Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1223/2026 14.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Cabbarova Gülnar İnqilab qızı və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, iddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 qarşı “arayışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh “xxxx“ Publik Hüquqi Şəxsinin * saylı Abşeron Ərazi İdarəsinə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Abşeron rayonu Məmmədli kənd Bələdiyyəsinin ## ##### 2008-ci il tarixli **/*** saylı sərəncamı ilə bələdiyyənin alqısatqı predmeti olan kənd təsərrüfatına yararsız kəndaltı Kürdəxanı deyilən ərazinin torpaq sahəsindən ev tikmək məqsədilə ayrılmış 0,03 ha torpaq sahəsi üzərində mərhum X7 mülkiyyət hüququnun olmasına dair arayışın İddiaçı verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsində icraat zamanı cavabdeh cavabdeh2n * saylı Abşeron Ərazi İdarəsi əsl cavabdeh cavabdeh2 ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı tələbini onunla əsaslandırır ki, Abşeron rayonu Məmmədli kənd Bələdiyyəsinin ## ##### 2008-ci il tarixli **/*** saylı sərəncamı ilə bələdiyyənin alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız kəndaltı Kürdəxanı deyilən ərazinin torpaq sahəsindən ev tikmək məqsədilə 0,03 ha torpaq sahəsi fərdi ev tikintisi üçün iddiaçının mərhum anası X8 ayrılmışdır. Qeyd edilən bələdiyyə ilə iddiaçının mərhum anası X8 arasında müvafiq alqı-satqı aktı tərtib edilmiş, həmin torpaq sahəsi naturada ayrılaraq mərhum anasının istifadəsinə verilmiş və torpaq sahəsi anası tərəfindən sahiblik və istifadəyə qəbul edilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən ##.##.2008-ci il tarixli rəylə razılıq da verilmişdir. İddiaçının anası X8 ##.##.2010-cu ildə vəfat etmişdir. Onun vəfatından sonra iddiaçı mərhum anasının əmlaklarını faktiki olaraq qəbul etmişdir. Eyni zamanda ##.##.2025-ci ildə Bakı şəhəri * saylı notariat ofisində anasının ölümü ilə bağlı vərəsəlik işi açılmışdır. Hal-hazırda da həmin torpaq sahəsi onun sahiblik və istifadəsindədir. İddiaçı cavabdeh təşkilata yazılı ərizə ilə müraciət edərək Abşeron rayonu Məmmədli kənd Bələdiyyəsinin ## ##### 2008-ci il tarixli **/*** saylı sərəncamı ilə bələdiyyənin alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız kəndaltı Kürdəxanı deyilən ərazinin torpaq sahəsindən ev tikmək məqsədilə ayrılmış 0,03 ha torpaq sahəsi üzərində mərhum X7 mülkiyyət hüququnun olmasına dair arayışın verilməsini xahiş etmişdir. Lakin iddiaçının həmin müraciətinə cavabdeh təşkilat heç bir cavab verməmiş və ərizəni təmin etməmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı Məmmədli bələdiyyəsi tərəfindən ## ##### 2008-ci il tarixli qərarı ilə torpaq sahəsinin bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı, sözügedən torpaq sahəsinə dair notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Abşeron rayonu Məmmədli bələdiyyəsinin ##.##.2008-ci il tarixli, **/*** nömrəli qərarına əsasən X8 0,03 ha torpaq sahəsi ayrılmışdır. Torpaqların alqı-satqısına dair aktla müəyyən olunur ki, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin ##.##.2008-ci il tarixli, **/*** nömrəli qərarına əsasən həmin bələdiyyənin ərazisində 0,03 ha torpaq sahəsinin X8 qərara alınmışdır. X8 tərəfindən 150 manat haqq ödənilmişdir. ##.##.2008-ci il tarixli, *** nömrəli qəbzdən görünür ki, X8 tərəfindən bələdiyyənin bank hesabına 150 manat ödəniş edilmişdir. Abşeron rayonu Məmmədli Bələdiyyəsinin yerquruluşu planından çıxarışlarda X8 ayrılmış 0,03 ha torpaq sahəsinin yerləşmə vəziyyəti və ölçüləri göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ##.##.2008-ci il tarixli, **** nömrəli rəydə qeyd edilmişdir ki, Məmmədli bələdiyyəsinin ##.##.2008-ci il tarixli, **/*** saylı qərarına əsasən alqı-satqı predmeti olan torpaq sahəsi vətəndaş X8 0.03 ha olmaqla fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsi qanuna müvafiqdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüquauna dair sənəd verilməsinə etiraz edilmir. Abşeron rayonu Məmmədli bələdiyyəsinin ##.##.2008-ci il tarixli, **/*** nömrəli qərarına əsasən X8 ayrılmış 0.03 ha torpaq sahəsinə dair AN seriyalı ****** nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi işlənib hazırlanmış və X2 kitabında ##.##.2008-ci il tarixdə 80030 nömrə ilə uçota alınmışdır. AZ-İ ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür, X8 ##.##.2010-cu il tarixdə vəfat etmişdir. Bakı şəhəri * saylı Notariat ofisi tərəfindən cavabdeh2 müvafiq idarəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli, **** nömrəli məktubda qeyd edilmişdir ki, X3 vəfat etməsi ilə əlaqədar vərəsələrin ərizəsi əsasında ##.##.2025-ci ildə vərəsəlik işi açılıb və vərəsəlik dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyin tələbinə uyğun olaraq X4, X5 və İddiaçı miras qoyanən vərəsələri olması barədə məlumat verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq Abşeron rayonu, Məmmədli bələdiyyəsinin ##.##.20085-ci il tarixli **/*** saylı qərara əsasən 0,03 ha torpaq sahəsinə dair forma 37 arayışının verilməsi xahiş olunur. ##.##.2025-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0,03 ha, faktiki 0,0305 ha ölçüdədir. Torpaq sahəsi yol ilə sərhəddir. Torpaq sahəsi daş hasarın daxilində yerləşir. Ev tikilisi var. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti başçıaının Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2026-cı il tarixli, *** nömrəli arayışında qeyd edilmişdir ki, X8 2001-ci il tarixdən ölən günə kimi Abşeron rayonu Məmmədli kəndində qeydiyyatsız yaşamışdır. Abşeron rayon Məmmədli bələdiyyəsi tərəfindən ünvanlanmış ##.##.2026-cı il tarixli, *** nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçı İddiaçı Məmmədli bələdiyyəsinin hüdudları daxilində yerləşən Məmmədli kəndi Ələsgər Ələkbərov küçəsi ünvanında yerləşən torpaq sahəsinin istifadəçisidir, həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmişdir, torpaq sahəsinin yerli vergi və ödənişlərində qeydiyyatdan keçərək vergi ödəyicisidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi Məmmədli kəndinin Ələsgər Ələkbərov küçəsi ərazisində yerləşən torpaq sahəsi üzərində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq mülkiyyət hüququnun qeydə alınmasına və torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanmasına Abşeron rayonu Məmmədli bələdiyyəsi etiraz etmir. Abşeron rayon Dövlət Arxivi tərəfindən ünvanlanmış məktuba Abşeron rayonu Məmmədli Bələdiyyəsinin ##.##.2008-ci il tarixli, **/*** nömrəli qərarının təsdiq edilmiş surəti əlavə edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Qəşəm Məmmədli). İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edərək belə nəticəyə gəlmişdir ki, torpaq sahəsinin mərhum X8 vaxt, yəni ## ##### 2008-ci ildə bələdiyyə torpaqları artıq torpaq hərracları və torpaq müsabiqələri vasitəsilə mülkiyyət, istifadə və ya icarəyə verilə bilərdi. Bununla da məhkəmə belə hesab etmişdir ki, mübahisəli hüquq münasibətlərinə iddiaçının müraciət etdiyi dövrdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir, mərhumla bağlanılan müqavilə isə hərracda və ya müsabiqə yolu ilə bağlanılmadığı üçün qanunvericiliyin tələbinə uyğun deyil. Halbuki məhkəmənin gəldiyi bu nəticə əsaslı və düzgün deyil. Belə ki, həmin Qanunun 9.1-ci maddəsinə ## ####### 2008ci il tarixli ***-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş və bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılmasına hərrac və ya müsabiqə keçirilmədən icazə verilmişdir. İşə baxan məhkəmə «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanuna edilən bu dəyişikliyi nəzərə almamış, müqavilə bağlanılan an qüvvədə olan maddi hüquq normasına istinad etmiş, bununla da vətəndaşın vəziyyətini ağırlaşdıran normanı əsas götürmüş, vətəndaşın vəziyyətini yüngülləşdirən sonrakı dəyişikliyi tətbiq etməmişdir. Bununla da işə baxan məhkəmə həm Azərbaycan Respublikası Konstitusiyasının 149-cu, həm də «Normativ hüquqi aktlar haqqında» Qanunun 87-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. «Normativ hüquqi aktlar haqqında» Qanunun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Bununla bağlı olaraq bildirilir ki, qanuna edilən dəyişiklik mərhum X9 və varislərinin vəziyyətini yüngülləşdirməklə, onlara hərrac və ya müsabiqədən kənar qaydada alınan torpaq sahəsini sənədləşdirmək imkanı yaradır. Belə olduğu halda işə baxan məhkəmə vətəndaşın vəziyyətini yüngülləşdirən normanın geriyə qüvvəsinin tətbiq edilməsini təmin etməli, bununla da Konstitusiyanın tələbini yerinə yetirməli idi. Lakin işə baxan məhkəmə bunu etməmiş və maddi hüquq normasının tələbini pozmuşdur. İşə baxan məhkəmə iddiaçının tələbini əsaslandırmaq üçün istinad etdiyi işin faktiki hallarını araşdırmamış, təqdim edilən sənədlərə düzgün hüquqi qiymət verməmiş, cavabdeh tərəfin qanunsuz imtinasına, vətəndaşlara münasibətdə bərabərlik prinsipini pozmasına tənqidi yanaşmamışdır. Məhkəmə iddiaçının həmin torpaqdan istifadə etdiyini, orada ev inşa etdiyini, evin kommunal xidmətlərlə təchiz edildiyini, iddiaçının və ailə üzvlərinin başqa yaşayış yeri olmadıqlarını, həmin torpaqdan istifadənin heç bir şəxsin mənafeyinə toxunmadığını nəzərə almamış, işin bu faktiki hallarına vətəndaşın maraqları baxımından qiymət verməmişdir. Bu isə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-nin 385-ci maddəsinə əsasən iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İşə baxan məhkəmənin gəldiyi nəticə işin faktiki halları ilə uyğun gəlmir. Çünki həmin torpaq sahəsi qanuni əsaslarla əldə edilmiş, torpağın dəyəri bələdiyyəyə ödənilmiş və vətəndaş tərəfindən həmin sahədə ev inşa edilərək yaşayışa başlanılmışdır. Torpaq sahəsi artıq 18 ildir ki, iddiaçının və ailəsinin istifadəsindədir. b) Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. (hazırda qüvvədə olan redaksiya) 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiya) “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı Abşeron rayonu Məmmədli kənd Bələdiyyəsinin ## ##### 2008-ci il tarixli, **/*** saylı qərarı ilə ayrılmış 0,03 ha torpaq sahəsi üzərində mərhum X7 mülkiyyət hüququnun olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqan mübahisəli torpaq sahəsi ilə bağlı imtina məktubunu onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı Məmmədli bələdiyyəsi tərəfindən ## ##### 2008-ci il tarixli qərarı ilə torpaq sahəsinin bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı, sözügedən torpaq sahəsinə dair notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası imtinanın əsaslarını iş materiallarında olan sübutlarla birlikdə qiymətləndirərək hesab edir ki, hazırkı mübahisənin həlli üçün əsas hal iddiaçının istinad etdiyi bələdiyyə qərarının və ona əsaslanan sənədlərin qanunla müəyyən edilmiş qaydada hüquq əldə edilməsini təsdiq edib-etməməsidir. İş materiallarından görünür ki, Abşeron rayonu Məmmədli bələdiyyəsinin ##.##.2008ci il tarixli, **/*** nömrəli qərarına əsasən X8 0,03 ha torpaq sahəsi ayrılmışdır. X8 tərəfindən bələdiyyənin bank hesabına 150 manat ödəniş edilmişdir. X8 ##.##.2010-cu il tarixdə vəfat etmişdir. Hazırkı iş üzrə iddiaçı onun vərəsəsi olmaqla 0,03 ha torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsinə nail olmaq niyətindədir. Həmçinin iş materiallarından görünən odur ki, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin ##.##.2008-ci il tarixli, **/*** nömrəli qərarının təsdiq edilmiş surəti Abşeron rayon Dövlət Arxivi tərəfindən təqdim edilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, dövlət qeydiyyatı barədə tələbə baxılarkən qeydiyyat orqanı və məhkəmə təqdim olunan aktın sadəcə formal mövcudluğunu deyil, daşınmaz əmlak üzərində hüququn yaranması üçün qanunvericiliyin tələb etdiyi qaydada qəbul edilib-edilmədiyini yoxlamalıdır. Kollegiya hesab edir ki, hazırkı mübahisənin düzgün həlli üçün ilk növbədə iddiaçının istinad etdiyi bələdiyyə qərarının qəbul edildiyi tarixdə bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsinə dair qüvvədə olmuş hüquqi tənzimləmə müəyyən edilməlidir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı zamanı yalnız hüquqmüəyyənedici sənədin formal mövcudluğu kifayət etmir. Həmin sənədin daşınmaz əmlak üzərində hüququn yaranması üçün onun qəbul edildiyi tarixdə qüvvədə olmuş maddi və prosessual hüquq normalarına uyğun olması da tələb edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyəyə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə və istifadəsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, həmin normada işlədilmiş “qanunla müəyyən edilmiş qaydada” ifadəsi hər bir bələdiyyə qərarının yalnız bələdiyyə tərəfindən qəbul edilməsi səbəbindən birbaşa dövlət qeydiyyatı üçün hüquqi əsas yaratmadığını göstərir. Bələdiyyə qərarının qeydiyyata əsas olması üçün həm qərarı qəbul edən orqanın mübahisəli torpaq sahəsi barəsində sərəncam vermək səlahiyyətinə malik olması, həm də torpağın özgəninkiləşdirilməsi zamanı qanunla müəyyən edilmiş qaydaya əməl edilməsi zəruridir. Məhkəmə kollegiyası bələdiyyə torpaqlarının verilməsinin hüquqi tənzimlənməsində müxtəlif dövrlərdə fərqli qaydaların mövcud olduğunu nəzərə alır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun ilkin redaksiyasında bələdiyyə torpaqlarının birbaşa satılması qanunvericiliklə mümkün olmuşdur. Qanunun 9.6-cı maddəsinin həmin dövrdə qüvvədə olmuş redaksiyasında “bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri” ifadəsinin işlədilməsi də bələdiyyə torpaqlarının müəyyən hallarda hərrac keçirilmədən birbaşa satılmasının qanunvericiliklə nəzərdə tutulduğunu təsdiq etmişdir. Lakin ## ####### 2007-ci il tarixli, ***-IIIQD nömrəli Qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmiş və Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə biləcəyi müəyyən edilmişdir. Eyni Qanunla 9.6-cı maddənin əvvəlki redaksiyasında mövcud olan “bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri” ifadəsi də çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, həmin dəyişikliklə qanunverici bələdiyyə torpaqlarının birbaşa satılması imkanını aradan qaldırmış və bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının əldə edilməsinin yeganə üsulu kimi torpaq hərracını və ya müsabiqəni müəyyən etmişdir. Qanunda işlədilmiş “yalnız” ifadəsi normanın imperativ xarakter daşıdığını göstərmiş və bələdiyyəyə həmin qaydadan kənara çıxmaq səlahiyyəti verməmişdir. Bu hüquqi rejimin qüvvədə olduğu dövrdə torpaq sahəsinin hansı məqsədlə, o cümlədən fərdi yaşayış evinin tikintisi üçün ayrılmasından asılı olmayaraq, bələdiyyə torpağı üzərində hüquq yalnız hərrac və ya müsabiqə vasitəsilə əldə edilə bilərdi. Həmin dövrdə fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq ayrılmasına dair hər hansı istisna qanunvericilikdə nəzərdə tutulmamışdı. Sonradan ## ####### 2008-ci il tarixli, ***-IIIQD nömrəli Qanunla bələdiyyə torpaqlarının verilməsinə dair hüquqi tənzimləmə yenidən dəyişdirilmişdir. Həmin Qanun “Azərbaycan” qəzetinin ## ###### 2008-ci il tarixli buraxılışında dərc edilmiş və dərc edildiyi gündən qüvvəyə minmişdir. Bu dəyişikliklə bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması hərrac və ya müsabiqə qaydasından istisna edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin istisnanın tətbiqi üçün şəxsin torpağı ayıran bələdiyyənin ərazisində daimi yaşaması və eyni zamanda həmin ərazidə ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olması tələb olunurdu. Beləliklə, ## ###### 2008ci ildən etibarən yalnız qanunda nəzərdə tutulmuş bu şərtlərə cavab verən şəxslərə fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin hərrac və ya müsabiqə keçirilmədən verilməsi mümkün olmuşdur. Hazırkı iş üzrə iddiaçının istinad etdiyi Məmmədli bələdiyyəsinin qərarı isə ## ##### 2008-ci il tarixdə qəbul edilmişdir. Deməli, həmin qərar ## ####### 2007-ci il tarixli dəyişiklikdən sonra, lakin fərdi yaşayış evinin tikintisi üçün istisnanın qüvvəyə mindiyi ## ###### 2008-ci il tarixdən əvvəl qəbul olunmuşdur. Buna görə də hazırkı mübahisə bələdiyyə torpaqlarının istisnasız olaraq yalnız torpaq hərracı və ya müsabiqəsi vasitəsilə verilə bildiyi hüquqi dövrə aiddir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində sözügedən dəyişikliyin iddiaçıya da şamil olunmalı olduğuna istinad olunmuşdur. Belə ki, iddiaçı bununla bağlı mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, qanuna edilən dəyişiklik mərhum X9 və varislərinin vəziyyətini yüngülləşdirməklə, onlara hərrac və ya müsabiqədən kənar qaydada alınan torpaq sahəsini sənədləşdirmək imkanı yaradır. Belə olduğu halda işə baxan məhkəmə vətəndaşın vəziyyətini yüngülləşdirən normanın geriyə qüvvəsinin tətbiq edilməsini təmin etməli, bununla da Konstitusiyanın tələbini yerinə yetirməli idi. Məhkəmə kollegiyası həmin dəlili əsassız hesab etməklə qeyd edir ki, sonradan qüvvəyə minmiş istisna normanın hazırkı hüquq münasibətlərinə tətbiq edilməsi mümkün deyildir. Maddi hüquq normasının geriyə qüvvəsi qanunda birbaşa nəzərdə tutulmadığından, fərdi yaşayış evinin tikintisi üçün torpaq ayrılmasına dair sonradan müəyyən edilmiş istisna həmin istisnanın qüvvəyə minməsindən əvvəl qəbul olunmuş bələdiyyə qərarına şamil edilə bilməz. Beləliklə də, torpaq sahəsinin ayrıldığı tarixdə qüvvədə olmuş hüquqi rejimdə fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq ayrılmasına dair istisna mövcud olmadığından, mübahisəli torpaq sahəsi də yalnız torpaq hərracı və ya müsabiqəsi vasitəsilə verilə bilərdi. İş materiallarından görünür ki, Məmmədli bələdiyyəsinin ## ##### 2008-ci il tarixli, **/*** nömrəli qərarı ilə iddiaçının mərhum anasına fərdi yaşayış evinin tikintisi üçün 0,03 ha torpaq sahəsi bilavasitə ayrılmış, yerquruluşu planından çıxarış və torpaqayırma sənədləri tərtib edilmişdir. Lakin iş materiallarında həmin torpaq sahəsinin açıq torpaq hərracına və ya müsabiqəyə çıxarıldığını təsdiq edən elan, hərracın təşkili barədə sənəd, iştirakçıların siyahısı, hərracın və ya müsabiqənin nəticələrinə dair protokol, yaxud iddiaçının mərhum anasının həmin prosedurun qalibi elan edildiyini təsdiq edən hər hansı başqa sübut mövcud deyildir. Əksinə, bələdiyyə qərarının və ona əsaslanan sənədlərin məzmunundan torpaq sahəsinin iddiaçının mərhum anasına bilavasitə verildiyi müəyyən olunur. Bu isə torpağın ayrıldığı tarixdə qüvvədə olmuş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin imperativ tələbinə uyğun olmamışdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində əlavə olaraq mübahisəli torpaq sahəsinin 18 ildir ki, iddiaçı və ailəsinin istifadəsində olmasına da istinad olunmuşdur. Kollegiya həmin dəlili də birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas hesab etməməklə qeyd edir ki, torpaq sahəsinin uzun illər iddiaçının faktiki istifadəsində olması mülkiyyət hüququnun qanunla müəyyən edilmiş qaydada yarandığını təsdiq etmir. Həmin hallar yalnız faktiki istifadə vəziyyətini göstərir və məcburi hərrac və ya müsabiqə prosedurunu əvəz edə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinin mənasına görə dövlət qeydiyyatı daşınmaz əmlak üzərində hüququ yaradan ilkin hüquqi əsas deyil, qanunla müəyyən edilmiş qaydada yaranmış hüququn dövlət tərəfindən tanınması və təsdiq edilməsidir. Buna görə də qeydiyyat orqanı qanunla müəyyən edilmiş qaydada yaranmamış hüququ yalnız bələdiyyə qərarının və faktiki istifadənin mövcudluğuna əsaslanaraq qeydə ala bilməz. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, iş materiallarında bələdiyyənin mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun torpağın özgəninkiləşdirilməsindən əvvəl daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını təsdiq edən sənəd mövcud deyildir. Torpaq sahəsinin özgəninkiləşdirilməsinin notariat qaydasında təsdiq edilmiş alğısatqı müqaviləsi ilə rəsmiləşdirildiyi də müəyyən olunmur. Beləliklə, məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçının istinad etdiyi ## ##### 2008ci il tarixli bələdiyyə qərarı bələdiyyə torpaqlarının istisnasız olaraq yalnız torpaq hərracı və ya müsabiqəsi vasitəsilə verilə bildiyi dövrdə qəbul edilmiş, iş materiallarında hərracın və ya müsabiqənin keçirildiyini təsdiq edən hər hansı sübut təqdim olunmamış, sonradan qüvvəyə minmiş fərdi yaşayış evinin tikintisi üçün torpağın bilavasitə ayrılmasına dair istisna isə əvvəl yaranmış hüquq münasibətlərinə tətbiq edilə bilməmişdir. Bu hallara əsasən, Məmmədli bələdiyyəsinin ## ##### 2008-ci il tarixli, **/*** nömrəli qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinin mənasında qanunla müəyyən edilmiş qaydada qəbul olunmuş və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün kifayət edən hüquqmüəyyənedici akt hesab edilə bilməz. Bir sözlə, iddiaçının tələbinin təmin olunması üçün hüquqi əsas mövcud deyildir. Kollegiya, həmçinin qeyd edir ki, hazırkı mübahisənin həlli zamanı əsas götürülən hüquqi yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarında ifadə olunmuş hüquqi mövqe ilə uzlaşır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1223/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1223/2026
14.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver