Məhkəmə qərarları › İş №2-1(3-8)-1159/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1159/2026

07.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1159/2026 07.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “ünvan 3, **A saylı mənzilinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI ##.##.2023-cü il tarixli, ***A*** nömrəli müqaviləyə əsasən “xxxx” MTK-nın sədri X3 ilə payçı İddiaçı öz aralarında ünvan 2 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasından pay barədə müqavilə imzalanmışdır. “xxxx” MTK üzvlərinin ##.##.2023-cü il tarixli, *** nömrəli protokolundan çıxarışa əsasən İddiaçı kooperativə üzv qəbul olunmaqla, MTK-nın ünvan 2 ünvanında giriş 1, mərtəbə 15, ümumi sahəsi 96 kv.m olan 2 otaqlı **A saylı mənzilin payçısı olması təsdiq edilmişdir. ##.##.2023-cü il tarixli maliyyə arayışına əsasən “xxxx” MTK-nın ünvan 1 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbədə, ümumi sahəsi 96.00 kv.m olan, 2 otaqlı, **A saylı mənzilin dəyəri tam ödənilmişdir. DƏDKR * saylı Sumqayıt Ərazi Idarəsinin *-**-*-**/*-N-****-*/**** nömrəli ##.##.2024-cü il tarixli məktubunda qeyd olunur ki, sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbədə, ümumi sahəsi 96.00 kv.m olan, 2 otaqlı, **A saylı mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binası istismara qəbul edilməmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bu səbəbdən müraciətin icrası təmin olunmur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyinin ##.##.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binası yanğına qarşı tələblərinə cavab vermədiyinə görə binanın istismarına hazırlığı barədə rəy və istismarına icazə verilməmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsində icraat Iddiaçı məhkəməyə müraciət edib Sumqayıt şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsi, **A nömrəli evin **A nömrəli mənzili üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*-**/*-****/**** nömrəli, ##.##.2025- ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn yeni struktur dəyişikliklərinə əsasən ərazi idarələri DƏDKR-in struktruna daxil olan bölmələr kimi fəaliyyət göstərirlər. Ona görə də idarələrin məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Yəni bu hüquq DƏDKR-in özünə məxsusdur. Belə olan halda hazırkı iş üzrə cavabdeh kimi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh tanınmışdır. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ***A*** №-li ##.##.2023-cü il tarixli müqavilə ilə “xxxx” MTK-nın direktoru X1 ilə arasında ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasından pay barədə müqavilə imzalanmışdır. ## #### 2023-cü il "xxxx" MTK-nın direktoru X1 arayış verib ki, həqiqətən "xxxx" MTK-nın ünvan 2 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbədə, ümumi sahəsi 96.00 kv.m olan, 2 otaqlı, **A saylı mənzilin dəyərini tam ödənilmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Sumqayıt Ərazi Idarəsinə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün müraciət etmişdir. Lakin, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Sumqayıt Ərazi Idarəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərmişdir. Bununla bağlı bildirildi ki , Sumqayıt şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsində “xxxx” MTK tərəfindən inşa edilmiçoxmənzilli yaşayış binasının istismarına icazə sənədi idarəyə təqdim edilməmişdir. Odur ki, ünvan 3 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının istismarına icazə sənədi təqdim edildikdən sonra yaşayış binasında yerləşən mənzillərə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) müvafiq "ASAN xidmət" mərkəzinə təqdim ediləcəyi təqdirdə hüquqların qeydiyyata alınması məsələsinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. Bildirilir ki, ünvan 3, ** saylı mənzilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxs * saylı Sumqayıt Ərazi Idarəsi ********** saylı ##.##.2022 tarixli X5 adına çıxarış verilib. Burdan sual yaranır ki, həmin binanın başqa mənzilə çıxarış verilibsə, niyə iddiaçıya Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Sumqayıt Ərazi Idarəsinə müraciət edəndə imtina məktubu gəlib. Hesab edilir ki, mənzilə dair hüququmüəyyənedici sənədləri tam qaydasındadır və onlar aidiyyəti orqanlarr tərəfindən lazımi təsdiq olunmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş, ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 96.0 kv.m olan, **A saylı mənzil (mansard) üzərində vətəndaş İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi barədə ##.##.2024-cü il tarixli ərizə ilə “xxxx” publik hüquqi şəxsinin * saylı Sumqayıt Ərazi Idarəsinə müraciət edilmişdir. Bununla bağlı olaraq təqdim edilən sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, sözügedən mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binası istismara qəbul edilməmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bu səbəbdən müraciətin icrası tərəfimizdən təmin oluna bilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin (hakim Rahim Həsənov) ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 2 ünvanında, 1-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 96 m2 olan, 2 otaqlı, **A saylı mənzili ##.##.2023-cü il tarixli, ***A*** nömrəli müqavilə əsasında “xxxx” MTK-dan almış və həmin mənzil üzərində hüquqlarının qeydiyyata alınmasını istəyir. Bunula bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh həmin müraciətə müsbət yanaşmamışdır. Məhkəmə təqdim edilmiş sənədləri araşdıraraq hesab edir ki, cavabdehin imtinası qanuni olmuşdur və iddia tələbi təmin edilməməlidir. Belə ki, iş üzrə təqdim edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyinin ##.##.2025-ci il tarixli məktubu əsasında müəyyən edilir ki, yüksəkmərtəbəli yaşayış binası yanğına qarşı tələblərinə cavab vermədiyinə görə binanın istismarına hazırlığı barədə rəy və istismarına icazə verilməmişdir. Həmçinin iş üzrə təqdim edilmiş cavabdehin ##.##.2025-ci il tarixli məktubuna əsasən “xxxx” MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının idarəyə təqdim olunan eskiz layihəsində binanın mansard mərtəbəsi yaşayış sahəsi kimi göstərilməmişdir. Bununla bağlı ekspert rəyi alınmış və **/** nömrəli, ##.##.2026-cı il tarixli ekspert rəyində göstərilmişdir ki, ünvan 3 ünvanda yerləşən yaşayış binasına dair olan, Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma Idarəsi tərəfindən razılaşdırılmış eksiz layihədə mansard sahə nəzərdə tutulmamışdır. Beləliklə, ünvan 3, **A saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qanunun tələblərinə uyğun deyildir. Iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən çoxmənzilli yaşayış binasının **A nömrəli mansard mənzili qanuni əsaslarla əldə edilmiş, aralarında bağlanmış müqavilə üzrə bütün maliyyə öhdəlikləri yerinə yetirilmiş və mənzil faktiki olaraq onun istifadəsinə verilmişdir. Buna baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından və çıxarışın verilməsindən imtina edilmişdir. Imtinanm əsas səbəbi kimi mansard mərtəbəsinin yaşayış sahəsi kimi nəzərdə tutulmaması və binanın istismara qəbul edilməməsi göstərilmişdir. Sonradan o, həmin imtinanı qanunsuz hesab edərək məhkəməyə müraciət etmişdir, lakin Sumqayıt Inzibati Məhkəməsi iddianı təmin etməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar işin faktiki hallarına uyğun deyildir, sübutlar tam və obyektiv araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Bu səbəbdən həmin qərar ləğv edilməlidir. Məhkəmə cavabdehin irəli sürdüyü arqumentləri demək olar ki, olduğu kimi qəbul etmiş, onun təqdim etdiyi sübutlara, müqaviləyə, ekspert rəyinin həqiqi məzmununa və digər yazılı sənədlərə lazımi hüquqi qiymət verməmişdir. Qərar iş materiallarına əlavə edilmiş ekspert rəyi əsasında çıxarılsa da, rəyin müəyyən hissələrinə istinad edilsə də, qərarda həmin ekspert rəyi düzgün qeyd edilməmiş, guya ekspertiza rəyinə əsasən razılaşdırılmış eskiz layihəsində mansard sahəsi nəzərdə tutulmamışdır. Halbuki iş materiallarında olan ## #### 2026-cı il tarixli **/** nömrəli ekspert rəyində bunun tam əksi, yəni ünvan 3 ünvanda yerləşən yaşayış binasına dair olan, Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma Idarəsi tərəfindən razılaşdırılmış eksiz layihədə mansard sahə nəzərdə tutulmuşdur. Ekspert açıq şəkildə öz mövqeyini bildirmişdir və iddia ilə bağlı heç bir etiraz ərizəsi məhkəməyə daxil olmamışdır. Beləliklə, məhkəmənin qərarında ekspert rəyinin məzmunu təhrif edilmiş, sübutun həqiqi məzmununa uyğun olmayan nəticə çıxarılmışdır. Ekspert rəyinin birinci suala verilmiş cavabından da görünür ki, ekspert mansardın qanunsuz tikildiyi barədə heç bir nəticəyə gəlməmişdir. O, yalnız layihədə mansard sahəsinin ölçülərinin göstərilməməsi səbəbindən ümumi sahənin hesablanmasının mümkün olmadığını bildirmişdir. Bu iki məsələ tamamilə fərqli hüquqi məna daşıyır. Ilkin məna sahənin hesablanmasının mümkün olmaması texniki xarakterli haldır. Ikincisi isə, mansardın layihədə nəzərdə tutulmaması isə hüquqi nəticə doğuran tamamilə başqa bir iddiadır. Məhkəmə bu anlayışları eyniləşdirməklə ekspert rəyinin mənasını dəyişdirmiş və nəticədə hüquqi cəhətdən yanlış qərar qəbul etmişdir. Bundan əlavə, ekspert rəyi məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş sübut qüvvəsinə malik deyildir. Məhkəmə ekspert rəyini digər sübutlarla birlikdə qiymətləndirməli, onun nəticələrini müqavilə, layihə sənədləri və digər yazılı sübutlarla müqayisə etməli idi. Lakin qərardan görünür ki, bu həyata keçirilməmişdir. Nəticədə məhkəmə sübutların tam və obyektiv qiymətləndirilməsi prinsipini pozmuş, ekspert rəyinin məzmununu düzgün dərk etmədən qərar qəbul etmişdir. Bu hal isə qəbul edilmiş qərarın qanuniliyinə və əsaslılığına ciddi şübhə yaradır və apellyasiya instansiyası tərəfindən həmin qərarın ləğv edilməsini zəruri edir. Məhkəmə ekspertizasının rəyindən görünür ki, razılaşdırılmış eskiz layihəsində mansard sahəsi nəzərdə tutulmuşdur. Bu halda cavabdehin mansardın layihədə ümumiyyətlə nəzərdə tutulmadığı barədə mövqeyi ekspert rəyi ilə təkzib olunur. Bundan başqa, cavabdeh izah etməmişdir ki, əgər eyni binada yerləşən digər mənzillər üzrə dövlət qeydiyyatı aparılmış və çıxarış verilmişdirsə, onun mənzili ilə bağlı fərqli hüquqi nəticəyə hansı qanuni əsaslarla gəlinmişdir. Məhkəmə də bu mühüm ziddiyyəti araşdırmamışdır. Inzibati orqanın qərarı yalnız ehtimallara və ya ümumi mülahizələrə deyil, konkret hüquqi və faktiki əsaslara söykənməlidir. Hazırkı işdə isə cavabdehin imtinasının qanuniliyini təsdiq edən sübutlar kifayət etmir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi bu çatışmazlıqları nəzərə almamış və sübutetmə yükünü faktiki olaraq iddiaçının üzərinə qoymuşdur. Halbuki iddiaçı öz tələbinin əsaslarını təsdiq edən müqaviləni, ödəniş sənədlərini və digər sübutları təqdim etmişdir. Bu mərhələdən sonra cavabdeh qəbul etdiyi imtinanın qanuni və əsaslı olduğunu sübut etməli idi. Məhkəmə bu prinsipi düzgün tətbiq etmədiyindən qərar həm prosessual, həm də maddi hüquq baxımından qüsurludur. Beləliklə, cavabdeh inzibati orqan qəbul etdiyi imtina qərarının hüquqi əsaslarını kifayət qədər sübut edə bilməmiş, birinci instansiya məhkəməsi isə bu halı nəzərə almadan qanunsuz qərar qəbul etmişdir. Bu isə apellyasiya instansiyası tərəfindən həmin qərarın ləğv edilməsi üçün müstəqil hüquqi əsas təşkil edir. Bundan başqa tikintini həyata keçirən şəxs o deyildir, o, mənzili qanuni müqavilə əsasında əldə etmiş vicdanlı alıcıdır. Iddiaçı müqavilə üzrə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş, mənzilin dəyərini ödəmiş və həmin əmlakı faktiki qəbul etmişdir. Buna görə də tikinti şirkətinin və ya digər şəxslərin hərəkət və ya hərəkətsizliyi nəticəsində yaranmış inzibati problemlərin mənfi nəticələri onun üzərinə qoyula bilməz. Digər tərəfdən, iş materiallarında göstərilir ki, həmin binada yerləşən digər mənzillər üzrə dövlət qeydiyyatı aparılmış və çıxarış verilmişdir. Bu hal onu göstərir ki, cavabdeh inzibati orqan eyni hüquqi vəziyyətdə olan şəxslərə münasibətdə vahid hüquqi yanaşma tətbiq etməmişdir. Məhkəmə isə bu mühüm faktı araşdırmamış və ona hüquqi qiymət verməmişdir. Bununla da məhkəmə hüquqi müəyyənlik, legitim gözlənti və qanun qarşısında bərabərlik prinsiplərinə lazımi hüquqi qiymət verməmişdir. O, mübahisəli mənzili qanuni müqavilə əsasında əldə edərkən, eləcə də müqavilə üzrə bütün öhdəliklərini tam şəkildə icra edərkən dövlət tərəfindən bu hüququn tanınacağına və dövlət qeydiyyatına alınacağına dair tam əsaslı və qanuni gözləntisi olmuşdur. Hüquqi müəyyənlik prinsipi tələb edir ki, dövlət orqanlarının fəaliyyəti ardıcıl, sabit və proqnozlaşdırılan olsun. Şəxs qanuni əsaslarla əldə etdiyi hüququn sonradan dövlət orqanlarının fərqli yanaşması nəticəsində əsassız olaraq tanınmayacağına inanmaq hüququna malikdir. Hazırkı işdə isə bu prinsip pozulmuşdur. Iş materiallarından görünür ki, eyni ünvanda yerləşən həmin yaşayış binasının digər mənzilləri üzrə daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınmış və çıxarışlar verilmişdir. Iddia ərizəsində göstərilən ** nömrəli mənzil buna nümunədir. Bu fakt onu göstərir ki, cavabdeh inzibati orqan eyni hüquqi və faktiki vəziyyətdə olan şəxslərə münasibətdə fərqli hüquqi nəticələr tətbiq etmişdir. Inzibati orqanın eyni şəraitdə olan şəxslərə fərqli münasibət göstərməsi yalnız obyektiv, əsaslandırılmış və qanuni səbəblər mövcud olduqda mümkün ola bilər. Hazırkı işdə isə cavabdeh belə səbəbləri nə inzibati icraat zamanı, nə də məhkəmə araşdırması zamanı sübut edə bilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, bina istismara qəbul edilməyib və iddiaçının mənzili mansard olduğuna görə çıxarış verilməsindən imtina edilmişdir. Apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 144-1. Tikintisi başa çatmayan binanın tərkib hissələrinə sərəncam verilməsinin xüsusiyyətləri 144-1.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. 144-1.2. Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış mülkiyyətçi tikiləcək binanın tərkib hissələrinin sayına və sahəsinə mütənasib olaraq həmin torpaq sahəsini bu Məcəllənin 144.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bölünmə planı əsasında paylara bölə bilər və bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 1.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi ünvan 3, **A saylı mənzilinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, sözügedən mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binası istismara qəbul edilməmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmçinin mənzil mansard hissədə yerləşir. Bu səbəbdən müraciətin icrası təmin olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının ## #### 2023-cü il tarixli ***A*** nömrəli müqavilə əsasında “xxxx” MTK-dan mübahisəli mənzili əldə etməsi, mənzilin dəyərini ödəməsi və həmin əmlakdan faktiki istifadə etməsi özlüyündə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunla tələb olunan bütün şərtlərin mövcudluğu anlamına gəlmir. Birinci instansiya məhkəməsi də iddiaçının təqdim etdiyi müqavilə, maliyyə arayışı və digər sənədləri nəzərə almış, lakin həmin sənədlərin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş digər zəruri sənədləri əvəz etmədiyini əsaslı olaraq müəyyən etmişdir. Iş materiallarından görünür ki, cavabdeh inzibati orqanın ## ###### 2024-cü il tarixli imtinasının əsasını mübahisəli mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının istismara qəbul edilməməsi təşkil etmişdir. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyinin ## #### 2025-ci il tarixli məktubunda sözügedən yüksəkmərtəbəli yaşayış binasının yanğına qarşı tələblərə cavab vermədiyinə görə onun istismara hazırlığı barədə rəy və istismarına icazənin verilmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi həmin sənədi iş üzrə mövcud digər sübutlarla birlikdə qiymətləndirməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144-1.1-ci maddəsinə görə tikintisinə icazə alınmış, lakin Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. Bununla yanaşı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsində 2013-cü il ######ın #-dən sonra inşa edilmiş və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün dövlət qeydiyyatının aparılmasının əsaslarından biri kimi tikinti obyektinin istismarına icazə nəzərdə tutulmuşdur. Eyni Qanunun 8.0.9.2-ci maddəsində isə çoxmənzilli binalara münasibətdə müvafiq layihə, tikintiyə icazə və istismara qəbul aktı tələb olunan sənədlər sırasında göstərilmişdir. Deməli, binanın istismara qəbul edilməməsi və istismara icazənin mövcud olmaması mübahisəli mənzilə dair hüququn dövlət qeydiyyatına alınmasına mane olan müstəqil və hüquqi əhəmiyyətli haldır. Bu halın mövcudluğu müəyyən edildikdən sonra iddiaçının müqavilə üzrə öhdəliklərini tam icra etməsi və mənzilin faktiki olaraq ona təhvil verilməsi qeydiyyat üçün qanunda nəzərdə tutulmuş sənədlərin olmamasını aradan qaldırmır. Apellyasiya şikayətində ekspert rəyinin birinci instansiya məhkəməsi tərəfindən təhrif edildiyi və guya ekspert rəyində razılaşdırılmış eskiz layihəsində mansard sahəsinin nəzərdə tutulduğu halda məhkəmənin bunun əksini göstərdiyi iddia edilir. Apellyasiya məhkəməsi qeyd edir ki, iş materiallarında olan ekspert rəyi ilə bağlı bu dəlilin qiymətləndirilməsi iddianın nəticəsini dəyişdirə biləcək xarakter daşımır. Belə ki, ekspert rəyinin mansard sahəsinin layihədə nəzərdə tutulub-tutulmaması ilə bağlı hissəsi mübahisələndirilən məsələlərdən yalnız birinə aiddir. Hətta apellyasiya şikayətində göstərildiyi kimi, razılaşdırılmış eskiz layihəsində mansard sahəsinin nəzərdə tutulduğu qəbul edilsə belə, bu hal mübahisəli binanın istismara qəbul edilməsi barədə qanunla tələb olunan sənədin mövcudluğunu təsdiq etmir. Başqa sözlə, mansard sahəsinin layihədə nəzərdə tutulması ilə tikinti obyektinin istismara qəbul edilməsi eyni hüquqi məsələ deyildir. Birinci hal tikinti layihəsinin məzmununa, ikinci hal isə tikinti obyektinin qanunvericiliyin tələblərinə uyğun olaraq başa çatdırılmasına və onun istifadəyə verilməsinin səlahiyyətli orqan tərəfindən təsdiq edilməsinə aiddir. Buna görə də ekspert rəyinin mansardın layihədə nəzərdə tutulması barədə apellyasiya şikayətində irəli sürülən təfsiri qəbul edilsə belə, bu, cavabdehin istismara icazənin olmaması ilə bağlı imtinasının qanunsuzluğunu təsdiq etmir. Bununla yanaşı, birinci instansiya məhkəməsinin qərarında ekspert rəyinin məzmununun müəyyən hissəsinin fərqli ifadə olunması barədə apellyasiya dəlili həmin qərarın nəticəsinə təsir edən pozuntu kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmənin gəldiyi nəticə yalnız ekspert rəyinə deyil, həmçinin Fövqəladə Hallar Nazirliyinin Tikintidə X8 Agentliyinin ## #### 2025-ci il tarixli məktubuna, cavabdehin ## #### 2025-ci il tarixli məktubuna və daşınmaz əmlakın dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş sənədlərin mövcud olmamasına əsaslanmışdır. Iş materiallarının siyahısında həmin sənədlərlə yanaşı ekspert rəyi də məhkəmə araşdırmasının predmetini təşkil edən sübutlardan biri kimi göstərilmişdir. Digər tərəfdən, apellyasiya şikayətində ekspert rəyinin məhkəmə üçün qabaqcadan müəyyən edilmiş sübut qüvvəsinə malik olmadığı düzgün olaraq qeyd edilsə də, bu prinsip hazırkı iş üzrə birinci instansiya məhkəməsinin nəticəsinin əsassız olduğunu göstərmir. Məhkəmə ekspert rəyini digər sübutlarla birlikdə qiymətləndirmək səlahiyyətinə malikdir və iş üzrə nəticəyə gəlmək üçün yalnız ekspert rəyinin mövcudluğuna əsaslanmamışdır. Əksinə, binanın istismara qəbul edilməməsi barədə səlahiyyətli dövlət orqanının məlumatı və dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin təqdim edilməməsi müstəqil hüquqi əhəmiyyət daşıyır. Apellyasiya şikayətində həmçinin iddiaçının tikintini həyata keçirən şəxs olmadığı, mənzili müqavilə əsasında əldə etmiş vicdanlı alıcı olduğu və tikinti şirkətinin hərəkət və ya hərəkətsizliyinin nəticələrinin onun üzərinə qoyulmasının yolverilməzliyi bildirilir. Məhkəmə kollegiyası qeyd edilən dəlillə razılaşmır. Hazırkı inzibati mübahisənin predmeti iddiaçının MTK qarşısında müqavilə münasibətlərindən irəli gələn öhdəliklərinin yerinə yetirilibyetirilməməsi deyil, daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatına alınması üçün qanunla tələb olunan şərtlərin mövcud olub-olmamasıdır. Iddiaçının MTK ilə bağladığı müqavilədən irəli gələn hüquqları ilə həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan hüquqi əsaslar bir-birindən fərqləndirilməlidir. Iddiaçının vicdanlı alıcı olması, müqavilə üzrə ödənişləri həyata keçirməsi və əmlakı faktiki qəbul etməsi onun MTK-ya qarşı mülki-hüquqi tələblərinin mövcudluğu baxımından əhəmiyyət daşıya bilər. Lakin bu hallar inzibati orqanın üzərinə qanunla nəzərdə tutulmayan qaydada dövlət qeydiyyatı aparmaq öhdəliyi qoymur. Dövlət qeydiyyatı orqanı təqdim edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamalı və qeydiyyat üçün qanuni əsaslar mövcud olduqda hüququ qeydiyyata almalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsi də dövlət qeydiyyatı zamanı təqdim edilmiş sənədlərdəki məlumatların reyestr məlumatlarına uyğunluğunun, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin və qeydiyyatdan imtina üçün digər əsasların olub-olmamasının müəyyən edilməsini nəzərdə tutur. Apellyasiya şikayətində eyni binada yerləşən ** saylı mənzilə dair ## ####### 2022-ci il tarixdə X5 adına çıxarış verilməsi də cavabdehin qeyri-bərabər yanaşmasının sübutu kimi irəli sürülür. Apellyasiya məhkəməsi hesab edir ki, yalnız həmin binada başqa mənzilə dair çıxarış verilməsi mübahisəli **A saylı mənzil üzrə də dövlət qeydiyyatının aparılmasının hüquqi baxımdan məcburi nəticəsini yaratmır. Dövlət qeydiyyatının qanuniliyinin qiymətləndirilməsi hər bir konkret daşınmaz əmlak və onun üzrə təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında aparılmalıdır. ** saylı mənzilə dair əvvəlki tarixdə çıxarış verilməsi həmin mənzilin hüquqi və texniki sənədlərinin mübahisəli **A saylı mənzillə tam eyni olduğunu təsdiq edən sübut kimi qəbul edilə bilməz. Bərabərlik prinsipinin tətbiqi üçün şəxslərin müqayisə edilən hüquqi və faktiki vəziyyətlərinin eyniliyi müəyyən edilməlidir. Eyni binada yerləşmə faktı özlüyündə iki mənzilin dövlət qeydiyyatı üçün eyni sənədlərə və eyni hüquqi statusa malik olduğunu sübut etmir. Bu səbəbdən cavabdehin ** saylı mənzil üzrə əvvəlki qeydiyyat əməliyyatı hazırkı işdə **A saylı mənzilə dair qanunla tələb olunan sənədlərin təqdim edilməməsi faktını aradan qaldırmır. Həmçinin legitim gözlənti və hüquqi müəyyənlik prinsiplərinə istinad edilməsi də iddianın təmin olunması üçün kifayət deyildir. Legitimin gözlənti qanunla ziddiyyət təşkil edən nəticənin əldə edilməsinə əsas verə bilməz. Şəxsin müqavilə bağlaması və ödəniş etməsi dövlət qeydiyyatı orqanının gələcəkdə qanunun tələb etdiyi sənədlər olmadan qeydiyyat aparacağına dair təminat kimi qiymətləndirilə bilməz. Iddiaçı tərəfindən təqdim edilmiş müqavilə və digər sənədlər onun MTK ilə münasibətlərini və müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyini təsdiq etsə də, həmin sənədlər binanın istismara qəbul edildiyini təsdiq edən sənədləri əvəz etmir. Birinci instansiya məhkəməsi məhz bu fərqi düzgün müəyyən etmişdir. Apellyasiya şikayətində sübutetmə yükünün cavabdehin üzərinə düşdüyü və cavabdehin imtinanın qanuni olduğunu kifayət qədər sübut etmədiyi də iddia edilir. Bu dəlil də əsaslı hesab edilə bilməz. Inzibati orqanın qəbul etdiyi qərarın qanuniliyinə məhkəmə nəzarəti həyata keçirilərkən inzibati orqan həmin qərarın faktiki və hüquqi əsaslarını ortaya qoymalıdır. Hazırkı işdə isə cavabdeh imtinanın səbəbini konkret göstərmiş və həmin səbəbin mövcudluğu iş materiallarında olan sənədlərlə, o cümlədən binanın istismara qəbul edilmədiyini təsdiq edən səlahiyyətli dövlət orqanının məktubu ilə əsaslandırılmışdır. Beləliklə, iş materiallarından mübahisəli mənzilin yerləşdiyi binanın istismara qəbul edilmədiyi, istismara icazənin mövcud olmadığı və buna görə də dövlət qeydiyyatı üçün qanunvericiliklə tələb olunan sənədlərin tam şəkildə təqdim edilmədiyi müəyyən olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsinin tələbləri baxımından belə vəziyyətdə cavabdehin dövlət qeydiyyatını aparmaması qanunvericiliyin tələblərinə uyğundur. Birinci instansiya məhkəməsi də bu halları nəzərə alaraq iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq edilmiş və proses iştirakçılarının münasibət bildirmək imkanına malik olduqları fakt və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəllənin 68.1 və 68.2-ci maddələrinin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsi iş üzrə sübutları araşdırmış, onları qarşılıqlı əlaqədə qiymətləndirmiş və gəldiyi nəticəni müvafiq hüquq normaları ilə əsaslandırmışdır. Beləliklə, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki halları və həmin hallara verdiyi hüquqi qiyməti təkzib etmir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddipaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar