Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1184/2026 04.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçının nümayəndəsi (vəkili) Vəkil/Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” ## ###### 2019-cu il tarixli, **************** nömrəli qərarın ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında təkrar baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI:
1. Iddiaçı İddiaçı xüsusi notariat fəaliyyəti ilə məşğul olan, ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi uçotda olan şəxsdir və hazırda * saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusudur.
2. ## ### 2017-ci il tarixdə iddiaçı ilə vergi orqanı arasında “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanmışdır. Müqavilədə vergi orqanının məktub, akt, protokol, qərar, tələbnamə, bildiriş və digər sənədləri elektron qaydada göndərməsi, vergi ödəyicisinin isə elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq, 3 gündə bir dəfədən gec olmayaraq tanış olması nəzərdə tutulmuşdur.
3. Iddiaçının Cavabdehin ## ###### 2019-cu il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarı ilə 2018ci ilin IV rübü üzrə iddiaçı barəsində “MDSS – Vəkillər Kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst (0300)” bəyannaməsi üzrə 24.629,13 manat məcburi dövlət sosial sığorta haqqı hesablanmışdır.
4. Bu qərarla razılaşmayan iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun barəsində “muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə” hesablanmış bütün borcların silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsində ilkin icraat
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı vergi vergi ödəyicisi kimi öhdəliklərini, o cümlədən, məcburi dövlət sosial sığorta ödənişlərini tam həcmdə və vaxtında ödəmişdir. Lakin cavabdeh tərəfindən ona göndərilmiş ##.##.2023-cü il tarixli, **************** nömrəli “Bildiriş”də onun məcburi dövlət sosial sığorta haqları üzrə borcunun olması göstərilmişdir. Halbuki onun 2017-2023-cü illər üzrə hər hansı vergi borcu olmamışdır və hazırda da yoxdur. Belə olan halda, cavabdehin onun barəsində hesabladığı borc məbləği əsassızdır. Həmçinin, sonrakı dövrlər üçün ödədiyi məcburi dövlət sosial sığorta haqları onun barəsində hesablanan borcların ödənilməsinə yönəldilmişdir. Onun barəsində hesablanmış borcların yaranmasına əsas olmuş sənədlər nə cavabdeh tərəfindən təqdim olunmuş, nə də borcun yaranma əsasları ona izah olunmuşdur.
6. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçı ## ###### 2019-cu il tarixli qərarın ona həmin vaxt təqdim edilmədiyini, bununla bağlı mötəbər sübutun olmadığını, qərarın mövcudluğundan məhkəmə icraatı zamanı xəbər tutduğunu və iddiaçı iddia ərizəsində qeyd olunan borc məbləğinin əsassız və qanunsuz hesablandığını, hesablanmış borcların yaranmasına əsas olmuş sənədlərin və qərarın ona təqdim edilmədiyini bildirsə də, onun tərəfindən 2018-ci ilin 4-cü rübü üzrə müvafiq MDSS bəyannaməsi təqdim edilmədiyi üçün yaranmış kənarlaşma ilə əlaqədar olaraq ##.##.2019-cu il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub elektron poçt ünvanına göndərilmişdir. Həmin məktub iddiaçı tərəfindən ##.##.2019-cu il tarixdə saat 08:22 oxunmuş, lakin hər hansı sənəd təqdim edilməmişdir. Iddiaçı tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün vergi orqanı tərəfindən 24.629,13 manat hesablanılmış və qərar qəbul edilmişdir. Həmin qərar ##.##.2019-cu il tarixində iddiaçının elektron poçtuna göndərilmiş və ##.##.2019-cu il tarixdə saat 17:26 oxunmuşdur. Göründüyü kimi, iddiaçı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" ##.##.2019-cu il tarixli **************** nömrəli kameral hesablama barədə qərarla tanış olmuş, ancaq qeyd olunan qərarı mübahisələndirməmişdir. Odur ki, iddia mümkün sayılmamalıdır.
7. Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Ceyhun Məmmədov).
8. Məhkəmə hesab etmişdir ki, öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti inzibati orqana əvvəlcədən müraciət edilməsidir və iddiaçının borcun silinməsi tələbi ilə cavabdehə müraciət etməsi müəyyən olunmur.
9. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, ## ####### 2023cü il tarixli qərardad ləğv edilərək iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
11. Apellyasiya məhkəməsi borcun yaranma əsasının ## ###### 2019-cu il tarixli əlverişsiz inzibati akt olduğunu, həmin akt qüvvədə qaldığı müddətdə sadəcə borcun silinməsi tələbinin iddiaçının hüquqi məqsədinə çatdırmadığını və birinci instansiya məhkəməsinin IPM-in 13-cü maddəsindən irəli gələn yardım etmək vəzifəsinə uyğun davranmalı olduğunu müəyyən etmişdir. c) Birinci instansiya məhkəməsində ikinci icraat:
12. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia IPM-in 55.3-cü maddəsinə əsasən geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilmişdir (hakim Leyla Mirzəyeva).
13. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, ## ###### 2024-cü il tarixli qərardad ləğv edilərək iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
15. Apellyasiya məhkəməsi iddiaçının məhkəmə icraatından yayınmadığını, nümayəndəsinin əvvəlki iclasda iştirak etdiyini, bəzi iclasların cavabdehin vəsatəti ilə təxirə salındığını, sonrakı iclas barədə isə iddiaçıya lazımi qaydada məlumat verildiyini təsdiq edən kifayət qədər sübutun olmadığını nəzərə almışdır.
e) Birinci instansiya məhkəməsində üçüncü icraat:
16. Işə növbəti dəfə baxılarkən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” ## ###### 2019-cu il tarixli, **************** nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.
17. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək mübahisələndirilən qərarın ## ###### 2019-cu il tarixdə iddiaçının elektron kabinetinə göndərildiyini, ## ######## 2019-cu il tarixdə saat 17:26-da oxunduğunu və iddianın IPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət ötürülməklə qaldırıldığını bildirmişdir.
18. Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva).
19. Məhkəmə iddianın mübahisələndirmə haqqında iddia olduğunu, qərarın ## ###### 2019-cu il tarixdə iddiaçının elektron kabinetinə göndərildiyini və ## ######## 2019-cu il tarixdə oxunduğunu əsas götürərək IPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş müddətin ötürüldüyü nəticəsinə gəlmişdir.
20. Iddiaçı ## ####### 2025-ci il tarixli qərardaddan apellyasiya şikayəti verərək iddia müddətinin ötürülmədiyini bildirmiş və qərardadın ləğv edilməsini xahiş etmişdir.
f) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat:
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin ## ####### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya məhkəməsi qərarın ## ###### 2019-cu il tarixdə göndərilməsi və ## ######## 2019-cu il tarixdə oxunması barədə sistem məlumatlarına, habelə Ali Məhkəmənin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarındakı hüquqi mövqeyə istinad etmişdir.
23. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək mübahisələndirilən qərarın ona lazımi qaydada təqdim edilmədiyini, qərarın elektron sənəd kimi həqiqiliyini və imzasını təsdiq edən sübutların olmadığını göstərmiş və qərardadın ləğv edilməsini xahiş etmişdir.
g) Kassasiya instansiyası məhkəməsində birinci icraat:
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, ## ###### 2025-ci il tarixli apellyasiya qərardadı ləğv edilərək iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
25. Ali Məhkəmə qeyd etmişdir ki, inzibati aktın təqdim edilməsi iddia müddətinin başlanmasına səbəb olan hüquqi faktdır. Elektron kabinetdə “göndərildi”, “çatdırıldı” və ya “oxundu” qeydlərinin olması təqdimetməni təsdiq edən mühüm sübutlardan biri sayılsa da, həmin texniki qeydlər təqdim olunan sənədin həqiqiliyini, bütövlüyünü və səlahiyyətli vəzifəli şəxs tərəfindən imzalanmasını əvəz etmir. Buna görə mübahisələndirilən qərarın elektron sənəd formasında yaradılıb-yaradılmadığı, gücləndirilmiş elektron imza ilə imzalanıb-imzalanmadığı, imzanın kimə məxsus olduğu və qüvvədə olub-olmadığı, habelə sənədin tamlığının və bütövlüyünün texniki vasitələrlə yoxlanılmasının mümkün olub-olmadığı müəyyən edilməli, yalnız bundan sonra təqdimetmə vaxtı və IPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başlanğıcı barədə nəticəyə gəlinməlidir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri
26. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarın ## ###### 2019-cu il tarixdə ona göndərilməsi və ## ######## 2019-cu il tarixdə oxunması barədə cavabdehin bildirdikləri həqiqəti əks etdirmir və bunu təsdiq edən tutarlı sübut təqdim edilməmişdir. Iddiaçı hələ 2023-cü ildə məhkəməyə müraciət etməzdən əvvəl borcun hesablanmasına əsas olmuş qərarın surətini cavabdehdən tələb etdiyini, lakin həmin müraciətin cavabsız qaldığını bildirmişdir. Şikayətdə həmçinin qeyd edilmişdir ki, borcun yaranmasına əsas olmuş konkret inzibati aktın mövcudluğu barədə iddiaçı yalnız cavabdehin məhkəməyə təqdim etdiyi etiraz və sənədlərlə tanış olduqdan sonra məlumat əldə etmiş, buna görə iddia müddətinin ötürülməsi barədə nəticə əsassızdır. Iddiaçı qərardadın ləğv edilərək işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
27. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, notariat ofisində alqı-satqı əqdi bağlanarkən ödəmə mənbəyində vergi tutulur. Sonradan tərəflər alqı-satqı əqdindən imtina etdikdə, notarius tərəfindən verginin geri alınaraq vətəndaşa qaytarılması məqsədilə müvafiq ərizə təqdim edilir. Bu xarakterli müraciətlərdən biri və vergi orqanının həmin müraciətə cavabı məhkəməyə təqdim edilmişdir. Həmin sənədin 14 noyabr tarixində “AsanDoc” vasitəsilə imzalandığı görünür. “AsanDoc” portalına daxil olmaqla sənədi kimin imzaladığı, həmin şəxsin vəzifəsi, sənədin imzalanma tarixi, habelə konteynerdə mövcud olan sənədlər barədə məlumat əldə etmək mümkündür. Lakin hazırda mübahisələndirilən qərar gücləndirilmiş elektron imza ilə imzalanmadığından, həmin qərarla bağlı qeyd olunan məlumatların əldə edilməsi mümkün deyildir. Iddiaçının nümayəndəsi (vəkili) şikayətin təmin edilməsini xahiş etmişdir.
28. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ:
29. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
30. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 62.2. Elektron üsulla göndərilmiş inzibati akt göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Maddə 62.3. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdikdə aktın ona təqdim olunması faktını və müddətini sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür.
31. “Elektron imza və elektron sənəd haqqında” Qanun: 1.1.5-ci maddəsinə əsasən gücləndirilmiş elektron imza (bundan sonra gücləndirilmiş imza) – imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imzadır. 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, elektron imza və elektron sənəd müvafiq vasitələr tətbiq olunmuş bütün fəaliyyət sahələrində istifadə oluna bilər. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər. 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. 6.1-ci maddəsinə görə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. 22.3-cü maddəsinə əsasən elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) elektron sənədin xüsusi hissəsində qeyd olunur.
32. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. Iddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. Inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI
33. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
34. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
35. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, kassasiya instansiyasının göstərişlərini və təkrar apellyasiya baxışı zamanı əldə edilmiş əlavə sübutları qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
36. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
37. Iddiaçının hazırkı tələbi cavabdehin ## ###### 2019-cu il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədədir.
38. Birinci instansiya məhkəməsi hazırkı iddianı mübahisələndirmə haqqında iddia kimi qiymətləndirərək iddia müddətinin ötürülməsi əsası ilə mümkün hesab etməmişdir.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir:
40. Iddia müddəti mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərtlərindən biridir. Bununla belə, IPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin başlanması inzibati akt barədə şəxsin hər hansı formada məlumat əldə etməsi ilə deyil, həmin aktın qanunvericiliyin tələblərinə uyğun qaydada ona təqdim (elan) edilməsi ilə bağlıdır. Təqdimetmə faktı şəxsin məhkəməyə çıxış imkanını aradan qaldıra bilən nəticə yaratdığından, müddətin başlanmasına əsas verən hallar aydın, mötəbər və ziddiyyətsiz sübutlarla təsdiqlənməlidir.
41. Ali Məhkəmənin hazırkı iş üzrə ## #### 2026-cı il tarixli qərarında da məhz bu yanaşma ifadə edilmiş, elektron kabinetdə “göndərildi”, “çatdırıldı” və ya “oxundu” qeydlərinin mövcudluğunun mühüm sübut sayıla biləcəyi, lakin həmin texniki qeydlərin təqdim olunan sənədin həqiqiliyini, bütövlüyünü və səlahiyyətli vəzifəli şəxs tərəfindən imzalanması məsələlərini əvəz etmədiyi vurğulanmışdır.
42. Hazırkı iş üzrə kassasiya məhkəməsinin qərarında verilmiş göstərişlərin icrası məqsədilə məhkəmə kollegiyası tərəfindən ## ###### 2026-cı il tarixli sorğularla cavabdehdən ## ###### 2019-cu il tarixli, **************** nömrəli qərarın elektron sənəd formasında yaradılıbyaradılmadığı, gücləndirilmiş elektron imza ilə imzalanıb-imzalanmadığı, imzanın kimə məxsus olduğu və həmin tarixdə qüvvədə olub-olmadığı, habelə sənədin tamlığı və bütövlüyünün texniki vasitələrlə yoxlanılmasının mümkünlüyü barədə məlumat və təsdiqedici sənədlər tələb etmişdir.
43. Cavabdehin ## ###### 2026-cı il tarixli, *-**-*-*/*-*****/**** nömrəli cavabında bildirilmişdir ki, mübahisələndirilən qərar vergi orqanının informasiya sistemində elektron formada yaradılmış, sistemdə elektron qaydada təsdiqlənmiş və vergi ödəyicisinin elektron kabinetinə göndərilmişdir. Cavabda qərarın müvafiq baş idarənin rəis müavini tərəfindən elektron qaydada imzalandığının sistemdə qeydə alındığı, elektron təsdiqləmə zamanı vəzifəli şəxsin fərdi istifadəçi hesabından və identifikasiya vasitəsindən istifadə olunduğu göstərilmişdir.
44. Eyni cavabda qərarı təsdiq edən vəzifəli şəxsin elektron təsdiqləmə səlahiyyətinin ## ###### 2019-cu il tarixdə qüvvədə olduğu bildirilsə də, elektron imzaya dair ayrıca sertifikat sənədinin hazırda vergi orqanının sərəncamında olmadığı və sertifikatın həmin tarixdə qüvvədə olub-olmadığını sənədlə təsdiq edən əlavə məlumatın təqdim edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Həmçinin, sənədin tamlığı və bütövlüyünün faktiki texniki yoxlanmasının nəticəsini əks etdirən verifikasiya protokolu, sertifikat göstəricisi və ya digər texniki yoxlama məlumatı təqdim edilməmişdir.
45. Kollegiya, həmçinin nəzərə alır ki, iş materiallarına əsasən, ## ### 2017-ci il tarixdə iddiaçı ilə vergi orqanı arasında “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən vergi orqanının məktub, akt, protokol, qərar, tələbnamə, bildiriş və digər sənədləri elektron qaydada göndərməsi, vergi ödəyicisinin isə elektron qaydada göndərilmiş sənədlərlə mütəmadi olaraq tanış olması nəzərdə tutulmuşdur.
46. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə elektron sənəd mübadiləsinin həyata keçirilməsi üsulunu və bu üsulla göndərilən sənədlərlə tanışlıq qaydasını müəyyən etmişdir. Buna görə də hazırkı işdə mübahisələndirilən qərarın elektron kabinet vasitəsilə göndərilməsi özlüyündə tərəflər arasında müəyyən edilmiş elektron sənəd mübadiləsi mexanizminə zidd hesab edilə bilməz.
47. Lakin elektron sənəd mübadiləsinin tərəflər arasında müqavilə ilə qəbul edilməsi konkret inzibati aktın elektron sənəd kimi qanunvericiliyin tələblərinə uyğun yaradılması, imzalanması və təqdim edilməsi ilə bağlı imperativ tələbləri aradan qaldırmır.
48. Deməli, tərəflər arasında elektron sənəd mübadiləsi haqqında müqavilənin mövcudluğu yalnız elektron qaydada sənəd mübadiləsinin aparılması üçün hüquqi və texniki kanalın müəyyən edildiyini təsdiq edir. Həmin müqavilə konkret inzibati aktın elektron sənəd statusunu, onun səlahiyyətli vəzifəli şəxs tərəfindən qanunun tələblərinə uyğun gücləndirilmiş elektron imza ilə imzalanmasını və sənədin bütövlüyünün qorunmasını avtomatik olaraq təsdiq edən sübut kimi qəbul edilə bilməz.
49. Başqa sözlə, iddiaçının elektron sənəd mübadiləsi haqqında müqavilə bağlayaraq vergi orqanının elektron qaydada göndərdiyi sənədlərlə tanış olmaq öhdəliyi götürməsi, vergi orqanının həmin müqaviləyə əsasən mübahisələndirilən qərarı elektron kabinetə göndərə bilməsini təsdiq etsə də, qərarın məhz qanuni elektron sənəd kimi yaradıldığını və imzalandığını sübut etmir. Bu səbəbdən müqavilənin mövcudluğu qərarın elektron kabinetə göndərilməsi barədə sistem məlumatlarının təqdimetmənin bütün hüquqi şərtlərini təsdiq etdiyi nəticəsinə gəlmək üçün kifayət deyildir.
50. Hazırkı işdə cavabdeh də qərarın elektron informasiya sistemində yaradıldığını, elektron qaydada təsdiq edildiyini və iddiaçının elektron kabinetinə göndərildiyini bildirməklə kifayətlənmiş, həmin qərarın “Elektron imza və elektron sənəd haqqında” Qanunun tələblərinə uyğun olaraq məhz gücləndirilmiş elektron imza ilə imzalandığını, imzanın konkret olaraq hansı şəxsə məxsus olduğunu, həmin imzaya dair sertifikatın ## ###### 2019-cu il tarixdə qüvvədə olduğunu və elektron sənədin bütövlüyünün texniki vasitələrlə yoxlanılmasının mümkünlüyünü təsdiq edən sübutlar təqdim etməmişdir.
51. Cavabdeh qərarın “elektron qaydada imzalandığını” və ya “elektron qaydada təsdiqləndiyini”, bu zaman vəzifəli şəxsin fərdi istifadəçi hesabından və identifikasiya vasitəsindən istifadə edildiyini bildirmişdir. Lakin həmin əməliyyatın “Elektron imza və elektron sənəd haqqında” Qanunun 1.1.5-ci maddəsinin əlamətlərinə cavab verən məhz gücləndirilmiş elektron imza ilə həyata keçirildiyi texniki yoxlama məlumatları ilə təsdiq edilməmişdir.
52. Fərdi istifadəçi hesabı, şifrə və ya digər təşkilatdaxili identifikasiya vasitəsi ilə sistemdə əməliyyat aparılması özlüyündə gücləndirilmiş elektron imza üçün qanunvericilikdə müəyyən edilmiş identifikasiya, sənədin dəyişməzliyi, bütövlüyü və saxtalaşdırılmamasının yoxlanılması xüsusiyyətlərinin mövcudluğunu təsdiq etmir. Bu xüsusiyyətlərin mövcudluğu imza və sənəd üzrə müvafiq texniki yoxlama məlumatları ilə müəyyən edilməlidir.
53. Bundan başqa, cavabdeh elektron imza sertifikatının hazırda onun sərəncamında olmadığını və sertifikatın ## ###### 2019-cu il tarixdə qüvvədə olub-olmadığını sənədlə təsdiq edən əlavə məlumatın təqdim edilməsinin mümkün olmadığını açıq şəkildə bildirmişdir. Cavabda “elektron təsdiqləmə səlahiyyətinin” həmin tarixdə qüvvədə olması barədə sistem məlumatına istinad edilməsi vəzifəli şəxsin təşkilatdaxili səlahiyyətini göstərə bilər, lakin bu hal elektron imza sertifikatının qüvvədə olması faktını əvəz etmir.
54. Göründüyü kimi cavabdehin ## ###### 2026-cı il tarixli cavabı qərarın informasiya sistemində elektron formada yaradıldığını, sistemdə müəyyən elektron təsdiqləmə əməliyyatının aparıldığını və elektron kabinetə göndərildiyini təsdiq etməyə imkan verir. Lakin həmin cavab Ali Məhkəmənin müəyyən etdiyi digər həlledici halları tam və ziddiyyətsiz şəkildə təsdiq etmir.
55. Iş materiallarında da bu halları təsdiq edən sertifikat, verifikasiya protokolu, elektron imzanın yoxlanılması barədə texniki məlumat və ya digər mötəbər sübut müəyyən edilmir.
56. Bundan başqa, elektron imzanın sahibinin müəyyən edilməsi məsələsində də cavab ziddiyyətsiz deyildir. Cavabın bir hissəsində qərarın “baş idarənin rəis müavini” tərəfindən imzalandığı göstərilmiş, konkret şəxsin soyadı, adı və atasının adı qeyd edilməmiş, digər hissədə isə qərarın “müvafiq idarənin rəisi” tərəfindən elektron qaydada imzalandığı bildirilmişdir. Bu vəziyyətdə Ali Məhkəmənin elektron imzanın kimə məxsus olduğunun konkret müəyyən edilməsi barədə göstərişinin icra olunduğunu qəbul etmək mümkün deyildir.
57. Sənədin tamlığı və bütövlüyünün texniki vasitələrlə yoxlanılması məsələsində cavabdeh sistemdə yaradılma, təsdiqlənmə, göndərilmə və oxunma barədə ardıcıl məlumatların mövcudluğunu göstərmiş, lakin elektron imzanın yoxlanılmasının nəticəsini, elektron sənədin dəyişdirilmədiyini və məhz həmin imza ilə əlaqəli olduğunu təsdiq edən verifikasiya protokolu, sertifikat, heş göstəricisi və ya digər texniki yoxlama nəticəsi təqdim etməmişdir.
58. Işdə ## ####### 2019-cu il və ## ###### 2020-ci il tarixli borc bildirişlərinin, eləcə də iddiaçının ## ###### 2020-ci il tarixli borcun olub-olmaması barədə arayışın təqdim edilməsinə dair müraciətinin mövcudluğu onun sonrakı dövrdə borcun mövcudluğu məsələsindən xəbərdar olduğunu və ya həmin məsələ ilə maraqlandığını göstərə bilər. Lakin borcun mövcudluğundan faktiki məlumatlılıq mübahisələndirilən ## ###### 2019-cu il tarixli konkret inzibati aktın IPM-in 38.1-ci maddəsinin mənasında qanunvericiliyin tələblərinə uyğun təqdim olunması ilə eyniləşdirilə bilməz. Xüsusilə ## ###### 2020-ci il tarixli müraciətə verilmiş cavab və ya iddiaçıya təqdim edilmiş arayış iş materiallarında müəyyən edilmir.
59. “Inzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsinə görə maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Hazırkı işdə cavabdeh mübahisələndirilən qərarın 2019-cu ildə qanunvericiliyin tələblərinə cavab verən elektron sənəd kimi iddiaçıya təqdim edildiyini Ali Məhkəmənin tələb etdiyi bütün elementlər üzrə mötəbər və ziddiyyətsiz sübutlarla təsdiq edə bilməmişdir.
60. Beləliklə, ## ###### 2019-cu il tarixli qərarın həmin dövrdə lazımi qaydada təqdim olunması hüquqi faktı sübut edilmədiyindən, IPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinin 2019-cu ildən başladığı və iddiaçı tərəfindən ötürüldüyü barədə nəticəyə gəlmək üçün hüquqi əsas yoxdur. Buna görə iddia müddətinə dair xüsusi mümkünlük şərtinin pozulduğu müəyyən edilmir və iddia mümkün hesab edilməlidir.
61. Birinci instansiya məhkəməsi isə qərarın elektron kabinetə göndərilməsi və ## ######## 2019-cu il tarixdə oxunması barədə sistem qeydlərini həlledici saymaqla kifayətlənmiş, elektron sənədin həqiqiliyi, gücləndirilmiş elektron imzanın mövcudluğu, imzanın sahibinin və qüvvədə olmasının, sənədin tamlığı və bütövlüyünün texniki yoxlanılması məsələlərini araşdırmadan iddia müddətinin ötürüldüyü nəticəsinə gəlmişdir. Bu yanaşma IPM-in 12 və 58.7ci maddələrinin tələblərinə və Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyinə uyğun deyildir.
62. Birinci instansiya məhkəməsi mübahisəyə mahiyyəti üzrə baxmadığından, IPM-in 87.7.2-ci maddəsində nəzərdə tutulmuş hal mövcuddur. Buna görə iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
63. Işə təkrar baxılarkən birinci instansiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı hazırkı qərardadda ifadə olunan hüquqi mövqeyi nəzərə almaqla mübahisənin mahiyyətini araşdırmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” ## ###### 2019-cu il tarixli, **************** nömrəli qərarın ləğv edilməsi tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.