Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1161/2026 07.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “Qusar rayonu Hiloba Bələdiyyəsinin ## ##### 2005ci il tarixli ** nömrəli qərarı ilə ona Qusar rayonu Hiloba Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı olan torpaq sahəsindən kommersiya məqsədi ilə satılmış 0.01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI Qusar rayon Hiloba bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** nömrəli qərarı ilə Qusar rayon Hiloba bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən İddiaçı kommersiya məqsədi ilə 0,01 ha torpaq sahəsi satılmışdır. ##.##.2005-ci il tarixli *** nömrəli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Qusar rayon Hiloba bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** nömrəli qərarına əsasən Qusar rayon Hiloba bələdiyyəsi ərazisindən 0,01 ha torpaq sahəsi İddiaçı satılmışdır. Qusar rayon Hiloba bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış Qusar rayonu Hiloba kəndində yerləşən 0,01 ha torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilmişdir. ##.##.2005-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı bələdiyyənin bank hesabına 476.280 (AZM) manat pul vəsaiti köçürmüşdür. DƏDKR-in * saylı Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli *-**-*-**/*-****/**** nömrəli məktubunda qeyd edilir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olunmuş sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilən alqı-satqı aktında Qusar rayonu Hiloba bələdiyyəsinin qərarının tarixi səhv yazılmışdır. Bununla da cavabdeh inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15ci maddələrinə istinad edilərək ərizənin icrasından imtina etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Qusar rayonu Hiloba Bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** nömrəli qərarı ilə ona Qusar rayonu Hiloba Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı olan torpaq sahəsindən kommersiya məqsədi ilə satılmış 0.01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*-**/*-****/**** nömrəli, ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn yeni struktur dəyişikliklərinə əsasən ərazi idarələri DƏDKRin struktruna daxil olan bölmələr kimi fəaliyyət göstərirlər. Ona görə də idarələrin məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Yəni, bu hüquq DƏDKR-in özünə məxsusdur. Belə olan halda hazırkı iş üzrə cavabdeh kimi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh tanınmışdır. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Hiloba Bələdiyyəsinin ## ##### 2005-ci il tarixli ** nömrəli qərarı ilə iddiaçıya Qusar rayonu Hiloba bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı olan torpaq sahəsindən kommersiya məqsədi ilə 0,01 ha torpaq satılmışdır. Həmin torpaq sahəsinin alınması üçün iddiaçı bələdiyyənin bank hesabına ##.##.2005-ci il tarixdə 476.280 (AZM) manat pul vəsaiti köçürmüşdür. Idiaçıya satılmış 0,01 ha torpaq sahəsinin yerquruluşu planı tərtib edilmiş və müvafiq qurumlar tərəfindən təsdiq edilmişdir. ## #### 2005-ci il tarixdə qeyd olunan 0,01 ha torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmiş və həmin akt ləğv edilmiş DT və XK-nin Qusar rayon şöbəsində ##.##.2005-ci il tarixdə 367 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinin satılması barədə sənədlərin surətləri Qusar rayon Dövlət Arxivi tərəfindən təqdim edilmişdir. Ona görə də qeyd olunan 0,01 ha kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması barədə ## #### 2023cü il tarixli, ********** qeydiyyat nömrəlı ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət etmişdir. Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsi ##.##.2023-cü il tarixli 3-21-3-34/2-****/**** №-li məktubla ərizəni təmin etməmiş və bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə müraciət olunmuş sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, ərizəyə əlavə edilmiş 0,01 ha torpaq sahəsinin alqı-satqısına dair tərtib edilmiş və ləğv edilmiş DT və XK-nin Qusar rayon şöbəsində ## #### 2005-ci il tarixdə 367 nömrə ilə qeydiyyata alınmış aktda Hil oba Bələdiyyəsinin ## ##### 2005-ci il tarixli ** nömrəli qərarı ## ##### 2005-ci il tarixli kimi yazılmışdır. Qeyd olunan səbəbdən ərizənin icrası mümkün olmamışdır. Hil oba bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı olan torpaq sahəsindən kommersiya məqsədi ilə satılmış 0,01 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması DƏDKR publik hüquqi şəxsinə tapşırılmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil Qusar rayonu, Kuzunqışlaq kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün xxxx publikhüquqi şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinə ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı muraciət edilmiş sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilmiş alqı-satqı aktında, Qusar rayonu Hil oba bələdiyyəsinin qərarının tarixi səhv qeyd edilmişdir. Bu səbəbdən də, torpaq sahəsinə texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyatı alınması mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin (hakim Rahim Həsənov) ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktında qeyd edilir ki, “torpaq sahəsi naturada "mağaza" kimi fəaliyyət göstərən bir mərtəbəli tikilinin tikinti altı sahəsi olmaqla faktiki olaraq 0,0133 hektar ölçüdə istifadə olunur. Torpaq sahəsinə verilmiş 30111028000010 kadastr nömrəli plan-ölçü sənədi elektron xəritə məlumatlarında öz əksini tapmışdır. Həmin plan-ölçü sənədində göstərilən koordinatlarla torpaq sahəsinin faktiki koordinatları arasında cüzi fərq mövcuddur. Iddiaçıya ayrılmış 0,01 hektar torpaq sahəsinin faktiki koordinatları plan-ölçü sənədindəki ölçülərə uyğunlaşdırılaraq işlənilmişdir. Torpaq sahəsinin faktiki koordinatları TEKUIS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastr uçotu məlumat bazasında dəqiqləşdirildikdə, sahənin "yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aid olduğu, "bələdiyyə" mülkiyyətində olmaqla (açıqlama hissəsində "mağaza" qeyd edilməklə) uqodiyasının "təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar" kimi uçota alındığı müəyyən edilmişdir.Bundan əlavə, torpaq sahəsinin faktiki koordinatları "Islahat - kompleks yerquruluşu layihəsi"ndə (DWG formatında) dəqiqləşdirildikdə, sahənin "yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aid olmaqla bələdiyyə mülkiyyətində olduğu müəyyən edilmişdir. Qeyd: Torpaq sahəsi mövcud kommunikasiya xətlərinin mühafizə (qoruma) zolağına düşmür. Torpaq sahəsinin sərhədləri ilə bağlı qonşu torpaq mülkiyyətçiləri arasında hər hansı sərhəd mübahisəsi aşkar edilməmişdir. Həmçinin, torpaq sahəsinin 100 - 150 metr məsafədə qonşuluğunda 301013005580, 301013005261-***** və 301013076549-***** reyestr nömrəli çıxarış və plan-ölçü sənədləri tərtib edilərək verilmişdir”. Göründüyü kimi torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olması müəyyən olunmuşdur. Qanunvericilik aktlarından göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmiş və bu hal müayinə aktında da öz təsdiqini tapmışdır. Iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin qeyd olunan torpaq sahəsinə çıxarışın verilməsindən imtina etməsinin səbəbi yalnız mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə müraciət olunmuş sənədlərdə uyğunsuzluğun, yəni sırf texniki səbəbdən 0,01 ha torpaq sahəsinin alqı-satqısına dair tərtib edilmiş və ləğv edilmiş DT və XKnin Qusar rayon şöbəsində ## #### 2005-ci il tarixdə 367 nömrə ilə qeydiyyata alınmış aktda Hil oba Bələdiyyəsinin ## ##### 2005-ci il tarixli ** nömrəli qərarının tarixinin ## ##### 2005-ci il əvəzinə ## ##### 2005-ci il tarixli kimi yazılması olmuş, həmin vaxt cababdeh tərəfindən qeyd olunan 0,01 ha torpaq sahəsinin təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluğun olmasının ərizənin təmin edilməməsinə əsas olması bildirilməmiş, imtinanın sırf texniki səhv ucbatından verildiyi bildirilmişdir. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə işin konkret hallarına uyğun deyildir. b) Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 1.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırkı iş üzrə iddia tələbi Qusar rayonu Hiloba Bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** nömrəli qərarı ilə ona Qusar rayonu Hiloba Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı olan torpaq sahəsindən kommersiya məqsədi ilə satılmış 0.01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə müraciət olunmuş sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, ərizəyə əlavə edilmiş 0,01 ha torpaq sahəsinin alqı-satqısına dair tərtib edilmiş və ləğv edilmiş DT və XKnin Qusar rayon şöbəsində ## #### 2005-ci il tarixdə 367 nömrə ilə qeydiyyata alınmış aktda Hil oba Bələdiyyəsinin ## ##### 2005-ci il tarixli ** nömrəli qərarının tarixi - ## ##### 2005-ci il tarixli kimi yazılmışdır. Qeyd olunan səbəbdən ərizənin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materialları ilə müəyyən olunur ki, Qusar rayonu Hiloba Bələdiyyəsinin ## ##### 2005-ci il tarixli ** nömrəli qərarı ilə iddiaçıya həmin bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən 0,01 ha torpaq sahəsi kommersiya məqsədi ilə satılmış, iddiaçı tərəfindən torpaq sahəsinin alınması üçün müəyyən edilmiş ödəniş bələdiyyənin bank hesabına köçürülmüş, torpaq sahəsinin yerquruluşu planı hazırlanmış və ## #### 2005-ci il tarixdə torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilərək həmin dövrdə fəaliyyət göstərmiş Qusar rayon Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbəsində 367 nömrə ilə qeydiyyata alınmışdır. Həmin sənədlərin surətlərinin Qusar rayon Dövlət Arxivi tərəfindən də təqdim edilməsi mübahisəli torpaq sahəsinin iddiaçıya verilməsi ilə bağlı hüquqi əsasın mövcudluğunu təsdiq edir. Cavabdeh inzibati orqan tərəfindən ərizənin təmin edilməsindən imtina edilməsinin əsası biri alqı-satqı aktında Hiloba Bələdiyyəsinin ## ##### 2005-ci il tarixli ** nömrəli qərarının tarixinin ## ##### 2005-ci il kimi göstərilməsi olmuşdur. Lakin məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hal özlüyündə iddiaçının torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün kifayət edən əsas kimi qəbul edilə bilməz. Bu texniki səhv kimi qəbul edilməlidir. Çünki, akt qərar əsasında tərtib edilmişdir, orada yalnışlığı yol verilməsi mümkündür. Iddiaçı torpağın dəyərini də əvvəlcədən ##.##.2005-ci il tarixdə bələdiyyənin hesabına ödəmişdir. Bundan sonra ##.##.2005-ci il tarixdə qərar qəbul edilmişdir. Belə ki, iş materiallarında bələdiyyənin müvafiq qərarının əsli və ya arxiv sənədi ilə təsdiq olunan surəti mövcuddur və həmin sənəddə qərarın tarixi və nömrəsi dəqiq olaraq ## ##### 2005-ci il tarixli ** nömrəli qərar kimi göstərilmişdir. Eyni zamanda, torpaq sahəsinin alqı-satqısına dair aktın ## #### 2005-ci il tarixdə 367 nömrə ilə qeydiyyata alınması, ödənişin həyata keçirilməsi və yerquruluşu planının hazırlanması həmin hüquqi münasibətin faktiki olaraq mövcud olduğunu təsdiqləyən qarşılıqlı və bir-birini tamamlayan sübutlardır. Bu baxımdan, alqı-satqı aktında bələdiyyə qərarının tarixinin səhv göstərilməsi sənədlərin məzmunundan və digər sübutlardan həmin torpaq sahəsinin hansı qərara əsasən satıldığını müəyyən etməyə imkan verən halda, iddiaçının hüququnun yaranmasını şübhə altına alan və dövlət qeydiyyatını mümkünsüz edən hüquqi xarakterli uyğunsuzluq hesab edilə bilməz. Əks yanaşma formal xarakterli texniki səhvə hüquqi əhəmiyyət verməklə, mövcud hüququn dövlət qeydiyyatından keçirilməsinin əsassız olaraq mümkünsüzləşdirilməsinə səbəb olardı. Bununla yanaşı, cavabdehin təqdim etdiyi müayinə aktından görünür ki, “torpaq sahəsi naturada “mağaza” kimi fəaliyyət göstərən bir mərtəbəli tikilinin tikinti altı sahəsi olmaqla faktiki olaraq 0,0133 hektar ölçüdə istifadə olunur. Torpaq sahəsinə verilmiş 30111028000010 kadastr nömrəli plan-ölçü sənədi elektron xəritə məlumatlarında öz əksini tapmışdır. Həmin plan-ölçü sənədində göstərilən koordinatlarla torpaq sahəsinin faktiki koordinatları arasında cüzi fərq mövcuddur. Iddiaçıya ayrılmış 0,01 hektar torpaq sahəsinin faktiki koordinatları plan-ölçü sənədindəki ölçülərə uyğunlaşdırılaraq işlənilmişdir. Torpaq sahəsinin faktiki koordinatları TEKUIS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastr uçotu məlumat bazasında dəqiqləşdirildikdə, sahənin “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olduğu, “bələdiyyə” mülkiyyətində olmaqla (açıqlama hissəsində “mağaza” qeyd edilməklə) uqodiyasının “təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar” kimi uçota alındığı müəyyən edilmişdir. Bundan əlavə, torpaq sahəsinin faktiki koordinatları “Islahat - kompleks yerquruluşu layihəsi”ndə (DWG formatında) dəqiqləşdirildikdə, sahənin “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla bələdiyyə mülkiyyətində olduğu müəyyən edilmişdir. Qeyd: Torpaq sahəsi mövcud kommunikasiya xətlərinin mühafizə (qoruma) zolağına düşmür. Torpaq sahəsinin sərhədləri ilə bağlı qonşu torpaq mülkiyyətçiləri arasında hər hansı sərhəd mübahisəsi aşkar edilməmişdir. Həmçinin, torpaq sahəsinin 100-150 metr məsafədə qonşuluğunda 301013005580, 301013005261-***** və 301013076549-***** reyestr nömrəli çıxarış və plan-ölçü sənədləri tərtib edilərək verilmişdir”. Göstərilən hallar onu deməyə əsas verir ki, mübahisəli torpaq sahəsinin hüquqi statusu və faktiki yerləşməsi ilə bağlı dövlət qeydiyyatının aparılmasını istisna edən hər hansı maneə iş materialları ilə müəyyən edilmir. Əksinə, torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olması, bələdiyyə mülkiyyətində yerləşməsi və kommunikasiya xətlərinin mühafizə zolağına düşməməsi cavabdehin imtinasının maddi əsasının olmadığını göstərir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 8.0.1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Hazırkı iş üzrə isə cavabdeh inzibati orqan sənədlərdəki tarix uyğunsuzluğunu formal şəkildə əsas götürərək iddiaçının hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmiş, həmin uyğunsuzluğun digər sənədlərlə aradan qaldırılıb-qaldırılmadığını və torpaq sahəsinin iddiaçıya verilməsinin hüquqi əsasının mövcudluğunu hərtərəfli qiymətləndirməmişdir. Məhkəmə kollegiyası xüsusilə nəzərə alır ki, inzibati orqan tərəfindən həyata keçirilən dövlət qeydiyyatı prosedurunun məqsədi mövcud hüququn formal səbəblərlə tanınmamasına deyil, daşınmaz əmlak üzərində hüquqların qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət tərəfindən tanınmasına və təsdiq edilməsinə xidmət edir. Dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlər məcmu halında qiymətləndirildikdə hüququn yaranması üçün hüquqi əsasın mövcudluğu müəyyən edilirsə, ayrı-ayrı sənədlərdəki aradan qaldırıla bilən texniki uyğunsuzluq həmin hüququn qeydiyyatından imtina üçün müstəqil və yetərli əsas sayıla bilməz. Birinci instansiya məhkəməsi isə bu halları nəzərə almadan yalnız alqı-satqı aktında bələdiyyə qərarının tarixinin fərqli göstərilməsini əsas götürərək iddianı əsassız hesab etmişdir. Iş materiallarında iddiaçının mübahisəli 0,01 ha torpaq sahəsi üzərində hüququnun yaranmasını təsdiq edən hüquqi və faktiki əsasların mövcud olduğu, torpaq sahəsinin bələdiyyə mülkiyyətində və yaşayış məntəqələrinin torpaqları kateqoriyasında yerləşdiyi, habelə dövlət qeydiyyatına alınmanı istisna edən digər halların müəyyən edilmədiyi nəticəsinə gəlinir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ## ###### 2023-cü il tarixli *- **-*-**/*-****/**** nömrəli imtinası qanuni və əsaslı olmamış, birinci instansiya məhkəməsi isə iddianın rədd edilməsi barədə nəticəyə gələrkən səhvə yol vermişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçının apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia təmin edilsin. Qusar rayonu Hiloba Bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** nömrəli qərarı ilə İddiaçı Qusar rayonu Hiloba Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı olan torpaq sahəsindən kommersiya məqsədi ilə satılmış 0,01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan və ölçüsü sənədinin hazırlanması vəzifəsi cavabdeh “xxxx” X2 üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1161/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1161/2026
07.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver