Məhkəmə qərarları › İş №2-1(3-8)-1199/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1199/2026

21.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1199/2026 21.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “Quba rayonu Xanəgah kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI Quba rayon X5 ## ### 2025-ci il tarixli arxiv çıxarışına əsasən ##.##.1995-ci il tarixdə Rustov kolxozun kolxoz üzvlərinin ümumi yığıncağının qərarı ilə İddiaçı Xanəgah kəndində 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Quba rayon X5 ## ### 2025-ci il tarixli arxiv arayışına əsasən Quba RIHB-nın Rustov Inzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Xanəgah kəndi üzrə ** saylı təsərrüfatbaşına kitabında vətəndaş İddiaçı *** saylı təəsrrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində 1998-ci ildən 0.12 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. ##.##.1995-ci il tarixli aktla Rustov adına kolxozun Xanəgah kəndində 0.12 ha (uzunluğu 40 metr, eni 30 metr) həyətyanı torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ölçülüb İddiaçı təhkim edilmişdir. Quba rayonu Xanəgah kəndinin yerquruluşu xəritəsindən çıxarış iş materiallarına əlavə olunmuş, həmin çıxarışda İddiaçı ayrılan 0.12 ha torpaq sahəsinin yerləşdiyi ərazi göstərilmişdir. ##.##.2026-cı il tarixli *** №-li arayışdan görünür ki, İddiaçı 02 nömrəl təsərrüfatbaşına kitabın 116-cı səhifəsinin *** saylı şəxsi hesabında inzibati ərazi dairəsinin 0.12 ha həyətyanı torpaq sahəsi vardır. DƏDKR-in * saylı Xaçmaz Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli məktubunda qeyd edilir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı müəyyən olunmuşdur ki, Quba RIHB-nın Rustov Inzibati Ərazi Vahidi üzrə nümayəndəliyin 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabdan çıxarış əsasında verilmiş 0.12 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Bununla da cavabdeh inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə istinad etməklə ərizənin icrasından imtina etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “Quba rayonu Xanəgah kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə dair yerquruluşu sənədlərinin hazırlanması”na dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dair dəqiqləşmə ərizəsi təqdim edərək, Quba rayonu Xanəgah kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adına çıxarış və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı Quba rayonu Xanagah kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə görə yerquruluşu sənədlərinin verilməsi xahişi ilə ##.##.2025-ci ildə cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə ərizə ilə müraciət etmişdir. * saylı Xaçmaz Ərazi Idarəsi ##.##.2025-ci il tarixli məktubla xahişini təmin etməmişdir. Imtinaya səbəb kimi “torpağın kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması” göstərilmişdir. Iddiaçı cavabdehin imtinasını aşağıdakılara görə əsassız hesab edir. Bildirir ki, Quba rayon Rustov Kolxozunun ## ###### 1995-ci il tarixli ümumi yığıncağının qərarına əsasən İddiaçı 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. X1 Quba Filialı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli “Arxiv Çıxarışı” təsdiq edir. Həmçinin Quba filialının ##.##.2025-ci il tarixli Arxiv arayışı ilə 0.12 ha torpaq sahəsinin İddiaçı məxsus olması (** saylı təsərrüfatbaşına kitabda) təsdiq edilmişdir. Həmin arxiv arayışında 0.12 ha torpaq sahəsinin İddiaçı 1998-ci ildən xüsusi mülkiyyətində olması təsdiq edilir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı İddiaçı Quba rayonu Xanagah kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə yerqurluşu sənədlərinin veriməsi üçün cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı müəyyən olunmuşdur ki, Quba RIHB-nın Rustov Inzibati Ərazi Vahidi üzrə nümayəndəliyin 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabdan çıxarış əsasında verilmiş 0.12 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Qeyd edilir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qeyri kənd təsərrüfatı məqsədilə istifadə edilməsi qanunverilicikdə nəzərdə tutulmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubla imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Quba rayonu Xanəgah kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 üzərinə vəzifə olaraq qoyulmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, Quba rayon Rustov Kolxozunun ## ###### 1995-ci il tarixli, * saylı protokolu ilə Quba rayonu ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin İddiaçı ayrılması qərara alınmışdır. Quba rayon X5 ## ### 2025-ci il tarixli arxiv çıxarışında qeyd edilmişdir ki, Quba RIHB-nın Rustov Inzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Xanəgah kəndi üzrə ** saylı təsərrüfatbaşına kitabında vətəndaş İddiaçı *** saylı təəsrrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində 1998-ci ildən 0.12 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Məhkəmə sorğusu əsasında cavabdeh orqan tərəfindən təqdim edilmiş müayinə aktında aşağıdakılar qeyd edilmişdir: “Faktiki istifadə olunan torpaq sahəsi 0.17 ha, sənəd üzrə 0.12 ha-dır. Torpaq sahəsinin naturada ölçülməsi zamanı mübahisə olmamışdır. Torpaq sahəsinin faktiki istifadə yeri torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) kənd təsərrüfatı kateqoriyalı olub, uqodiyası həyətyanı kimi, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Torpaq sahəsinin faktiki istifadəçisi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) İddiaçı göstərilib. Torpaq sahəsində hazırda tikili mövcud deyil. Torpaq sahəsindən kommunikasiya xətləri keçmir. Torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. Torpaq sahəsinin sərhəd qonşularından hazırda çıxarış alan yoxdur. Tərəfimizdən torpaq sahəsinə dair sxem tərtib olunmuş koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir”. Göründüyü kimi iddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh Idarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etmək olmaz. Məhkəmə cavabdehin imtinasının əsasını təşkil edən, mübahisə predmeti olan torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq kimi əks olunmasına dair dəlili hüquqi cəhətdən əsaslı hesab etmir. Belə ki, hüquqların dövlət qeydiyyatı zamanı qiymətləndirilməli olan əsas məsələ iddiaçının torpaq sahəsi üzərində hüququnun qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərlə təsdiq olunubolunmamasıdır. Iş materialları ilə müəyyən edilir ki, Quba rayon Rustov Kolxozunun ## ###### 1995-ci il tarixli, * saylı protokolu, X2 filialı tərəfindən verilmiş arxiv çıxarışı və arxiv arayışı iddiaçıya 0,12 ha həyətyanı torpaq sahəsinin ayrıldığını və həmin torpaq sahəsinin uzun müddətdir onun xüsusi mülkiyyətində göstərildiyini təsdiq edir. Həmin sənədlərin etibarsız hesab edilməsi, ləğv olunması və ya onların hüquqi nəticələrinin aradan qaldırılması ilə bağlı hər hansı inzibati və ya məhkəmə aktı mövcud deyildir. Bu halda inzibati orqan həmin sənədlərin hüquqi qüvvəsini nəzərə almadan yalnız elektron informasiya sistemindəki texniki məlumatlara istinad etməklə dövlət qeydiyyatından imtina edə bilməz. Bundan başqa, məhkəmə sorğusu əsasında cavabdehin özünün tərtib etdiyi müayinə aktı ilə müəyyən edilmişdir ki, torpaq sahəsi naturada mövcuddur, faktiki istifadəçisi iddiaçıdır, torpaq sahəsinin sərhədləri müəyyən edilə bilir, sahə üzrə hər hansı mübahisə, sərhəd ixtilafı, mühafizə zonası və ya üçüncü şəxslərin dövlət qeydiyyatına alınmış hüquqları aşkar edilməmişdir. Ətraf torpaq sahələri üzrə dövlət reyestrindən çıxarışların olmaması da iddiaçının hüququnun dövlət qeydiyyatına alınmasına maneə yaradan hal kimi qiymətləndirilə bilməz. Çünki "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanun hüquqların qeydiyyatını qonşu torpaq sahələrinin əvvəlcədən qeydiyyata alınması ilə şərtləndirmir. Əks yanaşma hüququ qüvvədə olan sənədlərlə təsdiq edilmiş şəxsin mülkiyyət hüququnun qeyri-müəyyən müddətə reallaşdırılmamasına səbəb olar ki, bu da Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Mülki Məcəllənin 139-cu maddəsi, Torpaq Məcəlləsinin 66 və 67-ci maddələri, habelə Insan Hüquqları və X6 haqqında Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi ilə təminat altına alınmış mülkiyyət hüququnun mahiyyətinə uyğun deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqların dövlət qeydiyyatı üçün qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədlər təqdim edilmiş, həmin sənədlərin həqiqiliyi və hüquqi qüvvəsi iş üzrə təkzib edilməmiş, cavabdeh isə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş imtina əsaslarından hər hansı birinin mövcudluğunu sübuta yetirə bilməmişdir. Inzibati orqanın istinad etdiyi elektron kadastr məlumatları və torpaq kateqoriyası ilə bağlı uyğunsuzluqlar dövlət qeydiyyatından imtina üçün deyil, zərurət olduqda aidiyyəti dövlət orqanları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırılmalı olan texniki və uçot xarakterli məsələlərdir. Buna görə də məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir və iddiaçının Quba rayonu, Xanəgah kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış və plan-ölçü sənədinin verilməsi barədə tələbinin təmin edilməsinin qanuni və əsaslı nəticəyə uyğun olduğu qənaətinə gəlir. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 1.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.3-cü bəndinə əsasən 2001-ci il ######ın #-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar; 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxildir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi Quba rayonu Xanəgah kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, Quba RIHB-nın Rustov Inzibati Ərazi Vahidi üzrə nümayəndəliyin 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabdan çıxarış əsasında verilmiş 0.12 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında müəyyən olunur ki, Quba rayon Rustov Kolxozunun ## ###### 1995-ci il tarixli * saylı protokolu ilə Xanəgah kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin iddiaçı İddiaçı ayrılması qərara alınmışdır. Bundan əlavə, Quba rayon X5 ## ### 2025-ci il tarixli arxiv çıxarışında Quba RIHB-nın Rustov Inzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabında iddiaçının 1998-ci ildən xüsusi mülkiyyətində 0,12 ha həyətyanı torpaq sahəsinin olduğu göstərilmişdir. Məhkəmə sorğusu əsasında cavabdeh orqan tərəfindən təqdim edilmiş müayinə aktında aşağıdakılar qeyd edilmişdir: Faktiki istifadə olunan torpaq sahəsi 0.17 ha, sənəd üzrə 0.12 hadır. Torpaq sahəsinin naturada ölçülməsi zamanı mübahisə olmamışdır. Torpaq sahəsinin faktiki istifadə yeri torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) kənd təsərrüfatı kateqoriyalı olub, uqodiyası həyətyanı kimi, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Torpaq sahəsinin faktiki istifadəçisi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS) İddiaçı göstərilib. Torpaq sahəsində hazırda tikili mövcud deyil. Torpaq sahəsindən kommunikasiya xətləri keçmir. Torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. Torpaq sahəsinin sərhəd qonşularından hazırda çıxarış alan yoxdur. Tərəfimizdən torpaq sahəsinə dair sxem tərtib olunmuş koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Cavabdeh inzibati orqanın özü tərəfindən tərtib edilmiş müayinə aktında torpaq sahəsinin naturada mövcud olduğu, faktiki istifadəçisinin iddiaçı olduğu, torpaq sahəsinin sərhədlərinin müəyyən edilə bildiyi, həmin sahə üzrə mübahisənin olmadığı, mühafizə zonasında yerləşmədiyi və üçüncü şəxslərin həmin sahə üzərində dövlət qeydiyyatına alınmış hüquqlarının aşkar edilmədiyi müəyyən edilmişdir. Beləliklə, iş materialları ilə iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüququnu təsdiq edən sənədlərin mövcudluğu və həmin sənədlərin hüquqi qüvvəsinin aradan qaldırılmasına dair hər hansı inzibati və ya məhkəmə aktının olmadığı müəyyən edilir. Birinci instansiya məhkəməsi də məhz bu halları nəzərə alaraq cavabdehin yalnız elektron kadastr uçotu sistemindəki məlumatlara istinad etməklə qeydiyyatdan imtina etməsini əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu nəticəsi ilə razılaşır və qeyd edir ki, iddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina edərkən haqlı olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli 404.* nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.3-cü bəndinə əsasən 2001-ci il ######ın #-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxildir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları konkret müəyyən edilmişdir. Iş materiallarından isə həmin maddədə nəzərdə tutulmuş imtina əsaslarından hər hansı birinin mövcudluğu müəyyən olunmur. Əksinə, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin həqiqiliyi və hüquqi qüvvəsi iş üzrə təkzib edilməmiş, onların etibarsız hesab edilməsi və ya hüquqi nəticələrinin aradan qaldırılması barədə hər hansı məhkəmə və ya inzibati akt mövcud olmamışdır. Bu baxımdan, cavabdehin istinad etdiyi elektron kadastr uçotu sistemində torpağın kənd təsərrüfatı təyinatlı kimi göstərilməsi faktı, özlüyündə, iddiaçının hüquqmüəyyənedici sənədlərlə təsdiq olunan hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün yetərli hüquqi əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsinin də düzgün olaraq qeyd etdiyi kimi, dövlət qeydiyyatı zamanı əsas məsələ iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüququnun qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərlə təsdiq edilibedilməməsidir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, müayinə aktı ilə torpaq sahəsinin naturada mövcudluğu, iddiaçının faktiki istifadəçi olması, sahənin sərhədlərinin müəyyən edilə bilməsi və üçüncü şəxslərin həmin torpaq sahəsi üzərində qeydiyyata alınmış hüquqlarının olmaması təsdiq edilmişdir. Bu hallar mübahisəli torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına mane olan obyektiv halın mövcud olmadığını göstərir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin elektron kadastr sistemində kənd təsərrüfatı təyinatlı kimi göstərilməsi ilə iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin məzmunu arasında uyğunsuzluq mövcud olduğu halda belə, həmin uyğunsuzluğun mövcudluğu avtomatik olaraq iddiaçının hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi nəticəsini doğurmur. Belə uyğunsuzluğun hüquqi əhəmiyyəti onun yaranma səbəbləri, mübahisəli torpaq sahəsinin hüquqi statusu və təqdim edilmiş ilkin sənədlərin hüquqi qüvvəsi nəzərə alınmaqla qiymətləndirilməlidir. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, inzibati orqanın fəaliyyəti qanunçuluq, obyektivlik və əsaslılıq tələblərinə cavab verməli, şəxsin qanunla qorunan hüquq və maraqlarına müdaxilə yalnız qanunla nəzərdə tutulmuş əsas və qaydada həyata keçirilməlidir. Hüquq müəyyənedici sənədlərlə təsdiq olunan hüququn dövlət qeydiyyatına alınmasından imtina edilərkən qanunda nəzərdə tutulmuş konkret imtina əsasının mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Hazırkı işdə isə cavabdehin imtinası, mahiyyət etibarilə, torpaq sahəsinin elektron kadastr sistemindəki kateqoriyasına istinadla əsaslandırılmışdır. Halbuki iş materiallarında İddiaçı Quba rayon Xanagah kəndi ərazisindən 0.12 ha həyətyanı torpaq sahəsi verilməsinə dair Quba rayon Rustov kolxozun kolxoz üzvlərinin ümumi yığıncağının ##.##.1995-ci il tarixli qərarın və Quba RIHB-nın Rustov Inzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Xanəgah kəndi üzrə ** saylı təsərrüfatbaşına kitabında vətəndaş İddiaçı *** saylı təəsrrüfatın başçısı olması, onun xüsusi mülkiyyətində 1998-ci ildən 0.12 ha həyətyanı torpaq sahəsi olduğuna dair qeydin hüquqi qüvvəsini aradan qaldıran hər hansı hal müəyyən edilməmişdir. Həmin sənədlər Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.3 və 2.5-ci bəndlərinə əsasən İddiaçı istifadəsində olan Quba rayon Xanagah kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlaranın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Bu səbəbdən cavabdehin imtinası qanunsuz və əsassız olmaqla, iddiaçının hüquqlarını həyata keçirməsinə əsassız olmaraq maneə yaratmışdır. Beləliklə, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki halları və həmin hallara verdiyi hüquqi qiyməti təkzib etmir. Cavabdeh tərəfindən təqdim edilən arqumentlər iş materialları ilə təsdiq olunmur, qeydiyyatın aparılmasına maneə yaradan konkret hüquqi nəticə doğurmur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar