Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1166/2026 27.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, iddiaçı İddiaçı nümayəndəsi X7, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “xxxx”nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh X1rşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İş materiallarından görünür ki, iddiaçıya sağlamlıq vəziyyəti ilə bağlı ilk dəfə ##.##.2014-cü il tarixdə Xudat şəhər xəstəxanasında keçirilmiş tibbi müayinənin nəticəsinə əsasən, iddiaçıya “hər iki aşağı ətraf venalarının tez-tez kəskinləşən xroniki tromboflebitilimfostaz, diffuz toksik zob (II–III dərəcə), toksiki miokardit, sinus aritmiyası, QDÇ İ–II dərəcə, yerişin pozulması” diaqnozu qoyulmuş və ümumi xəstəlik səbəbindən 1 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra, ##.##.2014-cü il tarixdə keçirilmiş növbəti tibbi müayinə nəticəsinə görə iddiaçıya yenidən 1 il müddətinə 2-ci dərəcəli əlillik təyin olunmuşdur. ##.##.2015-ci il tarixdə aparılmış müayinənin nəticəsinə əsasən “hər iki aşağı ətraf venalarının tromboflebiti, dəridə trofiki yaralarla müşayiət olunan diffuz tirotoksikoz (II dərəcə)” diaqnozu qoyulmuş və bu səbəbdən ona yenidən 1 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Növbəti tibbi müayinənin nəticəsinə əsasən isə ##.##.2016-cı il tarixdən 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin olunmuşdur, lakin cavabdeh Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ##.##.2022-ci il tarixindən etibarən iddiaçının barəsində əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir. İddiaçı dəfələrlə əlilliyin təyin olunması barədə cavabdeh quruma müraciət etsə də, müraciətləri cavabsız qalmış, sonuncu müraciətinə isə ##.##.2025-ci il tarixli, *-**-*/*-A- ****/**** saylı cavabla rədd cavabı verilmişdir. Sonuncu dəfə ##.##.2025-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyin edilməsindən imtina olunmuşdur. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertizası və Reabilitasiya Agentliyinin “##.##.2022-ci il tarixdən əlilliyin təyin olunmaması barədə” qərarının ləğv edilməsi, ##.##.2022-ci il tarixindən indiyədək ödənilməmiş pensiyanın cavabdehdən tutularaq, ona ödənilməsi və 2-ci dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ##.##.2025-ci il tarixdən ümumi xəstəlik ilə əlaqədar orqanizmin funksiyalarının 3560 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzrinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırkı inzibati iş üzrə cavabdeh qismində iştirak edən Cavabdeh X1in (VÖEN: **********) fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” *** saylı, ## #### 2026-cı il tarixli Fərmanı əsasında yenidən təşkil edilmə (birləşmə) nəticəsində xitam verilmişdir. Sözügedən yenidən təşkil olunma nəticəsində “xxxx” X1 (VÖEN: **********) yaradılmış və əvvəlki X1 bütün hüquq və öhdəlikləri, o cümlədən məhkəmə işləri üzrə hüquq və vəzifələri hüquq varisliyi qaydasında yeni yaradılmış publik hüquqi şəxsə keçmişdir. Bu səbəbdən də Prosessual hüquq varisliyinə dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əsasən, məhkəmə kollegiyası tərəfindən cavabdeh Cavabdeh X1 (VÖEN: **********) hüquqi varis olan “xxxx” X1 (VÖEN: **********) ilə əvəz edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ## #### 1967-ci ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuşdur. Sağlamlıq vəziyyəti ilə bağlı ilk dəfə ##.##.2014-cü il tarixdə Xudat şəhər xəstəxanasında keçirilmiş tibbi müayinənin nəticəsinə əsasən, iddiaçıya “hər iki aşağı ətraf venalarının tez-tez kəskinləşən xroniki tromboflebitilimfostaz, diffuz toksik zob (II–III dərəcə), toksiki miokardit, sinus aritmiyası, QDÇ İ–II dərəcə, yerişin pozulması” diaqnozu qoyulmuş və ümumi xəstəlik səbəbindən 1 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra, ##.##.2014-cü il tarixdə keçirilmiş növbəti tibbi müayinə nəticəsinə görə iddiaçıya yenidən 1 il müddətinə 2-ci dərəcəli əlillik təyin olunmuşdur. ##.##.2015-ci il tarixdə aparılmış müayinənin nəticəsinə əsasən “hər iki aşağı ətraf venalarının tromboflebiti, dəridə trofiki yaralarla müşayiət olunan diffuz tirotoksikoz (II dərəcə)” diaqnozu qoyulmuş və bu səbəbdən ona yenidən 1 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Növbəti tibbi müayinənin nəticəsinə əsasən isə ##.##.2016-cı il tarixdən 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin olunmuşdur, lakin cavabdeh — xxxx tərəfindən ##.##.2022-ci il tarixindən etibarən iddiaçının barəsində əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir. İddiaçı hesab edir ki, bu qərar qanunsuz və əsassızdır. İddiaçı dəfələrlə əlilliyin təyin olunması barədə cavabdeh quruma müraciət etsə də, müraciətləri cavabsız qalmış, sonuncu müraciətinə isə ##.##.2025-ci il tarixli, *-**-*/*-A-****/**** saylı cavabla rədd cavabı verilmişdir. Həmin cavabda göstərilmişdir: “Müəyyən edilmişdir ki, müraciətinizə əsasən, ##.##.2022-ci il tarixində ** nömrəli Tibbi-sosial ekspert komissiyasında əyani müayinə olunmusunuz. Təqdim edilən tibbi sənədlər və aparılmış ətraflı əyani müayinələrin nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığından ##.##.2022-ci tarixdən əlilliyin təyin edilməməsi barədə qərar qəbul edilmişdir.”, lakin iddiaçı həmin qərarla razı deyil, çünki səhhətində mövcud əlillik əlamətləri davam etməkdədir. Bu səbəbdən, yenidən müayinədən keçmişdir. Belə ki, ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Akademik M.A. Topçubaşov adına X6 aparılmış müayinənin nəticəsi olaraq verilmiş Ambulator Kitabçadan çıxarışda göstərilmişdir ki, hər iki aşağı ətrafda trofik pozğunluqlar artaraq davam edir, dərialtı venalar gedişi boyu genişlənmiş, divarları qalınlaşmışdır, topuq və baldır nahiyələri ödemli və hiperpiqmentasiyalıdır, topuqlarda çapıqlaşmış və sağalmayan yaralar mövcuddur. Bundan başqa, əlillik təyinatının ləğvi iddiaçının sosial müdafiə hüquqlarımı ciddi şəkildə pozmuşdur. Əlillik statusunun itirilməsi nəticəsində iddiaçı həm mühüm maliyyə dəstəyindən, həm də həyati əhəmiyyət kəsb edən zəruri tibbi müalicə və reabilitasiya xidmətlərindən məhrum edilmişdir. Bu qərar iddiaçının kompleks sağlamlıq ehtiyaclarını təmin edən əsas tibbi xidmətlərə çıxışını məhdudlaşdırmış, gündəlik həyatını çətinləşdirmişdir. Nəticə etibarilə, cavabdehin əsassız qərarı iddiaçını həm fiziki, həm də mənəvi baxımdan zərərə uğratmış, iqtisadi cəhətdən isə əlillik pensiyasından məhrum edərək iddiaçının maliyyə vəziyyətini kəskin pisləşdirmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, vətəndaşın əlillik vəziyyəti səhiyyə müəssisəsinin K********RJI saylı göndərişi əsasında ##.##.2025-ci il tarixdə qiymətləndirilmiş və imtina barədə qərar verilmişdir. Səhiyyə müəssisəsinin göndərişində Əsas d.z: Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, Aşağı ətrafların varkoz xəstəliyi IV dərəcə. Ağırlaşma: (Xroniki) (periferik) venoz çatışmazlıq, aşağı ətrafların IV-V sinif xroniki venoz çatmamazlığı. Hərəkətin və yerişin pozulmaları, hərəkət və yerişin pozulması. Şikayətləri: Aşağı ətraflarında olan küt ağrılardan, hərəkət zamanı ağrıların artmasından,axsamadan, daimi dərman qəbulundan. Dəri və görünən selikli qişaları: adi rəngdədir. Dərialtı piy qatı: normal inkişaf etmişdir. Periferik limfa düyünləri : böyüməyib. Sümük-əzələ sistemi: Patalogiyasızdır. Tənəffüs sistemi : Auskultasiya zamanı ağ ciyərlərində vezikulyar tənəffüs eşidilir. Ürək-qan damar sistemi: A/t 150/80, Ps 78, ürək tonları aydındır. Həzm sistemi: dili təmizdir, qarnı yumşaqdır, palpasiyada ağrısızdır, qara ciyər və dalaq əllənmir. Sidik-cinsiyyət sistemi: Pasternatski simptomu hər iki tərəfdə mənfidir. Sinir sistemi (psixi status): Bəbəkləri d=s. Göz almaların hərəkətləri kənarlara doğru tamdır. Üzü simmetrik. Burun dodaq büküşü d=s. Dili orta xətt üzrədir. Vətər və sümük üstü refleksləri canlıdır. Status lokalis (status prezent): Hər iki aşağı ətraflarda venalar gedişi boyu genişlənmiş kələf təşkil edir, əksər hissələrdə divarları qalınlaşmışdır. Topuq və baldır ödemlidir. Xəstənin vəziyyəti orta ağırdır. Xəstəyə 9 (doqquz) dəfə imtina qərarı verilib. Qeydiyyatda olduğu bölgə üzrə ərazi TSEK-nə yaxınlaşması qərarı verilib, bu səbəbdən əyani müayinə olunub. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq, “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən, tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdən ümumi xəstəliklə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh X1 üzərinə qoyulmuşdur. (hakim Mehriban Mahmudlu-Abbaszadə). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI. a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. Əlavə olaraq qeyd etmişdir ki, brinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq onların etirazlarını belə təhrif edərək, guya etiraz şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə xxxx tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin“Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar iddiaçının forma ** nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Kollegiya ilk növbədə onu qeyd edir ki, iddiaçı İddiaçı sağlamlıq vəziyyəti ilə bağlı ##.##.2014-cü il tarixdən başlayaraq müxtəlif dövrlərdə aşağı ətraf venalarının xroniki xəstəliyi və onun ağırlaşmaları ilə əlaqədar əlillik təyin edilmiş, son olaraq ##.##.2016-cı il tarixdən 5 il müddətinə 2-ci dərəcəli əlillik müəyyən olunmuşdur. Sonradan, ##.##.2022ci il tarixdən etibarən iddiaçı barəsində əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir. Bu hallar iddiaçının aşağı ətrafların venoz sistemi ilə bağlı xəstəliyinin yeni və epizodik deyil, uzun müddət davam edən xroniki xarakter daşıdığını göstərir. İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyəti K********RJI saylı Forma 088 göndərişi əsasında ##.##.2025-ci il tarixdə qiymətləndirilmişdir. Həmin göndərişdə əsas diaqnoz kimi aşağı ətrafların IV dərəcəli varikoz xəstəliyi (İ83.9), ağırlaşma kimi aşağı ətrafların IV-V sinif xroniki venoz çatışmazlığı (İ87.2), habelə hərəkətin və yerişin pozulması göstərilmiş, status lokalisdə hər iki aşağı ətrafda venaların gedişi boyu genişlənməsi, divarların qalınlaşması, topuq və baldır nahiyələrində ödem qeyd edilmişdir. Cavabdehin ##.##.2025-ci il tarixli qiymətləndirməsi üzrə imtina qərarında “Diaqnoz əlillik əlaməti təyin etməməsi” göstərilərək iddiaçıya əlilliyin müəyyən edilməsindən imtina olunmuşdur. Lakin həmin nəticə Forma 088 göndərişində təsvir olunan klinik-funksional əlamətlər, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının nəticələri və sonrakı instrumental müayinələrlə uzlaşmır. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 tərəfindən verilmiş T ***/**** saylı ekspert rəyində Forma 088-də göstərilmiş İ83.9, İ83.1, İ87.2, İ83.0 və R26 kodlu diaqnozların iddiaçının anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulduğu göstərilmişdir. Ekspertiza zamanı ##.##.2026-cı il tarixdə hər iki aşağı ətrafda venaların gedişi boyu kəskin nəzərə çarpan varikoz genişlənmələr, hər iki baldır və topuqda ödem müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində istinad etdiyi “diaqnozun mövcudluğu əlillik üçün kifayət deyil” dəlilini ayrıca qiymətləndirərək qeyd edir ki, hazırkı işdə məhkəmə yalnız diaqnozun adına əsaslanmamışdır. Diaqnozla yanaşı, onun klinikfunksional təzahürləri, hər iki aşağı ətrafda ödem və nəzərə çarpan varikoz dəyişikliklər, IV-V sinif xroniki venoz çatışmazlıq, hərəkət və yeriş pozuntuları, instrumental müayinələrin nəticələri və məhkəmə-tibbi ekspertizasının rəyi birlikdə qiymətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.5 və 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün qanunvericiliklə tələb olunan əsaslara aid edilmişdir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iddiaçıya əvvəlki illərdə də məhz aşağı ətraf venalarının xroniki xəstəliyi və onun ağırlaşmaları ilə əlaqədar təkrarən əlillik təyin edilmiş, ##.##.2016-cı il tarixdən isə 5 il müddətinə 2-ci dərəcəli əlillik müəyyən olunmuşdur. Hazırkı qiymətləndirmə zamanı da aşağı ətrafların venoz xəstəliyinə aid klinik əlamətlərin və funksional pozuntuların davam etməsi xəstəlik prosesinin davamlı xarakterini təsdiq edən hal kimi nəzərə alınmalıdır. T ***/**** saylı ekspert rəyindən görünür ki, iddiaçı ##.##.2026-cı il tarixdə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində aşağı ətraf venalarının doppler müayinəsindən keçirilmiş və “aşağı ətrafların varikoz xəstəliyi, hər iki BDV və KDV-nin varikozu, aşağı ətrafların IV-V sinif xroniki venoz xəstəliyi, ödemli-indurativ hiperpiqmentasiya, tez-tez təkrarlanan trofik yara” diaqnozu müəyyən edilmişdir. Bu obyektiv instrumental müayinə nəticələri Forma 088-də göstərilən diaqnoz və ağırlaşmalarla mahiyyət etibarilə üst-üstə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 2.7.1-ci yarımbəndində xroniki venoz xəstəliklərinin beynəlxalq təsnifatının (CEAP sistemi) 4-5-ci sinif klinik təzahürlərinə uyğun gələn, o cümlədən xoralı olmayan, statodinamik funksiyaların orta dərəcədə pozulması ilə hər iki ətrafın zədələnməsi orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına və 2 il müddətinə əlilliyin müəyyən edilməsinə əsas verən hal kimi nəzərdə tutulmuşdur. Bu baxımdan, ##.##.2026-cı il tarixli ekspert müayinəsi zamanı aktiv xoranın aşkar edilməməsi özlüyündə iddiaçının həmin meyara uyğun gəlmədiyini göstərmir. Belə ki, 2.7.1-ci yarımbənd yalnız aktiv xoralı vəziyyəti deyil, həm də hər iki aşağı ətrafda CEAP 4-5-ci sinif klinik təzahürlərinə uyğun gələn, xoralı olmayan və statodinamik funksiyaların orta dərəcədə pozulması ilə müşayiət edilən xroniki venoz xəstəliyini də əhatə edir. İş materiallarında iddiaçının hər iki aşağı ətrafında ödemli-indurativ hiperpiqmentasiya, IV-V sinif xroniki venoz çatışmazlıq, nəzərə çarpan varikoz genişlənmələr, hərəkət və yerişin pozulması, eləcə də tez-tez təkrarlanan trofik yaralara dair məlumatların mövcudluğu nəzərə alındıqda, birinci instansiya məhkəməsinin 2.7.1ci yarımbəndi tətbiq etməsi iş üzrə müəyyən edilmiş tibbi faktlarla uyğunluq təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya daha yüksək faiz dərəcəsini deyil, məhz 35-60 faiz həddində və 2 il müddətinə əlilliyin müəyyən edilməsini cavabdehin üzərinə qoymuşdur. Bu nəticə həm iddia tələbinin hədlərinə, həm də iş materiallarında təsdiq olunan IV-V sinif xroniki venoz xəstəlik, ödemli-indurativ dəyişikliklər və orta dərəcəli statodinamik funksional pozuntular üçün normativ meyarlarda nəzərdə tutulan göstəriciyə uyğundur. Bu baxımdan cavabdehin əlilliyin müəyyən edilməsindən imtina edərkən yalnız “diaqnoz əlillik əlaməti təyin etmir” nəticəsi ilə kifayətlənməsi, iddiaçının xeyrinə olan Forma 088 məlumatlarını, IV-V sinif xroniki venoz çatışmazlığı, hər iki aşağı ətrafda ödem və varikoz dəyişiklikləri, hərəkət və yeriş pozuntularını, doppler müayinəsinin nəticələrini və məhkəmə-tibbi ekspertizasının rəyini yetərincə qiymətləndirməməsi “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş hərtərəfli, tam və obyektiv araşdırma vəzifəsinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əlilliyin qiymətləndirilməsi inzibati orqanın səlahiyyətinə aid olsa da, bu səlahiyyət mütləq mülahizə sərbəstliyi demək deyildir. İnzibati orqan həmin səlahiyyəti yalnız tam, obyektiv və əsaslandırılmış tibbi-sosial qiymətləndirmə əsasında həyata keçirə bilər. Əks halda, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin mənasında inzibati akt hüquq normalarının düzgün tətbiq edilməməsi və faktiki halların tam araşdırılmaması nəticəsində qanunsuz hesab olunur. Apellyasiya şikayətinin dəlillərində cavabdeh göstərmişdir ki, məhkəmə tibbi bilik tələb edən sahəyə müdaxilə etmiş və orqanın diskresion səlahiyyətinə əsasız təsir göstərmişdir. Lakin məhkəmənin qərarından aydın olur ki, məhkəmə heç bir halda tibbi nəticə çıxarmamış, yalnız təqdim olunmuş tibbi sənədlərin və ekspert rəylərinin hüquqi qiymətləndirilməsini aparmışdır. “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsinə və İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə görə, məhkəmə inzibati aktın qanuniliyini və əsaslılığını yoxlamaqla mübahisənin düzgün həllinə yönəlmiş bütün faktiki halları müstəqil şəkildə araşdırmağa borcludur. Bu baxımdan, məhkəmənin fəaliyyəti inzibatiorqanın səlahiyyətlərinə müdaxilə deyil, həmin səlahiyyətlərin qanuna uyğun həyata keçirilib-keçirilməməsinin hüquqi nəzarəti kimi qiymətləndirilməlidir. O da nəzərə alınmalıdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Hazırkı işdə iddiaçı barəsində tibb müəssisəsinin göndərişi əsasında əlilliyin müəyyən edilməsindən imtina haqqında cavabdehin müvafiq qiymətləndirməsi ##.##.2025-ci il tarixdə qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iddiaçıya əlilliyin məhz ##.##.2025-ci il tarixdən müəyyən edilməsi barədə gəldiyi nəticə bu baxımdan qanunvericiliyin tələblərinə uyğundur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən, imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda isə sonuncu imtina tarixindən təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçıya müvafiq əlilliyin sonuncu imtina tarixindən (##.##.2025-ci il tarixdən) müəyyən edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Bütün göstərilən hüquqi və faktiki halları nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı tam, əsaslı və qanunauyğundur. İddiaçının xəstəliyi və funksional məhdudiyyətləri “Əlilliyin müəyyən olunması meyarları” ilə tam uyğunluq təşkil etdiyindən, iddiaçının əlillik təyin edilməsi barədə tələbi əsaslıdır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Bu səbəbdən, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.