Məhkəmə qərarları › İş №2-1(3-8)-1194/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-1194/2026

17.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1194/2026 17.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehlərin nümayəndələri X1 və Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər X3 və Aqrar Xidmətlər Agentliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdehlər X3 və Aqrar Xidmətlər Agentliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddiaçı ərizə verərək, dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlər DMA və AXA-ya qarşı məcburetmə haqqında iddia verərək, iddianın təmin edilməsi, cavabdehlər X3 (DMA) və Aqrar Xidmətlər Agentliyi (AXA) əməkdaşlarının qanunsuz hərəkətləri və ya hərəkətsizliyi səbəbindən X8 çərçivəsində arıçılıq üzrə verilmiş təssərüfatın yararsız olması nəticəsində küllü miqdarda maliyyə (pul) itkisi, vaxt itkisi və təsərrüfatın yararsız olduğu üçün, tələf olması nətiçəsində, gəlirdən məhrum olmağı və təsərrüfatın yenisi ilə əvəz edilməklə, dəymiş ziyanın kompensasiyası tələbinə dair real zərər və əldən çıxan fayda qismində iki hissədən ibarət olmaqla: 1). 1380 manat + 6.864 manat + 2.464 manat + 3.200 manat + 3.500 manat + 25.345 manat olmaqla ümumilikdə cəmi: 42.753 (qırx iki min yeddi yüz əlli üç) manat və 20 ədəd sığortalanmış müasir on iki çərçivəli “Ağıllı arı pətəyi” arı ailəsi ilə birgə (dəymiş maddi zərər qismində) – real zərər olaraq hesablanmasını; 2). 21.000 manat + 200 manat + 67.860 manat olmaqla ümumilikdə cəmi: 89.060 (səksən doqquz min altımış) manat olmaqla, 20 ədəd sığortalanmış müasir on iki çərçivəli “Ağıllı arı pətəyi” arı ailəsi və 600 kq bal və ya dəyərinin bazar qiymətinə uyğun hesablanaraq zərərin əldən çıxan fayda qismində hesablanaraq, ümumi zərərin həm real zərər, həm də əldən çıxan fayda qismində cavabdehlər X4 (DMA) və Aqrar Xidmətlər Agentliyindən (AXA) müştərək (bərabər) qaydada kompensasiya edilərək mənə ödənilməsi barədə məhkəmə tərəfindən iddianı təmin edən qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, ##.##.2026 tarixdə e-kabinet vasitəsilə məhkəmə ekspertizası təyin edilməsinə dair vəsatət təqdim etmişdir. Iş materialından da görünür ki, cavabdehlər lazım olan sənədləri dolğun şəkildə təqdim etməkdən yayındıqları üçün, iddia tələbinə diar kompesasiyanın məhkəmənin manesiz təmin edə biləcək qaydada şəffaf hesablanmsına maneçilik törədirlər, öhdəliyi qismən icra etmək üçün, qanunsuz yollara əl atıb hüquq normalarından kənara çıxırlar. Əfsuslar olsun ki, artıq onuncu aydır ki, işin icraatda olmasına baxmayaraq, lazım olan sənədlər cavabdeh tərəfindən hələ də təqdim edilməyib. Bu səbəbdən ##.##.2026 tarixdə sübutetmənin dönüşü haqqında ərizəni ekabinet vasitəsilə məhkəməyə təddim etmişdir. Hazırda cavabdehlərin etdiyi qanunsuz hərəkətlər və yayınmalar səbəbindən tələb olunan sübutların iş materialına təqdim edilməsi prosesi yubandığı üçün, zərərlə bağlı kompensasiyanın hasablanmasında maneələrlə üzləşir. Bu səbəbdən məhkəmənin yardımetmə funksiysasına uyğun olaraq və AR Konstitusiyasının 61-ci, 65-ci, IPM-nin 1.2-ci, 80-ci, MPM-nin 14-cü, 66-67ci, 121-ci, maddələri əsaslanda peşəkar hüquqi yardıma – vəkillə təmin edilməyə zərurət yaranıb. Lakin iş materialından da görünür ki, öz hesabına vəkil tutmağa məddi imkanı yoxdur. Bu hal yuxarı instansiya məhkəməsi olan Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026 tarixli *-*(*-*)-***/**** saylı qərardadı ilə kassasiya şikayəti vermək üçün maddi imkanımın olmadığı məhkəmə tərəfindən müəyyən edilmiş və dövlət büdcəsi hesabına vəkillə təmin edilməyinə dair ərizə təmin edilmişdir (ərizə və qərardad işə əlavə edilir). Sumqayıt Inzibati Məhkəməsinin (hakim Aynur Axundova) ##.##.2026-cı il tarixli, e-*-*(***)- ****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasına dair ərizəsi rədd edilmişdir. Iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizə ilə yanaşı, maddi imkanının olmamasına dair faktiki hallar və iş materialında işsizliyə dair ərizə, həbsdən yeni azad edilməyinə dair arayış və digər sübutlar, eləcə də maddi imkanının olmadığı yuxarı instansiya məhkəmələri tərəfindən müəyyən edilərək, dövlət büdcəsi hesabına vəkillə təmin olunmasına dair ərizənin təmin edilməsinə dair qərardadları təqdim etmişdir. Lakin, məhkəmə IPM-in 1.2-ci və MPM-ni 67-1-ci maddələrinə, xüsusilə 67-1.4.5. müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər və digər sübutların olmasına baxmayaraq, ərizəsini təmin etməmişdir. Belə ki, işsizlik, maddi imkansızlıq və ağır həyat şəraiti səbəbindən aliment öhdəliyini tam icra edə bilmədiyi üçün Quba Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı hökmü ilə AR CM-in 306.1-ci maddəsilə bir il müdətinə azadlıqdan məhrum edilmişdir. ##.##.2025-ci il tarixdə həbs müddətinin bitməsilə əlaqədar azadlığa çıxmışdır, bu halı təsdiq edən arayış iş materialına əlavə edilmişdir. Azadlığa çıxmağına baxmayaraq yerli icra qurumları və o cümlədən Quba RIH onu işlə təmin etmir, sosial və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində heç bir tədbir görmür. Həmçinin özünüməşğulluğa cəlb olunmadığı barədə arayış ##.##.2025-ci il tarixli vəsatətlə birgə iş materialına təqdim edilib və təkrar əlavə edilir. Iş materialından da görünür ki, artıq altı ildir ki, X3 alsistemində işsiz kimi qeydiyyatdan keçmişdir. Ötən dövr ərzində X3 işlə təmin etməyib və işsizliyə dair arayış iş materialına əlavə edilir. Sahibkarlıq fəaliyyətinin olmadığını təsdiq edən * saylı Ərazi Vergilər Idarəsinin ona məxsus ********** nömrəli VÖEN-in ##.##.2028-ci il tarixədək dayandırıldığı barədə arayış ərizəyə əlavə edilir. Işsiz olmağı və əlavə gəlirlər sahəsinin olmaması ilə yanaşı, Quba Rayon Məhkəməsinin ## ###### 2024-cü tarixli *(***)-***/**** saylı qətnaməsilə aliment borcu artırılaraq iki uşağa görə 340 manat qət edilib və buna dair icra vərəqəsi iş materialına əlavə edilir. Aliment öhdəliyi ilə yanaşı, himayəsində yaşlı və xəstə anası var buna dair arayışlar ərizəyə əlavə edilir. Vergi və kommunal ödənişləri qarşılamaqda çətinliklərlə üzləşir. Həmçinin, X3rşı iş təminatına dair iddiası Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası tərəfindən təmin edilərək işə baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə geri qaytarılıb (buna dair ##.##.2026-cı tarixli *-*(*-*)-***/**** saylı bildiriş ərizəyə əlavə edilir). Müxtəlif vaxtlarda çıxarılan Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2020-ci il tarixli *(***)-****/**** saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü tarixli *-*(***)-***/**** saylı, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü tarixli *(***)-****/**** saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2024-cü tarixli *(***)-***/**** saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı tarixli *-*(*-*)-***/**** saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2026-cı tarixli *(*-*)-**/**** saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı tarixli *-*(*-*)-***/**** saylı qərardadları ilə kassasiya şikayəti vermək üçün maddi imkanının olmadığı məhkəmə tərəfindən müəyyən edilmiş və dövlət büdcəsi hesabına vəkillə təmin edilməyinə dair ərizəsi təmin edilmişdir (sonuncu altı qərardad ərizəyə əlavə edilir). Qərardadlarda AR Konstitusuyasının 61-ci, AR IPM-in 1.2-ci, 13-cü və AR MPM-nin 14, 66-67, 121-ci maddələrinə istinad edilmiişdir. Göründüyü kimi, maddi imkanımın olmaması yuxarıda sadalanan faktlarla öz təsdiqini tapmış və müxtəlif vaxtlarda Bakı və Sumqayıt Apellyasiya Məhkəmələri tərəfindən dövlət büdcəsi hesabına vəkillə təmin edilməyinə dair ərizələri müvafiq qərardadlarla təmin edilmişdir. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə iş materialı həddindən artıq çoxdur. Iddia ərizəsindən və iş materialından da görünür ki, cavabdehlərin və məhkəmələrin nöqsanları səbəbindən, iş artıq beş ildir ki, süründürməçilikdədir. Cavabdehlər müxtəlif yollarla məsuliyyətdən yayınmaq, öhdəliyi icra etməmək, qeyri-prosessual münasibətlərə girməklə sövdələşməyə cəhdlər etmək, sübutları və faktiki halları saxtalaşdırmağa cəhdlər edir və bəzi hallarda çirkin məqsədlərinə nail olurlar. Məhkəmə isə yardımetmə funksiyasını həyata keçirmək əvəzinə, cavabdehi müdafiə edərək onu ayrıseçkiliyə məruz qoyur və heç bir yardım göstərmir. Hətta iddia tələbini tam aydınlaşdırmaq və sübutları əldə etmək üçün məhkəmə ekspertizasının təyin edilməsi, bəzi hesablamalar və hüquqi məsələlərlə əlaqədar hüquqi yarıma ehtiyacının olmasına baxmayaraq, məhkəmə ona heç bir yardım etməmişdir. Vəkil tutmağa maddi imkanı yoxdur və buna dair faktlar yuxarıda sadalanaraq, sübutlar iş materialına təqdim edilib. Vəkilin olmaması səbəbindən iddia və şikayətlərin uğursuzluğa düçar olacağı təhlükəsi ilə üz-üzə qalmışdır. Odur ki, hazırda maddi vəziyyətində hər-hansı dəyişiklik olmadığı nəzərə alınaraq, ərizə və şikayəti təmin edilməli, yuxarı instansiya məhkəməsinə şikayəti vermək və məhkəmədə vəkillə təmsil olunmaq üçün dövlət büdcəsi hesabına vəkillə təmin edilməyinə dair qərardad çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və dövlət büdcəsi hesabına vəkillə təmin edilməyinə dair qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edərək və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçının birinci instansiya məhkəməsində hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkillə təmin olunması barədə vəsatətinin rədd edilməsi barədə qərardaddan verdiyi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin vəsatətin təmin edilməsi məhkəmədə vəkil vasitəsilə təmsil olunmaq hüququnun həyata keçirilməsinin təmin edilməsi məqsədini daşıyır. Bu hüququn reallaşdırılması isə ilk növbədə, işə baxan məhkəmədə müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi və iş üzrə tərəfin hüquq və qanuni mənafelərinin müdafiəsində vəkilin iştirakının təmin edilməsi ilə əlaqədardır. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı dövlət hesabına vəkillə təmin olunması barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmiş, lakin vəsatətə baxıldığı gün həmin məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, vəsatətin həll edilməli olduğu mərhələdə birinci instansiya məhkəməsində iş üzrə məhkəmə baxışı artıq yekunlaşmışdır. Bu baxımdan, vəsatətə baxıldığı vaxt etibarilə iddiaçının birinci instansiya məhkəməsində vəkil vasitəsilə təmsil olunmasının təmin edilməsini tələb edən prosessual zərurət artıq mövcud deyildir. Belə ki, iş üzrə məhkəmə baxışı başa çatdığından və yekun məhkəmə aktı qəbul edildiyindən, sonradan dövlət hesabına vəkil təyin edilməsinin birinci instansiya məhkəməsində iddiaçının hüquqlarının müdafiəsinə hər hansı faktiki təsiri mümkün deyildir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iddiaçının birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardan qanunla müəyyən edilmiş qaydada apellyasiya şikayəti vermək hüququ saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayətinin verilməsi üçün isə hazırkı işin xarakterindən və tətbiq olunan prosessual normalardan vəkilin məcburi iştirakı nəzərdə tutulmamışdır. Bu səbəbdən qanunverici iddiaçının birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verməsini vəkildən asılı etməmişdir, iddiaçı özü sərbəst şəkildə apellyasiya şikayəti vermək hüququna malikdir. Odur ki, birinci instansiya məhkəməsinin dövlət hesabına vəkil verilməsi barədə vəsatəti rədd etməsi, iş üzrə iddiaçının məhkəməyə müraciət və məhkəmə müdafiəsi hüququnu aradan qaldırmamış, habelə onun iş üzrə qəbul edilmiş məhkəmə aktından yuxarı instansiya məhkəməsinə şikayət vermək imkanını məhdudlaşdırmamışdır. Beləliklə, vəsatətə baxıldığı anda birinci instansiya məhkəməsində iş üzrə icraatın artıq yekunlaşması nəzərə alınmaqla, iddiaçının həmin instansiyada vəkillə təmsil olunmasının təmin edilməsinə olan prosessual zərurətin aradan qalxdığı nəticəsinə gəlinir. Bu səbəbdən birinci instansiya məhkəməsinin vəsatətin rədd edilməsi barədə nəticəsi əsaslı olmuş və apellyasiya şikayətinin dəlilləri həmin nəticənin dəyişdirilməsi üçün hüquqi əsas yaratmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 67, 68, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar