Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1200/2026 31.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona ## #### 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1961-ci il tarixində Cəbrayıl rayonunda anadan olmuşdur. Öz əmək fəaliyyəti dövründə daimi olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tərkibindəki zavodlarda müxtəlif yerlərdə və vəzifələrdə çalışmışdır. Bunu əmək kitabçasında və "xxxx“ MMC-nin * nömrəli, ## ###### 2021-ci il tarixli arayışı tam sübut edir. İddiaçının çalışdığı yerlərdə yerinə yetirdiyi bir çox peşələr ona güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Bunların siyahısı aşağıdakı kimidir. Belə ki, “xxxx“ MMC-nin * nömrəli, ## ###### 2021-ci il tarixli arayışından görünür ki, iddiaçı ## ###### 2004-cü ildən ## #### 2005-ci ilədək * saylı Texnoloji sexdə aparatçı vəzifəsində superplastifıkatorun alınması və istehsalı işlərini icra etmişdir. Bu aktda qeyd edilmişdir ki, AR Nazirlər Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** №-li qərarı ilə bu peşə (vəzifə) "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li siyahısı"na aiddir. Həmçinin "xxxx“ MMC-nin * nömrəli. ## ###### 2021-ci il tarixli arayışından görünür ki, iddiaçı ## ###### 2005-ci ildən ## ###### 2007-ci ilədək * saylı Texnoloji sexdə aparatçı vəzifəsində işləmişdir. Bu aktda qeyd edilmişdir ki, göstərilən peşə (vəzifə) AR Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli qərarının X bölməsinin 3-cü bəndinin 11000000- 10065 şifrinə əsasən (neft, qaz, qaz kondensatı, kömür və şiştin emalı) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “xxxx“ MMC-nin * nömrəli, ## ###### 2021-ci il tarixli arayışından görünür ki, iddiaçı ## ###### 2007-ci ildən ## #### 2007-ci ilədək * saylı texnoloji sexdə aparatçı vəzifəsində işləmişdir. Bu aktda qeyd edilmişdir ki, göstərilən peşə (vəzilə) AR Nazirlər Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli 12№-li qərarının 10.3-cü bəndinə əsasən (neftin qazılması və hasilatı, neft, qaz kondensatı kömür və şistin emalı) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. "xxxx“ MMC-nin * nömrəli, ## ###### 2021-ci il tarixli arayışından görünür ki, iddiaçı ## ###### 2007-ci ildən ## #### 2014-cü ilədək * saylı texnoloji sexdə aparatçı vəzifəsini icra etmişdir. Bu aktda qeyd edilmişdir ki, göstərilən peşə AR Nazirlər Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarının 8.3.1b bəndinə əsasən (karbon anhidridi istehsalı) güzəştli şərtlərlə pensiya təyin elmək hüququ verir. “xxxx” MMC-nin * nömrəli, ## ###### 2021-ci il tarixli arayışından görünür ki, iddiaçı ## ####### 2014-cü ildən ## ###### 2018-ci ilədək 4.(3. *) saylı texnoloji sexdə sex rəisinin müavini, ## ###### 2018-ci ildən ## ####### 2020-ci ilədək İstehsal-texnoloji sexdə qurğu rəisi vəzifələrində işləmişdir. Bu aktda qeyd edilmişdir ki, göstərilən peşə (vəzifə) AR Nazirlər Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** №-li qərarının 8.3.1b bəndinə əsasən (karbon anhidridi istehsalı) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Yuxarıda qeyd edilənlər və arayışlardan görünür ki, iddiaçı təxmini olaraq 16 il 4 ay müddətinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarda, peşələrdə və vəzifələrdə zərərli və ağır şəraitli iş yerində çalışmışdır. Bu isə qanunvericilikdə nəzərdə tutulmuş 12 il 6 ay müddətindən 4 il 2 ay daha çoxdur. İddiaçı 12 il 6 aydan daha çox güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarda, peşələrdə və vəzifələrdə zərərli və ağır şəraitli iş yerində çalışdığına görə onun da güzəştli şərtlərlə pensiya təminatı almaq hüququ vardır. Buna görə də iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına sənədlərində birlikdə müraciət etmişdir. Bundan sonra cavabdeh orqan olan Mərkəzi filial müraciət üzrə "araşdırma" apararaq tamamilə əsassız və qanunsuz olaraq güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında ## ###### 2025-ci il tarixli *-**-*/*-V-******/**** nömrəli qərar qəbul etdi. Lakin bu qərar tamamilə əsassız şəkildə qəbul edilmişdir. Mərkəzi Filial bu müraciət üzrə araşdırma aparıldığını qərarda qeyd etsə də, bu iş üzrə heç bir araşdırılma aparılmamışdır. Qərarda iddiaçının göndərdiyi sənədlər nəzərə alınmadan nəticə yazılmışdır. Belə ki, iddiaçının hansı tarixlərdə hansı peşələrdə güzəştli şərtlərlə çalışdığı “xxxx” MMC-nin * nömrəli, ## ###### 2021-ci il tarixli arayışından da görünür. Lakin cavabdeh orqan öz qərarında bu arayışlarda qeyd edilənləri və faktiki halları yanlış şəkildə təsvir etmişdir. Bütün bu qeyd edilənlərdən görünür ki, bu məsələ ilə bağlı qərar qəbul edilərkən müəssisənin fəaliyyət sahəsinin nəzərə alınması tamamilə qanunsuzdur. Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələr qeyd edilmişdir. İddiaçının qeyd etdiyi peşələr hamısı məhz bu siyahıda göstərilənlərə uyğundur Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı ## #### 2025ci il tarixdə Mərkəzi Filiala müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filialın ## ###### 2025-ci il tarixli *-***/*-V-******/*** nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “xxxx" MMC-nin ##.##.2021-ci il tarixli * nömrəli arayışında ##.##.2004- ##.##.2014-cü il tarixləri arasındakı dövr ərzində aparatçı və ##.##.2014-##.##.2018-ci tarixləri arasındakı dövr ərzində sex rəisi işlədiyi sahə Azərbaycan Respublikası Nazirər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş ‘“Güzəştli şərtləri yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının Kimya istehsalatı bölməsində nəzərdə tutulmadığından onu güzəştli iş stajı mövcud deyildir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş ‘‘AMEA Təcrübə Sənaye zavodu” MMC-nin ##.##.2021-ci il tarixli * nömrəli arayışında ##.##.2004- ##.##.2014-cü il tarixləri arasındakı dövr ərzində aparatçı və ##.##.2014-##.##.2018-ci il tarixləri arasındakı dövr ərzində sex rəisinin fəaliyyət sahəsi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Bildirilir ki, iddiaçının işlədiyi “xxxx" MMC-nin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilmiş yuxarıda qeyd olunan sahələrə aid deyil. Bu səbəbdən də iddiaçı İddiaçı güzəştli iş stajı mövcud deyildir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilən “xxxx” MMC-nin ##.##.2021-ci il tarixli * nömrəli arayışında ##.##.2004- ##.##.2014-cü il tarixləri arasındakı dövr ərzində aparatçı və ##.##.2014-##.##.2018-ci il tarixləri arasındakı dövr ərzində sex rəisinin fəaliyyət sahəsi vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, işlədiyi “xxxx” MMC-nin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilmiş yuxarıda qeyd olunan sahələrə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq münasibətdə 48960,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeyd alınan pensiya kapitalı cəmi 29109,78 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilən “xxxx” MMC-nin ##.##.2021-ci il tarixli * nömrəli arayışında ##.##.2004- ##.##.2014-cü il tarixləri arasındakı dövr ərzində aparatçı və ##.##.2014-##.##.2018-ci il tarixləri arasındakı dövr ərzində sex rəisinin fəaliyyət sahəsi vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, işlədiyi “xxxx” MMC-nin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilmiş yuxarıda qeyd olunan sahələrə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Azərbaycan Resplublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialına ünvanlanmış xidməti məktubda qeyd edilmişdir ki, ## ###### 2021-ci il tarixinə əmk pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya sığorta kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40800 manat müəyyən edildiyi halda, İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 24725,21 manat təşkil edir. İddiaçıya məxsus NZ ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı ##.##.1980-ci il tarixdən ##.##.1982-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası Təcrübə-X2 Məsuliyyətli Cəmiyyətinin ##.##.2021-ci il tarixli, ** nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı ## ###### 2004-ci ildən ## #### 2014-cü ilədək, ## ####### 2014-ci ildən ## ###### 2018-ci ilədək Azərbaycan Milli Elmlər X3 prosesləri İnstitutu Təcrübə-Sənaye Zavodunda, ## ###### 2018-ci ildən ## ####### 2020-ci ilədək "xxxx” MMC-də xüsusilə zərərli və zərərli şəraitdə aşağıda göstərilən vəzifə və istehsalatlarda tam iş günü işləmişdir: ## ###### 2004-ci ildən ## #### 2005-ci ilədək * saylı texnoloji sexdə aparatçı vəzifəsində superplastifikatorun alınması - plastifıkatorun istehsalı-* saylı Siyahı VIII bölmə b.A. 1.- 1080A00 - 17541 - kimya istehsalatı (Kİ), ## ###### 2005-ci ildən ## ###### 2007-ci ilədək * saylı texnoloji sexdə aparatçı vəzifəsində neft məhsullarının turşulu, selektiv hidrotəmizlənməsi və parafınsizləşdirilməsi - * saylı Siyahı, X bölmə, bənd 3. 11000000- 10065- neft, qaz, qaz kondensatı, kömür və şistin emalı-(N.Q,QK.K və Ş emalı), ## ###### 2007-ci ildən ## #### 2007-ci ilədək - * saylı texnoloji sexdə aparatçı vəzifəsində neft məhsullarının turşulu, selektiv hidrotəmizlənməsi və paralınsizləşdirilməsi - bölmə 10-neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı, ## ###### 2007-ci ildən ## #### 2014-ci ilədək - * saylı texnoloji sexdə aparatçı vəzifəsində - karbon anhidridi istehsalı - bölmə 8-kimya istehsalatı, bənd 8.3. 1b, ## ####### 2014-cü ildən ## ###### 2018-ci ilədək - 4 (3, *) saylı texnoloji sexdə sex rəisinin müavini, ## ###### 2018-ci ildən ## ####### 2020-ci ilədək — İstehsal-texnoloji , sexdə qurğu rəisi, karbon anhidridi istehsalı vəzifələrində çalışmışdır. Bu işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na aiddir. Azərbaycan Milli Elmlər Akademiyası Təcrübə-X2 Məsuliyyətli Cəmiyyətinin ##.##.2026-cı il tarixli, ** nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı ## ###### 2004cü ildən ## #### 2014-cü ilədək, ## ####### 2014-cü ildən ## ###### 2018-ci ilədək Azərbaycan Milli Elmlər X3 prosesləri İnstitutu Təcrübə-Sənaye Zavodunda, ## ###### 2018-ci ildən ## ####### 2020-ci ilədək "xxxx” MMC-də xüsusilə zərərli və zərərli şəraitdə aşağıda göstərilən vəzifə və istehsalatlarda tam iş günü işləmişdir: ## ###### 2004-ci ildən ## #### 2005-ci ilədək * saylı texnoloji sexdə aparatçı vəzifəsində superplastifikatorun alınması - plastifıkatorun istehsalı, ## ###### 2005-ci ildən ## #### 2007-ci ilədək-* saylı texnoloji sexdə aparatçı vəzifəsində neft məhsullarının turşulu, selektiv hidrətəmizlənməsi və parafinsizləşdirilməsi, ## ###### 2007-ci ildən ## #### 2014-cü ilədək * saylı texnoloji sexdə aparatçı vəzifəsində karbon anhidridi istehsalı, ## ####### 2014-cü ildən ## ###### 2018-ci ilədək - 4 (3, *) saylı texnoloji sexdə sex rəisi vəzifələrində çalışmışdır. Bu işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na aiddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı ## #### 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə müəssisənin fəaliyyət sahəsinin kimya və neft-kimya sənayesinə aid olub-olmadığının dəqiqləşdirilməsi istiqamətində araşdırma aparmamışdır. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. .... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona ## #### 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qanunvericilik normalarına görə, hazırkı mübahisəyə münasibətdə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ## ###### 1961-ci il təvəllüdlü olmaqla, 60 yaşı ## ###### 2021-ci il tarixdə tamam olmuş, bununla da qanunla tələb olunan pensiya yaş həddi ilə bağlı şərt ödənilmişdir. Həmçinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmiş, yalnız güzəştli iş stajına malik olmaması halına istinad edilmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətindən imtina edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş ‘‘AMEA Təcrübə Sənaye zavodu” MMC-nin ##.##.2021-ci il tarixli * nömrəli arayışında ##.##.2004- ##.##.2014-cü il tarixləri arasındakı dövr ərzində aparatçı və ##.##.2014-##.##.2018-ci il tarixləri arasındakı dövr ərzində sex rəisinin fəaliyyət sahəsi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Bildirilir ki, iddiaçının işlədiyi “xxxx" MMC-nin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilmiş müvafiq siyahıda qeyd olunan sahələrə aid deyil. Bu səbəbdən də iddiaçı İddiaçı güzəştli iş stajı mövcud deyildir. Eləcə də məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçının ümumi iş stajı mübahisələndirilmir, yalnız güzəştli stajının olmadığını qeyd edirlər. Mübahisənin əsasını isə iddiaçının çalışdığı müəssisənin kimya və kimya-neft sənayesinə aid olmaması təşkil edir. İddiaçının çalışdığı vəzifəni deyil, müəssisənin fəaliyyət sahəsini mübahisələndirirlər. Mübahisələndirilən dövrlər nəzərə alındıqda güzəştli iş stajı yetərlidir. İddiaçı isə izahatında bildirmişdir ki, işlədiyi zavodun adı Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye zavodudur. Karbon qazı, yağ və kislota istehsal edirdilər. Kollegiya cavabdeh inzibati orqanın dəlillərini əsassız hesab etməklə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyin olunmasına əsas verən vəzifələrdə çalışmasına dair müvafiq arayışlar iş materiallarına əlavə olunmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Milli Elmlər Akademiyası Təcrübə-X2 Məsuliyyətli Cəmiyyətinin ##.##.2021-ci il tarixli, ** nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı ## ###### 2004-cü ildən ## #### 2014-cü ilədək, ## ####### 2014-cü ildən ## ###### 2018-ci ilədək Azərbaycan Milli Elmlər X3 prosesləri İnstitutu Təcrübə-Sənaye Zavodunda, ## ###### 2018-ci ildən ## ####### 2020-ci ilədək "xxxx” MMC-də xüsusilə zərərli və zərərli şəraitdə aşağıda göstərilən vəzifə və istehsalatlarda tam iş günü işləmişdir: ## ###### 2004-cü ildən ## #### 2005-ci ilədək * saylı texnoloji sexdə aparatçı vəzifəsində superplastifikatorun alınması - plastifıkatorun istehsalı-* saylı Siyahı VIII bölmə b.A. 1.-1080A00 - 17541 - kimya istehsalatı (Kİ), ## ###### 2005-ci ildən ## ###### 2007-ci ilədək * saylı texnoloji sexdə aparatçı vəzifəsində neft məhsullarının turşulu, selektiv hidrotəmizlənməsi və parafınsizləşdirilməsi - * saylı Siyahı, X bölmə, bənd 3. 11000000-10065-neft, qaz, qaz kondensatı, kömür və şistin emalı-(N.Q,QK.K və Ş emalı), ## ###### 2007-ci ildən ## #### 2007-ci ilədək - * saylı texnoloji sexdə aparatçı vəzifəsində neft məhsullarının turşulu, selektiv hidrotəmizlənməsi və paralınsizləşdirilməsi - bölmə 10- neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı, ## ###### 2007-ci ildən ## #### 2014-cü ilədək - * saylı texnoloji sexdə aparatçı vəzifəsində - karbon anhidridi istehsalı - bölmə 8-kimya istehsalatı, bənd 8.3. 1b, ## ####### 2014-cü ildən ## ###### 2018-ci ilədək - 4 (3, *) saylı texnoloji sexdə sex rəisinin müavini, ## ###### 2018-ci ildən ## ####### 2020-ci ilədək — İstehsaltexnoloji , sexdə qurğu rəisi, karbon anhidridi istehsalı vəzifələrində çalışmışdır. Bu işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na aiddir. Azərbaycan Milli Elmlər Akademiyası Təcrübə-X2 Məsuliyyətli Cəmiyyətinin ## #### 2026-cı il tarixli, ** nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı ## ###### 2004-cü ildən ## #### 2014-cü ilədək, ## ####### 2014-cü ildən ## ###### 2018-ci ilədək Azərbaycan Milli Elmlər X3 prosesləri İnstitutu Təcrübə-Sənaye Zavodunda, ## ###### 2018-ci ildən ## ####### 2020-ci ilədək "xxxx” MMC-də xüsusilə zərərli və zərərli şəraitdə aşağıda göstərilən vəzifə və istehsalatlarda tam iş günü işləmişdir: ## ###### 2004-cü ildən ## #### 2005-ci ilədək * saylı texnoloji sexdə aparatçı vəzifəsində superplastifikatorun alınması - plastifıkatorun istehsalı, ## ###### 2005-ci ildən ## #### 2007-ci ilədək-* saylı texnoloji sexdə aparatçı vəzifəsində neft məhsullarının turşulu, selektiv hidrətəmizlənməsi və parafinsizləşdirilməsi, ## ###### 2007-ci ildən ## #### 2014-cü ilədək * saylı texnoloji sexdə aparatçı vəzifəsində karbon anhidridi istehsalı, ## ####### 2014-cü ildən ## ###### 2018-ci ilədək - 4 (3, *) saylı texnoloji sexdə sex rəisi vəzifələrində çalışmışdır. Bu işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na aiddir. Göründüyü kimi iddiaçının cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən dövrlərdə çalışdığı vəzifələrə dair işəgötürən tərəfindən ətraflı arayışlar təqdim edilmişdir. Sözügedən arayışların məzmunundan da iddiaçının ##.##.2004-cü ildən ##.##.2014-cü ilədək, ##.##.2014-cü ildən ##.##.2018-ci ilədək çalışmış olduğu vəzifənin xüsusi zərərli əmək şəraitinə daxil olduğu aydın olur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materiallarından və cavabdeh inzibati orqanın nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlardan göründüyü kimi, hazırkı inzibati mübahisənin predmeti iddiaçının mübahisəli dövrlərdə tutduğu vəzifələrin müvafiq siyahıda nəzərdə tutulub-tutulmaması ilə bağlı deyildir. Belə ki, cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə iclasında açıq şəkildə bildirmişdir ki, iddiaçının ümumi iş stajı mübahisələndirilmir, mübahisələndirilən məsələ məhz iddiaçının çalışdığı müəssisənin fəaliyyət sahəsinin kimya və kimya-neft sənayesinə aid olub-olmaması ilə bağlıdır. Kollegiya həmin dəlili əsassız hesab etməklə qeyd edir ki, Azərbaycan Milli Elmlər Akademiyası Təcrübə-X2 Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş arayışlardan da göründüyü kimi iddiaçının mübahisəli dövrlərdə əmək fəaliyyəti göstərdiyi müəssisənin həmin dövrdəki adı “Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutu Təcrübə-Sənaye Zavodu” olmuşdur. Bu hal cavabdehin iddiaçının çalışdığı müəssisənin kimya və kimya-neft sənayesi ilə əlaqəsinin olmadığı barədə mövqeyinin iş materialları ilə təsdiq edilmədiyini göstərir. Belə ki, müəssisənin həmin dövrdəki adında bilavasitə “Neft-Kimya Prosesləri İnstitutu” ifadəsinin yer alması onun fəaliyyətinin neft-kimya sahəsi ilə əlaqəsini göstərən mühüm haldır. Bu hal işəgötürən tərəfindən təqdim edilmiş, iddiaçının mübahisəli dövrlərdə konkret vəzifələrdə işlədiyini və həmin işlərin xüsusi zərərli əmək şəraitinə aid olduğunu təsdiq edən arayışlarla birlikdə qiymətləndirilməlidir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd ki, cavabdeh inzibati orqan iddiaçının təqdim etdiyi arayışların mötəbərliyini, həmin arayışlarda göstərilən vəzifələrdə faktiki olaraq işləməsini və ya həmin vəzifələrin xüsusi zərərli əmək şəraitinə aid olmasını konkret sübutlarla təkzib etməmişdir. Cavabdehin etirazı yalnız müəssisənin fəaliyyət sahəsinin güzəştli staj üçün əsas verən sahələrə aid olmaması barədə ümumi mülahizə ilə məhdudlaşmışdır. Beləliklə, iş materiallarının məcmu qiymətləndirilməsi nəticəsində məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının mübahisəli dövrlərdə işlədiyi müəssisənin fəaliyyət sahəsinin kimya və kimya-neft sənayesinə aid olmadığı barədə cavabdeh inzibati orqanın mövqeyi kifayət qədər əsaslandırılmamış və iş materialları ilə təsdiq olunmamışdır. Əksinə, müəssisənin həmin dövrdəki adı, işəgötürən tərəfindən təqdim edilmiş arayışların məzmunu onun əmək fəaliyyətinin neft-kimya sahəsi ilə bağlı olduğunu və xüsusi zərərli əmək şəraitində həyata keçirildiyini göstərən sübutlar kimi qiymətləndirilməlidir. Bu baxımdan, müvafiq qanunvericilik normaları və iş üzrə toplanmış sübutlar birlikdə qiymətləndirildikdə, iddiaçının Azərbaycan Milli Elmlər X3 prosesləri İnstitutu Təcrübə- Sənaye Zavodunda ##.##.2004-cü ildən ##.##.2014-cü ilədək, ##.##.2014-cü ildən ##.##.2018-ci ilədək olan iş dövrünün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının “Kimya istehsalatı” adlanan 8-ci bölməsinin 8.3.1-ci bəndinin b yarımbəndinə uyğun olduğu və güzəştli iş stajına daxil edilməli olduğu nəticəsinə gəlinir. Göründüyü kimi məhkəmə araşdırması zamanı müəssisə tərəfindən təqdim edilmiş arayış əsasında həmin sahədə fəaliyyət göstərən peşənin məhz müvafiq Qərar ilə təsdiq edilmiş Siyahılar üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılması və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilməsi məqsədilə müvafiq sorğular edilmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya ## #### 2022-ci il tarixdən güzəştli əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, ## #### 2022-ci il tarixdən etibarən qüvvəyə minmiş yeni qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün artıq pensiya kapitalının mövcudluğu tələb olunmur. Bu dəyişiklik əvvəlki qaydalarda pensiya hüququnun təyin edilməsi üçün tələb olunan pensiya kapitalının müəyyən bir həddə çatması şərtini aradan qaldırır. İddiaçının 60 yaşı ## ###### 2021-ci ildə tamam olsa da, pensiya kapitalına aid şərti özündə ehtiva edən qanunvericilik norması ## #### 2022-ci il tarixdən qüvvədən düşdüyündən, həmin tarixdən qüvvədə olan pensiya haqqında qanunvericilik normasının tələbinə əsasən iddiaçıya ## #### 2022-ci il tarixdən yaşa görə pensiya təyin olunması qanuni və əsaslı olmuşdur. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçıya ## #### 2022-ci il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə də uyğundur. Sözügedən maddənin tələbinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçının pensiya hüququnun yarandığı tarix, ödənişlə bağlı tələb olunan qanunun “qüvvəyə minmə tarixi” və “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il” şərtlərini ödədiyi üçün təyin ediləcək pensiya təyinat tarixindən hesablanaraq ona ödənilməlidir. Qeyd olunan qanunvericilik normalarını ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər - iddiaçının 60 yaşına çatması, həmçinin azı 25 il iş stajının olması və bu müddətin 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahıda qeyd olunmuş işlərdə çalışması iş materialları ilə təsdiq olunur. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.