Məhkəmə qərarları › İş №2-1(3-8)-1224/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1224/2026

28.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1224/2026 28.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, Iddiaçının nümayəndəsi (bacısı) NümayəndəHəmdulla qızının iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “arayışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI: Quba rayonu Quba bələdiyyəsinin ##.##.2005-ci il tarixli **/* saylı qərarı ilə ünvan 1 ünvanda yaşayan X1 ərizəsi nəzərə alınmaqla, ona haqqı ödənilməklə fərdi yaşayış evinin tikintisindən ötrü Quba şəhərinin 30-cu məhəlləsindən 20,0m x 20,0 m = 400 kv.m torpaq sahəsi ayrılmışdır. ##.##.2005-ci il tarixli, ****** nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, X1 ##.##.2005-ci il tarixdə Quba Bələdiyyəsinin bank hesabına 448.000 manat (AZM) pul ödəmişdir. Quba bələdiyyəsinin yerquruluşu planından çıxarışlarda X1 ayrılmış Quba şəhərinin 30-cu məhəlləsində yerləşən 0,04 ha torpaq sahəsinin yerləşmə vəziyyəti göstərilmişdir. ##.##.2020-ci il tarixli AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X1 ##.##.2020-ci il tarixdə ölmüşdür. Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin ##.##.2020-ci il tarixli, **** nömrəli məktubundan görünür ki, İddiaçı ##.##.2020-ci il tarixdə vəfat etmiş X1 qanun üzrə vərəsələri sırasına daxildir. Quba bələdiyyəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilir ki, Quba bələdiyyəsinin ##.##.2005-ci il tarixli **/* nömrəli qərarının qəbul edilməsinə əsas olan heç bir sənəd Quba bələdiyyəsində aşkar edilməmişdir. X3 filialının ##.##.2025-ci tarixli məktubu ilə Quba bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı iclas protokolunda çıxarış və ona əlavə sənədlərin təsdiq edilmiş ksero surətləri məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubuna əlavə edilmiş müayinə aktında qeyd edilir ki, araşdırma zamanı məlum olmuşdur ki, iddia olunan Quba şəhərinin 30-cu məhəlləsində yerləşən 0,04 ha torpaq sahəsinin müayinəsi zamanı heç bir mübahisəli hal baş verməmişdir və həmin torpaq sahəsi iddiaçının faktiki olaraq öz istifadəsindədir. Kamerlan araşdırma nəticəsi olaraq bildirilir ki, iddiaçının faktiki istifadəsində 0,04 ha torpaq sahəsi mövcuddur. Iddiaçı tərəfindən iddia olunan 0,04 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasın bütövlükdə X7 zavodunun yerləşdiyi torpaq sahəsi kimi göstərilmiş dövlət əmlakı ilə üst-üstə düşür. Iddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsi TEKUIS məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olub, uqodiyası həyətyanı olaraq, mülkiyyət növü isə dövlət mülkiyyəti göstərilmişdir. Mühafizəli torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. Torpaq sahəsinin sol qonşuluğunda yerləşən torpaq sahəsinin üzərində 303013008770-***** reyestr nömrəli çıxarışa əsasən X4 mülkiyyət hüquqları tanınmışdır. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuş koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli məktubuna 303013008770-***** reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlərin surətləri əlavə olunmuşdur. Iddiaçı ərizə ilə cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət edərək, Quba şəhəri 30-cu məhəllə ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, ölən şəxsin adına arayışın verilməsi ilə bağlı müraciət etdiyi Quba rayonu Quba bələdiyyə iclasının ##.##.2005-ci il tarixli ** saylı protokolundan çıxarış **/* nömrəli qərar əsasında mərhum X1 0.04 ha torpaq sahəsi üçün torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. Cavabdeh bildirir ki, 0.04 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində mülkiyyət növü “dövlət” kimi qeyd olunmuşdur. Bundan əlavə, bələdiyyə tərəfindən tərtib edilmiş 1:10000, 1:2000 miqyaslı yerquruluşu xəritəsindən sxemlər Quba RIH-nin Tikinti və Memarlıq şöbəsi tərəfindən təsdiq edilməmişdir və 1:2000 miqyaslı yerquruluşu xəritəsindən sxemdə isə torpaq sahəsinin ölçüləri göstərilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsindəki icraat Iddiaçı İddiaçı cavabdeh “xxxx“ Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi Idarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba bələdiyyəsinin ## #### 2005-ci il tarixli, ** saylı protokolundan çıxarış **/* nömrəli qərarı ilə iddiaçının X5na ayrılmış Quba şəhərinin 30-cu məhəlləsi ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quba bələdiyyəsinin ##.##.2005-ci il tarixli, **/* nömrəli qərarı ilə X1 ayrılmış Quba şəhərinin 30-cu məhəlləsi ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum X5na məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən cavabdeh əsl olan cavabdeh“xxxx“ Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X5 ilə ## #### 2005-ci ildə yaşadığı Quba şəhəri ərazisində həyətyanı torpaq sahəsi ayrılması üçün ərizə ilə Quba bələdiyyəsinə müraciət etmişdir. Quba Bələdiyyəsində ərizəyə baxılmış Bələdiyyənin ## #### 2005-ci il tarixli ** saylı protokolundan çıxarış **/* nömrəli qərarı ilə X5na fərdi mənzil tikintisi məqsədilə 0,04 ha torpaq sahəsi ayrılmışdır. Quba Bələdiyyəsinin hesabına torpağın qiyməti olan 448000 manat pul anası tərəfindən köçürülmüşdür. Iddiaçının anası Quba bələdiyyəsinin ## #### 2005-ci il tarixli qərarı əsasında qanunla müəyyən edilmiş pulunu ödəməklə Bələdiyyənin ərazisindən 0,04 ha torpaq sahəsini almışdır. X5 ## #### 2020-ci ildə vəfat etmişdir. Iddiaçı anasının vərəsəsidir. Torpaq sahəsi ayrılan vaxtdan iddiaçının sahibliyində və istifadəsindədir. Hal-hazırda həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət etmişdir. Həmin idarənin ## ###### 2024-cü il tarixli cavabı ilə ərizənin icrasından imtina edilmişdir. Imtinada qeyd olunur ki, anasına satılmış torpaq sahəsinə dair torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir, elektron kadastr uçotu informasiya sistemində mülkiyyət növü “Dövlət” kimi qeyd olunmuşdur. Iddiaçı cavabdeh təşkilatın mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası ilə razılaşmır, hesab edir ki, ərizənin icrasının qeyri-mümkün hesab edilməsi əsassızdır. Belə ki, iddiaçının anası Bələdiyyəyə torpaq ayrılması məqsədilə müraciət etmişdir. Həmin qərar əsasında anası haqqını ödəməklə bələdiyyənin mülkiyyətində olan ehtiyat fondundan torpaq sahəsini almışdır. Göstərilən bələdiyyə qərarı hal-hazırda da qüvvədədir, nüsxələr rayon arxivində də saxlanılır. Belə olduğu təqdirdə iddiaçı vərəsəsi olduğu anası tərətındən tam qanuni əsaslarla alınmış torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədin verilməməsini əsassız sayır və bununla da cavabdeh təşkilat tərəfindən onun mülkiyyətlə bağlı hüquqlarının pozulduğunu bildirir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, ölən şəxsin adına arayışın verilməsi ilə bağlı müraciət etdiyiniz Quba rayonu Quba bələdiyyə iclasının ##.##.2005-ci il tarixli ** saylı protokolundan çıxarış **/* nömrəli qərar əsasında mərhum X1 0.04 ha torpaq sahəsi üçün torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. Cavabdeh bildirir ki, 0.04 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində mülkiyyət növü “Dövlət” kimi qeyd olunmuşdur. Bundan əlavə bələdiyyə tərəfindən tərtib edilmiş 1:10000, 1:2000 miqyaslı yerquruluşu xəritəsindən sxemlər Quba RIH-nin Tikinti və Memarlıq şöbəsi tərəfindən təsdiq edilməmişdir və 1:2000 miqyaslı yerquruluşu xəritəsindən sxemdə isə torpaq sahəsinin ölçüləri göstərilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Qəşəm Məmmədli) ##.##.2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Quba rayonu Quba bələdiyyəsinin ##.##.2005-ci il tarixli **/* nömrəli qərarı ilə X1 ayrılmış 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum X1 məxsus olması barədə arayışın iddiaçı İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 üzərinə qoyulmuşdur. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, torpaq sahəsinin ayrılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Quba rayonu Quba bələdiyyəsinin ##.##.2005-ci il tarixli **/* saylı qərarı ilə X1 0,04 ha torpaq sahəsi satılmış, sonuncu tərəfindən bələdiyyənin bank hesabına müfaviq qaydada ödəniş edilmişdir və bununla bağlı qəbz iş materiallarına əlavə edilmişdir. Hazırkı halda cavabdeh orqanın etirazı alqı-satqı aktının olmamasına əsaslanır. Həmin aktın qanunvericiliyə uyğun şəkildə tərtib olunması ilə bağlı öhdəlik iddiaçının deyil, bələdiyyənin vəzifəsi olmaqla onun üzərinə qoyulmalıdır. Belə ki, iddiaçı qanunvericiliyə və alqı-satqı müqaviləsinin tələblərinə cavab verməklə müvafiq qaydada ödənişi həyata keçirmişdir ki, bu da öz növbəsində onun etibarlı olmasına dəlalət verir. Bu hal iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Digər imtina əsası kimi bələdiyyə tərəfindən tərtib edilmiş yerquruluşu xəritəsindən sxemlərin təsdiq edilmədiyi göstərilir. Bununla bağlı məhkəmə qeyd edir ki, yerquruluşu, habelə torpaq sahələrində mərzçəkmə işlərinin aparılması cavabdehin inzibati orqanın öhdəliyidir. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yerquruluşu planından çıxarışda torpaq sahəsinin koordinatları göstərilmişdir. Sonuncu imtina əsası kimi torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində mülkiyyət növü “dövlət” kimi qeyd olunduğu göstərilir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli məktuba müayinə aktı əlavə edilmiş və qeyd edilmişdir ki, iddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsi TEKUIS məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olub, uqodiyası həyətyanı olaraq, mülkiyyət növü isə dövlət mülkiyyəti göstərilmişdir. Mühafizəli torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. Torpaq sahəsinin sol qonşuluğunda yerləşən torpaq sahəsinin üzərində 303013008770-***** reyestr nömrəli çıxarışa əsasən X4 mülkiyyət hüquqları tanınmışdır. Qonşu torpaq sahəsinə çıxarışın verilməsinə əsas qismində ilkin hüquq müəyyənedici sənəd Quba rayonu Quba bələdiyyəsinin ##.##.2005-ci il tarixli, **/* saylı qərarı olmuşdur. Eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Qeyd olunan halların torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini, imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;.......... Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası): Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə: 5-ci bənd. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2001-ci il tarixli *** nömrəli Fərmanı:

2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra - Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; ... Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiq edilmiş “cavabdeh1n nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində xxxx (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin ## #### 2021-ci il tarixli **** nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; ...

“Inzibati icraat haqqında” Qanun: Maddə 11. Qanunçuluq prinsipi 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. Inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. Inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.2 Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarında olan sənədləri və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar yoxdur. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini Quba bələdiyyəsinin ##.##.2005-ci il tarixli, **/* nömrəli qərarı ilə X1 fərdi yaşayış evinin tikintisindən ötrü ayrılmış Quba şəhərinin 30-cu məhəlləsindən 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum X5na məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından cavabdehin imtinası təşkil edir. Iddiaçının hüquqi marağı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Quba rayonu Quba bələdiyyəsinin ##.##.2005-ci il tarixli, **/* saylı qərarına əsasən X1 fərdi yaşayış evinin tikintisindən ötrü ayrılmış Quba şəhərinin 30-cu məhəlləsindən 0,04 ha torpaq sahəsi ayrılmışdır. X1 Bələdiyyəsinin bank hesabına torpaq sahəsinin dəyərini 448.000 manat (AZM) vəsaiti ödəmişdir. X1 ##.##.2020-ci il tarixdə ölmüşdür. Iddiaçı İddiaçı mərhum X5nın qanun üzrə vərəsələri sırasına daxildir. Iddiaçı torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin icrasından imtina edilərək qeyd edilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, ölən şəxsin adına arayışın verilməsi ilə bağlı müraciət etdiyi Quba rayonu Quba bələdiyyə iclasının ##.##.2005-ci il tarixli ** saylı protokolundan çıxarış **/* nömrəli qərar əsasında mərhum X1 0.04 ha torpaq sahəsi üçün torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. Cavabdeh bildirir ki, 0.04 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində mülkiyyət növü “dövlət” kimi qeyd olunmuşdur. Bundan əlavə, bələdiyyə tərəfindən tərtib edilmiş 1:10000, 1:2000 miqyaslı yerquruluşu xəritəsindən sxemlər Quba RIH-nin Tikinti və Memarlıq şöbəsi tərəfindən təsdiq edilməmişdir və 1:2000 miqyaslı yerquruluşu xəritəsindən sxemdə isə torpaq sahəsinin ölçüləri göstərilməmişdir. Cavabdehin imtinasının əsaslarından biri torpağın alqı-satqısına dair aktın təqdim edilməməsi olmuşdur. Lakin birinci instansiya məhkəməsi haqlı olaraq nəzərə almışdır ki, torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarı mövcuddur və həmin qərarın icrası ilə əlaqədar ödənişin həyata keçirilməsi iş materialları ilə təsdiq olunur. Alqı-satqı aktının tərtib edilməməsi iddiaçının hərəkəti və ya hərəkətsizliyi ilə bağlı olmayan hal olduğundan, belə sənədin mövcud olmamasının iddiaçının hüququnun reallaşdırılmasına maneə kimi qəbul edilməsi əsaslı sayıla bilməz. Eyni zamanda, torpaq sahəsinin elektron kadastr uçotu informasiya sistemində dövlət mülkiyyəti kimi göstərilməsi və yerquruluşu sənədlərinə dair müəyyən uyğunsuzluqların mövcudluğu da öz-özlüyündə iddiaçının müraciətinin icrasından imtina üçün yetərli hüquqi əsas təşkil etmir. Belə ki, cavabdeh inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğu halda, bu öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Həmçinin iş materiallarından iddiaçının faktiki istifadəsində 0,04 ha torpaq sahəsinin mövcudluğu və həmin sahənin koordinatlarının yerquruluşu planında göstərilməsi müəyyən olunur. Bundan əlavə, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli məktuba müayinə aktı əlavə edilmiş və qeyd edilmişdir ki, iddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsi TEKUIS məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olub, uqodiyası həyətyanı olaraq, mülkiyyət növü isə dövlət mülkiyyəti göstərilmişdir. Mühafizəli torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. Torpaq sahəsinin sol qonşuluğunda yerləşən torpaq sahəsinin üzərində 303013008770-***** reyestr nömrəli çıxarışa əsasən X4 mülkiyyət hüquqları tanınmışdır. Qonşu torpaq sahəsinə çıxarışın verilməsinə əsas qismində ilkin hüquq müəyyənedici sənəd Quba rayonu Quba bələdiyyəsinin ##.##.2005-ci il tarixli **/* saylı qərarı olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli *- *(***)-***/**** nömrəli qərarı ilə müəyyən edilmişdir ki, Quba bələdiyyəsinin ## #### 2006-cı il tarixli **/** saylı qərarı ilə X14 fərdi mənzil tikintisi məqsədilə Quba şəhərinin 30-cu məhəlləsindən 400 kv.metr ha torpaq sahəsi ayrılmışdır. Cavabdeh imtinasında və apellyasiya şikayətində göstərmişdir ki, məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki: Torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUIS) əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olub uqodiyası fərdi yaşayı kimi, mülkiyyət növü isə dövlət mülkiyyəti kimi göstərilmişdir. Əlavə olaraq bildiririk ki, həmin torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən iş kodu ***** nömrəli olan “X7" Zavodunun yerləşdiyi torpaq sahəsi kimi göstərilmişdir. Belə ki, həmin torpaq sahəsi dövlət mülkiyyəti olduğu təqdirdə onun mülkiyyətinə verilməsi (özəlləşdirilməsi) Azərbaycan Respublikasının torpaq qanunvericiliyində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəmə kollegiyası tərəfindən mübahisənin həlli istiqamətində müvafiq sorğular ünvanlanmış və mütəxəssis rəyi əldə edilmişdir. Həmin mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısına qoyulmuş sualları cavablandırmaq məqsədilə iddiaçının iştirakı ilə mübahisəli torpaq sahəsinin mövqeyi, ölçüləri və mübahisələndirilən ərazinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmiş, Quba rayonu Quba bələdiyyəsinin ## #### 2006-cı il tarixli ** saylı protokolu ilə fərdi yaşayış evi tikmək məqsədi ilə X14 ayrılmış Quba şəhərinin 30-cu məhəlləsində yerləşən 0.04 ha torpaq sahəsi və onun ətrafında yerləşən torpaq sahələrinə dair yerləşmə sxemi və rəngli orto-foto görüntüləri işə əlavə olunmuş, mübahisəli torpaq sahəsinin həmçinin X7 Zavodunun yerləşdiyi torpaq sahəsinin həm faktiki, həmdə sənəd üzərində müqayisəli orto-foto görüntülərinin işə əlavə olunmuş, mübahisəli torpaq sahəsinin həmçinin X7 Zavodunun yerləşdiyi torpaq sahəsinin həm faktiki, həmdə sənəd üzərində müqayisəli orto-foto görüntüləri tərtib olunmuşdur. Eyni zamanda məhkəmə kollegiyasının sorğusuna əsasən X14 ayrılmış torpaq sahəsinin qonşuluğunda yerləşən və üzərində mükiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahələrinə dair çıxarışların və həmin çıxarışların (303013011869 və 30301341222-***** reyestr nömrəli çıxarışlar) verilməsinə əsas olmuş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Həmin qonşu torpaq sahələrinin xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmasına dair çıxarışlardan müəyyən edilir ki, cavabdehin baza məlumatlarında dövlət torpağı kimi göstərilən qonşu torpaq sahələrinin hamısının kateqoriyasına görə “yaşayış məntəqələrinin torpaqları” olaraq xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda məhkəmə tərəfindən əldə edilmiş müqayisəli rəngli orto-foto görüntülərdən görünür ki, qonşu torpaq sahələrinə verilmiş 303013011869 və 30301341222 ***** reyestr nömrəli çıxarışların koordinatları cavabdehin istinad etdiyi və “X7” Zavodunun yerləşdiyi torpaq sahəsi kimi göstərilən ərazinin hüdudları daxilində yerləşir. Başqa sözlə, cavabdehin baza məlumatlarında həmin ərazi dövlət mülkiyyəti kimi və zavod torpağı kimi göstərilməsinə baxmayaraq, eyni kordinat daxilində yerləşən digər torpaq sahələri üzrə xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və çıxarışlar verilmişdir. Apellyasiya şikayətində torpaq sahəsinin dövlət mülkiyyəti olması və zavod ərazisinə aid edilməsi barədə irəli sürülən dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əgər cavabdehin öz baza məlumatlarına əsasən həmin ərazi dövlət mülkiyyətində hesab olunurdusa, bu halda eyni sahənin daxilində yerləşən və koordinat baxımından üst-üstə düşən qonşu torpaq sahələrinə xüsusi mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışların verilməsi faktı cavabdehin mövqeyi ilə ziddiyyət təşkil edir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Inzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Quba şəhəri, 30-cu məhəllə ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun iddiaçı X14 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli *- *(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qərar qanuni qüvvəyə minmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan imtinasında və şikayətində Quba şəhərinin 30-cu məhəlləsindən vətəndaşlara ayrılmış torpaq sahələrinin “X7” Zavodunun yerləşdiyi torpaq sahəsi kimi göstərilən ərazinin hüdudları daxilində yerləşdiyini göstərsə də, məhkəmə araşdırması zamanı bu hal rəsmi sənədlərlə öz təsdiqini tapmamışdır. Əksinə, cavabdeh özünün ##.##.2025-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli məktubunda göstərmişdir ki, elektron kadastr məlumatlarında “X7” Zavodunun adına ***** nömrəli kadastr cizgisinin qeydə alınması ilə bağlı sənəd məlumatları Ərazi Idarəsində aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, eyni faktiki və hüquqi vəziyyətdə olan şəxslərə münasibətdə fərqli yanaşmanın mövcudluğu bərabərlik prinsipinin tələbləri baxımından əsaslandırılmalıdır. Iş materiallarında isə cavabdehin iddiaçıya münasibətdə fərqli yanaşmasını əsaslandıran obyektiv və ağlabatan səbəblərin mövcudluğu müəyyən edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun məqsədi daşınmaz əmlak üzərində artıq yaranmış hüquqların dövlət tərəfindən tanınması və qeydiyyata alınmasını təmin etməkdir. Reyestr orqanı hüquqmüəyyənedici sənədlərin mövcudluğu şəraitində həmin hüquqların qeydiyyatını həyata keçirən qeydiyyat orqanıdır. Reyestr orqanının səlahiyyətlərinə qüvvədə olan bələdiyyə aktlarının qanuniliyini formal əsaslarla yenidən qiymətləndirmək və yalnız texniki xarakterli uyğunsuzluqlara istinad etməklə qeydiyyatdan imtina etmək aid deyildir. Bundan başqa, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən şəxslərin üzərinə öhdəliklər qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə isə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqan tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Hazırkı halda isə yerquruluşu planından çıxarışın cavabdehin istinad etdiyi formada təsdiq edilməməsinin iddiaçının mülkiyyət hüququnun qeydiyyatına maneə təşkil etməsinə dair konkret hüquqi əsas göstərilməmişdir. “Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə uyğun olaraq, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Buna görə də, hazırda qüvvədə olan bələdiyyə qərarına əsaslanan hüququn dövlət qeydiyyatından imtina edilməsi qanunauyğun hesab oluna bilməz. Iddiaçının mərhum X1 torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Quba rayonu Quba bələdiyyəsinin ##.##.2005-ci il tarixli **/* nömrəli qərarına əsaslanır. Istinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Bələdiyyənin həmin qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Inzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar