq həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. Iddiaçı cavabdeh inzibati orqana müraciət edərək, Abşeron rayonu X4 ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə istifadəsinə və sahibliyinə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlı müraciət etmiş, lakin * saylı Abşeron Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Iddiaçı hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbim üzrə qərar qəbul edilməlidir. Əlavə olaraq bildirir ki, * saylı Abşeron Ərazi Idarəsinin imtina məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi Idarəsi 2009-cu ildən mövcud olsa da, müraciət üzrə əlavə edilmiş X6 Afət Niyaz qızına 0.08 ha torpaq sahəsinin ayrılmasına dair ## ###### 2007-ci il tarixli ** nömrəli qərarın arxiv arayışında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi Idarəsinə istinad edildiyi aşkar edilmişdir. Bundan başqa, Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (fiziki şəxsin imzası və möhür ilə) təsdiq edilmədiyi aşkar edilmişdir. Nəzərə çatdırılır ki, sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında fərq və koordinant uyğunsuzluğunun olduğu müəyyən edilmişdir. Iddiaçı bildirir ki, cavabdeh qurumun imtina üçün istinad etdiyi hal tamamilə əsassızdır. Birinci imtina əsası ilə bağlı bildirir ki, qeyd olunan məsələ iddiaçının deyil, Qobu bələdiyyəsinin nöqsanıdır. Bələdiyyənin müvafiq sənədləşməni qanunauyğun şəkildə aparmaması iddiaçının səhvi olmamaqla yanaşı, onun mülkiyyət hüququndan istifadə etməyinə maneə törətməməlidir. Iddiaçı ona Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə ayrılmış torpaq sahəsinin dəyərini ödəmiş və torpaq sahəsi iddiaçıya təhvil verilmişdir. Həmin vaxtdan etibarən torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Ikinci imtina əsası ilə bağlı bildirir ki, yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada tərtib edilməməsi, iddiaçının deyil, Qobu bələdiyyəsinin nöqsanıdır. Bələdiyyənin müvafiq sənədləşməni qanuna uyğun şəkildə aparmaması iddiaçının səhvi olmamaqla, mülkiyyət hüququndan istifadə etməyinə maneə törətməməlidir. Bələdiyyələr tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışın forma və məzmunu barədə hər hansı bir imperativ xarakter daşıyan hüquq norması mövcud olmadığı halda cavabdeh orqanın öz mülahizəsinə görə bu hala istinad etməsi əsassızdır. Üçüncü imtina əsası ilə bağlı bildirir ki, sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluğun olması, torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə uyğun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas deyil. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesiri Xidmətinin Abşeron Ərazi Idarəsi 2009-cu ildən mövcud olsa da, müraciət üzrə əlavə edilmiş X4 torpaq sahəsinin ayrılmasına dair ## ###### 2007-ci il tarixli qərarın arxiv arayışında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Dağınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi Idarəsinə istinad edildiyi, müraciət üzrə əlavə edilmiş Abşeron rayon Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanuna müvafiq qaydada təsdiq edilmədiyi, sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında fərq və koordinat uyğunsuzluğunun mövcud olduğu, elektron kadastr baza məlumatlarına əsasən, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın Abşeron rayonu ilə Bakı səhəri arasında mübahisəli inzibati ərazi vahidliyində yerləşdiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Mehriban Mahmudlu-Abbaszadə) ##.##.2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı əsasında Abşeron rayonu Qobu qəsəbəsi ərazisində ayrılmış 0,08 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun iddiaçı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn üzərinə qoyulmuşdur. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edildi ki, Abşeron rayonu X4 ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə Qobu bələdiyyəsi ərazisində fərdi ev tikintisi məqsədilə 0,08 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. Həmin torpaq sahəsinin dəyərini ödədikdən sonra torpaq sahəsi ona təhvil verilmişdir. Faktiki olaraq həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. Iddiaçı Azərbaycan Respublikasının Cavabdehn * saylı Abşeron Ərazi Idarəsinə Abşeron rayonu, X4 ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə istifadəsinə və sahibliyinə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlı müraciət etmiş, lakin * saylı Abşeron Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Mübahisəli torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktına əsasən, torpaq sahəsi faktiki 0,08 hektardır. Torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə sərhəddir. Torpaq sahəsi iki tərəfdən daş hasar, digər tərəflərdən şərti sərhəd daxilində yerləşir. Torpaq sahəsinin faktiki koordinatları əlavə olunmuşdur. Cavabdehn * saylı Abşeron Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktuba əsasən, elektron baza məlumatlarına əsasən, hal hazırda faktiki torpaq sahəsi ilə başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır. Cavabdeh iddiaçının müraciətindən imtinasında, həmçinin etirazında mtinasında aşağıdakılara istinad etmişdir: 1) Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesiri Xidmətinin Abşeron Ərazi Idarəsi 2009-cu ildən mövcud olsa da, müraciət üzrə əlavə edilmiş X4 torpaq sahəsinin ayrılmasına dair ## ###### 2007-ci il tarixli qərarın arxiv arayışında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Dağınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi Idarəsinə istinad edilməsi, 2) müraciət üzrə əlavə edilmiş Abşeron rayon Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiq edilməməsi, 3) sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında fərq və koordinat uyğunsuzluğunun mövcud olması, 4) elektron kadastr baza məlumatlarına əsasən, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın Abşeron rayonu ilə Bakı səhəri arasında mübahisəli inzibati ərazi vahidliyində yerləşməsi. diyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsinin iddiaçıya bələdiyyə tərəfindən satılması iş materialları ilə təsdiq edilir. Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktuba əsasən, Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon Qobu bələdiyyəsinin ** saylı ##.##.2007-ci il tarixli qərarın təsdiq edilmiş surəti göndərilmişdir. Məhkəmə cavabdehin birinci-ikinci dəlillərinə münasibətdə qeyd edir ki, həmin hallar iddiaçıya mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Həmin sənədlərin tərtibatı müvafiq orqanların səlahiyyətlərinə aid olmuşdur. Hazırda iddiaçı bu səbəblərdən mülkiyyət hüququndan məhrum edilə bilməz. Məhkəmə cavabdehin üçüncü dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan müayinə aktı, torpaq sahəsinin faktiki vəziyyətinə dair məlumatlar ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir və həmin torpaq sahəsinin digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi halı aşkar edilməmişdir. Sənədlərdə göstərilən koordinatlarla faktiki koordinatlar arasında mövcud olan fərqlər torpaq sahəsinin eyniləşdirilməsini mümkünsüz edən və ya iddiaçının həmin torpaq sahəsinə hüququnu şübhə altına alan xarakter daşımır. Belə uyğunsuzluqlar torpaq sahəsinin ayrıldığı dövrdə tətbiq edilən ölçmə və xəritələşdirmə üsullarının xüsusiyyətləri, habelə sonradan elektron kadastr məlumat bazasının formalaşdırılması ilə bağlı yarana bilər. Bu səbəbdən, məhkəmə hesab edir ki, qeyd olunan hal iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina edilməsi üçün hüquqi əsas təşkil etmir. Məhkəmə cavabdehin sonuncu dəlilinə münasibətdə qeyd edir ki, sözügedən torpaq sahəsinin mübahisəli inzibati ərazi vahidliyində yerləşməsinə istinad etsə də, Bakı şəhərinin inzibati ərazi vahidliyinə aid olması barədə sübut təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini, imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;.......... Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası): Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə: 5-ci bənd. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2001-ci il tarixli *** nömrəli Fərmanı:
2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra - Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; ... Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiq edilmiş “Cavabdehn nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində xxxx (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin ## #### 2021-ci il tarixli **** nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; ...
“Inzibati icraat haqqında” Qanun: Maddə 11. Qanunçuluq prinsipi 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. Inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. Inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar yoxdur. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini Abşeron rayonu X4 ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə iddiaçıya ayrılmış 0,08 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından cavabdehin imtinası təşkil edir. Iddiaçının hüquqi marağı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abşeron rayonu X4 ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən iddiaçıya fərdi mənzil tikmək məqsədilə 0,08 ha torpaq sahəsinin satılması qərara alınmış, həmin torpaq sahəsinin dəyəri olan 800 manat bələdiyyənin hesabına ödənilmiş, ##.##.2010-cu il tarixli torpaqların alqı-satqısına dair akt tərtib edilmiş və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin ##.##.2010-cu il tarixli, **** nömrəli rəyi ilə həmin torpaq sahəsinin iddiaçıya satılmasının qanunamüvafiq olduğu bildirilmişdir. Həmçinin iş materiallarında həmin torpaq sahəsinə dair yerquruluşu planından çıxarış mövcuddur. Bununla yanaşı, iş üzrə aparılmış müayinə nəticəsində torpaq sahəsinin faktiki olaraq 0,08 ha olduğu, yol və qonşu torpaq sahələri ilə sərhədləndiyi, habelə faktiki koordinatlarının müəyyən edildiyi müəyyən olunmuşdur. Cavabdehn * saylı Abşeron Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubuna əsasən isə faktiki torpaq sahəsinin digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi halı aşkar edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmiş və imtina Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi Idarəsinin 2009-cu ildən mövcud olmasına baxmayaraq, X4 ##.##.2007-ci il tarixli ** nömrəli qərarına dair arxiv arayışında həmin idarəyə istinad edilməklə yanaşı, yerquruluşu planından çıxarışın qanunauyğun qaydada təsdiq edilməməsi, sənəddə göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında fərq və koordinat uyğunsuzluğunun mövcudluğu, habelə torpaq sahəsinin Abşeron rayonu ilə Bakı şəhəri arasında mübahisəli inzibati ərazi vahidliyində yerləşməsi ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hallar cavabdehin imtinasını qanuni və əsaslı hesab etməyə imkan vermir. Ilk növbədə, bələdiyyə qərarının arxiv arayışında həmin qərarın qəbul edildiyi 2007-ci ildə mövcud olmayan inzibati orqana istinad edilməsinə dair cavabdehin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, bu hal bilavasitə iddiaçının hərəkəti və ya təqsiri ilə bağlı deyildir. Əksinə, Abşeron Rayon Dövlət Arxivinin ##.##.2026-cı il tarixli məktubu ilə Abşeron rayon Qobu bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarının arxiv fondunda mövcud olan təsdiq edilmiş surəti təqdim edilmişdir. Belə olan halda, arxiv sənədində yol verilmiş mümkün texniki və ya tərtibat xarakterli uyğunsuzluğun mövcudluğu həmin qərarın hüquqi qüvvəsini öz-özlüyündə aradan qaldırmır. Cavabdehin yerquruluşu planından çıxarışın qanunauyğun qaydada təsdiq edilməməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, sözügedən sənədin tərtibində və təsdiqində yol verilmiş mümkün çatışmazlıqlar iddiaçının iradəsindən və hərəkətlərindən asılı olmayan hallardır. Iddiaçı torpaq sahəsini bələdiyyənin qərarı əsasında əldə etmiş, onun dəyərini ödəmiş və həmin torpaq sahəsi ona təhvil verilmişdir. Bu səbəbdən bələdiyyənin sənədləşdirmə prosesində yol verdiyi mümkün nöqsanların nəticələrinin iddiaçının üzərinə qoyulması və həmin səbəbdən onun mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina edilməsi əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən inzibati icraat zamanı iştirak xarakterli sənədlərlə bağlı mümkün prosessual çatışmazlıqlar yekun inzibati aktın hüquqi qüvvəsinə öz-özlüyündə təsir göstərmir və belə akt qanunla müəyyən olunmuş qaydada ləğv edilmədiyi müddətdə etibarlı hesab olunur. Eyni hüquqi mövqedən irəli gələrək dövlət orqanlarının fəaliyyətində yol verilmiş mümkün nöqsanlar vicdanlı əldəedicinin hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun məqsədi daşınmaz əmlak üzərində artıq yaranmış hüquqların dövlət tərəfindən tanınması və qeydiyyata alınmasını təmin etməkdir. Reyestr orqanı hüquqmüəyyənedici sənədlərin mövcudluğu şəraitində həmin hüquqların qeydiyyatını həyata keçirən qeydiyyat orqanıdır. Reyestr orqanının səlahiyyətlərinə qüvvədə olan bələdiyyə aktlarının qanuniliyini formal əsaslarla yenidən qiymətləndirmək və yalnız texniki xarakterli uyğunsuzluqlara istinad etməklə qeydiyyatdan imtina etmək aid deyildir. Bundan başqa, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən şəxslərin üzərinə öhdəliklər qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə isə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqan tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Hazırkı halda isə yerquruluşu planından çıxarışın cavabdehin istinad etdiyi formada təsdiq edilməməsinin iddiaçının mülkiyyət hüququnun qeydiyyatına maneə təşkil etməsinə dair konkret hüquqi əsas göstərilməmişdir. Cavabdehin sənəddə göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında fərq və koordinat uyğunsuzluğunun olması barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan müayinə aktı ilə torpaq sahəsinin faktiki sahəsinin 0,08 ha olduğu müəyyən edilmiş, habelə torpaq sahəsinin faktiki koordinatları müəyyən edilmişdir. Bununla yanaşı, ##.##.2026-cı il tarixli məktuba əsasən faktiki torpaq sahəsinin digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi aşkar edilməmişdir. Belə olan halda, sənədlərdə göstərilən koordinatlarla faktiki koordinatlar arasında fərqin mövcudluğu torpaq sahəsinin eyniləşdirilməsini mümkünsüz edən və ya həmin torpaq sahəsinin iddiaçıya aidliyini şübhə altına alan hal kimi qiymətləndirilə bilməz. Əksinə, müayinə nəticələri torpaq sahəsinin sahəsinin sənədlərdə göstərilən 0,08 ha ilə uyğun olduğunu və başqa şəxslərin torpaq sahələri ilə üst-üstə düşmədiyini təsdiq edir. Buna görə də qeyd olunan texniki xarakterli fərqin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün müstəqil hüquqi əsas kimi qəbul edilməsi mümkün deyildir. Cavabdehin torpaq sahəsinin Abşeron rayonu ilə Bakı şəhəri arasında mübahisəli inzibati ərazi vahidliyində yerləşməsi barədə dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, * saylı Abşeron Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli məktubunda elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin Abşeron rayonu ilə Bakı şəhəri arasında mübahisəli inzibati ərazi vahidliyində yerləşdiyi göstərilsə də, həmin halın konkret olaraq torpaq sahəsinin dövlət qeydiyyatına alınmasını istisna edən hüquqi nəticə yaratdığı müəyyən edilmir. Birinci instansiya məhkəməsinin də haqlı olaraq qeyd etdiyi kimi, torpaq sahəsinin Bakı şəhərinin inzibati ərazi vahidliyinə aid olmasını təsdiq edən və bu səbəbdən iddiaçının hüququnun qeydiyyata alınmasını istisna edən hər hansı mötəbər sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Əksinə, iş materiallarında iddiaçının torpaq sahəsini əldə etməsini təsdiq edən bir sıra hüquqmüəyyənedici sənədlər mövcuddur. Belə ki, ##.##.2007-ci il tarixli ** saylı bələdiyyə qərarı, torpağın dəyərinin ödənilməsini təsdiq edən ##.##.2008-ci il tarixli qəbz, ##.##.2010-cu il tarixli torpaqların alqı-satqısına dair akt, ##.##.2010-cu il tarixli **** nömrəli rəy və yerquruluşu planından çıxarış birlikdə qiymətləndirildikdə iddiaçının mübahisəli torpaq sahəsini bələdiyyədən əldə etməsini təsdiq edir. “Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə uyğun olaraq, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Buna görə də, hazırda qüvvədə olan bələdiyyə qərarına əsaslanan hüququn dövlət qeydiyyatından imtina edilməsi qanunauyğun hesab oluna bilməz. Iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Abşeron rayonu X4 ##.##.2007-ci il tarixli qərarına əsaslanır. Istinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Bələdiyyənin həmin qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Inzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.