Məhkəmə qərarları › İş №2-1(3-8)-1146/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1146/2026

31.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1146/2026 31.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı “xxxx” kiçik müəssisəsinin direktoru X4 iştirakı ilə, Iddiaçı “xxxx” kiçik müəssisəsinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI: X2 filialının ##.##.2025-ci il tarixli arxiv çıxarışından görünür ki, Şamaxı rayonu Əngəxaran kolxozunun ümumi yığıncağının ##.##.1992-ci il tarixli ** nömrəli iclas protokolu ilə Şamaxı rayon sovetinin ##.##.1992-ci il tarixli *** nömrəli məktubunu nəzərə alaraq kolxozun torpaq balansında olan lakin əkinə və istismara yararsız 1 ha “Çıldaşlıq” adlanan sahə bostantərəvəz məhsulları yetişdirmək üçün “xxxx” Kiçik Müəssisəsinə təhkim edilmişdir. Qərarın təsdiq edilməsi Şamaxı rayon Sovetindən xahiş edilmişdir. (iş v 17) X2 filialının ##.##.2025-ci il tarixli arxiv çıxarışından görünür ki, Şamaxı rayonu X5 Icraiyyə Komitəsinin ##.##.1992-ci il tarixli ** saylı iclas Protokolu ilə Şamaxı rayonu Əngəxaran kolxozunun ##.##.1992-ci il tarixli ümumi yığıncağının qərarı nəzərə alınaraq kolxozun “Çıldaşlıq” adlanan sahəsinin istifadəsiz hissəsindən 1 ha ayrılaraq bostan-tərəvəz məhsulları istehsalı üçün “xxxx” Kiçik Müəssisəsinə təhkim edilmişdir. (iş v 16) cavabdeh1n ** saylı Şamaxı Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, – ** saylı Şamaxı Ərazi Idarəsində movcud olan elektron baza məlumatlarında (DWG, TEKUIS məlumatları və DBF siyahısı) Şamaxı rayon X5 Icraiyyə Komitəsinin ##.##.1992-ci il tarixli, ** saylı iclas protokolu və Əngəxaran kolxozunun ##.##.1992-ci il tarixli ümumi yığıncağının qərarına əsasən ”Çildaşlıq” adlanan sahənin istifadəsiz hissəsindən “xxxx” kiçik müəssisəsinə kənd təsərrüfatı məhsullarının (bostançılıq-tərəvəzçilik) istehsalı üçün ayrılmış 1.0 ha torpaq sahəsinə dair hər hansı bir məlumat aşkar olunmadı. Lakin iddiaçının naturada göstərdiyi torpaq sahəsi elektron baza məlumatlarına əsasən Dövlət mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı kollu örüş torpaqlarında yerləşir. cavabdeh1 Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin ##.##.2026- cı il tarixli məktubunda qeyd edilmişdir ki, təqdim edilən koordinatlarda yerləşən torpaq sahəsi Şamaxı rayonu Iliç adına kolxozun daimi istifadəsində olan torpaqlarda dövlət uçotunun aparılmasına dair yerquruluşu planına əsasən ayrılan torpaq sahəsi dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı kollu örüş torpaqlarına aiddir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsindəki icraat Iddiaçı “xxxx” kiçik müəssisəsi cavabdeh cavabdeh1n ** saylı Şamaxı Ərazi Idarəsinə qarşı Şamaxı rayon X5 Icraiyyə Komitəsinin ##.##.1992-ci il tarixli, ** saylı iclas protokolu və Əngəxaran kolxozunun ##.##.1992-ci il tarixli ümumi yığıncağının qərarına əsasən "Çildaşlıq" adlanan sahənin istifadəsiz hissəsindən "xxxx" kiçik müəssisəsinə kənd təsərrüfatı məhsullarının (bostançılıq-tərəvəzçilik) istehsalı üçün ayrılmış 1.0 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, cavabdeh1 tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə iclasında cavabdeh cavabdeh1n ** saylı Şamaxı Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəz edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu X5 Icraiyyə Komitəsinin ##.##.1992-ci il tarixli ** saylı iclas Protokoluna əsasən Əngəxaran kolxozunun ##.##.1992-ci il tarixli ümumi yığıncağının qərarına əsasən “Çıldaşlıq” adlanan sahənin istifadəsiz hissəsindən “xxxx” Kiçik Müəssisəsinə kənd təsərrüfatı məhsullarının (bostançılıq-tərəvəzçilik) istehsalı üçün 1.0 ha torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahəsi üzərində “xxxx" Kiçik Müəssisəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə Çıxarışın verilməsi məqsədi ilə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Şamaxı Ərazi Idarəsinə müraciət etmişdir və ilkin hüquqmüəyyənedici sənədləri təqdim etmişdir. Lakin cavabdeh özünün ## ######## 2025-ci il tarixli məktubu ilə “xxxx" Kiçik Müəssisəsinin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Cavabdeh öz imtinasını yalnız formal hallarla əsaslandırılmağa çalışmış və aşağıdakı arqumentlərə istinad etmişdir: Ərizədə qeyd olunan torpaq sahəsinin üzərində mülkiyyət hüquqununun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün torpaq sahəsinin inventarlaşdırılması və müvafiq ölçü işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin mütəxəssisləri torpaq sahəsinin yerləşdiyi ərazidə olmuşlar. Araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin yerləşdiyi ərazi elektron baza məlumatlarında dövlət mülkiyyətinə aid olan torpaq sahəsi kimi qeyd olunmuşdur. Bu səbəbdən də ərizənizin icrası mümkün olmamışdır. Torpaq sahəsi hələ 1992-ci ildən bu günədək iddiaçının sahibliyində və istifadəsindədir. Bu günədək həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması ilə bağlı ona heç kəs heç bir məlumat verməyib. Ümumiyyətlə, həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması mümkün deyil və ya tamamilə qanunsuz və əsassızdır. Belə ki, tələbində qeyd edilən torpaq sahəsi “xxxx” X3 rayonu X5 icraiyyə Komitəsinin ##.##.1992-ci il tarixli ** saylı iclas Protokoluna əsasən, Əngəxaran kolxozunun ##.##.1992-ci il tarixli ümumi yığıncağının qərarı əsasında, yəni həmin ərazidə torpaq sahələri ilə bağlı islahatlar hələ yekunlaşmamışdan öncə ayrılıb və KM-nin istifadəsində olub. Belə olan halda, torpaq sahəsinin dövlət mülkiyyətinə verilməsinin heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, ** saylı Şamaxı Ərazi Idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Mülki Məcəllə və digər normativhüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən Idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Iddiaçı “xxxx” Kiçik müəssisəsinin direktoru X4 “xxxx” publik hüquqi şəxsinin ** saylı Şamaxı Ərazi Idarəsinə müraciət edərək, mülkiyyət hüquqlarının qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Müraciətin icrası ilə əlaqədar olaraq aparılmış araşdırma zamanı məlum olmuşdur ki, elektron baza məlumatlarında 1.0 ha torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaqları kimi qeyd olunmuşdur. Qeyd olunan torpaq sahəsi dövlət mülkiyyətinə aid edildiyi üçün “xxxx” Kiçik müəssisəsinin direktoru X4 müraciətinin icrası mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Aynur Axundova) ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən torpaq sahəsinə dair hər hansı texniki sənəd təqdim edilməmiş və məhkəmə araşdırması zamanı belə bir sənədin aşkar edilməsi mümkün olmamışdır. Həmçinin, ** saylı Şamaxı Ərazi Idarəsində movcud olan elektron baza məlumatlarında (DWG, TEKUIS məlumatları və DBF siyahısı) Şamaxı rayon X5 Icraiyyə Komitəsinin ##.##.1992-ci il tarixli, ** saylı iclas protokolu və Əngəxaran kolxozunun ##.##.1992-ci il tarixli ümumi yığıncağının qərarına əsasən ”Çildaşlıq” adlanan sahənin istifadəsiz hissəsindən “xxxx” kiçik müəssisəsinə kənd təsərrüfatı məhsullarının (bostançılıqtərəvəzçilik) istehsalı üçün ayrılmış 1.0 ha torpaq sahəsinə dair hər hansı bir məlumat aşkar edilməmişdir. Torpaq sahəsinin müayinəsi iddiaçının naturada göstərdiyi torpaq sahəsinə dair tərtib edilmişdir. Iş materialları ilə müəyyən olunur ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı kollu örüş torpaqlarına aiddir. Qeyd edilənlər cavabdeh inzibati orqanın hərəkətləri və imtinasının əsaslı olduğunu göstərir. ...Daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Belə ki, iddiaçı torpaq sahəsinə dair hər hansı texniki sənədə malik deyil, naturada göstərdiyi torpaq sahəsi isə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı kollu örüş torpaqlarına aiddir. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şamaxı rayon XDS IK-nin ## ###### 1992-ci il tarixli ** saylı qərarı və “Əngəxaran” kolxozunun ## #### 1992-ci il tarixli ümumi yığıncağının qərarı ilə “xxxx” kiçik Müəssisəsinə Əngəxaran kəndi ərazisində “Çildaşlıq” deyilən ərazidən 1.0 ha torpaq sahəsi ayrılmışdır. “Torpaq islahatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci hissəsinə görə yardımçı kənd təsərrüfatı üçün sovxoz və kolxozların ərazisindən nazirliklərə, komitələrə, şirkətlərə, birliklərə, müəssisələrə və təşkilatlara verilmiş torpaqlar Azərbaycan Respublikası Prezidentinin müəyyən edildiyi qaydada onların istifadəsində saxlanılır, yaxud bütövlükdə və ya qismən əvvəlki istifadəçilərinə qaytarılır. Qanunun mənasına görə bu torpaq sahəsi onun mülkiyyətinə, ən azı sahibliyinə verilməli idi. Islahat keçirilərkən bu torpağın ona məxsus kiçik müəssisənin istifadəsində olması nəzərə alınmalı idi. Lakin islahat komissiyası əsassız olaraq həmin torpaqları dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı kolluq sahə kimi dövlətin mülkiyyətində saxlamışdır. Birinci instansiya məhkəməsi qanunun ona verdiyi imkanlara uyğun qərar qəbul etmək əvəzinə onun hüquqlarını tapdalayan, mülkiyyətini əlindən alan bir qərar qəbul etmişdir. Onun kiçik müəssisəsinə torpaq sahəsi verilib. Kiçik müəssisə Ədliyyə nazirliyində qeydiyyata alınaraq qanuni bir müəssisə kimi fəaliyyət göstərmişdir. Torpaq sahəsi naturada tanıdılaraq istifadələrinə verilmişdir. O, 30 ilə yaxın bu torpaqdan istifadə etmişdir. Son 5-6 ildə yaşı və səhhəti ilə bağlı 2020-ci ildən sonra bu torpaqdan istifadə etməmişdir. Amma istifadə etdiyi müddətdə də bu torpağın dövlət mülkiyyətində olması, onun olmaması barədə kimsə ona bir söz deməmişdir. Qərar verilərkən məhkəmə öz qərarını əsasən sxematik planın olmaması ilə əsaslandırmışdır. Belə hesab edir ki, bu da dövlət orqanlarının səhvidir. O, bilmirdi ki, torpaq ona verilərkən hansı sənədlər tərtib olunaraq ona verilməlidir. Qərar var idi, hansı ərazidən verilməsi qərarda göstərilmişdi və torpaq sahəsi ona yerində tanıdılmışdı. Sxematik planın olmaması onun deyil, bunu hazırlamaq vəzifəsi həvalə olunmuş dövlət orqanın vəzifəsi idi. Lakin həmin orqan bunu etməmişdir, etmişsə də, onlarda buna aid bir sənəd yoxdur. Bu dövlət orqanının səhvidir və bu səhvin də aradan qaldırılması onların vəzifəsidir. Inzibati məhkəmənin bu qərarı isə bu səhvi düzəltmir, əksinə olaraq ona qarşı baş vermiş ədalətsizliyi bir daha təsdiqləyir. Məhkəmə işə baxarkən ona torpaq sahəsi verilməsinə dair qərarı, həmin torpaq sahəsinin 34 ildir ki, onun həm qanuni, həm də faktiki sahibliyində olmasını nəzərə almamış, yalnız cavabdehin torpaq sahəsinin elektron bazada dövlət mülkiyyətində olan kənd təsərrüfatı torpaq sahəsi kimi qeyd olunmasını nəzərə almaqla iddianı rədd etmişdir. Əgər belədirsə onun müəssisəsinə verilən torpaq sahəsinin aqibəti necə olacaq? Bu bir vətəndaş kimi onun konstitusion hüquqlarının pozulması, əmlak üzərində mülkiyyət hüquqlarının, sahiblik hüquqlarının pozulmasıdır. Məhkəmə qərar qəbul edərkən nəzərə almamışdır ki, islahat keçirilərkən hansı əsasla bu torpaq sahəsi dövlət mülkiyyətinə verilmişdir. Bunun üçün torpaq sahəsi verilərkən torpağın dövlət fonduna verilməsilə bağlı ona heç bir qərar təqdim olunmamışdır. Məhkəmə öz qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 9, 11, 15-ci maddələrinə istinad etsə də, həmin qanunun əsas məqsədi hüquqları qorumaqdır, qanuni əsaslarla yaranmış hüquqları aradan qaldırmaq deyil. Məhkəmə onun həmin torpaqdan uzun müddət istifadə etməyinə, dövlət orqanlarının buna etiraz etməməsinə, eləcə də hüquqi müəyyənlik və legitim gözlənti prinsiplərinə hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Inzibati prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsi ilə bağlı müddəalarının tələbləri də sıradan çıxmışdır. Məhkəmə bir dövlət sənədini, Şamaxı rayon XDS IK-nin ##.##.1992-ci il tarixli qərarın nəzərə almadan kilayət qədər əsaslandırmadan fərqli qərar qəbul etmişdir. Digər tərəfdən məhkəmə sübutların toplanması ilə əlaqədar sorğu vemıiş, lakin sorğunun cavabı gəlmədən işi yekunlaşdırmışdır. Hesab edirlər ki, məhkəmənin bu qərarı ləğv olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” kiçik müəssisəsinin direktoru X4 apellyasiya şikayətini müdafiə edərək, izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-in 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.

3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları.

2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;

Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Iş materiallarından müəyyən olunur ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı Şamaxı rayon X5 Icraiyyə Komitəsinin ##.##.1992-ci il tarixli, ** saylı iclas protokolu və Əngəxaran kolxozunun ##.##.1992-ci il tarixli ümumi yığıncağının qərarına əsasən "Çildaşlıq" adlanan sahənin istifadəsiz hissəsindən "xxxx" kiçik müəssisəsinə kənd təsərrüfatı məhsullarının (bostan-tərəvəz məhsulları yetişdirmək) istehsalı üçün ayrılmış 1.0 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasıni istəyir. Cavabdeh isə qeyd edir ki, elektron baza məlumatlarında 1.0 ha torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaqları kimi qeyd olunmuşdur. Cavabdehin imtinası əsaslı olmuşdur. Çünki, iddiaçı torpaq sahəsinə dair hər hansı texniki sənəd təqdim etməmiş və məhkəmə araşdırması zamanı belə bir sənədin aşkar edilməsi mümkün olmamışdır. Həmçinin, ** saylı Şamaxı Ərazi Idarəsində movcud olan elektron baza məlumatlarında (DWG, TEKUIS məlumatları və DBF siyahısı) Şamaxı rayon X5 Icraiyyə Komitəsinin ##.##.1992-ci il tarixli, ** saylı iclas protokolu və Əngəxaran kolxozunun ##.##.1992-ci il tarixli ümumi yığıncağının qərarına əsasən ”Çildaşlıq” adlanan sahənin istifadəsiz hissəsindən “xxxx” kiçik müəssisəsinə kənd təsərrüfatı məhsullarının (bostançılıq-tərəvəzçilik) istehsalı üçün ayrılmış 1.0 ha torpaq sahəsinə dair hər hansı bir məlumat aşkar edilməmişdir. Torpaq sahəsinin müayinəsi iddiaçının naturada göstərdiyi torpaq sahəsi üzrə aparılmışdı. Iş materialları ilə müəyyən olunur ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı kollu örüş torpaqlarına aiddir. Torpaq Məcəlləsinin 9 və 46-cı maddələrinin tələbinə uyğun olaraq cavabdeh inzibati orqanın hərəkətləri və imtinası əsaslı olmuşdur. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərindən göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan, apellyasiya şikayəti və iddia tələbi təmin oluna bilməz. Belə ki, iddiaçı torpaq sahəsinə dair hər hansı texniki sənədə malik deyil, naturada göstərdiyi torpaq sahəsi isə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı kollu örüş torpaqlarına aiddir. Bu torpaqlar dövlətin müstəsna mülkiyyətindədir və qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız istifadəyə və icarəyə verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin əvvəllər istifadəyə verilməsi barədə sənədin mövcudluğu öz-özlüyündə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasını və belə hüququn dövlət qeydiyyatına alınmasını şərtləndirmir. Dövlət qeydiyyatının aparılması üçün bəyan edilən hüququn qanunla nəzərdə tutulmuş qaydada yaranmasını təsdiq edən, həmçinin qeydiyyata alınmalı daşınmaz əmlakın fərdiləşdirilməsinə imkan verən sənədlərin mövcudluğu zəruridir. Hazırkı iş üzrə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı kollu örüş torpaqlarına aiddir. Bu hal iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə tələbinin təmin edilməsinə hüquqi maneə yaradır. Iş üzrə iddiaçının təqdim etdiyi sənədlərin hazırda naturada göstərilən və dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində onun mülkiyyət hüququnu təsdiq edən və həmin hüququn dövlət qeydiyyatına alınmasına imkan verən sənədlər kimi qiymətləndirilməsi mümkün deyildir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, dövlət qeydiyyatını həyata keçirən inzibati orqanın vəzifəsi yalnız ərizəçinin təqdim etdiyi sənədlərin formal qəbulundan ibarət olmayıb, bəyan edilən hüququn mövcud hüquqi vəziyyətə uyğunluğunu, daşınmaz əmlakın dövlət reyestrində olan məlumatlarla ziddiyyətin mövcud olub-olmamasını və qeydiyyat üçün qanuni əsasların olub-olmadığını yoxlamaqdan ibarətdir. Hazırkı halda cavabdeh tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçının tələb etdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olduğu və iddiaçının həmin sahə üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas verən zəruri sənədlərin mövcud olmadığı müəyyən edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları hərtərəfli və obyektiv araşdırmış və iddianın rədd edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin bu nəticəsini təkzib etmir və iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasını təsdiq edən yeni hüquqi əsas müəyyən etmir. Bununla da müəyyən edilir ki, iddiaçının torpaq üzərində mülkiyyət hüququnun qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsas yoxdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“Inzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci mad.). Birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar