Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1195/2026 21.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığota və Ekspertiza Agentliyinə qarşı “əlilliyin müəyyən olunması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI: Sonuncu müayinəyə dair məlumatdan görünür ki, ## ##### 2025-ci il tarixdə (forma 88 K00252748PPY) səbəb diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. **** saylı xəstəlik haqqında şəhadətnaməyə əsasən diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: Keçirilmiş qapalı kəllə-beyin travması (##.##.1992), baş beyin silkələnməsinin xoşxassəli kəllədaxili hipertenziya ilə müşayiət olunan posttravmatik ensefalopatiya ilə nəticəsi. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Sol əlinl-ll, sağ əlin IV barmağının kor qəlpə yaralanmasından (1992) sonrakı bərkimiş dəri çapığı. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Quru göz sindromu , görmə itiliyi 1.0 olmaqla. Öd kisəsində xolestrol polip( 3-4 mm). Sağ böyrəyin kisti (1.2 sm) Arxa kəllə çuxurunda 9x22 mm ölçüdə araxnoidal kisti. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: "Xəstəliklər cədvəli"nin 23b maddəsinin III qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi * nömrəli Klinik Psixiatriya Xəstəxanasının ##.##.2025-ci il tarixli ***** saylı məktubuna əsasən Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan ##.##.1972-ci il təvəllüdlü İddiaçı Psixi Sağlamlıq Mərkəzinin göndərişinə əsasən ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək Bakı şəhəri * nömrəli Klinik Psixiatriya Xəstəxanasına müayinə və müalicədə olmuşdur. Diaqnoz: “Baş-beynin üzvi zədələnməsi nəticəsində (İ Qarabağ müharibəsi QKBT) şəxsiyyət dəyişikliyi, absans şəkildə paroksizmal tutmalar, koqnitiv funksiyaların zəifləməsi ilə”. Təkrarən, İddiaçı Abşeron Rayon Mərkəzi Xəstəxanasının göndərişinə əsasən ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək Bakı şəhəri * nömrəli Klinik Psixiatriya Xəstəxanasına müayinə və müalicədə olmuşdur. Diaqnoz: “Baş-beynin üzvi zədələnməsi nəticəsində (İ Qarabağ müharibəsi QKBT) şəxsiyyət dəyişikliyi, absans şəkildə paroksizmal tutmalar, koqnitiv funksiyaların zəifləməsi ilə”. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ##.##.2026-cı il tarixli **** saylı məktubu ilə təqdim edilmiş ## ##### 2026-cı il tarixli **** saylı psixiatrik ekspertiza rəyinə əsasən İddiaçı hal-hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, davranış pozuntuları, koqnitiv funksiyaların enməsi və anamnezində qıcolma tutmaları ilə” (F07.0) aşkar olunur. ##.##.2026-cı il tarixli xəstəlik tarixindən çıxarışdan müəyyən edilir ki, İddiaçı Abşeron Rayon Mərkəzi Xəstəxanasının göndərişinə əsasən ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixə kimi “xxxx” publik hüquqi şəxsində stasionar müayinə və müalicədə olmuşdur. ##.##.2026-cı il tarixdə “XBT-10 kodu ilə F07.0 üzvü mənşəli şəxsiyyət poğunluğu” diaqnozu qoyulmuşdur. 1-ci qarabağ müharibəsində iştirak edib. Döyüşlər zamanı qapalı kəllə beyin trafması alıb. Bundan sonra əsəbilik, yuxusuzluq, qıcolma tutmaları əmələ gəlib. Bu səbəbdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xxxxna qəbul olunub. ##.##.2026-cı il tarixdə Həkim Məsləhət Komissiyasına təqdim edilib. “Üzvi(2-ci Qarabağ müharibəsi zamanı keçirilmiş qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət dəyişikliyi, absanans şəklikdə paroksizmal tutmalar, koqnitiv funksiyaların enməsi ilə, dekompensasiya dövrü” diaqnozu təyin edilmişdir. Aparılmış müalicədən sonra ambuator nəzarət altında evə yazılmışdır. Həqiqi hərbi xidmətdən ehtiyyata buraxılarkən xəstəliklərinin hərbi xidməti ilə səbəb əlaqəsi müəyyən edilmiş, sonuncu xidmət yeri olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi hərbi həkim komissiyası tərəfindən ##.##.2024-cü il tarixli **/* nömrəli və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən ##.##.2024-cü il tarixli **** nömrəli xəstəlik haqqında şəhadətnamə təqdim olunmuşdur. Hər iki şəhadətnamədə Diaqnoz və xəsarətlərin (yaranmasının, travmanın, kantuziyanın), xəsarətlərin səbəb əlaqəsi haqqında MHHK-nın qərarında qeyd olunur ki, keçirilmiş qapalı kəllə beyin travması (##.##.1992), baş beyin silkələnməsinin xoşxassəli kəllədaxili hipertenziya ilə müşayət olunan postravmatiq ensefalopatiya ilə nəticəsi. Keçirilmiş kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotiq təzahürlər. Sol Əlin 1-2, sağ əlin 4-cü barmağının kor qəlpə yaralanmasından (1992) sonrakı bərkimiş dəri çapığı, HƏRBI TRAVMADIR, AZƏRBAYCAN RESPUBLIKASININ ƏRAZI X7. Iddiaçı quru göz sinduromu, görmə itiliyi 1.0 olmaqla, Öd kisəsində xolestrol polip (3-4 mm), Sağ böyrəyin kisti (1.2 sm), Arxa kəllə çuxurunda 9x22 mm ölçüdə araxnoidal kist. Xəstəlikdir Hərbi Xidmət Dövründə Alınmışdır. Aldığı xəsarətlərin fəsadı olaraq ##.##.2024- ##.##.2024-cü il tarixlərində (45 gün), ##.##.2024-##.##.2024-cü il tarixlərində (45 gün) olmaqla * nömrəli klinik psixiateriya xəstəxanasında, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixinədək isə (21 gün) Səhiyyə Nzirliyinin Respublika Psixiateriya xəstəxanası publik hüquqi şəxsində “Baş beyin üzvi zədələnməsi nəticəsində (1-ci Qarabağ Müharibəsi qapalı kəllə-beyin travması) şəxsiyyət dəyişikliyi, absans şəkildə paroksizmal tutmalar, koqnitiv funksiyaların zəifləməsi ilə. diaqnozu (XTB-10 kodu üzrə F070, F67, G-40) ilə” müalicə almışdır. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyin təyin edilməsini xahiş etmişdir. Iddia ərizəsi ##.##.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə IPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1972-ci il tarixində Qərbi Azərbaycanda doğulmuşdur. Mənfur qonşu dövlətin xalqımıza qarşı apardığı ədalətsizliyin nəticəsi olaraq ailəsilə birlikdə ölkəmizə qaçqın kimi köçmək məcburiyyətində qalmışdır. Xalqını, Millətini, Vətənini sevən Vətənpərvər gənc olaraq N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olarkən 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında Füzuli rayonu ərazisində ağır yaralanmış və həmin vaxt “sağ əlin qəlpəli yarası, qapalı kəllə beyin travması, kantuziya, baş beyin zədələnməsindən sonrakı ensefalopatiya” diaqnozu, daha sonra isə “Baş beynin travması nəticəsində əmələ gələn reaktiv depressiv psixoz” diaqnozu müəyyən edilmişdir. Aldığı xəsarətlərlə bağlı müxtəlif vaxtlarda mütəmadi olaraq müalicələr almışdır (sənədləri əlvə edir). 2024-cü ildə “R” hərbi rütbəsində səhhəti ilə bağlı həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır.Təqaüddədir. Həqiqi hərbi xidmətdən ehtiyyata buraxılarkən xəstəliklərinin hərbi xidməti ilə səbəb əlaqəsi müəyyən edilmiş, sonuncu xidmət yeri olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi hərbi həkim komissiyası tərəfindən ##.##.2024-cü il tarixli **/* nömrəli və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən ##.##.2024-cü il tarixli **** nömrəli xəstəlik haqqında şəhadətnamə təqdim olunmuşdur. Hər iki şəhadətnamədə Diaqnoz və xəsarətlərin (yaranmasının, travmanın, kantuziyanın), xəsarətlərin səbəb əlaqəsi haqqında MHHK-nın qərarında qeyd olunur ki, keçirilmiş qapalı kəllə beyin travması (##.##.1992), baş beyin silkələnməsinin xoşxassəli kəllədaxili hipertenziya ilə müşayət olunan postravmatiq ensefalopatiya ilə nəticəsi. Keçirilmiş kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotiq təzahürlər. Sol Əlin1-2, sağ əlin 4-cü barmağının kor qəlpə yaralanmasından(1992) sonrakı bərkimiş dəri çapığı, Hərbi Travmadır, Azərbaycan Respublikasının Ərazi X7. Quru göz sinduromu, görmə itiliyi 1.0 olmaqla, Öd kisəsində xolestrol polip (3-4 mm), Sağ böyrəyin kisti (1.2 sm), Arxa kəllə çuxurunda 9x22 mm ölçüdə araxnoidal kist. Xəstəlikdir Hərbi Xidmət Dövründə Alınmışdır. Aldığı xəsarətlərin fəsadı olaraq ##.##.2024-##.##.2024-cü il tarixlərində (45 gün), ##.##.2024-##.##.2024-cü il tarixlərində (45 gün) olmaqla * nömrəli klinik psixiateriya xəstəxanasında, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixinədək isə (21 gün) Səhiyyə Nzirliyinin Respublika Psixiateriya xəstəxanası publik hüquqi şəxsində “Baş beyin üzvi zədələnməsi nəticəsində (1-ci Qarabağ Müharibəsi qapalı kəllə-beyin travması) şəxsiyyət dəyişikliyi, absans şəkildə paroksizmal tutmalar, koqnitiv funksiyaların zəifləməsi ilə. diaqnozu (XTB-10 kodu üzrə F070, F67, G-40) ilə” müalicə almışdır. Hal hazırda səhhətində ciddi problemlər var, özünü tam əmək qabliyyətli hiss etmir, gözlərində quruluqdan, davamlı baş ağrılarından, əsəbilik, gecə yuxusuzluğu və yaddaş pozğunluğundan əziyyət çəkir. Müharibə veteranı olmağına baxmayaraq xəstəlikdən əziyyət çəkən əlillər üçün müəyyən edilən imtiyazlardan istifadə edə bilmir. Odur ki, xəstəliyi ilə əlaqədar əlilliyinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Lakin, bu qurumda komissiyada ixtisas üzrə həkim-psixiatorun iştirakı olmadan xəstəliyi ilə bağlı digər həkimlərin iştirakı ilə qeyri obyektiv müayinə aparildı və Səhiyyə Nzirliyinin Respublika Psixiateriya xəstəxanası publik hüquqi şəxsin təyin etdiyi diaqnoz dəyişdirilərək “Baş beyin üzvi zədələnməsi nəticəsində (IQM) absans şəkildə paroksizmal tutmalar, koqnitiv funksiyaların zədələnməsi ilə. Epilepsiya. Digər ikincili koksartrozlar. Oynaqların kontrakturası. Müalicəyə tabe olmayan digər ağrı. Yeriş hərəkət pozuntuları. Hipertrofik çapıq” kimi qeyd edilmişdir ki, bu da “Əlil və sağlamlıq imkanlarının müəyyən edilməsindən imtina edilməsi” yəni “diaqnoz əlillik əlaməti təyin etmir” qərarının qəbul edilməsi ilə nəticələnmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş qərar bu günədək verilməmiş və poçt vasitəsi ilə ünvanına göndərilməmişdir. Belə qərarın olmasını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytından, “DOST” xidmətinə müraciət etdikdən sonra yalnız ##.##.2025-ci il tarixində əldə edə bilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən zəruri mütəxəssisin iştirakı olmadan aparılmış müayinə, qoyulmuş diaqnoz və Tibbi-Sosial Ekspertiza komissiyasının Əlil və sağlamlıq imkanlarının müəyyən edilməsinə dair qəbul edilmiş qərarı düzgün deyil, səhv tərtib edilmişdir və həqiqəti əks etdirmir. Xəstəliyi cavabdehin ekspertləri (mütəxəsisləri) tərəfindən düzgün qiymətləndirilməmişdir. Bu səbəbdən də hesab edir ki, həqiqətə nail olmaq üçün müayinə və xəstəliyinin qiymətləndirilməsi başqa (alternativ) ekspertlərə həvalə olunmalıdır. Ona görə də hesab edir ki, cavabdehin qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməli, barəsində Səhiyyə Nazirliyinin Respublika Psixiateriya xəstəxanası publik hüquqi şəxsin tərəfindən müəyyən edilmiş diaqnozlar üzrə təkrar müayinə aparılmaqla əliliyi müəyyən edilməli, Əlil və sağlamlıq imkanlarının müəyyən edilməsinə dair obyektiv qərarın verilməsi vəzifəsi cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar çıxarılmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində qeyd edir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2024-cü il tarixli **** nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Keçirilmiş qapalı kəlləbeyin travması (##.##.1992), baş-beyin silkələnməsinin xoşxassəli kəllədaxili hipertenziya ilə müşayiət olunan posttravmatik ensefalopatiya ilə nəticəsi. Keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Sol əlin İ-II, sağ əlin IV barmağının kor qəlpə yaralanmasından (1992) sonrakı bərkimiş dəri çapığı diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi və "Quru göz sindromu, görmə itiliyi 1.0 olmaqla. Öd kisəsində xolestrol polip (3-4 mm). Sağ böyrəyin kisti (1.2 sm). Arxa kəllə çuxurunda 9x22 mm ölçüdə araxnoidal kisti" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına daxil olduğu andan aqressiv davranış sərgiləmiş, əsəbilikdən, gərginlikdən, başağrıdan, yaddaş zəifliyindən, yuxusuzluqdan şikayətlənmişdir. Anamnestik olaraq 1992ci ildə qəlpə yaralanması, qapalı kəllə-beyin travması, kontuziya aldığını qeyd etmişdir. Medikamentoz preparatlardan əvvəllər "Sedaflor B", "Depakine", "Siafor", "Qabaqamma", hazırda "Clonazepam" qəbul etdiyini söyləmişdir. Baxış zamanı sol diz oynağı nahiyəsində, sol əlin II barmağında, sağ sağrı nahiyəsində, çənədə çapıqlar izlənilmiş, hərəkətləri sərbəst olmuşdur. Nevroloji status: Vətər refleksləri D=S orta canlı alınmış, əzələ tonusu normal olmuş, patoloji refleksləri aşkarlanmamışdır. Romberq vəziyyətində dayanıqlı olmuş, ətraflarda parez, atrofiya əlamətləri qeyd edilməmiş, yerişi sərbəst olmuşdur. Hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji defisit izlənilməmişdir. Psixi status: Bələdliyi bütün istiqamətlərdə saxlanılmışdır. Zahirən geyimi səliqəli, mimikası situasiyaya uyğun olmuşdur. Ünsiyyətə daxil olmuş, suallara narazı, kobud cavablar vermişdir. Emosional labil şəxs kimi dəyərləndirilmiş, intellektual mnestik funksiyaları yaşına, sosial-məişət şəraitinə uyğun olmuşdur. X4 ##.##.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi "EEQ müayinəsi zamanı, diensefal orta strukturlarının disfunksiyası fonunda, mərkəzi təpə və kaudal gicgah nahiyyəsində paroksizmal aktivlik qeyd olundu. Fon aktiviyində, beyin qabıqaltı nüvələri strukturlarında diffuz, qeyri-spesifik dəyişikliklər müşahidə olunmadı" kimi qeyd edilmişdir. * nömrəli Klinik Psixiatriya Xəstəxanasının ##.##.2024-##.##.2024-cü il tarixli ****/** nömrəli Çıxarışında diaqnoz "Baş-beynin zədələnməsi nəticəsində (İ Qarabağ müharibəsi, QKBT) şəxsiyyət dəyişikliyi, absaus şəklində paroksizmal tutmalar, koqnitiv funksiyaların zəifləməsi ilə" kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. X8 və Ortopediya Institutunun ##.##.2024- cü il tarixli ********** nömrəli Arayışında diaqnoz "Odlu silah yaralanmadan sonra sol əlin İ-II, sağ əlin IVbarmağının və sol diz oynağı nahiyyəsinin bərkimiş, ağrılı, kobud çapıq toxumaları. Ikitərəfli ikinci dərəcəli koksartroz, budların yaxınlaşdırıcı (~30 dərəcə), kontrakturası, ağrı sindromu. Hərəkət funksiyasının pozulması" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. xxxxnın ##.##.2024- ##.##.2025-ci il tarixli *****/** nömrəli Çıxarışında diaqnoz "Baş-beynin üzvi zədələnməsi nəticəsində (İ Qarabağ müharibəsi, qapalı kəllə-beyin travması) şəxsiyyət dəyişikliyi, absaus şəklində paroksizmal tutmalar. Koqnitiv funksiyaların zəifləməsi ilə" kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji defisit, psixoproduktiv psixosimptomatika və patofunksional pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Aynur Axundova) ##.##.2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı imtina haqqında sonuncu qərarın qəbul edildiyi ## ##### 2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə iki il müddətinə əlilliyin müəyyən olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin üzərinə vəzifə olaraq qoyulmuşdur. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ##.##.2026-cı il tarixli **** saylı məktubu ilə təqdim edilmiş ## ##### 2026-cı il tarixli **** saylı psixiatrik ekspertiza rəyinə əsasən İddiaçı hal-hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, davranış pozuntuları, koqnitiv funksiyaların enməsi və anamnezində qıcolma tutmaları ilə” (F07.0) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının XBT 10 kodu F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu 7.6.2.2. bəndinə əsasən məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya teztez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti orqanizmin funksiyalarının 65-80 faiz pozulması 2 il müddətinə əlilliyin təyini üçün əsas müəyyən edilmişdir. **** saylı xəstəlik haqqında şəhadətnaməyə əsasən keçirilmiş qapalı kəllə-beyin travması (##.##.1992), baş beyin silkələnməsinin xoşxassəli kəllədaxili hipertenziya ilə müşayiət olunan posttravmatik ensefalopatiya ilə nəticəsi. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Sol əlin l-ll, sağ əlin IV barmağının kor qəlpə yaralanmasından (1992) sonrakı bərkimiş dəri çapığı. hərbi travma olaraq Azərbaycan Respublikasının müdafiə zamanı alınması qeyd edilmişdir. Bu halda iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə iki il müddətinə əlillik müəyyən edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Iş materiallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı ##.##.2025-ci il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, 2-1(102)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçıya müvafiq əlillik sonuncu imtina tarixindən təyin edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hazırkı inzibati iş üzrə cavabdeh qismində iştirak edən cavabdeh2 publik hüquqi şəxsinin (VÖEN: **********) fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” *** saylı, ## #### 2026-cı il tarixli Fərmanı əsasında yenidən təşkil edilmə (birləşmə) nəticəsində xitam verilmişdir. Sözügedən yenidən təşkil olunma nəticəsində “xxxx” publik hüquqi şəxsi (VÖEN: **********) yaradılmış və əvvəlki publik hüquqi şəxsin bütün hüquq və öhdəlikləri, o cümlədən məhkəmə işləri üzrə hüquq və vəzifələri hüquq varisliyi qaydasında yeni yaradılmış publik hüquqi şəxsə keçmişdir. Prosessual hüquq varisliyinə dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əsasən, məhkəmə kollegiyası tərəfindən cavabdeh cavabdeh2 publik hüquqi şəxsi (VÖEN: **********) hüquqi varis olan “xxxx” publik hüquqi şəxsi (VÖEN: **********) ilə əvəz edilir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, analoji işlərdə məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliklərin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnozun təsdiqlənməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində xxxxnin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Işdən görünür ki, iddiaçı ona əlilliyin müəyyən edilməsini istəyir. Cavabdeh iddiaçının əlilliyini ##.##.2025-ci il tarixdə qiymətləndirilərək ona “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə imtina cavabı vermişdir. Iddiaçı verilən imtina ilə razılaşmayaraq, ona əlillik dərəcəsinin təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Iş materiallarından müəyyən olunur ki, iddiaçı müharibə iştirakçısı olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı hərbi travmalar və sonradan formalaşmış psixi pozuntularla əlaqədar əlilliyin müəyyən olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli qərarla “Diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin verdiyi ##.##.2026-cı il tarixli **** saylı psixiatrik ekspertiza rəyinə əsasən İddiaçı hal-hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, davranış pozuntuları, koqnitiv funksiyaların enməsi və anamnezində qıcolma tutmaları ilə” (F07.0) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının XBT 10 kodu F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu 7.6.2.2. bəndinə əsasən məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya teztez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti orqanizmin funksiyalarının 65-80 faiz pozulması 2 il müddətinə əlilliyin təyini üçün əsas müəyyən edilmişdir. **** saylı xəstəlik haqqında şəhadətnaməyə əsasən keçirilmiş qapalı kəllə-beyin travması (##.##.1992), baş beyin silkələnməsinin xoşxassəli kəllədaxili hipertenziya iləmüşayiət olunan posttravmatik ensefalopatiya ilə nəticəsi. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Sol əlin l-ll, sağ əlin IV barmağının kor qəlpə yaralanmasından (1992) sonrakı bərkimiş dəri çapığı. hərbi travma olaraq Azərbaycan Respublikasının müdafiə zamanı alınması qeyd edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə iki il müddətinə əlillik müəyyən edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Iş materiallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı ##.##.2025-ci il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli 2-1(102)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)- ****/**** nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçıya müvafiq əlillik sonuncu imtina tarixindən təyin edilməlidir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, məhkəmə xüsusi bilik tələb edən sahədə qərar çıxararaq cavabdehin diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada, apellyasiya şikayətinin dəlili əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Beləliklə, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1195/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1195/2026
21.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver