Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1173/2026 14.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI Azəralüminium ASC-nin ##.##.2017-ci il tarixli ** saylı arayışında qeyd edilmişdir ki, İddiaçı ASC-nin Sumqayıt Istehsalat Sahəsində aşağıdakı peşələrdə güzəştli şərtlərlə işləmişdir: Siyahı № *, bölmə III, yarımbölmə За Yayma istehsalatı 072103а - 17054 Qurğuşunun preslənməsi ilə məşğul olan hidropreslərdə presləyiciləri 1988-02-12-dən; 1988-04-13-dək Siyahı № *,bölmə XVIII, yarımbölmə 18a Əlvan və qiymətli metalların emalı və təkrar emalı 1072101а - 16613 Əridicilər 1988-04-13-dən; 1991-11-01-dək Siyahı № *,bölmə XIX, yarımbölmə 19a Əlvan və qiymətli metalların emalı və təkrar emalı 2092300a - 19861 Elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları 1991-11-01-dən 1991-12-26-dək Siyahı № *,bölmə XVIII, yarımbölmə 18 a Əlvan və qiymətli metalların emalı və təkrar emalı 1072101a - 13790 Isti iş sahələrində məşğul olan kran maşinistləri ( krançilar) 1991- 12-26-dan 1993-01-19-dək Siyahı № *,bölmə XVIII, yarımbölmə 18a Əlvan və qiymətli metalların emalı və təkrar emalı 1072101a - 13410 Əlvan metallların tökücüləri 1993-01-19-dan 1998-06-01-dək Siyahı № *,bölmə XVIII, yarımbölmə 18a Əlvan və qiymətli metalların emalı və təkrar emalı 1072101a - 13410 Əlvan metallların tökücüləri 2003-09-18-dən 2007-01-23-dək Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** saylı qərarında Pensiya siyahısı üzrə güzəştli şənlərə düşən peşələrin, vəzifələrin adları, bölmə və kodları göstərilmişdir. İddiaçı 1 və * saylı pensiya siyahısı üzrə güzəştli şərtlərlə işləmişdir. Bölmə 7 yarımbölmə 18a Əlvan və qiymətli metalların emalı və təkrar emalı-Əlvan metallların tökücüləri 2007-01-23-dən 2009-04-25-dək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** saylı qərarına əsasən: İddiaçı Pensiya siyahısı üzrə güzəştli şərtlərlə işləmişdir. İddiaçı Azəralüminium ASC-nin “Sumqayıt Alüminium” Istehsalat sahəsində ##.##.2009-dan - ##.##.2010-dək ödənişsiz məzuniyyətlərdə olmuşdur. xxxx MMC-nin ##.##.2025-ci il tarixli *** saylı arayışında qeyd edilir ki, İddiaçı (FIN ******* ) həqiqətən "xxxx" MMC-nin Kabel zavodunun Mis və alüminium elektrotexniki çubuqlar sexinin Mis elektrotexniki çubuqlar istehsalı sahəsinə 4-cü dərəcəli operator vəzifəsində ##.##.2018-ci il tarixdən (əmr **-IRD/t saylı) ##.##.2020-ci il tarixədək (əmr 212- IRD/x saylı) işləmişdir. Göstərilən peşə İddiaçı işlədiyi 4-cü dərəcədi operator vəzifəsi Azərbaycan Respubllikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** №-li Qərarının 7-ci fəslinin Metallurgiya istehsalatı (əlvan metallar) 7.18.1. Əritmə istehsalatı bəndinə müəyyən edilmiş əridici peşəsinin xüsusiyyətləri ilə eynidir və ona güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədə uyğundur. Həmçinin, Azərbaycan Respubllikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** saylı Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifənlərin və göstəricilərin “* №-li siyahısının, VII “Metallurgiya istehsal” (əlvan metallar) Fəslinin “Metalın əridilməsi elektrotermik üsulla alınması”nın a) Fəhlələr bəndindəki 1070500a - ***** saylı şifrəsinə əsasən əridicilər koduna uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Işlədiyi peşə üzrə sosial sığorta və ya iş stajı 2 (iki) il, 6 (altı) ay, 15 (on beş) gün təşkil edir. xxxx MMC-nin ##.##.2025-ci il tarixli ***/R/MX saylı arayışında qeyd edilir ki, İddiaçı (FIN *******) həqiqətən "xxxx" MMC-nin Kabel zavodunun Mis və alüminium elektrotexniki çubuqlar istehsalı sexinin 5-ci dərəcəli əridici operatoru peşəsində ##.##.2020 il tarixdən (əmr IRD-*- *** saylı) hal hazıradək çalışır. Əməkdaşa "xxxx" MMC-nin Mis və alüminium elektrotexniki çubuqlar istehsalı sexində operator əridici vəzifəsində çalışdığına görə əlavə əmək haqqı ödənilir. Göstərilən peşə İddiaçı işlədiyi operator-əridici vəzifəsi Azərbaycan Respubllikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** №-li Qərarının 7-ci fəslinin Metallurgiya istehsalatı (əlvan metallar) 7.18.1. Əridici istehsalatı bəndində müəyyən edilmiş əridici peşəsinin xüsusiyyətləri ilə eynidir və ona güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədə uyğundur. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** saylı Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin "1№-Ii siyahısının, VII " Metallurgiya istehsal" (əlvan metallar) Fəslinin "Metalın əridilməsi elektrotermik üsulla alınması"nın a) Fəhlələr bəndindəki *******a-***** saylı şifrəsinə əsasən əridicilər koduna uyğundur və güzıştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 4 il 8 ay 9 gün təşkil edir. Azərbaycan Alüminium Açıq Səhmdar Cəmiyyətinin ##.##.2025-ci il tarixli ** saylı arayışında qeyd edilir ki, İddiaçı Müzəffər oğlu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) Yavma istehsalatı - qurğuşunun preslənməsi ilə məşğul olan hidropreslərdə presləvici peşəsində, Əlvan və qiymətli metalların emalı və təkrar emalı əridicilər (əlvan metalların əridiciləri), elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyorları, isti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar), əlvan metalların və ərintilərin tökücüləri peşələrində. Tökmə sexi - əlvan metal tökücüləri peşəsində peşəyə təyin edilmə və azad edilmə əmrlərinin (sərəncamlarının) nömrələri, işə başladığı və işdən çıxdığı tarixləri arasındakı dövr ərzində işləmişdir. Işlədiyi peşə üzrə sosial sığorta (əmək) stajı ##.##.1988-ci ildən - ##.##.1994-cü ilədək, ##.##.1994-cü ildən -##.##.1995-ci ilədək, ##.##.1995-ci ildən - ##.##.1996-cı ilədək, ##.##.1996-cı ildən - ##.##.1998-ci ilədək, ##.##.2003-cü ildən - ##.##.2009-cu ilədək, Əmr № ** ##.##.1988, Əmr № ** ##.##.1988, Əmr № *** ##.##.1989, Əmr № *** ##.##.1991. Əmr № *** ##.##.1991, Əmr № ** ##.##.1993, Əmr № *** ##.##.1998, Əmr № *** ##.##.2003. Əmr № *** ##.##.2004. Əmr № *** ##.##.2005. Əmr № *** ##.##.2003, Əmr № **b ##.##.2009, Əmr № *** ##.##.2010. Işlədiyi peşənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri yükləmə, boşaltma, yerdəyişmə və nəql etdirilmə üzrə sadə işlərin verinə yetirilməsində yükgötürmə qabiliyyəti 3-dən 15 tona qədər olan körpülü və şlüzlü, yükgötürmə qabiliyyəti 3 tona qədər olan özüyeriyən, özüqalxan portal-manivelli, yükgötürmə qabiliyyəti 5 tondan yuxarı olan qülləli stasionar kranların idarə edilməsi, - kran maşinistləri peşəsindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 18. yarımbölmə За bəndinə qurğuşunun preslənməsi ilə məşğul olan hidropreslərdə presləyici peşəsi (1072103а -17054) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 18. yarımbölmə 1a bəndinə əridicilər (əlvan metalların əridiciləri) peşəsi (1072101а -16613) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 19. yarımbölmə 1a bəndinə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyorları peşəsi (2092300а -19861) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 18. yarımbölmə 1a bəndinə isti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar) peşəsi (1072101а-13790) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 18. yarımbölmə 1a bəndinə əlvan metalların və ərintilərin tökücüləri peşəsi (1072101а -17634) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 11, yarımbölmə 1a bəndinə əlvan metal tökücüləri peşəsi (1110100a - 12176) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 11.1. yarımbölmə 11.1 a əlvan metal tökücüləri peşəsi peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 7.18.1, varımbölmə 7.18.1 a əridicilər (əlvan metalların əridiciləri) peşəsi peşə koduna uyğundur. Iddiaçının əmək kitabçasının, hərbi biletinin, şəxsi vərəqəsinin surəti iş materiallarına əlavə edilmişdir. Iddiaçının əmək kitabçasından görünür ki, ##.##.1982-ci il tarixdə Sumqayıt sahəsinə 2ci dərəcəli tənəkəçi vəzifəsinə işə qəbul edilmişdir. ##.##.1982-ci il tarixli əmr № **/k ##.##.1984-cü il tarixdə Azərbaycan SSR Əmək qanunları məcəlləsinin 36-cı maddəsinin 3cü bəndinə əsasən. Sovet Ordusu sıralarına çağırışla əlaqədar işdən azad edilmişdir. ##.##.1987-ci il tarixdəAzistilikquraşdırma trestinin "Termoizolyasiya” tikintiquraşdırma idarəsi * saylı sahəyə 2-ci dərəcəli izolyasiyaçı vəzifəsinə işə qəbul edilmişdir. ##.##.1987-ci il tarixdə Azərbaycan SSR Əmək qanunları məcəlləsinin 37-ci maddəsinə əsasən, işdən azad edilmişdir. ##.##.1988-ci il tarixdə Əritmə sexinin rəngli lövhələr sahəsinə 4-cü dərəcəli əridici vəzifəsinə keçirilmişdir. ##.##.1989-cu il tarixdə Əməyin ödənilməsinin yeni tarif şərtlərinin tətbiqi ilə əlaqədar olaraq, həmin sexə 4-cü dərəcəli əridici vəzifəsi təsdiqlənsin. ##.##.1991-ci il tarixdə Həmin yerə elektrik avadanlığının təmiri üzrə 5-ci dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmişdir. ##.##.1991-ci il tarixdə həmin yerə 5-ci dərəcəli kran maşinisti vəzifəsinə keçirilmişdir.##.##.1991-ci il tarixdə Sumqayıt alüminium zavodunun fəaliyyətdə olan istehsalat bölmələrinin bazasında əlvan metalların istehsalı və emalı üzrə "Sumqayıt əlvan metallar" Istehsalat Birliyi yaradılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Sosial Sığorta fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili ##.##.2006-cı il tarixdən başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının (bundan sonra - Qayda) 4.1.1ci bəndinə əsasən ##.##.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanması məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş * nömrəli Əlavəyə əsasən aparılır. Məhkəmə sorğusuna cavab olaraq xxxx-nin ##.##.2026-cı il tarixli ** saylı arayışında qeyd edilmişdir ki, "xxxx"xxxx" MMC), xxxx-nin törəmə müəssisəsidir. Bu səbəbdən İddiaçı "xxxx" MMC-də gördüyü işin mahiyyəti xxxx-dəki iş ilə eynidir. ##.##.2020-ci il tarixili əmək müqaviləsi bildirişinə baxış keçirilmiş və işçinin vəzifəsi əmək müqaviləsi üzrə "4-cü dərəcəli əridici operator" olaraq müəyyən edilmişdir. Əmək kitabçasında ##.##.2018-ci il tarixində "4cü dərəcəli operator" peşəsi kimi qeyd edilməsini "4-cü dərəcəli əridici operator" olaraq qəbul edilməsi xahiş olunur. Məhkəmə sorğusuna cavab olaraq xxxx-nin ##.##.2026-cı il tarixli ** saylı arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən "xxxx" MMC-nin Kabel zavodunun Mis və alüminium elektrotexniki çubuqlar sexinin Mis elektrotexniki çubuqlar istehsalı sahəsinə 4-cü dərəcəli əridici operator vəzifəsində ##.##.2018-ci il tarixindən (əmr **-IRD/t saylı) ##.##.2020-ci il tarixinədək (əmr ***-IRD/x saylı) işləmişdir. Göstərilən peşə İddiaçı işlədiyi 4-cü dərəcədi əridici operator vəzifəsi Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli 12№-li Qərarının 7-ci fəslinin Metallurgiya istehsalatı (əlvan metallar) 7.18.1.Əritmə istehsalatı bəndinə müəyyən edilmiş əridici peşəsinin xüsusiyyətləri ilə eynidir və ona güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədə uyğundur. Həmçinin, Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** saylı Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifənlərin və göstəricilərin "1№-Ii siyahısını, VII" Metallurgiya istehsal" (əlvan metallar) Fəslinin "Metalın əridilməsi elektrotermik üsulla alınması"nın a) Fəhlələr bəndindəki *******aa-***** saylı şifrəsinə əsasən əridicilər koduna uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Işlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 2 (iki) il, 6 (altı) ay, 15 (on beş) gün təşkil edir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı, 52 yaşının tamam olduğu ##.##.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 32.1-1-ci maddəsinə əsasən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir). Iddia ərizəsi ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə IPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Iddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı ##.##.1965-ci il tarixdə anadan olmuşdur. Güzəştli şərtlərtlə əmək pensiyasının təyin edilməsinə dair cavabdeh təşkilata etdiyi müraciətə AR Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat Idarəsindən imtina məktubu almışdır. Cavabdeh təşkilat tərəfindən ##.##.2025-ci il tarixdə və ##.##.2025-ci il tarixdə imtina məktubları verilmişdir. Maraqlı məqam bundan ibarətdir ki, 1- ci imtina məktubunda güzəştli iş stajı 12 il 4 ay, həmin məktubdan 2 ay sonrakı 2-ci imtina məktubunda isə iş stajı 12 il 2 ay qeyd olunmuşdur. Həmçinin 1-ci imtina məktubunda işlədiyi vəzifələrdə səbəb kimi göstərilsə də, 2-ci imtina da belə bir səbəb qeyd olunmayıb. Ümumilikdə cavabdeh təşkilat belə başa düşür ki, imtina vermək üçün "dəridən qabıqdan" çıxır. Ancaq bütün bunların hüquqi əsası yoxdur. Cavabdeh təşkilat tərəfindən ümumi sığorta stajı mübahisələndirilmir, güzəştli sığorta stajı isə qanunvericilikdə nəzərdə tutulan müddətdən xeyli artıqdır. Iddiaçının ümumi bütün iş stajı əmək kitabçasında təsdiq olunub, həmçinin hərbi biletimin sürətini də ərizəsinə əlavə etmişdir. Güzəştli iş stajı isə işlədiyi müəssisələr tərəfindən verilən arayışda öz əksini tapmışdır. "Əmək pensiyaları haqqında" Qanunun qüvvəyə mindiyi # ###### 2006-cı il tarixədək mənim * nömrəli siyahı üzrə 20 ildən artıq ümumi iş stajı həmçinin 10 ildən artıq güzəştli iş stajı mövcud idi. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, Mərkəzi Filial tərəfindən iddiaçıya verilmiş cavab məktubunda onun qanunvericilikdə tələb olunan güzəştli stajının olmaması bildirilmiş və müraciətin müsbət həlli mümkün olmamışdır. Mərkəzi Filiala təqdim edilən sənədlərdən qeyd olunan məlumatlara əsasən, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli *** nömrəli arayışında ##.##.2018-##.##.2020-ci il tarixləri arasındakı dövr ərzində Kabel zavodunun Mis və alüminium elektrotexniki çubuqlar sexinin mis elektrotexniki çubuqlar istehsalı sahəsində operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Arayışda qeyd edilən məlumatlardan göründüyü kimi, iddiaçının işlədiyi vəzifə həmin arayışda istinad edilən əridicilər vəzifəsinə aid deyil. Bu səbəbdən şəxsin güzəştli iş stajı qanunvericiliklə təsbit olunmuş 12 il 6 aydan azdır. Göstərilən səbəblərdən də İddiaçı güzəştli iş stajı azdır. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh vəsatətində qeyd etmişdir ki, *-*(*-*)-***/**** nömrəli iş üzrə mübahisə cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar qaydada həll edilmiş, İddiaçı pensiya hüququnun yarandığı ## ###### 2025-ci il tarixindən hesablanmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 545,76 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bununla yanaşı, Mərkəzi Filialın iddiaçıya əmək pensiyası təyin edilməsi haqqında ##.##.2026-cı il tarixli *-**- */*-*-*****/**** nömrəli qərarına əsasən, onun ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək pensiya məbləği 499,32 manat, ##.##.2026-cı il tarixindən hal-hazıradək isə 545,76 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən isə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Iddiaçı cavabdehin mövqeyi ilə razılaşmamış, məhkəmə iclasının davam etdirilməsini və işə mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq iddiaçının tələbində haqlı olması və cavabdehin mövqeyinin əsassız olması qənaətinə gəlir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin (hakim Aynur Axundova) ##.##.2026-cı il tarixli *-*(*- *)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşının tamam olduğu ##.##.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məhkəmə iş materiallarını araşdıraraq iddiaçının tələbində haqlı olması və cavabdehin mövqeyinin əsassız olması qənaətinə gəlir. Hazırki mübahisənin mahiyyətini iddiaçının ##.##.2006-cı il tarixədək ümumi və güzəştli iş stajını toplaması təşkil edir. Məhkəmə qeyd edir ki, şəxsin ##.##.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Həmçinin, 1992-ci ildən ##.##.2006-cı ilədək qüvvədə olmuş “X4 haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın ##.##.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Iddiaçının ümumi iş stajına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ##.##.2005- ci il tarixə qədər 20 il ümumi iş stajını toplamışdır. Belə ki, iddiaçının ##.##.1982-##.##.1984- cü il, ##.##.1984-##.##.1987-ci il (hərbi xidmət dövrü), ##.##.1987- ##.##.1998-ci il, ##.##.2000-##.##.2005-ci il tarixləri arasındakı dövr üzrə 20 il 6 ay 29 gün ümumi iş stajı mövcuddur. Iddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının ##.##.1988 - ##.##.1988-ci, ##.##.1988 - ##.##.1991-ci, ##.##.1991 - ##.##.1993-cü, ##.##.1993 - ##.##.1998-ci, ##.##.2003 - ##.##.2005-ci il tarixədək olan dövr üzrə 12 il 5 ay 13 gün güzəştli iş stajı mövcuddur. Həmçinin, iddiaçının qeyd edilən dövrdə işlədiyi vəzifələr Azəralüminium ASC-nin ##.##.2017-ci il tarixli ** saylı arayışına və Azərbaycan Alüminium Açıq Səhmdar Cəmiyyətinin ##.##.2025-ci il tarixli ** saylı arayışına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş * nömrəli Siyahıda qeyd edilmiş peşə kodlarına uyğundur. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş * nömrəli Siyahı üzrə ##.##.2005-ci il tarixədək 20 il ümumi, 10 il güzəştli iş stajı tamamlanmış olur. Beləliklə, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə hesab edir ki, iddiaçının ödənilməmiş əmək pensiyası Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq ödənilməlidir. Qeyd edilənlər iddianın təmin edilməsi üçün kifayət qədər əsas təşkil edir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və qeyd etmişdir ki, iddiaçı İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə və X8 məlumatlara əsasən ümumi sosial sığorta stajı 37 il 08 ay11 gün təşkil edir. Birinci instansiya məhkəməsi iddiaçının 2017-ci ildə, 52 yaşının tamam olduğu tarixdə * nömrəli Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün şərtlərin mövcudluğunu tam araşdırmamışdır. Iş materialları iddiaçının həmin tarixdə * nömrəli Siyahı üzrə güzəştli pensiya hüququ verən şərtləri tam həcmdə ödədiyini təsdiq etmir. Bu səbəbdən iddiaçının 2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün hüquqi əsas mövcud olmamışdır. Inzibati orqan tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçıya yalnız 60 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu da iddiaçının yalnız həmin tarixdə pensiya hüququnun yarandığını göstərir. Məhkəmə isə iddiaçının 2017-ci ildən güzəştli pensiya hüququnun yarandığına dair kifayət qədər hüquqi və faktiki əsas müəyyən etmədən iddianı təmin etmiş, nəticədə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iş üzrə iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh qeyd edir ki, İddiaçı pensiya hüququnun yarandığı ## ###### 2025-ci il tarixindən hesablanmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 545,76 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin cavabdeh işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığını bildirmiş və işə xitam verilməsini xahiş etmişdir. Iddiaçı cavabdehin mövqeyi ilə razılaşmamış, məhkəmə iclasının davam etdirilməsini və işə mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin işə baxılmasını davam etdirərək, iddiaçının tələbində haqlı saymış və cavabdehin mövqeyinin əsassız olması qənaətinə gələrək, iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Bu halda yuxarıda qeyd edilmiş normalara müvafiq olaraq iddiaçıya münasibətdə “X4 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** saylı qərarı ilə təsdiq edilmiş * nömrəli siyahısı” üzrə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Belə ki, “X4 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən: Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; ## #### 1997-ci il tarixli ***-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il ######un #-dən başlayaraq 2000-ci il ######un #-dək hər il altı ay artırılır. Beləliklə, iddiaçıya münasibətdə “X4 haqqında” Azərbaycan Respublikası Qanunun 13cü maddəsinin “a” bəndi tətbiq olunduğundan onun 52 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmış olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Azəralüminium ASC-nin ##.##.2017-ci il tarixli ** saylı arayışında qeyd edilmişdir ki, İddiaçı ASC-nin Sumqayıt Istehsalat Sahəsində aşağıdakı peşələrdə güzəştli şərtlərlə işləmişdir: Siyahı № *, bölmə III, yarımbölmə За Yayma istehsalatı 072103а - 17054 Qurğuşunun preslənməsi ilə məşğul olan hidropreslərdə presləyiciləri 1988-02-12-dən; 1988-04-13-dək Siyahı № *,bölmə XVIII, yarımbölmə 18a Əlvan və qiymətli metalların emalı və təkrar emalı 1072101а - 16613 Əridicilər 1988-04-13-dən; 1991-11-01-dək Siyahı № *,bölmə XIX, yarımbölmə 19a Əlvan və qiymətli metalların emalı və təkrar emalı 2092300a - 19861 Elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları 1991-11-01-dən 1991-12-26-dək Siyahı № *,bölmə XVIII, yarımbölmə 18 a Əlvan və qiymətli metalların emalı və təkrar emalı 1072101a - 13790 Isti iş sahələrində məşğul olan kran maşinistləri ( krançilar) 1991- 12-26-dan 1993-01-19-dək Siyahı № *,bölmə XVIII, yarımbölmə 18a Əlvan və qiymətli metalların emalı və təkrar emalı 1072101a - 13410 Əlvan metallların tökücüləri 1993-01-19-dan 1998-06-01-dək Siyahı № *,bölmə XVIII, yarımbölmə 18a Əlvan və qiymətli metalların emalı və təkrar emalı 1072101a - 13410 Əlvan metallların tökücüləri 2003-09-18-dən 2007-01-23-dək Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** saylı qərarında Pensiya siyahısı üzrə güzəştli şənlərə düşən peşələrin, vəzifələrin adları, bölmə və kodları göstərilmişdir. İddiaçı 1 və * saylı pensiya siyahısı üzrə güzəştli şərtlərlə işləmişdir. Bölmə 7 yarımbölmə 18a Əlvan və qiymətli metalların emalı və təkrar emalı-Əlvan metallların tökücüləri 2007-01-23-dən 2009-04-25-dək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** saylı qərarına əsasən: İddiaçı Pensiya siyahısı üzrə güzəştli şərtlərlə işləmişdir. İddiaçı Azəralüminium ASC-nin “Sumqayıt Alüminium” Istehsalat sahəsində ##.##.2009-dan - ##.##.2010-dək ödənişsiz məzuniyyətlərdə olmuşdur. Azərbaycan Alüminium Açıq Səhmdar Cəmiyyətinin ##.##.2025-ci il tarixli ** saylı arayışında qeyd edilir ki, İddiaçı Müzəffər oğlu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) Yavma istehsalatı - qurğuşunun preslənməsi ilə məşğul olan hidropreslərdə presləvici peşəsində, Əlvan və qiymətli metalların emalı və təkrar emalı əridicilər (əlvan metalların əridiciləri), elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyorları, isti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar), əlvan metalların və ərintilərin tökücüləri peşələrində. Tökmə sexi - əlvan metal tökücüləri peşəsində peşəyə təyin edilmə və azad edilmə əmrlərinin (sərəncamlarının) nömrələri, işə başladığı və işdən çıxdığı tarixləri arasındakı dövr ərzində işləmişdir. Işlədiyi peşə üzrə sosial sığorta (əmək) stajı ##.##.1988-ci ildən - ##.##.1994-cü ilədək, ##.##.1994-cü ildən -##.##.1995-ci ilədək, ##.##.1995-ci ildən - ##.##.1996-cı ilədək, ##.##.1996-cı ildən - ##.##.1998-ci ilədək, ##.##.2003-cü ildən - ##.##.2009-cu ilədək, Əmr № ** ##.##.1988, Əmr № ** ##.##.1988, Əmr № *** ##.##.1989, Əmr № *** ##.##.1991. Əmr № *** ##.##.1991, Əmr № ** ##.##.1993, Əmr № *** ##.##.1998, Əmr № *** ##.##.2003. Əmr № *** ##.##.2004. Əmr № *** ##.##.2005. Əmr № *** ##.##.2003, Əmr № **b ##.##.2009, Əmr № *** ##.##.2010. Işlədiyi peşənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri yükləmə, boşaltma, yerdəyişmə və nəql etdirilmə üzrə sadə işlərin verinə yetirilməsində yükgötürmə qabiliyyəti 3-dən 15 tona qədər olan körpülü və şlüzlü, yükgötürmə qabiliyyəti 3 tona qədər olan özüyeriyən, özüqalxan portal-manivelli, yükgötürmə qabiliyyəti 5 tondan yuxarı olan qülləli stasionar kranların idarə edilməsi, - kran maşinistləri peşəsindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 18. yarımbölmə За bəndinə qurğuşunun preslənməsi ilə məşğul olan hidropreslərdə presləyici peşəsi (1072103а -17054) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 18. yarımbölmə 1a bəndinə əridicilər (əlvan metalların əridiciləri) peşəsi (1072101а-16613) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 19. yarımbölmə 1a bəndinə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyorları peşəsi (2092300а -19861) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 18. yarımbölmə 1a bəndinə isti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar) peşəsi (1072101а-13790) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 18. yarımbölmə 1a bəndinə əlvan metalların və ərintilərin tökücüləri peşəsi (1072101а -17634) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 11, yarımbölmə 1a bəndinə əlvan metal tökücüləri peşəsi (1110100a - 12176) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 11.1. yarımbölmə 11.1 a əlvan metal tökücüləri peşəsi peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 7.18.1, varımbölmə 7.18.1 a əridicilər (əlvan metalların əridiciləri) peşəsi peşə koduna uyğundur. Iddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının ##.##.1988- ##.##.1988-ci il, ##.##.1988-##.##.1991-ci il, ##.##.1991-##.##.1993-cü il, ##.##.1993- ##.##.1998-ci il, ##.##.2003-##.##.2005-ci il tarixədək olan dövr üzrə 12 il 5 ay 13 gün güzəştli iş stajı mövcuddur. Həmçinin, iddiaçının qeyd edilən dövrdə işlədiyi vəzifələr Azəralüminium ASC-nin ##.##.2017-ci il tarixli ** saylı arayışına və Azərbaycan Alüminium Açıq Səhmdar Cəmiyyətinin ##.##.2025-ci il tarixli ** saylı arayışına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş * nömrəli Siyahıda qeyd edilmiş peşə kodlarına uyğundur. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş * nömrəli Siyahı üzrə ##.##.2005-ci il tarixədək 20 il ümumi, 10 il güzəştli iş stajı tamamlanmış olur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Iddiaçının ödənilməmiş əmək pensiyası Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq ödənilməlidir. Qeyd edilənlər iddianın təmin edilməsi üçün kifayət qədər əsas təşkil edir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1173/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1173/2026
14.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver