Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1169/2026 07.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, Iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı Müstəqil Müəssisəsinin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “Abşeron Rayon Icra Hakimiyyətinin ##.##.1997-ci il tarixli *** nömrəli sərəncamı ilə ayrılmış Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt şossesi Xırdalan kanalizasiya stansiyasının şimal hissəsində yerləşən, Abşeron rayon Icra Hakimiyyəti Başçısı tərəfindən ##.##.2005-ci il tarixdə təsdiq edilmiş “Tikinti-Quraşdırma Işləri Başa X7 X2” Qəbul Komissiyasının ##.##.2005-ci il tarixli aktı ilə istismara qəbul edilmiş tikintisi başa çatmış obyektin altında olan 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI Abşeron Rayon Icra Hakimiyyətinin ##.##.1997-ci il tarixli *** nömrəli sərəncamı ilə İddiaçı müstəqil kiçik müəsssisəsinin məktubu ilə əlaqədar rayon icra hakimiyyəti başçısının ##.##.1997-ci il tarixli *** nömrəli sərəncamına əsasən təşkil edilmiş komissiya tərəfindən həmin müəssisəyə üzlük materialları sexinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə təqdim olunmuş sənədlər və “xxxx” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəssisə tərəfindən ona ayrılmış torpaq sahəsinə görə 123.206 manat vəsaitin xüsusi hesaba köçürməsi nəzərə alınaraq, Xırdalan qəsəbəsinin kanalizasiya nasos stansiyasının yaxınlığında, şimal istiqamətindəki boş istifadəsiz ərazidən 20x15=300 kv.m (0.03 ha) ölçüdə torpaq sahəsi İddiaçı müstəqil müəsssisəsinə üzlük materialları sexinin tikintisi üçün ayrılmışdır. DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş ##.##.2007-ci il tarixli *** nömrəli rəydən görünür ki, Abşerov rayon Icra Hakimiyyəti Başçısının ##.##.1997-ci il tarixli *** №-li Sərəncamına əsasən İddiaçı kiçik müəssisəsinə üzlük materialları sexinin tikintisi məqsədi ilə 0.03 hektar torpaq olmaqla ayrılmış torpaq sahəsi qanuna müvafiqdir və DTXK-nın Abşeron rayon şöbəsi həmin torpaq sahələrinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş ##.##.2007-ci il tarixli ***************** reyestr nömrəli torpaq sahəsini kadastrı planından görünür ki, Abşerov rayon Icra Hakimiyyəti Başçısının ##.##.1997-ci il tarixli *** №-li Sərəncamına əsasən İddiaçı kiçik müəssisəsinə üzlük materialları sexinin tikintisi məqsədi ilə ayrılmış 0.03 hektar torpaq sahəsi ilə bağlı kadastr planı tərtib edilmişdir və X3 kitabına ##.##.2007-ci il tarixdə 3000 nömrə ilə uçota alınmışdır. Torpaq sahəsinin sxemi və koordinatları göstərilmişdir. Abşeron rayonu Xırdalan Bələdiyyəsinin tərtib etdiyi yerquruluşu planından çıxarış iş materiallarına əlavə olunmuşdur. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış ## #### 2022-ci il tarixli, № **-26/2-03/01-#/#/2779/202* saylı məktubunda qeyd edilir ki, təqdim olunan koordinatlar daxilində "xxxx" ASC-yə aid torpaq sahəsi müəyyən edilməmişdir. “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli məktubuna əsasən təqdim edilən koordinatlar daxilində “xxxx” ASC-yə aid torpaq sahəsi müəyyən edilməmişdir. DƏDKR-in * saylı Abşeron Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli 3-21-3-32/2- ****/**** nömrəli məktubunda qeyd edilir ki, aparılan araşdırma zamanı torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənədici sənədlərin müraciətə əlavə olunmadığı aşkar edilmişdir. Bundan əlavə, sözügedən torpaq sahəsinin “xxxx” ASC-nin istifadəsində (istismarında) olan su kəmərinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Bununla da cavabdeh inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə istinad edilərək ərizənin təmin edilməsindən imtina etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Abşeron rayonu Xırdalan şəhərində yerləşən, ona məxsus 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, Abşeron Rayon Icra Hakimiyyətinin ##.##.1997-ci il tarixli *** nömrəli sərəncamı ilə ayrılmış Abşeron rayonu Xırdalan şəhəri Bakı- Sumqayıt şossesi Xırdalan kanalizasiya stansiyasının şimal hissəsində yerləşən, Abşeron rayon Icra Hakimiyyəti Başçısı tərəfindən ##.##.2005-ci il tarixdə təsdiq edilmiş “Tikinti- Quraşdırma Işləri Başa X7 X2” Qəbul Komissiyasının ##.##.2005-ci il tarixli aktı ilə istismara qəbul edilmiş tikintisi başa çatmış obyektin altında olan 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*-**/*-****/**** nömrəli, ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn yeni struktur dəyişikliklərinə əsasən ərazi idarələri DƏDKR-in struktruna daxil olan bölmələr kimi fəaliyyət göstərirlər. Ona görə də idarələrin məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Yəni, bu hüquq DƏDKR-in özünə məxsusdur. Belə olan halda hazırkı iş üzrə cavabdeh kimi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh tanınmışdır. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Icra Hakimiyyəıti başçısının ##.##.1997-ci il tarixli *** saylı sərəncamına əsasən İddiaçı müsqətil müəsssisəsinə üzlük materialları sexinin tikintisi üçün Xırdalan qəbəsinin kanalizasiya nasos stansiyasının yaxınlığında 0.03 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş ## ###### 2007- ci il tarixli, *** saylı rəyə əsasən Abşerov rayon Icra Hakimiyyəti Başçısının ##.##.1997-ci il tarixli, *** №-li Sərəncamına əsasən İddiaçı müəssisəsinə üzlük materialları sexinin tikintisi məqsədi ilə 0.03 hektar torpaq olmaqla ayrılmış torpaq sahəsi qanuna müvafiqdir və DTXK-nın Abşeron rayon şöbəsi həmin torpaq sahələrinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sözügedən 0.03 ha torpaq sahəsinin Kadastrı planı tərtib edilmiş, imza və möhürlə təsdiq edilmişdir. Qeyd edilən 0.03 ha torpaq sahəsi 28 ildir ki, İddiaçı müəssisəsinin qanuni əsaslarla istifadəsindədir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Abşeron ərazi idarəsinə ## ### 2025-ci ildə müraciət edərək sözügedən 0.03 ha torpaq sahəsi üzərində hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli *- **-*-**/*-****/**** saylı cavabında bildirmişdir ki, “aparılan araşdırma zamanı torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənədici sənədlərin hazırki müraciətinizə əlavə olunmadığı aşkar edilmişdir”. Bundan əlavə, cavabdeh qeyd edilən cavab məktubunda göstərir ki, “sözügedən torpaq sahəsinin “xxxx” ASC-nin istifadəsində (istismarında) olan su kəmərinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir”. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış ## #### 2022-ci il tarixli **-**/*-**/**-*/*/****/**** saylı məktubunda qeyd edilir ki, təqdim olunan koordinatlar daxilində “xxxx” ASC-yə aid torpaq sahəsi müəyyən edilməmişdir. Cavabdeh ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda həmçinin göstərmişdir ki, 0.03 ha torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğu üçün torpaq sahəsinin rəsmləşdirilməsi ilə bağlı (icarə, alqısatqı) aidiyyatı üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsinə müraciət etmək tövsiyə olunur. Cavabdehin mövqeyi ilə razı olmadıqları bildirilmişdir. Belə ki, torpaq sahəsi İddiaçı müəssisəsinə məhz, Abşeron rayon Icra Hakimiyyəti Başçısı tərəfindən ## #### 1997-ci il tarixli *** nömrəli sərəncamı ilə ayrılmışdır. İddiaçı kiçik müəssisəsinə torpaq sahəsi qanuni əsaslarla ayrılmışdır. Dövlət və Bələdiyyə torpaqlarının sərhədlərinin müəyyən edilməsi onların səlahiyyətlərinə aid deyil, Sərəncam Azərbaycan Respublikası Prezidentinin Abşeron rayonu üzrə səlahiyyətli nümayəndəsi olan Icra Hakimiyyətinin Başçısı tərəfindən verilmişdir. Qeyd edilən 0.03 ha torpaq sahəsi 28 ildir ki, İddiaçı kiçik müəssisəsinin istifadəsindədir. Bu illər ərzində torpaq vergisi tərəfimdən ödənilmişdir. Torpaq sahəsinə bitişik olan ətrafdakı torpaq sahələrinə çıxarışlar verilmişdir: Məsələn, X1 adına 0,10 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, ##.##.2016 qeydiyyat tarixli, X4 adına ********** qeydiyyat nömrəli, ##.##.2023 qeydiyyat tarixli, X5 adına ********** qeydiyyat nömrəli, ##.##.2024 qeydiyyat tarixli və X1 adına verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2013 qeydiyyat tarixli çıxarışlar verilmişdir. Beləliklə, cavabdehin imtina məktubunda gətirdiyi dəlillər əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin müraciətə əlavə olunmadığı, sözügedən torpaq sahəsinin "xxxx" ASC-nin istifadəsində (istismarında) olan su kəmərinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin (hakim Rahim Həsənov) ##.##.2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron Rayon Icra Hakimiyyətinin ## ###### 1997-ci il tarixli *** nömrəli Sərəncamı ilə ayrılmış, Abşeron rayonu Xırdalan şəhəri Bakı- Sumqayıt şossesi, Xırdalan kanalizasiya stansiyasının şimal hissəsində yerləşən, Abşeron rayon Icra Hakimiyyəti Başçısı tərəfindən ## ### 2005-ci il tarixdə təsdiq edilmiş, “Tikinti- Quraşdırma Işləri Başa X7 X2" Qəbul Komissiyasının ## ### 2005-ci il tarixli aktı ilə istismara qəbul edilmiş tikintisi başa çatmış obyektin altında olan 0,03 ha torpaq sahəsi üzərində İddiaçı Müstəqil Müəssisəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə həvalə edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron Rayon Icra Hakimiyyətinin ## ###### 1997-ci il tarixli *** nömrəli Sərəncamı ilə İddiaçı Müstəqil Müəssisəsinə 0.03 ha torpaq sahəsi ayrılmış və həmin sərəncamların pryedusiyallığı öz qüvvəsini saxlayır. Sözügedən torpaq sahəsi 30 ildən çoxdur ki, iddiaçının istifadəsində və faktiki sahibliyindədir. Göründüyü kimi icra hakimiyyətinin qərarı əsasında qeyd olunan torpaq sahəsi iddiaçıya verilmiş və bu günədək həmin torpaq sahəsindən mübahisəsiz istifadə edir. Məhkəmə cavabdehin idarənin etirazına dair gətirdiyi arqumenti əsassız hesab edərək, qeyd etməyi zəruri billir ki, Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiq edilmiş Cavabdehn Nizamnaməsinin 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifələri hesab edilir. Cavabdeh öz xidməti vəzifəsinə görə torpaq sahəsinin plan və ölçüsünün verilməsi torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün tələb edilir. Bu isə cavabdeh təşkilatın torpaq sahəsinin ilkin mülkiyyətçisinin mülkiyyət hüquqları qeydə alınan zaman hüquqmüəyyənedici sənədlərinin verilmədiyinə dair gətirdyi arqumenti əsassız edir. Hesab olunur ki, cavabdeh təşkilat sonradan qanunla üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsindən boyun qaçırmaqda haqlı olmadığına görə yaranmış çatışmamazlığı aradan qaldırmalıdır. Cavabdehin gətirdiyi 2-ci arqumentə münasibətdə məhkəmə qeyd edir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubdan görünür ki, təqdim olunan koordinatlar daxilində “xxxx” ASC-yə aid torpaq sahəsi müəyyən edilməmişdir. Beləliklə, cavabdehin etirazı əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 1.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi Abşeron Rayon Icra Hakimiyyətinin ## ###### 1997-ci il tarixli *** nömrəli Sərəncamı ilə ayrılmış, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, Xırdalan kanalizasiya stansiyasının şimal hissəsində yerləşən, Abşeron rayon Icra Hakimiyyəti Başçısı tərəfindən ## ### 2005-ci il tarixdə təsdiq edilmiş, “Tikinti-Quraşdırma Işləri Başa X7 X2" Qəbul Komissiyasının ## ### 2005-ci il tarixli aktı ilə istismara qəbul edilmiş tikintisi başa çatmış obyektin altında olan 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin müraciətə əlavə olunmadığı, sözügedən torpaq sahəsinin “xxxx” ASC-nin istifadəsində (istismarında) olan su kəmərinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materialları ilə müəyyən olunur ki, Abşeron Rayon Icra Hakimiyyətinin ##.##.1997-ci il tarixli *** nömrəli sərəncamı ilə İddiaçı müstəqil kiçik müəsssisəsinin məktubu ilə əlaqədar rayon icra hakimiyyəti başçısının ##.##.1997-ci il tarixli *** nömrəli sərəncamına əsasən təşkil edilmiş komissiya tərəfindən həmin müəssisəyə üzlük materialları sexinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə təqdim olunmuş sənədlər və “xxxx” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəssisə tərəfindən ona ayrılmış torpaq sahəsinə görə 123.206 manat vəsaitin xüsusi hesaba köçürməsi nəzərə alınaraq, Xırdalan qəsəbəsinin kanalizasiya nasos stansiyasının yaxınlığında, şimal istiqamətindəki boş istifadəsiz ərazidən 20x15=300 kv.m (0.03 ha) ölçüdə torpaq sahəsi İddiaçı müstəqil müəsssisəsinə üzlük materialları sexinin tikintisi üçün ayrılmışdır. DT və XK-nın Abşeron rayon şöbəsinin ##.##.2007-ci il tarixli *** nömrəli rəyi ilə Abşerov rayon Icra Hakimiyyəti Başçısının ##.##.1997-ci il tarixli *** №-li Sərəncamına əsasən İddiaçı kiçik müəssisəsinə üzlük materialları sexinin tikintisi məqsədi ilə 0.03 hektar torpaq olmaqla ayrılmış torpaq sahəsi qanuna müvafiqdir və DTXK-nın Abşeron rayon şöbəsi həmin torpaq sahələrinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz edilməmişdir. Torpaq sahəsinin kadastr planı tərtib edilmiş və iddiaçının uzun müddət ərzində həmin torpaq sahəsindən faktiki istifadə etdiyi müəyyən edilmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi haqlı olaraq nəzərə almışdır ki, cavabdehin imtinasının əsaslarından biri kimi irəli sürdüyü hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi barədə arqument işin konkret halları baxımından iddianın rədd edilməsinə əsas vermir. Çünki, mübahisəli torpaq sahəsinin ayrılmasını təsdiq edən ##.##.1997-ci il tarixli *** nömrəli sərəncam mövcuddur və həmin sərəncam əsasında torpaq sahəsi iddiaçının qanuni istifadəsinə və sahibliyinə verilmişdir. Eyni zamanda, məhkəmə tərəfindən qeyd olunduğu kimi, torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanması və torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının təmin edilməsi cavabdeh inzibati orqanın səlahiyyət və vəzifələrindən irəli gəlir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Bu baxımdan, qeydiyyat prosesinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin və texniki məlumatların formalaşdırılması məsələsində cavabdehin üzərinə düşən vəzifələrin icrasından yayınması iddiaçının hüququnun reallaşdırılmasına maneə kimi qəbul edilə bilməz. Cavabdehin torpaq sahəsinin “xxxx” ASC-nin istifadəsində olan su kəmərinin mühafizə zolağında yerləşməsi barədə dəlilinə münasibətdə də birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır. Belə ki, “xxxx” ASC-nin ## #### 2025-ci il tarixli məktubundan təqdim edilmiş koordinatlar daxilində “xxxx” ASC-yə aid torpaq sahəsinin müəyyən edilmədiyi görünür. Deməli, cavabdehin qeyd etdiyi hal iş üzrə mötəbər və kifayət qədər sübutla təsdiq olunmur. Digər tərəfdən, inzibati orqan mübahisəli məsələ üzrə qəbul etdiyi qərarın və ya imtinasının qanuniliyini əsaslandırmalı, onun istinad etdiyi faktiki halların mövcudluğunu təsdiq edən sübutları təqdim etməlidir. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən torpaq sahəsinin su kəmərinin mühafizə zolağında yerləşməsini təsdiq edən və iddiaçının hüququnun qeydiyyatını istisna edən kifayət qədər mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əhəmiyyət kəsb edən bütün hallar araşdırılmış, tərəflərin təqdim etdikləri sübutlara lazımi hüquqi qiymət verilmişdir. Iddiaçının uzun müddət ərzində mübahisəli torpaq sahəsindən istifadəsi, torpaq sahəsinin ayrılmasına dair icra hakimiyyəti orqanının sərəncamının mövcudluğu, torpaq sahəsi üzrə kadastr sənədlərinin tərtib edilməsi və digər sənədlərin mövcudluğu nəzərə alınmaqla, onun həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatının təmin edilməsini tələb etmək hüququnun olduğu nəticəsinə gəlmək mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli olan bütün halları araşdırmış, tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət vermiş və cavabdehin imtinasının əsassız olması qənaətinə gəlinmişdir. Belə ki, həmin məhkəmə cavabdehin irəli sürdüyü arqumentlərin heç birinin iddiaçının hüququnun dövlət qeydiyyatına alınmasına maneə yaradan yetərli hüquqi əsas olmadığını əsaslandırmışdır. Beləliklə, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki halları və həmin hallara verdiyi hüquqi qiyməti təkzib etmir. Cavabdeh tərəfindən təqdim edilən arqumentlər iş materialları ilə təsdiq olunmur, qeydiyyatın aparılmasına maneə yaradan konkret hüquqi nəticə doğurmur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1169/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1169/2026
07.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver