Məhkəmə qərarları › İş №2-1(3-8)-1171/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1171/2026

27.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1171/2026 27.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Xəlilov Ramin Adilxan oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “cavabdeh1”nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında cavabdeh2 X2rşı “Q********MPC saylı, ##.##.2025-ci il tarixli tibbi göndəriş əsasında “diaqnoz əlillik təyin etmir” barədə qərarın ləğv edilməsi və iddiaçıya həmin tarixdən Azərbaycan Respublikasının suverenliyi, Konstitusiya quruluşunun və ərazi bütövlüyünün müdafiəsi nəticəsində iddiaçının aldığı hərbi travma nəticəsində orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İş materiallarından görünür ki, iddiaçı ## #### 1990-cu il təvəllüdlüdür. İddiaçı ona əlillik dərəcəsi təyin edilməsi məqsədilə Dövlət Tibbi-Sosial Ekspertiza və X9-Sosial ekspert komissiyasına müraciət etsə də, iddiaçının sağlamlıq vəziyyəti inzibati orqan tərəfindən qiymətləndirilmiş və Dövlət Tibbi-Sosial Ekspertiza və X9-Sosial ekspert komissiyası tərəfindən ## #### 2025-ci il tarixli “diaqnoz əlillik təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Daha sonra iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2 qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Q********MPC saylı, ##.##.2025-ci il tarixli tibbi göndəriş əsasında “diaqnoz əlillik təyin etmir” barədə qərarın ləğv edilməsi və iddiaçıya həmin tarixdən Azərbaycan Respublikasının suverenliyi, Konstitusiya quruluşunun və ərazi bütövlüyünün müdafiəsi nəticəsində iddiaçının aldığı hərbi travma nəticəsində orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırkı inzibati iş üzrə cavabdeh qismində iştirak edən cavabdeh2 X2 (VÖEN: **********) fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” *** saylı, ## #### 2026-cı il tarixli Fərmanı əsasında yenidən təşkil edilmə (birləşmə) nəticəsində xitam verilmişdir. Sözügedən yenidən təşkil olunma nəticəsində “cavabdeh1” publik hüquqi şəxsi (VÖEN: **********) yaradılmış və əvvəlki X2 bütün hüquq və öhdəlikləri, o cümlədən məhkəmə işləri üzrə hüquq və vəzifələri hüquq varisliyi qaydasında yeni yaradılmış publik hüquqi şəxsə keçmişdir. Bu səbəbdən də Prosessual hüquq varisliyinə dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əsasən, məhkəmə kollegiyası tərəfindən cavabdeh cavabdeh2 publik hüquqi şəxsi (VÖEN: **********) hüquqi varis olan “cavabdeh1” publik hüquqi şəxsi (VÖEN: **********) ilə əvəz edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1990-cı ildə anadan olmuş və 44 günlük Vətən Müharibəsində iştirak etmiş, döyüş tapşırığını yerinə yetirərkən yaralanmış və iddiaçıya ##.##.2020-ci ildə partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, fəlakət keçirdikdən sonraki şəxsiyyətin davamlı dəyişkənliyi depressiv daxilolmalarla diaqnozu qoyulmuş və bu barədə AR MN-nin N saylı Hərbi Hissəsi tərəfindən travma haqqında arayış verilmişdir. Qeyd edilən diaqnoz iddiaçıya əlillik təyinatı üçün əsas verir. Bu xəstəliklərin iddiaçıya yaşatdığı ağrılar ilbəil artır. AR MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli, **** saylı “Xəstəlik haqqında şəhadətnamə”sinə əsasən iddiaçı sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə hərbi xidmətə məhdud yararlı hesab olunmuşdur. İddiaçı müayinə nəticələri ilə bağlı komissiya tərəfindən Q********MPC saylı, ##.##.2025-ci il tarixli tibbi Forma 88 arayışı cavabdeh orqana göndərilmiş, lakin iddiaçıya “diaqnoz əlillik təyin etmir” barədə qərara əsasən imtina verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, vətəndaşın hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı özünü təqdim etmiş, əsəbilikdən, yuxusuzluqdan, başağrılarından şikayətlənmişdir. Anamnestik məlumatlarında ailəli və iki övladı (5, 4 yaşlarında) olduğunu, işləmədiyini qeyd etmişdir. Əsəbilik zamanı ətrafdakı insanıarla dalaşdığını, əşyaları sındırıb dağıtdığını qeyd etmişdir. Medikamentoz preparatlardan “Egilok”, “Depakine” qəbul etdiyini ifadə etmişdir. Müayinə zamanı arterial təzyiqi 150/90 mm.c.süt. müəyyənləşdirilmişdir. Psixiatrik müayinə: (Rəhimbəyzadə Çinarə)-Zahirən səliqəli, yaşına uyğun olmuşdur. Düşüncəsi aydın olmuş, ünsiyyətə qoşulmuşdur. Yanaşı xəstəliklərindən daha çox danışmış, öncəki müayinədə söylədikləri ilə indiki danışdıqları uyğunsuz olmuşdur (keçən dəfəki müayinə zamanı müdürünü döydüyünü desə də, indi unudub və verilən suala “Yox, heç kimi yox, şüşələri qırmışam” söyləmiş), nümayişkar davranış sərgiləmişdir. Diaqnoz: Hazırki psixi vəziyyəti "Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət (barotravma, 1157Noli XHŞdəki NN-li hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli 858N Travma haqqında arayışa istinadən) pozuntusu" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. DTSERA-da aparılmış laborator və İnstrumental müayinələrin adı: aparılmamışdır. Qərarın əsaslandırılması: Hazırda əlillik təyinatına əsas verə biləcək psixi pozuntular aşkarlanmamışdır. Qərar: Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edirlər. Nəzərə almağınızı xahiş edirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında cavabdeh2 X2 İddiaçı barəsində qəbul etdiyi Q********MPC saylı, ##.##.2025-ci il tarixli tibbi göndəriş əsasında “diaqnoz əlillik təyin etmir” barədə qərarı ləğv edilmiş, İddiaçı ##.##.2025-ci il tarixindən Azərbaycan Respublikasının suverenliyi, Konstitusiya quruluşunun və ərazi bütövlüyünün müdafiəsi nəticəsində iddiaçının aldığı hərbi travma nəticəsində orqanizmin funksiyalarının 35-60 faiz dərəcəsi ilə pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında cavabdeh2 X2 üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim Leyla Mirzəyeva). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. Əlavə olaraq qeyd etmişdir ki,brinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq onların etirazlarını belə təhrif edərək, guya etiraz şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə xxxx tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin“Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar iddiaçının forma ** nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsi səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”

1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Kollegiya ilk növbədə onu qeyd edir ki, iddiaçı İddiaçı 44 günlük Vətən Müharibəsində iştirak etmiş, döyüş tapşırığını yerinə yetirərkən ##.##.2020-ci il tarixdə partlayış travması nəticəsində qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi keçirmişdir. Həmin travmanın hərbi xidmətlə və Azərbaycan Respublikasının suverenliyi, Konstitusiya quruluşu və ərazi bütövlüyünün müdafiəsi ilə əlaqəli olması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin travma haqqında arayışı və Mərkəzi Hərbi-Həkim Komissiyasının ##.##.2024-cü il tarixli, **** saylı xəstəlik haqqında şəhadətnaməsi ilə təsdiq edilir. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, iddiaçıda partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı nəticələri kimi F07.0 kodu ilə üzvi mənşəli şəxsiyyət pozuntusu, F07.8 kodu ilə baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, habelə depressiv daxilolmalar və koqnitiv funksiyaların enməsi müəyyən edilmişdir. Tibbi sənədlərdə əsəbilik, emosional labilik, yuxusuzluq, baş ağrıları, yaddaş pozuntuları, davranış pozuntuları və qıcolma tutmaları barədə qeydlər də mövcuddur ki, bu hallar iddiaçının sağlamlıq vəziyyətindəki pozuntuların davamlı xarakter daşıdığını göstərir. Cavabdehin ##.##.2025-ci il tarixli qiymətləndirməsi üzrə imtina qərarında “diaqnoz əlillik təyin etmir” göstərilmiş, Q********MPC saylı Forma 088 göndərişi əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmuşdur. Lakin həmin imtina iş üzrə toplanmış tibbi sənədlərin məcmusu, məhkəmə-tibbi və məhkəmə-psixiatrik ekspertiza rəylərinin nəticələri ilə uzlaşmır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizalar üzrə “xxxx” X2 T***/**** saylı, ##.##.2025-ci il tarixli rəyində Forma 088-də göstərilən F07.0 və F07.8 diaqnozlarının xəstənin anamnestik, kliniki və laborator-instrumental müayinələri əsasında müəyyən edildiyi qeyd olunmuşdur. “xxxx” X2 *** saylı, ##.##.2026-cı il tarixli rəyində isə İddiaçı hazırda “üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar və koqnitiv funksiyaların enməsi ilə” vəziyyətin, həmçinin F07.0 və F07.8 diaqnozlarının mövcud olduğu təsdiq edilmişdir. Bu rəylər cavabdehin “diaqnoz əlillik təyin etmir” mövqeyinin işin tibbi hissəsi üzrə yetərli əsaslandırılmadığını göstərən mühüm sübutlar kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində istinad etdiyi “diaqnozun mövcudluğu əlillik üçün kifayət deyil” dəlilini ayrıca qiymətləndirərək qeyd edir ki, hazırkı işdə məhkəmə yalnız diaqnozun adına əsaslanmamışdır. İş üzrə həmin diaqnozların hərbi travma ilə səbəb əlaqəsi, Forma 088-də əks olunan əsas və ağırlaşma diaqnozları, iddiaçının faktiki psixi vəziyyətini xarakterizə edən klinik əlamətlər, stasionar və ambulator müalicə məlumatları, həmçinin məhkəmə-tibbi və məhkəmə-psixiatrik ekspertiza rəylərində həmin pozuntuların hazırda da müşahidə edilməsinin təsdiqlənməsi birlikdə qiymətləndirilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın * nömrəli əlavəsi olan “Müddət gözlənilmədən göndəriş verilməsinə əsas verən xəstəliklərin Siyahısı”nın 70-ci bəndində F07 – üzvi şəxsiyyət pozuntuları müddət gözlənilmədən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsinə əsas yaradan xəstəliklər sırasında nəzərdə tutulmuşdur. Bu normanın məzmunundan aydın olur ki, həmin diaqnozun mövcud olduğu hallarda şəxsin tibbi-sosial ekspertiza müayinəsinə göndərilməsi üçün ümumi qaydada tələb olunan müalicə müddətinin tamamlanması gözlənilməli deyil. Buna görə də iddiaçı barəsində Forma 088-də F07.0 diaqnozunun göstərilməsi nəzərə alınmaqla, onun əlilliyinin qiymətləndirilməsi üçün ümumi müalicə müddətinin tamamlanması məcburi ilkin şərt hesab edilə bilməz. Başqa sözlə, belə diaqnozun mövcudluğu şəraitində əlilliyin qiymətləndirilməsinin yalnız müalicə müddətinin tamamlanmaması əsası ilə aparılmaması qanunvericiliyin qeyd olunan tələbləri ilə uzlaşmır. İş materiallarından görünür ki, Q********MPC saylı Forma 088 göndərişində iddiaçının əsas diaqnozu F07.0 – üzvi mənşəli şəxsiyyət pozuntusu, ağırlaşması isə F07.8 – baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları kimi göstərilmişdir. Məhkəmə-psixiatrik ekspertizası da həmin diaqnozların iddiaçıda hal-hazırda müşahidə edildiyini təsdiq etmişdir. “xxxx” X2 T***/**** saylı rəyində iddiaçının Forma 088-də göstərilən diaqnozlarının anamnestik, kliniki və laborator-instrumental müayinələr əsasında müəyyən edildiyi göstərilmiş, həmçinin Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicəsi zamanı onun narahat və gərgin, əhvalının dəyişkən, emosional cəhətdən labil olduğu, münaqişəyə meyillik, əsəbilik, yuxusuzluq, baş ağrıları, yaddaşsızlıq, davranış pozuntuları və qıcolma tutmalarının qeydə alındığı bildirilmişdir. Bundan əlavə, “xxxx” X2 *** saylı, ##.##.2026-cı il tarixli rəyində iddiaçının hazırkı psixi vəziyyətində üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar və koqnitiv funksiyaların enməsinin aşkar edildiyi, zahirən narahat və gərgin olması, əhvalruhiyyəsinin dəyişkən və emosional sferasının qeyri-sabit olması kimi əlamətlərin mövcudluğu qeyd edilmişdir. Beləliklə, iddiaçı barəsində əlilliyin qiymətləndirilməsi üçün göndərişdə göstərilmiş F07.0 və F07.8 diaqnozlarının yalnız əvvəlki tibbi sənədlərdə mövcud olması deyil, məhkəmə araşdırması zamanı keçirilmiş ixtisaslaşdırılmış ekspertizalarla da hazırda davam etdiyi təsdiqlənmişdir. Bu hal cavabdehin ##.##.2025-ci il tarixli “diaqnoz əlillik təyin etmir” nəticəsinin iş üzrə obyektiv tibbi sübutlarla uyğun gəlmədiyini göstərir. Eyni zamanda, Forma 088-də T90.5 – kəllədaxili zədələnmənin nəticələri diaqnozu üzrə 2024-cü ildə ümumilikdə 94 gün stasionar müalicə məlumatı əks olunmuşdur. İş materiallarında olan hərbi-həkim komissiyasının sənədləri, Forma 088 və ekspertiza rəyləri iddiaçıda qapalı kəllə-beyin travmasının uzunmüddətli nəticəsi kimi psixi və davranış xarakterli funksional pozuntuların davam etdiyini göstərir. Bu baxımdan, iş üzrə mövcud tibbi sənədlər və ekspertiza rəyləri bir-birini tamamlayaraq eyni xəstəlik prosesinin davamlı xarakterini təsdiq edir. Cavabdeh isə həmin tibbi sənədlərdə və ekspert rəylərində göstərilən halları, o cümlədən F07.0 və F07.8 diaqnozlarının hazırda da müşahidə edilməsini təkzib edən hər hansı mötəbər tibbi sübut təqdim etməmişdir. Kollegiya qeyd edir ki, cavabdehin əlilliyin müəyyən edilməsindən imtina edərkən yalnız “diaqnoz əlillik əlaməti təyin etmir” nəticəsi ilə kifayətlənməsi, iddiaçının xeyrinə olan Forma 088 məlumatlarını, hərbi travma ilə səbəb əlaqəsini, davamlı funksional pozuntuları və məhkəmə-tibbi, habelə məhkəmə-psixiatrik ekspertiza rəylərini yetərincə qiymətləndirməməsi “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş hərtərəfli, tam və obyektiv araşdırma vəzifəsinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əlilliyin qiymətləndirilməsi inzibati orqanın səlahiyyətinə aid olsa da, bu səlahiyyət mütləq mülahizə sərbəstliyi demək deyildir. İnzibati orqan həmin səlahiyyəti yalnız tam, obyektiv və əsaslandırılmış tibbi-sosial qiymətləndirmə əsasında həyata keçirə bilər. Əks halda, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin mənasında inzibati akt hüquq normalarının düzgün tətbiq edilməməsi və faktiki halların tam araşdırılmaması nəticəsində qanunsuz hesab olunur. Apellyasiya şikayətinin dəlillərində cavabdeh göstərmişdir ki, məhkəmə tibbi bilik tələb edən sahəyə müdaxilə etmiş və orqanın diskresion səlahiyyətinə əsasız təsir göstərmişdir. Lakin məhkəmənin qərarından aydın olur ki, məhkəmə heç bir halda tibbi nəticə çıxarmamış, yalnız təqdim olunmuş tibbi sənədlərin və ekspert rəylərinin hüquqi qiymətləndirilməsini aparmışdır. “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsinə və İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə görə, məhkəmə inzibati aktın qanuniliyini və əsaslılığını yoxlamaqla mübahisənin düzgün həllinə yönəlmiş bütün faktiki halları müstəqil şəkildə araşdırmağa borcludur. Bu baxımdan, məhkəmənin fəaliyyəti inzibati orqanın səlahiyyətlərinə müdaxilə deyil, həmin səlahiyyətlərin qanuna uyğun həyata keçirilib-keçirilməməsinin hüquqi nəzarəti kimi qiymətləndirilməlidir. O da nəzərə alınmalıdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Hazırkı işdə iddiaçı barəsində tibb müəssisəsinin göndərişi əsasında əlilliyin müəyyən edilməsindən imtina haqqında cavabdehin müvafiq qiymətləndirməsi ##.##.2025-ci il tarixdə qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iddiaçıya əlilliyin məhz ##.##.2025-ci il tarixdən müəyyən edilməsi barədə gəldiyi nəticə bu baxımdan qanunvericiliyin tələblərinə uyğundur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən, imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda isə sonuncu imtina tarixindən təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçıya müvafiq əlilliyin sonuncu imtina tarixindən (##.##.2025-ci il tarixdən) müəyyən edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Bütün göstərilən hüquqi və faktiki halları nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı tam, əsaslı və qanunauyğundur. İddiaçının xəstəliyi və funksional məhdudiyyətləri “Əlilliyin müəyyən olunması meyarları” ilə tam uyğunluq təşkil etdiyindən, iddiaçının əlillik təyin edilməsi barədə tələbi əsaslıdır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Bu səbəbdən, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar