Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1141/2026 21.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2n * saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin imtina bildirişinin qanunsuz və əsassız sayılması, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən sənəd üzrə 800 kv.m, faktiki olaraq 0,0771 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh1 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra cavabdeh1 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt İnzibati Məhkəməsinin protokol qərardadı ilə cavabdeh prosessual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya Abşeron rayonu Qobu bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə Qobu bələdiyyəsi ərazisində 0,08 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi məqsədilə ayrılmışdır. Bu barədə Qobu Bələdiyyəsi tərəfindən təsdiqlənmiş yerquluşu planından çıxarış tərtib olunmuş və imza, möhürlə təsdiq edilmişdir. İddiaçı torpaq sahəsinin alqı-satqısı üçün ##.##.2011-ci il tarixdə Qobu bələdiyyəsinə 1200 (min iki yüz) manat pul ödəmişdir. Abşeron rayonu Qobu bələdiyyəsinin ərazisində yerləşən iddiaçıya məxsus 800 kv.m torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatının aparılması məqsədilə qeyd etdiyi zəruri sənədlərlə birgə aidiyyəti qaydada cavabdeh təşkilata müraciət etmiş, ##.##.2025-ci il tarixdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina edilməsi barədə əsassız və qanunsuz imtina bildirişi verilmişdir. İddiaçı qeyd edir ki, imtina bildirişində istinad edilən Qobu bələdiyyəsinin vətəndaşa 0,08 ha torpaq sahəsinin ayrılmasına dair ## ###### 2007-ci il tarixli qərarında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə istinad edilməsi texniki yalnışlıq olmaqla vətəndaşın yox bələdiyyənin səhvidir. Torpaq sahəsinin faktiki olaraq 0,0771 ha olması ilə bağlı qeyd edir ki, qeyd edilən məsələ ilə razıdır və 0,0771 ha torpaq sahəsinə çıxarış və plan ölçü sənədinin verilməsinə etiraz etmir Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, aparılan araşdırma zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi 2009-cu ildən mövcud olsa da, müraciət üzrə əlavə edilmiş X4 torpaq sahəsinin ayrılmasına dair ## ###### 2007-ci il tarixli qərarında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə istinad edildiyi, müraciət üzrə əlavə edilmiş Abşeron rayon Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiq edilmədiyi, eyniləşdirmə əməliyyatının aparılması üçün şəxsiyyəti təsdiq edən sənədin əlavə olunmadığı, təqdim edilmiş qərarda torpaq sahəsinin ölçüsünün oxunaqlı vəziyyətdə olmadığı, torpaq sahəsi sənəd üzrə 0,08 ha olduğu halda, faktiki olaraq torpaq sahəsinin 0,0771 ha hissəsinin istifadədə olduğu, faktiki torpaq sahəsi ilə yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsi arasında uyğunsuzluq olduğu, elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın Abşeron rayonu ilə Bakı səhəri arasında mübahisəli inzibati ərazi vahidliyində yerləşdiyi müəyyən edilmişdir Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Abşeron rayonu X4 ## ###### 2007-ci il tarixli, ** saylı qərarından görünür ki, Abşeron rayonu Qobu bələdiyyəsi perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında vətəndaş İddiaçı fərdi mənzil tikmək məqsədilə 0,08 ha torpaq sahəsinin satılması qərara alınmışdır. ##.##.2011-ci il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Abşeron rayonu Qobu bələdiyyəsi ərazisindən 0,08 ha torpaq sahəsi İddiaçı satılmışdır. Azərbaycan Respublikası DT və XK-nin Abşeron rayon şöbəsi tərəfindən ##.##.2011-ci il tarixli, **** nömrəli rəydən görünür ki, Qobu bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə İddiaçı 800,0 kv.m olmaqla fərdi ev tikmək məqsədilə satılmış torpaq sahəsi qanunamüvafiqdir və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsinə dair tərtib edilmişdir. Məhkəmənin sorğusuna əsasən, Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon Qobu bələdiyyəsinin ** saylı, ##.##.2007-ci il tarixli qərarın təsdiq edilmiş surəti göndərilmişdir. Məhkəmənin sorğusuna əsasən, Abşeron rayonu Qobu bələdiyyəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *** nömrəli və ##.##.2026-cı il tarixli, *** nömrəli məktublardan görünür ki, “Milli Arxiv Fondu Haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Milli arxiv fondunun formalaşdırılması mənbələrindən birini yerli özünüidarəetmə orqanlarının arxiv sənədləri təşkil edir. Həmin qanunun 10-cu maddəsinə əsasən Milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddəti yerli özünüidarəetmə orqanlarının sənədləri üçün 5 il müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, bələdiyyənin 2000-2015-ci illərə aid sənədləri idarə daxili mühafizə müddəti bitdiyi üçün qanunvericilikdə nəzərdə tutulan qaydada Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Abşeron rayon filialına təhvil verilmişdir. Məhkəmənin sorğusuna əsasən, cavabdeh2n * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubdan görünür ki, elektron baza məlumatlarına əsasən hal hazırda sözügedən torpaq sahəsi ilə başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üstüstə düşmə halı aşkarlanmamışdır. Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, torpaq sahəsi faktiki 0,0771 hektardır. Torpaq sahəsi yol ilə sərhəddir. Torpaq sahəsinin daxilində 1 ev, 1 anbar tikilisi var. Torpaq sahəsi iki tərəfdən daş hasar, digər tərəflərdən tikilinin divarları ilə sərhəddir. Torpaq sahəsinin faktiki koordinatları əlavə olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı əsasında Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində ayrılmış 0,0771 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun iddiaçı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2n üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini iddiaçı İddiaçı Abşeron rayonu X4 ## ###### 2007ci il tarixli, ** saylı qərarı əsasında Qobu qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə ona satılmış sənəd üzrə 0,08 ha, faktiki olaraq 0,0771 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın verilməsi ilə bağlı müraciətinə cavabdeh tərəfindən imtina olunmasının qanuniliyi təşkil edir. İş materialları ilə müəyyən olunur ki, X4 ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən İddiaçı fərdi yaşayış evi tikintisi məqsədilə 0,08 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin qərarda torpaq sahəsinin naturada ayrılması, müvafiq sənədlərin hazırlanması və hüququn rəsmiləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi də nəzərdə tutulmuşdur. Həmçinin iş materiallarından görünür ki, torpaq sahəsinin satış qiyməti kimi 1200 manat Qobu bələdiyyəsinə ödənilmiş, ## ####### 2011-ci il tarixli torpaqların alqısatqısına dair aktla 0,08 ha torpaq sahəsinin İddiaçı satılması rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin ## ####### 2011-ci il tarixli, **** nömrəli rəyində Qobu bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə iddiaçıya 800,0 kv.m torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədilə satılmasının qanunamüvafiq olduğu göstərilmiş və həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz edilməmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq nəzərə alır ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında Abşeron Rayon Dövlət Arxivinin ## #### 2026-cı il tarixli məktubu ilə X4 ## ###### 2007-ci il tarixli, ** saylı qərarının arxiv fondunda mövcud olan təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qobu bələdiyyəsinin ## ##### 2026-cı il tarixli, *** nömrəli və ## ##### 2026-cı il tarixli, *** nömrəli məktublarında isə bələdiyyənin 2000-2015-ci illərə aid sənədlərinin idarədaxili mühafizə müddəti başa çatdıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Abşeron rayon filialına təhvil verildiyi bildirilmişdir. Beləliklə, iddiaçının hüququnun yaranmasına əsas olan qərarın dövlət arxivində mövcudluğu və həmin arxiv sənədinin mənşəyi rəsmi qaydada təsdiq edilmişdir. Məhkəmə kollegiyası cavabdehin özünün məhkəməyə verdiyi məlumatları da mühüm sübut kimi qiymətləndirir. Belə ki, cavabdeh2n * saylı Abşeron Ərazi İdarəsinin ## ##### 2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubunda elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi ilə başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri arasında üst-üstə düşmə halının aşkarlanmadığı birbaşa göstərilmişdir. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş müayinə aktında isə torpaq sahəsinin faktiki 0,0771 ha olduğu, yol ilə sərhədləndiyi, daxilində 1 ev və 1 anbar tikilisinin yerləşdiyi, iki tərəfdən daş hasar, digər tərəflərdən tikililərin divarları ilə sərhədləndiyi qeyd olunmuş, faktiki koordinatlar müəyyən edilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutlar mübahisəli torpaq sahəsinin həm hüquqmüəyyənedici sənədlər üzrə, həm də naturada eyniləşdirilməsinə imkan verir. Torpaq sahəsinin faktiki sərhədləri və ölçüsü müəyyən edilmiş, cavabdehin öz elektron baza məlumatları ilə başqa şəxslərin qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşmənin olmadığı təsdiqlənmiş, iddiaçının isə yalnız faktiki istifadəsində olan 0,0771 ha sahənin qeydiyyatını tələb etdiyi müəyyən olunmuşdur. Bu hallarda üçüncü şəxslərin hüquqlarının pozulması və ya eyni torpaq sahəsinə konkurent hüququn mövcudluğu barədə hər hansı sübut yoxdur. Nəzərə alınmalıdır ki, cavabdehin imtina bildirişində, iddia tələbinə etirazında və apellyasiya şikayətində irəli sürdüyü dəlillər mahiyyət etibarilə belə olmuşdur: X4 ## ###### 2007-ci il tarixli, ** saylı qərarında yalnız 2009-cu ildən fəaliyyət göstərdiyi bildirilən ərazi idarəsinə istinad edilməsi; yerquruluşu planından çıxarışın lazımi qaydada təsdiq edilməməsi; eyniləşdirmə üçün şəxsiyyəti təsdiq edən sənədin təqdim edilməməsi; qərarda sahənin ölçüsünün oxunaqlı olmaması; sənəd üzrə 0,08 ha olduğu halda faktiki istifadənin 0,0771 ha təşkil etməsi; sənəd üzrə və faktiki koordinatlar arasında uyğunsuzluğun olması; habelə torpaq sahəsinin Abşeron rayonu ilə Bakı şəhəri arasında mübahisəli inzibati ərazi vahidində yerləşməsi. Kollegiya cavabdehin bələdiyyə qərarının mətnindəki uyğunsuzluqla bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin hal qərarın mövcudluğunu və onun hüquqi qüvvəsini özözlüyündə aradan qaldırmır. Əksinə, X4 ## ###### 2007-ci il tarixli, ** saylı qərarının təsdiq edilmiş surəti birbaşa Abşeron Rayon Dövlət Arxivindən məhkəməyə təqdim edilmiş, bununla da həmin qərarın bələdiyyənin rəsmi sənədləri sırasında arxiv fondunda saxlanıldığı təsdiqlənmişdir. Qərarın mətnindəki ayrı-ayrı rekvizit və ya ifadə uyğunsuzluğu, onun saxta olması, ümumiyyətlə qəbul edilməməsi və ya sonradan dəyişdirilməsi barədə mötəbər sübut olmadığı halda, arxiv sənədinin mötəbərliyinin inkarı üçün kifayət edən əsas hesab edilə bilməz. Bu baxımdan, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1ci maddəsinin tələbi nəzərə alınmalıdır. Həmin normaya əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur; fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qanunun 19.2-ci maddəsinə görə isə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Hazırkı işdə belə araşdırmanın nəticəsi olaraq qərarın dövlət arxivində mövcudluğu təsdiq edilmişdir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, X4 ## ###### 2007-ci il tarixli, ** saylı qərarı qanunla müəyyən edilmiş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş və ya qüvvədən düşmüş hesab edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Buna görə də cavabdeh qeydiyyat orqanı qüvvədə olan bələdiyyə qərarını yalnız öz şübhəsinə əsaslanmaqla hüquqi nəticədən məhrum edə bilməz. Bu nəticə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.4-cü maddəsinin məzmunu ilə də uzlaşır. Həmin normada daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktının qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduğu hal dövlət qeydiyyatından imtina əsası kimi nəzərdə tutulmuşdur. Hazırkı işdə ## ###### 2007-ci il tarixli, ** saylı qərarın qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunması barədə hər hansı səlahiyyətli orqanın və ya məhkəmənin aktı mövcud deyildir. Belə olan halda, qeydiyyat orqanının həmin qərarı faktiki olaraq etibarsız akt kimi qiymətləndirməsi Qanunun müəyyən etdiyi imtina mexanizminə uyğun sayıla bilməz. Cavabdehin sənədlərin tərtibatı və təsdiqi ilə bağlı digər iradları da məhkəmə araşdırmasının nəticələri ilə öz hüquqi əhəmiyyətini itirmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qərarın təsdiq edilmiş surəti dövlət arxivindən əldə edilmiş, bələdiyyə sənədlərinin arxivə verilməsi qaydası aydınlaşdırılmış, iddiaçının şəxsiyyət vəsiqəsinin surətinin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində iş materiallarına əlavə edildiyi müəyyən edilmiş, qərarın arxiv nüsxəsində torpaq sahəsinin ölçüsü oxunaqlı olmuşdur. Yerquruluşu sənədlərinin faktiki sahə ilə əlaqəsi isə cavabdehin apardığı müayinə və təqdim etdiyi koordinat məlumatları ilə yoxlanılmışdır. Kollegiya qeyd edir ki, sənəd üzrə torpaq sahəsinin 0,08 ha, faktiki istifadənin isə 0,0771 ha olması da qeydiyyatdan imtina üçün əsas yaratmır. Belə ki, iddiaçı məhkəmədə tələbini faktiki istifadəsində olan 0,0771 ha sahə ilə məhdudlaşdırmış və sənəddə göstərilən 0,08 ha-dan artıq sahənin qeydiyyatını tələb etməmişdir. Faktiki sahənin sənəddə göstərilən sahədən az olması, üstəlik cavabdehin öz məlumatı ilə həmin 0,0771 ha hissənin başqa şəxslərin torpaq sahələri ilə üst-üstə düşməməsi şəraitində, üçüncü şəxslərin hüquqlarına toxunan və ya dövlət qeydiyyatını mümkünsüz edən hal kimi qiymətləndirilə bilməz. Eyni qaydada, sənəd üzrə və faktiki koordinatlar arasında müəyyən fərqin olması torpaq sahəsinin eyniləşdirilməsini mümkünsüz etmir. Cavabdehin öz müayinə aktında torpaq sahəsinin faktiki sərhədləri, mövcud tikililər və koordinatlar müəyyən edilmiş, ## ##### 2026-cı il tarixli məktubunda isə elektron baza üzrə üst-üstə düşmənin olmadığı bildirilmişdir. İş materiallarına əlavə olunmuş ortofoto görüntüsü də faktiki istifadə olunan sahənin naturada ayrıca sərhədləndiyini göstərir. Bu sübutların məcmusu torpaq sahəsinin identifikasiyası üçün kifayət edir və cavabdehin koordinat uyğunsuzluğuna dair ümumi xarakterli iradını aradan qaldırır. Məhkəmə kollegiyası bərabərlik prinsipi baxımından cavabdehin məhkəməyə təqdim etdiyi qonşu torpaq sahələrinə dair sənədlərə də qiymət verir. Həmin sənədlərdən Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi üzrə X3 mülkiyyət hüququnun ## ##### 2024-cü il tarixdə, digər 0,08 ha torpaq sahəsi üzrə X2 mülkiyyət hüququnun isə ## ###### 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı görünür. Hər iki çıxarışda torpaq sahələri yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilmiş və hüquq növü mülkiyyət kimi göstərilmişdir. Bu sənədlər mübahisəli sahənin yerləşdiyi ərazidə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının faktiki olaraq aparıldığını təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən, “Hamı qanun və məhkəmə qarşısında bərabərdir”. Həmin maddənin V hissəsinə əsasən isə, “Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir”. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsində də hamının qanun və inzibati orqan qarşısında bərabər olduğu, 12.2-ci maddəsində isə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsinin qadağan olunduğu təsbit edilmişdir. Kollegiyanın qənaətinə görə, mübahisəli sahənin ətrafında yerləşən torpaq sahələri üzrə cavabdeh tərəfindən dövlət qeydiyyatının aparıldığı halda, iddiaçıya münasibətdə fərqli nəticəyə gəlinməsi yalnız işin mühüm faktiki və hüquqi hallarında obyektiv fərqin mövcudluğu ilə əsaslandırıla bilərdi. Lakin cavabdeh iddiaçının işini həmin qeydiyyata alınmış sahələrdən fərqləndirən, qeydiyyatdan imtinanı zəruri edən və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş konkret əsasla uzlaşan mühüm fərqi göstərməmişdir. Əksinə, cavabdehin öz cavabı ilə mübahisəli sahənin başqa şəxslərin torpaq sahələri ilə üst-üstə düşmədiyi təsdiqlənmişdir. Bununla yanaşı, sənədlərin hazırlanması, tərtib edilməsi, rekvizitlərin düzgün göstərilməsi, onların təsdiqi və arxivə təhvil verilməsi iddiaçının deyil, həmin sənədləri qəbul və tərtib etmiş bələdiyyənin və aidiyyəti dövlət orqanlarının səlahiyyət və vəzifələri çərçivəsində olmuşdur. Müvafiq orqanların sənədləşmə fəaliyyətində yol verilmiş formal xarakterli nöqsanların mənfi nəticələrinin iddiaçının üzərinə qoyulması “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş formal tələblərdən suiistifadənin qadağan olunması prinsipinə uyğun deyildir. Eyni zamanda, cavabdehin eyni ərazidə mövcud olan qeydiyyat praktikasından heç bir obyektiv əsas göstərmədən kənara çıxması Qanunun 12-ci maddəsindəki bərabərlik prinsipinin və 13-cü maddəsindəki etimad hüququnun qorunması prinsipinin məqsədi ilə uzlaşmır. Kollegiya cavabdehin apellyasiya şikayətində irəli sürdüyü, mübahisəli torpaq sahəsinin Abşeron rayonu ilə Bakı şəhəri arasında mübahisəli inzibati ərazi vahidində yerləşməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin hal özlüyündə iddiaçının torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün kifayət edən hüquqi əsas təşkil etmir. Belə ki, iş materiallarında olan cavabdeh2n * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli imtina məktubunda dövlət qeydiyyatından imtinanın əsası kimi torpaq sahəsinin Bakı şəhəri və Abşeron rayonu arasında mübahisəli inzibati ərazidə yerləşməsi deyil, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesiri Xidmətinin Abşeron Ərazi İdarəsi 2009-cu ildən mövcud olsa da, müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarın arxiv arayışında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Dağınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə istinad edildiyi, bundan başqa, təqdim edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışında hüquq sahibinin adının qeyd edilmədiyi, imzası ilə təsdiq edilmədiyi, həmçinin təqdim edilmiş qərarda torpaq sahəsinin ölçüsünün oxunaqlı vəziyyətdə olmadığı müəyyən edildiyi, həmçinin torpaq sahəsi sənəd üzrə 0.06 ha olduğu halda, faktiki olaraq torpaq sahəsinin 0.0771 ha hissəsinin istifadənizdə olduğu və buna dair notarial qaydada təsdiq olunmuş ərizəsinin, eyniləşdirmə əməliyyatının aparılması üçün şəxsiyyətinizi təsdiq edən sənədin əlavə olunmadığı, bundan əlavə, faktiki torpaq sahəsi ilə yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsi arasında uyğunsuzluq olduğu aşkar edildiyi göstərilmişdir. Apellyasiya şikayətində (həmçinin etirazda) sonradan istinad olunan bu dəlil isə cavabdehin ilkin imtina əsasını əvəz etmir və özlüyündə hüquqların dövlət qeydiyyatından imtina üçün müstəqil əsas yaratmır. Digər tərəfdən, cavabdeh tərəfindən məhkəməyə mübahisəli 0,0771 ha torpaq sahəsinin konkret olaraq Nazirlər Kabinetinin ## ###### 2025-ci il tarixli sərəncamı ilə yaradılmış komissiyanın araşdırdığı mübahisəli əraziyə daxil olduğunu təsdiq edən koordinatlı plan, sərhəd sxemi, komissiyanın qərarı, rəsmi xəritə və ya digər mötəbər sübut təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan bələdiyyə qərarı, yerquruluşu planından çıxarış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin rəyi və digər sənədlər həmin torpaq sahəsinin Qobu bələdiyyəsinin ərazisi kimi rəsmiləşdirildiyini göstərir. Kollegiya qeyd edir ki, inzibati ərazi vahidlərinin sərhədlərinin gələcəkdə dəqiqləşdirilməsi məqsədilə komissiyanın yaradılması həmin komissiya tərəfindən konkret qərar qəbul edilənədək və müvafiq sərhəd dəqiqləşməsi qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilənədək artıq mövcud olan hüquqmüəyyənedici sənədlərin hüquqi qüvvəsini aradan qaldırmır. Belə bir komissiyanın mövcudluğu bələdiyyənin ##.##.2007-ci il tarixli, ** saylı qərarının, torpaq sahəsinə dair plan-ölçü sənədinin və aidiyyəti dövlət orqanının müsbət rəyinin qanunsuz və ya etibarsız hesab edilməsi anlamına gəlmir. Buna görə də inzibati sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı gələcəkdə aparıla biləcək prosedur hazırkı mərhələdə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas hesab oluna bilməz. Nəzərə almaq lazımdır ki, iddiaçı bələdiyyənin sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının məqsədəuyğunluğu barədə bələdiyyənin ##.##.2007ci il tarixli, ** saylı qərarına əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Beləliklə də, iddiaçının hüququnun yaranmasına əsas olmuş hüquqmüəyyənedici sənəd mövcuddur, qüvvədədir, onun etibarsız sayılması barədə hər hansı məhkəmə aktı yoxdur və həmin sənədin mötəbərliyini şübhə altına alan hüquqi əsas müəyyən edilməmişdir. Kollegiya etimad hüququnun qorunması prinsipi baxımından da işin hallarını əhəmiyyətli hesab edir. Belə ki, X4 tərəfindən ## ###### 2007-ci il tarixli, ** saylı qərarla torpaq sahəsinin iddiaçıya satılması qərara alınmış, torpaq sahəsinin dəyəri kimi 1200 manat ödənilmiş, sonradan torpaqların alqı-satqısına dair akt tərtib edilmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin ## ####### 2011-ci il tarixli, **** nömrəli rəyi ilə həmin satışın qanunamüvafiq olduğu bildirilmişdir. İddiaçı uzun müddət ərzində bu rəsmi akt və hərəkətlərə etimad göstərərək torpaq sahəsindən faktiki istifadə etmiş, sahədə tikililər mövcud olmuşdur. İş materiallarında iddiaçının həmin aktların qəbuluna aldatma, təhrif olunmuş məlumat və ya digər qanunsuz üsulla nail olduğunu təsdiq edən hər hansı hal müəyyən edilməmişdir. Üstəlik, həmin ərazidə digər şəxslərin hüquqlarının cavabdeh tərəfindən dövlət qeydiyyatına alınması iddiaçının mövcud inzibati praktikaya etimadını obyektiv olaraq daha da gücləndirmişdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyi hazırkı işə tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair yekun inzibati akt qüvvədə olduğu halda, həmin aktın qəbuluna qədər və ya icrası ilə bağlı aparılmış razılaşdırma və rəylərin alınması prosesində yol verilmiş nöqsanlar, yaxud həmin sənədlərin sonradan rəsmiləşdirilməsi yekun qərarın hüquqi qüvvəsini öz-özlüyündə aradan qaldırmır. Qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan həmin halın qüvvədə olan yekun qərarın hüquqi nəticələrinə hansı qaydada təsir etdiyini və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı konkret imtina əsasını yaratdığını göstərməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin hüquqi mövqeyi nəzərə alındıqda, X4 ## ###### 2007-ci il tarixli, ** saylı qərarındakı ayrı-ayrı mətn və rekvizit uyğunsuzluqlarına, yerquruluşu sənədlərinin təsdiqi ilə bağlı formal iradlara, sənəd üzrə və faktiki sahə arasındakı cüzi fərqə və inzibati ərazi sərhədinin mübahisəli olmasına istinad edilməsi, bu halların qüvvədə olan bələdiyyə qərarının hüquqi qüvvəsini aradan qaldırdığı və ya Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş konkret imtina əsasını yaratdığı sübuta yetirilmədiyi müddətdə, qeydiyyatdan imtina üçün kifayət hesab edilə bilməz. Hazırkı işdə cavabdeh belə hüquqi əlaqəni əsaslandırmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının # ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ####### 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmununa görə hüquqların dövlət qeydiyyatı üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir və həmin əsaslardan hər hansı biri təqdim edildikdə qeydiyyat orqanı əlavə olaraq başqa bir qeydiyyat əsasının da təqdim olunmasını tələb etməyə haqlı deyildir. Bu hüquqi mövqe qeydiyyat prosedurunda şəxsin üzərinə qanunda nəzərdə tutulmayan əlavə sübut yükünün qoyulmasının yolverilməz olduğunu ifadə edir. Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyinə uyğun olaraq, hazırkı işdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulan qeydiyyat əsası - X4 daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair ## ###### 2007-ci il tarixli, ** saylı qüvvədə olan aktı mövcuddur. Bununla yanaşı, torpağın dəyərinin ödənilməsi, ## ####### 2011-ci il tarixli torpaqların alqı-satqısına dair akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin **** nömrəli müsbət rəyi, yerquruluşu planından çıxarış, dövlət arxivinin təqdim etdiyi təsdiq edilmiş qərar surəti, cavabdehin müayinə aktı və ## ##### 2026-cı il tarixli üst-üstə düşmənin olmadığı barədə cavabı da iş materiallarındadır. Bu sübutların məcmusu iddiaçının 0,0771 ha torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması üçün həm hüquqi, həm də faktiki əsasların mövcudluğunu təsdiq edir. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi həmin hallar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hallara düzgün hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1141/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1141/2026
21.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver