Məhkəmə qərarları › İş №2-1(3-8)-1149/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1149/2026

21.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1149/2026 21.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Suqmayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI. a) Birinci instansiya məhkəməsində icraat: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ##.##.1973ci il tarixdə Füzuli rayonunun, Cuvarlı kəndində da anadan olmuşdur. Hazırda məcburi köçkün olduğu üçün yuxarıda qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Hazırki ərizə ilə müraciət edərək bildirir ki, 1992-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. ##.##.1994-cü il tarixədək müharibədə iştirak etmiş və həmin tarixdə yaralanaraq hərbi hospitala göndərilmişdir. Döyüş əməliyyatları nəticəsində yaralanmışdır. Bununla bağlı arxivdən çıxarılmış epikriz və digər sənədlər də mövcuddur. Müharibə veteranı statusunun verilməsi ilə bağlı tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edilmiş və aşağıdakı məzmunda cavab verilmişdir: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyyət Baş İdarəsinə müarciətim zamanı verdiyi cavab məktubuna əsasən həmin orqana daxil olmuş ərizəmə “Müharibə Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın ##.##.2026-ci il tarixli iclasında baxılaraq barəmdə müsbət qərar qəbul edilməmişdir. Lakin, cavabdeh qurumun bu qərarı ilə razı deyil. Belə ki, 1-ci Qarabağ müharibəsində iştirak etmişdir. Buna görə də ##.##.2016-cı il tarixdə 3-cü dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiə Nazirliyinin müayinəyə dair məlumatını ərizəyə əlavə edir. Mərkəzi arxivin arayışına əsasən N №li hərbi hissə komandirinin ## #### 1992-ci il tarixli ** №-li əmrilə çağırışçı kimi qəbul edilmişdir. Arxiv arayışını əlavə edir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, “müharibə veteranı statusu”nun verilməsindən imtina edilməsi tamamilə qanunsuz və ədalətsizdir. Bu hal tək onunla bağlı yox, onun kimi neçə şəxslərlə də bağlıdır. Bu barədə məlumatın olmamasının günahı necə ola bilər ki, vətəndaşa yüklənilir və imtina edilir? Niyə hərbi hissənin şəxsi heyyətinin siyahısından çıxarılmağı və yaralanmağı barədə məlumat yoxdur.? Qeyd olunan sualların cavabsızlığından da görünür ki, imtina qanunsuz və əsassızdır. Hesab edir ki, qeyd olunan bütün hallar araşdırılmalı, hansı tarixdən hansı tarixədək döyüşlərdə iştirak etməyi, hərbi biletin məhv olması və ya bu ad ilə geri qaytarmaqdan yayınmaları halları müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək vetranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinə əsasən ##.##.1991-ci il tarixdən 01,05.1994-cü il tarixədək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanlarin tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara ## ### 1994-cü il tarixindən sonra döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, DSX və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, XDMX tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) almaq haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində 1992-ci ildən müharibədə iştirak etdiyini bildirərək məhkəmədən ona müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməsini xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulmasından ibarətdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## ######## tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müadifiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2026-cı il tarixli *-**- **/*-***/**** nömrəli arxiv arayışına əsasən iddiaçı 848 (N) nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** nömrəli əmri ilə həqiqi çağırışçı kimi xidmətə qəbul edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 848 (N) nömrəkli hərbi hissə komandirinin ##.##.1992- ##.##.1993-cü il tarixli nizami hissə əmrlərində iddiaçının hərbi xidmətinə dair məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli *** nömrəli əmrində iddiaçının fərarilikdən qayıtmış hesab edilərək QBMQ-ya göndərilməsi barədə məlumat qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin 19.01,1994-cü il tarixli ** nömrəli əmrində ##.##.1994-cü il tarixdən hospitala göndərilərək qazan təminatından çıxarılması qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin may-noyabr 1993-cü il, fevral-dekabr 1994cü il tarixlinizami hissə üzrə əmrlərində və hərbi hissənin 1992-1994-cü tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitanblarında iddiaçının barəsində əlavə məlumat aşkar olunmamışdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi iddiaçının ##.##.1994-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## ##### tarixli, *** nömrəli Fərmanının1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Cavabdeh Mərkəzi Arxivinin ##.##.2025-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, 848 (N) №-li hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** №-li əmrilə (əsas: §5; qeyd: əmrdə hərbi vəzifəsi və rütbəsi yazılmamışdır) X1 çağırışçı kimi həqiqi xidmətə qəbul edilmişdir. N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli 355 Ne-li əmrində (əsas: səh.-379, §1, sıra-10; qeyd: əmrdə atasının adı, hərbi vəzifəsi və rütbəsi yazılmamış, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) fərarilikdən qayıtmış Naib Məmmədovun ##.##.1993-cü il tarixdən qazan təminatına daxil edilməklə xidmətini davam etdirmək üçün ОБМО-уа göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin ##.##.1993cü il tarixli *** №-li əmrində (əsas: səh.-384, §3, sıra 10, qeyd əmrdə atasının adı, hərbi vəzifəsi və rütbəsi yazılmamış, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) БМОnun hərbi qulluqçusu Naib Məmmədovun xidmətini davam etdirmək üçün 2 MAT-a keçirilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrində (əsas: səh.-102, §2, sıra-30; qeyd: əmrdə atasının adı, hərbi vəzifəsi və rütbəsi yazılmamış, əmr hərbi hissə komandiri, qərargah rəisi tərəfindən imzalanmamışdır) ##.##.1994-cü il tarixdən yaralanaraq hospitala göndərildiyi üçün 2 MAT-ın hərbi qulluqçusu Naib Məmmədovun qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrində (əsas: səh.-104, §14, sıra-1; qeyd: əmrdə atasının adı, hərbi vəzifəsi və rütbəsi yazılmamış, əmr hərbi hissə komandiri, qərargah rəisi tərəfindən imzalanmamışdır) ##.##.1994-cü il tarixdən yaralanaraq hospitala göndərildiyi üçün 2 MAT-un hərbi qulluqçusu Naib Məmmədovun qazan təminatından çıxarılması barədə məlumat vardır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №li hərbi hissə komandirinin may-noyabr 1993-cü il, fevraldekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin 1992-1994-cü il tarixli şəxsi heyətin əlifba qeydiyyatı kitablarında X1 xidməti barədə əlavə məlumat aşkar edilməmişdir. Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2022-ci il tarixli *** saylı qərarında qeyd edilmişdir ki, Füzuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli hərbi prokurorluğunun **/**** nömrəli məktubuna əsasən qeydiyyata götürülmüş vətəndaş, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1994-cü il tarixdə aldığı və ##.##.1994-cü il tarixdə MN Mərkəzi Hərbi Poliklinikamın hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş yaralanmanın nəticəsi - diaqnoz: “Sol bazunun aşağı 1/3-nin və saidin yuxarı 1/3-nin odlu qəlpə yarası, dirsək sinirinin zədələnməsi ilə, əlin funksiyasının cüzi dərəcədə pozulması ilə. Sol dirsək oynağı nahiyəsinin bərkimiş dəri çapığı” (Azərbaycan Respublikası SHXÇDX-nin Füzuli rayon şöbəsinin ##.##.2022-ci il tarixli **** nömrəli göndərişi, **** nömrəli göndərişi, ##.##.2022-cii l tarixli *** nömrəli arayışı, MN Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş ##.##.1993-cü il tarixli **** nömrəli arayış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADIR, AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏSİ ZAMANI ALINMIŞDIR”. Cavabdeh Mərkəzi Arxivinin ## #### 2026cı il tarixli arayışında qeyd edilmişdir ki, 848 (N) №-li hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** №-li əmrilə (əsas: §-5, səh-4, əmrdə adı “Naib” yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) X1 həqiqi çağırışçı kimi xidmətə qəbul edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 848 (N) №-li hərbi hissə komandirinin ##.##.1992-##.##.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli *** №-li əmrində (əsas: §-1, səh-379, sıra-10, əmrdə adı “Naib” yazılmışdır, atasının adı yazılmamışdır, hərbi rütbəsi, vəzifəsi və hansı hərbi hissədən fərarilik etməsi göstərilməmişdir, əmr olduğu kimi köçürülmüşdür, əmr rus əlifbası ilə yazılmışdır) fərarilikdən qayıtmış Naib Məmmədovun ##.##.1993-cü il tarixdən qazan təminatına qoyularaq xidmətini davam etdirmək üçün OBMO-ya göndərilməsi barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli *** №-li əmrində (əsas: §-3, səh-384, sıra-10, əmrdə adı “Naib” yazılmışdır, atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr olduğu kimi köçürülmüşdür, əmr rus əlifbası ilə yazılmışdır) БМО-nun hərbi qulluqçusu Naib Məmmədovun xidmətini davam etdirmək üçün 2 MAT-a keçirilməsi barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrində (əsas: §-2, səh-102, sıra-30, əmrdə adı “Naib”, hospitala göndərildiyi tarix “##.##.1994-cü il” yazılmışdır, atasının adı yazılmamışdır, yaralandığı yer, şərait və səbəbi, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr olduğu kimi köçürülmüşdür) 2 MAT-ın hərbi qulluqçusu Naib Məmmədovun yaralandığına görə, ##.##.1994-cü il tarixdən hospitala göndərilərək qazan təminatından çıxarılması barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrində (əsas: §-14, səh-104, sıra-1, əmrdə adı “Naib”, hospitala göndərildiyi tarix “##.##.1994-cü il” yazılmışdır, atasının adı yazılmamışdır, yaralandığı yer, şərait və səbəbi, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr olduğu kimi köçürülmüşdür) 2 MAT-ın hərbi qulluqçusu Naib Məmmədovun yaralandığına görə, ##.##.1994-cü il tarixdən hospitala göndərilərək qazan təminatından çıxarılması barədə məlumat qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin may-noyabr 1993-cü il, fevral-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin 1992-1994-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində əlavə məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ## ### 2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bildiririk ki, İddiaçı ilkin olaraq ##.##.2015-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə 1 il müddətinə (##.##.2016-cı il tarixinədək) əlillik təyinatı aparılmışdır. Şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyinatı ##.##.2016-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə uyğun olaraq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmədən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (##.##.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi ##.##.2021-ci il tarixindən sonra İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin *******AAK** nömrəli göndərişi əsasında ##.##.2022-ci il tarixində qiymətləndirilmiş və göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ##.##.2022-ci il tarixindən diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Prokurorluğu Füzuli Hərbi Prokurorluğunun ## ### 2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş ##.##.1973-cü il təvəllüdlü İddiaçı (FİN *******) barəsində 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilib-edilməməsi, barəsində cinayət təqibinə bəraetverici əsaslar olmadan xitam verilib-verilməməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilibedilməməsi barədə ##.##.2026-cı il tarixli 3-3/1- ******/**** nömrəli sorğunuz ##.##.2026-cı il tarixdə Füzuli Hərbi Prokurorluğuna daxil olmuş və qanunla müəyyən edilmiş müddətdə baxılmışdır. Füzuli Hərbi Prokurorluğunun arxiv sənədlərinə əsasən müəyyən edilmişdir ki, vətəndaş ##.##.1973-cü il təvəllüdlü İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda hər hansı cinayət işi istintaq edilməmiş və təqsirləndirici material araşdırılmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin ## ### 2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, ##.##.1973-cü il təvəllüdlü İddiaçı qeydiyyat sənəndlərində 07.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək 848 (N) saylə hərbi hissədə, ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixədək N saylı hərbi hissədə xidmət keçməsi, 07 1992-ci il tarixdən ##.##.1994-cü il tarixə kimi 848 (N) saylı hərbi hissənin tərkibində Füzuli rayonu ərazisində gedən döyüşlərdə iştirak etməsi və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun ##.##.2006-cı il tarixli HP**/** nömrəli və Füzuli Hərbi Prokurorunun ##.##.2008-ci il tarixli **/**** saylı məktubuna əsasən qeydiyyata götürülməsi barədə qeydlər mövcuddur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ## ### 2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, 848 (N) №-li hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** №-li əmrilə (əsas: §-5, səh-4, əmrdə adı “Naib” yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) X1 həqiqi çağırışçı kimi xidmətə qəbul edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 848 (N) №-li hərbi hissə komandirinin ##.##.1992- ##.##.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli *** №-li əmrində (əsas: §-1, səh379, sıra-10, əmrdə adı “Naib” yazılmışdır, atasının adı yazılmamışdır, hərbi rütbəsi, vəzifəsi və hansı hərbi hissədən fərarilik etməsi göstərilməmişdir, əmr olduğu kimi köçürülmüşdür, əmr rus əlifbası ilə yazılmışdır) fərarilikdən qayıtmış Naib Məmmədovun ##.##.1993-cü il tarixdən qazan təminatına qoyularaq xidmətini davam etdirmək üçün ОБМОуа göndərilməsi barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli *** №-li əmrində (əsas: §-3, səh-384, sıra-10, əmrdə adı “Naib” yazılmışdır, atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr olduğu kimi köçürülmüşdür, əmr rus əlifbası ilə yazılmışdır) БМО-nun hərbi qulluqçusu Naib Məmmədovun xidmətini davam etdirmək üçün 2 MAT-a keçirilməsi barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrində (əsas: §- 2, səh-102, sıra-30, əmrdə adı “Naib”, hospitala göndərildiyi tarix “##.##.1994-cü il” yazılmışdır, atasının adı yazılmamışdır, yaralandığı yer, şərait və səbəbi, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr olduğu kimi köçürülmüşdür) 2 MAT-ın hərbi qulluqçusu Naib Məmmədovun yaralandığına görə, ##.##.1994-cü il tarixdən hospitala göndərilərək qazan təminatından çıxarılması barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrində (əsas: §-14, səh-104, sıra-1, əmrdə adı “Naib”, hospitala göndərildiyi tarix “##.##.1994-cü il” yazılmışdır, atasının adı yazılmamışdır, yaralandığı yer, şərait və səbəbi, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr olduğu kimi köçürülmüşdür) 2 MAT-ın hərbi qulluqçusu Naib Məmmədovun yaralandığına görə, ##.##.1994-cü il tarixdən hospitala göndərilərək qazan təminatından çıxarılması barədə məlumat qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin may-noyabr 1993-cü il, fevral-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin 1992-1994-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində əlavə məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin ##.##.1992-ci il tarixdən ##.##.1992-ci il tarixədək (##.#.1992-ci il tarixdən N №-li hərbi hissənin tabeçiliyinə keçirilməsi), N №-li hərbi hissənin ##.##.1992-ci il tarixdən ##.##.1994cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq üzərinə qoyulmuşdur. (Aynur Axundova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən edilir ki, iddiaçı birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və yaralanmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (-) Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qayd işiaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmişdir)

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (-) Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. (-).

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi (-) 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək iddiaçının Birinci Qarabağ müharibəsi dövründə 848 (N) nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçdiyini, həmin hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyini, iddiaçının döyüş zonasında yaralandığını və aldığı xəsarətin Azərbaycan Respublikasının müdafiəsi ilə səbəbli əlaqəsinin rəsmi sənədlərlə təsdiq olunduğunu müəyyən etmiş, bu halları nəzərə alaraq iddia tələbini əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər həmin nəticəni şübhə altına almaq üçün kifayət etmir. Kollegiyanın qənaətinə görə, hazırkı mübahisədə ayrı-ayrı sənədlərin təcrid olunmuş qaydada deyil, onların bir-biri ilə qarşılıqlı əlaqəsi, yaranma vaxtı, mənbəyi və təsdiq etdiyi faktlar nəzərə alınmaqla vahid sübutlar sistemi şəklində qiymətləndirilməsi həlledici əhəmiyyət daşıyır. İş materiallarından görünür ki, Cavabdeh Mərkəzi Arxivinin məlumatına əsasən İddiaçı 848 (N) nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli, ** nömrəli əmri ilə çağırışçı kimi həqiqi hərbi xidmətə qəbul edilmişdir. Sonrakı arxiv əmrlərində onun ##.##.1993-cü il tarixdən qazan təminatına daxil edilməklə xidmətini davam etdirmək üçün müvafiq bölməyə göndərilməsi, ##.##.1993-cü il tarixdə 2 MAT-a keçirilməsi, ##.##.1994-cü il tarixli əmrdə isə yaralandığına görə hospitala göndərilərək qazan təminatından çıxarılması barədə məlumatlar mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, həmin arxiv sənədlərində adın yazılışı, atasının adının, hərbi rütbə və vəzifənin tam göstərilməməsi, eləcə də hospitala göndərilmə tarixinin ayrı-ayrı qeydlərdə ##.##.1994 və ##.##.1994 kimi əks olunması həmin sənədlərin sübutetmə əhəmiyyətini aradan qaldırmır. Əksinə, sənədlərin ümumi məzmunu eyni şəxsin həmin hərbi hissədə xidmət etməsini, xidmətinin davam etdirilməsini və yaralanma səbəbindən hospitala göndərilməsini ardıcıl şəkildə təsdiq edir. Belə texniki və məlumat xarakterli uyğunsuzluqlar iş üzrə digər rəsmi sübutlarla birlikdə qiymətləndirilməlidir. Bundan əlavə, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində saxlanılan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı”na dair məlumatdan N nömrəli hərbi hissənin ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etdiyi müəyyən olunur. Beləliklə, iddiaçının həmin hərbi hissədə xidmət etdiyi və yaralandığı dövr hərbi hissənin bilavasitə döyüş əməliyyatlarında iştirak etdiyi zaman kəsiyi ilə üst-üstə düşür. Kollegiya qeyd edir ki, iddiaçının döyüşlərdə iştirakına dair sübutlar bununla da məhdudlaşmır. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin qeydiyyat sənədlərində iddiaçının 1992-ci ilin iyul ayından ##.##.1994-cü il tarixədək 848 (N) nömrəli hərbi hissədə, ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixədək isə N nömrəli hərbi hissədə xidmət keçməsi, habelə 1992-ci ilin iyul ayından ##.##.1994-cü il tarixədək həmin hərbi hissənin tərkibində Füzuli rayonu ərazisində gedən döyüşlərdə iştirak etməsi barədə qeydlər mövcuddur. Kollegiya hesab edir ki, bu rəsmi qeydiyyat məlumatı iddiaçının döyüş xidmətini birbaşa təsdiq edən mühüm sübutdur. Həmçinin xüsusi əhəmiyyət kəsb edən digər sübut Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2022-ci il tarixli, *** nömrəli qərarıdır. Həmin qərarda iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1994-cü il tarixdə aldığı odlu qəlpə yarasının nəticələri göstərilmiş və xəsarətin səbəbli əlaqəsi “HƏRBİ TRAVMADIR, AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏSİ ZAMANI ALINMIŞDIR” kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, səlahiyyətli hərbi-həkim orqanının belə bir nəticəsi iddiaçının yaralanmasının adi məişət və ya xidmətlə əlaqəsi olmayan hadisə deyil, məhz Azərbaycan Respublikasının müdafiəsi zamanı baş vermiş hərbi travma olduğunu təsdiq edir. Bu baxımdan, iddiaçının yaralanma faktı ilə onun döyüş xidmətində olması arasında səbəbli əlaqə rəsmi dövlət orqanının qərarı ilə müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, bir tərəfdən N nömrəli hərbi hissənin müvafiq dövrdə döyüş əməliyyatlarında iştirakı, digər tərəfdən iddiaçının həmin hissədə xidməti və döyüş zonasında yaralanması barədə sənədlər, eləcə də yaralanmanın Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma kimi tanınması birlikdə qiymətləndirildikdə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi barədə nəticəyə gəlmək üçün kifayət qədər ardıcıl və bir-birini tamamlayan sübutlar mövcuddur. Kollegiyanın qənaətinə görə iş üzrə mühüm hallardan biri də iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik müəyyən edilmiş olmasıdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatına əsasən, İddiaçı ##.##.2015-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilmiş, həmin əlillik sonrakı dövrdə də davam etmişdir. Bu fakt iddiaçının sağlamlıq vəziyyətində yaranmış pozuntunun məhz ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqələndirildiyini göstərən ayrıca və mühüm hüquqi əhəmiyyətli haldır. Məhkəmə kollegiyası hesab edir ki, əlilliyin sonradan qüvvədə olmaması və ##.##.2022-ci il tarixdən iddiaçının diaqnozunun əlillik əlaməti yaratmaması barədə qərarın qəbul edilməsi əvvəllər müəyyən edilmiş hüquqi faktı aradan qaldırmır. Mübahisə baxımından əhəmiyyətli olan məsələ iddiaçının hazırkı tarixdə əlillik statusuna malik olub-olmaması deyil, ona əvvəlki dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən edilmiş olması və həmin əlilliyin səbəbinin hərbi travma ilə bağlılığıdır. Birinci instansiya məhkəməsinin bu yanaşması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarında ifadə edilmiş hüquqi mövqe ilə də uzlaşır. Belə ki, Ali Məhkəmə həmin qərarında mübahisənin həlli zamanı həlledici şərtin əlilliyin hansı tarixdə müəyyən edilməsi deyil, onun səbəbli əlaqəsi olduğunu, əlilliyin müəyyən edilməsi tarixinin formal şəkildə əsas götürülməsinin qanunun məqsədinin nəzərə alınmaması nəticəsinə gətirib çıxara biləcəyini vurğulamışdır. Həmçinin həmin hüquqi mövqeyə görə, qanunvericilikdə işlədilən “əlilliyi müəyyən edilmiş şəxslər” anlayışı şəxsin müharibə veteranı statusunu əldə edə bilməsi üçün əlillik barədə qərarın hazırda qüvvədə olmasını zəruri şərt kimi nəzərdə tutmur; şəxsə əvvəllər Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik müəyyən edilmiş olması kifayətdir. Ali Məhkəmə həmin qərarında, eyni zamanda, qanunun tətbiqində məzmunun formadan üstün tutulmalı olduğunu, normanın hərfi və həddindən artıq sərt tətbiqinin onun məqsədinə və mahiyyətinə xələl gətirməməli olduğunu qeyd etmiş, mütənasiblik və ədalət prinsiplərinin nəzərə alınmasının zəruriliyini vurğulamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə də veteran statusu ilə bağlı hüquqi qiymətləndirmə ayrı-ayrı arxiv qeydlərinin formal çatışmazlıqları üzərində deyil, iddiaçının döyüş xidmətini, yaralanmasını və həmin yaralanmanın ölkənin müdafiəsi ilə səbəbli əlaqəsini təsdiq edən sübutların bütöv məzmunu əsasında aparılmalıdır. Cavabdehin əsas etirazlarından biri iddiaçının ##.##.1994-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv məlumatının aşkar edilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası bu dəlili hazırkı işin digər halları fonunda iddianın rədd edilməsi üçün yetərli hesab etmir. Arxivdə müəyyən bir sənədin və ya qeydin aşkar edilməməsi özlüyündə həmin faktın baş vermədiyini təsdiq edən pozitiv sübut hesab edilə bilməz. Xüsusilə də işdə iddiaçının xidmətə qəbul edilməsi, xidmətinin davam etməsi, döyüş hissəsində olması, yaralanması və hospitala göndərilməsi barədə bir neçə rəsmi mənbədən əldə edilmiş məlumatların mövcud olduğu nəzərə alınmalıdır. Kollegiya bu xüsusda onu da nəzərə alır ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin Qeyd hissəsində və Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün xüsusi istisna nəzərdə tutulmuşdur. Həmin tənzimləmənin mahiyyəti ondan ibarətdir ki, döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya qanunda göstərilən digər hallara məruz qalmış şəxslərə münasibətdə tətbiq edilən məhdudiyyət Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə şamil edilmir. Bu səbəbdən N nömrəli hərbi hissənin ##.##.1993-cü il tarixli əmrində iddiaçı barədə “fərarilikdən qayıtmış” ifadəsinin işlədilməsi özlüyündə onun veteran statusu hüququnu istisna edən hüquqi nəticə yaratmır. Əvvəla, həmin qeyddə şəxsin hansı hərbi hissədən, hansı müddətdə və hansı şəraitdə xidmət yerini tərk etdiyi göstərilmir. İkincisi, bu ifadə iddiaçının fərarilik cinayətinə görə məhkum edilməsi, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad olunması faktını təsdiq edən məhkəmə hökmünü və ya digər prosessual qərarı əvəz etmir. Əksinə, Füzuli Hərbi Prokurorluğunun ##.##.2026-cı il tarixli məlumatından aydın olur ki, İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda hər hansı cinayət işi istintaq edilməmiş və təqsirləndirici material araşdırılmamışdır. Belə olan halda, arxiv əmrində istifadə edilmiş bir ifadəyə əsaslanmaqla iddiaçını qanunvericilikdə nəzərdə tutulan məhdudiyyət dairəsinə daxil etmək mümkün deyildir. Üstəlik, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik müəyyən edilmiş olması qanunvericilikdə nəzərdə tutulan xüsusi istisnanın onun vəziyyətinə tətbiqini şərtləndirir. Məhkəmə kollegiyasının qənaətinə görə, cavabdehin yanaşması iş üzrə rəsmi sənədlərin yalnız ayrı-ayrı natamam hissələrinə üstünlük verilməsi, həmin sənədlərin bir-biri ilə əlaqəsinin və onların təsdiq etdiyi ümumi faktiki mənzərənin nəzərdən qaçırılması ilə nəticələnir. Halbuki sübutların məcmusu iddiaçının 848 (N) nömrəli hərbi hissədə xidmət etməsi, həmin hissənin döyüş əməliyyatlarında iştirakı, iddiaçının Füzuli rayonu ərazisində gedən döyüşlərdə həmin hissənin tərkibində olması, döyüş zonasında yaralanması və yaralanmasının Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma kimi tanınması barədə bir-birini tamamlayan məlumatlar ehtiva edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin mənasına görə, məcburetmə haqqında iddialarda tələb olunan inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bununla yanaşı, inzibati orqan tələb olunan inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad edirsə, həmin istisnaedici halların mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqana aiddir. Hazırkı işdə iddiaçı öz hüququnun yaranmasına əsas verən halları rəsmi sənədlərlə ortaya qoyduğu halda, cavabdeh həmin hüququ istisna edən faktların mövcudluğunu mötəbər və kifayət qədər sübutlarla təsdiq etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, müharibə veteranı statusunun verilməsi ilə bağlı mübahisələrdə dövlət orqanlarının arxiv və qeydiyyat sistemlərində uzun müddət əvvəl baş vermiş hadisələrə dair bütün sənədlərin tam şəkildə qorunub saxlanılmaması və ya sonradan aşkar edilməməsi nəticələrinin, şəxsin təqdim etdiyi və digər dövlət orqanlarından əldə olunmuş mötəbər sübutlar nəzərə alınmadan, bütövlükdə həmin şəxsin üzərinə qoyulması ədalətli hüquqi tarazlığa uyğun olmazdı. İşdə olan sübutlar döyüş xidməti ilə bağlı faktların müəyyən edilməsinə imkan verdiyi halda, yalnız ayrı-ayrı sənədlərin olmamasına əsaslanan formal yanaşma hüququn mahiyyətinin itirilməsinə gətirib çıxara bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi xidmət keçməsi, döyüş əməliyyatlarında iştirak edən hərbi hissənin tərkibində olması, döyüş zonasında yaralanması, aldığı xəsarətin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma kimi qiymətləndirilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik müəyyən edilməsi iş materiallarında olan rəsmi sənədlərlə kifayət qədər təsdiq olunur. Bu faktların məcmusu “Veteranlar haqqında” Qanunun və *** nömrəli Qərarla təsdiq edilmiş Əsasnamənin məqsədi və mahiyyəti baxımından iddiaçının müharibə veteranı statusuna hüququnun yaranması üçün yetərli əsas təşkil edir. Nəticə etibarilə, Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən dəlillərin birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyini və əsaslılığını aradan qaldırmadığı qənaətinə gəlir. Birinci instansiya məhkəməsi iş üzrə mühüm halları düzgün müəyyən etmiş, sübutlara onların qarşılıqlı əlaqəsində hüquqi qiymət vermiş və tətbiq edilməli maddi hüquq normalarını Ali Məhkəmənin formalaşdırdığı hüquqi yanaşmaya uyğun şərh etmişdir. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar