Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1164/2026 07.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, Iddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “Sumqayıt şəhər bələdiyyəsinin bağ təsərrüfatının ##.##.2005-ci il tarixli ***** nömrəli “Bağ sahəsinin qısamüddətli icarəyə verilməsinə dair” müqaviləyə əsasən Novxanı kəndi ərazisində iddiaçıya icarəyə verilmiş 0,10 ha torpaq sahəsi olan B-**** nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI: Bağ sahəsinin qısamüddətli icarəyə verilməsinə dair ##.##.2005-ci il tarixli ***** nömrəli müqaviləyə əsasən Sumqayıt şəhər bələdiyyəsinin X4 Novxanı kəndi ərazisində yerləşən sahəsi 0,10 ha olan B**** nömrəli bağ torpaq sahəsini İddiaçı icarəyə vermişdir. İddiaçı istifadəsində olan bağ təsərrüfatının texniki pasportu iş materiallarına əlavə edilmişdir. Cavabdeh orqanın ##.##.2025-ci il tarixli *-**-*-**/*-S-****-*/**** nömrəli məktubu ilə bildirilmişdir ki, təqdim edilən Sumqayıt şəhər bələdiyyəsinin X4 ilə bağlanmış ##.##.2005-ci il tarixli ***** nömrəli Bağ sahəsinin qısamüddətli icarəyə verilməsinə dair müqavilə sözügedən torpaq sahəsi üzərində hüququn qeydiyyatı üçün əsas deyil. Bundan əlavə torpaq sahəsinin yerləşmə mövqeyi və konfiqurasiyası ilə bağlı sxematik plan ərizəyə əlavə olunmamış və invertarlaşdırma və ölçmə işlərinin yerinə yetirilməsi ilə əlaqədar idarənin mütəxəssisi tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilməsinə şərait yaradılmamışdır. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” Publik Hüquqi Şəxsinin * saylı Sumqayıt Ərazi Idarəsinin *-**-*-**/*-****/**** nömrəli ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri Novxanı kəndi ərazisində B-**** nömrəli bağ evi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından əmlaka dair hüquqmüəyyənedici sənədlərin təqdim olunması mümkün olmamışdır. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsindəki icraat Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər bələdiyyəsinin bağ təsərrüfatının ##.##.2005-ci il tarixli ***** nömrəli “Bağ sahəsinin qısamüddətli icarəyə verilməsinə dair” müqaviləyə əsasən Novxanı kəndi ərazisində iddiaçıya icarəyə verilmiş 0,10 ha B-**** nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Sumqayıt Ərazi Idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2005-ci il tarixli ***** nömrəli bağ sahəsinin qısamüddətli icarəyə verilməsinə dair müqaviləyə əsasən Sumqayıt şəhər X4 tərəfindən Novxanı kəndi ərazisində yerləşən 0,10 ha bağ sahəsi (B**** nömrəli) iddiaçıya icarəyə verilmişdir. Həmin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı iddiaçı tərəfindən cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan Sumqayıt şəhər Bələdiyyəsinin X4 ilə bağlanmış ##.##.2005-ci il tarixli ***** nömrəli “Bağ sahəsinin qısamüddətli icarəyə verilməsinə dair müqavilə”nin sözü gedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas olmadığını bildirmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Sumqayıt şəhər bələdiyyəsinin X4 ilə bağlanmış ##.##.2005-ci il tarixli ***** nömrəli “Bağ sahəsinin qısamüddətli icarəyə verilməsinə dair müqavilə” torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas deyildir, sözügedən torpaq sahəsinin yerləşmə mövqeyi və konfiqurasiyası ilə bağlı sxematik planın ərizəyə əlavə olunmaması və inventarlaşdırma və ölçmə işlərinin yerinə yetirilməsi ilə əlaqədar idarənin mütəxəssisi tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilməsinə şərait yaradılmamışdır. Iş üzrə cavabdehin əsl cavabdehlə əvəz edilməsi zərurəti olduğu müəyyən edilmiş və cavabdeh cavabdeh1n * saylı Sumqayıt Ərazi Idarəsinin əsl cavabdeh olan cavabdeh1 ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Imran Burcayev) ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi Sumqayıt şəhər bələdiyyəsi X4 ##.##.2005-ci il tarixli, ***** nömrəli “Bağ sahəsinin qısamüddətli icarəyə verilməsinə dair” müqaviləsinə əsasən iddiaçıya icarəyə verilmişdir, lakin həmin müqavilənin iddiaçıya verilmə şərtlərində də qeyd olunduğu üzrə torpaq sahəsi ## #### 2005-ci il tarixdən 10 (on) il müddətinə icarəyə verilmişdir. Əlavə olaraq, cavabdehin *-**-*-**/*-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli məktubuna qoşma edilmiş sənədlərdə mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən və çıxarışla təmin edilmiş torpaq sahələrinin çıxarışla təmin edilməsinə əsas olmuş ilkin sənədlər üzrə müəyyən edilmişdir ki, həmin qonşu torpaq sahələri müvafiq mülkiyyətçilərinə Sumqayıt şəhər bələdiyyəsinin müvafiq qərarları ilə satılmışdır. Iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan ərizənin icrasından haqlı olaraq imtina etmişdir. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Bu məqamda isə cavabdeh orqanın da öz etirazında qeyd etdiyi hal, yəni Sumqayıt şəhər bələdiyyəsi X4 ##.##.2005-ci il tarixli, ***** nömrəli “Bağ sahəsinin qısamüddətli icarəyə verilməsinə dair” müqaviləsinin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün nəzərdə tutulmaması halı ümumilikdə, mübahisəli torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməməsinə, kommunikasiya xətlərinin mühafizə zolağında yerləşməməsinə və boş torpaq sahəsi olmasına baxmayaraq, iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını qeyri-mümkün etməkdədir. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı hələ 2005-ci ilin əvvəllərində ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək, faktiki istifadəsində olan Sumqayıt şəhərinin “Novxanı” bağları ərazisində yerləşən sahəsi 1000 kv.m olan B-**** saylı bağ torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətinə sənədləşdirilməsini xahiş etmişdir. Müraciətindən sonra torpağın alqı-satqı haqqı olaraq Sumqayıt Bələdiyyəsinin tələb etdiyi 2.500.000 (AZM) manat pul vəsaiti bələdiyyənin hesabına ödənilmiş və bununla bağlı Sumqayıt Bələdiyyəsinin kassa mədaxil orderinin qəbzi tərtib olunmuşdur. Bundan sonra Sumqayıt Bələdiyyəsinin # #### 2005-ci il tarixli ** nömrəli qərarı ilə sözügedən bağ torpaq sahəsi onun adına rəsmiləşdirilmişdir. Lakin qərarla torpaq sahəsi nədənsə onun mülkiyyəti kimi deyil, icarəsinə verilmiş torpaq kimi sənədləşdirilmişdir. Hal-hazırda iddiaçı torpağı mükiyyət kimi sənədləşdirmək istədiyindən, torpağın alqı-satqı aktına və həmin dövrdə bələdiyyəyə ödədiyi pula dair ona verilmiş, lakin itirdiyi kassa mədaxil orderinin qəbzinə ehtiyac yaranmışdır. Həmin sənədlərin ona verilməsi ilə bağlı Sumqayıt Bələdiyyəsinə müraciət etsə də, bələdiyyədə ona bildirilmişdir ki, torpağın alqı-satqı ödənişlərinə dair kassa mədaxil orderinin qəbzlərinin bələdiyyədə saxlanılan nüsxələri saxlama vaxtı keçmiş sənədlər kimi yandırılaraq məhv edilmişdir. Bir müddət əvvəl bağ torpaq sahəsi üzərində mülkiyyət hüququmu dövlət qeydiyyatından keçirmək məqsədi ilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsi * saylı Sumqayıt Ərazi Idarəsinə müraciət etmişdir. Lakin cavabdeh onun torpaq üzərində hüququnun qeydiyyatından imtina etmişdir. Hesab edir ki, cavabdeh mülkiyyətinə verilmiş torpaq üzərində hüququnun qeydiyyatının aparılmasından imtina etməklə aşkar qanun pozuntusuna yol vermişdir. Imtinada göstərilən əsas bağ sahəsi üzərində hüququnun yaranmaması üçün əsas sayıla bilməz, çünki qeyd edilən bağ sahəsi qüvvədə olan bələdiyyə qərarı əsasında mülkiyyətinə verilmişdir. Hesab edir ki, cavabdehin imtinanın əsası kimi göstərdiyi dəlillərin hüquqi əsası yoxdur. Belə ki,qüvvədə olan qanun normalarına əsasən Sumqayıt Bələdiyyəsi tərəfindən ona satılmış bağ torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmışdır. Məhkəmə işə baxarkən yalnız Sumqayıt Bələdiyyəsinin Bağ təsərrüfatı sahəsi ilə aralarında bağlanmış ##.##.2005-ci il tarixli ***** nömrəli “Bağ sahəsinin qısamüddətli icarəyə verilməsinə dair” müqaviləyə hüquqi qiymət verərək həmin müqavilə əsasında “Novxanı” bağları ərazisində adına rəsmiləşdirilmiş sahəsi 1000 kv.m olan B-**** saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının mümkün olmadığı qənaətinə gəlmişdir. Halbuki, qeyd edilən müqavilədən əvvəl Sumqayıt Bələdiyyəsinin # #### 2005-ci il tarixli, ** nömrəli qərarı qəbul olunmuşdur ki, məhz adı çəkilən bələdiyyə qərarı əsasında sözügedən bağ torpaq sahəsi onun adına rəsmiləşdirilmişdir. Onu da qeyd edir ki, bələdiyyə qərarı qəbul olunarkən aşkar surətdə ayrı-seçkiliyə və qanun pozuntusuna yol verilərək mübahisəli bağ torpaq sahəsi mülkiyyət hüququ ilə deyil,icarə hüququ əsasında adına sənədləşdirilmişdir. Halbuki, məhkəmənin sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin surətlərindən görünür ki, istifadəsinə verilmiş torpaqla qonşuluqda yerləşən digər bağ torpaq sahələri Sumqayıt Bələdiyyəsi tərəfindən ayrı-ayrı vətəndaşların məhz mülkiyyətinə ayrılmışdır. Lakin onun adına bağ torpaq sahəsi rəsmiləşdirilərkən onu lazımi qaydada məlumatlandırmadan bələdiyyə qərarında torpağın icarəyə verildiyi göstərilmişdir. Halbuki, torpaq qanunvericiliyinə əsasən bələdiyyə mülkiyyətində olan bağ torpaqlarının fiziki şəxslərin yalnız mülkiyyətinə ayrılması nəzərdə tutulmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsin və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi, torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olduğunu və bələdiyyənin torpağa dair iddiaçıya qarşı iddiası olmadığını qeyd etdi. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.7. 2007-ci il ###ın ##-dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \o "şəhər (rayon) icra hakimiyyəti orqanları" \t "_blank" müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Belə ki, iş materiallarında müəyyən olunur ki, iddiaçı İddiaçı Sumqayıt şəhər bələdiyyəsinin X4 tərəfindən Novxanı bağ massivi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi ##.##.2005-ci il tarixli ***** nömrəli “Bağ sahəsinin qısamüddətli icarəyə verilməsinə dair” müqavilə əsasında icarəyə verilmişdir. Iddiaçı həmin müqaviləyə istinad etməklə sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının cavabdeh inzibati orqanın üzərinə qoyulmasını tələb etmişdir. Iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin ##.##.2025-ci il tarixli məktubu ilə müraciətin təmin edilməsindən imtina olunmuşdur. Imtinanın əsaslarından biri kimi həmin torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas təşkil etməməsi göstərilmişdir. Bundan başqa, torpaq sahəsinin yerləşmə mövqeyi və konfiqurasiyasını müəyyən etməyə imkan verən sxematik planın təqdim edilməməsi, habelə inventarlaşdırma və ölçmə işlərinin aparılması üçün daşınmaz əmlaka texniki baxış keçirilməsinə şərait yaradılmaması da cavabdeh tərəfindən qeyd edilmişdir. Hazırkı iş üzrə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas kimi istinad etdiyi sənəd isə torpaq sahəsinin qısamüddətli icarəyə verilməsinə dair müqavilədir. Icarə müqaviləsi öz hüquqi mahiyyətinə görə torpaq sahəsi üzərində mülkiyyət hüququnun deyil, həmin əmlakdan müəyyən müddət ərzində istifadə və ona sahiblik imkanının yaranmasına xidmət edən hüquqi əsasdır. Bu səbəbdən yalnız torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin mövcudluğu həmin sahə üzərində icarəçinin mülkiyyət hüququnun yaranmasına və həmin hüququn dövlət qeydiyyatına alınmasına əsas vermir. Iş materiallarında isə iddiaçıya məhz mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ verən və ya belə hüququn yaranmasını təsdiq edən digər hüquqi əsasın mövcudluğu müəyyən edilmir. Əksinə, birinci instansiya məhkəməsinin araşdırması zamanı mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən və dövlət reyestrindən çıxarışla təmin edilmiş torpaq sahələri üzrə hüquqların yaranmasına əsas olmuş sənədlərin həmin torpaq sahələrinin bələdiyyənin müvafiq qərarları ilə satılması ilə bağlı olduğu müəyyən edilmişdir. Iddiaçının apellyasiya şikayətində əsasən həmin torpaq sahəsinin əvvəllər bələdiyyə tərəfindən onun mülkiyyətinə satıldığı, alqı-satqı haqqının ödənildiyi, Sumqayıt Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarının qəbul edildiyi, lakin sonradan torpaq sahəsinin icarə hüququ əsasında rəsmiləşdirildiyi, habelə qonşu torpaq sahələrinin digər şəxslərin mülkiyyətinə verildiyi halda onun torpaq sahəsinin icarəyə verilməsinin ayrı-seçkilik və qanun pozuntusu təşkil etdiyi irəli sürülür. Əvvəla, apellyasiya şikayətində istinad edilən Sumqayıt Bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** nömrəli qərarının mövcudluğu özlüyündə həmin qərarın iddiaçıya mübahisəli torpaq sahəsi üzərində məhz mülkiyyət hüququ yaratdığını təsdiq edən kifayət qədər hüquqi əsas kimi qiymətləndirilə bilməz. Belə ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yalnız inzibati orqanın hər hansı qərarının mövcudluğu deyil, həmin qərarın məzmunundan şəxsin konkret daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasının irəli gəlməsi və bunun qanunvericiliyin tələblərinə uyğun olması zəruridir. Hazırkı iş üzrə isə iddiaçının özünün də apellyasiya şikayətində qeyd etdiyi kimi, sonrakı sənədləşmədə torpaq sahəsi onun adına mülkiyyət hüququ ilə deyil, icarə hüququ əsasında rəsmiləşdirilmişdir. Iş materiallarında da iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasını bilavasitə təsdiq edən hüquqmüəyyənedici sənəd müəyyən olunmamışdır. Iddiaçının torpaq sahəsinin alqı-satqısı üçün bələdiyyəyə 2500000 (AZM) manat vəsait ödədiyi və bununla bağlı kassa mədaxil orderinin tərtib edildiyi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının özündə belə sənədin olmaması və həmin sənədin bələdiyyə tərəfindən saxlanma müddətinin başa çatması səbəbindən məhv edildiyinin bildirilməsi şəraitində yalnız iddiaçının izahatına əsasən torpaq sahəsinin məhz mülkiyyət hüququ ilə satılması barədə qəti nəticəyə gəlmək mümkün deyildir. Əksinə, iş üzrə mövcud sənədlərdən mübahisəli torpaq sahəsinin iddiaçıya icarəyə verilməsini təsdiq edən ##.##.2005-ci il tarixli ***** nömrəli müqavilənin mövcud olduğu müəyyən edilir. Birinci instansiya məhkəməsi də məhz işdə olan sənədləri, o cümlədən həmin müqaviləni və cavabdeh inzibati orqanın təqdim etdiyi materialları qiymətləndirərək iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanuni əsasın mövcud olmadığı qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeydiyyat orqanının vəzifəsi mövcud olmayan və ya qanuni əsaslarla yaranması sübuta yetirilməyən mülkiyyət hüququnu yaratmaq deyil, qanunvericiliklə müəyyən edilmiş əsaslar əsasında yaranmış daşınmaz əmlaka hüquqları dövlət reyestrində qeydiyyata almaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və 139.3-cü maddələrinə əsasən, daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalı və bu qeydiyyat qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilməlidir. Bu baxımdan, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün həmin hüququn yaranmasına əsas olmuş hüquqmüəyyənedici sənədin mövcudluğu və onun qanunvericiliyin tələblərinə cavab verməsi zəruridir. Hazırkı halda isə belə hüquqi əsas kimi təqdim edilən ##.##.2005-ci il tarixli ***** nömrəli müqavilə öz hüquqi mahiyyətinə görə torpaq sahəsinin qısamüddətli icarəyə verilməsinə dair müqavilədir və həmin sənəd torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasını təsdiq etmir. Bununla da müəyyən edilir ki, iddiaçının torpaq üzərində mülkiyyət hüququnun qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“Inzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci mad.). Birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1164/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1164/2026
07.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver