Məhkəmə qərarları › İş №2-1(3-8)-1140/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1140/2026

31.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1140/2026 31.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI Iddiaçı İddiaçı ##.##.1960-cı il təvəllüdlüdür, ##.##.1980-cı ildən ##.##.1981-ci ilədək hərbi xidmətdə olmuşdur. Iddiaçı cavabdeh orqana yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə müraciət etmişdir. Cavabdeh orqan ##.##.2026-cı il tarixli *-**-*/*-H-*****/**** nömrəli məktubu ilə müraciətin icrasından imtina etmiş və göstərmişdir ki, təqdim edilən sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən ##.##.1977-ci ildən ##.##.1980-ci ilədək əyani təhsil aldığı illər, ##.##.1980-ci ildən ##.##.1981-ci ilədək hərbi xidmətdə olduğu müddət, ##.##.1983-cü ildən ##.##.1984-cü ilədək, ##.##.1984-cü ildən ##.##.1986-cı ilədək, ##.##.1986-cı ildən ##.##.1986-cı ilədək, ##.##.1986-cı ildən ##.##.1986-cı ilədək, ##.##.1986-cı ildən ##.##.1989-cu ilədək əmək fəaliyyəti dövrləri, həmçinin ##.##.2023-cü ildən ##.##.2023-cü ilədək fərdi şəxsi hesabının sığorta stajında qeydə alınmış müddət nəzərə alınmaqla ümumi sığorta stajının qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olduğu müəyyən edilmişdir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının ümumilikdə 8995,09 manat (2025-ci il tarixə indeksləşdirilmiş) təşkil etdiyi qeyd edilir ki, bu kapital əmək pensiyasının minimum məbləği olan 320 manatdan az olmayan pensiya təminatına və qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından az olduğu üçün əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təyinatına imkan vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.1-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sığorta stajı 2006-cı ilin ######ın #-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq müəyyən edilir. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə ümumi sığorta stajı 25 ilə tamamlanarsa, əmək fəaliyyəti dövrləri araşdırılaraq pensiya təyinatı hüququna yenidən baxılacaqdır. Bildirilir ki, əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1989-cu ildən ##.##.2005-ci ilədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azad olma qeydində əmr nömrəsi yazılmadığından) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq bildirirlər ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirirlər ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə ümumi sığorta stajı 25 ilə tamamlanarsa, əmək fəaliyyəti dövrləri araşdırılaraq pensiya təyinatı hüququna yenidən baxılacaqdır. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il ######ın #-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı ildən ##.##.2018-ci ilədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən ona ##.##.2025-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat olmaqla davam etdirilir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.1989-cu ildən ##.##.2005-ci ilədək işlədiyi dövrlərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhtəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filalının üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı ##.##.2025-ci ildən 65 yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.1960-cı ildə anadan olmuşdur. ##.##.2025-ci ildə qanunla müəyyən edilmiş 65 yaş həddi imkan verdiyi üçün pensiya almaq hüququ yaranmışdır, lakin iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməli olduğu halda ##.##.2025-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. Halbuki, iddiaçının işlədiyi dövrlər və digər sığorta stajı kimi qəbul edilməli olan sənədləri nəzərə alınmayaraq, yaşa görə sosial müavinət təyin edilmişdir. Iddiaçı qeyd edilmiş pensiya təyinatı ilə razılaşmayaraq əlavə hüquqmüəyyənedici sənədlər təqdim edərək yaşa görə əmək pensiyası təyin edilməsini tələb etmiş, cavabdeh təşkilat ##.##.2026-cı il tarixli məktubu ilə qanunvericiliklə tələb olunan müddətin (25 il) az olduğunu əsas gətirərək yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Iddiaçı qeyd edilən imtina ilə razılaşmır, heç bir hüququ olmayan formal bəhanələrə əsaslanaraq ərizənin icrasından imtina edilmişdir. Belə ki, cavabdeh təşkilat yaşa görə əmək pensiyası təyin edilməsinə imtina üçün əsas bəhanələrindən ##.##.1989-cu ildən ##.##.2025-ci ilə kimi əmək kitabçasında qeyd edilən dövrün doldurulma qaydasının pozulduğu üçün, işdən azad olunma qeydində əmr nömrəsinin yazılmamasını əsas gətirərək həmin dövr üzrə sığorta stajını nəzərə almamışdır, halbuki, qanun tələbinə əsasən ##.##.2006-cı il tarixində iddiaçının sığorta stajı qeyri-şərtsiz sübut kimi sığorta stajına daxil edilməlidir. Iddia ərizəsinə əlavə etdiyi əmək kitabçasından, hərbi biletdən və diplomun surətindən sübut olunur ki, iddiaçının 25 ildən artıq sığorta stajı var və qanun tələblərinə əsasən ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh iddia tələbinə etiraz edərək etirazı onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ##.##.2026-cı il tarixində ərizə ilə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən ##.##.2026-cı il tarixli *-**-*/*-H- *****/**** nömrəli məktubla yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Imtinanın əsası kimi qeyd edilmişdir ki, iddiaçı İddiaçı sosial sığorta stajı qanunvericiliklə tələb olunan (25 il) sığorta stajından azdır. Həmçinin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ümumilikdə 8995,09 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır. İddiaçı inzibati orqana təqdim etdiyi sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğundan əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Araşdırma nəticəsində İddiaçı mübahisəsiz iş stajı 9 il 2 ay 10 gün təşkil etmişdir. Mübahisə olunan iş stajı dövrü ##.##.1989-cu ildən ##.##.2005-ci ilədək olan dövrləri əhatə edir. Belə ki, ##.##.1989-##.##.2005-ci illəri əhatə edən dövrün mübahisələndirmə səbəbi işdən azadolma qeydində əmr nömrəsinin yazılmaması olmuş və nəticədə əmək kitabçasının doldurulma qaydası pozulmuşdur. “Inzibati icraat” haqqında Azərbaycan Respublikası Qanunu “Inzibati icraat” haqqında Qanunun 19.2-ci maddəsinə görə, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qanunun 24.3-cü maddəsinə görə, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. “Əmək pensiyaları” haqqında Qanunun 7-ci maddəsinə əsasən, müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. ##.##.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, 2019-cu il ######ın #dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalan”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli Qərarının 3.2-ci bəndinə əsasən, işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: - Işçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən, başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. - Işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Qərarın 3.4-cü bəndinə əsasən, əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Qərarın 3.11cü bəndinə əsasən, əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı Qərarın 4.1-ci bəndində əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.#.#.2006-cı il ######ın #-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən sosial sığorta stajı müəyyən edilir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Inzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bildirilir ki, iddiaçı İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə və X8 məlumatlara əsasən sosial sığorta stajı 9 il 2 ay 10 gün təşkil edir. Eyni zamanda, iddiaçı İddiaçı fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ümumilikdə 8995,09 manat qeydə alınmışdır. Iş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı İddiaçı ##.##.1960-cı il tarixində anadan olmuşdur. Konstitusiyada əksini tapan sosial təminat hüququ 38-ci maddənin III hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” # ###### 2010-cu il tarixli Qərarı). Bütün bu halları nəzərə alaraq düşünülür ki, məhkəmə qərarlarında qanunvericinin sosial təminat sistemi ilə bağlı qanunvericilikdə mülahizə sərbəstliyini tanımalı, onun bütün faktorları nəzərə alaraq formalaşdırdığı sistemə ziddiyyət təşkil edəcək tövsifdən və təfsirdən çəkinməli, qanunun ümumi məqsədlərini nəzərə almalıdır. İddiaçı “Əmək pensiyaları” haqqında Qanunda nəzərdə tutulan yaşa görə əmək pensiyası hüququnu qazanmış hesab olunması üçün Qanunda göstərilən müvafiq yaşa çatdığı müəyyən edilsə də, onun sosial sığorta stajı və fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona yaşa görə əmək pensiyası verilməsini mümkünsüz edir. İddiaçı əmək kitabçasına baxdıqda “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarının 3.2 və 3.4-cü bəndlərində nəzərdə tutulan tələblər pozulub. Belə ki, İddiaçı iddia etdiyi ##.##.1989-ci illəri əhatə edən “xxxx” ASC-dəki əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında işdən azadolma qeydində əmr nömrəsi yazılmamışdır. Nəticədə əmək kitabçası qanunvericiliyin imperativ tələblərinə cavab vermir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçı İddiaçı ##.##.2025-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat məbləğində olmaqla davam etdirilir. Qanunvericilikdə əmək kitabçasının doldurulma qaydasının pozulmasında işçinin təqsirinin olmaması əmək kitabçasının mötəbər olduğu anlamına gəlmədiyindən qeyd olunan dövrlər iddiaçı İddiaçı ümumi iş stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Diqqətəlayiq hallardan biri də budur ki, “Inzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Bu normada qanunverici bütün sənədləri və dəlilləri deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına uyğun formada tərtib edilmiş sənədləri və dəlilləri nəzərdə tutmuşdur. Hazırki iş üzrə iddiaçının əmək kitabçası sözügedən qaydalara mütənasib olmadığından “Inzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin təsir dairəsinə düşmür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Mehriban Mahmudlu-Abbaszadə) ##.##.2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı 65 yaşının tamam olduğu ##.##.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.1960-cı ildə Quba rayonu Qalaxudat kəndində anadan olmuşdur. ## ###### 2025-ci il tarixdə 65 yaşı tamam olduğu üçün yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Iddiaçıya fevral 2025-ci il tarixdə yaşa görə 220 manat sosial müavinət təyin edilmişdir. Iddiaçı hesab edir ki, ümumi sığorta stajı əyani təhsil almağı, hərbi xidmətdə olmağı və tam əmək stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunmalıdır. Mərkəzi Filial tərəfindən iddiaçı İddiaçı sığorta stajı ilə bağlı aşağıdakı hallar mübahisələndirilmişdir: Araşdırma nəticəsində İddiaçı mübahisəsiz iş stajı 9 il 2 ay 10 gün təşkil etmişdir. Mübahisə olunan iş stajı dövrü ##.##.1989-cu ildən ##.##.2005-ci ilədək olan dövrləri əhatə edir. Belə ki, ##.##.1989-##.##.2005-ci illəri əhatə edən dövrün mübahisələndirmə səbəbi işdən azadolma qeydində əmr nömrəsinin yazılmaması olmuş və nəticədə əmək kitabçasının doldurulma qaydası pozulmuşdur. Məhkəmə hesab edir ki, əmək kitabçasında qeyd edilmiş dövrlərin doldurulma qaydasının pozulması həmin dövrün sosial sığorta stajına daxil edilməsindən imtina üçün əsaslı dəlil deyildir. Belə ki, əmək kitabçasının düzgün və qanunverciliyə uyğun şəkildə doldurulması işçinin deyil, işəgötürənin vəzifələrinə aiddir və bu səbəbdən işçinin sosial təminat hüququ pozulmamalıdır. Əmək kitabçasının doldurulması ilə bağlı yol verilmiş qüsurlar - işdən azadolma tarixinin tam göstərilməməsi, işdən azadolma əmrinin SSRI dövrünə aid möhürlə təsdiqlənməsi və ya işdən azadolma qeydinin cavabdehin fikrincə qüvvədə olan qaydalara uyğun rəsmiləşdirilməməsi iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz və sosial təminat hüququnun məhdudlaşdırılması üçün müstəqil əsas sayılmamalıdır. “Işçilərin əmək kitabçasının forması və onun doldurulması” Qaydalarının məzmunundan da göründüyü kimi, əmək kitabçasında müvafiq qeydlər işəgötürən tərəfindən aparılır. Bu qeydlərdə səhv və ya qeyri-dəqiqlik olduqda düzəliş də işəgötürən, işəgötürən ləğv edildiyi hallarda isə onun hüquqi varisi və ya müvafiq səlahiyyətli qurum tərəfindən aparılmalıdır. Buna görə də, əmək kitabçasındakı qeydiyyat qüsurları işçinin məsuliyyət sferasına aid edilməməlidir. Belə qüsurlar yalnız əmək kitabçasında göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən digər mötəbər sübutlarla birlikdə qiymətləndirildikdə hüquqi əhəmiyyət kəsb edə bilər. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə (əmək kitabçasında əksini tapmış ##.##.1989-##.##.2005-ci illər) işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin qurumun mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan və araşdırma Qeyd edilən dövr nəzərə alındığı təqdirdə iddiaçının ən azı 25 il stajı vardır. Qeyd edilənlərə əsasən, məhkəmə iddiaçının yaşa görə pensiya hüququnun olduğunu müəyyən edir. Odur ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, inzibati icraat materiallarından da aydın olur ki, iddiaçı İddiaçı yaş tələbini ödəsə də, pensiya kapitalı ilə bağlı şərtlər ona münasibətdə mövcud olmamışdır. Belə ki, Nazirliyin X8 sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasəniddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ümumilikdə 8995,09 manat təşkil edir. Bu isə hazırda qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təyinatına imkan vermir. Belə olan halda iddiaçıya pensiya təyin edilməsi üçün sığorta stajı ilə bağlı olan tələb ödənməlidir. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərin surətinə əsasən onun mübahisələndirilməyən sığorta stajı 9 il 2 ay 10 gün təşkil edir. Bu isə tələb olunan 25 ildən azdır. İddiaçı mübahisələndirilməyən sığorta stajına onun ##.##.1977-ci ildən ##.##.1980-cı ilədək əyani təhsil aldığı illər; ##.##.1980-cı ildən ##.##.1981-ci ilədək hərbi xidmətdə olduğu müddət; ##.##.1983-cü ildən ##.##.1984-cü ilədək; ##.##.1984-cü ildən ##.##.1986-cı ilədək; ##.##.1986-cı ildən ##.##.1986-cı ilədək; ##.##.1986-cı ildən ##.##.1986-cı ilədək; ##.##.1986-cı ildən ##.##.1989-cu ilədək; ##.##.2023-cü ildən ##.##.2023-cü ilədək əmək fəaliyyəti dövrləri daxildir. Iddiaçının inzibati orqana təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək kitabçasında qeyd edilmiş aşağıdakı iş dövrləri iş stajına daxil edilməmişdir: ##.##.1989-cu ildən ##.##.2005-ci ilədək olan dövrlər. Məlumat üçün bildirirlər ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunan ##.##.1989-cu ildən ##.##.2005-ci ilədək “xxxx” ASC-də əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun * saylı X6 keçirdiyi yoxlama nəticəsində tərtib olunmuş ##.##.2026-cı il tarixli akta əsasən “xxxx” ASC tərəfindən ##.##.1998-ci il tarixdən sonrakı dövrlərin əmrlər kitabları və əmək haqqı cədvəllərinin X2 Filialına təhvil verilmədiyindən vətəndaş İddiaçı 1998-2005-ci illər üzrə işləməsi ilə bağlı məlumatlar aşkarlanmamışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, iddiaçının pensiya yaşına çatdığı ##.##.2025-ci il tarixindən ona yaşa görə sosial müavinət təyin edilmişdir. Məhkəmə qərarında qeyd edilmişdir ki, “iddiaçının müvafiq dövr üzrə (əmək kitabçasında əksini tapmış ##.##.1989-##.##.2005-ci illər) işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin qurumun mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan və araşdırma Qeyd edilən dövr nəzərə alındığı təqdirdə iddiaçının ən azı 25 il stajı vardır.” Məhkəmənin bu mövqeyinə münasibətdə bildiririk ki, cavabdeh inzibati orqan tərəfindən müəssisənin mövcudluğu deyil, iddiaçının ##.##.1989-cu ildən ##.##.2005-ci ilədək həmin müəssisədə işləməsi məsələsi mübahisələndirilmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən bununla bağlı araşdırma aparılmadan, yalnız müəssisənin mövcudluğu ilə bağlı məsələyə istinad edilərək həmin dövrlər sosial sığorta stajına daxil edilmişdir. Qeyd edirik ki, iddiaçı İddiaçı ##.##.1989-cu ildən ##.##.1998-ci ilədək həmin müəssisədə işlədiyi dövrləri iş stajına daxil edilsə belə pensiya təyin edilməsi üçün tələb edilən 25 il sığorta stajı tamamlanmır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. ... Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il ######ın #-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il ######ın #-dən etibarən sağortaolunanın 2006-cı il ######ın #-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. ... 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il ######ın #-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1–22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. Iş stajının təsdiq edilməsi qaydası Iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. Işçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

“Inzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası:

4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; ...

Inzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı ##.##.1960-cı il təvəllüdlü olmaqla, ona 65 yaşından ##.##.2025-cı il tarixdən yaşa görə iəmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh inzibati orqan bildirir ki, iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 8.995,09 manat təşkil etməklə, qanunvericiliklə müəyyən edilmiş 46.080 manat məbləğindən azdır. Bu səbəbdən iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması üçün azı 25 il sığorta stajının olması tələb olunur. Lakin cavabdehin hesablamalarına əsasən, iddiaçının mübahisəsiz sığorta stajı 9 il 2 ay 10 gün təşkil edir və ##.##.1989-cu ildən ##.##.2005-ci ilədək olan əmək fəaliyyəti dövrünün əmək kitabçasında işdən azad edilmə barədə qeyddə əmr nömrəsinin göstərilməməsi səbəbindən həmin dövr sığorta stajına daxil edilməmişdir. Cavabdeh hesab edir ki, əmək kitabçasının doldurulması qaydalarına əməl edilməməsi onun mötəbərliyinə şübhə yaratdığından, həmin dövrün sığorta stajına daxil edilməsi mümkün deyildir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ##.##.1960-cı ildə anadan olmuş, ##.##.2025-ci ildə 65 yaşı tamam olmuş və həmin tarixdən yaşa görə əmək pensiyası hüququnun yaranması məsələsinin qiymətləndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mövcud olmuşdur. Eyni zamanda, məhkəmə tərəfindən iddiaçının ##.##.1989-cu ildən ##.##.2005-ci ilədək olan əmək fəaliyyəti dövrünün əmək kitabçasında əks olunduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası da hesab edir ki, həmin əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilməsindən yalnız əmək kitabçasında işdən azad edilmə barədə qeyddə əmr nömrəsinin göstərilməməsi səbəbindən imtina edilməsi hüquqi baxımdan əsaslı sayıla bilməz. Belə ki, əmək kitabçasının qanunvericiliyin tələblərinə uyğun doldurulması işçinin deyil, işəgötürənin vəzifə və məsuliyyət sferasına aid edilmişdir. Buna görə də işəgötürən tərəfindən əmək kitabçasının rəsmiləşdirilməsi zamanı yol verilmiş nöqsanın nəticələrinin işçinin üzərinə qoyulması və bununla onun sosial təminat hüququnun məhdudlaşdırılması yolverilməzdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq bu qənaətə gəlmişdir. Bununla yanaşı, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin mahiyyətindən irəli gələn formal tələblərdən sui-istifadəyə yol verilməməsi prinsipi də nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsinin əsaslı olaraq qeyd etdiyi kimi, qanunda birbaşa nəzərdə tutulmadığı halda, fiziki şəxsin təqdim etdiyi sənədlərdə formal tələblərə əməl edilməməsi həmin sənədin hüquqi əhəmiyyətinin tamamilə inkar edilməsi və şəxsin qanuni hüququnun həyata keçirilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Iş materiallarından görünür ki, mübahisəli əmək fəaliyyəti dövrü əmək kitabçasında əks etdirilmiş, həmin əmək fəaliyyətinin həyata keçirildiyi müəssisənin mövcudluğu da şübhə doğurmamışdır. Birinci instansiya məhkəməsi bu sübutu digər iş materialları ilə birlikdə qiymətləndirərək həmin dövrün nəzərə alınması halında iddiaçının ən azı 25 il sığorta stajına malik olduğunu müəyyən etmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi sübutları düzgün və hərtərəfli qiymətləndirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, müvafiq yaş həddinə çatmış şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədikdə, azı 25 il sığorta stajı olduğu halda yaşa görə əmək pensiyası hüququ yaranır. Iş üzrə müəyyən edilmiş hallar nəzərə alındıqda, iddiaçının yaş şərtini ödəməsi ilə yanaşı, mübahisəli əmək fəaliyyəti dövrünün də sığorta stajına daxil edilməsi nəticəsində qanunla tələb olunan sığorta stajının tamamlandığı qənaətinə gəlmək mümkündür. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, inzibati orqanın üzərinə işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaq, o cümlədən maraqlı şəxsin xeyrinə olan halları araşdırmaq və nəzərə almaq vəzifəsi qoyulmuşdur. Iş üzrə cavabdeh isə iddiaçının əmək kitabçasında mövcud olan qeydin məzmununu yalnız formal qüsur baxımından qiymətləndirmiş, həmin qüsurun əmək münasibətlərinin faktiki mövcudluğunu və iddiaçının həmin müəssisədə işləməsini təkzib edən mötəbər sübutla təsdiq edilmədiyini nəzərə almamışdır. Bu baxımdan, cavabdehin imtinasının yalnız əmək kitabçasında əmr nömrəsinin göstərilməməsi ilə əsaslandırılması inzibati icraatın obyektiv araşdırılması tələbinə uyğun olmamışdır. Əmək kitabçasında mövcud olan məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyi halda həmin sənədin mötəbərliyinin tamamilə inkar edilməsi də “Inzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbləri ilə uzlaşmır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Habelə, “Işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, 186-cı qərarının 1.1ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, həm iddiaçının işlədiyi dövrdə, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Beləliklə, kollegiya qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddiaçının 25 ildən artıq sığorta stajına malik olduğu aşkar edilir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar