Məhkəmə qərarları › İş №2-1(3-8)-1154/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-1154/2026

17.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1154/2026 17.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçılar iddiaçı1, iddiaçı3 və iddiaçı2 vəkili (həmçinin iddiaçı3 nümayəndəsi) vəkil1, Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs nümayəndələri X6 və X1, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 publik hüquqi şəxsin nümayəndəsi X7 iştirakları ilə, İddiaçılar iddiaçı1, iddiaçı3 və iddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx“ X8rşı “reyestr qeydinin ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI: İddiaçılar iddiaçı1, iddiaçı3 və iddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 X9 * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək üçüncü şəxsin mülkiyyət hüququnun qeydə alınmasına dair reyestr qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 X9 Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən cavabdeh1 X9 strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, cavabdeh1 X9 Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra cavabdeh1 X9 tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur Bu səbəbdən də Sumqayıt İnzibati Məhkəməsinin protokol qərardadı ilə cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində fərdi yaşayış evləri üçün ayrılmış 25 ha torpaq sahəsində iddiaçılar ailələri ilə birlikdə məskunlaşaraq yaşayırlar. Qeyd olunan torpaq sahələrinin rəsmiləşdirilməsi ilə əlaqədar onlar Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etmiş, Sumqayıt şəhər Bələdiyyəsinin ##.##.2004-cü il tarixli EQG 003280, 003284, 003285. ****** nömrəli ödəniş qəbzlərinə əsasən hər biri Bələdiyyənin hesabına həmin dövr üçün torpağın dəyəri olan 1.500.000 AZN məbləğində pul ödənilmişdir. 2015-ci ilin əvvəllərində Muradov Seyidqulu Murad oğlu cavabdehlər X10, X11, X5, X17, X12 və X13 qarşı bağ sahəsindən çıxarılma tələbinə dair iddiası ilə və Muradov Seyidqulu Murad oğluna Sumqayıt şəhər Bələdiyyəsinə qarşı torpaqdan istifadə hüququnun itirilmiş hesab edilməsi və torpağa alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia verilmişdir. Sumqayıt şəhər məhkəməsinin ## ###### 2015-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı Muradov Seyidqulu Murad oğlunun X10 və digər cavabdehlərə qarşı bağ sahəsindən çıxarılma tələbinə dair iddiası və müstəqil tələblər irəli sürən şəxslər iddiaçı3, iddiaçı1, X2 və iddiaçı2 cavabdehlər Muradov Seyidqulu Murad oğluna və Sumqayıt şəhər Bələdiyyəsinə qarşı torpaqdan istifadə hüququnun itirilmiş hesab edilməsi və torpağa dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddiaları təmin edilməmişdir. İddiaçı S.İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs və müstəqil tələblər irəli sürən üçüncü şəxslər apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətində iddiaçı S.İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Sumqayıt şəhər Məhkəməsinə ##.##.2015-ci il tarixli qətnaməsinin iddiasının rədd olunması hissəsində ləğv olunması müstəqil tələblər irəli sürən üçüncü şəxslər isə iddia tələbinin təmin edilməsini, iddiaçı S.M.Muradın Sumqayıt şəhəri 21-ci mkr ərazisində yerləşən 0,25 ha sahəsi olan **/**** saylı bağ torpaq sahəsindən ## ###### 1965-ci il tarixli uzunmüddətli icarə müqaviləsi əsasında yaranmış istifadə hüququnun ## ##### 1985-ci il tarixdə icarə müqaviləsinin müddətinin bitməsi ilə itirilmiş hesab edilməsi və Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində yerləşən 0.25 ha sahəsi olan **/**** saylı bağ torpaq sahəsinə dair müstəqil tələblər irəli sürən üçüncü şəxslərlə cavabdeh Sumqayıt şəhər Bələdiyyəsi arasında alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ## ##### 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı S.İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs apellyasiya şikayəti təmin edilərək, Sumqayıt şəhər Məhkəməsinin ## ###### 2015-ci il tarixli *(***)- ***/**** saylı qətnaməsi qismən “iddiaçı Muradov Seyidqulu Murad oğlunun cavabdehlər X10, X14, X5, X17, X12 qarşı “bağ sahəsindən çıxarılma tələbi təmin edilməməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilmişdir. Həmin qətnaməyə əsasən iddiaçı və yaxınları Muradov Seyidqulu Murad oğluna məxsus 0.25 ha sahəsi olan **/**** saylı bağ torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Qalan hissədə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2016eı il tarixli qərarı ilə kassasiya şikayətimiz təmin edilmədən, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən məhkəmə qətnaməsi əsasında Muradov Seyidqulu Murad oğlunun hüquqları reyestrdə qeydə alınaraq müvafiq çıxarış verilmişdir. X10 X3 üzrə işə yenidən baxılması barədə ərizə ilə X3 Üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmişdir. Azərbaycan Respublilkası Ali Məhkəməsinin Plenumunun **(***)-*/**** nömrəli, ## ######## 2022-ci il tarixli qərarına əsasən, X10 ərizəsi təmin edilmiş, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Miilki kollegiyasının 2016cı il 8 noyabr tarixli, 2 (***)-****/**** nömrəli qərarı, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2016-cı il ## ##### tarixli, *(***)-**/**** nömrəli qətnaməsi və birinci instansiya məhkəməsinin 2015-ci il # ###### tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilk iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün birinci instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-*/**** nömrəli, ## #### 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının cavabdehlərə qarşı bağ sahəsindən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçının hüquqi varisi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən iddiaçının hüquqi varisi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə kassasiva şikayəti təmin edilmədən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qeyd edilənləri nəzərə alaraq AR DƏDRX 2 savlı Ərazi İdarəsi tərəfindən ##.##.2017-ei il tarixdə Muradov Seyidqulu Murad oğlunun mülkiyyət hüququnun qevdə alınmasına dair reyestr qevdi (RX seriyalı ******* saylı çıxarış və torpaq sahəsinin planı və ölçüsü) ləğv edilməsi ilə bağlı cavabdeh təşkilata müraciət edilmişdir. Cavabdeh təşkilat *-*-*-*-**/*-*-****-**/**** nömrəli, ## #### 2025ci il tarixli məktubu ilə imtina edərək qeyd etmişdir ki, məhkəmə qərarları ilə Muradov Seyidqulu Murad oğluna məxsus olan sözügedən torpaq sahəsinə dair aparılmış qeydiyyatın ləğvinə münasibət bildirilməmiş bununla bağlı idarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Bu səbəbdən də mövcud iddia irəli sürülür Cavabdeh iddia ərizəsinə qarşı etirazında qeyd etmişdir ki, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 777 ünvanında yerləşən torpaq sahəsi üzərində Muradov Seyidqulu Murad oğlunun mülkiyyət hüququnun qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsinə köməklik göstərilməsi ilə bağlı ##.##.2025-ci il tarixli ərizə ilə cavabdeh1 X9 * saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və həmin müraciət 3-21-331/1-C-0013-35/2025 nömrəsi ilə qeydiyyata alınmışdır. Ərizəyə əlavə edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2022-ci il tarixli **(***)*/**** saylı Qərarı, Sumqayıt Şəhər Məhkəmsinin ##.##.2024-cü il tarixli *(***)-*/**** saylı Qətnaməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı Qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarı ilə Muradov Seyidqulu Murad oğluna məxsus olan sözügedən torpaq sahəsinə dair aparılmış qeydiyyatın ləğvinə münasibət bildirilməmiş və bununla bağlı idarənin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadına əsasən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Sedqulu oğlu hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs iddia ərizəsinə qarşı etiraz edərək qeyd etmişdir ki, üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs, mərhum Muradov Seyidqulu Murad oğlunun hüquqi varisi olaraq, iddiaçıların cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestrində ##.##.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədlərinin ləğv edilməsi barədə verdikləri inzibati iddia ərizəsinə tam həcmdə etiraz edir və aşağıdakı hüquqi və faktiki əsasları məhkəmənin diqqətinə çatdırır. İddiaçıların əsas arqumenti ondan ibarətdir ki, guya mülkiyyət hüququnun qeydiyyatı Sumqayıt Apellyasiya Məhkəməsinin ## ##### 2016-cı il tarixli qərarına əsaslanmış və həmin qərar sonradan ləğv edildiyi üçün reyestr qeydi də ləğv olunmalıdır. Bu arqument hüquqi baxımdan əsassızdır, çünki Muradov Seyidqulu Murad oğlu 1965-ci ildə Sumqayıt Şəhər XDS İK-nin ləğv edilmiş Bağlar Təsərrüfatı İdarəsi tərəfindən istifadəsinə verilmiş Sumqayıt şəhərinin bağlar massivndə yerləşən sahəsi 0,25 ha olan **/**** saylı bağ sahəsindən məcburi köçkün olan cavabdehlərin çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər də öz növbələrində həmin torpağa dair alqı-satqı müqaviləsinin bağlanmış sayılması barədə iddiaçıya qarşı qarşılıqlı iddia tələbi irəli sürmüşlər. Halbuki, sözügedən torpaq sahəsi ilə bağlı cavabehlərin hər hansı hüquq müəyyənedici sənədləri mövcud deyildir. Qeyd olunan torpaq sahəsi iddiaçı S.Muradovun torpaq islahatı nəticəsində əvəzsiz mülkiyyətinə verilmiş torpaq sahəsidir və hələ 1994-cü ildə cavabdehlərin bildirdikərinə görə həmin torpaq sahəsini S.Muradova pul verərək almışlar. Lakin məhkəmə tərəfindən işdə olan sübutlar nəzərə alınmamış, tərəflərin münasibətləri üzrə yanlış nəticəyə gəlinmiş, iddiaçının torpaqdan istifadəsinin qanuniliyi ilə bağlı məsələlər düzgün araşdırmamış, iddiaçının torpaq sahəsi üzərində hüququna guya 1987-ci ildə Sumqayıt şəhər X18 ## #### 1987-ci il tarixli,** saylı protokolunun 8.*** saylı Qərarı ilə xitam verildiyi nəticəsinə gələrək və məhkəmənin özünün təyin etdiyi ekspertiza nəticəsində ekspert tərəfindən verilmiş və bu halı sübuta yetirməyən rəydən savayı məhkəmənin qənaətini sübuta yetirən hər hansı fakt olmamışdır. Sumqayıt şəhər X18 ## #### 1987-ci il tarixli, ** saylı protokolunun 8.*** saylı Qərarı ilə Sumqayıt şəhərinin 16- cı və 21-ci mikrorayonlarının salınması məqsədi ilə Sumqayıt şəhər XDS İKnin Əsaslı İnşaat İdarəsinə müvafiq olaraq 43,0 ha və 48,4 ha torpaq sahələrinin ayrılması göstərilsə də, həmin Qərarda torpaq sahələrinin icarə müqavilələrinə xitam verilməsi və torpaqların qanuni istifadəçilərindən geri alınması barədə hər hansı müddəa öz əksini tapmamışdır. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, 1987-ci ildə qəbul edilmiş həmin qərar keçmiş SSRİ-də baş vermiş məlum hadisələrlə əlaqədar olaraq sonradan icra olunmamış vəziyyətdə qalmışdır. Yəni sözügedən Qərarın icrası ilə bağlı hər hansı tədbirlə həyata keçirilməmişdir. Sumqayıt şəhər X18 ## #### 1987-ci il tarixli,** saylı protokolunun 8.*** saylı Qərarında torpaqların Sumqayıt şəhər XDS İK-nin Əsaslı İnşaat İdarəsinə ayrılması göstərilsə də, həmin Qərarda hər hansı sənədlərin, o cümlədən torpaq icarə müqavilələrinin ləğvi, ümumiyyətlə qeyd edilməmişdir. Bununla bağlı verilmiş sorğulara Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının iş materiallarında olan cavablarında iddiaçı Muradov Seyidqulu Murad oğlunun icarəsində olan **** saylı bağ sahəsinin də daxil olduğu Sumqayıt şəhərinin bağlar massivi ərazisində yerləşən bağ sahələrinin icarə müqavilələrinin ləğv edilməsi barədə hər hansı məlumatın aşkar edilmədiyi qeyd olunmuşdur. Həmçinin, məhkəmə qeyd edilən dövrdə qüvvədə olmuş torpaq qanunvericilik normalarını da aidiyyəti hissədə düzgün tətbiq etməmişdir. Belə ki, Sumqayıt şəhər X18 ## #### 1987-ci il tarixli,** saylı protokolunun 8.*** saylı Qərarının qəbul edildiyi dövrdə qüvvədə olmuş ## #### 1970-ci il tarixli Azərbaycan Sovet Sosialist Respublikasının Torpaq Məcəlləsinin maddəsində 46-cı maddəsində torpaq istifadəçilərinin torpaqdan istfadə hüquqlarına xitam verilməsinin əsasları göstərilmişdir. Həmin maddənin tələblərinə əsasən torpaq istifadəçilərinin torpaqdan istifadə hüququna tam və ya qismən xitam verilməsinə aşağıdakı hallarda yol verilir: torpaq istifadəçisi istifadəsində olan torpaqdan könüllü imtina etdikdə; torpaqdan istifadə müddəti başa çatdıqda; ailə və ya həyət üzvlərinin hamısı daimi yaşamaq üçün başqa yaşayış yerinə köçürüldükdə; bu Məcəllənin 145-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, əmək münasibətləri əsasında ayrılmış torpaq sahələrinə dair əmək münasibətlərinə xitam verildikdə; ailə üzvlərinin,yaxud həyət üzvlərinin hamısının ölməsi; torpaq sahəsinin dövlət, yaxud ictimasi ehtiyaclar üçün geri alınması zərurəti yarandıqda. Göründüyü kimi, Sumqayıt şəhər X18 ## #### 1987-ci il tarixli, ** saylı protokolunun 8.*** saylı Qərarında həmin dövrdə qüvvədə olmuş ## #### 1970-ci il tarixli Azərbaycan Sovet Sosialist Respublikasının Torpaq Məcəlləsinin 46cı maddəsində torpaq istifadəçilərinin torpaqdan istifadə hüquqlarına xitam verilməsinin əsaslarının heç biri nəzərdə tutulmamışdır. Adı çəkilən Qərarın şəhər sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması zərurəti ilə əlaqələndirilməsi həmin Qərarın sözügedən ərazidə torpaq sahələrinin torpaq sahəsinin dövlət, yaxud ictimai ehtiyaclar üçün geri alınması zərurəti yaranması ilə əlaqədar geri alınması anlamına gəlmir. Belə ki, Qərarın özündə nə ayrılması nəzərdə tutulan torpaqların geri alınması, ümumiyyətlə qeyd edilməmiş, nə mikrorayonların salınması üçün ayrılması nəzərdə tutulan torpaqların dövlət, yaxud ictimai ehtiyaclar üçün geri alınması zərurəti əks etdirilməmiş, bu zərurət hər hansı şəkildə əsaslandırılmamış, nə də sözügedən Qərar torpaqların dövlət və ya ictimai ehtiyalar üçün geri alınmasının qanunvericiliklə müəyyən edilmiş prosedur qaydalarına uyğun çıxarılmamışdır. Hal-hazırki məhkəmə mübahisəsində Sumqayıt şəhər X18 ## #### 1987-ci il tarixli,** saylı protokolunun 8.*** saylı Qərarının mövcudluğuna və mübahsiəli torpaq sahəsinin 21-ci mikrorayonun ərazisində yerləşdiyinə istinad edilərək qərar çıxarılsa da, əsas həmin Qərarda hər hansı sənədlərin, o cümlədən torpaq icarə müqavilələrinin ləğvi, ümumiyyətlə qeyd edilməmiş, iddiaçı Muradov Seyidqulu Murad oğlunun icarəsində olan **** saylı bağ sahəsinin də daxil olduğu Sumqayıt şəhərinin bağlar massivi ərazisində yerləşən bağ sahələrinin icarə müqavilələrinin ləğv edilməsini təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Mülkiyyət hüququnun dövlət qeydiyyatı məhkəmə qərarı əsasında həyata keçirilsə də, həmin məhkəmə qərarının ləğvi çıxarışın və torpaq sahəsinin plan- ölçü sənədlərinin ləğv edilməsi üçün əsas deyil. Əvvəla məhkəmə qərar qəbul edərkən həmin tarixədək mövcud olan və çıxarışın verilməsi üçün əsəs olan sənədlər toplusunu və bütün faktiki halları nəzərə almışdır, (icarə müqavilələri, faktiki istifadə və.s ) araşdırmışdır. Hər bil halda çıxarışın verilməsi öhdəlik kimi ƏMDK yanında xxxxnin * saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Lakin cavabdeh əsassız imtina verməklə, hüquqlarımızın pozulmasına səbəb olmuşdur. Beləliklə, bütün sənədlərin qaydasında olması və hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə mübahisəsiz qaydada təsdiq olunmuş, nəticədə çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Nəticə etibarilə, iddiaçıların tələbi o halda təmin edilə bilərdi ki, məhkəmə qərar qəbul edərkən, qeyrimötəbər sübutlara və əsassız hallara istinad etməklə, ədalətsiz və qeyri-qanuni qərar çıxarmış olardı. Halbuki iş materialları bunun tam əksini sübut edir və məhkəmə qərarının qanunauyğun, əsaslandırılmış və sübutlara söykəndiyini açıq şəkildə göstərir. Lakin, mübahisəli torpaq sahəsinin dövlət qeydiyyatına alınması torpaq sahəsi üzrə uzun illər ərzində formalaşmış və dövlət orqanları tərəfindən tanınmış hüquqi sənədlər toplusuna əsasən həyata keçirilmişdir. Belə ki, mərhum Muradov Seyidqulu Murad oğlunun torpaq sahəsi üzərində hüquqları ilkin olaraq uzunmüddətli icarə müqaviləsi əsasında yaranmış, sonrakı dövrdə həmin sahədən fasiləsiz, açıq və vicdanlı faktiki istifadə edilmiş, bu istifadə dövlət və bələdiyyə orqanları tərəfindən bilavasitə tanınmış və etiraz edilməmişdir. Qeyd etmək lazımdır ki, torpağa çıxarışın və plan-ölçü sənədlərinin verilməsi öhdəliyi və ya vəzifəsi ən başından xxxxnin * saylı Sumqayıt Ərazi İdarəsinə məxsus idi. O zaman belə nəticəyə gəlirik ki, sonuncu həmin öhdəliyi yerinə yetirmiş olsa idi, onda məhkəmə qərarına zərurət yaranmayacaqdı. Bununla yanaşı, torpaq sahəsi üzrə hüquqların davamlılığı bir sıra qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə də təsdiq olunmuş, müxtəlif instansiyalarda baxılmış məhkəmə işləri nəticəsində Muradov Seyidqulu Murad oğlunun torpaq üzərində hüquqlarının mövcudluğu prinsip etibarilə inkar edilməmişdir. Məhz bu sənədlərin və hüquqi hallar toplusunun məcmusu əsasında cavabdeh inzibati orqan tərəfindən ##.##.2017-ci il tarixli dövlət qeydiyyatı aparılmışdır ki, bu da qeydiyyatın kompleks hüquqi əsaslara söykəndiyini, təkcə konkret bir məhkəmə aktının mövcudluğu ilə məhdudlaşmadığını açıq şəkildə sübut edir. Dövlət qeydiyyatı zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Dövlət qeydiyyatı zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Mübahisəli torpaq sahəsi üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılarkən cavabdeh inzibati orqan tərəfindən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun, habelə həmin qanunun tətbiqi ilə bağlı normativ-hüquqi aktların bütün tələblərinə riayət edilmişdir. Qeydiyyat üçün təqdim edilmiş sənədlər qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmun baxımından tam, hüquqi baxımdan etibarlı və səlahiyyətli orqanlar tərəfindən verilmiş sənədlər olmuşdur. Həmin sənədlərin saxtalığı, etibarsızlığı və ya qanuna ziddliyi barədə nə qeydiyyat aparıldığı dövrdə, nə də sonradan məhkəmə qaydasında hər hansı bir hal müəyyən edilməmişdir. Bu isə onu göstərir ki, qeydiyyat prosesi zamanı inzibati orqan tərəfindən hər hansı prosessual və ya maddi hüquq pozuntusuna yol verilməmişdir. Mövcud iş üzrə isə iddiaçılar tərəfindən belə əsasların mövcudluğu sübuta yetirilməmişdir. Nə qeydiyyat zamanı qanunvericiliyin kobud pozuntusu, nə sənədlərin saxta olması, nə də inzibati orqanın səlahiyyət həddini aşması faktı mövcuddur. Əksinə, dövlət qeydiyyatı uzun müddət ərzində qüvvədə olmuş, tərəflərin hüquqi davranışları bu qeydiyyata uyğun formalaşmış və hüquqi münasibətlər sabit xarakter almışdır. Bu baxımdan, yalnız sonradan qəbul edilmiş və ya yenidən qiymətləndirilmiş məhkəmə aktlarına istinad etməklə qanuni qüvvəyə minmiş inzibati aktın ləğv edilməsi qanunçuluq prinsipinə açıq şəkildə ziddir. Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Qəşəm Məmmədli). Qərardaddan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri İddiaçılar apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Əlavə olaraq iddiaçılar apellyasiya şikayətində birinci instansiya məhkəməsinin hazırkı iddianı 2019cu ildə baxılmış mülki işlə eyniləşdirməsini əsassız hesab etmiş, həmin işdən sonra qəbul edilmiş məhkəmə aktlarının və cavabdehin ##.##.2025-ci il tarixli imtinasının nəzərə alınmadığını bildirmişlər. Onların mövqeyinə görə, sonrakı hüquqi hadisələr mübahisənin əsaslarını dəyişdirdiyindən hazırkı iddia əvvəlki mübahisənin təkrarı hesab edilə bilməz. Həmçinin iddiaçılar apellyasiya şikayətinə əlavə təqdim edərək göstərmişlər ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli Qərarından, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2022-ci il tarixli, **(***)-*/**** nömrəli qərardadından və 2024–2025-ci illərdə qəbul edilmiş məhkəmə aktlarından sonra mübahisəli qeydiyyatın hüquqi əsaslarının dəyişdiyini, buna görə də ##.##.2025-ci il tarixli imtinanın ayrıca məhkəmə nəzarətinin predmeti olmalı olduğunu qeyd etmişlər. b) Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Üçüncü şəxs apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə etirazını iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, ##.##.2025-ci il tarixli imtinanın verilməsi əvvəllər qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə həll olunmuş mübahisəni yeni mübahisəyə çevirmir; iddiaçıların son məqsədi yenə ##.##.2017-ci il tarixli reyestr qeydinin və RX seriyalı ******* nömrəli çıxarışın hüquqi nəticələrinin aradan qaldırılmasıdır. Sonrakı məhkəmə aktları həmin reyestr qeydini ləğv etməmiş və cavabdehin üzərinə belə öhdəlik qoymamışdır. Əvvəlki məhkəmə aktından sonra yaranmış halların həmin aktın nəticəsinə təsiri olduğu hesab edilirsə, bu məsələ qanuni qüvvəyə minmiş məhkəmə aktına X3 üzrə yenidən baxılması qaydasında həll edilməlidir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların vəkili (həmçinin iddiaçı3 nümayəndəsi) apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndələri apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin həllində ilk növbədə nəzərə alınmalı məsələ iddiaçıların mübahisəli torpaq sahəsinə münasibətdə subyektiv hüququnun mövcudluğunun yenidən araşdırılması deyil, eyni hüquq münasibəti ilə bağlı əvvəllər qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının hazırkı iş üçün doğurduğu hüquqi nəticələrdir. İş materiallarından görünür ki, hazırkı iddiaçılar iddiaçı1, iddiaçı3 və iddiaçı2 mübahisəli torpaq sahəsi ilə bağlı məhkəmə çəkişmələrində əvvəllər də iştirak etmiş, həmin torpaq sahəsinə münasibətdə özlərinin hüquqi mövqelərini və müstəqil tələblərini məhkəmə qarşısında irəli sürmüşlər. Belə ki, Muradov Seyidqulu Murad oğlunun bağ sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə hazırkı iddiaçılardan iddiaçı3, iddiaçı1 və iddiaçı2, həmçinin X2 müstəqil tələb irəli sürən üçüncü şəxslər kimi çıxış edərək Muradov Seyidqulu Murad oğlunun 0,25 ha sahəsi olan **/**** saylı bağ torpaq sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsini və həmin torpaq sahəsi barədə özləri ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini tələb etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2015ci il tarixli qətnaməsi ilə onların tələbləri təmin edilməmişdir. Sonradan Sumqayıt Apellyasiya Məhkəməsinin ## ##### 2016-cı il tarixli qətnaməsi ilə Muradov Seyidqulu Murad oğlunun bağ sahəsindən çıxarılma tələbinin təmin edilməsinə dair hissədə nəticə dəyişdirilsə də, müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddialarının rədd edilməsi hissəsi dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin ## ###### 2016-cı il tarixli qərarı ilə də həmin nəticə qüvvədə saxlanılmışdır. Məhkəmə kollegiyası bu hala xüsusi əhəmiyyət verir. Çünki həmin prosesdə hazırkı iddiaçıların mübahisəli torpaq sahəsinə dair hüquqi mövqeyi ayrıca tələb şəklində məhkəmə araşdırmasının predmeti olmuş, onların həmin torpaq sahəsinə dair alqı-satqı münasibətinin hüquqi nəticələrinin tanınmasına yönəlmiş tələbləri təmin edilməmişdir. Sonrakı proseslər də bu nəticənin hazırkı iddiaçıların xeyrinə dəyişdirildiyini göstərmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2020ci il tarixli qərarı ilə Ali Məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına X3 üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin ## ###### 2019-cu il tarixli qərardadı qüvvədən düşmüş hesab edilmiş və ərizəyə yenidən baxılması müəyyən edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2022-ci il tarixli, **(***)-*/**** nömrəli qərardadı ilə 2015-2016-cı illərdə qəbul edilmiş məhkəmə aktları ilk iddia tələbinin təmin edilməsi hissəsində, yəni Muradov Seyidqulu Murad oğlunun bağ sahəsindən çıxarılma tələbinin təmin edilmiş hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmə Plenumunun ## ######## 2022-ci il tarixli qərardadı hazırkı iddiaçıların əvvəlki mülki işdə irəli sürdükləri müstəqil tələblərin rədd edilməsi hissəsini aradan qaldırmamışdır. Başqa sözlə, sonrakı X3 üzrə icraatın nəticəsi hazırkı iddiaçıların həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə əvvəllər rədd edilmiş tələblərinin təmin olunması və ya onların həmin torpaq sahəsinə dair hər hansı mülki hüququnun tanınması ilə nəticələnməmişdir. Sonrakı mərhələdə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2024-cü il tarixli qətnaməsi ilə Muradov Seyidqulu Murad oğlunun bağ sahəsindən çıxarılma tələbi təmin edilməmiş, həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, həmin məhkəmə aktları ilə hazırkı iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya digər əşya hüququnun mövcudluğu müəyyən edilməmişdir. Bağ sahəsindən çıxarılma tələbinin təmin edilməməsi özlüyündə hazırkı iddiaçıların həmin torpaq sahəsi üzərində hər hansı mülki hüququnun tanınması nəticəsini doğurmur. Həmin məhkəmə aktları yalnız bağ sahəsindən çıxarılma tələbinə hüquqi qiymət vermiş, hazırkı iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət və ya digər əşya hüququna malik olmaları barədə hər hansı hüquqi nəticə müəyyən etməmişdir. Bununla yanaşı, hazırkı iş üçün daha mühüm olan ayrıca qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2019-cu il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı1, iddiaçı3, X4 və iddiaçı2 reyestr orqanına qarşı “daşınmaz əmlakın özəlləşdirilməsinin etibarsız hesab edilməsi, qeydiyyatın və çıxarışın ləğv olunması” tələbinə dair iddiaları təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2020-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Beləliklə, mübahisəli qeydiyyatın və çıxarışın hüquqi taleyi məhz hazırkı iddiaçıların müraciəti əsasında artıq ayrıca məhkəmə araşdırmasının predmeti olmuş və həmin tələb qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə rədd edilmişdir. Nəzərə alınmalıdır ki, hazırkı inzibati iddianın ifadə forması müəyyən dərəcədə fərqlidir. Belə ki, iddiaçılar hazırda cavabdeh inzibati orqanın üzərinə ## ##### 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışla bağlı reyestr qeydinin ləğv edilməsi öhdəliyinin qoyulmasını tələb edirlər. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin ifadə formasının dəyişdirilməsi onunla əldə edilməsi istənilən maddi-hüquqi nəticəni dəyişdirmir. Belə ki, 2019-cu il mülki işində olduğu kimi, hazırkı inzibati işdə də iddiaçıların nail olmaq istədikləri hüquqi nəticə mübahisəli dövlət qeydiyyatının və onun əsasında verilmiş çıxarışın hüquqi qüvvəsinin aradan qaldırılmasından ibarətdir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı iddianın yeni inzibati orqan müraciəti və ## #### 2025-ci il tarixli imtina ilə əlaqələndirilməsi, əvvəllər qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə həll edilmiş mübahisənin hüquqi mahiyyətini dəyişdirmir. Eyni hüquqi nəticəni əldə etmək məqsədilə inzibati orqana yenidən müraciət edilməsi və həmin müraciət üzrə yeni tarixli cavab alınması qanuni qüvvəyə minmiş məhkəmə aktının məcburi təsirini aradan qaldırmır. Əks yanaşma eyni şəxsin qanuni qüvvəyə minmiş məhkəmə aktından sonra inzibati orqana təkrar müraciətlər etməklə yeni imtinalar əldə etməsinə və bunun əsasında məhkəmə tərəfindən artıq həll edilmiş eyni hüquqi nəticəni qeyri-məhdud sayda yenidən məhkəmə mübahisəsinin predmetinə çevirməsinə imkan verərdi. Bu isə məhkəmə aktlarının sabitliyi və hüquqi müəyyənlik prinsipi ilə bir araya sığmazdı. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan normanın məqsədi təkcə əvvəlki məhkəmə aktının formal mövcudluğunu nəzərə almaqdan ibarət deyil. Qanuni qüvvəyə minmiş məhkəmə aktının məcburiliyi həm də həmin aktla həll edilmiş hüquq münasibətinin eyni şəxslər tərəfindən sonradan başqa prosessual formada yenidən mübahisə predmetinə çevrilməsinin qarşısını almağa xidmət edir. Bu baxımdan, hazırkı mübahisədə preyudisiallığın hüquqi təsiri yalnız qanuni qüvvəyə minmiş əvvəlki məhkəmə aktı ilə müəyyən edilmiş ayrı-ayrı faktiki halların yenidən sübut edilməsinə yol verilməməsi ilə məhdudlaşmır. Əvvəlki məhkəmə aktı, eyni zamanda, onun qanuni qüvvəsinin məcburiliyi və müstəsnalığı ilə əlaqədar daha geniş hüquqi nəticələr doğurur. Belə ki, 2019-cu ildə baxılmış mülki iş üzrə hazırkı iddiaçılar tərəfindən mübahisələndirilən eyni daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın hüquqi qüvvədən salınmasına yönəlmiş tələblərə məhkəmə tərəfindən artıq hüquqi qiymət verilmiş və həmin mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, əvvəlki və hazırkı işlərdə hüquqi münasibətin əsas subyektləri də eynidir. Hazırkı iddiaçılar 2019-cu il mülki işdə də iddiaçı qismində çıxış etmiş, mübahisəli qeydiyyat reyestr orqanı tərəfindən aparılmış, qeydiyyatın hüquqi nəticələrinin aid olduğu şəxs isə Muradov Seyidqulu Murad oğlu və sonradan onun hüquqi varisi olmuşdur. Bu baxımdan əvvəlki məhkəmə aktı hazırkı iddiaçılar üçün hüquqi baxımdan kənar bir mübahisə üzrə qəbul edilmiş akt deyil, bilavasitə özlərinin təşəbbüsü ilə qaldırılmış eyni hüquq münasibətinə dair mübahisə üzrə qəbul edilmiş məhkəmə aktıdır. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2020-ci il tarixli qərarının mövcudluğunu da nəzərə alır. Bu xüsusda diqqətəlayiq hal ondan ibarətdir ki, Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2019-cu il tarixli qətnaməsi apellyasiya qaydasında ## ###### 2020-ci ildə qüvvədə saxlanıldıqdan sonra Konstitusiya Məhkəməsinin ## #### 2020-ci il tarixli qərarı qəbul edilmiş, bundan sonra isə, yəni həmin Konstitusiya Məhkəməsi qərarının artıq mövcud olduğu dövrdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası ## ###### 2020-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə 2019-cu il mülki işi üzrə qətnaməni dəyişdirilmədən saxlamışdır. Belə olan halda ## #### 2020-ci il tarixli Konstitusiya Məhkəməsi qərarının özlüyündə 2019-cu il qətnaməsindən sonra yaranmış və həmin qətnamənin hüquqi qüvvəsini aradan qaldıran yeni hal kimi hazırkı prosesdə təqdim edilməsi əsaslı sayıla bilməz. Həmin qərar 2019-cu il işi üzrə kassasiya baxışı başa çatmazdan əvvəl artıq mövcud olmuşdur. Digər tərəfdən, Ali Məhkəmə Plenumunun ## ######## 2022-ci il tarixli qərardadı, eləcə də bundan sonra qəbul edilmiş 2024-2025-ci il tarixli məhkəmə aktları 2019-cu il qətnaməsindən sonra yaranmış hallardır. Lakin məhkəmə kollegiyası hesab edir ki, belə sonrakı halların mövcudluğu da qanuni qüvvəyə minmiş 2019-cu il də qəbul edilmiş qətnamənin hazırkı inzibati işdə nəzərə alınmamasına əsas vermir. Əgər qanuni qüvvəyə minmiş məhkəmə aktının qəbul edilməsindən sonra həmin aktın əsaslarına təsir göstərə biləcək yeni hüquqi hal yaranmışdırsa, qanunvericilik belə vəziyyət üçün xüsusi prosessual mexanizm müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 432.2.4-cü maddəsi məhkəmə aktının çıxarılması üçün əsas olmuş digər məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının ləğv edilməsini qanuni qüvvəyə minmiş məhkəmə aktına X3 üzrə yenidən baxılması üçün əsaslardan biri kimi nəzərdə tutur. Birinci instansiya məhkəməsinin qərardadında da məhz bu hüquqi müdafiə vasitəsinə diqqət çəkilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 2019-cu il tarixli qətnamə qanuni qüvvəyə mindikdən sonra həmin qətnamənin qəbuluna əsas olmuş hüquqi və ya faktiki hallara təsir göstərə biləcək digər məhkəmə aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi baş vermişdirsə və iddiaçılar bu halların əvvəlki qətnamənin nəticələrinə təsir etdiyini irəli sürürlərsə, belə dəlillər ayrıca yeni iddia qaydasında deyil, qanunvericiliklə müəyyən edilmiş qaydada X3 üzrə məhkəmə aktına yenidən baxılması icraatı çərçivəsində irəli sürülməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının hüquqi nəticələrini həmin xüsusi prosedurdan kənarda, yeni inzibati iddia vasitəsilə aradan qaldırmağa imkan verilməsi X3 institutunun hüquqi mahiyyətini də mənasızlaşdırardı. Başqa sözlə, iddiaçılar 2022-ci ildə və sonrakı dövrdə qəbul edilmiş məhkəmə aktlarının 2019-cu il tarixli qətnamənin hüquqi əsaslarına təsir göstərdiyini hesab edirlərsə, bu hal özlüyündə həmin qətnamənin hüquqi qüvvəsini aradan qaldırmır və onun mövcud olmamış kimi qiymətləndirilməsinə əsas vermir. 2019-cu il tarixli qətnamə qanunvericiliklə müəyyən edilmiş prosessual qaydada ləğv edilənədək və ya dəyişdirilənədək qanuni qüvvəsini, məcburiliyini və doğurduğu hüquqi nəticələri saxlayır. Subyektiv hüquq məsələsinə gəldikdə isə, məhkəmə kollegiyası bunu hazırkı işdə müstəqil və başlıca mümkünsüzlük əsası kimi deyil, əvvəlki məhkəmə aktlarının preyudisial təsiri ilə əlaqəli əlavə hal kimi qiymətləndirir. Belə ki, hazırkı iddiaçıların mübahisəli torpaq sahəsinə münasibətdə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə əvvəllər irəli sürdükləri müstəqil tələb rədd edilmiş və həmin hissədə nəticənin sonradan onların xeyrinə dəyişdirildiyi iş materiallarından müəyyən olunmur. 2022-ci ildə məhkəmə aktlarının ləğvi də hazırkı iddiaçıların həmin müstəqil tələblərinin rədd edilməsi hissəsinə deyil, Muradov Seyidqulu Murad oğlunun ilk iddia tələbinin təmin edilməsi hissəsinə aid olmuşdur. Eyni zamanda, 2024 və 2025-ci il tarixli məhkəmə aktları ilə Muradov Seyidqulu Murad oğlunun bağ sahəsindən çıxarılma tələbinin təmin edilməməsi barədə nəticə qüvvədə saxlanılsa da, həmin məhkəmə aktları ilə hazırkı iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya digər əşya hüququnun mövcudluğu tanınmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hazırkı mərhələdə subyektiv hüquq məsələsinin yenidən mahiyyəti üzrə araşdırılmasını zəruri hesab etmir. Çünki hazırkı iddianın mümkün sayılmasına mane olan başlıca hal həmin hüquq münasibəti və mübahisəli reyestr qeydinin ləğvi tələbi barədə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, əks yanaşma qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyini şübhə altına alar, eyni hüquq münasibəti üzrə müxtəlif icraat növlərində bir-birinə zidd məhkəmə nəticələrinin meydana çıxmasına şərait yaradar və hüquqi müəyyənlik prinsipini pozardı. Beləliklə, hazırkı iddianın “reyestr qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində formalaşdırılması, 2019-cu ildə isə tələbin “qeydiyyatın və çıxarışın ləğvi” kimi ifadə edilməsi onların mahiyyət etibarilə fərqli mübahisələr hesab edilməsi üçün kifayət deyil. Hər iki halda iddiaçıların əldə etmək istədikləri yekun hüquqi nəticə ## ##### 2017-ci il tarixli dövlət qeydiyyatının hüquqi qüvvəsinin aradan qaldırılmasıdır. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə qanuni qüvvəyə minmiş əvvəlki məhkəmə aktlarının preyudisial və məcburi təsiri nəzərə alınmaqla eyni hüquqi nəticəyə yönəlmiş tələbin inzibati məhkəmə icraatı qaydasında yenidən araşdırılması yolverilən deyildir. Sonradan yaranmış və əvvəlki məhkəmə aktının əsaslarına təsir göstərə biləcəyi iddia olunan hallar isə həmin aktın hüquqi qüvvəsini hazırkı icraat çərçivəsində aradan qaldırmır və belə halların qiymətləndirilməsi qanunvericilikdə nəzərdə tutulmuş X3 üzrə yenidən baxılma mexanizmi çərçivəsində həyata keçirilə bilər. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı mümkün saymamaqla gəldiyi nəticəni mahiyyət etibarilə düzgün hesab edir. Apellyasiya şikayətində irəli sürülmüş dəlillər qanuni qüvvəyə minmiş əvvəlki məhkəmə aktlarının məcburi hüquqi təsirini aradan qaldıran, habelə hazırkı iddianın ayrıca mübahisə kimi mahiyyəti üzrə araşdırılmasını zəruri edən hər hansı hüquqi əsas yaratmır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmuşdur və belə olan halda apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar