Məhkəmə qərarları › İş №2-1(3-8)-117/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-117/2026

25.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-117/2026 25.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X4 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı, Iddiaçının nümayəndəsi nümayəndə2, Iddiaçının vəkili vəkil1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı müddətsiz müəyyən edilmiş əlilliyin dərəcəsinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *- *(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi Işin halları ##.##.2024-cü il tarixli l********ZEV saylı Forma 88 arayışında iddiaçı İddiaçı TSEK-ə göndəriş zamanı aşağıdakı diaqnozlar müəyyən edilmişdir: Əsas diaqnoz - S02 Kəllənin və üz sümüklərinin sınığı, kəllənin və üz sümüklərinin sınığı; Ağırlaşma G81.1 - Spastik hemiplegiya, sağ tərəfli hemiparez (əzələ qüvvəsi 3 bal), motor afaziya elementləri; Ağırlaşma Z98.8 - Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sol tərəfli frontotemporal kranioektomiya, əsas sümüyün qanadının meninqiomasının çıxarılmasından sonrakı vəziyyət. Həmin göndəriş əsasında ##.##.2024-cü il tarixdə Agentlikdə əyani müayinə olunmuş və göndərişdə qeyd edilmiş S02 və G81.1 XBT kodları üzrə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.6.1 (40% müddətsiz) + 6.5.1.1 (40% 1 il müddətinə) bəndlərinə əsasən İddiaçı ##.##.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-nin ##.##.2025-ci il tarixli T***/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən "S02- kəllənin və üz sümüklərinin sınığı, kəllənin və üz sümüklərinin sınığı, G81.1-spastik hemiplegiya, sağ tərəfli hemiparez (əzələ qüvvəsi 3 bal), motorafaziya elementləri. Z98.8- digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, soltərəfli frontotemporal kranioektomiya, əsas sümüyün qanadın meningiomasmın çıxarılmasından sonrakı vəziyyət” xəstəliklərə hazırda da onda rast gəlinir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdehin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı dövlət tibb müəssisəsinin göndərişi əsasında ##.##.2019-cu il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə (##.##.2024-cü il tarixədək) ikinci dərəcə əlillik təyini barədə qərar verilmişdir. Daha sonra İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin F********MTV nömrəli göndərişi əsasında, ##.##.2024cü il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonrakı dövrdə dövlət tibb müəssisəsinin göndərişi əsasında ##.##.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuş və göndərişdə qeyd edilmiş S02 və G81.1 XBT kodları üzrə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.6.1 (40% müddətsiz) + 6.5.1.1 (40% 1 il müddətinə) bəndlərinə əsasən İddiaçı ##.##.2024-cü il tarixdən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Həmçinin göndərişdə qeyd edilən Z98.8 XBT kodu üzrə Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əlilliyin təyini nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-nin ##.##.2026-cı il tarixli T***/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, tərtib edilmiş göndərişdə qeyd edilən "XBT 10 kodu: Əsas diaqnoz: S02-Kəllənin Komissiya tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində 1,2. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert və üz sümüklərinin sınığı. Ağırlaşmalar: G81.1-spastik hemiplegiya, sağtərəfli hemiparez (əzələ qüvvəsi 3 bal) motorafaziya elementləri, Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, soltərəfli frontotemporal kranioektomiya, əsas sümüyün qanadın meningiomasının çıxarılmasından sonrakı vəziyyət" diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. ##.##.2024-cü il tarixdə şəxsin əyani müayinəsi zamanı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair əsasnamə"nin 13.6.1 (40%) müddətsiz + 6.5.1.1 (40%) 1 il müddətinə bəndinə əsasən orqanizmin funksiyalarının 50 % pozulmasına görə müddətsiz əlillik təyinatı aparılmışdır. Şəxsin ##.##.2026-cı il tarixdə məhkəmə-tibbi ekspertizası zamanı sağtərəfli parez qeyd edilmiş, çətinliklə danışması, rabitəli nitqinin olmaması müşahidə olunmuş, soltərəfli gicgah, təpə, alın sümüklərində defekt, sağ yuxarı ətrafı məcburi və sağ əlin barmaqlarının bükülü vəziyyətdə, yəni qaldırma və açma hərəkətlərinin natamam olması, ətrafdakıların köməyi ilə hərəkət etməsi, yeriyərkən sağ ayağını çəkməsi izlənilmişdir. Vətəndaş İddiaçı 11.03-##.##.2026-cı il tarixlərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında "Əsas sümüyün sol qanadının meningiomasının xaric edilməsindən sonrakı daxili qalıq əlamətləri, keçirilmiş işemik insultdan sonrakı əlamətlər, sağ yuxarı plegiya, sağ aşağı dərin spastik parez, motorafaziya, yerişin kəskin məhdudlaşması, sol alın və təpə sümüklərinin postoperasion defekti, ensefalopatiya, baş beyin qan dövranının xroniki pozulması" diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya təyin edilmiş müddətsiz üçüncü dərəcəli əlilliyin ləğv edilməsi və ##.##.2024-cü il tarixdən müddətsiz ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ildə komissiyadan keçirilərək 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. ##.##.2024-cü il tarixdə isə TSEK tərəfindən müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əlillik dərəcəsi xəstəliyinə uyğun təyin edilməmişdir. Onun xəstəliyinə müddətsiz ikinci dərəcəli əlillik dərəcəsi təyin edilməlidir. Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarının 3.7- ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Həmin qərarın 3.8-ci bəndinə əsasən isə Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on böş) iş günü müddətində baxılmalıdır. Cavabdehə ərizə ilə müraciət etmişdir ki, təyin edilmiş əlillik dərəcəsi ilə razı deyil, onu əyani müayinəyə cəlb edərək yenidən əlillik dərəcəsi təyin etsinlər. Ərizəni ##.##.2024-cü il tarixində qəbul etmələrinə baxmayaraq cavabdeh orqan hərəkətsizlik göstərmişdir. Qanuna əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Lakin inzibati orqanlar qanunun tələblərinə riayət etməyərək iddiaçının konstison hüquqlarını pozmaqla yanaşı həm də hərəkətsizlik göstərərək hüquqları inzibati orqan tərəfindən kobud şəkildə pozmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, Sumqayıt şəhər sakini İddiaçı DTSERA-da əyani müayinədə olmuş, tibbi-sosial ekspertiza müayinəsindən keçirilmişdir. Müəyyən olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin İ********ZEV nömrəli göndərişinə əsasən ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş və “xxxx” səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir. Ətraflı səbəb: “Kəllənin və üz sümüklərinin sınığı.”. Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin İ********ZEV nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “xxxx” səbəbindən əsaslı olaraq tibb müəssisəsinə geri göndərilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Şəxsin əlillik hüququnu dəqiqləşdirmək üçün DTSERA-ya yaxınlaşmağı tövsiyyə olunur.) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” nin 13.6.1 (40%) müddətsiz + 6.5.1.1 (40%) 1 il müddətinə bəndinə əsasən orqanizmin funksiyalarının 50% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hüquqi marağı barəsində müəyyən edilmiş orqanizmin funksiyalarının pozulması dərəcəsinin artırılmasından ibarət olsa da, məhkəmə araşdırması ilə qeyd edilən hal təsdiqini tapmadığından iddia tələbinin dəqiqləşdirilməsi mümkün olmamışdır. Iddiaçının əlillik vəziyyəti cavabdeh tərəfindən düzgün qiymətləndirilmişdir. Aparılan araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmiş, imtina əsaslı olmuşdur. Iddiaçı qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2024-cü il tarixli l********ZEV saylı Forma 88 arayışında İddiaçı TSEK-ə göndəriş zamanı diaqnoz müəyyən edilmişdir: Əsas diaqnoz S02 Kəllənin və üz sümüklərinin sınığı, Kəllənin və üz sümüklərinin sınığı; Ağırlaşma G81.1 Spastik hemiplegiya, Sağ tərəfli hemiparez (əzələ qüvvəsi 3 bal ) Motor afaziya elementləri; Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sol tərəfli frontotemporal kranioektomiya, əsas sümüyün qanadın meninqiomasının çıxarılmasından sonrakı vəziyyət. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-nin ##.##.2025- ci il tarixli T***/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnozda olan "S02-kəllənin və üzsümüklərinin sınığı, kəllənin və üzsümüklərinin sınığı, G81.1-spastik hemiplegiya, sağ tərəfli hemiparez(əzələ qüvvəsi 3 bal), motorafaziya elementləri. Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, soltərəfli frontotemporal kranioektomiya, əsas sümüyün qanadın meningiomasmın çıxarılmasından sonrakı vəziyyət” xəstəliklərə hazırda da onda rast gəlinir. Lakin, forma 88 arayışında göstərilən hallar İddiaçı real vəziyyəti ilə uyğun deyil. Cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sol tərəfli frontotemporal kranioektomiya, əsas sümüyün qanadın meninqiomasının çıxarılmasından sonra İddiaçı demək olar ki, danışa bilmir, çətinliklə danışır və qavrayır. Hətta, o, ## #### 2024-cü il tarixdə beyin qan dövranının kəskin pozulması nəticəsində baş beyində ocaqlı zədələnmənin yaranması ilə nəticələnən “Insult” keçirtmişdir. ##.##.2025-ci il tarixli baş beyin MRT müayinəsi zamanı müəyyən edilmişdir ki, beynin hər iki yarımkürəsində alın-təpə paylarda bir neçə ədəd mikroangiopaktik ocaqlar aşkar edilir (ambulator kitabçadan çıxarış əlavə edilir). Məhkəmə qərarında həmçinin göstərilmişdir ki, İddiaçı dövlət tibb müəssisəsinin göndərişi əsasında ##.##.2019-cu il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə (##.##.2024-cü il tarixinədək) ikinci dərəcə əlillik təyini barədə qərar verilmişdir. Daha sonra İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin F********MTV nömrəli göndərişi əsasında, ##.##.2024-cü il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonrakı dövrdə dövlət tibb müəssisəsinin göndərişiəsasında ##.##.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuş və göndərişdə qeyd edilmiş S02 və G81.1 XBT kodları üzrə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.6.1 (40% müddətsiz) + 6.5.1.1 (40% 1 il müddətinə) bəndlərinə əsasən İddiaçı ##.##.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbuledilmişdir. Məhkəmə tərəfindən həmin məhkəmə-tibbi ekspertiza rəyiəsas götürülərək, iddia tələbi təmin edilməmişdir. Halbuki, İddiaçı AR Səhiyyə Nazirliyi Neyrocərrahlıq Xəstəxanası tərəfindən verilən xəstənin stasionar tibbi karından çıxarışdan (epikriz) görünür ki, əməliyyatdan sonra xəstənin huşu aydındır, sağ yuxarı ətrafında plegiya, aşağı ətrafında dərin parez, total afaziya və üz sinirin mərkəzi parezinin inkişaf etdiyi göstərilmişdir. Xəstənin nitqi avazlayır, motor afaziya əlamətləri saxlanılır. Qeyd edilən hallarda, ##.##.2019-cu il tarixdən heç bir dəyişiklik olmamış, əksinə İddiaçı sağlamlıq vəziyyətində əlavə pisləşmə müşahidə olunmuşdur. Həmçinin, məhkəmə-tibbi müayinəsi zamanı müəyyən edilmişdir ki, ## #### 2025-ci il tarixdə İddiaçı “MTE və PA Birliyi” phş-in Təkrari ekspertizalar şöbəsində müayinədən keçirilmiş, həddindən artıq çətinliklə danışır və qavrayır. Qızının deməsinə görə anasının xəstəliyi çoxdandır, vaxtını dəqiq xatırlamır. ##.##.2019-cu il tarixdə başından əməliyyat olunmuşdur. Lakin qeyd edilən sübutların heç biri məhkəmə tərəfindən nəzərə alınmayaraq və obyektiv qiymət verilməyərək, əsassız qərar qəbul edilmişdir. Apellyasiya şikayətlərinə qarşı etirazların dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-nin ##.##.2025-ci il tarixli T***/**** saylı ekspert rəyində qeyd olunan G81.1 kodu “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5.1.2-ci bəndinə istinad edildiyi halda belə, müəyyən edilmiş orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsində dəyişiklik olmayacaqdır, həmçinin Z98.8 XBT kodu müvafiq meyarlarda nəzərdə tutulmadığı üçün əlilliyin təyini zamanı nəzərə alınmamışdır." Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın ## ####### 2024-cü il tarixli qərarının əlilliyin dərəcəsinin müəyyən edilməsi hissəsində dəyişdirilərək orqanizmin funksiyalarının 65%-80% pozulmasına görə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı, onun nümayəndəsi nümayəndə2 və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək, izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə qarşı etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: (-) 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-) 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. (-) Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş electron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;

Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsasslıdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Hazırda iddiaçının iddia tələbi cavabdeh orqanın ## ####### 2024-cü il tarixli qərarının əlilliyin dərəcəsinin müəyyən edilməsi hissəsində dəyişdirilərək orqanizmin funksiyalarının 65%- 80% pozulmasına görə müddətsiz əlilliyin müəyyən edilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı əsasında inizbati iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Həmin qərardada əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-nin ##.##.2025- ci il tarixli T***/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnozda olan "S02- kəllənin və üz sümüklərinin sınığı, kəllənin və üz sümüklərinin sınığı, G81.1-spastik hemiplegiya, sağ tərəfli hemiparez (əzələ qüvvəsi 3 bal), motorafaziya elementləri. Z98.8- digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, soltərəfli frontotemporal kranioektomiya, əsas sümüyün qanadın meningiomasmın çıxarılmasından sonrakı vəziyyət” xəstəliklərə hazırda da onda rast gəlinir Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair əsasnamə”nin tələbinə görə, əlillik şəxsin orqanizminin funksiyalarının pozulması faizinin klinik mənzərəsinə, xəstəliyin ağırlıq dərəcəsinə və insanın həyat fəaliyyətinin məhdudlaşmasına real təsirinə görə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə iddiaçıya aid göndərişdə “Başın travmları” adlanan S02 kodu, həmçinin G81 kodu altında olan xəstəliklərin bir sıra patofunksional əlamətləri qeyd edilmişdir, lakin ekspert qarşısında bütün əlamətlər barədə sual qoyulmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-tibb ekspertizasının keçirilməsi ilə bağlı qoyulmuş suallar iddiaçının sağlamlıq vəziyyətini tam əhatə etməmişdir. Bununla bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı əsasında iş üzrə təkrar məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Həmin qərardada əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyi X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli T***/**** saylı ekspert rəyindən görünür ki, tərtib edilmiş göndərişdə qeyd edilən "XBT 10 kodu: Əsas diaqnoz: S02- Kəllənin komissiya tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində 1,2. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert və üz sümüklərinin sınığı. Ağırlaşmalar: G81.1-spastik hemiplegiya, sağtərəfli hemiparez (əzələ qüvvəsi 3 bal) motorafaziya elementləri, Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, soltərəfli frontotemporal kranioektomiya, əsas sümüyün qanadın meningiomasının çıxarılmasından sonrakı vəziyyət" diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. ##.##.2024-cü il tarixdə şəxsin əyani müayinəsi zamanı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair əsasnamə"nin 13.6.1 (40%) müddətsiz + 6.5.1.1 (40%) 1 il müddətinə bəndinə əsasən orqanizmin funksiyalarının 50% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılmışdır. Şəxsin ##.##.2026cı il tarixdə məhkəmə-tibbi ekspertizası zamanı sağtərəfli parez qeyd edilmiş, çətinliklə danışması, rabitəli nitqinin olmaması müşahidə olunmuş, soltərəfli gicgah, təpə, alın sümüklərində defekt, sağ yuxarı ətrafı məcburi və sağ əlin barmaqlarının bükülü vəziyyətdə, yəni qaldırma və açma hərəkətlərinin natamam olması, ətrafdakıların köməyilə hərəkət etməsi, yeriyərkən sağ ayağını çəkməsi izlənilmişdir. Vətəndaş İddiaçı 11.03-##.##.2026-cı il tarixlərdə Resbuplika Neyrocərrahiyyə Xəstəxanasında "Əsas sümüyün sol qanadının meningiomasının xaric edilməsindən sonrakı daxili qalıq əlamətləri. Keçirilmiş işemik insultdan sonrakı əlamətlər. Sağ yuxarı plegiya, sağ aşağı dərin spastik parez. Motorafaziya. Yerişin kəskin məhdudlaşması. Sol alın və təpə sümüklərinin postoperasion defekti. Ensefalopatiya. Baş beyin qan dövranının xroniki pozulması" diaqnozu ilə müayinə və müalicədə olmuşdur”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli Qərarı ilə təsdiq edilmiş Meyarların mərkəzi sinir sisteminin zədələnmələrini tənzimləyən 6.5.1-ci bəndinin alt yarımbəndləri araşdırılarkən görünür ki, iddiaçının faktiki vəziyyəti birbaşa olaraq meyarların 6.5.1.4-cü bəndə uyğun gəlir. Həmin bəndə əsasən təzahür edən hemiparez (əzələ gücünün 2 bala qədər azalması, yuxarı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının 10-20 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulması, böyük əşyaların uzun müddət saxlanılmasının qeyri-mümkünlüyü (barmaqların distal falanqalarının 3-4 sm məsafədə ələ çatmaması, barmaqların yumruğa bükülməsinin təzahür edən məhdudlaşması), yuxarı ətrafın əsas funksiyasının pozulması və ya bütün aşağı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının təzahür edən məhdudlaşması (bud-çanaq oynağının 20 dərəcəyə, diz oynağının 10 dərəcəyə, aşıqbaldır oynağının 6-7 dərəcəyə qədər) ilə); əhəmiyyətli təzahür edən statodinamik pozuntular kimi əlamətlərə görə orqanizm funksiyalarının 65%-80% intervalında pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi nəzərdə tutulmuşdur. Tibb ədəbiyyatına görə plegiya – əzələlərin tam iflici, yəni bədənin müəyyən hissəsinin heç hərəkət edirə bilməməsi deməkdir. Hemiparez – bədənin bir tərəfində zəifliyin olması, amma müəyyən qədər hərəkət etməsinin mümkün olması, hemiplegiya – bədənin bir tərəfində tam iflic var, könüllü hərəkət etməsinin mümkün olmaması deməkdir. Beləliklə, hemiplegiyanın daha ağır diaqnoz olması və ekspertiza tədqiqatı zamanı iddiaçının sağ yuxarı ərafında plegiya, sağ aşağı ətrafıda isə parezin aşkar edilməsi müəyyən olunmuşdur. Iddiaçının sağ qolunun tam funksiyasızlığı (plegiya), sağ ayağının dərin spastik parezi, sərbəst yerimə qabiliyyətinin itməsi və yalnız başqasının köməyi ilə hərəkət edə bilməsi, habelə rabitəli nitqinin tamamilə itməsi (motorafaziya) onun vəziyyətinin məhz bu bəndin (6.5.1.4) meyarlarına cavab verdiyini sübut edir. Şəxsin baş beynində keçirdiyi ağır cərrahiyyə əməliyyatı və ardınca baş vermiş işemik insult nəticəsində bərpa olunmaz, kəskin nevroloji qüsurların yaranması fonunda cavabdeh orqan tərəfindən orqanizmin funksiyalarının cəmi 50% pozulması barədə qərarın qüvvədə saxlanılması maddi hüquq normalarına tamamilə ziddir. Götərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və İddiaçı iddia tələbi təmin edilərək cavabdeh orqanın üzərinə ##.##.2024-cü il tarixli qərarında orqanizm funksiyalarının pozulma faizinin müəyyən edilməsi hissəsində dəyişdirilərək orqanizm funksiyalarının 65-80 % pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi qoyulmalıdır. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçı İddiaçı barəsində ## ####### 2024-cü il tarixli qərarı orqanizm funksiyalarının pozulması faizinin müəyyən edilməsi hissəsində dəyişdirilsin və cavabdehin üzərinə iddiaçıya orqanizm funksiyalarının 65-80 % pozulmasına görə müddətsiz əlilliyin müəyyən edilməsi öhdəliyi qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar