Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1225/2026 10.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi nümayəndə1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *- *(*-*)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 65 yaşının tamam olduğu ##.##.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə ən azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. ##.##.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin, eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən onun fərdi hesabının sığorta hissəsində 2018-ci il # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda qanunun 7-ci maddəsilə müəyyən edilmiş yaş haddinə çatmış sığortaolunana 2006-cı il ######ın #-dək sığorta stajı 25 il hesablanır. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı Operativ Sosial Təminat Agentliyinin DOST Mərkəzinə 65 yaşı tamam olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə rəsmi qaydada ərizə və ərizəyə aidiyyatı üzrə zəruri olan digər sənədləri əlavə etməklə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının ***-*/*-S-*****/*** nömrəli, ## ###### 2024-cü il tarixli cavab məktubuna əsasən iddiaçıya "yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında" rəsmi cavab verilmişdir. Bildirilir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun sığorta stajı 2 il 11 ay 13 gündür. Eyni zamanda ##.##.2006-cı ildən ##.##.2018-ci il tarixədək fərdi hesabında sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasında ##.##.1978-ci il tarixindən ##.##.2005-ci il tarixinədək Abşeron İ.H. MKTTİ-təmir Birliyində iddiaçının əmək fəaliyyəti dövrü müvafiq qaydada araşdırılaraq məlum olub ki, ##.##.2023cü il tarixli əmrdən çıxarışda təqdim olunan əmr və ##.##.1978-ci il tarixindən ##.##.2005-ci il tarixinədək sözügedən müəssisədə adına əmək haqqı hesablanması barədə məlumat əks olunmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün sayılmır. Eyni zamanda məlumat verilir ki, ##.##.1978-ci ildən ##.##.2005-ci ilədək əmək haqqı almağını təsdiq edən sənədləri əmrlərdən çıxarışları təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajına daxil edilməsinə baxıla bilər, iddiaçının ümumi sığorta stajın qanunla nəzərdə tutulduğundan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri çərçivəsində qeyrimümkünlüyü bildirilmişdir. İddiaçı Mərkəzi Filialın cavab məktubunu özbaşınalıq kimi qiymətləndirir və hesab edir ki, məktubda gətirilən yersiz sübut və dəlillər onun yaşa görə əmək pensiyasına çıxmaq hüququnu məhdudlaşdıra bilməz və bu statlar hüquqi cəhətdən əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, iddiaçının müvafiq qaydada təqdim etdiyi arxiv arayışı, əmək kitabçası imkan verir ki, onun və digər zəruri sənədlər və xüsusilə də uzun müddət Bakı mebel-yığma kombinatında onun birlikdə çalışan iş yoldaşlarının şahidliyi imkan verir ki, iddiaçının əmək pensiyası hüququnun məhkəmə qaydasında bərpa olunması ilə qaldırdığı iddia tələbi təmin edilsin. İddiaçının sığorta stajının müddəti ##.##.1975-ci ildən arada hərbi xidmət də daxil olmaqla ##.##.2005ci ilədək olan bir dövrü əhatə edir ki, bu da 25 ildən çoxdur və artıqdır, əmrlərdən çıxarışlar, əmək haqqının hesablanması haqda və maaş cədvəlləri (vedomostlar), tarif jurnalları, planuçot sənədləri, müəssisənin bank rekvizitləri və s. sənədlərin itirilməsi işçinin məsuliyyəti deyil, müəssisənin arxivində saxlanılır və müəssisə ləğv edilən zaman mərkəzi dövlət arxivinə təhvil verilir, işçiyə yalnız əmək kitabçası verilir. Burada işçinin, vətədaşın günahı əsas sayıla bilməz. Ona görə də iddiaçı hesab edir ki, onun ünvanına rəsmi qaydada daxil olmuş "yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında" Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından daxil olmuş ## ###### 2024cü il tarixli məktub hüquqi cəhətdən əsassızdır və ləğv edilməlidir. İddiaçıya, yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədəuyğun sayılmalıdır. İddiaçı "Bakı" qəzetində verilən iş elanına əsasən Bakı mebel-yığma kombinatına (BMYK) gəlmiş, birbaşa kombinatın kadrlar şöbəsinin rəisi Oktay Səmədova müraciət etmiş və onu qaz qaynaqçısı şagirdi vəzifəsinə təyin etmişdirlər, ardınca iddiaçı hərbi xidmətə yollanmış, qayıdıb həmin kombinatda əmək fəaliyyətini davam etdirmişdir. * nömrəli subaylar yataqxanasında 4-cü mərtəbədə 81-ci otaqda yaşamışdır və otaq yoldaşlarından sağ olanlar bu faktları təsdiq edə bilər. Sonrakı illərdə iddiaçı ilə eyni yataqxanada yaşayan Rəcəbli İmamverdi, Qasımov Aliş və Əliyev Məcnun hal-hazırda sağ-salamatdırlar və Bakı şəhərində yaşayırlar, digərləri İsmayılov Zakir, Layicov Nizami və Allahverdiyev Şakir isə dünyalarını dəyişiblər. İddiaçı uzun müddət kombinatda çalışmış, istehsalatdan ayrılmadan ali təhsil almışdır, ali təhsilli olduğu üçün müəssisə rəhbərliyi tərəfindən kombinatın balansında olan * nömrəli ailəvi yataqxanaya klub müdiri, tərbiyəçi müəllim, daha sonra müdir təyin edilmiş, ailəli olduğu üçün həmin ailəvi yataqxanada onu 3 otaqlı mənzillə təmin etdilər. Hal-hazırda ailəlikcə həmin mənzildə yaşayır və həmin mənzili özəlləşdirib "çıxarış" da almışdır ki, bu da onun uzunmüddətli əmək fəaliyyətini təsdiq edən əsaslı sübut və dəlillərdən biridir. O zaman Azərbaycan Respublikası Meşə və X2 naziri X10, Kirov rayon Partiya Komitəsinin birinci katibi Stepanov Qrin İsakoviç, X7 direktoru Əhməd Nəzərov, Mebel Kombinatının direktoru Faiq Laçınoviç, X5 və Mobil Nəsiboviç adlı şəxslər olublar. Mebel sənayesinə qeyri millətdən olanlar ruslar -ermənilər kombinatda yüksək vəzifədə idilər, Neszopor Vyaçeslav, Totosyan Vazgen, Akopyan Vaçeqan, Baş mühəndis X13, X11, X8, X12, X9 və başqaları. İddiaçının iş yoldaşları X6 İsakovię, Rəcəbli İmamverdi, Əbala Məmmədov, Yaşar Umudov, Nadir Ağayev, Kərim ağa Rəcbov, Zülfü Qarayev, Arif Hüseynov, Vahid Zeynalov, yataqxana yoldaşları Qismət Məmmədov, İrşad Əsgərov, Ruslan Qurbanov, Elmira Qəribova və başqaları hal-hazırda məhkəmədə iddiaçı barəsində şahid qismində ifadə verə bilərlər. İddiaçı hesab edir ki, aidiyyatı dövlət qurumundan daxil olmuş ***-*/*- S*****/*** nömrəli, 26 yanvar tarixli İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məlum cavab məktubu yaşa görə pensiyası hüququnun kobud şəkildə pozulmasıdır, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə zidd olar tərtib edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı İddiaçı təqdim etdiyi əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən, onun sığorta stajı (##.##.1976-cı il tarixindən ##.##.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 2 il 11 ay 13 gün təşkil edir. Təqdim edilmiş əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1978-ci il tarixindən ##.##.2005-ci il tarixinədək Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyində əmək fəaliyyəti dövrünün mötəbərliyinə əsaslı şübhələr yarandığından, həmin dövrün araşdırılması zəruri hesab edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri İdarəsi tərəfindən təqdim olunmuş ##.##.2023-cü il tarixli əmrdən çıxarışda işdən çıxma əmri və tarixi qeyd olunsa da, işə qəbul əmri və ##.##.1978-ci il tarixindən ##.##.2005-ci il tarixinədək həmin müəssisədə İddiaçı adına əməkhaqqı hesablanmasına dair məlumatlar əks olunmadığından, göstərilən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Nəticədə iddiaçı İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmçinin bildirir ki, ##.##.2006-cı il tarixindən ##.##.2018ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli, *-**-*/*-Ş-*****/**** nömrəli imtina məktubunda qeyd edilmişdir ki, təqdim etdiyi əmək kitabçası və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (##.##.1976-cı il tarixindən ##.##.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 2 il 11 ay 13 gün təşkil edir. Həmçinin ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan ##.##.1978-ci il tarixindən ##.##.2005-ci il tarixinədək Abşeron rayon İcra Hakimiyyəti Mənzil-kommunal Təsərrüfatı İstehsalatİstismarı Təmiri Birliyində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Bildirilir ki, Abşeron rayon İcra Hakimiyyəti Mənzil-kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri İdarəsinin təqdim etdiyi ##.##.2023-cü il tarixli əmrdən çıxarışda işdən çıxma əmri və tarixinin qeyd edilməsinə baxmayaraq, işə daxil olma əmri və ##.##.1978-ci il tarixindən ##.##.2005-ci il tarixinədək sözügedən müəssisədə adına əmək haqqı hesablanması barədə məlumat əks olunmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Bildirilir ki, ##.##.1978-ci il tarixindən ##.##.2005-ci il tarixinədək əmək haqqı almağını təsdiq edən sənədləri (əmək haqqı arayışları) və əmrlərdən çıxarışları təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajına daxil edilməsinə baxıla bilər. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq adında aktiv VÖEN hesabı (3100388182) olduğu üçün məşğul şəxs hesab edildiyindən yaşa görə sosial müavinətin təyin edilməsi mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, aktiv vergi ödəyicisi kimi fəaliyyətinin dondurulması və ya ləğv olunması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən ətraflı vergi arayışı təqdim etdikdən sonra təkrar müraciət əsasında yaşa görə sosial müavinət hüququna yenidən baxılacaqdır. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim ediləcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə, pensiya təminatı hüququna yenidən baxıla bilər. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2021-ci il tarixli, */*** nömrəli məktubda qeyd edilmişdir ki, sorğuda qeyd olunan ləğv olunmuş Azərbaycan SSR Meşə və X2 Nazirliyinin Bakı mebel yığma kombinatının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İddiaçıya məxsus NZ ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı ##.##.1976-cı il tarixindən ##.##.1978-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus İT-İ 1971337 nömrəli əmək kitabçasından görünür ki, iddiaçı ##.##.1978-ci il tarixindən ##.##.2005-ci il tarixinədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı ##.##.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mövcud qaydalar “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı da həmin qanun qüvvəyə minənədək olan dövrdə işləmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Qanunun qeyd olunan müddəasının məzmunundan göründüyü kimi, vətəndaşa əmək pensiyasının təyin edilməsi onun işlədiyi idarə, müəssisə və ya təşkilatda əmək fəaliyyəti ilə əlaqədar əldə etdiyi əməkhaqqı və digər gəlirlərlə şərtləndirilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin, eləcə də müvafiq qanunvericiliyə əsasən sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin və 63 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il # #### tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ yaranır. Qanunun 7-ci maddəsinə dair qeydə əsasən, həmin maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi isə 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Qeyd edilməlidir ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunana əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarında da ifadə edilmişdir. Pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri, qazanılmış pensiya hüquqları və şəxsin fərdi hesabında qeydə alınmış vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra pensiya yenidən hesablanarkən, onların xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əməkhaqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının qanunvericiliklə tələb olunan 25 il sığorta stajı olmadığından və fərdi hesabında qeydə alınmış pensiya kapitalının tələb olunan məbləğdən aşağı olduğundan, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində təsbit edilmiş “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası ədalət mühakiməsinin əsas prinsiplərini və şərtlərini müəyyən edən Konstitusiyanın 127-ci maddəsinin II hissəsində nəzərdə tutulmuş “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar” müddəası, habelə həmin maddənin IV və VII hissələrində təsbit olunmuş ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi prinsipi ilə qarşılıqlı əlaqədə nəzərdən keçirilməlidir. Bildiririk ki, iddiaçı Ə. Şahvələdovun təqdim etdiyi əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən, onun sığorta stajı ##.##.1976-cı il tarixindən ##.##.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 2 il 11 ay 13 gün təşkil edir. Təqdim edilmiş əmək kitabçasının surətində ##.##.1978-ci il tarixindən ##.##.2005-ci il tarixinədək Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyində əmək fəaliyyəti barədə qeydlər mövcud olsa da, həmin dövrə dair məlumatların mötəbərliyinə əsaslı şübhələr yarandığından, bu dövrün əlavə araşdırılması zəruri hesab edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat- İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri İdarəsi tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli əmrdən çıxarışda işdən çıxma əmri və tarixi qeyd edilsə də, iddiaçının işə qəbul edilməsi barədə əmrə, eləcə də ##.##.1978-ci il tarixindən ##.##.2005ci il tarixinədək həmin müəssisədə Ə. Şahvələdovun adına əməkhaqqının hesablanmasına dair məlumatlara rast gəlinmədiyindən, göstərilən dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Həmçinin bildiririk ki, ##.##.2006-cı il tarixindən ##.##.2018ci il tarixinədək olan dövr üzrə iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Sumqayıt İnzibati Məhkəməsi ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarında qeyd etmişdir ki: “...İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, həmin halların digər sənədlərlə yenidən sübut olunmasına zərurət yoxdur. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyi halda, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda isə inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Əmək kitabçasındakı təsdiqedici möhürdə kiril qrafikalı əlifbadan istifadə edilməsi iddiaçının mübahisəli dövrlərdə sözügedən müəssisədə işləməsini inkar etmək üçün kifayət etmir.” Halbuki cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı imtina məktubunda əmək kitabçasındakı təsdiqedici möhürdə kiril qrafikalı əlifbadan istifadə olunması ilə bağlı hər hansı irad və ya əsas göstərilməmişdir. b) İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il ######ın #-dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət; j) iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti; z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və II qrup əlillərin pensiyada olduqları müddət; i) zabit heyəti, praporşik, R və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə; ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti; k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət. İşin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin “a”—”z” və "g" bəndlərində göstərilən dövrlər nəzərə alınır. Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusilə zərərli və ağır iş sahələri üzrə iş stajı hesablanarkən (13-cü maddənin “a” bəndi) həmin işdə alınmış əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlillik müddəti göstərilən staja daxil edilir. İşin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. # ###### 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
“İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 65 yaşının tamam olduğu ##.##.2023-cü il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ yaranmış, onun əmək kitabçasında ##.##.1978-ci il tarixindən ##.##.2005-ci il tarixinədək Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyində əmək fəaliyyəti göstərməsi barədə qeydlər aparılmışdır. İddiaçı hesab edir ki, həmin dövr də sığorta stajına daxil edildikdə onun ümumi sığorta stajı qanunvericiliklə tələb olunan 25 ildən artıq təşkil edir və müəssisənin arxiv sənədlərinin, o cümlədən əməkhaqqı cədvəllərinin və işə qəbul əmrlərinin saxlanılmaması və ya arxivə təhvil verilməməsinin mənfi nəticələri işçinin üzərinə qoyula bilməz. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il sığorta stajına malik olmaması halına istinad edərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Belə ki, cavabdeh tərəfin mövqeyi ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçası və digər sənədlərin surətlərinə əsasən onun sığorta stajı, ##.##.1976-cı il tarixindən ##.##.1978-ci il tarixinədək hərbi xidmət müddəti nəzərə alınmaqla, 2 il 11 ay 13 gün təşkil edir, ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Cavabdeh ##.##.1978-ci il tarixindən ##.##.2005-ci il tarixinədək əmək kitabçasında göstərilən əmək fəaliyyəti dövrünün mötəbərliyinə əsaslı şübhə yarandığını, ##.##.2023-cü il tarixli əmrdən çıxarışda işdən çıxma əmri və tarixinin göstərilməsinə baxmayaraq, işə qəbul əmri və həmin dövr üzrə əməkhaqqı hesablanmasına dair məlumatların təqdim edilmədiyini əsas gətirərək bu dövrü sığorta stajına daxil etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş yaş həddinə çatmış şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, belə pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaranır. Hazırkı işdə iddiaçının 65 yaşının ##.##.2023-cü il tarixdə tamam olması tərəflər arasında mübahisəli deyildir. İşin mübahisəli halını iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmaması halı təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının ##.##.1976-cı il tarixindən ##.##.1978-ci il tarixinədək hərbi xidmət müddətini nəzərə almış, lakin əmək kitabçasında qeyd edilmiş ##.##.1978-ci il tarixindən ##.##.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrünü sığorta stajına daxil etməmişdir. Cavabdehin həmin dövrü nəzərə almamasının əsasını əmək kitabçasındakı qeydin özünün mövcud olmaması deyil, həmin qeydin əlavə sənədlərlə, xüsusilə işə qəbul əmri və əməkhaqqı hesablanmasına dair məlumatlarla təsdiq edilməməsi təşkil etmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın qeyd olunan dəlilini əsassız hesab edərək aşağıdakıları qeyd edir. Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə, sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajına və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajına ayrılır. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il ######ın #-dək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X3 daxil edilmiş məlumatlar əsasında müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Hazırkı iş materiallarından müəyyən olunur ki, iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasında onun ##.##.1978-ci il tarixindən ##.##.2005-ci il tarixinədək əmək fəaliyyəti göstərməsi barədə qeydlər mövcuddur. Bundan başqa, Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri İdarəsi tərəfindən təqdim olunmuş ##.##.2023-cü il tarixli əmrdən çıxarışda iddiaçının işdən çıxarılması barədə əmr və onun tarixi də öz əksini tapmışdır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin ##.##.2021-ci il tarixli, */*** nömrəli məktubuna əsasən, ləğv olunmuş Azərbaycan SSR Meşə və X2 Nazirliyinin Bakı mebel-yığma kombinatının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Bu hal arxiv və ilkin uçot sənədlərinin tam həcmdə əldə edilməsinin obyektiv olaraq mümkün olmaya biləcəyini göstərir və belə sənədlərin mövcud olmamasının özlüyündə əmək kitabçasında olan qeydlərin həqiqətə uyğun olmadığını təsdiq edən sübut kimi qiymətləndirilməsinə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin işə qəbul əmri və ##.##.1978-ci il tarixindən ##.##.2005-ci il tarixinədək əməkhaqqı hesablanmasına dair məlumatların təqdim edilməməsinə istinad etməsi, əmək kitabçasında həmin dövr üzrə mövcud olan qeydlərin mötəbərliyini avtomatik olaraq aradan qaldırmır. Əmək kitabçası qanunvericilikdə əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd kimi müəyyən edilmişdir. İşə qəbul əmrlərinin, əməkhaqqı cədvəllərinin və digər ilkin uçot sənədlərinin tərtib edilməsi, saxlanılması və müvafiq qaydada arxivləşdirilməsi işçinin deyil, işəgötürənin və aidiyyəti qurumların üzərinə düşən vəzifələrdir. Bu sənədlərin uzun müddət keçdikdən sonra aşkar edilməməsi və ya arxivə təhvil verilməməsi işçinin əmək kitabçasında rəsmiləşdirilmiş əmək fəaliyyəti dövrünün tanınmaması üçün təkbaşına kifayət edən əsas hesab edilə bilməz. Kollegiya həmçinin nəzərə alır ki, cavabdeh iddiaçının əmək kitabçasındakı ##.##.1978-ci il tarixindən ##.##.2005-ci il tarixinədək qeydlərin saxta olduğunu, həmin qeydlərin səlahiyyətsiz şəxs tərəfindən aparıldığını və ya iddiaçının həmin dövrdə faktiki olaraq başqa yerdə işlədiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, iş materiallarında iddiaçının işdən çıxarılması barədə əmrdən çıxarışın mövcudluğu əmək kitabçasındakı məlumatlarla müəyyən dərəcədə uzlaşır. Kollegiya, iş materiallarında olan digər yazılı sübutları da, iddiaçının əmək kitabçasındakı qeydlərlə qarşılıqlı əlaqədə qiymətləndirir. Belə ki, Bakı Mebel Hissələri Kombinatının ##.##.1995-ci il və ##.##.1995-ci il tarixli sənədlərində iddiaçı Ə. Şahvələdov * nömrəli yataqxananın müdiri kimi göstərilmiş və həmin yataqxanada işçilərin yerləşdirilməsi ilə bağlı ona müvafiq tapşırıqlar verilmişdir. Həmin sənədlərin məhz mübahisəli əmək fəaliyyəti dövründə tərtib olunması iddiaçının həmin dövrdə müəssisədə faktiki əmək fəaliyyəti göstərdiyini və müəssisənin strukturunda konkret vəzifə daşıdığını təsdiq edən əlavə yazılı sübutlardır. Bundan başqa, iş materiallarında olan Bakı Mebel Hissələri Kombinatının müdiriyyəti və Həmkarlar Komitəsinin birgə iclasının ## ### 1990-cı il tarixli, *a nömrəli protokol qərarından görünür ki, iclasın gündəliyinə kombinat əməkçilərinə bağçılıq-bostançılıq sahələrinin verilməsi məsələsi daxil edilmiş, kombinatın 300 nəfər işçisinə adambaşına 500 kv.m torpaq sahəsinin ayrılması qərara alınmış və həmin qərar çərçivəsində İddiaçı da müvafiq sahə ayrılmışdır. Kollegiya hesab edir ki, bu sənəd də mübahisəli əmək fəaliyyəti dövründə bilavasitə müəssisənin özü tərəfindən tərtib edilməklə iddiaçının həmin tarixdə Bakı Mebel Hissələri Kombinatının işçisi olmasını təsdiqləyən mühüm yazılı sübutlardan biridir. Eyni zamanda, iş materiallarından müəyyən olunur ki, iddiaçı müəssisədə uzunmüddətli əmək fəaliyyəti dövründə Bakı Mebel Hissələri Kombinatının balansında olan * nömrəli ailəvi yataqxanada yaşayış sahəsi ilə təmin edilmiş və həmin yaşayış sahəsi sonradan onun xüsusi mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 85,5 kv.m olan mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın reyestr nömrəsi 308011003046-05101-093055, hüququn dövlət qeydiyyatı nömrəsi 1615018038, qeydiyyat tarixi isə ##.##.2015-ci il göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan halların hər biri ayrılıqda ##.##.1978ci il tarixindən ##.##.2005-ci il tarixinədək olan dövrün bütövlükdə əmək stajı kimi qəbul edilməsi üçün müstəqil və həlledici sübut sayıla bilməz. Bununla belə, iddiaçının əmək kitabçasındakı qeydlər, ## ### 1990-cı il tarixli, *a nömrəli protokol qərarında kombinat işçisi kimi onun adına torpaq sahəsinin ayrılması, 1995-ci il tarixli müəssisə sənədlərində * nömrəli yataqxananın müdiri kimi göstərilməsi, işdən çıxarılması barədə əmrdən çıxarış, habelə müəssisənin balansında olmuş yaşayış sahəsinin sonradan onun xüsusi mülkiyyətində dövlət qeydiyyatına alınması faktları birlikdə və qarşılıqlı əlaqədə qiymətləndirildikdə, iddiaçının mübahisəli dövrdə həmin müəssisədə uzunmüddətli və davamlı əmək fəaliyyəti göstərməsini təsdiqləyən bir-birini tamamlayan yazılı sübutlar məcmusu yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilmədikdə mötəbər hesab olunur və şəxsdən həmin sənədlərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin tələb edilməsi yolverilməzdir. Həmin Qanunun 19.2-ci maddəsinə görə isə təqdim olunmuş sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu halda, inzibati orqan onların mötəbərliyinin müəyyən edilməsi üçün müstəqil şəkildə və öz hesabına tədbirlər görməlidir. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin yalnız əlavə arxiv və əməkhaqqı sənədlərinin təqdim edilməməsinə əsaslanaraq əmək kitabçasında göstərilən uzunmüddətli əmək fəaliyyətini nəzərə almaması “İnzibati icraat haqqında” Qanunun 19cu maddəsinin tələblərinə uyğun hesab edilə bilməz. İnzibati orqan tərəfindən mötəbərliyə dair şübhənin konkret faktlarla əsaslandırılması və həmin şübhənin yoxlanılması istiqamətində zəruri araşdırmanın aparılması tələb olunurdu. Kollegiya apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2020-ci il tarixli qərarına edilmiş istinada münasibətdə qeyd edir ki, həmin hüquqi mövqedə sığortaolunanın faktiki olaraq almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əməkhaqqının, təminat xərcliyinin, dövlət məvacibinin və əlavələrin pensiya hesablanmasının əsası kimi götürülməsinin yolverilməzliyi ifadə edilmişdir. Hazırkı mübahisədə isə iddiaçının almadığı əməkhaqqının pensiyanın hesablanmasına daxil edilməsi deyil, 2006-cı il ######ın #-dək əmək kitabçasında rəsmiləşdirilmiş əmək fəaliyyəti dövrünün sığorta stajı kimi nəzərə alınıb-alınmaması mübahisələndirilir. Buna görə həmin hüquqi mövqe əmək kitabçasında göstərilən dövrün yalnız əlavə əməkhaqqı sənədləri təqdim edilmədiyinə görə nəzərə alınmamasını özözlüyündə əsaslandırmır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsi baxımından hazırkı iş üzrə cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında ##.##.1978-ci il tarixindən ##.##.2005-ci il tarixinədək olan əmək fəaliyyəti barədə qeydlərin həqiqətə uyğun olmadığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əmək kitabçasındakı təsdiqedici möhürdə kiril qrafikalı əlifbadan istifadə edilməsinə dair mülahizəsinə də münasibət bildirərək qeyd edir ki, cavabdehin ##.##.2024-cü il tarixli imtina məktubunda əmək kitabçasında kiril qrafikalı möhürün olması imtinanın əsası kimi göstərilməmişdir. Buna görə həmin hal hazırkı mübahisədə cavabdehin imtinasının qanuniliyini əsaslandıran ayrıca dəlil kimi qəbul edilə bilməz. Bununla belə, birinci instansiya məhkəməsinin bu məsələyə dair əlavə mülahizəsi qərarın nəticəsinə təsir edən hal deyil, çünki iddianın təmin edilməsinin əsasını əmək kitabçasının mötəbərliyinin əks sübutlarla təkzib edilməməsi və 2006-cı ilədək iş stajının əmək kitabçası əsasında müəyyən olunması təşkil etmişdir. Kollegiya qeyd edir ki, sübutlar ayrı-ayrılıqda deyil, onların qarşılıqlı əlaqəsi və məcmu şəkildə qiymətləndirilməsi əsasında qiymətləndirilməlidir. Hazırkı işdə əmək kitabçasındakı qeydlər, işdən çıxma barədə əmrdən çıxarış, hərbi xidmətə dair hərbi bilet və arxiv sənədlərinin təhvil verilmədiyini təsdiq edən Milli Arxiv İdarəsinin məktubu birlikdə nəzərə alınmalıdır. Bu məcmu qiymətləndirməyə, həmçinin iddiaçının ## ### 1990-cı il tarixli, *a nömrəli protokol qərarında kombinat işçisi kimi göstərilməsi, 1995-ci il tarixli müəssisə sənədlərində * nömrəli yataqxananın müdiri kimi qeyd olunması və RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla onun yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması halları da daxildir. Kollegiya əlavə olaraq qeyd edir ki, inzibati orqan tərəfindən əmək kitabçasındakı məlumatların mötəbərliyinə əsaslı şübhə irəli sürüldüyü halda, bu şübhə yalnız ehtimala deyil, konkret və yoxlanıla bilən faktlara söykənməlidir. Hazırkı işdə isə cavabdeh əmək kitabçasındakı qeydlərin həqiqətə uyğun olmadığını təsdiq edən sübut təqdim etməmiş, əsasən əlavə sənədlərin əldə olunmamasına istinad etmişdir ki, bu hal da əmək kitabçasının sübut qüvvəsinin aradan qalxması üçün yetərli deyildir. Kollegiya həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Sosial təminat hüququnun həyata keçirilməsi ilə bağlı məsələlərin həllində həddindən artıq formal yanaşmaya yol verilməsi həmin konstitusion hüququn məhdudlaşdırılması ilə nəticələnə bilər. Beləliklə, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının əmək kitabçasında ##.##.1978-ci il tarixindən ##.##.2005-ci il tarixinədək göstərilmiş əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməməsi üçün cavabdeh tərəfindən kifayət qədər hüquqi və faktiki əsas müəyyən edilməmişdir. Həmin dövr nəzərə alındıqda iddiaçının ümumi sığorta stajı 25 ildən artıq təşkil edir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.