Məhkəmə qərarları › İş №2-1(3-8)-1145/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1145/2026

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1145/2026 19.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyi müəyyən edilmiş şəxsə qulluğa görə Prezident təqaüdünün ödənilməyən dövrlər üzrə ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək iddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək, ##.##.2007-ci il təvəllüdlü X4 üzərində qəyyum təyin edildiyindən ötrü ona, qulluğa görə Prezident təqaüdünün təyin edilməsini məhkəmədən xahiş etmişdir . İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2007-cı il təvəllüdlü X4 iddiaçının oğludur. Ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində qeydiyyatdadır və yaşayır. Övladı Kvadroplegik spastik serebral iflic xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyinə görə ona birinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Övladı əmək qabiliyyətsizdir. Əlilliyin səbəbi ümumi xəstəlik kimi göstərilmişdir. Övladı üçün köməkçi (patronaj) təyin olunmağı zərurəti yaranmışdır. Çünki övladı qüsurludur, daim himayədədir və çox ciddi şəkildə qulluğa ehtiyacı vardır. Bu ciddi məsələ ilə bağlı daha əvvəl Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ##.##.2024-cü il tarixli cavab məktubu göndərilməklə AR MM-nin 33.4-cü maddəsinə əsasən psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Bu səbəbdən Komissiya, sözügedən məsələ ilə bağlı müvafiq məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Həmin cavab məktubu ərizəyə əlavə edilmişdir. Şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, 17.04.20225-ci il tarixli qətnaməsinə əsasən ərizəsi təmin edilmişdir və ##.##.2007-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qərara alınmışdır. Belə ki, oğlu Məhəmmədməlikin ##.##.2007-ci il tarixdə 18 yaşı tamam olmuşdur. Məhəmmədməlikin 18 yaşı tamam olduqdan sonra şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, ##.##.2025-ci il tarixdə qətnamə qət edilmişdir. İş məhkəmədə olan zaman övladının aylıq ödənişlərini ala bilmirdi. Ona bildirilmişdir ki, qətnamə qət edildikdən sonra həmin ödənilməmiş aylar birdəfəlik ödəniləcəkdir. məhkəmənin qətnamə artıq qanuni qüvvəsini almasına baxmayaraq, həmin ayları ala bilmir. Bu ciddi məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına rəsmi şəkildə ərizə ilə müraciət etmişdir. Müraciətinə ##.##.2025-ci il tarixli cavab məktubu göndərilmişdir və Abşeron Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2025-ci il tarixli sərəncamına əsasən Məhəmmədməlik Cigərxanov üzərində qəyyum təyin edildiyindən ona həmin tarixdən əvvəlki dövr üzrə onaa qulluğa görə Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. X3 ##.##.2025-cı il tarixdən 18 yaşı tamam olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının cavab məktubunda da göstərildiyi kimi Abşeron rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ##.##.2025- ci il tarixli Sərəncam verilmişdir. 6 ay 120 manat məbləğində müəyyən edilmiş Prezident təqadünü ala bilməmişdir. ##.##.2007-ci il təvəllüdlü oğlu X5 onun yanında yaşayır və heç bir tələbatını özü ödəyə bilmir. Daim ona qulluq edir və onun yanındadır. Məhəmmədməlik ümumi Kvadroplegik spastik serebral iflic xəstəliyindən əziyyət çəkir və orqanizmin funksiyalarının 100 faizi pozulmuşdur. Buna görə də oğluna İ qrup əlillik dərəcəsi verilmişdir. İddiaçı oğlunun 18 yaşı tamam olduqdan sonra ona veriləcək 6 ay müddətinin təqadünü tələb edir və buna görə də Məhkəməyə müraciət etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iş materiallarına əsasən ##.##.1986-cı il təvəllüdlü İddiaçı ##.##.2025- ci il tarixli *-**-*/*-C- ******/**** nömrəli ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Abşeron DOST Mərkəzinə müraciət etmişdir. Sözügedən müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmış və cavabdehin ##.##.2025-ci il tarixli *-**-*/*-C- ******/**** nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra İddiaçı məhkəməyə müraciət edərək, övladı ##.##.2007-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə əlaqədar olaraq 31,03.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək ona ödənilməyən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluğa görə Prezident təqaüdünün ödənilməsini məhkəmədən xahiş etmişdir. Bununla bağlı bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cu il tarixli *** nömrəli Fərmanına əsasən ##.##.2019-cu il tarixindən “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə” Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, 01,07.2025-ci il tarixindən aylıq məbləği 120 manat müəyyən olunmuşdur. İddiaçı sözügedən təqaüdün təsis olunduğu ##.##.2019-cu il tarixindən övladının 18 yaşının tamam olduğu ##.##.2025-ci il tarixinədək ödənilməsi təmin edilmişdir. Daha sonra iddiaçının müraciəti əsasında Abşeron Rayon Məhkəməsinin ##.##.2025- ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə ##.##.2007-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Abşeron Rayon İcra Hakimiyyəti başçısının ##.##.2025-ci il tarixli *** nömrəli sərəncamına əsasən, İddiaçı övladı X4 üzərində qəyyum təyin edilmişdir. İddiaçı orqanizmin funksiyalarının 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş X4 qulluq etdiyinə görə ##.##.2025-ci il tarixindən (qəyyum təyin edildiyi tarixdən) Prezident təqaüdü təyin edilib və ödənişi 120 manat məbləğində olmaqla davam etdirilir. Bununla əlaqədar olaraq bildirirlər ki, iddiaçı Abşeron Rayon İcra Hakimiyyəti başçısının ##.##.2025-ci il tarixli sərəncamına əsasən Məhəmmədməlik Cigərxanov üzərində qəyyum təyin edildiyindən ona həmin tarixdən əvvəlki dövr üzrə qulluğa görə Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2019-cu il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”n\n (bundan sonra -Qayda) 1.1-ci bəndinə əsasən, Qayda “Orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ##### tarixli *** nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi mexanizmini müəyyən edir. Qaydanın 1.2-ci bəndinə əsasən təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə verilir. Qaydanın 1.5-ci bəndinə əsasən müraciət müddətindən asılı olmayaraq, təqaüd 2019-cu il #####in #-dən tez olmamaqla, onu almaq hüququ yarandığı gündən təyin edilir. Qaydanın 2.2.1-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) bu Qaydanın * nömrəli əlavəsinə uyğun ərizəsi və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri təqdim olunmalıdır. Qaydanın 2.2.3-cü bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu teyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti təqdim olunmalıdır. Həmin bəndə uyğun olaraq, qulluq təqaüdünün təyin edilməsi üçün əsas müraciət etmiş şəxsin fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surətidir. Göründüyü kimi, hazırda məhkəmə mübahisəsinin predmetini iddiaçının övladının 18 yaşı tamam olduğu ##.##.2025-ci il tarixindən X.Ciqərxanovanın qəyyum təyin edildiyi ##.##.2025-ci il tarixinədək olan dövr üzrə ödənilməmiş Prezident təqaüdünün ödənilməsi təşkil edir. İddiaçı oğluna faktiki olaraq həmin dövrlərdə qulluq etsə belə qanunvericilikdə birbaşa olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslərə qulluq edən şəxsə münasibətdə fəaliyyət qabiliyyəti olmayan şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarı tələb olunmuşdur. Əlavə olaraq bildirirlər ki, fərqləndirmənin hüquqi mahiyyəti həmin şəxslərin öz hərəkətinin əhəmiyyətini başa düşə bilməməsi, özləri üçün mülki hüquqlar və vəzifələr əldə etmək və ya icra etmək qabiliyyətindən məhrum olmalarıdır. Buna görə də onlar üzərində qəyyumluq müəyyən edilir və sözügedən məsələyə münasibətdə qəyyumun həmin şəxsə qulluq etməsi faktı rəsmiləşərək hüquqi nəticə doğurmaq xüsusiyyəti qazanır. Bu qaydada rəsmiləşmə olmadıqda isə müraciət edən şəxsin əlilliyi müəyyən edilmiş şəxsə həqiqətən qulluq etməsi faktını müəyyən etmək mümkün olmur. Həmçinin sosial müavinətlə “Prezident təqaüdü”nü fərqləndirmək vacibdir. Sosial müavinətlərdən fərqli olaraq Prezident təqaüdünün əvvəlki dövrlər üzrə ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan ən çoxu 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Qanunun 4-cü maddəsində müavinətin növlərinə nəzər salsaq, sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, X.Ciqərxanovaya qəyyum təyin edildiyi ##.##.2025-ci il tarixinədək olan dövr üzrə Prezident təqaüdünün ödənilməsinin mümkün olmadığı, həmçinin iddiaçının iddiasının təmin olunması üçün hüquqi əsasların olmaması tərəflərindən sübuta yetirilmiş hesab edilməlidir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: “Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” ilə bağlı elektron çıxarışdan görünür ki, X4 ##.##.2023-cü il tarixdən kvadroplegik spastik serebral iflic diaqnozu ilə ümumi xəstəlik səbəbilə müddətsiz əlillik təyin edilmişdir. Abşeron rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən ##.##.2007-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının ##.##.2025-ci il tarixli *** saylı Sərəncamına əsasən İddiaçı övladı ##.##.2007-ci il təvəllüdlü X7 qəyyum təyin edilmişdir. ##.##.2019-cu il tarixli ** saylı qərar əsasında ##.##.2019-cu il tarixdən ##.##.2025ci il tarixədək İddiaçı 50 AZN Prezident təqaüdü təsis edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üzrə iddiaçıya ödənilməyən “Ümumi səbəblərdən orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə” Azərbaycan Respublikası Prezidenti təqaüdünün ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyi və iddiaçının ona qəyyum təyin edildiyi tarixdən asılı olmayaraq məhkəmə hesab edir ki, İddiaçı prezident təqaüdü almaq hüququ X4 əlilliyinin müəyyən edildiyi tarixdən yaranmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI. a)Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarında qeyd olunanlara əsasən, “hazırkı işdə iddiaçı və oğlu X4 arasındakı münasibətlərdə hər hansı faktiki dəyişiklik olmamışdır (iddiaçı əvvəllər olduğu kimi oğluna qulluq etməkdə davam etmişdir), hüquqi vəziyyəti dəyişən yeganə meyar isə şəxsin 18 yaşına çatması ilə əlaqədar artıq sağlamlıq imkanları məhdud şəxs kimi deyil, orqanizmin funksiyaları 81-100 faiz pozulmuş şəxs kimi nəzərə alınmasıdır. Belə olan təqdirdə, iddiaçıya münasibətdə Prezident təqaüdünün təyin edilməsi üçün əsas, onun oğluna qulluq etməsini yenidən təsdiqləyən qəyyumluq orqanının qərarı olmamalıdır (müvafiq Qaydanın 2.2.3-cü maddəsinə əsasən), iddiaçı X4 ailə üzvü olan və ona qulluq edən şəxs kimi (müvafiq Qaydanın 2.2.1-ci yarımbəndinə əsasən) nəzərə alınmalıdır. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyi və iddiaçının ona qəyyum təyin edildiyi tarixdən asılı olmayaraq məhkəmə hesab edir ki, İddiaçı prezident təqaüdü almaq hüququ X4 əlilliyinin müəyyən edildiyi tarixdən yaranmışdır”. Məhkəmənin bu mövqeyinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan normalardan görünür ki, təqaüdün verilməsi üçün 4 fərqli qayda müəyyən etmişdir: Qaydanın 2.2.1, 2.2.2., 2.2.3-cü bəndləri 18 yaşı tamam olmuş əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə qulluğa görə təqaüdün verilməsini tənzimləyirsə, 2.2.4-cü bənd 18 yaşına çatmamış şəxslərə qulluqla bağlı təqaüdün kimlərə verilə biləcəyini tənzimləyir. Eyni zamanda müəyyən olunur ki, yetkinlik yaşına çatmış əlilliyi olan şəxslərlə bağlı Qaydaların 2.2.1.-2.2.3-cü bəndləri də müvafiq qaydada təsnifləşdirilir. Belə ki, hər üç bənddə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqla bağlı aşağıdakı şəxslərə münasibətdə təqaüd ödənilir: -2.2.1-ci bənd - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə; -2.2.2-ci bənd - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən, ailə üzvü olmayan şəxslərə münasibətdə; -2.2.3-cü bənd - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, eyni zamanda ailə üzvü olubolmamasından asılı olmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan əlil şəxsə qulluqla edən şəxslərə münasibətdə. Göründüyü kimi qanunverici 18 yaşına çatmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxsə qulluq edən ailə üzvü (o cümlədən valideyni) olan şəxsə təqaüd təyin edilməsi üçün qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətinin təqdimedilməsini, ailə üzvü olmayan şəxslərə münasibətdə qəyyumluq və himayəçilik orqanının qərarının və qulluq edilən əlilin ərizəsinin təqdim edilməsini zəruri sayırsa, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edənlərə münasibətdə isə yanız qəyyumluq və himayəçilik orqanının qərarının surətinin təqdim edilməsini tələb edir. Beləliklə də cavabdeh orqanın imtinası əsaslı olmaqla, iddiaçı tərəfin qanunla qorunan hüquq və azadlıqlarının pozulmasına səbəb olmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cu il tarixli *** nömrəli Fərmanı:

1. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 100 (bir yüz) manat müəyyən olunsun.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il # #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ##### tarixli *** nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – təqaüd) ödənilməsi mexanizmini müəyyən edir. 1.2. Təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilir. 1.5. Müraciət müddətindən asılı olmayaraq, təqaüd 2019-cu il #####in #-dən tez olmamaqla, onu almaq hüququ yarandığı gündən təyin edilir. 1.6. Bu Qaydanın məqsədləri üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvü dedikdə, onun valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), övladları (o cümlədən övladlığa götürülənlər), onların ərləri (arvadları), bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, bacıları, qardaşları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin ailə üzvü dedikdə isə onların valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), bacıları, qardaşları, ərinin (arvadının) valideynləri, bacıları və qardaşları nəzərdə tutulur.

....... 2.2.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə Şəxsin, həqiqətən, ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) bu Qaydanın * nömrəli əlavəsinə uyğun ərizəsi (bundan sonra – ərizə) və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri. Şəxsin, həqiqətən, ona qulluq etdiyi barədə ərizə Quruma, “DOST” mərkəzlərinə və ya Mərkəzə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilməlidir; 2.2.2. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən, ailə üzvü olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 39-cu maddəsinə uyğun olaraq patronajın təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti və şəxsin, həqiqətən, ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) ərizəsi. Şəxsin, həqiqətən, ona qulluq etdiyi barədə ərizə Quruma, “DOST” mərkəzlərinə və ya Mərkəzə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilir; 2.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti; 2.2.4. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə onların qohumluq əlaqəsini təsdiq edən sənəd. Təqaüd təyin edilməsi barədə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə onlarla qohumluq əlaqəsi olmayan qəyyumlar (himayəçilər) müraciət etdikdə, müraciətə qəyyumluq (himayəçilik) təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti əlavə edilir.

“İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üzrə iddiaçı İddiaçı ödənilməyən “Ümumi səbəblərdən orqanizm funksiyalarının 81- 100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə” Azərbaycan Respublikası Prezidenti təqaüdünün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin hallarından görünür ki, ##.##.2007-ci il təvəllüdlü X4 ##.##.2023-cü il tarixdən kvadroplegik spastik serebral iflic diaqnozu ilə ümumi xəstəlik səbəbilə müddətsiz əlillik təyin edilmiş, orqanizmin funksiyalarının 100 faiz pozulması müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2025-ci il tarixli *** nömrəli sərəncamı ilə isə iddiaçı İddiaçı onun üzərində qəyyum təyin edilmişdir. İş materialları ilə həmçinin müəyyən olunur ki, iddiaçıya sözügedən Prezident təqaüdünün ##.##.2019-cu il tarixdən övladının 18 yaşının tamam olduğu ##.##.2025-ci il tarixədək ödənilməsi təmin edilmiş, iddiaçı qəyyum təyin edildiyi ##.##.2025-ci il tarixdən isə orqanizmin funksiyalarının 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş oğluna qulluq etdiyinə görə təqaüd təyin edilərək ödənişi davam etdirilmişdir. İddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üzrə ödənilməmiş Prezident təqaüdünün ödənilməsini tələb edir. Cavabdehin imtinasının və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhəmmədməlik Cigərxanov məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyindən, Qaydanın 2.2.3-cü yarımbəndinə görə ona qulluq edən şəxsə təqaüd təyin edilməsi üçün qəyyumluq və himayəçilik orqanının qərarı tələb olunur, iddiaçı isə yalnız ##.##.2025-ci il tarixdə qəyyum təyin edilmişdir. Cavabdeh bu səbəbdən həmin tarixdən əvvəlki dövr üçün təqaüdün ödənilməsini mümkün hesab etmir. Kollegiya cavabdehin bu dəlilini əsaslı saymır. İlk növbədə, cavabdehin özü iddiaçının mübahisəli dövrdə oğluna faktiki qulluq etməsini mübahisələndirmir, etiraz yalnız qəyyumluğun rəsmiləşdirildiyi tarixlə bağlıdır. Deməli, hazırkı işdə mübahisə qulluq faktının mövcud olub-olmamasından deyil, həmin faktın qanunvericilikdə nəzərdə tutulan sənədlə rəsmiləşdirilməsi tarixinin təqaüd hüququnun başlanğıc anına təsirindən ibarətdir. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il # #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi” Qaydası”nın tətbiqi zamanı hərfi təfsirə yol verilməməli, müvafiq maddələr tənzimləmənin ümumi məqsədi nəzərə alınaraq tətbiq edilməlidir. Belə ki, hüquq normasını tətbiq etməzdən əvvəl onun həqiqi məzmununu aydınlaşdırmaq, tənzimləyicinin sözlə ifadə etdiyi mahiyyətin aşkara çıxarılması lazımdır. Qaydanın 1.2-ci bəndinə əsasən təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilir. Qaydanın 1.5-ci bəndinə əsasən müraciət müddətindən asılı olmayaraq, təqaüd 2019-cu il #####in #-dən tez olmamaqla, onu almaq hüququ yarandığı gündən təyin edilir. Məhkəmə kollegiyası bu müddəaların əlaqəli təhlilindən belə nəticəyə gəlir ki, Qayda təqaüdün başlanğıc tarixini müraciətin və ya təsdiqedici sənədin tərtib edildiyi tarixlə deyil, onu almaq hüququnun yarandığı günlə əlaqələndirir. Müvafiq Qaydanın 2.2-ci bəndində qeyd olunan sənədlərin tələb olunmasında məqsəd şəxsin, həqiqətən, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq etməsini təsdiqləməkdir. Hazırkı işdə ##.##.2025-ci il tarixədək iddiaçıya qulluğa görə Prezident təqaüdünün ödənilmiş olması onun Məhəmmədməlik Cigərxanova qulluq edən şəxs kimi cavabdeh tərəfindən artıq qəbul edildiyini göstərir. Oğlunun 18 yaşına çatması ilə iddiaçı ilə oğlu arasındakı faktiki qulluq münasibəti dəyişməmiş, dəyişən hal yalnız yetkinlik yaşına çatmış əlilliyi olan şəxsə münasibətdə qanunvericilikdə nəzərdə tutulan sənədləşdirmə qaydasının tətbiq edilməsinə başlanması olmuşdur. Sonradan məhz iddiaçının həmin şəxsin qəyyumu təyin edilməsi də iş üzrə digər sübutlarla birlikdə qulluq edən şəxsin dəyişmədiyini göstərən hal kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətində Qaydanın 2.2.1-2.2.4-cü yarımbəndlərinin müxtəlif şəxslər və vəziyyətlər üzrə fərqli sənədlər nəzərdə tutduğu düzgün göstərilsə də, bu təsnifatın özü qəyyumluq barədə qərarın qəbul tarixini təqaüd hüququnun yarandığı tarix kimi müəyyən etmir. Belə ki, Qaydanın 2.2.3-cü yarımbəndinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan sayılmış, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə təqaüdün təyin edilməsi üçün həmin əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin olunması barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti təqdim edilməlidir. Kollegiyanın qənaətinə görə, bu müddəa fəaliyyət qabiliyyəti olmayan şəxsə qulluq edən şəxsə münasibətdə təqaüdün təyin edilməsi üçün təqdim edilməli sənədi müəyyən edir, təqaüdün hansı tarixdən təyin olunması isə Qaydanın 1.5-ci bəndi ilə ayrıca tənzimlənir. Buna görə də 2.2.3-cü yarımbənd Qaydanın 1.5-ci bəndindən təcrid olunmuş şəkildə şərh edilərək qəyyumluq barədə sərəncamın tarixinin bütün hallarda təqaüd hüququnun başlanğıc tarixi kimi qəbul edilməsinə əsas vermir. Beləliklə, Məhəmmədməlik Cigərxanovun 18 yaşının tamam olduğu ##.##.2025-ci il tarixindən sonra onun əlillik vəziyyəti və iddiaçının ona faktiki qulluq etməsi davam etmiş, ##.##.2025-ci il tarixli məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyətsizliyi, ##.##.2025ci il tarixli sərəncamla isə iddiaçının qəyyum statusu rəsmiləşdirilmişdir. İş materiallarında qulluq münasibətinin mübahisəli dövrdə kəsildiyini və ya həmin dövrdə başqa şəxsin qulluq etdiyini göstərən hal müəyyən edilmir; cavabdeh də faktiki qulluq etmə halını inkar etmir. Bu səbəbdən, yalnız qəyyumluq barədə sərəncamın ##.##.2025-ci il tarixdə qəbul edilməsinə əsaslanmaqla, faktiki qulluq münasibətinin mövcud olduğu əvvəlki dövr üzrə təqaüdün ödənilməsindən imtina edilməsi Qaydanın 1.2 və 1.5-ci bəndlərinin məzmunu ilə uzlaşmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının mübahisəli dövr üzrə Prezident təqaüdü almaq hüququnun mövcud olması barədə nəticəsini əsaslı hesab edir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçıya cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar