Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1186/2026 31.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı satausu və onu təsdiq edən vəsiqəsinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Cavabdeh Şəxsi Heyyət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh müharibə veteranı vəsiqəsinin verilməsindən imtina etməsi barədə qərarının əsassız hesab edilməsi, iddiaçının 1992-ci ilin aprel-iyul aylarında Azərbaycan Respublikası Qarabağ bölgəsində Abşeron batalyonunun tərkibində döyüş əməliyyatlarında könüllü olaraq iştirak etməyinin tanınması və müharibə veteranı statusunun verilməsi və müharibə veteranı vəsiqəsinin təqdim edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Respublikası Müdafiə Nazirliyi ilə əvəz olunmasını və ona “müharibə veteranı” statusu və onu təsdiq edən vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ilin aprel-iyul ayları arasında Qarabağ bölgəsində aparılan döyüş əməliyyatlarında bilavasitə iştirak edib. Qeyd edib ki, 1992-ci ildə könüllü olaraq Abşeron Hərbi Komissarlığına müraciət edib və həmin müraciət əsasında Abşeron batalyonunun tərkibinə daxil edilib. Qarabağda gedən döyüş əməliyyatlarında iştirak edib. Döyüşlərdə iştirakı könüllü xarakter daşımış və dövlət orqanlarının rəsmi sənədləri ilə təsdiqlənir. Müharibənin qaynar dövründə, yəni 1992-ci ildə hərbi qulluqçulara hərbi rütbələrin (R, R və s.) verilməsi məqsədilə ona məxsus orijinal hərbi bilet aidiyyəti hərbi orqanlar tərəfindən müvəqqəti olaraq götürülmüşdür. Müharibə şəraitinin ağırlığı və həmin dövrdə mövcud olan obyektiv səbəblərlə əlaqədar olaraq hərbi bileti müəyyən müddət iddiaçıya qaytarılmamış, 1997-ci ildə tapılaraq rütbələr qeyd olunmuş halda geri verilmişdir. Hərbi biletin müvəqqəti götürülməsi və sonradan geri qaytarılması irasindən asılı olmayan, müharibə dövrünün gərginliyi ilə bağlı obyektiv hallar nəticəsində baş vermiş və döyüş əməliyyatlarında iştirak faktını şübhə altına almır. 1992-ci ilin aprel-iyul aylarında Qarabağ bölgəsində Abşeron batalyonunun tərkibində döyüş əməliyyatlarında iştirak etməyi Azərbaycan Respublikasının Arxiv İdarəsinin ##.##.2025-ci il tarixli arayışı və orijinal hərbi biletdə olan qeydlərlə təsdiq olunur. Bununla əlaqədar olaraq, Cavabdeh nəzdində olan Müharibə Veteranlarının vəsiqələrinin araşdırılması və verilməsi üzrə aidiyyəti quruma müraciət edib, lakin təqdim etdiyi rəsmi və sübutedici sənədlərə baxmayaraq, müharibə veteranı vəsiqəsinin verilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh orqanın bu imtinası əsassızdır, çünki döyüş əməliyyatlarında iştirak faktı rəsmi dövlət arxiv sənədləri və hərbi sənədlərlə təsdiq olunduğu halda, müharibə veteranı statusunun verilməməsi qanunvericiliyin tələblərinə ziddir və onun hüquqlarımı pozur. Həmçinin 1992-ci ilin aprel-iyul ayları ərzində Qarabağ ərazisində xidmətdə olduğu dövrdə ailəsinə məktublar ünvanlayıb. Bundan əlavə hərbi xidmət yoldaşları ilə çəkilmiş fotoşəkillər də mövcuddur. Həmin məktub və fotoşəkillər də bir daha müharibə dövründə xidmət etməyinin sübutudur. “Müharibə veteranları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı hesab olunur və onlara müvafiq vəsiqə verilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, ərizədə qeyd edilənlərdən məlum olur ki, iddiaçının tələbi 2 hissədən ibarətdir: “döyüşdə iştirak faktının tanınması” və “müharibə veteranı adının və vəsiqəsinin verilməsi”. Döyüşdə iştirak faktının tanınması tələbi ilə bağlı aşağıdakıları qeyd edirik: 1. llk növbədə bildiririk ki, “döyüşdə iştirak faktının tanınması” inzibati prosessual qanunvericiliklə deyil, mülkiprosessual qanunvericiliklə tənzimlənməklə (“xüsusi icraat”; Mülki-Prosessual Məcəllənin 305-311-ci araşdırma predmeti rayon-şəhər məhkəmələrinə məxsusdur. maddələri), bu 1.1. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ##.##.2015-ci il tarixli * nömrəli qərarının 17-ci maddəsində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. 1.2. mülki məhkəmə Ali Məhkəmənin istinad edilən qərarının tələbinə əsasən, icraatının predmeti olan işə inzibati məhkəmə icraatı qaydasında baxılmasına dair iddialar mümkün sayılmamalıdır. Odur ki, iddiaçının “döyüşdə iştirak faktının tanınması” ilə bağlı tələbinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edirik. 1.3. Digər tərəfdən, vurğulanmalıdır ki, hətta işə mülkiprosessual qaydada baxılacağı təqdirdə də iş üzrə icraata xitam verilməsi əsasları mövcuddur. 1.4. Belə ki, Ali Məhkəmə Plenumunun ##.##.2019-cu il tarixli ** nömrəli qərarının 14-cü bəndində birbaşa göstərilmişdir ki, müvafiq qanunvericiliklə başqa qayda müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1ci bəndinə əsasən, iş məhkəmədə baxılmalı deyilsə, hakim iş üzrə icraata xitam verir. Məcəllənin 262.1-ci bəndinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad qəbul edir. 2. İddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı tələbinmünasibətdə aşağıdakıları qeyd edirik: 2.1. Mövcud sənədlərə əsasən, iddiaçının Azərbaycan Respublikası MüdafiaNazirliyinin tabeliyində olan hərbi hissələrin tərkibində döyüsəməliyyatlarında iştirakı, yaralanması (müalicə olunması), qanuni əsasla ehtiyata buraxılması amilləri aşkar olunmamışdır. Bu nüanslar müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina üçün birbaşa əsas təşkil edir. Belə ki: 2.2. 2.3. 2.4. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2025-citarixli *-**-**/*- Q/M-****-*/**** nömrəli məktubunda göstərilmişdir ki, Nnömrəli hərbi hissənin Binəqədi taborunun adlı siyahılarının kserosurətqovluğunda Abşeron rayonu üzrə N nömrəli hərbi hissədə hərbi xidmətdə olan şəxsi heyətin siyahısında 1967-ci il təvəllüdlü İddiaçı adı (adının qarşısında “##.##.1992-##.##.1992” göstərilmişdir) qeyd olunmuşdur; Nnömrəli hərbi hissə komandirinin aprel-iyul 1992-ci il tarixli nizami hissə üzrəəmrlərində İddiaçı xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. Göründüyü kimi, arxiv materiallarında iddiaçının döyüşlərdə iştirakı,yaralanması və ya hərbi hissədən qanunla müəyyən olunmuş qaydadaehtiyata buraxılması faktları müəyyən olunmamışdır (nizami hissə üzrəəmrlər, arxiv arayışları və əlaqədar sənədlər mövcud deyildir). Halbuki qanunvericiliyə əsasən, yuxarıda qeyd edilən sənədlərin mövcudluğuşəxsə müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkünlüyü üçünəsas təşkil edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilən "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamədə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxilolmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu,Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərindəaparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinintərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatlarıaparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüştəminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə....- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallarorqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, AzərbaycanRespublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X7 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkündür. 2.5. İddiaçının Əsasnamədə sadalanan sənədlərə malik olmaması, onun Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin tərkibində döyüş əməliyyatlarında iştirakının, qanuni əsasla ehtiyata buraxılması faktının müəyyən olunmaması iddianın rəddi üçün birbaşa əsasdır. 3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 47.2, 48.2-ci və 62.3-cü maddələrini rəhbər tutaraq, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “1992-ci ilin aprel-iyul aylarında Azərbaycan Respublikası Qarabağ bölgəsində Abşeron batalyonunun tərkibində döyüş əməliyyatlarında könüllü olaraq iştirak etməsi faktının tanınması və müharibə veteranı adının və vəsiqəsinin verilməsi” barədə iddia tələbinin birinci hissədə mümkünsüz sayılması və ikinci hissədə rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Məhkəmə sorğusuna əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-**-**/*-****/**** saylı cavab məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin müvafiq Komissiyasının ##.##.1998-ci tarixli ** nömrəli protokoluna əsasən, Allahverdiyev İsa Ələkbər oğluna, ##.##.2016-cı il tarixli ** nömrəli protokoluna əsasən, X1 müharibə veteranı adı və müvafiq vəsiqə verilmişdir. Cavabdeh Şəxsi Heyət Baş İdarəsinin ##.##.2026-cı il tarixli, 3-25-14/2-M-20472- 20/2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2026- cı il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbuI edilməmişdir. Təqdim olunmuş sənədlərə əsasən və Mərkəzi Arxivin ##.##.2025-ci il tarixli 3-25-29/2- Q/M-****-*/**** nömrəli arxiv arayışına əsasən döyüş əməliyyatlarının əhatə edən dövrdə xidmət barədə nizami hissə üzrə əmrlərdə məlumatlarda aşkar olrnadığına görə “Müharibə Veteranı” vəsiqəsinin verilməsindən imtina olunur. Cavabdeh Mərkəzi Arxivindən təqdim edilən ##.##.2025-ci il tarixli, *-**-**/*-QIM- ****-*/**** nömrəli arayışdan görünür ki, N No-li hərbi hissənin Binəqədi taborunun adlı siyahılarının kserosürəti qovluğunda (əsas: səh 2, sıra 11, məlumatda adının qarşısında “##.##.1992-##.##.1992” hərbi yazılmışdır) Abşeron rayonu üzrə N No-li hərbi hissədə hərbi xidmətdə olan şəxsi heyətin siyahısında 1967-ci il təvəllüdlü İddiaçı adı qeyd edilmişdir. Qeyd edilib ki, N №-li hərbi hissə komandirinin aprel-iyul 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən, səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi (qanuni əsaslarla tərxis olunması) mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından iddia sübüta yetirilmiş sayıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, işin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə göstərilən nəticələrə gələrkən bir hala diqqət yetirməmişdir ki, mənim 1992-ci ilin aprel-iyul ayları arasında Qarabağ bölgəsində aparılan döyüş əməliyyatlarında bilavasitə iştirak etməyim faktdır və bu təqdim edilmiş fotoşəkillərlə də təsdiq edir. Məhkəmə zalinda şahidlər olmasına və məhkəmə tərəfindən onların şəxsiyyət vəsiqələrinin alınmasına baxmayaraq hakim şahidləri dindirməmiş, ifadələrim almamışdır. Bununla da məhkəmə şahidlərin ifadələrinin məzmunu ilə iddiamın tam əsaslı olmasının təsdiqini tapmasına şərait yaratmamışdır. O, 1992-ci ildə könüllü olaraq Abşeron Hərbi Komissarlığına müraciət etmiş və həmin müraciət əsasında Abşeron batalyonunun tərkibinə daxil edilərək Qarabağda gedən döyüş əməliyyatlarında iştirak etməyim Azərbaycan Respublikasının Arxiv İdarəsinin ##.##.2025-ci il tarixli arayışı və orijinal hərbi biletdə olan qeydlərlə təsdiq olunur, (məhkəmə hərbi biletin məzmununa da hüquqi qiymət verməyib) Müharibənin qaynar dövründə, yəni 1992-ci ildə hərbi qulluqçulara hərbi rütbələrin (R, R və s.) verilməsi məqsədilə mənə məxsus orijinal hərbi bilet aidiyyəti hərbi orqanlar tərəfindən müvəqqəti olaraq götürülmüşdür. Müharibə şəraitinin ağırlığı və həmin dövrdə mövcud olan obyektiv səbəblərlə əlaqədar olaraq hərbi bileti müəyyən müddət mənə qaytarılmamış, 1997-ci ildə tapılaraq rütbələr qeyd olunmuş halda geri verilmişdir. Məhkəmə cavabdeh tərəfin izahatlarını əsas götürsə də, bu izahatda Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2025-ci il tarixli *-**-**/*-Q/M-l***- */**** nömrəli məktubunda göstərilmişdir ki, N nömrəli hərbi hissənin Binəqədi taborunun adlı siyahılarının kserosurət qovluğunda Abşeron rayonu üzrə N nömrəli hərbi hissədə hərbi xidmətdə olan şəxsi heyətin siyahısında 1967-ci il təvəllüdlü İddiaçı adı (adının qarşısında “##.##.1992-##.##.1992” göstərilmişdir) qeyd olunmasına hüquqi qiymət verməyib. N nömrəli hərbi hissə komandirinin aprel-iyul 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində xidmətim barədə əlavə məlumat aşkar olunmaması mənim “1992-ci ilin apreliyul aylarında Azərbaycan Respublikası Qarabağ bölgəsində Abşeron batalyonunun tərkibində döyüş əməliyyatlarında könüllü olaraq iştirak etməsi faktının tanınması və müharibə veteranı adının və vəsiqəsinin verilməsi” barədə iddiamın təmin edilməməsi üçün əsas vermir. Belə ki, məhkəmə nəzəərə almayaraq hüquqi qiymət verməmişdir ki, faktiki olaraq döyüşdüyüm halda arxiv materiallarında mənim döyüşlərdə iştirakım, yaralanmam və ya hərbi hissədən qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxılmağım faktlarına hərbi hissə tərəfindən qeydlər aparılmaması mənim günahım deyil. İşin faktiki halları və təqdim etdiyim sübutlar iddiamın əsaslı olmasını tam təsdiq edir və döyüş əməliyyatlarında iştirak faktım rəsmi dövlət arxiv sənədləri və hərbi sənədlərlə təsdiq olunduğu halda, müharibə veteranı statusunun verilməməsi qanunvericiliyin tələblərinə zidd olmaqla onun hüquqlarını da pozduğu üçün məhkəməyə bu hüquqlarımın bərpası üçün müraciət etsə də, məhkəmə qeyd edilən halları düzgün araşdırmadan göstərilən qərarı qəbul etməklə mənim ədalətli məhkəmə müdafiə hüququmu pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ OLUNAN HÜQUQ: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmişdir)
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994- cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;
Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. (-).
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası təşkil edir. İddiaçının hüquqi marağı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqanın dəlili ondan ibarət olmuşdur ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2025-ci il tarixli, *-**-**/*-Q/M-****-*/**** nömrəli arxiv arayışında N nömrəli hərbi hissənin Binəqədi taborunun adlı siyahılarının kserosurəti qovluğunda Abşeron rayonu üzrə N nömrəli hərbi hissədə hərbi xidmətdə olan şəxsi heyətin siyahısında iddiaçının adının və qarşısında “##.##.1992-##.##.1992” tarixlərinin göstərilməsinə baxmayaraq, N nömrəli hərbi hissə komandirinin aprel-iyul 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə əlavə məlumat aşkar olunmamış, həmçinin iddiaçının Qarabağ bölgəsində döyüş əməliyyatlarında bilavasitə iştirakı və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması rəsmi sənədlərlə təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarından görünür ki, Cavabdeh Şəxsi Heyət Baş İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-**/*-M-*****-**/**** nömrəli məktubunda iddiaçının “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı təqdim etdiyi sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2026-cı il tarixli iclasında baxıldığı və barəsində müsbət qərar qəbul edilmədiyi göstərilmişdir. İmtinanın əsası kimi Mərkəzi Arxivin ##.##.2025-ci il tarixli arxiv arayışına görə döyüş əməliyyatlarını əhatə edən dövrdə iddiaçının xidməti barədə nizami hissə üzrə əmrlərdə məlumat aşkar olunmaması göstərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2025-ci il tarixli arxiv arayışından müəyyən olunur ki, N nömrəli hərbi hissənin Binəqədi taborunun adlı siyahılarının kserosurəti qovluğunda Abşeron rayonu üzrə həmin hərbi hissədə hərbi xidmətdə olan şəxsi heyətin siyahısında 1967-ci il təvəllüdlü İddiaçı adı qeyd edilmiş, adının qarşısında “##.##.1992-##.##.1992” tarixləri göstərilmişdir. Bununla yanaşı, həmin arayışda N nömrəli hərbi hissə komandirinin aprel-iyul 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə əlavə məlumat aşkar olunmadığı da qeyd edilmişdir. Kollegiya hesab edir ki, sözügedən arxiv arayışı iddiaçının adının müəyyən dövr üzrə N nömrəli hərbi hissənin şəxsi heyət siyahısında göstərildiyini təsdiq etsə də, özlüyündə onun məhz Qarabağ bölgəsində döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət etməsini, konkret döyüş tapşırıqlarının icrasında və ya bilavasitə döyüş əməliyyatlarında iştirakını, eləcə də həmin xidmətin qanuni qaydada başa çatmasını təsdiq etmir. Xüsusilə də həmin dövrə aid nizami hissə üzrə əmrlərdə iddiaçının xidməti barədə məlumatın aşkar olunmaması bu baxımdan əhəmiyyətli haldır. İddiaçının apellyasiya şikayətində istinad etdiyi hərbi bilet, ailəsinə ünvanladığı məktublar və təqdim etdiyi fotoşəkillər də kollegiya tərəfindən iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilir. Hərbi biletdə olan qeydlər iddiaçının hərbi xidmətlə bağlı müəyyən məlumatlarını əks etdirsə də, Əsasnamənin tələbinə görə hərbi bilet hərbi xidmət keçməni sübut edən nizami hissə üzrə əmrlər və ya arxiv arayışları ilə birlikdə qiymətləndirilməlidir. Təqdim edilmiş fotoşəkillər və şəxsi yazışmalar isə onların çəkildiyi və ya tərtib edildiyi yerin, vaxtın, hərbi hissənin və iddiaçının bilavasitə hansı döyüş əməliyyatında iştirak etməsinin rəsmi qaydada müəyyən edilməsinə imkan verən məlumatları özündə ehtiva etmir və buna görə də qanunvericilikdə tələb olunan rəsmi hərbi sənədləri əvəz edən sübut kimi qəbul edilə bilməz. Şahid ifadələri iddiaçının döyüş bölgəsində olması və xidmət şəraiti barədə əlavə məlumat mənbəyi kimi qiymətləndirilə bilsə də, Əsasnamədə müharibə veteranı adının verilməsi üçün nəzərdə tutulan rəsmi hərbi sənədlərin olmamasını əvəz etmir. Buna görə də birinci instansiya məhkəməsində şahidlərin dindirilməməsi hazırkı işin nəticəsinə təsir edən və qərarın ləğvini zəruri edən prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Kollegiya qeyd edir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı hesab edilirlər. Həmin Qanunun 7-ci maddəsinə görə isə müharibə veteranı adının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, habelə döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müharibə veteranı adı müvafiq sənədlər əsasında verilir. Belə sənədlərə aidiyyəti dövlət orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, şəxsi işlər, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən digər sənədlər aid edilir. Göstərilən hüquq normasının məzmunundan aydın olur ki, müharibə veteranı adının verilməsi üçün təkcə şəxsin müəyyən dövrdə hərbi hissənin siyahısına daxil edilməsi kifayət etmir. Şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın tərkibində hərbi xidmət keçməsi, bu xidmətin qanunvericilikdə nəzərdə tutulan mötəbər sənədlərlə təsdiq edilməsi, habelə onun hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması və ya hərbi hissənin siyahılarından çıxarılması barədə müvafiq sənədin mövcudluğu əhəmiyyət daşıyır. Hazırkı işdə iddiaçı ##.##.2025-ci il tarixli arxiv arayışına, hərbi biletə, fotoşəkillərə və şəxsi yazışmalara istinad edir. Lakin arxiv arayışı yalnız onun adının N nömrəli hərbi hissənin Binəqədi taborunun şəxsi heyət siyahısında “##.##.1992-##.##.1992” tarixləri ilə göstərildiyini təsdiq edir. Həmin dövr üzrə nizami hissə əmrlərində isə iddiaçının xidməti barədə əlavə məlumat aşkar edilməmişdir. İş materiallarında iddiaçının məhz Qarabağ bölgəsində döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət etməsini, bilavasitə döyüş əməliyyatlarında iştirakını və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasını təsdiq edən başqa rəsmi sənəd mövcud deyildir. Kollegiya hesab edir ki, iddiaçının yuxarıda istinad etdiyi sənədlər onun həmin dövrdə hərbi xidmətlə bağlı müəyyən hüquqi münasibətdə olduğunu göstərsə də, bu sənədlər özlüyündə “müharibə veteranı” adının verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün dispozisiya şərtlərinin mövcudluğunu təsdiq etmir. Çünki mübahisə üzrə həlledici məsələ iddiaçının məhz döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın tərkibində hərbi xidmət keçməsinin, bu xidmətin davamlılığının və qanuni əsaslarla başa çatmasının mötəbər sənədlərlə sübuta yetirilib-yetirilməməsidir. Bu baxımdan, yalnız hərbi biletə və ya hərbi hissənin şəxsi heyətinə daxil edilmə barədə ilkin əmrlərə istinad edilməsi kifayət sayıla bilməz. Əsasnamədə hərbi biletlər ayrıca deyil, hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birlikdə nəzərdə tutulmuşdur. Hazırkı işdə isə belə təsdiqedici sənədlərin olmaması cavabdeh inzibati orqanın imtinasının əsasını təşkil etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Zülfüqar Muxtar oğlu İsmayılovun şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ##.##.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Hazırkı işdə aparılmış məhkəmə araşdırması nəticəsində iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın tərkibində keçdiyi hərbi xidmətin qanuni əsaslarla başa çatması mötəbər və yetərli sübutlarla təsdiq edilməmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin normanın məzmunundan görünür ki, hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi qanunvericilikdə müəyyən edilmiş rəsmi prosedurlarla bağlıdır. Bu baxımdan, şəxsin hərbi xidmət keçməsi faktı yalnız onun hərbi hissəyə daxil edilməsi ilə deyil, həm də həmin xidmətdən qanuni əsaslarla buraxılması və ya hərbi hissənin siyahılarından çıxarılması barədə müvafiq sənədlərin mövcudluğu ilə tamamlanmalıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı mübahisədə iddiaçı cavabdeh inzibati orqanın üzərinə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin qoyulmasını tələb etdiyindən, bu adın verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş faktiki və hüquqi şərtlərin mövcudluğunu sübut etməli idi. Lakin iş materialları ilə həmin şərtlərin tam şəkildə mövcudluğu təsdiq olunmur. Kollegiya onu da qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının təqdim etdiyi sənədləri Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”da araşdırmış, Mərkəzi Arxivin ##.##.2025ci il tarixli arxiv arayışındakı məlumatları nəzərə almış və döyüş əməliyyatlarını əhatə edən dövrdə iddiaçının xidməti barədə nizami hissə üzrə əmrlərdə məlumat aşkar olunmadığına görə müsbət qərar qəbul etməmişdir. Kollegiyanın qənaətinə görə, cavabdehin bu yanaşması iş materiallarında olan sübutların məzmunu ilə ziddiyyət təşkil etmir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin məzmununa görə, fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən sənədlər və dəlillər onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Lakin həmin norma təqdim edilmiş sənədlərin sübut qüvvəsini tanımaqla yanaşı, həmin sənədlərin iddia edilən hüquqi nəticəni doğurmaq üçün yetərli olub-olmamasının məhkəmə tərəfindən qiymətləndirilməsini istisna etmir. Hazırkı işdə iddiaçının təqdim etdiyi sənədlərin mövcudluğu inkar olunmasa da, həmin sənədlər “müharibə veteranı” adının verilməsi üçün tələb olunan bütün hüquqi şərtləri təsdiq edən yetərli sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə, N nömrəli hərbi hissənin şəxsi heyət siyahısında iddiaçının adının və “##.##.1992-##.##.1992” tarixlərinin göstərilməsi onun hərbi xidmətlə bağlı müəyyən əlaqəsini təsdiq etsə də, iddiaçının məhz Qarabağ bölgəsində döyüş əməliyyatlarında bilavasitə iştirak etməsi, həmin xidmətin döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində keçməsi və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması iş materiallarındakı rəsmi hərbi sənədlərlə sübuta yetirilməmişdir. Hərbi bilet, fotoşəkillər, şəxsi yazışmalar və apellyasiya şikayətində şahidlərin dindirilməməsi ilə bağlı dəlil bu sənəd çatışmazlığını aradan qaldırmır. Buna görə də cavabdehin iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinası işin müəyyən edilmiş hallarına və tətbiq olunan hüquq normalarına uyğun olmuşdur. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, işin qeyd olunan xüsusatlarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.