Məhkəmə qərarları › İş №2-1(3-8)-119/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-119/2026

23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-119/2026 23.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 nümayəndəsi X1 iştirakı ilə Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Dağlıq-X4rşı “özünüməşğulluğun təmin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Dağlıq-X4rşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, arıçılıq təsərrüfatı ilə əlaqədar özünüməşğulluğun təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçının Şamaxı rayon, Nağaraxana kəndindəki öz evində daimi yaşamadığı qeyd edilsə də, onun yaşamağa başqa evi yoxdur. Ilkin monitorinq aktından göründüyü kimi, iddiaçının 0,12 ha torpaq sahəsi mövcuddur. Digər hər hansı məşğulluğu isə yoxdur. Iddiaçı 2-ci qrup əlildir və 360 manat pensiya alır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi “Arıçılıq təsərrüfatı” biznes ideyası üzrə şəraitin olub-olmamasını müəyyən etmək üçün cavabdeh orqanın Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən ## ##### 2024-cü il tarixdə faktiki yaşadığı ünvanına ilkin baxış keçirilmiş, foto-video çəkiliş və ilkin monitorinq aktı tərtib olunmuşdur. Video çəkilişdən göründüyü kimi, ilkin monitorinq aktında monitorinq zamanı iddiaçının verdiyi məlumatlar qeyd olunmuşdur və bu aktın əsassız hesab edilməsi barədə iddianın özü mümkünsüz iddiadır. Monitorinq aparılan zaman həmin ünvanda yaşayışın olmadığı müəyyən olunmuş və monitorinqin nəticələrinə əsasən və Agentliyə yanlış məlumat verdiyi səbəbindən iddiaçının özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi “Arıçılıq təsərrüfatı” biznes ideyası üzrə özünüməşğulluq proqramına cəlb olunma meyarları rəhbər tutularaq növbəti mərhələyə keçirilməsi uyğun hesab olunmamışdır. Əlavə olaraq bildirilmişdir ki, filial ilkin monitorinqi həyata keçirən və vətəndaşın özünüməşğulluq proqramının növbəti mərhələsinə keçirilməsi barədə qərar qəbul edən qurum olmadığı üçün də iddia mümkünsüz hesab edilməlidir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, ## ######## 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən fərdi yaşayış ev və 0,12 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. X2 Filialının # ###### 2016-cı il tarixli, *** nömrəli arxiv çıxarışından görünür ki, Şamaxı Rayon Icra Hakimiyyəti başçısının Nağaraxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1996-2000-ci illərin Nağaraxana kəndi üzrə “Qaytanlanmış təsərrüfatbaşına kitabları”nda 215 şəxsi hesab nömrəli olan Nağaraxana kənd sakini İddiaçı adı qeyd edilmişdir. X2 Filialının # ###### 2015-ci il tarixli, *** nömrəli arxiv çıxarışından görünür ki, Şamaxı Rayon Icra Hakimiyyəti başçısının Nağaraxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1986-1990-cı illərin Nağaraxana kəndi üzrə “Qaytanlanmış təsərrüfatbaşına kitabları”nda 326 şəxsi hesab nömrəli olan Nağaraxana kənd sakini İddiaçı adı qeyd edilmişdir. ## ##### 2024-cü il tarixli “Şəxsin özünüməşğulluğunun təşkili üçün şəraitinin olubolmamasını müəyyən etmək üçün ilkin monitorinq aktı”ndan görünür ki, İddiaçı ünvanı - Nağaraxana, 4 nəfər ailə üzvü, 200 kv.m olan evi, 0,12 ha torpaq sahəsi, II qrup əlilliyə görə 360 manat məbləğində rəsmi gəliri, 2003-cü il istehsal illi “Nissan Maxima” markalı nəqliyyat vasitəsi, işığa görə 40 manatdan, qaza görə 40-100 manat məbləğində kommunal ödənişlər, müraciət etdiyi arıçılıq istiqaməti üzrə 0-1 il təcrübəsi mövcuddur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Dağlıq-X4 Filialının # ###### 2024-cü il tarixli, *-**-*/*-B-*****/**** saylı İddiaçı göndərilmiş məktubundan görünür ki, özünüməşğulluğunun təşkili üçün şəraitinin qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq seçdiyi istiqamət üzrə qeyd etdiyi ünvanda daimi yaşamadığı müəyyən edildiyindən növbəti mərhələ üzrə özünüməşğulluğunun təşkil edilməsinə köməklik göstərilməsi dayandırılmışdır. X2 Filialının ## ###### 2024-cü il tarixli, *-**-**F/*-B-***-*-**** nömrəli arxiv çıxarışından görünür ki, Şamaxı Rayon Icra Hakimiyyəti başçısının Nağaraxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1977-1979-cu illərin təsərrüfatbaşına kitablarında İddiaçı ailə üzvlərinə dair məlumat mövcuddur. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ## ###### 2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı Şamaxı rayonu, Astraxanovka kəndində doğulmuş, Şamaxı rayonu, Nağaraxana kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Şamaxı Rayon Icra Hakimiyyətinin # ######## 2025-ci il tarixli, *-**/*-***/**** nömrəli və Şamaxı Rayon Icra Hakimiyyəti başçısının Nağaraxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin # ######## 2025-ci il tarixli, *-**-**/*-**/**** nömrəli məktublarından görünür ki, # ###### 1964-cü il təvəllüdlü İddiaçı Şamaxı rayonu, Nağaraxana kəndində qeydiyyatdadır və 2000-ci ildən Nağaraxana kəndində yaşayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı arıçılıq təsərrüfatı ilə əlaqədar özünüməşğulluğun təmin olunması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Dağlıq-X4 Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, X5 # ### 2025-ci il tarixli *-**- */*-*-**/**** nömrəli qərarı ilə Agentliyin Dağlıq-X4 filialının əsasnaməsi təsdiq edilmişdir. Həmin əsasnamədə ilkin monitorinqi həyata keçirmək və vətəndaşın özünüməşğulluq proqramının növbəti mərhələsinə keçirilməsi barədə qərar qəbul etmək səlahiyyəti Filiala həvalə edilməmişdir. Filialın qeyd olunan səlahiyyətləri həyata keçirən qurum olmadığı üçün də iddianın mümkün sayılmaması barədə işə baxan məhkəmədən xahiş edilsə də, Sumqayıt Inzibati Məhkəməsi bunu nəzərə almamışdır. Monitorinq aparılan zaman iddiaçının həmin ünvanda yaşayışın olmadığı müəyyən olunmuş və monitorinqin nəticələrinə əsasən və Agentliyə yanlış məlumat verdiyi səbəbindən iddiaçının özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi "Arıçılıq təsərrüfatı” biznes ideyası üzrə özünüməşğulluq proqramına cəlb olunma meyarları rəhbər tutularaq növbəti mərhələyə keçirilməsi uyğun hesab olunmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçının Şamaxı rayonu, Nağaraxana kəndində qeydiyyatda olduğu və yaşadığı, ## ######## 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən həmin kənddə yerləşən fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olduğu müəyyən edilmişdir. Agentlik tərəfindən iddiaçı İddiaçı özünüməşğulluq proqramı çərçivəsində növbəti mərhələyə keçirilməməsi barədə qərar verilərkən monitorinq aparılan zaman həmin ünvanda yaşayışın olmadığı, həmçinin monitorinqin nəticələrinə əsasən və Agentliyə yanlış məlumat verməsinə əsaslanılmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. Özünüməşğulluğa kömək göstərilməsi 24.1. Işsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir: 24.1.1. özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi; 24.1.1-1. təcrübəsinin, peşəsinin (ixtisasının), məşğulluq tarixçəsinin, maddi rifahının, habelə şəraitinin özünüməşğulluğa cəlb edilməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə ilkin monitorinqin həyata keçirilməsi; 24.1.2. əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi; 24.1.3. özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi; 24.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi; 24.1.5. özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4cü maddəsində göstərilən müddət ərzində monitorinqi. 24.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqini (o cümlədən elektron monitorinqini) aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə daxil etməlidir. 24.3. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 6 (altı) ay ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır. 24.4. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə, özgəninkiləşdirdikdə, digər şəxsin istifadəsinə verdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. 24.5. Bu Qanunun 24.3-cü maddəsində göstərilən bazar qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən özünüməşğulluğa cəlb olunmuş şəxsin iştirakı ilə əmlakın qaytarıldığı gündən çoxu 1 (bir) ay əvvəl eyni (analoji) əmlak üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. 24.6. Bu Qanunun 24.3-cü maddəsinə uyğun olaraq özünüməşğulluğa cəlb olunmuş şəxsə verilmiş əmlak geri alındıqda və bu əmlakın digər özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi mümkün olmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həmin əmlak açıq hərracların keçirilməsi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən satılır. 24.7. Özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qanunun 24.3-cü və 24.4-cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. 24.9. Özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, şəhid ailəsinin üzvlərinə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir. 24.10. Işsizlikdən sığorta ödənişini alan işsiz şəxslər özünüməşğulluğa cəlb edilmirlər. 24.11. Özünüməşğulluğunun təşkili qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 24.12. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunun 24.2-ci maddəsinə uyğun olaraq özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin müqavilə müddətində monitorinqini (elektron monitorinq istisna olmaqla) aparan işçilərinə nəqliyyat xərcləri üçün “Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.5-ci maddəsində nəzərdə tutulmuş vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə kompensasiya ödənilir. 24.13. Bu Qanunun 24.1.3-cü maddəsində nəzərdə tutulmuş təlimlərin keçirilməsi ilə bağlı “Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.5ci maddəsində nəzərdə tutulmuş vəsait hesabına ödənilən təlim xərclərinin, o cümlədən təlim materiallarının hazırlanması xərcləri və təlimçilərə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. “Özünüməşğulluğun təşkili” Qaydaları 2.1. Özünüməşğulluğun təşkili aşağıdakı mərhələlərdə həyata keçirilir: 2.1.1. özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi; 2.1.1-1. təcrübəsinin, peşəsinin (ixtisasının), məşğulluq tarixçəsinin, maddi rifahının, habelə şəraitinin özünüməşğulluğa cəlb edilməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə ilkin monitorinqin həyata keçirilməsi; 2.1.2. əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə köməklik göstərilməsi; 2.1.3. özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasına köməklik göstərilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi; 2.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz və işaxtaran şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra – əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi; 2.1.5. özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 1 (bir) il müddətində dövri monitorinqi. 3.1. Özünəməşğulluğun təşkili Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində X6 (bundan sonra – Agentlik) tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində (bundan sonra – ƏMAS) işsiz və işaxtaran kimi qeydə alınmış şəxsin müraciəti əsasında həyata keçirilir. 3.2. Agentlik əmək bazarının təhlili əsasında hər il üçün özünüməşğulluğa cəlb ediləcək şəxslərin sayını və özünüməşğulluq istiqamətlərini müəyyən edir, bu barədə məlumatları Nazirliyin rəsmi internet saytında yerləşdirir və onların mütəmadi yenilənməsini təmin edir. 3.3. Özünüməşğulluğun maliyyələşdirilməsi “Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.5-ci maddəsində nəzərdə tutulmuş vəsaitlər, həmçinin qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir. Agentlik işsiz və işaxtaran şəxslərə özünüməşğulluq istiqamətinin seçilməsi və biznes-planların hazırlanmasında yardım göstərilməsi məqsədilə təlimlər keçirir. Təlimlərin keçiriləcəyi yer və vaxt barədə məlumatlar Nazirliyin rəsmi internet saytında yerləşdirilir. 6.1. Bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulmuş təlim özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili mövzuları ilə yanaşı şəxslər üçün biznes-planın tərtib edilməsi, biznes-planın həyata keçirilməsinin mərhələləri, habelə sahibkarlığın əsasları mövzularından ibarət təlim proqramları üzrə keçirilir, habelə seçdiyi özünüməşğulluq istiqamətində biznes-planın hazırlanmasına köməklik göstərilir. 6.2. Şəxsin özünüməşğulluğun təşkilinə hazırlıqlı olmasının qiymətləndirilməsi məqsədilə təlim bitdikdən sonra 5 (beş) iş günü müddətində işsiz və işaxtaran şəxs hazırladığı biznes-planı elektron kabinetində yerləşdirməlidir. 6.3. Bu Qaydanın 6.2-ci bəndində nəzərdə tutulmuş qiymətləndirmə Agentliyin müvafiq yerli qurumlarının və ya Mərkəzin müəyyən etdiyi vaxtda və yerdə biznes-planların elektron kabinetə yerləşdirildiyi tarixdən 30 (otuz) iş günü müddətində, Agentliyin 3 nəfərdən ibarət (sədr və iki nəfər üzv) tərkibdə yaratdığı müvafiq yerli komissiyalar (bundan sonra – Komissiya) tərəfindən həyata keçirilir. 6.4. Komissiyanın işinə özünüməşğulluq istiqamətləri üzrə işəgötürənlərin nümayəndələri və ya müstəqil ekspertlər cəlb edilə bilər. 6.5. Komissiya Agentliyin müvafiq yerli qurumunu və ya Mərkəzi məlumatlandırmaqla aşağıdakı qərarlardan birini qəbul edir və 5 (beş) iş günü müddətində həmin qərarı işsiz və işaxtaran şəxsin elektron kabinetində yerləşdirir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərir: 6.5.1. özünüməşğulluğa cəlb edilir; 6.5.2. özünüməşğulluğa başlamağa hazır deyildir, yenidən təlimlərdə iştirak hüququ vardır. 6.6. Komissiyanın qərarları iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermədə hər bir komissiya üzvü bir səsə malikdir. Komissiya onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledici hesab olunur. Komissiya üzvləri səsvermə zamanı bitərəf qala bilməz. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi X5 # ### 2025-ci il tarixli *-**-*/*-*-**/**** nömrəli qərarı ilə Agentliyin Dağlıq-X4 filialının əsasnaməsi təsdiq edilmişdir. Həmin əsasnamədə ilkin monitorinqi həyata keçirmək və vətəndaşın özünüməşğulluq proqramının növbəti mərhələsinə keçirilməsi barədə qərar qəbul etmək səlahiyyəti Filiala həvalə edilməmişdir. Filialın qeyd olunan səlahiyyətləri həyata keçirən qurum olmadığı üçün də iddianın mümkün sayılmaması barədə işə baxan məhkəmədən xahiş edilsə də, Sumqayıt Inzibati Məhkəməsi bunu nəzərə almamışdır. Qeyd olunanlar nəzərə alınmaqla Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Dağlıq-X4 Filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 publik hüquqi şəxsi ilə əvəzlənməsi, iddiaçı İddiaçı arıçılıq təsərrüfatı ilə əlaqədar özünüməşğulluğun təmin olunması ilə bağlı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 publik hüquqi şəxsində baxılması və müvafiq inzibati aktın qəbul edilməsi üçün 20 (iyirmi) günlük müddət təyin edilməsi qərara alınmışdır. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 tərəfindən qərardadın icra edilməsi barədə məhkəməyə ## #### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub ünvanlanmışdır. Həmin məktubda qeyd edilir ki, sözügedən qərardadın icrası ilə bağlı ##.##.2026-cı il tarixində X10 və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən iddiaçının faktiki yaşadığı ünvanda şəraitinin özünüməşğulluğa cəlb edilməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə ilkin monitorinq keçirilmişdir. Ilkin monitorinq nəticələrinin rəsmiləşdirilməsi ilə əlaqədar tərtib edilmiş ## #### 2026-cı il tarixli müvafiq akt və həmin monitorinq çərçivəsində qeydə alınmış foto və video görüntülərə əsasən iddiaçının faktiki yaşadığı ünvanla əlaqədar təhrif olunmuş məlumat verdiyi aşkarlanmışdır. Bu səbəbdən iddiaçının müraciət etdiyi “Arıçılıq təsərrüfatı” istiqaməti üzrə biznes-planın hazırlanmasına yardım göstərilməsi məqsədilə təlimlərə cəlb edilməsi uyğun hesab edilməmişdir. Beləliklə, iddiaçının şəraitinin özünüməşğulluğa cəlb edilməyə uyğunluğunun müəyyən edilməsi üçün ilkin monitorinq keçirilməklə və həmin monitorinq nəticələrinə yenidən baxılmaqla Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı tam icra edilmişdir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı arıçılıq təsərrüfatı ilə əlaqədar özünüməşğulluğun təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Iş materiallarından göründüyü kimi cavabdeh tərəfin mövqeyi ondan ibarətdir ki, özünüməşğulluğa dair müraciət edilməsi zamanı iddiaçı tərəfindən yanlış məlumatlar göstərilmişdir. Belə ki, faktiki yaşadığı yerindən fərqli olan ünvan qeyd edilmiş, ona məxsus fərdi yaşayış evində yaşamadığı müəyyən edilmişdir. Iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, ## ######## 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şamaxı Ərazi Idarəsi tərəfindən təqdim edilmiş sənədlər ilə qeyd edilən çıxarışın qüvvədə olduğu öz təsdiqini tapmışdır. Hər hansı digər daşınmaz əmlaka dair mülkiyyət növü də müəyyən edilməmişdir. Şamaxı Rayon Icra Hakimiyyəti və Nağaraxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, iddiaçı Şamaxı rayonu, Nağaraxana kəndində qeydiyyatdadır və 2000-ci ildən Nağaraxana kəndində yaşayır. Eləcə də apellyasiya instansiyasında icraat zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş ## #### 2026-cı il tarixli aktdan görünür ki, monitorinq olunan ünvanda yaşayış var, şəxsin tövləsi var, şəxsin ailəsində (eyni ünvandan) özündən başqa özünəməşğulluq proqramına müraciət edən yoxdur, şəxsin ailə üzvlərindən özünəməşğulluq üzrə əmlaklarla təmin olunan yoxdur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın mövqeyini əsassız hesab etməklə qeyd edir ki, göründüyü kimi iddiaçının yaşadığı ünvana baxış keçirilmiş və yuxarıda istinad olunan akt tərtib olunmuşdur. Kollegiya hesab edir ki, iddiaçının həmin ünvanda daimi yaşamaması onun tərəfindən yalnış məlumat vermə kimi qiymətləndirilməməlidir. Belə ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsindən göründüyü kimi özünəməşğulluğun təşkili aşağıdakı mərhələlərdən ibarətdir: özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi; təcrübəsinin, peşəsinin (ixtisasının), məşğulluq tarixçəsinin, maddi rifahının, habelə şəraitinin özünüməşğulluğa cəlb edilməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə ilkin monitorinqin həyata keçirilməsi; əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi; özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi; seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi; özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi. Iddiaçının yaşadığı ev və həmin evə dair mülkiyyət sənədi mövcuddur. Eləcə də iş materiallarına iddiaçının arıçılıq fəaliyyəti ilə məşğul olmasına dair fotoşəkillər əlavə edilmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, mübahisəli ünvana dair kommunal xərclər iddiaçı tərəfindən ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclası gedişatında iddiaçıya arıçılıq fəaliyyəti ilə bağlı məlumatların sual-cavabı zamanı onun tərəfindən verilmiş bütün suallar düzgün olaraq cavablandırılmış və həmin fəaliyyətlə əlaqədar ətraflı məlumatlar verilmişdir. Apellyasiya instansiya məhkəməsindədə məhkəməyə təqdim edilmiş videogörüntüdün aydın olur ki, iddiaçı arıçılıqla bağlı sualları cavablandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri qanunvericiliyin məqsədi baxımından əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, cavabdeh inzibati orqan kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 nəzərə alınaraq, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTICƏVI HISSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar